Məhkəmə qərarları › İş №1(079)-1/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-1/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-1/2025 24.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 və təqsirləndirilən şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə2 və Qanuni nümayəndə3 iştirakları ilə, xx.xx.2006-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olan və yaşayan, natamam orta təhsilli, işsiz, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olmayan, 28 noyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri, xx.xx.2008-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində doğulmuş, natamam orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər Qaraçuq kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində 20 iyul 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs4 Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhər Tumbul kəndində doğulmuş, natamam orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər Tumbul kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində 20 iyul 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.2008-ci il tarixdə Babək rayon Qoşadizə məhəlləsində doğulmuş, natamam orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Babək şəhər Qoşadizə məhəlləsində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində 22 iyul 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 16 sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Fərhad oğlunun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 20 may 2024-cü il tarixdə gecə saatlarında qəsdən tamah məqsədilə Zərərçəkmiş şəxs1 məxsus Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən daşdan hasarlı fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq daxil olub həmin həyətdə park vəziyyətində olan sonuncuya məxsus Mercedes Benz 210D markalı **- BB-*** dövlət nömrə nişanlı mikroavtobusdan ümumilikdə 472 manat nağd pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə təkrarən Təqsirləndirilən şəxs4 ilə 25 may 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayon Nehrəm qəsəbəsi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs2 Zeynalabdin oğluna məxsus “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan 390 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 390 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə təkrarən 26 may 2024-cü il tarixdə Babək rayon Şıxmahmud kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü “Naz Lifan 620” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobildə sonuncuya məxsus 280 manat kağız pulu və 10 manat qəpik pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumi olaraq 290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayon Şəkərabad kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus “Vaz-2106” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobildən 110 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumi olaraq 110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 Fərhad oğlu 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə Babək rayon Nehrəm qəsəbəsi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs2 Zeynalabdin oğluna məxsus “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan 390 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 390 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə Babək rayon Şəkərabad kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus “Vaz-2106” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobildə olan 110 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 110 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə Babək rayon Şəkərabad kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus “Vaz-2106” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobildə olan 110 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 110 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 3 nəfərlə birlikdə Naxçıvan şəhəri Qaraçuq kəndinə getdiklərini, özünün divardan həyətə düşərək maşında olan pulu götürdüyünü, bundan sonra Naxçıvan şəhərinə qayıtdıqlarımı, dövlət ittihamçısının suallarına cavabında hadisənin baş vermə tarixini dəqiq xatırlamadığını, Qaraçuq kəndinə 2 nəfər tanış Samir və Səidlə birlikdə getdiyini, avtobusdan pul götürdüyünü, avtobusun ağ rəngli və Mersedes markalı olduğunu, sağ qapısının açıq olduğunu və oradan içəri girdiyini, həmin vaxt yoldaşlarının da küçə qapısının ağzında onu gözlədiklərini, təxminən 470 manata yaxın pulu avtobusun rolunun yanında olan pul qabından götürdüyünü, pulların kağız olduğunu, 100 manatını Səid və Samirə verdiyini, qalanını isə özünün götürdüyünü, 2-3 gün sonra isə özünün tək Babək rayonu Şıxmahmud kəndinə getdiyini, küçə qapısının yanında dayanan qapısı açıq olan sarı taksiyə sürücü tərəfdən daxil olduğunu, həmin maşının nömrəsini xatırlamadığını, bardoçokdan 290 manat pul və qəpikləri götürdüyünü, pulu dostları ilə xərclədiyini, daha sonra Naxçıvan şəhərində “Park AVM” adlanan yerdə Meydanla görüşdüyünü, onunla birlikdə oğurluq etmək qərarına gəldiklərini, Babək rayonu Nehrəm qəsəbəsinə Meydanla birlikdə Əli adlı şəxsin maşını ilə getdiklərini, qəsəbənin girişində sağdan birinci döngəyə girib Fiat-Doblo markalı avtomobilə baqaj hissədən daxil olaraq içindən günəşlik tərəfdə olan 400 manat pulu götürdüklərini, həmin pulu birlikdə xərclədiklərini, daha sonra isə Babək rayonu Şəkərabad kəndinə Efe və Hidayətlə birlikdə getdiklərini, yolda gedərkən qarşılarına çıxan VAZ-2106 markalı avtomobili görüb oradan oğurluq etmək qərarına gəldiklərini, maşına Efe ilə birlikdə daxil olduqlarını, özünün sürücü tərəfdən, Efenin isə sağ tərəfdən maşına daxil olduğunu, pulun miqdarını dəqiq bilmədiyini, amma 100-200 manat aralığında olduğunu, pulu bardoçokdan götürdüyünü, Hidayətin isə həmin vaxt maşının arxa hissəsində kiminsə gəlib gəlməməsi barədə məlumat verməsi üçün gözlədiyini, pulu aralarında bölüşdürdüklərini, bundan başqa oğurluq əməlinin olmadığını, sədrlik edənin suallarına cavabında xx xxxx 2006-cı il tarixdə anadan olduğunu, atasının X2, anasının isə X3 olduğunu, atası ilə anasının nikahlarının pozulduğunu, özünün anasının himayəsində yaşadığını, işin ibtidai istintaqı dövründə 18 yaşını tamam etdiyini, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyini, Naxçıvan şəhəri Qaraçuq kəndində oğurluq edən zaman Səid və Samirin onun yanında olduqlarını, həmin axşamı Səidgildə qaldığını, gecə saat 12 radələrində çıxıb evə getmək istəyəndə hadisəni törətdiyini, girdiyi həyətin Səidgilin evinin arxa tərəfində olduğunu, divarı aşıb həyətə daxil olduğunu, içindən oğurluq etdiyi avtobusun ağ rəngli və Mersedes markalı olduğunu, maşının qeydiyyat nömrəsini xatırlamadığını, avtobusa sağ qapı tərəfdən girdiyini və 400 manata yaxın pul götürdüyünü, pulun rolun kənarında olduğunu, pulu isə Səid və Samirlə birlikdə 1 həftə ərzində xərclədiklərini, dükandan su, siqaret və s. şeylər aldıqlarını, həmin əməlin özünün ilk oğurluq əməli olduğunu, ondan əvvəl məsuliyyətə cəlb edilmədiyini, pul bitdikdən sonra növbəti oğurluq əməlini isə təxminən 10 gün sonra törətdiyini, Şıxmahmud kəndinə tək gedib sarı taksiyə daxil olduğunu, onun mülkiyyətçisinin adını və maşınının nömrəsini bilmədiyini, oradan 290 manat və 10 manatlıq qəpik götürüb xərclədiyini, 1 həftə sonra isə Şəkərabad kəndində avtomobildən oğurluq etdiklərini, özünün Babək rayonu Şəkərabad kəndində yaşadığını, kəndə gedərkən qarşılarına avtomobil çıxdığını və oradan oğurluq etmək qərarına gəldiklərini, oğurluq əməlini Efe və Hidayətlə birlikdə törətdiyini, onları zorla oğurluğa cəlb etmədiyini, həmin avtomobilin nömrəsini xatırlamadığını, oradan 110 manat götürdüyünü, dostları ilə tez-tez Naxçıvan şəhərində Park AVM deyilən yerdə görüşdüklərini, özünün 9-cu sinifdən təhsildən ayrıldığını, valideynlərinin hazırda Bakı şəhərində olduqlarını, istintaq dövründə müdafiəçi ilə təmin edildiyini, yetkinlik yaşına çatana qədər isə anasının qanuni nümayəndəsi olduğunu, ibtidai istintaq dövründə heç bir təsirə məruz qalmadığını, əməlindən peşman olduğunu, vurulan zərərin əvəzinin ödəmədiyini, hazırda Naxçıvanda bibisigildə qaldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 Fərhad oğlu məhkəmə iclasında verdiyi izahatında 2024-cü ilin iyul ayının 4-də Azərlə görüşdüklərini, Azərin həmin vaxt ona pul lazım olduğunu dediyini, özünün də həmin vaxt pula ehtiyacı olduğunu, bundan sonra taksi çağırdıqlarını və Babək rayonu Nehrəm qəsəbəsinə getdiklərini, orada avtomobilə yaxınlaşıb pulu götürdüklərini, Azərin ona 70 manat pul verdiyini, dövlət ittihamçısının suallarına cavabında 2-3 il qabaq Azəri əsgərlikdə Səfər adlı şəxsin yanında görüb tanıdığını, daha sonra aralarında münasibət yarandığını, oğurluq hadisəsinin iyul ayının əvvələrində baş verdiyini, Azərin həmin vaxt ona pul lazım olduğunu dediyini, amma nəyə lazım olduğunu demədiyini, özünün isə telefonunun qırıldığını, lakin valideyninə deməyə üzünün gəlmədiyini, oğurluq fikrinin Azərdən çıxdığını, özünün də onunla razılaşdığını, Azərin ona Nehrəm qəsəbəsinə gedib avtobusdan pul götürəcəyini dediyini, özünün də niyə məhz Nehrəmə getdiklərini soruşmadığını, onları Nehrəmə aparan taksi şöferinə niyə Nehrəmə getdiklərini demədiklərini, Nehrəmə çatanda qabaqlarına çıxan göy rəngli Fiat Doblo markalı avtobusdan pul götürmək qərarına gəldiklərini, Azərin onun içində pul olacağını dediyini, ondan sonra maşına girib pulu götürüb şəhərə getdiklərini, maşına Azərin baqaj tərəfdən daxil olduğunu, özünün isə kənarda gözlədiyini, maşından cəmi 390 manat pul götürdüklərini, yolda pulu sayanda o qədər olduğunu gördüyünü, Azərin ona cəmi 70 manat pul verdiyini, pulun fərqli əskinaslardan ibarət olduğunu, sonra şəhərə gəldiklərini, hazırda 16 yaşını tamam etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərini, etdiyi əməldən peşman olduğunu, sədrlik edənin suallarına cavabında Naxçıvandan Nehrəmə taksi ilə getdiklərini, həmin taksinin nömrəsini dəqiq xatırlamadığını, amma sürücünün adının Əli olduğunu, əvvəllər onunla başqa bir yerə getmədiklərini, gedəndə ona 4 manat pul verdiklərini, yarım saat sonra şəhərə qayıdanda isə yenidən zəng edib gəlib onları götürməsini xahiş etdiklərini, həmin vaxt isə ona 10 manat verdiklərini, sürücünün orada onları gözləmədiyini və nə edəcəklərindən xəbərsiz olduğunu, onun yanında heç bir söhbət etmədiklərini, Azərdən ona oğurlanmış pulun niyə az hissəsini verdiyini soruşmadığını, çünki özünün pula ehtiyacı olmadığını, sadəcə telefon qırıldığı üçün evdən istəyə bilmədiyini, özünün 9-cu sinifdən məktəbdən ayrıldığını, həmin hadisə olanda isə işləmədiyini, hazırda avtoyuma servisdə işlədiyini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğunu, pulun hamısının özləri tərəfindən ödənildiyini, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi izahatında Naxçıvan şəhərində Mado adlanan restoranda Hidayətlə birlikdə işlədiklərini, Azəri də Hidayətə görə tanıdığını, iş gününün axşamı Azərin onların yanına “Mado”ya gəldiyini, işdən çıxıb 3-ü birlikdə evə gedərkən yolda oğurluq etmək qərarına gəldiklərini, yoldan keçərkən ara məhlədə maşın görüb ona yaxınlaşdıqlarını, avtomobilə daxil olub oğurluq etdiklərini, dövlət ittihamçısının suallarına cavabında hadisənin baş vermə tarixini dəqiq bilmədiyini, amma yay fəsli olduğunu, Azərin Hidayətin dostu olduğunu, ilk dəfə Əyləncə Adasında görüşdüklərini, Azər və Hidayətlə yolda gedərkən oğurluq etmək qərarına gəldiklərini, bu fikri kimin ortaya atdığını xatırlamadığını, Əyləncə Adası adlanan yerdən çıxıb Şəkərabad körpüsünün üstü ilə gedib, ara məhlədən girib birinci avtomobilə yaxınlaşıb içinə daxil olduqlarını, avtomobilin göy rəngli VAZ-2106 markalı avtomobil olduğunu, Hidayətin ətrafa nəzarət etdiyini, özünün sərnişin, Azərin isə sürücü tərəfdən maşına daxil olduqlarını, 110 manat pulun bardoçokun yan tərəfində olduğunu, pulu aparıb şəhərdə xərclədiklərini, pulun Azərdə olduğunu və onunla birlikdə xərclədiyini, dəyən zərəri ödədiyini, sədrlik edənin suallarına cavabında xx xxxxxx 2007-ci il tarixdə anadan olduğunu, 8 nömrəli orta məktəbdən 9-cu sinifdən ayrıldığını, hazırda peşə məktəbinə qeydiyyatı olunmaq müraciaət etdiyini, lakin hələ qəbul olunmadığını, hadisənin yay fəslində baş verdiyini, əslində “Mado”da Hidayətin işlədiyini, özünün isə ona kömək etdiyini, lakin əmək haqqı almadığını, Hidayətlə isə şəhərdə tanış olduğunu, hazırda valideynlərinin birlikdə yaşadığını, ona evdən aylıq xərclik verildiyini, sadəcə həmin vaxt yanlarında pul olmadığı üçün bu işə əl atdıqlarını, bu fikrin kimdən çıxdığını bilmədiyini, avtomobilə Azərlə daxil olduqlarını, pulu Azərin tapdığını və Azərdə qaldığını, lakin birlikdə istifadə etdiklərini, yeyib-içməyə, patlar və s. üçün xərclədiklədini, həmin vaxt özünə paltar alınmadığını, başqa bir yerdən oğurluq etmədiyini, əməlindən peşman olduğunu bildirdi. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi izahatında Əyləncə Adasında işlədiyini, Efenin isə ona kömək etdiyini, Azərin Efeni onun yanında görüb tanıdığını, işdən çıxıb axşam 3-ü birlikdə evə gedərkən yolda oğurluq etmək qərarına gəldiklərini, qabaqcadan isə bu barədə danışıb razılaşmadıqlarını, özünün kənarda dayanıb ətrafa nəzarət etdiyini, Azərlə Efenin isə maşına daxil olduqlarını, maşından 110 manat pul götürdüklərini və daha sonra şəhərə getdiklərini, Azərin orada özünə paltar, onlara isə yemək və su aldığını, dövlət ittihamçısının suallarına cavabında Əyləncə Adası adlanan yerin Naxçıvan şəhərində yerləşdiyini, orada Mado adlanan yerdə ofisiant işlədiyini, Azəri 4-5 il olar ki, tanıdığını, özünün Babək rayonu Şəkərabad kəndində nənəsigildə qaldığını və Azəri də oradan tanıdığını, Efeni isə şəhərdən tanıdığını, Azərlə Efenin onun vasitəsilə tanış olduqlarını, hadisənin təxminən 2024-cü ilin iyun ayının 7-8-də baş verdiyini, axşam saat 12də işdən çıxanda evə getdiklərini, həmin vaxt oğurluq etmək niyyətlərinin olmadığını, yolda maşını görəndə oğurluq etmək niyyətinə düşdüklərini, sadəcə pul xərcləmək üçün oğurluq etdiklərini, özünün ətrafa nəzarət üçün gözlədiyini, Azərin isə maşına gedib baxdığını, daha sonra Efenin sağ, Azərin isə sürücü tərəfdən maşına daxil olduqlarını, maşının VAZ 2106 markalı avtomobil olduğunu, ətrafda heç kimin olmadığını, 110 manat pulla səhəri gün şəhərdə yemək və suya xərclədiklərini, etdiyi əməlin cinayət olduğunu bildiyini, dəyən zərərin əvəzini ödədiklərini, sədrlik edənin suallarına cavabında xx xxxx 2008-ci il tarixdə anadan olduğunu, ailə mühitində böyüdüyünü, valideynləri ilə birlikdə Babək rayonu, Qoşadizə məhəlləsində yaşadığını, hazırda 2 nömrəli orta məktəbin 11-ci sinifində təhsil aldığını, işə tətil dövründə getdiyini, öz ehtiyacları üçün işlədiyini, maşında puldan başqa heç nə tapmadıqlarını, özlərinə qəlyan siqaret almaq istədiklərini, əməlinin qanunsuz olduğunu dərk etdiyini və əməlindən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxs1 Həsən oğlu ifadəsində hadisə nəticəsində həm maddi həm də mənəvi zərərə uğradığını, yeganə dolanacaq yerinin avtobusu olduğunu, hazırda da hər dəfə çağırışlara gedib-gəldikcə qazancından məhrum olduğunu, dəyən zərərin ödənilməsini xahiş etdiyini, dövlət ittihamçısının suallarına cavabında Mercedes markalı, **-BB-*** qeydiyyat nişanlı, ağ rəngli mikroavtobusun sürücüsü olduğunu, hadisənin may ayının 19-dan 20-ə keçən gecə olduğunu, axşam aptekə gedib gəldiyini, səhər cərimə ödəyəcəyindən yadından çıxıb şalvarının cibində qalmasın deyə pulu avtobusda olan pul qabının içinə qoyduğunu, avtobusun həyətdə olduğunu, həyətə kiminsə girib pulu götürəcəyini düşünmədiyini, pul qabında 4 ədəd yüzlük və qəpiklərin olduğunu, qəpiklərin qəpik qapında, manatların isə cüzdanda olduğunu, səhər durub işə gedəndə 472 manat pulunun yerində olmadığını gördüyünü, vurulmuş zərərin ödənilmədiyini, sədrlik edənin suallarına cavabında Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşadığını, həyətin divarının 2 metr 20 santimetr hündürlüyündə olduğunu, 1 həftə sonra hadisənin kimlər tərəfindən törədildiyini istintaqdan öyrəndiyini, pulunun qaytarılmasını tələb etdiyini, Azər adlı şəxsin həyətə girib onun pulunu götürdüyünü, heç bir ödəmə etmədiyini və həmin şəxsdən şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs3 Hökümət oğlu ifadəsində 2024-cü ilin may ayının 24-dən 25-nə keçən gecə qızı vəfat etdiyindən evdə səs-küy olduğu üçün maşının qapısını bağlamağı yaddan çıxardığını, maşının qapının ağzında olduğunu, onu icarə əsasında idarə etdiyini, həmin vaxt məhlənin yuxarı hissəsində başqa maşınların da olduğunu, amma niyə sırf onun maşınından oğurluq etmələrini anlamadığını, səhər saat 10-un yarısı maşını işə salmağa gələndə qapının açıq olduğunu gördüyünü, 290 manat pulun maşının aylıq icarə haqqı olduğunu, 250 manatın bardaçokda, 30 manatın rolun yanında, 10 manatlıq qəpiyin isə qara sellofanda bardoçokda olduğunu, bu günə qədər həmin pulun geri qaytarılmadığını, dəymiş ziyanın ödənilməsini xahiş etdiyini, sədrlik edənin suallarına cavabında Azərin oraya gecə tək saat 1-də getdiyini bildirməsinə baxmayaraq onun hadisəni təkbaşına törətdiyinə inanmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 izahatında maşını axşam saat 9-a işləmiş həyətə daxil etdiyini, daha sonra evə gəldiyini, maşının qapılarının bağlı, balaca pəncərələrinin isə açıq olduğunu, gecə saat 1-in yarısı bu hadisənin baş verdiyini, sənədlərinin götürülmədiyini, ancaq pul götürüldüyünü, dəyən zərərin ödənildiyini, şikayətinin olmadığını, 110 manat pulun oğurlandığını və geri qaytarıldığını bildirdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdi ki, Babək rayon Nehrəm qəsəbəsində özünə məxsus olan evində ailəsi ilə birgə yaşayır. Özünə məxsus olan “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobili ilə ara-sıra taksi fəaliyyəti ilə məşğul olur, ailəsini dolandırır. 25 may 2024-cü il tarixdə saat təxminən 00:00 radələrində avtomobili ilə Nehrəm qəsəbəsində yaşadığı evə gəlmiş, avtomobili evin önündə saxlayıb qapıları bağlayıb evə getmişdir. Həmin gün yəni 25 may 2024-cü il tarixdə səhər saat 07 radələrində evdən çıxıb avtomobilinə əyləşib avtomobili işə salmaq istəyən zaman avtomobilin içərisində arxa oturacağın torpaq olduğunu görmüş, sonra avtomobilin ön hissəsində olan günlüyə baxıb pul qabının orada olub-olmadığını yoxlamışdır. Pul qabını götürüb içinə baxan zaman içərisində olan 390 manat pulun oğurladığını anlamışdır. Bundan sonra o, dərhal polisə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə, yəni avtomobilə baxış keçirib müəyyən sənədlər yazmışlar. Sonra onu polis idarəsinə dəvət etmişlər. “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin bütün qapıları bağlanır, lakin arxa yük hisəsinin qapısı nasaz olduğundan həmin qapı bağlanmır. Avtomobildən oğurluq edən şəxslə avtomobilin heç bir yerini sındırmamış, zor tətbiq etməmiş, həmin arxa qapı açıq olduğundan oradan içəri daxil olmuşdurlar. O, ilk öncə pulunun oğurlandığını görən zaman pul qabında 400 manat olduğunu zənn etmiş, lakin sonradan xatırlamışdır ki, pul qabında 390 manat pul olmuşdur. “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilinin arxa qapısının nasaz olması barədə heç həsin məlumatı olmamışdır. Avtomobilində pulun olması barədə heç kəsə məlumat verməmişdir. Bundan əvvəldə avtomobilindən hər hansı bir məbləğdə oğurluq olmamışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bidirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində taksi sürücüsü olduğunu, şəxslərlə tanışçılığının olmadığını, Naxçıvan şəhərində “Park Avm” deyilən yerdə Azər və Meydanın ona yaxınlaşaraq onları Nehrəm qəsəbəsinə aparmağı xahiş etdiklərini, qayıdarkən isə ona zəng vuracaqlarını və gəlib onları götürməsi üçün nömrəsini aldıqlarını, bununla razılaşdığını və onları Nehrəm qəsəbəsinə apardığını, gedəndə ona 4 manat verdiklərini, daha sonra isə onları Nehrəmdən şəhərə qaytardığını, həmin vaxt isə ona 12 manat verdiklərini, bir dəfə isə onları Şıxhamud kəndinə apardığını, bundan sonra polis şöbəsinə çağırıldığını, dövlət ittihamçısının suallarına cavabında Ravon MXR3 markalı, **-BE-*** nişanlı avtomobillə taksi fəaliyəti ilə məğul olduğunu, vaxtını dəqiq xatırlamasa da bir neçə ay bundan qabaq gecə saat 11 radələrində olduğunu, onların Nehrəmə niyə getdiyini bilmədiyini, telefon nömrəsini isə yolda aldıqlarını, Meydan və Azərin Nehrəmdə şəhid plakatlarının olduğu yerdə maşından endiyini, orada həmin vaxt Naz Lifan markalı maşın görmədiyini, özünün həmin vaxt şəhərə geri qayıtdığını, bundan təxminən 2 saat sonra yenidən ona zəng etdiklərini və gedib onları şəhərə qaytardığını, Meydan və Azərdə həmin vaxt qeyri-adi nəsə hiss etmədiyini, daha sonra saat 12 də Azər və Meydanın ona zəng edərək Şıxmahmuda getmək istədiklərini bildirdiklərini, ona yaxınlaşanın Azər olduğunu, onları Şıxmahmuda aparıb qoyduqdan sonra şəhərə qayıtdığını, onların şəhərə nə ilə qayıtdıqlarını bilmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Azərin onun tanışı olduğunu, barəsində Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyini, Səidlə şəhərdə görüşdüklərini və Azərgilə getdiklərini, Azərin həmin vaxt Səidgilin evində yaşadığını, axşam ordan çıxıb evlərinə qayıdarkən qonşuluqdakı evin qarşısında Azərin “gözləyin gəlirəm” dediyini, onun da Səidlə orada gözlədiklərini, Azərin daha sonra qayıdıb gəldiyini və evə təkrar qayıtdıqlarını, orada Azərin Səidə 100 manat pul verdiyini, həmin günün səhəri Səidin ad günü olacağını, həmin puldan 50 manatı da özünə (Samirə) verməyi tapşırdığını, evdən çıxıb qəbiristanlığın yanında maşına oturub “Megastor” marketə gəldiklərini, oradan siqaret aldıqlarını, daha sonra isə Səidin evə getdiyini, özünün də Azərlə birlikdə hərəsinin öz evinə getdiklərini, dövlət ittihamçısının suallarına cavabında Azəri şəhər uşağı olaraq tanıdığını, X4 kəndində qaldığını, hadisənin nə vaxt olmasını xatırlamadığını, Azər evə girmək istəyəndə ona “eləmə” dediyini, onun isə heç nə demədiyini, oradan nə qədər pul götürməsini bilmədiyini, onun oğurluq etməsini görmədiyini, həyətin kimə məxsus olmasını bilmədiyini, Azərin hasardan aşdığını, sədrlik edənin suallarına cavabında özünün Sumorta qəsəbəsində valideynləri ilə birlikdə qaldığını, barəsində çıxan hökmün oğurluqla bağlı olduğunu, Azərlə qanunsuz fəaliyyətə görə tanışlıq etmədiyini, oğurluq etmədiyini, barəsində bu hadisəylə bağlı heç bir tədbir görülmədiyini, Azər oğurluq edəndə özünün oraya getmədiyini, Səidlə gözlədiyini, Azərin oraya niyə getdiyini bilmədiyini, onlara “gözləyin gəlirəm” dediyini, özlərinin də Azəri gözlədiklərini, onun divardan aşdığını gördüklərini, küçədə hər hansısa məqsədlə dayanmadığını, onu mühafizə etmədiklərini, həmin vaxt küçədən kiminsə keçmədiyini, küçədən kimsə keçərkən Azərə kiminsə gəldiyini deməyi barədə aralarında razılaşmadıqlarını, onun həyətə oğurluğa girməsini bilmədiyini, sadəcə divardan aşdığını gördüyünü, amma məqsədinin nə olduğunu bilmədiyini, Azərin gəlmədiyini görüb Səidlə birlikdə həyətə baxdıqlarını və onun orada olmadığını görüb əvvəlki yerlərinə qayıtdıqlırını, Azərin nəsə götürdüyünü görmədiklərini, daha sonra hər üçünün birlikdə Azərin yaşadığı Səidgilin evinə getdiklərini, evə girəndə Azərin Səidə 100 manat pul verdiyini, daha sonra marketdən siqaret və su aldıqlarını, Azərin maşından 400 manatdan yuxarı pul götürdüyünü, ibtidai istintaq zamanı verdiyi ifadəsini təxmini verdiyini, digər hadisələrdən xəbərinin olmadığını, bu hadisə baş verəndə barəsində hökm çıxarıldığını, lakin elektron nəzarət vasitəsinin üzərinə taxılmadığını, hökmün icra müddətinin bitməsinə 1 il 3 ay qaldığını, nəzarət vasitəsinin isə ümumiyyətlə tətbiq edilmədiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Azərlə uzaq qohum olduqlarını, Azərin həmin vaxtlar onların Qaraçuq kəndindəki evində qaldığını, Samirlə taksi ilə Qaraçuğa getdiklərini, axşam saat 12 radələrində Samirə evə getməyi təklif etdiyini, Azərin isə pul olmadığını bildirib, su almaq üçün gedib maşınlara baxıb pul götürməyi təklif etdiyini, Samirlə özünün bunu istəmədiklərini, Azərin isə onu yola salmağı xahiş etdiyini, küçəyə çıxdıqdan sonra Azərin Samirlə onu gözləmələrini istədiyini, Samirlə onu küçədə gözlədiklərini, təxminən 10 dəqiqə onu gözlədiklərini, sonra Azərin qaça-qaça əlində pul ilə geri qayıtdığını, ordan yenidən evə keçdiklərini, Azərin orada onlara pul oğurladığını dediyini, Azərin cibindən 200 manat çıxarıb 100 manatını ona verib, 50 manatı özü üçün götürüb, 50 manatı isə Samirə verməyi bildirdiyini, taksi ilə “Megastor” adlanan marketə getdiklərini, oradan ərzaq aldıqlarını, alınan malların pulunu da özünün Azərin ona verdiyi pulla ödədiyini, ondan sonra evə getdiyini, sədrlik edənin suallarına cavabında isə Azəri orada gözləyəndə hasarı nə üçün aşdığını bilmədiyini, Azər gedib gəldikdən sonra pulun oğurluq olmasını öyrəndiyini, qəpiklər, 200 manatlıq bir ədəd əskinas və 2 ədəd də 100 manatlıq əskinas götürdüyünü, 100 manatın birini Azərin ona verdiyini, alış-verişdən sonra qalan 30 manatı isə özünün Samirə verdiyini, belə ki, Azərin ona alış-verişin pulunu ödəməsini, qalan pulu Samirə verməsini və qalıq məbləği isə özünün Samirə verəcəyini bildirdiyini, pulların oğurluq olmasını bilə-bilə götürməkdə səhvlik etdiyini, Qaraçuqda olan evdə heç kimin qalmadığını, orada hərdən Azərin qaldığını bildirdi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. İtiiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətməsi istinad olunmaqla qeyd olunmuşdur ki, o, 20 may 2024-cü il tarixdə gecə saatlarında qəsdən tamah məqsədilə Zərərçəkmiş şəxs1 məxsus Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən daşdan hasarlı fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq daxil olub həmin həyətdə park vəziyyətində olan sonuncuya məxsus Mercedes Benz 210D markalı **-BB-*** dövlət nömrə nişanlı mikroavtobusun içərisindən ümumilikdə 472 manat nağd pulu gizli yolla talayaraq oğurluq etmiş, daha sonra o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə təkrarən Təqsirləndirilən şəxs4 ilə 25 may 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayon Nehrəm qəsəbəsi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs2 Zeynalabdin oğluna məxsus “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan 390 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 390 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə təkrarən 26 may 2024-cü il tarixdə Babək rayon Şıxmahmud kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü “Naz Lifan 620” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobildə sonuncuya məxsus 280 manat kağız pulu və 10 manat qəpik pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumi olaraq 290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, sonda isə o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayonu Şəkərabad kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus “Vaz-2106” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobildən 110 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumi olaraq 110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yönələn ittihamla bağlı qeyd edir ki, şəxsin Zərərçəkmiş şəxs1 məxsus Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həmin həyətdə park vəziyyətində olan sonuncuya məxsus Mercedes Benz 210D markalı **-BB-*** dövlət nömrə nişanlı mikroavtobusun içərisindən ümumilikdə 472 manat nağd pulu gizli yolla talayaraq oğurluq etməsi və sözügedən epizod əsasında CM-in 177.2.3-cü maddəsi ilə, Babək rayon Şıxmahmud kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü “Naz Lifan 620” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobildə sonuncuya məxsus 280 manat kağız pulu və 10 manat qəpik pulu gizli olaraq talamaqla CM-in 177.2.2-ci maddəsi ilə, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayon Şəkərabad kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus “Vaz-2106” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobildən 110 manat pulu, həmçinin Təqsirləndirilən şəxs4 ilə 25 may 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayon Nehrəm qəsəbəsi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs2 Zeynalabdin oğluna məxsus “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan 390 manat pulu gizli olaraq talamaqla CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Eyni zamanda sözügedən Plenum qərarının 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Qərarın 20-ci bəndində isə göstərilir ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən fərdi yaşayış evinin həyəti olan hasarla təchiz edilmiş ərazi sahəsinə daxil olmaqla CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 sözügedən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə araşdırması gedişində Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması haqqında protokollar və onlara əlavə edilmiş videoyazılar əsasında tam sübuta yetirilmişdir. Bununla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Fərhad oğlunun etirafedici ifadələri və sonuncuların ifadələrinin yerində yoxlanılması ilə bağlı protokol əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 Babək rayon Nehrəm qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs2 Zeynalabdin oğluna məxsus “Fiat Doblo” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobildən 390 manat pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talamaqla cinayət törətmişlər, Təqsirləndirilən şəxs4 əməli CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs4 Fərhad oğlunun təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 etirafedici ifadələri, sonuncuların ifadələrinin yerində yoxlanılması ilə bağlı protokollar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Babək rayon Şəkərabad kəndi ərazisində Zərərçəkmiş şəxs4 məxsus “Vaz-2106” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobildə olan 110 manat pulu gizli yolla talamışlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli düzgün tövsif edilmiş və şəxslərin həmin əməlin törədilməsində təqsirliliyi yuxarıda sadalanan sübutlarla sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs1 əməlində CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, 59.1.12-ci maddəsinə əsasən əməlindən zərərçəkən şəxslərdən Zərərçəkmiş şəxs1 ilə aralarında barışıq əldə edilməsini, 59.1.14-ci maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai araşdırma orqanına verdiyi yazılı ərizədə vurulmuş zərərin həmçinin Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini və təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə olunduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən zərər ödənildiyindən ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini rəhbər tutaraq, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, törədilmiş cinayətlərin xarakteri, habelə şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş daha yüngül cəza növünün islah təsirinin yetərsizliyi nəzərə alınmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozmaqla həm ibtidai istintaqın, həm də məhkəmə istintaqının normal gedişinə mane olmasını, aralarında yaşca ən böyük olmaqla digər təqsirləndirilən şəxslərin davranışına mənfi təsiri barədə məlumatları, onun psixi inkişafını səciyyələndirən halları, şəxsiyyətinin islaholunmaz xarakterinin məhkəmə aradırması zamanı müəyyən olunan digər xüsusiyyətlərini nəzərə alır və hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza tədbiri Təqsirləndirilən şəxs1 üçün islah təsirinə malik ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun barəsində xx.xx.2024-cü il tarixli şəxsin barəsində axtarış elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi haqqında qərarla seçilmiş həbs qətimkan tədbirinin tətbiq edildiyi “26” dekabr 2024-cü il tarixdən hesablanmalı, onun haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə ərazi polis orqanı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına təhvil verildiyi qeyd olunmuşdur. Cinayət Prosessual Məcəllənin 155.3 və 155.3.3-cü maddələrinə əsasən hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə həbs qətimkan tədbiri təyin oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyini məsələsini müzakirə edərək qeyd edir ki, CM-in 20.1-ci maddəsinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, oğurluğa, soyğunçuluğa, quldurluğa və s. əməllərə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci ildə, Təqsirləndirilən şəxs3 xx.xx.2008-ci ildə, Təqsirləndirilən şəxs4 isə xx.xx.2008-ci il tarixdə doğulmaqla cinayət əməlini törədərkən oğurluq əməlinə görə məsuliyyətə cəlb edilən müvafiq yaşa çatmaqla hazırda yetkinlik yaşına çatmayan şəxslərdir. Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1-cü maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun hər üçünün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 85.1 və 85.1.3-1-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzası təyin oluna bilər. CM-in 85.4-1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə bu qənaətə gələrkən yetkinlik yaşına çatmayan şəxslərin əməllərində CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsini, 59.1 və 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslərlə aralarında barışıq əldə olunmasını, 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ibtidai araşdırma orqanına verdiyi yazılı ərizədə və Zərərçəkmiş şəxs4 isə məhkəmə iclasında verdiyi ifadəsində vurulmuş zərərin tamamilə ödənildiyini və təqsirləndirilən yetkinlik yaşına çatmayan şəxslərlə aralarında barışıq əldə olunduğunu bildirmişlər. Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Əməlin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsini və Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində müəyyən edilmiş digər yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində törətdikləri cinayət əməlinə görə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CMnin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 Fərhad oğlunun üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs4 Fərhad oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası şəxsin yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Babək şəhəri, Qoşadizə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası şəxsin yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası şəxsin yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs4 Fərhad oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 – Təqsirləndirilən şəxs1, Müdafiəçi2 - Təqsirləndirilən şəxs2, Müdafiəçi3 - Təqsirləndirilən şəxs3, Müdafiəçi4 isə - Təqsirləndirilən şəxs4 Fərhad oğlunun dövlət büdcəsi hesabına müdafiəçisi təyin olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə işdə iştirak etməyə buraxılmışlar. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şəxsin barəsində həbs qətimkan tədbirinin tətbiq edildiyi “26” dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 Fərhad oğlu barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Fərhad oğlunun üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs4 Fərhad oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, Təqsirləndirilən şəxs4 Fərhad oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, ona münasibətdə hökmün icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, ona münasibətdə hökmün icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Babək şəhəri, Qoşadizə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, ona münasibətdə cəzanın icrası şəxsin yaşayış yeri üzrə Babək Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Müdafiəçi2 Təqsirləndirilən şəxs2, Müdafiəçi3 Təqsirləndirilən şəxs3, Müdafiəçi4 isə Təqsirləndirilən şəxs4 Fərhad oğluna göstərilmiş hüquqi yardıma görə nəzərdə tutulmuş pul tutulub Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar