Məhkəmə qərarları › İş №1(079)-10/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-10/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-10/2024 03.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Oktay oğlu, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X1 iştirakları ilə, Türkiyə Respublikası Van şəhəri, Muradiyə ilçəsinde xx.xx.1984-cü il tarixdə anadan olan, Türkiyə Respublikası vətəndaşı, türk, evli, (9 və 12 yaşlarında iki uşaq atası) Naxçıvan şəhəri “Xəyal Servis” Məhdud Məsuliyyyətli Cəmiyyətində mexanik-mühərrik ustası işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə-21, ev-2A ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “01” aprel 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Babək rayonu, Cəhri qəsəbəsində Şahid məxsus evə gələrək Zərərçəkmiş şəxs Oktay oğlu ilə mübahisə etmiş və onun sağlamlığına bıçaqla yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Türkiyə Respublikası vətəndaşı olmaqla 2010-cu ildən Naxçıvan Muxtar Respublikasında yaşadığını, “Xəyal” avtoservisdə maşın - mühərrik ustası işlədiyini, evli olmaqla 2 qızı olduğunu, ailəsinin də Naxçıvanda yaşadığını, Cəhri qəsəbəsindən olan Gülərlə 4 ildir yaxın münasibətlərinin olduğunu, onun evinə tez-tez gedib-gəldiyini, Gülərlə olan münasibətindən aləsinin də xəbərdar olduğunu, ailəsi ilə birlikdə yaşasa da onlar Türkiyədə olan zaman Gülərlə birlikdə yaşadığını, Gülərin boşandığını və tək yaşadığını, hadisənin baş vermə tarixinin konkret olaraq yadında olmadığını, lakin 2024-cü ilin aprel ayında baş verdiyini xatırladığını, hadisə baş verən ərəfələrdə öz evində qaldığını, evinə gedərkən Gülərə qabaqcadan xəbər etmədiyindən onun gedəcəyindən xəbərinin olmadığını, hadisədən 1-2 gün əvvəl aralarında olmuş mübahisə ilə bağlı söhbət etmək üçün onun Cəhri qəsəbəsində yerləşən evinə getmək qərarına gəldiyini, Gülərin evinin təmir xərclərini qarşıladığından borca düşdüyünü, bu səbəbdən də aralarının yaxşı olmadığını, Zərərçəkmiş şəxs da o evdə usta işlədiyini, həmin gün taksi ilə Naxçıvan şəhərindən Cəhri qəsəbəsinə getdiyini, Gülərin evdə əksəriyyət vaxtlarda tək olduğunu, belə ki, oğlunun imkansızlıqla bağlı baxa bilmədiyindən internat məktəbində oxuduğunu, evin açarının yedəyinin onun özündə olduğunu, həmin gün də evin qapısını açıb içəri girdiyini, evə girəndə Zərərçəkmiş şəxsla Güləri uyğunsuz vəziyyətdə gördüyündən əsəbiləşdiyini, Zahidin ona “biz evlənmişik burdan çıx get” dediyini, həmin vaxt içkili olduğunu, Zahidin də içkili olduğunu, bu səbəbdən də hadisənin axarının tam olaraq yadında olmadığını, əsəbiləşib Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə, onu yaralamaq niyyəti olmadan mətbəxdən götürdüyü bıçaqla evdən qovmağa çalışdığını, bıçağı mətbəxdən stolun üzərindən götürdüyünü, hər ikisinin qulpu sarımtıl taxta rəngində eyni formalı bıçaqlar olduğunu, bıçağı axtarmadığını, elə stolun üstündə olduğunu, mətbəxdən birinci dəfə götürdüyü bıçağı Zahidin onun əlindən aldığını, əsəbiləşib mətbəxdən ikinci dəfə başqa bir bıçaq götürdüyünü, həmin vaxt arada əlbəyaxa mübahisə olduğundan Zərərçəkmiş şəxs qolunu bıçağın kəsdiyini, niyyətinin Zahidi yaralamaq olmadığını, Güləri bıçaqla qorxudub evdən qovmağa çalışarkən Zərərçəkmiş şəxs qabağa keçdiyini, ikinci dəfə bıçağı götürüb qayıdanda Gülərin qorxub çölə qaçdığını, daha sonra çölə çıxanda artıq heç kimə ziyan vermək istəmədiyi üçün bıçağı həyətə tulladığını, Zərərçəkmiş şəxs ikinci dəfə götürdüyü bıçaqla vurduğunu, birinci bıçağı isə Zahidin əlindən aldığını, həmin vaxt onun əlinin kəsildiyini hiss etmədiyini, həmin an içkili və əsəbi olduğundan Zahid bıçağı əlindən aldığı üçün ikinci dəfə bıçaq götürmək üçün mətbəxə getdiyini, bıçağı tullayıb qayıdıb Gülərlə danışmaq istəyəndə artıq evdə heç kimin olmadığını gördüyünü, məqsədinin kimsəyə xəsarət yetirmək olmadığını, Zərərçəkmiş şəxs öz istəyilə xəsarət yetirmədiyini, bunu planlaşdırmadığını, Zahidin usta kimi işləməsini Gülərin təklif etdiyini, özünün isə buna razılıq verdiyini, Zahidlə Gülərin qohumluğu olduğundan, həmçinin o gündüzlər işlədiyi vaxtlarda Gülərin oğlu da evdə olduğundan orada olmasından narahatlığı olmadığını, hadisə baş verən gün də Zahidin orada olmasından xəbərinin olmadığını və bunu ehtimal etmədiyini, Gülərin evində gördüyü iş müqabilində ona 700 manat pul verdiyini, onunla aralarında heç bir ədavət və ya düşmənçiliyin olmadığını, bir neçə gün əvvəl Gülərdən ona xəyanət edib-etmədiyini soruşduqda bunu qəbul etmədiyini, Gülərin oğlunun 9-10 yaşı olduğunu və həftə sonları və tətil günlərində evdə olduğunu, maddi sıxıntılara görə oğlunu internat məktəbinə qoyduğunu, həmin vaxt öz əllərində də kəsiklər olduğunu, lakin ciddi bir şey olmadığından ekspertizaya getmək istəmədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəyən zərərin əvəzini ödədiyini, bununla bağlı notarial qaydada ərizə verdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Oktay oğlu məhkəmə baxışı iclasında verdiyi izahatında təqsirləndirilən şəxslə qohumluq və ya ədavətinin olmadığını, Gülərlə hələ uşaqlıqdan qonşu olduqlarını, ondan 15-16 yaş böyük olduğunu, səyyari olaraq usta kimi evlərdə işlədiyini, bu səbəbdən onun da evini təmir etdiyini, Sərkanı da oradan tanıdığını, Serkanın ifadəsində onları uyğunsuz vəziyyətdə gördüyünü bildirdiyini, lakin orada uyğunsuz hərəkət olmadığını, ailəli olmaqla 21 və 25 yaşlarında 2 övladı olduğunu, Serkanın Güləri vurmaq istəyərkən Gülər onun arxasına keçdiyi üçün bıçağın ona dəydiyini, içkili olduğu üçün Sərkanın heç nədən xəbəri olmadığını, ona qəsdən xəsarət yetirmək niyyətində də olmadığını, onlar arasında əvvəlcədən mübahisə mövcud olduğunu Gülərin ona söhbət əsnasında dediyini, hadisə baş verməmişdən 20 gün qabaqcadan həmin evdə işləməyə başladığını, 3 ədəd divarı suvadıqdan sonra 1 divarın qaldığını, hadisədən 3 gün əvvəl evdə işlədiyini, hadisə günü yəni 13 mart 2024-cü ildə Gülərin ona saat 3 və 6 radələrində iki dəfə zəng edərək divarın quruduğunu və qalan hissələri də tamamlamaq üçün ora getməyini xahiş etdiyini, həmin gün gedə bilməyəcəyini dedikdən sonra təkrar zəng etdiyindən axşam saat 7-də oraya getdiyini, Gülərin ona televizor altlığının yığılması üçün materiallar aldığını bildirdiyini, Gülərin ona yemək yeməyi təklif etdiyini, lakin ona evdə yeyəcəyini dedikdə çay gətirdiyini, elə çay içərkən Sərkanın içəri girdiyini, mətbəxdən bıçağı götürüb Gülərin üstünə yeridiyini, mətbəxin evə qapıdan girişdən solda yerləşdiyini, Sərkanın girən kimi bıçağı götürüb Gülərin üstünə yeridiyini, Gülərin arxasına keçdiyini və bıçağın ona dəydiyini, belə ki, ortaya girib bıçağı əlindən alarkən bıçağın əlini kəsdiyini, bıçağı alıb çölə atanda Sərkanın ikinci dəfə bıçaq götürməyə getdiyini, bu zaman Gülərə çıxıb qaçmasını dediyini və onun çölə qaçdığını, ikinci dəfə bıçağı atanda bıçağın sol qoluna dəydiyini, daha sonra isə digər qoluna dəydiyini, bıçaqların fərqli olduğunu, birinci bıçağı həyətdə təzə açılmış himin içinə tulladığını, ikinci bıçağı isə Sərkanın həyətə tulladığını, barmağı, sol və sağ qolundan xəsarət aldığını, daha sonra Sərkanın gəldiyi taksiyə minib çıxıb getdiyini, o getdikdən sonra Gülərin qayıdıb gəldiyini və polisə zəng edib evinin dağıdıldığını dediyini, polis gəldikdən sonra evə dəyən ziyandan əlavə xəsarət aldığına görə xəstəxanaya aparılmalı olduğunu dediyini, həmin vaxt içkili olmadığını, lkain Sərkanın içkili olduğunu, aralarında nə mübahisə olduğunu bilmədiyini, küsülü olduqlarını isə Gülərdən Sərkanın niyə evdə olmadığını soruşduqda, ona Sərkandan ayrıldıqlarını və küsülü olduqlarını bildirəndə öyrəndiyini, gec olduğu üçün Sərkanın niyə evdə olmadığını soruşduğunu, Sərkanın tez-tez orada olduğunu, Gülərlə aralarında elə də səmimiyyət olmadığını, sadəcə soruşduqda küsülü olduqlarını bildirdiyini, hazırda Sərkandan heç bir tələbi və şikayətinin olmadığını, barışdıqlarını, bıçaqlanan zaman üzərində olan köynək və jiletkanı xəstəxanada götürdüklərini, Gülərin onu çağırmaqda məqsədinin kəsir işləri (televizor altlığını yığmaq və divarı təmir etmək) tamamlamaq olduuğunu, işinə görə 750 manat pulu Sərkanın ona verdiyini, Sərkanla Gülərin münasibətinin olduğunu bildiyini və orada heç bir uyğunsuz vəziyyət olmadığını, Sərkanın içkili vəziyyətdə ifadə verdiyini, indi də düz danışmadığını, həmin an qaçmamağının səbəbinin onları aralayıb sakitləşdirməyə çalışmağı olduğunu, lakin Sərkanın bıçaq götürəcəyini bilmədiyini, orada təmir işləri apararkən də aralarında mübahisə olanda onları sakitləşdirdiyini, ilk dəfə bıçağı əlindən alanda əlini kəsdiyini, bıçağı alıb yerə atdığını, ikinci dəfə isə yenidən bıçağı götürəndə qolundan yaralandığını, Sərkana çıxıb getməsini deyəndə çöldən bel ilə vurub mətbəxin şüşəsini qırdığını, daha sonra taksinin gəlib onu apardığını, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində hal-hazırda Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla yaşadığını, evdar qadın olduğunu, təxminən 1 ay müddətdir ki, ustalıqla məşğul olan həmkəndlisi Zərərçəkmiş şəxs Oktay oğlunun onun yaşadığı evdə təmir işləri gördüyünü, həmin vaxt o, sevgili münasibətində olduğu Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Faruk oğlu ilə birlikdə yaşadığını, təxminən 10 gün bundan əvvəl Serkanla mübahisə etdiklərini və ondan ayrıldığını, Zahidin gördüyü işlərdən yarımçıq qalan işlərinə baxmaq üçün ona zəng vurduğunu və Zərərçəkmiş şəxs işdən çıxdıqdan sonra gələ biləcəyini dediyini, təxminən saat 20 radələrində Zahidin onlara gəldiyini və işə baxıb alınacaq materialları ona dediyini, sonra ona çay gətirdiyini və Zahidlə çay içən zaman evin qapısının açıldığını və əvvəllər sevgili olduğu Serkanın gəldiyini gördüyünü, özü ona baxıb “mən səni evdən qovalamışam, niyə gəlmisən” dediyini, sonra Serkanın Zahidə tərəf üzünü tutub ona “mən evdə yoxam, sən bura nəyə gəlmisən” dediyini, Zahidin ona “mən həmişə bu evə gələn adamam” dediyini, sonra Serkanın mətbəxə keçib əlində bıçaqla qayıtdığını və ona tərəf gəldiyini, qorxub Zahidin arxasına tərəf keçdiyini, Zahidin Serkanı sakitləşdirməyə çalışdığını, sonra Serkanın onun ünvanına nalayiq söyüşlər söydüyünü və əlindəki bıçağı ona tərəf əli ilə atdığını və bıçağın Zahidin sağ qoluna dəydiyini və Zahidin həmin vaxt Serkanı həyətə çıxartdığını və bıçağı əlindən alıb atdığını, sonra Serkanın təkrar evə girdiyini və suqızdırıcını divardan söküb yerə atdığını, yenidən mətbəxə girib yenə əlində bıçaqla qayıtdığını, sonra anidən onu bıçaqla vurmaq istədiyini, Zahidin sol qolu ilə onu kənara çəkmək istəyən zaman bıçağın Zahidin sol qolunun dirsək nahiyyəsindən tutduğunu və qan axmağa başladığını, həmin vaxt evdən çıxıb qaçdığını, sonra Serkanın onun arxasınca çıxdığını, gizləndiyi üçün Təqsirləndirilən şəxs onu tapa bilmədiyini və çıxıb getdiyini, həyətə qayıtdığını, Zahidin qolundan qan axdığını görüb polisə zəng vurub bu barədə məlumat verdiyini bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə xx.xx.2024-cü il tarixdə saat 23:10-da Babək rayonu Cəhri qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilmiş, keçirilmiş baxış zamanı büünövrəsi qoyulmuş, divarları olmayan tikilinin içərisindən üzərində qanabənzər ləkələr olan bir ədəd bıçaq, giriş qapısının önündə, çınqıl daşların üzərində qanabənzər ləkələr, həyətin sağ tərəfində olan tikilinin qapısının yerə düşdüyü, həyətin sol tərəfində su çəninin qırılaraq yerə düşdüyü evin içərisindəki əşyalar qırılmış və dağışdılmış vəziyyətdə olduğu, həyətdə çəpərlənmiş ot sahəsinin üzərində qanabənzər izlər X4 evinin və həyətinin fotoşəkilləri çəkilərək və hadisə yerindən tapılmış, üzərində qanabənzər izlər olan ikinci bıçağın aşkarlandığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və X3»nin canlı şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 449 saylı rəyində qeyd olunur ki Zərərçəkmiş şəxs Oktay oğlunun bədən səthi üzərində sol said nahiyəsinin, sol bazu nahiyəsinin, sol 2-ci barmaq falanqasının, sol qulaq nahiyəsinin dərin kəsilmiş yarasının kəsici-deşici əşya (alət) (ola bilsin ki, bıçaq) təsirindən törəndiyi, müddətinin qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ biləcəyi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edildiyi, həmçinin vətəndaş Zərərçəkmiş şəxs Oktay oğlunun almış olduğu xəssarətin xarakter və lokalizasiyasını nəzərə alıb, şəxsin almış olduğu xəsarətin ekspertizaya təqdim olunmuş bıçaqlarla, eləcə də ona oxşar xüsusiyyətlərdə olan digər bıçaqlarla törənə biləcəyi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə araşdırması zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokol, tanınmaya təqdim etmə haqqında protokol, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri və ekspert rəyləri əsasında müəyyən olunmuşdur ki, həqiqətən də Adiyan X5 Zahid Oktay oğlunun sağlamlığına yüngül zərər vurması ilə bağlı ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirlidir və şəxsin əməli düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında vurğulanır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Zərərçəkmiş şəxs Oktay oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə və ifadəsində Təqsirləndirilən şəxsla aralarında olan münaqişə ilə əlaqədar olaraq məhkəmədə cinayət işinin açıldığını, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmiş və barışmaları səbəbi ilə həmin cinayət işinə xitam verilməsini xahiş etmişdir. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Sözügedən normaları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilməli və məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialından məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Oktay oğlunun sağlamlığına yüngül zərər vurarkən istifadə etdiyi alət - 02 ədəd bıçaq (11.5 sm uzunluğunda taxta və qəhvəyi rəngli dəstəyi və 18 sm uzunluğunda tiyəsi olan 01 ədəd, 12.2 sm uzunluğunda taxta və qəhvəyi rəngli dəstəyi və 16,8 sm uzunluğunda tiyəsi olan 01 ədəd) maddi sübut qismində tanınmışdır. Məhkəmə CPM-in 132, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlarla bağlı məsələnin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq icraat materiallarında saxlanılan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2024-cü il tarixli, 295 saylı ekspert rəyinə əsasən soyuq silah hesab edilməyən 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məhv edilməlidir. Belə ki, CM-in 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri həmçinin şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CPM-in 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. CPM-in 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. CPM-in 193.5ci maddəsinə əsasən Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və CPM-in 40-cı, 41-ci, 43-cü, 344-347-ci, 356-cı, 358ci və 385-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılan 02 ədəd bıçaq (11.5 sm uzunluğunda taxta və qəhvəyi rəngli dəstəyi və 18 sm uzunluğunda tiyəsi olan 01 ədəd, 12.2 sm uzunluğunda taxta və qəhvəyi rəngli dəstəyi və 16,8 sm uzunluğunda tiyəsi olan 01 ədəd) hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məhv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar