Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-10/2025 14.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, “01” yanvar 1997-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Güznüt kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işsiz, Babək rayonu, Güznüt kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq mü ə y y ə n e t d i : Babək Rayon Məhkəməsinin icraatına “07” yanvar 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraatın aparlmasının nəticələrinə dair yekun protokolda ibtidai araşdırma orqanı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində vətəndaş Təqsirləndirilən şəxs ilə əvvəlcədən aralarında olan mübahisə zəminində Babək rayonu, Güznüt kəndində küçədə X3 vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəmənin icraatına daxil olduqdan sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.2-ci və 298.3-cü maddələrinin tələbinə uyğun olaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmənin hazırlıq iclası “14” yanvar 2025-ci il tarixə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 isə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə aralarında barışıq əldə olunduğunu, bu səbəbdən də ondan heç bir şikayət və tələbinin olmadığını, məhkəmə icraatı zamanı qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Qeyd edilən halın hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sözügedən normanın şəxsin təqsirləndirildiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, cinayət törətmiş şəxslə həmin əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin barışmasını cinayət qanunu cinayət məsuliyyətindən azad edilməsi əsası kimi nəzərdə tutur. Zərərçəkmiş şəxs X1 məhkəmədə verdiyi ifadəsindən və xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olur ki, onunla Təqsirləndirilən şəxs arasında barışıq əldə edilib. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alan məhkəmə bilidirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir; - 38.4-cü maddəsinə görə cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir; - 40.1-ci maddəsində qeyd edirlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; - 40.3-cü maddəsinin tələbinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; [40] - 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. - 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. - 41.6-cü maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. - 43.1-ci maddəsininin mahiyyətindən görünür ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda qeyd edilən prosessual normaları iş materialları ilə əlaqəli şəkildə tədqiq etdikdə aydın olur ki, zərərçəkmiş şəxs X4 ilə Təqsirləndirilən şəxs arasında barşıq əladə edilib və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində bəraətverici əsaslar olmadan işə xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddədinin tələbinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmçinin həmin Məcəllənin 300.1 və 300.1.7-ci maddələrinin mahiyyətindən görünür ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədədir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa Cinayət Prosessual Məcəllənin 305.2-ci maddəsində qeyd edilir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş materiallarında aydın olur ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib. Buna görə də hazırda sözü gedən məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına o cümlədən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-10/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-10/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver