Məhkəmə qərarları › İş №1(079)-11/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-11/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-11/2024 21.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, iki uşaq atası, təmir-tikinti sahəsində ustalıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, əlilliyi olmayan, hər hansı orden, medal və ya fəxri adla təltif edilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “15” aprel 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdi ki, Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsinə əsasən 23 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə iki uşağa görə 180 (bir yüz səksən) manat məbləğində alimenti 07 iyun 2016-cı il tarixdə doğulmuş X4 və 29 may 2017-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Zərərçəkmiş şəxs ödəməli olduğu halda aylıq aliment ödənişlərini vaxtında və lazımınca etməyərək, yekunda 3433 (üç min dörd yüz otuz üç) manat miqdarında alimenti ödəməyərək Şərur Rayon Məhkəməsinin sözü gedən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini qeyd edərək, məhkəmə iclasında verdiyi ifadəsində bir müddət işsiz olduğundan, bir müddət isə Nurtacla barışıb birlikdə yaşadığından və həmin dövr üçün də aliment borcu hesablandığından alimenti vaxtında ödəyə bilmədiyini bildirmişdi. Təqsirləndirilən şəxsə verilən suallara cavab olaraq isə o, alimentin tutulması barədə qətnamənin 2019-cu ildə qanuni qüvvəyə mindiyini, qətnaməyə əsasən bir uşağa görə hər ay 90 manat aliment ödəməli olduğunu, özünün orta aylıq gəlirinin 400-450 manat olduğunu, son 6-7 aydır ki, ev təmiri ilə bağlı usta kimi işlədiyini, qətnamə qəbul edildikdən sonra Nurtacla aralarında təqribən 6-7 dəfə barışıq olduğunu, bundan başqa pulu əldən verdiyini və ya göndərdiyini, buna görə də özündə aliment pulunun ödənilməsi ilə bağlı qəbz olmadığını, etdiyi ödənişlərin ümumi miqdarını xatırlamadığını, 200, 250 və 180 manat məbləğlərində ödənişlər etdiyini, bəzən plastik kartla da ödəniş etdiyini, alimentlə bağlı əvvəlcədən borcunun yarandığını, sonradan Nurtacın ona xəbər etmədən oğluna kiçik toy etdiyini, bu hadisənin ona təsir etdiyini və buna görə də açığa düşərək bir aliment ödəmədiyini, Mənzil İstismar İdarəsində qısa müddət işlədiyini, lakin orada əmək haqqı az, yəni 370 manat olduğundan işdən çıxdığını, həmin vaxt kirayədə yaşadığını, aldığı pulun çoxunu, 200 manatını kirayə haqqı verdiyini, buna görə də işdən çıxıb işləmək üçün Bakı şəhərinə getdiyini, orada evlərdə usta işlədiyini və aylıq qazancının 850 manat olduğunu, cəmi iki ay belə işləyə bildiyini, çünki onun barəsində axtarış verildiyindən özünün Bakı şəhəri, Binə polis bölməsinə gedib təslim olduğunu, Bakı şəhərində işlədiyi müddətdə Nurtaca 550 manat miqdarında ödəniş etdiyini, Naxçıvanda olduğu müddətdə quyu qazmaqla da qazanc əldə etdiyini, quyunun metrini 150 manata qazdığını, lakin bunun üç nəfərlə birlikdə etdikləri üçün pul da aralarında bərabər qaydada böldüklərini, həqiqətən də Şahid3 həyətində quyu qazdığını, lakin ondan aldığı puldan özünə cəmi 110 manat pul çatdığını, çünki alınmış pulu üç nəfərə böldüklərini, həmçinin bu işi görmək üçün materialların daşınmasına pul xərclədiklərini, özünə qalan pulu isə səhhətinə xərclədiyini, alimet tələbi ilə bağlı tələbin könüllü icrası ilə bağlı bildirişi aldığını, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun ona dəfələrlə xəbərdarlıq etdiyini, bununla əlaqədar 2021-ci və 2023-cü illərdə inzibati qaydada həbs edildiyini, Nurtacla evli olduğu müddətdə pirket sexində işlədiyini, ayda 400-450 manat əmək haqqı aldığını, zərərçəkmiş şəxsə ayrıldıqdan sonra uşaqları ilə maraqlandığını, lakin bir ildən çoxdur ki, onları görə bilmədiyini, buna səbəb isə uşaqlarını görməyə gedəndə polis çağırdıqlarını, uşaqlarını görmədiyindən alimenti də vermədiyini, zərərçəkmiş şəxslə ayrılmasa idi, həmçinin işsiz olsa idi uşaqlarını ac saxlamayacağını, əgər həbs olunmasa idi aliment borcunun yarısını ödəyə biləcəyini, özünün Nurtaca “istəsəm alimenti verərəm, özüm vermirəm” sözünü demədiyini, əməlindən peşman olduğunu qeyd etmişdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Qasımla 2015-ci ildə ailə qurduğunu, onunla 2018-ci ildə ayrıldığını, məhkəmə qətnaməsi əsasında Qasımdan hər ay bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə isə iki uşağa görə 180 manat aliment tutulmalı olduğunu, özünün Qasımın barəsində olan narazılığının onun spirtli içki qəbul etməsi olduğunu, içmədiyi vaxt ərzində onunla yaxşı yola getdiyini, təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdə isə onunla aralarında mübahisə yarandığını, Qasımın alimenti poçtla ödədiyini, onun əldən-ələ pul vermədiyini, təqsirləndirilən şəxsin 4-5 dəfə poçtla aliment ödədiyini, daha sonra qayınanasının öz pensiyasından alimenti ödəməyə razılıq verdiyini, Qasımın anasının pensiyası ilə ona cəmi 200 manat aliment ödədiyini, sonra qayınanası maddi imkanın olmadığını bildirərək pensiyasından tutulmanı dayandırdığını, 2023-cü ilin dekabr ayınadək Qasımın yaranmış aliment borcunun təqribən 3000 manatdan artıq olduğunu, təqsirləndirilən şəxsin ona sonuncu dəfə alimenti elə həmin ay ödədiyini, elə vaxt olub ki, onun bir ildən çox müddət ərzində aliment ödədmədiyini, özünün Qasıma qarşı iki dəfə aliment tələbi ilə bağlı iddia qaldırdığı, birinci dəfə aliment təyin edildiyi dövrdə dəfələrlə onunla barışdığını və alimentin tutulmasına xitam verilməsi ilə bağlı icra şöbəsinə ərizə verdiyini, sonradan o, yenidən uşaqlarla maraqlanmadığından ona qarşı yenidən iddia qaldırdığını, bundan sonra onunla barışmadığını, bildiyinə görə Qasımın hər ay qazancının olduğunu, onun əvvəllər kərpic sexində işlədiyini, sonra çobanlıq etdiyini, daha sonra isə zibil idarəsində işə düzəldiyini, həmin vaxt aliment alacağını düşünsə də Qasımın işdən çıxaraq Bakı şəhərinə getdiyini, özünün bacısının oğlunun telefonu ilə Qasıma səs ataraq əmək haqqı aldığını, niyə alimenti ödəmədiyini soruşduğunu, təqsirləndirilən şəxsin isə ona “sən həmişə belə miyovuldaya-miyovuldaya qalacaqsan” dediyini, Qasımla 2015-ci ildən 2018-ci ilədək cəmi yeddi ay birlikdə yaşadıqlarını, onunla ayrıldıqdan sonra Qasımın əvvəllər uşaqlarla maraqlandığını, onlara zəng edib danışdığını, lakin son zamanlar bunu etmədiyini, cinayət işi başlandıqdan sonra ona Qasımın yaxınları tərəfindən pul ödənilmədiyini, ona ancaq “Qasımı bağışla” dediklərini bildirmişdi. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icraatına qəbul etmiş icra məmuru - şahid X9 məhkəmədə verdiyi ifadəsində icra sənədinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşağa görə 180 manat məbləğində alimentin tutularaq 07 iyun 2016-cı il tarixdə doğulmuş X4 və 29 may 2017-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edildiyini, icra sənədi həmin vaxt şöbənin sabiq icra məmuru Vüsal Kərimovun icraatında olduğunu, 2023-cü ilin yanvar ayında isə onun icraatına verildiyini, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimenti vaxtında və lazımınca ödəmədiyinə görə aliment borcu yarandığını, icra sənədinin icrası ilə əlaqədar bütün zəruri icra tədbirləri həyata keçirildiyini, onun barəsində axtarış verildiyini, ölkədən getmək hüququ məhdudlaşdırıldığını, borclu Təqsirləndirilən şəxs iki dəfə inzibati məsuliyyətə cəlb edildiyini, verilmiş sorğulara əsasən borclunun adına tələbin yönəldilə biləcəyi heç bir gəlir və əmlak aşkar edilmədiyini, borclunun rəsmi iş yeri olmadığını, borclunun fərdi əməklə məşğul olaraq qazanc əldə etdiyi müəyyən edildiyini, Təqsirləndirilən şəxs aliment borcu yarandıqdan sonra ona borcunu ödəməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edildiyini, borcluya cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq etdiyini, borclu aliment borcunu ödəyəcəyini bildirsə də heç bir nəticə əldə olunmadığını, buna görə onun cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verildiyini, icra sənədinin 28 avqust 2019cu ildə icraata daxil olduğunu, tələbin könüllü icrası barədə bildirişin təqsirləndirilən şəxsə təqdim edildiyini, təqsirləndirilən şəxsin onun barəsində cinayət işi başlanması barədə təqdimat verildikdən sonra aliment ödəməyə başladığını, onun çox az miqdarda aliment ödədiyini, Təqsirləndirilən şəxs əsasən axtarışla gətirildiyi vaxtlarda məcburi qaydada aliment ödədiyini, Təqsirləndirilən şəxs fərdi qaydada həyətlərdə su quyuları qazdığını, təmir-tikinti sahələrində usta işlədiyini, çobanlıq etdiyini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil İstismar İdarəsində işlə təmin edildiyini, lakin icra sənədi onun əmək haqına yönəldikdən sonra öz arzusu ilə işdən çıxdığını, onun barəsində 01 oktyabr 2019-cu ildən 12 oktyabr 2021-ci il tarixədək axtarış verildiyini, həmin müddət ərzində Təqsirləndirilən şəxs ümumiyyətlə aliment ödəmədiyini, xatırladığına görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin bir dəfə barışdığını qeyd etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babək Rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində Təqsirləndirilən şəxs dəfələrlə alimentin ödənilməsi barədə xəbərdarlıq edildiyini, həmçinin onun inzibati məsuliyyətə cəlb edildiyini, onun əvvəllər qismən də olsa ödəniş etdiyini, lakin sonradan ödəniş etmədiyini, bu barədə onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdarlıq edildiyini, zərərçəkmiş şəxsin əvvəllər də Təqsirləndirilən şəxs qarşı aliment tələbi ilə bağlı icra sənədi olduğunu, onlar barışdığından həmin icra işinə xitam verildiyini, bu barədə zərərçəkmiş şəxsin ərizə verdiyini, sonradan yeni icra sənədinin şöbəyə daxil olduğunu, icra sənədi icra məmurunun icraatında olduğundan onunla bağlı aparılmış hərəkətlərdən və sənədləşmədən tam da məlumatlı olmadığını bildirmişdi. Şahid X5 14 may 2024-cü ildə məhkəməyə teleqramla müraciət edərək səhhəti, həmçinin maddi vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə, prosesdə iştirak edən şəxslərin fikrini dinləməklə yuxarıda qeyd edilən şahidin məhkəmə iclasında iştirak etməmə səbəbini üzrlü, həmçinin işin obyektiv araşdırılmasına təsir etmədiyini hesab edərək onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsini elan və tədqiq etmişdi. X5 ibtidai istintaqı zamanı verdiyi ifadəsində Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən həyətyanı sahəsində olan su quyusunu dərinləşdirmək istədiyini, ona Təqsirləndirilən şəxs məsləhət bildiklərini, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb bu barədə görüşdüyünü, quyunun hər metrini 150 (bir yüz əlli) manata qazacağını razılaşdıqlarını, Qasımın bir həftə quyunu qazdığını, işləyən zaman o, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 840 (səkkiz yüz qırx) manat pul verdiyini bildirmişdi. Təqsirləndirilən şəxs şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək, əldə etdiyi birlikdə işlədiyi üç nəfərlə aralarında bərabər böldüyünü bildirmişdi. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət tərkibinin yaranmasına səbəb olur. Onun təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən görünür ki, şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hökmü, qərardadı, qərarı və ya əmri olmalı və o, bu məhkəmə aktını qərəzli olaraq icra etmədikdə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətdikdə cinayət tərkibi yaranır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsindən Zərərçəkmiş şəxs 23 iyul 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etməsi, onun tələbinin qismən təmin edilərək, 23 iyul 2019-cu il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə iki uşağa görə 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq 07 iyun 2016-cı il tarixdə anadan olan X4 və 29 may 2017-ci il tarixdə anadan olan X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət edilməsi müəyyən edilir (iş vərəqə 130-133). Cinayət işi materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli icra sənədindən yuxarıda qeyd edilən qətnamənin alimentə dair hissədə çıxdığı gün icraya yönəlməsi aydın olur (iş vərəqə 15). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulub və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Cinayət işi materiallarından görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 491/2019 nömrəli, 21 avqust 2019-cı il tarixli icra sənədi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə göndərilmiş və 28 avqust 2019-cu ildə həmin icra sənədi üzrə icra məmuru X11 icraata başlamaq haqqında qərar qəbul etmişdi (iş vərəqə 14). Təqsirləndirilən şəxsin və icra məmurunun məhkəmədə verdiyi ifadələrindən, həmçinin iş materiallarında olan sənədlərdən o da aydın olur ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra o, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsindən irəli gələn hərəkətləri etmiş, yəni icraata başlamaq haqqında qərarı tələbin könüllü icra haqqında bildirişlə bərabər Təqsirləndirilən şəxs rəsmi qaydada göndərmişdi (iş vərəqə 16). İcraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, borcludan Şərur Rayon Məhkəməsinin 2(110)-491/2019 nömrəli, 21 avqust 2019-cu il tarixli icra sənədinin dərhal icrası tələb edilmişdi. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs barəsində icrası məcburi olan məhkəmə qərarının mövcud olması və onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəlməsini təsdiq edir. Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsinin təqsirləndirilən şəxs tərəfindən icra edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İcra sənədinin icra edilməsinin təmin edilməsi üçün, həmçinin icra etməmənin nəticələri barədə icra məmurunun 29 dekabr 2020-ci il tarixli, 127650/3xx-xx/2019 nömrəli, 09 fevral 2021-ci il tarixli, 127650/3xx-xx/2019 nömrəli, 15 sentyabr 2023-cü il tarixli, 127650/3xx-xx/2019 nömrəli, 19 sentyabr 2023-cü il tarixli, 127650/3xx-xx/2019 nömrəli bildirişlərlə Təqsirləndirilən şəxs rəsmi qaydada xəbərdar etməsi iş materialları ilə (iş vərəqə 29, 30, 46 və 47), həmçinin məhkəmədə dindirilən şəxslərdən Təqsirləndirilən şəxs, X9 və Şahid1 ifadələri ilə sübuta yetirilir. Məhkəmədə dindirilən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahidlərdən X6 ifadələrindən Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Təqsirləndirilən şəxs 3433 (üç min dörd yüz otuz üç) manat ödənilməmiş aliment öhdəliyinin olması aydın olur. Bu qeyd edilənlər isə özlüyündə Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsini icra etmədiyini göstərir. Lakin cinayət qanunvericiliyinin tələbindən də görünür ki, məhkəmə qərarının icra edilməməsi yalnız qərəzli olduqda məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İşin yuxarıda araşdırılmış hallarından məhkəmə qərarında nəzərdə tutulmuş tələbin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinin mövcud olması öz təsdiqini tapır. Borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə gəldikdə isə “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il qərarınında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qeyd edilən halın tədqiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsi əsasında verilmiş eyni tarixli icra sənədinin icrası ilə bağlı olaraq dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsinə görə barəsində Babək Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(079)-33/2021 nömrəli qərarı ilə 14 (on dörd) gün, 26 aprel 2023-cü il tarixli, 3(079)- 57/2023 nömrəli qərarı ilə isə 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi aydın olur (iş vərəqə 38-40, 42-44). Bunlardan başqa icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə şübhələrin olduğunu nəzərə alaraq icra məmuru Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsinə 11 oktyabr 2019cu il tarixdə təqdimatla müraciət etmiş, onun təqdimatı məhkəmənin 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə təmin edilərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdı (iş vərəqə 17-19). Cinayət işi materiallarında olan sənədlərdən Babək Rayon İcra və Probasiya Şöbəsinin rəisinin 01 dekabr 2023-cü ildə 127650/3xx-xx/2019 nömrəli məktubla Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)- 491/2019 nömrəli qətnaməsinin icrasından yayınmasına görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə təqdimat verməsi öz təsdiqini tapır (iş vərəqə 9-11). Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində alimenti ödəməmə səbəbi kimi işsiz olmasını qeyd etməsinə münasibət bildirən məhkəmə belə hesab edir ki, bunlar onun özünün məsuliyyətə cəlb edilməməsi və öz hərəkətinə əsas qazandırmaq üçün etdiyi müdafiə xarakterli hərəkətlərdir. Çünki iş materiallarına əlavə edilmiş sənədlərdən onun işsiz olması, tələbin yönələ biləcəyi əmlakın olmaması müəyyən edilsə də (iş vərəqə 32-33 və 36), onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat verilməsindən sonra, yəni 06 dekabr 2023-cü il tarixli 5438 nömrəli qəbzin surətindən 150 (bir yüz əlli) manat, 08 dekabr 2023-cü il tarixli 5522 nömrəli qəbzin surətindən 61 (altmış bir) manat, 09 dekabr 2023-cü il tarixli 5565 nömrəli qəbzin surətindən 41 (qırx bir) manat, 11 dekabr 2023-cü il tarixli 5658 nömrəli qəbzin surətindən 21 (iyirmi bir) manat, 15 dekabr 2023-cü il tarixli 5895 nömrəli qəbzin surətindən 100 (bir yüz) manat, 16 dekabr 2023-cü il tarixli 5955 nömrəli qəbzin surətindən 31 (otuz bir) manat, 22 dekabr 2023-cü il tarixli 6217 nömrəli qəbzin surətindən 51 (əlli bir) manat və 29 dekabr 2023-cü il tarixli 21117 nömrəli qəbzin surətindən 100 (bir yüz) manat miqdarında ödəniş etməsi müəyyən edilir (iş vərəqə 117- 119). Bundan başqa məhkəmənin ona verdiyi “əgər ailən dağılmasa idi, zərər çəkmiş şəxs və uşaqlarınla birlikdə yaşasa idin, həmin vaxt işin olmayanda onları ac saxlayacaqdınmı? sübut sualına o, “xeyr” cavabını vermişdi. Həmçinin o, səmimi şəkildə qeyd etmişdi ki, oğlunun kiçik toy məclisi barədə ona məlumat verilmədiyindən buna acıq edərək bir il aliment ödəməmişdi. Bu fakt zərərçəkmiş şəxsin ifadəsi və şahid X6 ifadələri ilə də öz təsdiqini tapır. Məhkəməsi qeyd edilənləri təqsirləndirilən şəxsin məhkəmə qərarını icra etməməkdə qərəzli olması kimi qiymətləndirir. Bu qeyd edilənlər isə Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(110)-491/2019 nömrəli qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə həmin Məcəllənin 172.1 və 172.1.1-ci maddələrinin mahiyyətinə görə işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətində baxılır və həll edilir. Prosessual normaların tələbindən də göründüyü kimi uşaqların, həmçinin xeyrinə aliment ödənilməli olan şəxslərin mənafeyi, onların saxlanılmasının təmin edilməsi baxımından qanunvericilik aliment tələbinə baxılması, həmçinin onun icra edilməsi ilə bağlı qısa müddət müəyyən etmişdi. Əks halda bu maddi təminata ehtiyacı olan şəxsin saxlanılması üçün formallıqdan başqa bir şey ifadə etməz. Məhkəmədə araşdırılmış sübutlardan aydın olur ki, təqsirləndirilən şəxs aliment öhdəliyini lazımınca icra etmir. Bu isə saxlanılması üçün xeyrinə aliment ödənilməli olan şəxsin maddi təminatlarının həyata keçirilməsi baxımından həm qanunla müəyyən edilən hüququnu, həm qanunla müəyyən edilmiş qısa müddətlilik normasını, həm də məhkəmə qərarlarının icrasının məcburiliyi prinsipini pozur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun təqsirləndirildiyi maddənin “Qeyd” hissəsində göstərilən cinayət məsuliyyətindən azad olmasına səbəb olan əsas müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı mövqeyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Həmçinin həmin məhkəmənin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Yuxarıda qeyd edilənləri və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanan məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli ədalət mühakiməsi əleyhinə olan, təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin-uşaqların, habelə dövlətin mənafeyi təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini, əməlindən peşman olması cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması (iş vərəqə 56); - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 Şöbəsinin 07 yanvar 2024-cü il tarixli, 3-13-43/2-137/2024 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 83-84); - təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində əməlindən peşman olması aydın olur. Məhkəmə ibtidai istintaq orqanın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 555 (beş yüz əli beş) manat məbləğində pulun ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməsi ilə bağlı qeyd edir ki, məhkəmənin mövqeyinə görə buna həmin normada qeyd edilən əsas üzrə məsuliyyətini yüngülləşdirən hal kimi yanaşmaq düzgün olmaz. Birinci ona görə ki, bu şəxsin cinayət törətməsinədək məhkəmə qərarı əsasında yaranan və davam edən öhdəliyidir. Yəni şəxsin hər hansı qanuna zidd hərəkətinin nəticəsi olaraq yaranan ziyan deyil. İkincisi ziyan Zərərçəkmiş şəxs deyil, bu cinayətin baş verməsi ilə ədalət mühakiməsinə və aliment saxlanılması üçün xeyrinə aliment ödənilən uşaqların mənafeyinə vurulur. Digər bir tərəfdən isə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması da məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məsələyə ibtidai istintaq orqanın düşündüyü kimi yanaşdıqda şəxsin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam ödəməsi də məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməlidir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qeyd” hissəsindən isə görünür ki, sonuncu qeyd edilən hal şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilən yüngülləşdirici halları, həmçinin ödənilməsi gecikdirilmiş aliment məbləğini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyil, həmçinin ona təqsirləndirildiyi əməlin sanksiyasında qeyd edilən digər cəzaların təyin onun məqsədinə çatmağa imkan vermir. Belə ki, onun iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsi və hər dəfə də ona təyin edilən inzibati həbs tənbeh növünün tətbiq edilməsindən sonra Təqsirləndirilən şəxs öz əməlini davam etdirməsi bunu qənaətə gəlməyə imkan verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6-cı maddələrində şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddətin həbsdə saxlama müddətinə aid edilməsi, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 09 mart 2024-cü il tarixli, 4(079)-22/2024 nömrəli tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan, yəni 09 mart 2024-cü il tarixdən hesablanması görünür (iş vərəq 183-186). Həmçinin iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində 30 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilmişdi (iş vərəqə 95, 96, 120 və 121). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 09 mart 2024-cü ildən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, onun barəsində tutuma prosessual məcburiyyət tədbiri tətbiq edildiyi 01 (bir) günlük müddət təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək tutulduğu 01 (bir) günlük müddət bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli onun həbsə alındığı vaxtdan, yəni 09 mart 2024-cü ildən hesablansın. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə onun surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar