Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-12/2024 08.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, “24” iyul 1975-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fəhləliklə məşğul olan, Babək rayonu, Kültəpə kəndində qeydiyyatda olan və yaşayan, Babək Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı əsasında barəsində çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam alınmış, İİİ qrup əlilliyi olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “13” may 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 70 yaşlı anası Zərərçəkmiş şəxs 21 aprel 2024-cü ildə zərərçəkmiş şəxsə məxsus Babək rayonu, Kültəpə kəndində yerləşən evdə döyməklə, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş və bununla qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bildiyini, hadisə günü qonşusu Məhərrəmin qızının toyuna getdiyini, orada spirtli içki qəbul etdiyini, üzərində cəmi 20 manat pul olduğunu, həmin pulu da toya salıb təqribən günorta saat 4 radələrində evə gəldiyini, sərxoş olduğu üçün əvvəlcə həyətdə hamamın yanında olan çarpayıda uzandığını, daha sonra evə keçdiyini, bu vaxt anası Mehribanın ona “ayağından qoxu gəlir, get ayağını yu” dediyini, özünün isə ona dincəldikdən sonra yuyacağını bildirdiyini, daha sonra anasının deyinməyə başladığını, ona “sənin tayların uşaqlarına toy edir” dediyini, özünün isə ona “nə edim qurumsağın qızı? 150 manata necə evlənim?” dediyini, daha sonra çay süzmək üçün mətbəxə keçəndə anasının ona “mətbəxə girmə, sən qaza pul vermirsən” dediyini, özünün həqiqətən də 2 aydır ki, evin qazına və işığına pul vermədiyini, buna görə də anasının onunla mübahisə yaratdığını, hərbi xidmətdən sonra bir gözünün tutulduğunu, bun görə İİİ qrup əlil olduğunu, anasının ona “kor” dediyini, özünün isə onun bu sözünə əsəbləşərək “mənə kor demə, hamının dilinə düşüb” dediyini, bundan sonra anasının ona “sənin kor gözünə işəyim” dediyini, özünün isə ona “get dədəvin gözünə işə” dediyini, bundan sonra anasının pol ağacını götürərək onun üzərinə gəldiyini, özünün isə müdafiə üçün pol ağacını ondan alıb qırdığını, bu zaman həmin ağacın anasının qolunu cızdığını, özünün anasını döymədiyini, 3 ildir ki, spirtli içki qəbul etdiyini, anası ilə əvvəllər münasibətinin yaxşı olduğunu, anasının onun paltarlarını yuyubtəmizlədiyini, lazım olarsa özünün anasının ayaqlarına düşərək ondan üzürxaxlıq edəcəyini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs son sözündə anasına söz verdiyini və sözünü tutacağını qeyd etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirli olduğunu qeyd etsə də, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, oğlu Qənbərin son zamanlar hər gün spirtli içki içib evdə narahatçılıq yaratdığını, özünün həyətdən butulka yışmaqdan yorulduğunu, əlli ildir ki, onun nökəri olduğunu, oğlu Qənbərin toyda spirtli içki içib evə gəlməsi ilə bağlı bildirdiklərinin yalan olduğunu, onun həmin gün toya getmədiyini, aprel ayının 22-si gecə saat 12-ə qalmış Qənbərin evə sərxoş gəlib həyətdə ucadan səs-küy saldığını, ağıza alımaz sözlər işlətdiyini, qonşuları eşitməsin deyə onu evə qatmaq istədiyini, onun yaxasından yapışıb “evə girəssən” dediyini, Qənbərin isə evə girmək istəmədiyini, həmin vaxt oğlu Mehmanın da orada olduğunu, ondan Qənbəri içəri qatmaqda ona kömək etməsini istədiyini, sonra Mehmanla birlikdə Qənbəri evə salmağa çalışdıqlarını, əvvələdən evi pas-pas ilə sildiyini və buna görə onu evdə yerə qoyduğunu, Qənbər paspasın plastik dəstəyini götürdüyünü, onun dəstəyini ondan almaq istəyərkən Qənbərin dəstəyi dizi ilə qırıb ona “məni ötürməyəcəksən?” dediyini, özünün isə “yox” cavabı verməsindən sonra paspasın dəstəyi ilə onun qolundan vurduğunu, həmçinin Qənbərin həmin vaxt onun yumruqla boynundan vurduğunu, özünün spazma keçirdiyini, özünün Qənbərə uşaq kimi qulluq etdiyini, onun spirtli içki içib gəlib onu narahat etməsindən bezdiyini, Qənbər spirtli içki içməyəcəyi və onu narahat etməyəcəyini dediyindən onu bağışladığını bildirmişdi. Şahid məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə gününü tam xatırlamadığını, həmin günü Qənbərin gecə evə içkili gəldiyini və mübahisə yaratdığını, qonşular onun səsini eşitməsi deyə anası ilə onu evə qatdıqlarını, həmin vaxt Qənbərin paspasın dəstəyi ilə anasının qolundan vurduğunu, anasının isə məhkəməyə müraciət edəcəyini bildirdiyini, həmçinin Qənbərin anasını yumruq və şillə ilə harasından gəldi vurduğunuqeyd etmişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməli Azərbaycan Respublikası Cinayət Məcəllənin 128-ci maddəsində qeyd edilən cinayətinin tərkibi yaranır. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma məhkəməyədək sadələşdirilmiş icraat formasında aparıldığından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin yoxlanılmasına keçməzdən öncə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair yazılı və ya şifahi formada təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından aydın olur ki, Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixdə övladı Təqsirləndirilən şəxs onu sərxoş vəziyyətdə, yer silən paspasın dəstəyi ilə döyməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdi (iş vərəqə 1). Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli Qərarının 3-cü bölməsinə görə “yüngül xəsarətlər”ə aşağıdakılar aid edilir: - sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; - 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; - burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; - əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); - cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; - baş beyin silkələnməsi; - sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; -əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 140-cı madəsində sübutlar əsasında müəyyən edilən halların dairəsi dairəsi müəyyənləşdirilib ki, bunlardan biri ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteridir. Həmin Məcəllənin 140.0-cı və 140.0.1-ci maddələrinə görə həmin halların müəyyən edilməsi tibb sahəsində yalnız ekspertin rəyi müəyyən edilə bilər. Prosessual normanın da tələbindən göründüyü kimi şəxsə vurulmuş bədən xəsarətinin dərəcəsi və xarakterini müəyyən etmək xüsusi bilik tələb ekspert rəyi əsasında öz təsdiqini tapmalıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 784 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlərin sol dirsək oynağında cüzi hərəkət məhduduluğu ilə müşayiət olunan sol dirsək oynağının və sol saidin orta və yuxarı 1/3-nin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi və səthi əzilmiş yarası, sağ said nahiyəsinin qançırların olması, həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi, müddətinin qərarın təsviri hissəsində göstərilən 21 aprel 2024-cü il tarixdə əmələ gələ biləcəyi, sözü gedən xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması göstərilmişdir (iş vərəqə 26-29). Həmin xəsarətlərin məhz cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi işə məhkəmədə dindirilmiş şəxslərdən zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, cinayət hadisəsi ailə münaqişəsi zəmnində baş verdiyindən hadisənin birbaşa şahidi olan şəxslərin dairəsi məhdud olmuşdu. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biridigərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1-ci və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli, 765 nömrəli məktundan aydın olur ki, Təqsirləndirilən şəxs “Alkoqol qəbulu nəticəsinə psixi və davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda dayanır (iş vərəqə 57). Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 06 may 2024-cü il tarixli, 163 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, hal-hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir (iş vərəqə 86-89). Bu qeyd edilənlərdən baxılan iş üzrə cinayətin subyekt tərkibinin olması da öz təsdiqni tapır. Bundan başqa Təqsirləndirilən şəxs 04 iyul 2009-cu ildən dispanserdə “Alkoqol qəbulu nəticəsinə psixi və davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu ilə qeydiyyatda olması (iş vərəqə 57) göstərilsə də, ibtidai araşdırma orqanı tərəfindən onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilmədiyindən, məhkəmənin 27 may 2024-cü il tarixli qərarı ilə sözü gedən halların müəyyən edəlməsi üçün məhkəmə-narkoloji ekspertizasının təyin edilmişdi. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 205 nömrəli ekspert rəyində qeyd edilmişdi ki, Təqsirləndirilən şəxs “Alkohol qəbulu nəticəsində psixi və davranış pozuntusu“ diaqnozu aşkar olunur. Hazırda abstinentsiya sindromu aşkar olunmadığından və tənqidi münasibəti saxlanıldığından müalicəyə ehtiyacı yoxdur. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar (Zəruri müdafiə, Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, Son zərurət və Əmrin və ya sərəncamın yerinə yetirilməsi) müəyyən edilməmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdıraraq nəzərə almış və nəticədə onun əməlinin tövsifində səhvə yol verməmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Sözü gedən normanın şəxsin təqsirləndirildiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, cinayətini törətmiş şəxslə bu cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin barışması halını Cinayət Məcəlləsi cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi kimi nəzərdə tutur. Zərərçəkmiş şəxs isə məhkəmədə verdiyi ifadəsindən və məhkəməyə təqdim etdiyi ərizəsindən aydın olur ki, onunla övladı Təqsirləndirilən şəxs arasında barışıq əldə edilib. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alan məhkəmə bilidirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -7.0.4-cü maddəsinə əsasən cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir; - 38.4-cü maddəsinə görə cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir; - 40.1-ci maddəsində qeyd edilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; -40.3-cü maddəsinin tələbinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; - 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. -43.1-ci maddəsininin mahiyyətindən görünür ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda qeyd edilən prosessual normaları iş materialları ilə əlaqəli şəkildə tədqiq etdikdə aydın olur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında barşıq əldə edilib və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəmə ərizə ilə məhkəməyə müraciət edərək barəsində bəraətverici əsaslar olmadan işə xitam verilməsinə etiraz etmir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.2-ci maddədinin tələbinə görə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş materiallarında aydın olur ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib. Buna görə də hazırda sözü gedən məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Lakin məhkəmə bildirir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxılması zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.5-ci maddəsinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam alınmışdı. Məhkəmə belə hesab edir ki, həmin iltizam qərar qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs alınmış çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam qərar qanuni qüvvəyə minənədək saxlanılsın. Qərardan onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-12/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-12/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver