Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-13/2024 20.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, “23” sentyabr 2000-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Kərimbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, bir uşaq atası, orta təhsilli, “Naxçıvan” X5 nəzarətçi işləyən, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, lakin Babək rayonu, Babək şəhəri, Heydər Əliyev prospekti, bina 9, mənzil 13-də yaşayan, Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarı əsasında çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyi olan, müharibə veteranı, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi” iştirakçısı” medalları ilə təltif edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “23” may 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə Babək şəhərində özünə məxsus evdə mübahisə zəminində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, sonuncunu döyməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş və bununla da qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bildiyini, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, özünün Naxçıvan X5 növbəli iş rejimində işlədiyini, hadisə günü səhər saat 8-də növbədən qayıdaraq dincəlmək üçün yatdığını, təqribən günorta saat bir və ya ikiyə işləmiş radələrində yuxudan durduğunu, ac olduğu üçün yemək yemək istədiyini, buna görə Zivəri çağırdığını, həmin vaxt özünün yatdığı otağın qapısının örtülü olduğunu, uşağın isə ağladığını, bu vaxt mətbəxə tərəf getdiyini, oranın da qapısının örtülü olduğunu, qapını açanda Zivərin telefonu zaryatqaya taxıb və oturaraq kiminləsə yazışdığını gördüyünü, bu vaxt Zivərin telefonu qoynuna qoyduğunu, ondan telefonu istəyəndə Zivərin “sən mənə niyə inanmırsan?” dediyini, özünün ondan zorla telefonu aldığını, bu vaxt Zivər onu itələdiyindən ona iki şillə vurduğunu, həmin vaxt telefonda Zivərin “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə iki nəfər ilə yazışdığını gördüyünü, onların birinin Zivərə əxlaqsız mesajlar yazdığını gördüyünü, bundan sonra Zivərin başqa otağa keçərək və deyinə-deyinə “yaxşı edirəm, sən məni aldadırsan, mən də edirəm” dediyini, həmin vaxt da ona bir-iki şillə vurduğunu, bundan sonra birinci qayınanasına, sonra öz valideynlərinə zəng vurub onları çağırdığını, birinci öz valideynlərinin, daha sonra isə qayınanasının gəldiyini, Zivərin anasına məsələni bildirəndə onun “yaxşı edir” cavabını verdiyini, bundan sonra özünün onlara “uşağı qoyun və evdə gedin” dediyini, onlar uşağı vermədiyindən polisə zəng etdiyini, bundan sonra polis əməkdaşlarının gəlib onları idarəyə apararaq izahatlarını aldığını bildirmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş şəxs ona verilmiş suallara cavab olaraq əvvəllər də Zivər ilə aralarında çox mübahisə olduğunu, bunun əsas səbəbinin qayınanasının onların ailə işinə qarışması olduğunu, son vaxtlar özünün yenə də ailəsinin xatirinə Zivər ilə barışıq üçün addım atdığını, həmçinin özünün və qohumlarının onun evinə getdiyini, lakin qayınanasının onları qapıdan qovaladığını, hadisə baş verən günü xatırlamasına görə Zivəri dörd dəfə əli ilə vurduğunu, bunların ikisini üzündən, ikisini isə başqa yerindən vurduğunu, özünün Zivərin İnstagramda yazışdığı adamı axtarıb tapdığını, həmin şəxsin ona Zivər ilə çoxdan əlaqəsinin olduğunu dediyini, özünün qazi olduğunu, 8 dəfə əməliyyat keçirdiyini, müharibədə gördüklərinin özünün psixologiyasını pozduğunu, bu səbəbdən də hadisə vaxtı əsəblərini idarə edə bilmədiyini, əməlindən peşman olduğunu, Zivər ilə barışıq əldə etmək üçün birinci dəfə özünün və bibisinin, ikinci dəfə isə əmisinin və onun arvadının zərərçəkmiş şəxsin evinə getdiyini, həmçinin özünün Zivər ilə mesajlaşdığını və zərərçəkmişin ona anasının barışmağa imkan vermədiyini dediyini qeyd etmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs son sözündə deyiləcək sözünün olmadığını qeyd etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Fərman ilə 2021-ci ildə ailə qurduğunu, demək olar ki, onunla normal yola getmədiyini, uşağına görə ondan boşanmadığını, hadisə günü özünün mətbəxdə yemək hazırladığını, həmin vaxt təqribən gündüz saat ikiyə işləmiş radələrinin olduğunu, mətbəxdə olan televizorun səsinin yüksək olduğundan Fərmanın səsini eşitmədiyini, özünün başqa şəxslərlə yazışdığını və telefonu qəsdən açıq qoyaraq bunun Fərmanın görməsini istədiyini, çünki Fərmanın dəfələrlə başqa qadınlarla ona xəyanət etdiyini, hətta qadınlardan birinin ona zəng edərək Fərmanın iki aya kimi ondan boşanacağını və həmin qadını alacağını dediyini, özünün isə Fərmana “sən bu hərəkətləri tərgitməsən mən də edəcəyəm” dediyini, Fərman ona xəyanətini davam etdirdiyindən özünün də ondan qisas almaq üçün tanımadığı başqa şəxslərlə sosial şəbəkədə yazışdığını, Fərmanın ona yaşatdıqlarını onun özünün də yaşamasını istədiyini, hadisə günü Fərmanın telefona baxaraq yazışmaları gördüyünü, bundan sonra onu döydüyünü, daha sonra isə Fərmanın onun anasını və öz valideynlərinin çağırdığını, onlar gələnə kimi Fərmanın onu 15-20 dəfə hər yerindən vurduğunu, daha sonra Fərmanın valideynləri və özünün anasının gəldiyini, Fərmanın anasına “qızını oğlan ilə tutmuşam” dediyini, onların yanında da onu vurduğunu, bu hadisənin 5-10 dəqiqə davam etdiyini, daha sonra polisin gəlib onları apardığını qeyd edərək ,Fərmana qarşı şikayətinin davam etdiyini, öz anası icazə versə belə Fərman ilə barışmayacağını bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Fərmanın onun kürəkəni, Zivərin isə qızı olduğunu, onların təqribən üç ildir ki, ailə qurduğunu, evli olduqları vaxt ərzində onlar arasında çox mübahisə olduğunu, buna səbəb Fərmanın ailəsinə baxmaması olduğunu, demək olar ki, nəvəsini özünün böyütdüyünü, özünün Zivərdən boşanmasını istədiyini, lakin qızının ona uşağının olduğunu bildirdiyini, qızının Fərmanın evində bir il oturmadığını, onun gecə saat 4-də gəlib qızını evlərinə apardığını, dəfələrlə qızına ərinin gecə vaxtlarında evə gəlməsinin normal olmadığını dediyini, hadisə günü Fərmanın təqribən gündüz ikinin yarısı ona zəng etdiyini və “qızının mesajını tutmuşam, bizə gəl” dediyini, özünün bundan sonra Zivərgilin evinə getdiyini, onların evinə çatanda Fərmanın atası ilə anasının maşından düşdüyünü, onların lift ilə yuxarı qalxdığını, daha sonra özünün lift aşağı yendikdən sonra yuxarı qalxdığını, onların döedüncü mərtəbədə yaşadığını, qapını Fərmanın anasının açdığını, həmin vaxt qızının üzünün gömgöy olmasını gördüyünü, daha sonra Fərmanın qızı Zivəri divanın üstündə yenidən döydüyünü, ona dizi və yumruğu ilə zərbələr endirdiyini, bu vaxt özünün və Fərmanın anasının onları ayırdığını və özünün qızı Zivəri və onun övladını götürərək tez oradan çıxdığını, daha sonra polisə getdiyini, orada onların izahatlarının alındığını, özünün hadisə vaxtı Fərmanı “yaxşı edib” sözünü demədiyini, qızının bunu acığa etdiyini dediyini, onun səhv hərəkət etdiyini, bu səviyəyə enməməli olduğunu qeyd etmişdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində Fərmanın oğlu, Zivər isə gəlini olduğunu, onların üç ildir ailə qurduğunu, aralarında tez-tez mübahisə olduğunu və Zivərin küsüb anası evinə getdiyini, əvvəllər məhkəməyə boşanma barədə müraciət etdiklərini, lakin sonradan barışdıqlarını, hadisə günü kənddə bostanda işlədiyini, kağ vurduğunu, həmin vaxt oğlunun ona zəng edərək Zivəri başqa bir oğlan ilə mesajlaşanda tutduğunu dediyini, özünün isə həmin vaxt “səs eləmə, gəlirəm” dediyini, bundan sonra əri ilə birlikdə onların yaşadığı evə getdiklərini, təqribən gündüz saat ikinin yarısı onların yaşadığı evə çatdığını, ora çatanda Zivərin anasının piyada gəldiyini gördüyünü, özlərinin lift ilə yuxarı qalxdığını, qapını Fərmanın açdığını, Zivərin isə salonda oturduğunu, evə girəndə nə olduğunu soruşduğunu, Fərmanın isə Zivəri başqa bir oğlan ilə mesajlaşanda tutduğunu dediyini, Zivərin də “ oğlun məni şərləyir. O, elədi , mən də etdim” bildirdiyini, bundan sonra ərinin Zivərə “ayıbdır” dediyini, gəlinin isə ağladığını, özünün Fərmana “səs etmə, qonşular eşitdi” dediyini, daha sonra Zivərin anası gələndə Fərmanın ona da eyni sözü dediyini, bu vaxt Səbinə Fərmana “yaxşı edib” cavabını verəndə oğlunun əlinin arxası ilə Zivəri vurduğunu, bundan sonra Səbinənin Fərmanın boğazından yapışdığını, özünün, ərinin və Zivərin onları aralaşdırdığını, daha sonra oğlunun onları evdən qovaladığını, həmin vaxt Fərmanın uşağı vermədiyini, uşağın isə qonşuda olduğunu, daha sonra Zivərin uşağı oradan götürüb anası ilə birlikdə getdiyini, özlərinin barışıq üçün iki dəfə addım atdığını, lakin nəticəsi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Fərmanın oğlu, Zivər isə gəlini olduğunu, özünün hadisə günü kənddə tükan tikdiyini, arvadının ona zəng etdiyini və Fərmanın ona zəng edərək telefonda nəsə tutduğunu ona bildirdiyini, bundan sonra özünün arvadı ilə birlikdə Fərmangilə getdiyini, maşından düşəndə Zivərin anası Səbinənin də onlara gəldiyini gördüyünü, qapını oğlunun açdığını, evə çatanda Zivərin salonda ağladığını, təqribən iki dəqiqə sonra Səbinənin gəldiyini, özünün nə olduğunu soruşduqda Fərmanın Zivəri başqa birisi ilə mesajlaşanda tutduğunu dediyini, Zivərin isə “məni də başa düşünün” dediyini, özünün Səbinəyə “qızın niyə belə edib?” deməsindən sonra onun “yaxşı edib” cavabını verdiyini, bundan sonra aranın qarışdığını, bildiyinə görə özlərinin Fərmangilin evinə getməsinədək oğlunun Zivəri döydüyünü, daha sonra Fərmanın uşağı almaq istədiyini, lakin Zivərin uşağı vermədiyini, belə olan halda özünün oğluna polisə zəng etməsini istədiyini, həmin vaxt uşağın qonşuda olduğunu, daha sonra Zivər ilə Səbinənin də onlara getdiyini, təqribən 15 dəqiqə sonra polisin gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməli Azərbaycan Respublikası Cinayət Məcəllənin 128-ci maddəsində qeyd edilən cinayətinin tərkibi yaranır. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma məhkəməyədək sadələşdirilmiş icraat formasında aparıldığından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin yoxlanılmasına keçməzdən öncə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair yazılı və ya şifahi formada təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından aydın olur ki, Zərərçəkmiş şəxs 05 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə ərizə ilə müəaciət etmişdi (iş vərəqə 2). Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli Qərarının 3-cü bölməsinə görə “yüngül xəsarətlər”ə aşağıdakılar aid edilir: - sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; - 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; - burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; - əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); - cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; - baş beyin silkələnməsi; - sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; -əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 140-cı madəsində sübutlar əsasında müəyyən edilən halların dairəsi dairəsi müəyyənləşdirilib ki, bunlardan biri ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteridir. Həmin Məcəllənin 140.0-cı və 140.0.1-ci maddələrinə görə həmin halların müəyyən edilməsi tibb sahəsində yalnız ekspertin rəyi müəyyən edilə bilər. Prosessual normanın da tələbindən göründüyü kimi şəxsə vurulmuş bədən xəsarətinin dərəcəsi və xarakterini müəyyən etmək xüsusi bilik tələb ekspert rəyi əsasında öz təsdiqini tapmalıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 865 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlərin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz ətrafı nahiyəsinin dərialtı hematoması (yumşaq toxumalar arasına qanın toplanması), burun nahiyəsinin qançır-zəif şişkinliyi, sol bazu, sağ said, sağ və sol kürək, sağ çiyinüstü və sol bud nahiyyələrinin qançırları, sağ bazu nahiyyəsinin sıyrığı olması, həmin xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid plması göstərilmişdir (iş vərəqə 31-34). Həmin xəsarətlərin məhz cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi işə məhkəmədə dindirilmiş şəxslərdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid3 izahatları ilə öz təsdiqini tapır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biridigərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1-ci və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 821 nömrəli məktundan aydın olur ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır (iş vərəqə 61). Bu qeyd edilənlərdən baxılan iş üzrə cinayətin subyekt tərkibinin olması da öz təsdiqni tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar (Zəruri müdafiə, Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, Son zərurət və Əmrin və ya sərəncamın yerinə yetirilməsi) müəyyən edilməmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdıraraq nəzərə almış və nəticədə onun əməlinin tövsifində səhvə yol verməmişdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Sözü gedən normanın şəxsin təqsirləndirildiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, cinayətini törətmiş şəxslə bu cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin barışması halını Cinayət Məcəlləsi cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi kimi nəzərdə tutur. Zərərçəkmiş şəxs isə məhkəmədə verdiyi ifadəsindən aydın olur ki, onunla Təqsirləndirilən şəxs arasında hər hansı barışıq əldə edilməyib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci və 44.2.4-cü maddələrinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa və dolayı qəsd formasında törədilə bilən, başa çatmış, təsnifatına görə isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bu cinayətin əsas obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən halların müəyyən edilməsinə gəldikdə isə iş materiallarına əlavə edilmiş sənədlərdən onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyi olması, həmçinin müharibə veteranı olması, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi” iştirakçısı” medalları ilə təltif edilməsi onun müsbət xarakterizə hesab edən hal kimi nəzərə alınmalıdır. Bunlar iş materiallarında olan müvafiq vəsiqələrin surətləri (iş vərəqə 17-20), həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlatlarla öz təsdiqini tapır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallara rast gəlinməmişdi. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.8-ci maddələrində qeyd edilən cəzanı yüngülləşdirən halların (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi və cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında) olması müəyyən edilir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını da cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 Şöbəsinin 17 may 2024cü il tarixli, 3-1343/2-7065/2024 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmaması (iş vərəqə 68-69); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərər çəkmiş şəxsin məhkəmədə verdiyi ifadələrindən cinayət əməlinin Zərərçəkmiş şəxs əxlaqsız hərəkətinin, yəni sosial şəbəkələrdə başqa şəxslərlə yazışaraq Təqsirləndirilən şəxs xəyanət etməsi əməlinin təsiri nəticəsində baş verməsi; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi ifadəsindən onun törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; - məhkəməyədək sadələşdirilmiş icraat materialılarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan və iş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli, 045700 nömrəli vəsiqənin surətindən, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli məlumat vərəqəsindən Təqsirləndirilən şəxs İİ qrup əlil olması aydın olur (iş vərəqə 17, 20). Yuxarıda qeyd edilən yüngülləşdirici halları birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işi cəzası tətbiq edilməsi məqsədə uyğundur. Belə ki, məhkəmənin mövqeyinə görə onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cəzasının məqsədinə nail olmağa imkan vermir. Təqsirləndirilən şəxs İİ qrup əlil olması ona ictimai işlər cəzanın təyin edilməsini istinna edir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.4-cü və 47.4.1-ci maddəlinin tələbinə görə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər cəzası tətbiq oluna bilməz. İslah işləri cəzasının müddətinə və Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə tutulması olan pul məbləğinin miqdarına gəldikdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1 və 49.2-ci maddələri ilə müəyyən edilir ki, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikası “Naxçıvan” X7 tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 36 nömrəli arayışdan Təqsirləndirilən şəxs “Naxçıvan” X5 nəzarətçi (mühafizə üzrə keşikçi) işləməsi aydın olur. Onun təqsirləndirildiyi əməlin sanksiya hissədindən isə görünür ki, sözü gedən əməlin törədilməsi ilə bağlı qanunvericiliyinin müəyyən etdiyi islah işlərinin cəzasının müddəti bir ilədəkdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cinayət Məcəlləsin 49.4-cü maddəsinə göstərilən həmin cəza növünün təyin edilməsini istisna edən şəxslər qrupuna aid deyil (islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir). Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun əməlində olan yüngülləşdirici halları məcmu halında qimətləndirərək belə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində barəsində qazancından dövlət nəfinə 15 (on beş) faizədək məbləğdə pul tutulmaqla 07 (yeddi) ay müddətinə islah işləri cəzası tətbiq olunmalıması məqsədə uyğundur. Cəza çəkmə müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəllənin 43.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. Buna görə də cənazının əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cəzasının icra olunduğu yer və orqana gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: - 15.5-ci maddəsinə görə islah işləri növündə cəzanı icra məmuru icra edir; - 15-1.2 və 15-1.2.1 -ci maddələrinin mahiyyətinə əsasən cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir; - 40-cı maddəsi ilə müəyyən edilir ki, islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İş materiallarından Təqsirləndirilən şəxs Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olması, lakin Babək rayonu, Babək şəhəri, Heydər Əliyev prospekti, bina 9, mənzil 13-də yaşaması müəyyən edildiyindən hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Çünki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 aprel 2018ci il tarixli, 15-N nömrəli qərarı ilə təsdiq edilmiş “İslah işləri növündə cəzanın icrası Qaydaları”nın 2.1-ci bəndinə görə islah işləri növündə cəzanı məhkumun yaşadığı yerin icra məmuru (probasiya üzrə) (bundan sonra icra məmuru) icra edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş materiallarında aydın olur ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib. Buna görə də hazırda sözü gedən məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Lakin məhkəmə bildirir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxılması zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.5-ci maddəsinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam alınmışdı. Məhkəmə belə hesab edir ki, həmin iltizam hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, hər ay qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla, 07 (yeddi) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. İslah işləri cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın və Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs alınmış çağırış üzrə gəlmək və məlumat vermək barədə yazılı iltizam hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Hökmdən onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-13/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-13/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver