Məhkəmə qərarları › İş №1(079)-14/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-14/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-14/2025 01.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyənetdi: X12 tərəfindən verilmiş Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə məsuliyyətə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. X12 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət olunan X1 informasiya vasitələrində barəmdə yazmış olduğu böhtan və təhqir xarekterli oxşar mövzuda qardaşı "Hürriyyət” qəzetinin rəhbəri X8 yazılar yazmışdı. X6 barəsində də xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdim. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-383/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən (hakim N.İmanova) X9 qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin xaric edilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi il təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, X9 təyin edilmiş cəzaların qismən toplanılmaqla ona qəti olaraq 2000 manat məbləğində cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-431/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsini hökmü qüvvədə saxlanılmışdır. Bildirmək istəyirəm ki, X6 mənim haqqımda böhtan xarakterli məlumatlar yaydığı tarixdə onun qardaşı - X13 tərəfindən də mediada eyni məzmunlu yalan məlumatlar yayılmışdır. Lakin şəxsin cinayət qanunu ilə qadağan edilmiş əməli tanışlarım X10, X2, X14, X7 və digərlərinin mənə 2025-ci ilin mart ayında məlumat vermələrindən sonra bilmişəm ona görə də, pozulmuş hüquqlarım və qanunu mənafelərimin müdafiəsi və bərpa edilməsi üçün məhkəməyə müraciət edirəm. Belə ki, Cəsur Məmmədov 06 iyul 2023-cü il tarixdə "huriyyet.az" adlı saytda "Baş redaktora 50 qəpiklik hədə-Bu nədi belə?" başlığı altında mənim haqqımda yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirib və kütləvi informasiya vasitələrində yaymışdır. Qeyd etmək istəyirəm ki, şəxs "huriyyet.az" saytında paylaşdığı yalan böhtan xarakterli məlumatların sonunda ata adını qeyd etməmişdir. Lakin qardaşı Vüqar Məmmədovun eyni məzmunlu yalan məlumatlar yayması, "Hüriyyət" qəzetinin baş redaktoru olması onlarının qardaş olmasının sübutudur. Bildirmək istəyirəm ki, Cəsur Məmmədov mənim qeyri-qanuni əməllərlə məşğul olduğumu, fəaliyyətimin hüquqa zidd olmasını, ali təhsilimin olmamasını iddia etsə də, özünün qanundan kənar əməllərini "pərdə arxasında" gizlətməyə çalışır. Belə ki, şəxsin mənim haqqımda böhtan xarakterli yalan məlumatları yaydığı mənə məlum olan zaman Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinə "X5 jurnalist fəaliyyəti barədə məlumatların təqdim edilməsinə dair" sorğu verilmişdir. Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin 10 aprel 2025-сi il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X13 barədə "Media Reysetri" İnformasiya Sistemində hər hansı qeyd mövcud deyildir. Yuxarıda da qeyd edilən cavab məktubundan göründüyü üzrə, şəxs məni cahil, ali təhsili olmayan kimi qələmə versə də, özü qanunsuz olaraq "Jurnalist" adı altında fəaliyyət göstərməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyində hər hansı məlumat mövcud deyil. Belə ki, Cəsur Məmmədov da qardaşı Vüqar Məmmədov kimi yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən, yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə yaymış, mənim, habelə ailəmin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltmış, məni ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə qəsdən böhtan atmışdır. Nəzərinizə çatdırım ki, Cəsur Məmmədov "huriyyet.az" saytında və digər sosial media platformalarında yazdığı yalan məlumatlarla qeyri-etik, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan bu ifadələri işlətmişdir: “Bu fotoda gördüyunüz Şəxs Azərbaycanda ən populyar media orqanı olan "Hürriyyət" qəzetinin, "Hürriyyət.az" saytının, "Hürriyyət TV" və "Ulutv"-nin baş redaktoru, tanınmış Vüqar Tofiq oğlunu öldürməklə hədələyib. Bu şəxs kriminal aləmin üzvü, razborşik ,dələduzluq və narkotikdən 10 il həbs cəzası çəkən, hal hazırda Bakı şəhərində güclü biznes şəbəkəsinə sahib olan Kəramət Məmmədovdur. X16 rayonunda yerləşən, vaxtı ilə qeyri-qanuni yollarla əldə etdiyi məşhur "Kometa” indiki "50 qəpik" restoranın, yenə Nizami rayonunda yerləşən Su tikinti xəstəxanasının yanında dəyəri 30 milyon manat olan 2 hektar torpaq sahəsini vaxtilə Nizami rayon icra başçısı işləmiş Mehbalı Əliyevin dövründə qeyri-qanuni yolla ələ keçirmiş, "Sədərək” ticarət mərkəzində bir neçə ədəd böyuk topdan satış obyektlərinə sahibdir. Kəramət Məmmədov əldə etdiyi milyonlarla sərvət hesabına bəzi dövlət orqanlarında, parlamentə, hətta ölkədən kənarda yerləşən Dövlətimizin basçısı, onun ailəsi haqqında qara kompaniya aparan internet televiziyasını maliyyəsinin təmin etməklə media tərəfdən də özünə “dayaq" təmin edib. Bütün bu əldə etdiyi imkanlar Kəramətdə o qədər özünə əminlik yaradıb ki, 90-cı illərdəki kimi cinayətlərinə davam etməyə başlayıb. Orta məktəb şagirdi qədər biliyi olmayan, savadsız və cahil bir adamın bu qədər sərvətə sahib olması təbii ki, onu qanunlara və Dövlətə hörmət etməməyə sürükləyir. Bu hesabsız sərvətin ona verdiyi cəsarətdir ki, Azərbaycanda və dünyada tanınmiş partiya sədri haqqında sosial platformada böhtan, təhqir və təhdidlər yağdırdıqdan sonra yenə Azərbaycanda ən populyar media qurumu olan "Hürriyyət"-in baş redaktoru Vüqar Tofiq oğlunu ölümlə təhdid edir. Ən faciəlisi də odur ki, Kəramət Məmmədov bütün bu təhdidləri edərkən hüquq mühafizə orqanlarında və parlamentdə onun arxasında dayananların olduğunu çəkinmədən deyir. Azərbaycanı Dövlət kimi qəbul etməyən cinayətkar ünsürləri, Dövlətimizi və Prezidenti zəif göstərmək istəyən "həşəratlari" ən qısa zamanda məhv edilməsinin şahidi olacağıq. "Bu fotoda gördüyunüz şəxs Azərbaycanda ən populyar media orqanı olan "Hürriyyət" qəzetinin, "Hürriyyət.az" saytının, "Hürriyyət TV" və "Uluty"-nin baş redaktoru, tanınmış Vüqar Tofiq oğlunu öldürməklə hədələyib. Bütün bu əldə etdiyi imkanlar Kəramətdə o qədər özünə əminlik yaradıb ki, 90-cı illərdəki kimi cinayətlərinə davam etməyə başlayıb. Azərbaycanda ən populyar media qurumu olan "Hürriyyət"-in baş redaktoru Vüqar Tofiq oğlunu ölümlə təhdid edir. Ən faciəlisi də odur ki, Kəramət Məmmədov bütün bu təhdidləri edərkən hüquq mühafizə orqanlarında və parlamentdə onun arxasında dayananların olduğunu çəkinmədən deyir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Cəsur Məmmədov qardaşı Vüqar Məmmədov tərəfindən yayılmış yalan ifadələri təkrarlayıb və Bakı Apellyasiya Məhkməməsinin qərarından göründüyü üzrə bu məlumatların hamısı yalandır, heç biri həqiqəti əks etdirmir və mənim şəxsiyyətimə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə gətirir. Belə ki, Cəsur Məmmədov sadəcə mənim barəmdə ümumi xarakterli qeyri-etik ifadələr işlətməmiş, eyni zamanda məni əsassız olaraq "qardaşı Vüqar Məmmədovu öldürmək niyyətimdə olduğumu, onu ölümlə təhdid etdiyimi, bunu edərkən heç nədən qorxmadığımı, arxamda hüquq mühafizə orqanlarının, parlamentdən adamlar olduğunu iddia etdiyimi bildirməklə" ittiham etmişdir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür məlumatlar yayaraq insanlarda, cəmiyyətdə mənə qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. Bununla mənə həm maddi, həm mənəvi ziyan vurmuşdur. Onu da vurğulayım ki, Cəsur Məmmədov cinayət qanunu ilə nəzərdə tutulan bu əməli birbaşa qəsdlə, kütləvi informasiya vasitələrində yaymaqla törətmişdir. Cəsur Məmmədov qəsdən, bilərəkdən mənim ləyaqətimi nalayiq formada alçaltmış, məni mənəvi-əxlaqi dəyərlərə, birgə yaşayıs normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan şəkildə əsassız, yalan məlumatları yaymaqla ittiham etmişdir. O, mənim şərəf və ləyaqətimə toxunacaq yalan, əsassız məlumatları internet resurslarında yayaraq bu hərəkətləri etməklə mənim Konstitusion hüquqlarımı kobud surətdə pozmuşdur. Cəsur Məmmədov mənim ünvanıma xoşagəlməz ifadələrdə işlətmiş, şərəfimi nalayiq formada alçaltmışdır. Yuxarıda qeyd olunan heç bir əsası olmayan və sübut edilməyən bu ifadələr tamamilə yalandır və böhtan xarakteri daşıyır. Xatırladaq ki, eyni məzmunlu məlumatlar Vüqar Məmmədov tərəfindən də yayılmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda bu arqumentlərin əksi məhkəmə baxışı zamanı lazımi sənədlər və sübutlarla təsdiq olunacaqdır. Beləliklə, X5 barəmdə həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan, cinayət törətməkdə ittiham edən bu növ məlumatların sosial şəbəkə vasitəsi ilə yayılması mənə qarşı atılmış böhtandır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayətinin məzmununa uyğun çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, bir şəxsə qarşı irəli sürülən ittiham məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol, ittiham aktı və ya xüsusi ittiham qaydasında şikayətində öz əksini tapır. Qanunvericilik həmin prosessual sənədlərin tərtib edilməsinə ciddi yanaşmanı tələb edir. Lakin şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Belə ki, X5 Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətdə sübutların mövcudluğunun yoxlanılması üçün sübut kimi “teref.info” saytı, yayım tarixi: xx.xx.2023 12:15 olan səhifədən çıxarış əlavə olunsa da, şikayətdə 06 iyul 2023-cü il tarixdə "huriyyet.az" adlı saytda "Baş redaktora 50 qəpiklik hədə-Bu nədi belə?" başlığı altında onun haqqında yalan olduğunu bilə-bilə şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatların kütləvi nümayiş etdirilərək kütləvi informasiya vasitələrində yayımlanması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti hazırlıq iclasında yoxlanılır. Xüsusi ittiham qaydasında verilən şikayət üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayətində “Bu fotoda gördüyunüz şəxs Azərbaycanda ən populyar media orqanı olan "Hürriyyət" qəzetinin, "Hürriyyət.az" saytının, "Hürriyyət TV" və "Ulutv"-nin baş redaktoru, tanınmış Vüqar Tofiq oğlunu öldürməklə hədələyib. Bu şəxs kriminal aləmin üzvü, razborşik ,dələduzluq və narkotikdən 10 il həbs cəzası çəkən, hal hazırda Bakı şəhərində güclü biznes şəbəkəsinə sahib olan Kəramət Məmmədovdur. X16 rayonunda yerləşən, vaxtı ilə qeyri qanuni yollarla əldə etdiyi məşhur “Kometa” indiki "50 qəpik" restoranın, Yenə Nizami rayonunda yerləşən Su tikinti xəstəxanasının yanında dəyəri 30 milyon manat olan 2 hektar torpaq sahəsini vaxtilə Nizami rayon icra başçısı işləmiş Mehbalı Əliyevin dövründə qeyri qanuni yolla ələ kecirmiş,"Sədərək "ticarət mərkəzində bir neçə ədəd böyuk topdan satış obyektlərinə sahibdir. Kəramel Məmmədov əldə etdiyi milyonlarla sərvət hesabına bəzi dövlət orqanlarında, parlamentə, hətta ölkədən kənarda yerləşən Dövlətimizin basçısı, onun ailəsi haqqında qara kompaniya aparan internet televiziyasını maliyyəsini təmin etməklə media tərəfdən də özünə “dayaq" təmin edib. Bütün bu əldə etdiyi imkanlar Kəramətdə o qədər özünə əminlik yaradıb ki, 90-cı illərdəki kimi cinayətlərinə davam etməyə başlayıb. Orta məktəb şagirdi qədər biliyi olmayan, savadsız və cahil bir adamın bu qədər sərvətə sahib olması təbii ki, onu qanunlara və Dövlətə hörmət etməməyə sürükləyir. Bu hesabsız sərvətin ona verdiyi cəsarətdir ki, Azərbaycanda və dünyada tanınmiş partiya sədri haqqında sosial platformada böhtan, təhqir və təhdidlər yağdırdıqdan sonra yenə Azərbaycanda ən populyar media qurumu olan "Hürriyyət"-in baş redaktoru Vüqar Tofiq oğlunu ölümlə təhdid edir. Ən faciəlisi də odur ki, Kəramət Məmmədov bütün bu təhdidləri edərkən hüquq mühafizə orqanlarında və parlamentdə onun arxasında dayananların olduğunu çəkinmədən deyir. Azərbaycanı Dövlət kimi qəbul etməyən cinayətkar ünsürləri, Dövlətimizi və Prezidenti zəif göstərmək istəyən "həşəratlari" ən qısa zamanda məhv edilməsinin şahidi olacağıq” kimi həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirdiyini qeyd etmiş və ümumi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə 147.2-ci maddəsi, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin hansı söz və ifadələrlə şikayət vermiş şəxsə böhtan atması, həmin söz və ifadələrin harada yayılması (tarixi və yayılma yeri dəqiq göstərilməklə), onların hansı sübutlarla təsdiq edilməsi, həmin söz və ifadələrin hansına görə şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, hansı söz və ifadələrə görə isə həmin Məcəllənin 147.2-ci və ya 148-ci maddəsinin tərkibini yaratması göstərilməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu, həcmi dəqiq müəyyənləşdirilməmişdir. Bu halları müəyyən etmək və həmin halları təsdiq edən ilkin sübutları təqdim etmək isə şikayət vermiş şəxsin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən hallar şikayət ərizəsində göstərilmədiyi halda, yəni ittihamın məzmunu, həcmi, vaxtı, yeri qeyri-müəyyən olduğu halda şikayət üzrə məhkəmə baxışı keçirilə bilməz. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrəyazılı şikayətdə və ya şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırkı halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəzifəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununu qüsurlarla tərtib etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar