Məhkəmə qərarları › İş №1(079)-15/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-15/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-15/2024 15.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şərur rayonu, Qarabağlar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşaq anası, əvvəllər məhkum olunmamış, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, əlilliyi olmayan, hər hansı orden, medal və ya fəxri adla təltif edilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- “CM”) 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq mü ə y y ə n e t d i : Babək Rayon Məhkəməsinin icraatına “26” avqust 2024-cü ildə Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə 24 may 2024-cü ildə Zərərçəkmiş şəxs 100 manat müqabilində cinsi əlaqədə olmağa təhrik edərək onu fahişəliyə cəlb etmiş, həmin tarixdə saat 22 radələrində onu Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” otelə aparıb onun müştəri ilə cinsi əlaqədə olması üçün görüşünü təşkil etdiyinə görə 50 manat pulu da özü üçün almaqla əlavə gəlir əldə edərək Zərərçəkmiş şəxs fahişəliyə cəlb etdiyi zaman Naxçıvan MR DİN-in CAİ-nin və X6 Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı “Elsevər” oteldə cinayət başında yaxalanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Məsudun ona zəng edərək görüşmək istədiyini bildirdiyini, ailə başçısı olması və ailənin bütün ehtiyaclarını tək qarşılaması səbəbindən pula ehtiyacı olduğunu, səhərdən axşama qədər zəng etdiyini, iki nəfər olduqlarını və özü ilə başqa bir qadın da gətirməyi bildirdiyini, ilk öncə tərəddüd etsə də daha sonra bu barədə Zərərçəkmiş şəxs bildirdiyini, Türkanın da getmək istədiyini dediyini, getməmişdən əvvəl Məsuda may ayının 27-si ad gününü qeyd edəcəyini və tez gəlib qayıdacağını bildirdiyini, Məsudun da bununla razılaşdığını, ad günüsü üçün nə hədiyyə istədiyini soruşduğunu, ona heç nə istəmədiyini bildirdiyini, ona “əgər istəyirsənsə hörmət et, başqa heç nə istəmirəm” dediyini, Türkanla otelə yaxınlaşdıqda Məsudun dəfələrlə zəng edərək nə istədiyini soruşduğunu, otelə birinci özünün daxil olduğunu, amma otaqların nömrələrinin yadında olmadığını, otaqda Məsudun özünə çatan 100 manatı pulu, həmçinin Türkana çatacaq 100 manat pulu özünə verdiyini, orada Məsuddan şübhələndiyini, buna görə də 10 dəqiqə sonra Türkana zəng edib tez getmək istədiyini bildirdiyini, oradan çıxmağa hazırlaşarkən Məsudun onun sinəsinə əlavə pul qoyduğunu, ona nə qədər pul veriləcəyini bilmədiyini, həmin pulu ona hədiyyə olaraq verdiyini düşündüyünü, belə ki, ondan dəfələrlə hədiyyə üçün nə almaq istədiyini soruşduğunu, elə həmin vaxt da polis əməkdaşlarının qapını döyüb içəri girdiklərini, verilmiş suallara cavabında isə Məsudu əvvəlcədən tanımadığını, onu ilk dəfə otelə gedəndə gördüyünü, həmçinin vatsap vasitəsilə görüntülü olaraq danışdıqlarını, otağa girəndə Məsuddan 100 manat özünə, 100 manat da Türkana vermək üçün pul aldığını, Türkanın pulunu elə Məsudun yanında özünə verdiyini, daha sonra Türkanın digər otağa keçdiyini, otaqdan çıxmağa az qalmış Məsudun ona pul verdiyini, həmin puldan xəbərinin olmadığını, Məsuda ad gününü mayın 27-si qeyd edəcəyini dediyini, bu səbəbdən də ona tez qayıdacağını bildirdiyini, Məsudun da bundan sonra zəng edib “ürəyin nə istəyir alım” deyə soruşduğunu, maşında olarkən telefonla danışanda Türkanın nə qədər alacağını soruşduğunu, 10 dəqiqə sonra otaqdan çıxanda Məsudun 100 manat pulu üzərinə qoyduğunu, bundan 5 dəqiqə sonra isə polis əməkdaşlarının qapını döyüb otağa daxil olduqlarını, əvvəllər Türkanla birlikdə 1-2 dəfə görüşə getdiklərini, Türkandan başqa həmçinin əvvəllər Şahid3 və Şahid4yla birlikdə ehtiyac olduğundan bir-birlərinə xəbər edib görüşə getdiklərini, həmin şəxslərin münasibətdə olmasıyla əlaqədar heç vaxt özü üçün pul almadığını, müxtəlif yerlərdə-Duzdağ, Avtovağzal, Grand və s. otellərdə müxtəlif şəxslərlə pul qarşılığında görüşdüyünü, pulu verəndə otaqda Məsud və özündən başqa heç kim olmadığını, ibtidai istintaqda verdiyim ifadəni təsdiq etdiyini, polis şöbəsində 3 gün qaldığını, həmin vaxt polis əməkdaşlarının üstlərinə baxış keçirdiyini, onların Rövqan, Fariz və Məhəmmədəli adlı polis əməkdaşları olduğunu, bu zaman baxışda qadın polis əməkdaşının olmadığını, hadisənin 23-24 may tarixlərində olduğunu, doğum günü şəxsiyyət vəsiqəsində 01 iyun kimi qeyd edilsə də, hər il 27 may tarixində doğum gününü qeyd etdiyini, həmin gün ad gününə 2 gün qaldığını və qeyd etmək üçün hazırlıq gördüyünü, ad gününü qeyd etmək üçün heç vaxt böyük məclis təşkil etmədiyini, özləri aralarında normal olaraq qeyd etdiklərini, əslində Məsuda doğum gününü keçirməyi ilə bağlı tez çıxacağını deməkdə məqsədinin onunla çox vaxt keçirmək istəməməsi olduğunu, həmin vaxt gözəllik salonunda lazeroloq kimi işə düzəldiyini, Məsudun onunla “***- ***-**-**” öz adına olan nömrəsi vasitəsilə əlaqə saxladığını, ilk dəfə vuranda onun kim olduğunu bilmədiyini, Məsudun ona zəng edəndə Şərurda olduğunu və görüşmək istədiyini bildirdiyini, bir neçə dəfə təkid etdikən sonra qəbul etdiyini, “tik-tok” sosial şəbəkəsində “nəfəs naxçıvanlı” səhifəsində lazeroloq işiylə bağlı nömrəsini paylaşdığı üçün nömrəni oradan götürdüklərini, Məsudla görüntülü danışdığı zaman “Elsevər” restoranında olduqlarını, orada yeyib-içdiklərini bildirdiyini, daha sonra ona Duzdağ otelə və ya başqa yerə getməyi təklif etsə də onunla razılaşmayaraq içkili olduqlarından “Elsevər” otelə gəlməyi bildirdiyini, Təbrizin də həmin vaxt onun yanında olduğunu, görüş üçün axşam saat 8-9 arasına razılaşdıqlarını, tanımadığı bir şəxsin maşını ilə Elsevər otelə getdiklərini, həmin otelin Babək şəhərində yerləşdiyini, Türkanı isə Hilal kafenin qarşısından götürdüklərini, yolda Məsudun dayanmadan zəng edib girəcəyi otaqların nömrəsini dediyini, hətta Türkanla onun niyə belə etməsinə təəccübləndiklərini, ondan dəfələrlə nə istədiyini soruşduğunu, Türkanla Məsudun olduğu otağa girdiklərini, Təbrizin orada olmadığını, Məsudun orada 100 manat özünə, 100 manat isə Türkana verdiyini, ona əlavə pul verəcəyini bilmədiyini, sanitar qovşağın yanında Məsuddan pul almadığını, Məsudun ona 300 manatı birlikdə vermədiyini, 100 manat özünə, 100 manat Türkana verdiyini, çıxanda isə 100 manatı sinəsinə qoyduğunu, heç kimin 10 dəqiqəyə görə kiməsə 200 manat verməyəcəyini, ibtidai istintaqdakı ifadəyə övladı xəstə olduğuna, qardaşı hərbçi olduğuna görə onların başına bir hadisə gəlməsindən qorxduğu üçün imza etdiyini, 3 gün müddətində polis idarəsində qaldığını, oğlunun isə həmin müddətdə tək qaldığını, onu itirəcəyindən və bir daha görə bilməyəcəyindən qorxduğu üçün ifadəyə qol çəkdiyini, Türkanın Təbrizlə görüşməsi müqabilində özü üçün pul almadığını, özünə və Türkana görüş üçün 100 manat pul verildiyini, çıxmağa az qalmış Türkana getmək üçün xəbər etdikdə isə Məsudun 100 manatı üzərinə qoyaraq ad günü üçün hədiyyə verdiyini dediyini və sonra polislərin gəldiyini, Məsudun ifadəsində qabaqcadan qiymət barədə razılaşmadıqlarını bildirməsinə baxmayaraq bunun absurd olduğunu, hər halda qabaqcadan qiyməti razılaşdıqlarını, əksinin mümkün olmadığını, münasibətdə olduqdan cəmi 15 dəqiqə sonra polislərin gəldiyini, həmin vaxt Məsudun özünü çox qəribə apardığını, telefonun əlindən düşmədiyini, buna görə Türkana tez çıxmaq üçün zəng etdiyini, polis içəri girəndə paltarının üzərində olduğunu, özünün isə qapının yanında olduğunu, qapı ikinci dəfə döyüldükdə isə polis əməkdaşlarının içəriyə girdiyini, ilk onların, sonra isə Türkangilin olduqları oatağa girdiklərini, orada polis əməkdaşları Rövqan, Fariz, Məhəmmədəlinin olduğunu, başqa heç kimi görmədiyini, 200 manat pulun polis şöbəsində götürüldüyünü, həmin vaxta qədər pulu telefonun arxasına qoyduğunu, həmin puldan Türkana verməyi düşünmədiyin, çünki onu ad günü hədiyəsi olaraq verdiyini, Qiymət, Türkan və Günayın da onu bəzən başqa şəxslərlə münasibətdə olmaq üçün çağırdıqlarını, amma heç vaxt qızların buna görə əlavə pul almdıqlarını, elə hərənin pulunun öz yanlarında özünə verildiyini, heç kimin bir-birinin üzərindən mənfəət eldə etmədiyini, Təbrizi görsə də onunla ünsiyyəti olmadığını, ondan pul almadığını, Türkanla Təbrizin yandakı otaqda olduqlarını, otaqların nömrələrinin 109 və 105 olduğunu, ibtidai istintaqda adını çəkdiyi otellər və şəxslərlə bağlı ifadənin doğru olduğunu, digər hissədə isə ifadəni təsdiq etmədiyini, Daxili İşlər Nazirliyində olarkən müdafiəçi ilə təmin olunduğunu, 3 gün Hava Nəqliyyatı polis şöbəsində qaldığını, təqsirləndirildiyi maddə bildirilərək müvafiq sənədlər tərtib edildiyini, 04 iyunda təqsirləndirilən şəxs kimi cəlb edildiyini, Polis Şöbəsindən çıxmağa az bir müddət qalmış həmin sənədlərə qol çəkdiklərini və təqsirləndirildiyi maddənin izah edildiyini, imza etdiyim sənədlərin mahiyyətini, orada nə yazıldığını bilmədiyini, əks halda qol çəkməyəcəyini, hazırda bu cür işlərlə məşğul olmadığını, yaşadığı kəndə köçüb orada gözəllik salonunda işlədiyini, həmin vaxtlar şəhərdə kirayədə qaldığını, oğlunu görüşə gedəndə qonşusu Günay adlı şəxsə təhvil verdiyini, kənddə hazırda heç bir ailə üzvünün olmadığını, atasının vəfat etdiyini, anasının isə Bakıda qaldığını, qardaşının isə hərbçi kursant olduğunu, oğlunun nitq və əqli qüsurlu olduğunu, bu səbəblərdən bu işlərə məcbur qaldığını, anasının xəstə olduğunu, anası, qardaşı və övladına tək baxdığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə uşaqlığından valideyn qayğısından məhrum şəkildə böyüdüyünü, ailə həyatının uğursuz olduğunu, anasının və övladının xəstə olduğunu, təkbaşına ailəsinin çətinliklərini öhdəsinə götürdüyünü, heç bir köməyinin olmadığını, törətdiyi əmələ haqq qazandırmadığını, bir qadın olaraq əməlindən peşman olduğunu, özünü heç vaxt bağışlamayacağını, lakin bu əməliyyatın ona qarşı qurulan bir oyun olduğunu, heç vaxt kimisə bu əmələ zorla cəlb etmədiyini və buna görə gəlir əldə etmədiyini, lakin özünün etdiyi əməllərə görə peşman olduğunu bildirib dediklərini nəzərə alınmasını xahiş etdi. Belə ki, şahid Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində hadisə günü Fəridənin ona zəng edərək yaxın bir adamı olduğunu və onunla birlikdə görüşə getməyi təklif etdiyini, həmin vaxt Naxçıvan şəhərində olduğunu, daha sonra Fəridənin maşınla gəlib onu götürdüyünü, yolda gedərkən Fəridənin ona hər biri üçün 100 manata razılaşdığını, ad gününə görə Məsudun ona həmçinin hədiyyə də verə biləcəyini bildirdiyini, otelə çatıb otağa girdikdə Fəridənin pulu Məsuddan alıb ona verdiyini, pulu telefonun arxasına qoyduğunu, daha sonra isə digər otağa keçdiyini, içəri girdikdən 15 dəqiqə sonra polislərin içəri daxil olduğunu, ondan sonra şöbəyə aparıldığını, pulu isə əllərindən aldıqlarını, Fəridədən heç bir şikayətinin olmadığını, verilmiş suallara cavabında isə Fəridəni 1 il olar ki, tanıdığını, bu müddət ərzində 2- 3 dəfə ad günlərində görüşdüklərini, ya da elə ikisinin oturub söhbət etdiklərini, 2-3 dəfə isə birlikdə başqa şəxslərlə görüşə getdiklərini, həmin gün may ayının 24-ü axşam saat 10-a qalmış Fəridənin ona zəng etdiyini, gedib birlikdə oturmağı təklif etdiyini, həmin vaxt Hilal kafe yaxınlığında yürüyüşdə olduğunu, taksiyə minib Fəridə ilə birlikdə Elsevər Otelə getdiklərini, oraya çatanda saatın artıq 11-ə işlədiyini, otağa girdikdə Təbrizin digər otaqda olduğunu, Fəridə ilə otağa girdikdə Məsudun orada olduğunu, Məsudun 100 manat pulu Fəridəyə, 100 manatı isə Fəridə vasitəsilə özünə verdiyini, otağa daxil olanda ayaqyolu söhbəti olduğunu, amma Məsudla Fəridənin oraya getdiyini bilmədiyini, əvvəl özünün güzgüyə baxıb çıxdığını, bundan sonra isə qapının yanında Məsudun 100 manatı Fəridəyə, Fəridə isə özünə verdiyini, bundan sonra digər otağa keçdiyini, bundan 10 dəqiqə sonra isə qapının döyüldüyünü, görüşdən əvvəl 100 manat alacağını Fəridəyə dediyini, Fəridənin də 100 manat da özünə alacağını bildirdiyini, pulu onlara Məsudun verdiyini, Təbrizin onlara pul vermədiyini, istintaq zamanı ifadəsində yazılan özününkündən əlavə 200 manat pulun Fəridəyə verilməsi ilə bağlı izahatdan xəbəri olmadığını, otağa keçdikdən 10 dəqiqə sonra Fəridənin zəng edərək narahat olduğunu və çıxmağı olduqlarını bildirdiyini, ondan nəsə olduğunu soruşduqda tez çıxmağını bildirdiyini, çıxmaq istəyərkən qapının döyüldüyünü və polislərin içəri girdiklərini, pulların onlardan şöbədə götürüldüyünü, görüşə gedərkən nə Fəridənin, nə də özünün kimdənsə birbirlərinə görə pul almadığını, içəriyə girəndə Təbrizin pəncərəni açdığını və pərdəni aralı qoyduğunu gördüyünü, ilk dəfə belə bir halla qarşılaşdığını, buna görə pəncərəni bağlayıb pərdəni isə çəkdiyini, Təbrizin isə buna etiraz etmədiyini, 24 may tarixindən əvvəl da Fəridə ilə gündəlik yazışmalarının olduğunu, hadisə günü də vatsapla yazışdıqlarını, Günay, Qiymət və Aygünün də onlarla rəfiqə olduqlarını, otelə çatanda onları kimsənin qarşılamadığını, birbaşa otağa girdiklərini, otaqların nömrələrinin yadında olmadığını, Fəridənin ad gününü hər il may ayının 27-si qeyd etdiyini, keçən ilin may ayında Fəridənin ad gününü qeyd etmədiyini, onun doğum tarixini bilmədiyini, Fəridənin Məsuda 2-3 günə ad günü olacağını dediyini, ondan sonra Məsudun da Fəridəyə nə istəyirsə alacağını bildirdiyini, Fəridənin isə ona görüşə tez girib-çıxmağı, salonda işlərinin çox olduğunu dediyini, Fəridəyə əvvəlki görüşlərində heç vaxt ona veriləndən artıq pul verilmədiyini, məbləğlərin eyni olduğunu, görüşdükləri şəxslər Fəridənin öz dost-tanışı olanda pul almadıqlarını bildirmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində dostu Təbrizlə pivə içərkən “Tik-tok” sosial şəbəkəsindən təqsirləndirilən şəxsin nömrəsini götürüb ona zəng etdiklərini, bir neçə dəfə razılıq verməsə də, sonunda razılaşdığını, bundan sonra dostu Təbrizlə Elsevər otelində onların gəlməyini gözlədiklərini, Türkan və Fəridə otağa daxil olduqdan 10-15 dəqiqə sonra polislərin gəldiyini, verilmiş suallara cavabında isə həmin vaxt içkili olduğu üçün bəzi şeyləri xatırlaya bilmədiyini, axşam saat 09-10 arası olduğunu, Fəridəni tik-tokdan izlədiyi səhifəsindən tanıdığını, onunla əvvəllər telefonla hər hansı əlaqəsinin olmadığını, sadəcə onun müvafiq məbləğ qarşılığında şəxslərlə münasibətdə olması barədə eşitdiyini, Fəridənin ilk olaraq ona inanmadığını, daha sonra ona görüntlü zəng edib pivə içdiklərini gördükdən sonra normal zəng ilə danışdıqlarını, bu zaman ona görüş üçün 100 manat qiymət dediyini, axşam saat 9-10 arası taksi ilə Elsevər otelə gəldiklərini, həmin vaxt otağa daxil olub orada gözlədiklərini, bundan sonra Fəridə və Türkanın taksi ilə gəlib otağa daxil olduqlarını, otaqların nömrələrinin 105 və 104 olduğunu, 105-də özünün, 104-də isə Təbrizin olduğunu, Fəridə ilə Türkanın əvvəl 105 nömrəli otağa gəldiyini, Fəridəyə sanitar qovşağın yanında 300 manat pul verdiyini, bundan sonra Fəridənin 100 manatı Türkana verdiyini, Türkanın bundan sonra digər otağa keçdiyini, 15-20 dəqiqədən sonra Fəridənin telefonunu götürüb Türkana zəng edib getmək istədiyini bildirdiyini, bundan 3-4 dəqiqə sonra qapı döyüldüyünü və 3 nəfər polis əməkdaşının içəri daxil olduğunu, sonra digər otağa keçdiklərini, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini, Fəridənin Türkana 100 manat verdiyini, Fəridəni tanımadığı halda nəyə görə onun ad günü üçün ona hədiyyə almalı olduğunu, ona heç vaxt “nə istəyirsən alım” demədiyini, Fəridənin onu sanitar qovşağın yanına aparıb pulu orada almaqda məqsədinin Türkanın heç nə bilməməsi olduğunu, Fəridəyə 300 manatı əlində sanitar qovşağın yanında verdiyini, çıxmamışdan əvvəl 100 manatı Fəridəyə vermədiyini, ona cəmi başdan 300 manat pul verdiyini, Fəridə ilə ilk danışdıqları zaman özünə və Türkana hərəsi üçün 100 manat istədiyini, ona ilk öncə ad günü olduğunu və görüşmək istəmədiyini bildirdiyini, israr etdikdən sonra təklifini qəbul etdiyini, sonuncu 100 manatı isə ondan otaqda istədiyini, Fəridə ilə telefonda konkret qiymət barədə razılaşmadıqlarını, Fəridəyə ad günü üçün hədiyyə almadığını, qabaqcadan da məbləğ danışmadıqlarını, əvvəlcə Fəridənin Duzdağ oteli bildirsə də onunla razılaşmadığını və Elsevər restoranında olduğunu bildirdiyini, görüntülü zəng etdikdən sonra Fəridənin bir qadınla birlikdə oraya gələcəyini dediyini, Fəridənin tik-tokda “nəfəs-lazeroloq” adı ilə profilində nömrə yerləşdirdiyini, şəhərdən onu tanıyanların onun bu işlə məşğul olduğunu dedikləri üçün ona zəng etdiyini, axşamçağı saat 7-ə işləmiş hələ Şərurda olarkən ilk dəfə və bundan sonra isə iki dəfə Fəridəyə zəng etdiyini, ondan sonra gəlib Elsevərdə pivə içdiklərini, Fəridəyə görüş təklif etdikdən sonra Təbrizlə görüşdüklərini, Təbrizin yanında Fəridəyə yenidən görüntülü zəng edib onun üçün də başqa bir qadını gətirməyi təklif etdiyini, bunu qəbul etdiyini, qızların pulunu özünün verdiyini, Təbrizin onlara görə pul vermədiyini, içəriyə girəndə Türkanın utandığını, ilk öncə digər otağa keçmək istəmədiyini, bu zaman Fəridənin pulu ayaqyolunun yanında ona vemrəyi təklif etdiyini, pulu həmin yerdə Fəridəyə verdiyini, onun da 100 manatı Türkana verib ikisi birlikdə Türkanı Təbrizin olduğu otağa apardıqlarını, daha sonra Fəridəylə geri qayıtdıqlarını, Fəridə aldığı əlavə pulu Türkana görə aldığını demədiyini, sadəcə olaraq Türkana 100 manat verib 200 manatı da çantasına qoyduğunu, Fəridənin ona Türkanın görüş üçün 100 manat alacağını dediyini, otaqda 300 manat aldığını, niyə pulun yarısı olan 150 manatı Türkana vermədiyini Fəridədən soruşmaq istəsə də soruşmadığını, həmin pulu da Türkanı gətirdiyi üçün özünə aldığını düşündüyünü, Təbrizin həmin gün ona 150 manat verdiyini, şirkətdə işlədiyini və aralarında əvvəlcədən bağlanmamış haqq-hesab olduğunu, həmin 150 manatı da borcuna verdiyini, həmin pulu onun borcundan çıxdığını, xanımlara verdikləri pula hesablamadığını, 18 manat pivənin hesabını restorandan çıxarkən ödəmədiklərini, xanımları otaqda gözləyərkən ofisiantın gəldiyini, 18 manatı kartdan ödədiklərini, Təbrizə xanmların qiyməti barədə nəsə demədiyini, Fəridənin qiymətini şəhərdə hamının onsuz da bildiyini, telefonda qiymət barədə razılaşma olmadığını, hamısının otaqda olduğunu, istintaqdakı ifadəni verərkən içkili olduğunu, indiki ifadələrlə ziddiyyətin buna görə ola biləcəyini bildirmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində Fəridəni işlədiyi gözəllik salonundan tanıdığını, onunla rəfiqə olduğunu, əlaqədə olmaqla bağlı müştəri olanda bir-birlərinə məlumat verdiklərini, Fəridəni çoxdan tanıdığını, onu pul qarşılığına başqa şəxslərlə görüşə dəvət etdiyini, amma ona görə kimdənsə pul almadığını, öz yanlarında hərəyə düşən məbləğin özünə də veridiyini, Türkanı da sonradan tanıdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul müqabilində nə vaxtsa kiminləsə görüşdürməsinə şahidlik etmədiyini, ibtidai istintaqda “Fəridənin məni dəvət etməsinə görə özü üçün əlavə pul alıb-almamasını bilmirəm” şəklində ifadə vermədiyini bildirmişdir. Şahid4 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində Fəridə ilə ad günündə tanış olduğunu, onunla 4-5 dəfə bir məclisdə olduqlarını, başqa bir münasibətinin isə olmadığını, Təqsirləndirilən şəxs 1 il olar ki, tanıdığını, onunla birlikdə kiminləsə görüşə getmədiyini, onun kimlərisə pul müqabilində şəxslərlə görüşə cəlb etdiyini də eşitmədiyini, Türkanın Fəridə ilə yaxın olduğunu bildiyini, şəxslərn qabaqcadan 24 may tarixində görüşüb birlikdə otelə gedəcəklərindən məlumatı olmadığını, Fəridənin onu özünə pul qazanmaq müqabilində kiminləsə görüşə cəlb etmədiyini, Fəridə ilə vatsap yazışmalarının olduğunu, başqa yaxın münasibətinin olmadığını, Fəridənin onu vasitəçilik edib kiminləsə görüşdürmədiyini, elan olunan vatsap yazışmalarını özü ilə Fəridə arasında olduğunu, həmin gün Fəridəni restorana dəvət etdiyini, Bakıdan qonaqlar olduğunu və onlarla restoranda oturduqlarını, Grand Otelə getməyimizlə bağlı danışıqlarını xatırlamadığını, Fəridənin pul müqabilində başqa şəxslərlə görüşdüyünü bildiyini, həmçinin pula ehtiyacı olduğunu qabaqcadan dediyinə görə ona dostu ilə görüşməyi təklif etdiyini, daha sonra bunun baş tutmadığını, Fəridənin də özünün pul müqabilində başqa şəxslərlə görüşməsi barədə məlumatı olduğunu bildirmişdir. Şahid6 məhkəmədə verdiyi ifadəsində dostu Məsudla Elsevər restoranında olarkən Məsudun tik-tokdan götürdüyü nömrə ilə Fəridəyə zəng etdiyini, ondan sonra onların Türkanla birlikdə gəldiyini, 104 və 105 nömrəli otaqlara getdiklərini, Fəridənin Türkana 100 manat verdiyini, verilmiş suallara cavabında isə may ayının 24-ü axşam saatları olduğunu, ümumilikdə 300 manat pul verildiyini, 100 manatını Fəridənin yanlarında Türkana verdiyini, Pulu Məsudun verdiyini, qızların birbaşa otağa gəldiyini, birinci olaraq 104 nömrəli otağa gəldiklərini, daha sonra hərənin öz otağına getdiyini, Məsudun Fəridəyə ümumən 300 manat verdiyini, daha sonra Fəridənin 100 manatı Türkana verdiyini, təxminən yarım saat bir saat içəridə olduqlarını, daha sonra polis əməkdaşlarının gəldiyini, özünün Türkana pul vermədiyini, pulu Türkana Fəridənin özünün verdiyini, Fəridənin onunla pul barədə danışmadığını, pul barədə Məsudla razılaşdıqlarını, xanımları ümumiyyətlə tanımadığını, həmin gün tanığıdını, 200 manatın Məsudun özündə olduğunu, 100 manat da özünün ona verdiyini, danışıq zamanı Türkanın 100 manata görüşəcəyini dediklərini, Fəridənin Məsudla otağa gələrək Türkana 100 manat verdiyini, hansı ay olduğunu xatırlamasa da ayın 24-ü olduğunu bildiyini, xanımlarla görüşməyi Məsudun ona təklif etdiyini, üstündə cəmi 150 manat olduğunu, 18 manatla hesabı ödədiyini, mahnı oxunduğundan telefonda nə danışıqılarını tam eşitmədiyini, vatsapda görüntülü danışdıqlarını, telefonda pulun məbləği ilə bağlı danışıq olduğunu, ümumilikdə 300 manata razılaşdıqlarını, Məsudun ona 100 manat Türkan, 200 manat da Fəridə üçün razılaşdıqlarını bildirdiyini, qiymət fərqi barədə ondan heç nə soruşmadığını, söhbətdən 1 saat sonra xanımların gəldiyini, oteli də özünün danışdığını, otaqların hərəsinə 30 manat verdiyini, 104 nömrəli otaqda tək olduğunu, Məsud, Türkan və Fəridənin 105 nömrəli otaqdan onun olduğu otağa yanına gəldiklərini, Fəridənin 100 manatı Türkana verdiyini, daha sonra öz otaqlarına keçdiklərini, bundan başqa kimə nə verildiyini bilmədiyini, 150 manatı otelə girməmişdən qabaq Məsuda verdiyini, kartında da pul olduğunu və otelin pulunu kartdan ödədiyini, 50 manatı da X10 gətirəcəyini bildirdiyi üçün həmin məqsədlə Məsuda verdiyini, Məsudun otaqda gəlib xanımların görüş pulu barədə dediyini, Məsudun telefonda qiymət barədə danışdığını düşündüyünü, amma konkret qiymət barədə nəsə danışdıqlarını eşitmədiyini, Məsudun Türkana 150 manat verəcəyini dediyini, otağa girəndə Məsudun həmin qiyməti dediyini, onun da otağa girməmişdən qabaq 150 manat ödədiyini, kartdan da otelin və restoranın pulunu ödədiyini bildirmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində hadisənin təxminən 2024-cü il may ayının 23, yaxud 24-də baş verdiyini, X8 Şöbəsindən Babək Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında aparılan birgə əməliyyat nəticəsində Elsevər otelində Fəridə xanımın həm şəxsi qazanc əldə etmə, həm də başqa bir şəxs üzərindən qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs başqa şəxslərlə görüşünü təşkil etdiyini müəyyən etdiklərini, gecə saat 2220 radələrində Elsevər otelinə daxil olan zaman 104 və 105 nömrəli otaqlardan şəxsləri aşkar edib X8 Şöbəsinə təhvil verdiklərini, əməliyyat zamanı orada Rövqan və Farizin də olduğunu, daxil olan zaman orada işləyən yaşlı bir şəxsə əməliyyat keçiriləcəyini bildirib 104 və 105 nömrəli otaqlara daxil olduqlarını, Fəridə və Türkanın konkret olaraq hansı otaqlarda olmasını xatırlamadığını, ilk öncə Təqsirləndirilən şəxs olduğu otağa daxil olduğunu, qapı örtülü olsa da kilidli olmadığından qapını döymədən açıb otağa daxil olduqlarını, uyğunsuz vəziyyətdə olduqlarını, Fəridənin yanında kimin olmasını dəqiq xatırlamadığını, onlara əməliyyatın səbəbləri barədə məlumat verdikdən sonra Fəridənin başqa bir şəxsi görüşdürməsi müqabilində pul almasını etiraf etdiyini, bundan sonra onları X8 Şöbəsinə təhvil verdiklərini, orada pul görmədiyini, otaqların hər ikisinə daxil olduqlarını, 104 nömrəli otaqda Təqsirləndirilən şəxs yanındakı şəxsin orta boylu, təxminən 70-80 kiloqram çəkiyə yaxın biri olduğunu, digər şəxsin isə Zərərçəkmiş şəxs yanında olduğunu, Türkanın zorla kiminləsə görüşə cəlb edilmiş görüntüsü və aurasında olmadığını bildirmişdir. Şahid8 məhkəmədə verdiyi ifadəsində 2024-cü ilin may ayında daxil olan məlumat əsasında əməliyyat qrupu yaradaraq Babək rayonu, Elsevər otelinə gedib şəxsləri hadisə yerində saxlayaraq X8 Şöbəsinə təhvil verdiklərini, əməliyyatın 2024-cü ilin may ayının sonları, saat 2200-2300 arası radələrində olduğunu, otelə daxil olanda ilkin olaraq qeydiyyatdakı şəxsin yaxınlaşıb niyə gəldiklərini soruşduğunu, onlara polis əməkdaşı olduqlarını bildirdikdən sonra 104 və 105 nömrəli otaqları göstərdiklərini, 105 nömrəli otağa daxil olduğunu, Türkan və Təbrizin orada olduğunu, otağa girəndə Türkanın hamam otağında olduğunu, Təbrizin isə paltarını geyindiyini, Türkanın üzərində nə qədər pul olmasını xatırlamadığını, amma telefon qabında olduğunu, Fəridənin otağına isə daxil olmadığını, əməliyyat qrupunu Şahid1 yaratdığını, orada Şahid2, Məhəmmədəli Bağırov və Abbas Ələsgərovun olduğunu, 105 nömrəli otağa özünün tək daxil olduğunu, həmin vaxt Fəridəni görmədiyini, onun olduğu otağa daxil olmadığını və onunla bağlı heç nəyə şahid olmadığını, Şahid5 də tanımadığını bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində 24 may 2024-cü il tarixdə X6 Polis Şöbəsinə əməliyyat məlumatının daxil olduğunu, “Elsevər” restoranı Babək rayonu ərazisində yerləşdiyinə görə Babək Rayon Polis İdarəsi ilə birgə əməliyyat keçirərək otelə daxil olduqlarını, otelin rəhbərliyindən, yəni Rasim adlı şəxsdən məlumatları olduğunu bildirərək otağın nömrəsini soruşduqlarını, 104-105 nömrəli otaqlar olmasını bildirdiklərini, həmin otaqlara 22:30 radələrində daxil olduqlarını, daxil olan məlumatın Təqsirləndirilən şəxs insan alveri və fahişəliyə cəlbetmə əməlini törətməsi ilə bağlı olduğunu, otaqlara daxil olarkən şəxslərin uyğunsuz vəziyyətdə olduqlarını gördüyünü, 104 nömrəli otaqda Türkan və Təbrizin, 105 nömrəli otaqda isə Fəridə və Məsudun olduğunu, özünün Fəridə xanımın olduğu otağa daxil olduğunu, Fəridə xanımın üzərindən pulu götürdüklərini, 150 manat pulu Türkan üçün, 100 manatı isə özü üçün aldığını, 50 manatı isə əlavə olaraq Türkan xanımı da oraya apardığı üçün aldığını, həmin pulun Fəridənin özündə olduğunu, əməliyyat qrupunda X6 Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid8 və Babək Rayon Polis İdarəsindən bir nəfər əməkdaşın olduğunu, pulu Fəridənin ağ rəngli çantasında gördüyünü, pulun miqdarını bilmədiyini, çantanı polis şöbəsində təhqiqatçıya təhvil verdiklərini bildirmişdir. Şahid7 məhkəmə baxışı iclasında iştirak etmədiyindən onun məhkəməyədək icraat dövründə verdiyi ifadə elan edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, 8 aydır Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” oteli icarə müqaviləsi əsasında işlətmiş, otelə gələn müştərilərin kimliyindən asılı olmayaraq hər birindən kimlik tələb edilmiş, müştərilərə otaq verilmişdir. 24 may 2024-cü ildə işdə olarkən, polis əməkdaşları otelə gələrək müraciət edib 104 və 105 nömrəli otaqlarda olan müştərilərin cinsi əlaqədə olmaq üçün gəldiklərini bildirmiş, otelə daxil olaraq həmin şəxsləri aşkar edərək aparmışlar. Oteldə polis əməkdaşları tərəfindən saxlanılmış oğlan və qızlara otaq verərkən onların otelə cinsi əlaqədə olmaq üçün gəldiklərini bilməmiş, otel olaraq fəaliyyətləri müştərilərə otaq satmaqdan ibarət olduğu üçün, müraciət edən bütün müştərilərə otaq verilmiş, lakin müştərilərin otelə hansı məqsədlə gəldiklərini əvvəlcədən soruşmaq səlahiyyəti olmadığına həmin müştərilərin otelə hansı məqsədlə gəldiyini bilməmiş, həmin şəxsləri tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə CM-in 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, şəxsi gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində qeyd edilən cinayət tərkibiini yaradır. Məhkəmə qeyd edir ki, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası 31 may 1996-cı ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 4-cü sessiyasında 2 dekabr 1949-cu ildə qəbul edilmiş «İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyasının tələbinə görə, tərəflər, yəni Konvensiyanın iştirakçısı olan dövlətlər başqa şəxsi hətta onun razılığı olsa da, fahişəliyə cəlb edən; onun fahişəliyini istismar edən; fahişəxana saxlayan və ya idarə edən; üçüncü şəxslər tərəfindən fahişəlik məqsədi ilə istifadə ediləcəyini bilə-bilə ev və ya digər yer icarəyə verən və ya götürən şəxsləri cəzalandırmağı öhdələrinə götürürlər. CM-in 243.1-ci maddələrində qeyd edilən “Fahişəlik” əməli dedikdə, mükafat müqabilində, qabaqcadan mükafat barəsində razılaşmaqla müxtəlif şəxslərlə mütəmadi olaraq, yəni dəfələrlə cinsi əlaqəyə girmə başa düşülür. Beləliklə, fahişəlik üçün səciyyəvi olan əlamətlər: - cinsi əlaqəyə mükafat (adətən pula görə) müqabilində girmə; - mükafatın məbləği barədə qabaqcadan (cinsi əlaqəyə girməzdən öncə) razılıq əldə edilməsi; - cinsi əlaqəyə eyni bir şəxslə deyil, müxtəlif şəxslərlə (müştərilərlə) girmə; - cinsi əlaqəyə mükafat müqabilində mütəmadi olaraq, yəni dəfələrlə girmədir. Mükafat müqabilində olsa da, yalnız bir dəfə cinsi əlaqəyə girmə fahişəlik kimi qiymətləndirilmir. CM-in 243.1-ci maddəsində göstərilən cinayət əməlinin obyektiv cəhəti gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmədə ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin CM-in 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarında olan raport, protokol və qərardan 24 may 2024-cü il tarixdə X6 Poliş İdarəsinin əməkdaşları tərəfindən Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” otelində əməliyyat tədbirlərinin keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbindən görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmış və məhkəmə icraatı gedişində iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 28 may 2024-cü il tarixli, 5(079)-05/2024 nömrəli qərarın surətindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 polis şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən “24” may 2024-cü il tarixdə qəbul olunmuş “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar və onun nəticəsində həyata keçirilmiş hərəkətlər qanuni hesab edilmədiyini müəyyən etmişdir. Sözügedən halı nəzərə alan məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş X6 Poliş şöbəsinin əməkdaşları tərəfindən Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” otelində xx.xx.2024-cü il tarixdə aparılmış əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialları sübut kimi qəbul etmir. Buna baxmayaraq Təqsirləndirilən şəxs gəlir və ya digər fayda əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs fahişəliyə cəlb etməsi dindirilmiş şahidlərdən Şahid6, Şahid5 və Zərərçəkmiş şəxs ifadələri və təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış keçirilməsi ilə sübuta yetirilir. Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 9” markalı mobil telefona baxış keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “+994 50 304 36 31” mobil nömrəni “Türkan Eliabad” adı ilə yadda saxlaması və “WhatsApp” proqramı vasitəsilə ona bir neçə dəfə mesaj yazaraq cinsi əlaqədə olmalarını təşkil etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqsirini boynuna almaması, onun əldə etdiyi əlavə 100 manatı fahişəliyə cəlb etmə ilə gəlir və ya fayda əldə etmək məqsədilə deyil, ad günü ilə əlaqədar olaraq hədiyyə kimi qəbul etməsi, belə ki, hər il doğum gününü may ayının 27-də qeyd etməsi ilə bağlı dəlilləri barədə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən onun “01” iyun 1994-cü il tarixdə doğulması müəyyən olunur. Eyni zamanda sözügedən hal şahid Zərərçəkmiş şəxs, Şahid5 və Şahid6 məhkəmədə verdiyi ifadələrlə tam təkzib olunmuş, təqsirləndirilən şəxsin həmin pulu Şahid5 onun iradəsindən kənar üzərinə qoyması ilə bağlı ifadələrinin həqiqiliyi isə öz təsdiqini tapmamışdır. Həmçinin yuxarıda da qeyd olunduğu kimi hadisə təqsirləndirilən şəxsin hər il ad gününü qeyd etməsini iddia etdiyi “27 may” tarixində deyil, “24 may” tarixində baş vermişdir. Eyni zamanda təqsirləndirilən şəxsin öz ifadəsi və şahidlərin ifadələri ilə Şahid5 təqsirləndirilən şəxsi əvvəlcədən tanımadığı, şəxslərin ilk dəfə həmin tarixdə münasibətə girmələri, dolayısı ilə Şahid5 şəxsin qarşıdan gələn doğum gününü əvvəlcədən bilib buna uyğun hərəkətlər etməsinin mümkünlüyü müəyyən olunmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin özünün fahişəliklə məşğul olmasına görə cəmi 100 manat, Zərərçəkmiş şəxs eyni fəaliyyətlə məşğul olmasının qarşılığında Zərərçəkmiş şəxs vermək məqsədilə 100 manat alması özünün və şahidlərin ifadələri ilə tam təsdiqini tapmışdır. Həmçinin təqsirləndirilən şəxsin, şahidlər Şahid5 və Zərərçəkmiş şəxs üst-üstə düşən izahatları əsasında Təqsirləndirilən şəxs həmin tarixdə özünün fahişəliklə məşğul olmasına görə aldığı 100 manat və Zərərçəkmiş şəxs verdiyi 100 manatdan əlavə 100 manat pul vəsaitini də qəbul etməsi mübahisəsiz qaydada müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin sözügedən əlavə pul vəsaitini isə həmin tarixdə Zərərçəkmiş şəxs fahişəliyə cəlb etməsinə görə deyil, başqa məqsədlərlə əldə etməsinə dair hal öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin sözügedən əlavə pul vəsaitini gah ad günü ilə əlaqədar olaraq hədiyyə olaraq qəbul etməsi, gah da Şahid5 həmin pul vəsaitini polislər gəlməmişdən əvvəl onun iradəsindən kənar üzərinə qoyması ilə bağlı ifadələri arasındakı ziddiyyəti həqiqətin müəyyən edilməsi zamanı diqqətəlayiq hal kimi və təqsirləndirilən şəxsin cəzadan yaxa qurtarmaq məqsədilə verilmiş ifadəsi olaraq qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə CM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “CM-in 243.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X4 X15 X12 31 may 2024cü il tarixli, 500302.186.59305.2024 və 500302.186.59132.2024 nömrəli arayışlarından, həmin X15 05 iyun 2024-cü il tarixli, 91 nömrəli məktubundan və ona əlavə edilmiş analiz nəticələrinə dair arayışlardan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər hansı bir zöhrəvi və ya yoluxucu xəstəliyin aşkar edilmədiyi aydın olur. Bundan başqa Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin 04 iyun 2024-cü il tarixli 10 nömrəli analiz nəticələrinə dair arayışlardan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs HİV, Siflis, Hepatit B, C viruslarının aşkar edilmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 243.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən CM-in 243.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas bilavasitə obyekti ictimai mənəviyyatdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə cinayət törətmiş şəxsin himayəsində 10 yaşında uşağın olmasını və həmin uşağın sağlamlıq vəziyyətini cəzanı yüngülləşdirici hal kimi qiymətləndirir. Belə ki, "Elektron Məhkəmə" informasiya sistemindən şəxsin qohumluq məlumatları üzrə çıxarılmış məlumatdan, həmçinin məhkəməyə təqdim edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş avqust 2024-cü il tarixli arayışdan Təqsirləndirilən şəxs ailə üzvlərinə xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşağının daxil olması aydın olur. Eyni zamanda təqsirləndirilən şəxsin izahatından, "Elektron Məhkəmə" informasiya sistemindən şəxsin gəlir məlumatları üzrə çıxarışdan və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y. Budaqov adına X1 xx.xx.2024-cü il tarixli arayışından şəxsin himayəsindəki uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Sözügedən arayışda qeyd olunmuşdur ki, Kəngərli rayonu Qarabağlar kəndində anadan olan 2014-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdən “Yüngül əqli gerilik. Davranış pozuntusu” diaqnozu ilə Y. Budaqov adına X2 qeydiyyatda dayanır. Həmçinin təqsirləndirilən şəxsin şəxsiyət vəsiqəsi məlumatlarından və yuxarıda istinad edilən ailə tərkibi haqqında arayışdan subay olması və uşağın onun himayəsində olması müəyyən olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yuxarıda qeyd edilən yüngülləşdirici halı, bununla da təyin ediləcək cəzanın şəxsin ailə həyatına təsirini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinə dair tövsiyyəsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası tətbiq edilməlidir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, CM-in tələbinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur (44.1 və 44.2-ci maddələr). Məhkəmə Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinib və ona 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cərimə cəzasının icra olunduğu yer və orqana gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə görə isə əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Cinayət işinin materiallarından isə təqsirləndirilən şəxsin Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşaması müəyyən edilir. Bu səbəbdən də hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Sözü gedən Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından 1 ədəd zərfin içərisində olan 300 (üç yüz) manat pulun saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsinə, maddi sübut kimi götürülmüş 1 ədəd “REDMİ NOTE 9” markalı telefonun isə məhkəməyə təhvil verilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.2 və 132.1.6cı maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir), maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “REDMİ NOTE 9” markalı telefon qanuni sahibinə geri qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə CM-in 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. CM-in 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərilmişdi. Bununla bağlı məhkəmə qeyd edir ki, CM-in 99-1.1 və 99-1.2-ci maddələrinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işinə baxılması zamanı Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsinə təhvil verilmiş 01 ədəd zərfdə saxlanılan 300 (üç yüz) manat miqdarında pul məbləğinin Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlini törətməsi nəticəsində qazanc kimi əldə edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci və Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrinin tələblərini əsas götürməklə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsində saxlanılan 300 (üç yüz) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilməli və əvəzsiz dövlət nəfinə alınmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Naxçıvan Şəhər Hüquq Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “REDMİ NOTE 9” markalı telefon qanuni sahibinə geri qaytarılsın. “26” avqust 2024-cü il tarixli, 01 nömrəli memorial order əsasında Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsində 01 (bir) ədəd zərfdə qablaşdırılaraq saxlanılan 300 (üç yüz) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar