Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-16/2024 23.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ota təhsilli, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 2aşqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilən, müvəqqəti işsiz, əlilliyi olmayan, hər hansı orden, medal və ya fəxri adla təltif edilməyən Təqsirləndirilən şəxs CMnin (bundan sonra – “CM”) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “09” sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə saat 2345 radələrində Babək rayonu, Aşağı Uzunoba kəndi ərazisində yerləşən Uzunoba gölünün kənarında olan “Mehli” adlı restoranın avtomobil dayanacağında dostu Naxçıvan şəhər sakini Şahid2 ilə aralarında yaranmış mübahisə zamanı idarə etdiyi “Toyota Prius” markalı **- TJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda saxlanc yerində saxladığı bıçaqla özünün qarın nahiyəsini bir neçə dəfə kəsərək xəsarət yetirməsi faktının araşdırılması zamanı onun qanunsuz olaraq soyuq silah gəzdirməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin CM-in 228.4-cü maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində İlkin adlı şəxsin dostu olduğunu, Arzu ilə söhbət etdiyini, sonra aralarında mübahisə yarandığını, sonra polis əməkdaşlarının oraya gəldiyini, özünün isə polis əməkdaşlarına sərxoş və narahat olduğunu, bu səbəbdən də sabah polis idarəsinə gələcəyini dediyini, polis əməkdaşlarının isə şöbəyə getməli olduqlarını dediyini, sonra maşına əyləşdiyini, sonra maşından balıq ovu üçün nəzərdə tutduğu bıçağı götürdüyünü və qarın nahiyəsindən xəsarət yetirdiyini, daha sonra həmin bıçağı polis əməkdaşlarına təhvil verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisədən əvvəl döymə ustası işlədiyini, hadisə günü axşam saat 20-21 radələrində “011” adlanan restoranda Araz və İlkinlə birlikdə 1 litr rakı içdiklərini, həmin vaxt Arazın az spirtli içki qəbul etdiyini, sərxoş olduğundan onları Babək rayonu, Uzunoba gölünə aparması üçün əvvəl dostu Daşqına zəng etdiyini, sonra təsadüfən Arzunu gördüyünü və ona “sən bizi apar, Daşqın gəlib mənim maşınımı gətirər” dediyini, sonra Arzunun onları həmin yerə apardığını, həmin vaxt çox spirtli içki içdiyindən Arazın orada niyə gözlədiyini bilmədiyini, Uzunobada Mehri restoranında İlkinlə birlikdə hər biri 1 bakal pivə içdiklərini, sonra Arzu, Araz və Daşqının da oraya gəldiklərini, restoranda olarkən heç bir mübahisə etmədiklərini, sonra Arzu ilə çöldə olarkən işlə bağlı onunla normal şəkildə söhbət etdiyini, İlkinin isə Arzu ilə mübahisə etdiyini düşündüyünü, İlkini 7-8 ildir tanıdığını, əvvəllər aralarında heç bir mübahisə olmadığını, Arzunu isə 4-5 ildir tanıdığını, onunla da aralarında heç bir mübahisə olmadığını, İlkinin onlara yaxınlaşaraq nə danışdıqlarını soruşduğunu, özünün isə iş barədə Arzu ilə danışdığını ona dediyini, sonra aralarında mübahisə yarandığını, mübahisə yaranmasına səbəb özlərinin sərxoş olduqlarından qaynaqlandığını, İlkinin onu vurmadığını, əli ilə onun qarnından itələdiyini, sonra Arzunun onları aralaşdırdığını və İlkini maşına apardığını, İlkin maşına minərkən səs-küy yarandığını, bu səbəbdən polis əməkdaşlarının oraya gəldiyini, həmin vaxt polis əməkdaşlarının gölün qırağında olduqlarını və onların mübahisə etdiklərini gördüklərini, polis əməkdaşları gəldikdən sonra əvvəl İlkinə yaxınlaşdıqlarını, sonra ona yaxınlaşaraq” sənlik bir şey yoxdur, sən get” dediklərini, özü sərxoş olduğundan Daşqından maşının açarını istədiyini, Daşqının isə həmin vaxt orada olmadığını, sonra İlkinin enerji içkisinin qırıntısı ilə özünün qarın nahiyəsini kəsdiyini, bunu gördüyünü, özlərinin enerji suyu içmədiyini, həmin qabı İlkinin yerdən tapdığını güman etdiyini, sonra polis əməkdaşlarının onu idarəyə dəvət etdiklərini, özünün isə onlara sərxoş və narahat olduğunu, sabah idarəyə gələcəyini dediyini, onlar isə “gözlə deyəcəyik” dediklərini, bundan sonra gedib öz maşınında əyləşdiyini və özünə xəsarət yetirdiyini, həmin vaxt polis əməkdaşlarının ona qarşı hər hansı təsir və zor tətbiq etmədiklərini, içkinin təsirindən özünə xəsarət yetirdiyini, özünə xəsarət yetirəndə maşında oturduğunu, həmin vaxt sərxoş olduğu üçün bəzi şeyləri tam xatırlamasa da videoçəkiliş etdiyindən bunun dəqiq yadında olduğunu, bunu həmin videoya baxdıqdan sonra xatırladığını, video çəkməkdə məqsədinin onlara qarşı hər hansı haqsızlıq olarsa istifadə etmək olduğunu, bıçağı təqribən 10 il əvvəl Türkiyə Respublikasında olarkən aldığını, bıçağı balığa gedəndə istifadə etmək məqsədi ilə aldığını, bıçağın knopkalı olduğunu, tiyəsinin qırmızı rəngdə olduğunu və üzərində canavar şəklinin olduğunu, həmin gün balığa getmək niyyətində olduğundan bıçağı maşına qoyduğunu, bıçağı elə həmin gün maşına qoyduğunu, özünə qarın nahiyəsindən sərxoş olduğundan xəsarət yetirdiyini, sonra bıçağı polis əməkdaşlarına təhvil verdiyini, polis əməkdaşlarının isə onu şöbəyə gətirdiklərini, xəsarətinin güclü olmadığını, yalnızca qarnını cızdığını, bu səbəbdən də xəstəxanaya aparılmadığını, əməlindən peşman olduğunu, bıçağın gümrük orqanından keçirilərkən ondan müəyyən edilib götürülmədiyini, həmin bıçağın satışının Türkiyə Respublikasında açıq olduğunu, Naxçıvan şəhərində yaşadığını, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, meyvə tingliyi, ev 43də qeydiyyatda olduğunu, işə düzəlmək üçün həmin ünvanda qeydiyyata düşdüyünü, yoxsa elə əvvəlcədən daimi Naxçıvan şəhərində yaşadığını və iş yerinin Naxçıvan şəhəri “Park Avm”-də yerləşdiyini, lakin sonradan iş yerinin bağladığını, təqribən 4-5 il olar ki alkoqollu içkilər qəbul etdiyini, sadəcə olaraq viski, araq və rakı içərkən ona pis təsir etdoiyini, hadisənin 2024-cü ildə baş verdiyini, bıçağı əldə etdiyi tarixi xatırlamadığını, Türkiyə Respublikasına işləmək və alışveriş etmək üçün müxtəlif vaxtlarda getdiyini, bıçağı Türkiyə Respublikası, İstanbul şəhərindən aldığını, həmin vaxt oraya işləmək məqsədilə getdiyini, alkoqol qəbul etdikdən sonra özündə davranış pozuntusu olmasını hiss etdiyini, həmin vaxt çox aqressiv olduğunu, hadisənin Babək rayonu, Uzunoba gölü ətrafında yerləşən “Mehli” restoranında baş verdiyini, avtomobilinin dövlət qeydiyyatı nömrəsinin “**-FJ-***” olduğunu, bıçağı həmin maşının bardaçokundan götürdüyünü, bıçağı götürməkdə məqsədinin özünə xəsarət yetirmək olduğunu, əvvəlcə bıçağı oraya qoyduğunu xatırlamadığını, bardaçoku açıb bıçağı gördükdən sonra özünə xəsarət yetirməyi fikirləşdiyini, bıçağın balıq tutmaq üçün topladığı digər lavəzimatların içində olduğunu düşündüyünü, ondan əvvəl İlkinin özünə xəsarət yetirdiyini, həmin vaxt çox içkili olduğundan özünə xəsarət yetirdiyini, həmin bıçağın qadağan olunmuş əşya olduğunu bilmədiyini, ovçuluqla məşğul olmaq üçün müvafiq qaydada qeydiyyata düşmədiyini, sadəcə həvəskar balıqçı olduğunu, bıçaqla balıq tutmadığını, sadəcə spilnikin ucunu itiləməkdən ötrü və əyləşmək istədiyi yerin ətrafındakı otları və s. təmizləmək üçün istifadə etdiyini, bıçağı həmişə maşında gəzdirmədiyini, balıqçılıq ləvazimatları ilə birlikdə qarajda saxladığını, həmin gün balığa gedəcəyindən bıçağı maşına qoyduğunu, spirtli içki içməmişdən 1-2 saat əvvəl balıq ovu üçün Uzunoba gölünə getdiyini, lakin balıq tutmağa icazə verilmədiyi üçün geri qayıtdığını, əvvəllər dalaşdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edildiyini və 4 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, həmin vaxt onun üzərinə elektron nəzarət cihazını gəzdirmək vəzifəsi qoyulduğunu, cihazın cəza çəkdiyi müddətdə üzərində olduğunu, cəza çəkdiyi vaxt alkoqol qəbul etmədiyini və işlədiyini, psixi və davranış pozuntusu olmasından xəbərdar olmadığını, Naxçıvan şəhərində atası və anası ilə yaşadığını, əlilliyinin olmadığını, əməlindən peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirmişdir. Cinayət əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün etirafı ilə yanaşı, məhkəmədə araşdırılmış aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilən X7 verdiyi ifadəsində Babək Rayon Polis İdarəsində polis nəfəri işlədiyini, hadisə günü polis əməkdaşı Şahid5 ilə Babək rayonu, Uzunoba gölü ətrafında xidmətdə olduqlarını, həmin vaxt restoran tərəfdən səs-küy gəldiyini, bu səbəbdən də Uğur Məhərrrəmli ilə birlikdə oraya yaxınlaşdıqlarını, həmin vaxt Pərvizin və İlkin adlı şəxsin sərxoş olduqlarından mübahisə etdiklərini gördüklərini, buna görə onlara sakitləşməyi və polisin qanuni əmrinə tabe olmağı tələb etdiklərini, sonra onları polis idarəsinə dəvət etdiklərini, onlar polis idarəsinə getməmək üçün birinin enerji içkisinin qırıntısı, birinin isə maşından bıçağı götürərək özlərinə xəsarət yetirdiklərini, bundan sonra komandirə məruzə etdiklərini, hadisə vaxtı Pərviz və İlkinin savaşdıqlarını, oraya yaxınlaşdıqda Pərvizi, İlkini və başqa şəxsləri gördüklərini, lakin maşınların parklanma yeri olduğundan orada çox adam olduğunu və ətrafdakı aidiyyəti şəxslərin kim olduğunu bilmədiyini, onlardan sakitçiliyə riayət edilməsi tələb olunmasına baxmayaraq buna əhəmiyyət vermədiklərini, yenə səs-küy salmağa davam etdiklərini, özlərinin onlara qarşı heç bir fiziki təsir göstərmədiklərini, həmin vaxt İlkinin paltarını çıxardığını və əlindəki enerji içkisinin qırıntısı ilə qarnına və boğazına xəsarət yetirdiyini, bunu gördüyünü, Pərvizin isə gedib maşından bıçaq gətirdiyini, qarnına və boğazına bıçaq çəkdiyini, hadisə yerinə çatdıqları vaxt həm İlkinin, həm də Pərvizin çöldə olduqlarını, bıçağın qara rəngdə və ölçü olaraq böyük olduğunu, gündəlik məişət üçün olmadığını, özünün bıçağı gördüyünü, hər ikisinin özlərinə boğaz və qarın nahiyəsindən xəsarət yetirdiklərini, onların polis idarəsinə gəlməməkdə israr etdiklərini, ondan sonra şəxsləri polis idarəsinə apardıqlarını, özlərinin isə xidməti yerlərinə qayıtdıqlarını, əvvəl Pərvizin özünə xəsarət yetirdiyini gördüyünü, onları polis idarəsinə gətirdikdən sonra xəstəxanaya apardıqlarını, Pərvizdən başqa 2 nəfərin onun yanında olduğunu, ora getdikdən sonra sakitçiliyə riayət etmələrini dəvət etdiklərini, lakin onların buna əhəmiyyət verməməsi səbəbindən onları polis idarəsinə dəvət etdiklərini, sonra şəxslərin özlərinə xəsarət yetirdiklərini, həmin vaxt onların sərxoş olduqlarını, bıçağın Pərvizin əlində olduğunu, Pərvizin maşından bıçağı götürüb düşdükdən sonra polis idarəsinə getməyəcəklərini deyib onların oradan uzaqlaşmasını tələb etdiyini, digər şəxsin də polis idarəsinə gəlmək istəmədiyini və eyni hərəkətlər etdiyini, Pərvizin həmin vaxt başqa şəxsə xəsarət yetirmədiyini qeyd etmişdir. Digər Şahid5 məhkəmədə verdiyi ifadəsində Babək Rayon Polis İdarəsinin post patrul xidmətində polis nəfəri işlədiyini, hadisə vaxtı polis əməkdaşı Şahid4 ilə birlikdə Babək rayonu, Uzunoba gölü ətrafında xidmətdə olduqlarını, həmin vaxt Uzunoba restoranının qarşısından səs-küy gəldiyini eşitdiklərini, bundan sonra oraya yaxınlaşdıqlarını və bu barədə komandirə məruzə etdiklərini, onlardan nəyə görə səs-küy saldıqlarını soruşduqlarını, Pərvizin dostu İlkinin onların üzərinə gəldiyini, sonra onları polis idarəsinə dəvət etdiklərini, Pərvizin isə buna etiraz etdiyini, bundan sonra komandirə məruzə etdiklərini, gələn səs-küydən mübahisə olduğunu aşkar etdiklərini, oraya çatanda İlkinin köynəyini çıxardığını və zeşt kimi balaca bir qabla özünə xəsarət yetirdiyini, sonra Pərvizə polisə gəlməyi təklif etdiklərini, onun isə maşına əyləşərək bıçağı götürüb özünün qarın nahiyəsindən xəsarət yetirdiyini, bıçağın qara rəngdə olduğunu və böyük olduğunu, bıçağın ilk görüşdən məişətdə istifadə edilmək üçün nəzərdə tutulmadığını, sonra komandirə məruzə etdiklərini və onun bıçağı Pərvizin əlindən aldığını, Pərvizin polis idarəsinə gəlmək istəməməsi onun sərxoş olduğundan qaynaqlandığını, onların sərxoş olduqlarının hiss olunduğunu, özlərinin onlara heç bir fiziki təsir etmədiklərini və ya hədə-qorxu göstərmədiklərini, silahı komandir X3 götürdüyünü, Pərvizin bıçağı onlara təhvil vermədiyini və onları yaxınlaşmağa qoymadığını, Pərvizin maşında əyləşdikdən sonra maşının qapılarını bağladığını, Pərvizin çöldə olarkən özünə xəsarət yetirdiyini və bıçağın onun əlində olduğunu qeyd etmişdir. Şahid X8 məhkəmədə verdiyi ifadəsində abək Rayon Polis İdarəsi əməliyyat müvəkkili işlədiyini, 09 iyun 2024-cü ildə təqribən saat 23 radələrində tabeçiliyində olan polis əməkdaşı Şahid5 ona məruzə edərək Babək rayonu, Uzunoba gölünün ətrafında yerləşən “Mehli” adlı restoranın qarşısında iki nəfər şəxsin mübahisə tdiklərini gördüklərini və onlara yaxınlaşıb özlərini təqdim etdiklərini bildirdikdən sonra onlara ictimai qaydanı pozmamağı təklif etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs və Şahid2 əllərində olan kəsici-deşici alətlərlə özlərinə xəsarət yertirdiklərini bildirdiyini, bundan sonra özünün hadisə yerinə getdiyini, oraya çatdığı vaxt Pərvizin maşında əyləşdiyini, İlkinin isə əlində enerji qabının qırıntısı olduğunu və qarın və boğaz nahiyəsinə xəsarət yetirdiyini aşkar etdiyini, özünün onları ictimai qaydanı pozmamağa dəvət etdikdən sonra Pərvizin əlindəki bıçağı maşının üzərinə qoyduğunu, bıçağı müstəntiqin və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi oradan götürdüklərini, özünün ora getdiyi vaxt Pərvizin artıq özünə xəsarət yetirdiyini və maşında əyləşdiyini və maşının qapılarını isə bağladığını, İlkinin isə çöldə olduğunu və köynəyinin əynində olmadığını, həmçinin əlində enerji içkisinin qırıntısı ilə qarın nahiyəsini kəsdiyini, Pərvizin maşında olarkən onun əlində bıçağı gördüyünü, bıçağın qara rəngli olduğunu, gündəlik məişət bıçağı olmadığını, həmin vaxt Pərvizi dəfələrlə çağırdıqlarını, daha sonra onun maşından düşüb özünə xəsarət yetirməyəcəyini söz verdiyini, maşından düşdükdən sonra bıçağı maşının üzərinə qoyduğunu, Pərvizin qarın nahiyəsinə xəsarət yetirməsini, İlkinin isə qarın və boğaz nahiyəsinə xəsarət yetirməsinin göründüyünü, onlar tərəfindən özlərinə qarşı hər hansı xəsarət yetirilmədiyini, bıçağı müstəntiqin və hal şahidlərinin iştirakı ilə qablaşdırılıb götürüldüyünü, polis əməkdaşlarının ona bildirdiyinə görə şəxsləri dəfələrlə ictimai qaydanı pozmamağa dəvət etdiklərini, buna baxmayaraq onların mübahisə etməyə davam etdiklərini, polis əməkdaşlarının onları polis idarəsinə dəvət etməsindən sonra onların özlərinə xəsarət yetirdiklərini bildirdiklərini, özünün ora çatdığı vaxt ilkinin özünə xəsarət yetirməsini aşkar edildiyini, Pərvizin isə əlində bıçaqla maşında əyləşdiyini, həmin vaxt polis əməkdaşlarından Şahid5 və Şahid4 Babək rayonu, Uzunoba gölü ətrafında xidmətdə olduqlarını, şəxslərin özlərinə xəsarət yetirməkdə məqsədlərinin məsuliyyətdən yayınmaq olduğunu, hər iki şəxs barəsində inzibati tənbeh tətbiq edildiyini, özünün Pərvizi maşından düşməyə razı saldığını, Pərvizin bıçağı könüllü şəkildə təhvil vermədiyini, sonra bıçağı maşının üzərinə qoyduğunu, həmin vaxt bıçağın soyuq silah olduğunu ona izah etdiklərini, Pərvizin ov fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı sənəd və əşya aşkar edilmədini qeyd etmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxsin qonşusu olduğunu, Pərvizin mübahisə saldığını, bundan sonra polis əməkdaşlarının oraya gəldiklərini, verilmiş suallara cavabında isə özünün əvvəlcədən başqa dostu ilə restoranda oturub spirtli içki içdiyini, oradan Babək rayonu, Uzunoba kəndindəki restorana getdiklərini, Pərvizin və dostunun isə sonradan oraya gəldiklərini, özünün dostları ilə birlikdə restoranın içərisində, Pərviz və dostunun isə restoranın çölündə əyləşdiklərini, onların həmin vaxt spirtli içki içdiklərini, onunla gələn şəxsi tanımadığını, həmin vaxt onlarla görüşdüklərini, daha sonra isə çölə çıxdığını, sonra Pərviz və onunla gələn şəxs arasında mübahisə olduğunu gördüyünü, mübahisənin nə səbəbdən baş verdiyini bilmədiyini, sonra polis əməkdaşlarının gəldiyini, onların sadəcə uca səslə söhbət etdiklərini, hadisənin restoranın qarşısında olduğunu, polis əməkdaşları gəldikdən sonra özünün kənarda durduğunu, həmçinin içkili olduğundan hadisəni tam xatırlamadığını, şəxslərin özlərinə xəsarət yetirmələrini görmədiyini, polis əməkdaşları gəldikdən sonra özünün restorana qayıtdığını, Pərvizlə heç bir əlaqəsinin olmadığını və restorana getmək barədə əvvəlcədən onunla razılaşmadığını, 5 ildir Bakı şəhərində yaşadığını, restoranda Pərvizlə təsadüfən qarşılaşdığını, onun əvvəllər bıçaq gəzdirməsindən xəbərinin olmadığını, Pərvizin tato ustası işlədiyini, bıçağı görmədiyini, İlkini tanıdığını, restoranda özlərinin içəridə, Pərvizgilin isə çöldə əyləşdiklərini və onlarla 5-6 metr məsafələrinin olduğunu, onların nə danışdığını eşitmədiyini, lakin içki içmələrini gördüyünü qeyd etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində hadisənin təqribən 4-5 ay əvvəl baş verdiyini, həmin vaxt havanın qaranlıq vaxtı oluğunu, Pərvizlə dost olduqlarını, həmin vaxt dostu Pərvizi öz maşını ilə Babək rayonu, Uzunoba restoranına apardığını, sonra oradan qayıtdığını, Pərvizlə birlikdə restorana getmədiyini, Pərvizin orada başqa şəxslərlə yeyib-içdiyini, onun maşının harada olduğunu bilmədiyini, hadisəni tam xatırlamadığını, Daşqının Pərvizin maşınını oraya gətirdiyini bilmədiyini, sonra yenidən Pərvizi götürmək üçün Babək rayonu, Uzunoba restoranına getdiyini, həmin vaxt Pərviz və İlkinin itələşdiklərini gördüyünü, buna görə yaxınlıqda olan polis əməkdaşlarının oraya gəldiklərini və onları şöbəyə dəvət etdiklərini, polislərin hadisəni haradan gördüklərini bilmədiyini, həmin vaxt onların ucadan səs-küy salmadığını, polis əməkdaşları gəldikdən sonra səs-küy yarandığını, Pərvizi və İlkinin polis idarəsinə getmək istəmədiklərini, sonra Pərvizin bıçaqla qolunu kəsməsini gördüyünü, həmin vaxt Pərvizin əlində qara rəngli balaca bıçaq olduğunu, İlkinin əlində nə olduğunu görmədiyini, onların xəsarət yetirdiyi yerlərdən qan çıxmasını görmədiyini, özlərinin onları aralamaq istədiklərini, lakin buna nail ola bilmədiklərini, Pərvizin bıçağı öz maşınından götürməsini görmədiyini, lakin onun əlində bıçaq olduğunu gördüyünü, sonra polis əməkdaşlarının gəldiyini və Pərvizin bıçağı onlara təhvil veriyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində dostu Təqsirləndirilən şəxs ilə birlikdə Naxçıvan şəhərində yerləşən “011” adlı kafeyə getmiş, orada Pərviz və digər dostu Arazla birlikdə spirtli içki içmiş, bundan sonra Uzunoba gölünün yanındakı kafeyə getmək qərarına gəlmişlər. Pərviz Daşqın adlı dostuna zəng vurmuş və gəlib onları Pərvizin avtomobili ilə Uzunoba gölünün yanındakı “Mehli” restoranına aparmağı xahiş, həmin vaxt kafenin qarşısında Arzu adlı dostu ilə rastlaşmışlar və onun da Uzunoba gölünün yanındakı kafeyə gedəcəyini bilmişlər. Həmin vaxt Daşqın gəlib çatmadığına görə Pərvizlə özü Arzu ilə getməyə qərar vermiş, onlar Mehli restoranına çatandan bir neçə dəqiqə sonra Daşqınla Araz da gəlib çatmış, sonra Araz narahat olduğu üçün evə getmək istədiyini demiş, Daşqın onu Pərvizin avtomobil ilə evlərinə aparmış, sonra özü Pərvizlə orada pivə içmiş və sərxoş olduğu üçün sonrakı hadisələrin necə baş verdiyini tam xatırlamamışdır. Sadəcə restoranın dayanacağında mübahisə etdiklərini və polis əməkdaşlarının oraya gəldiklərini xatırlamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisənin səbəbini bilməmiş, çox sərxoş olduğu üçün Mehli restoranında baş verənləri tam xatırlamamış, Pərvizi yumruqla vurmağının səbəbini də bilməmiş, lakin Arzu ilə Pərvizin söhbət etdiyini görüb mübahisə etdiklərini düşünüb yaxınlaşmış, ondan sonra isə baş verənləri xatırlamamışdır. Polis əməkdaşlarının hadisə yerinə gəldiklərini xatırlamış, ondan sonra onlarla aralarında olan söhbətin və özünə xəsarət yetirməsinin səbəbini sərxoş olduğuna görə bilməmiş, mübahisə zamanı əlindəki enerji içkisinin dəmir qabı ilə özü-özünə xəsarət yetirmişdir. Pərvizlə onu aralaşdıran zaman Arzu adlı dostunun orada olduğunu xatırlamış, digər şəxsləri isə xatırlamamışdır. Polis əməkdaşları onları polis idarəsinə dəvət edən zaman sərxoş olduğu üçün nə hərəkət etdiyini bilməmiş və hadisə yerində etdiyi hərəkətlərin səbəbini və özünə niyə xəsarət yetirdiyini bilməmişdir. Təqsirləndirilən şəxs özünə niyə xəsarət yetirməsi barədə məlumatı olmamışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən ona və Pərvizə qarşı heç bir zorakılıq, təzyiq və təhqiredici hərəkətlərə yol verilməmişdir. Mübahisə zamanı Pərvizlə birbirinə xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs avtomobilində gəzdirdiyi və özünə xəsarət yetirdiyi soyuq silah hesab olunan bıçaq barədə məlumatı olmamış, həmin bıçağı görməmiş, o, Pərvizin avtomobilində olan zaman həmin sandığa və digər yerlərə baxmamış, avtomobildə bıçağı görməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə CM-in 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni CM-in 228.4-cü maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə cinayət tərkibinin yaranmasına səbəb olur. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 6-cı bəndində göstərilir ki, soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndində qeyd edilir ki, soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Cinayət işi materiallarında olan 10 iyun 2024-cü il tarixli baxış protokolundan və ona əlavə edilmiş 02 (iki) ədəd foto şəkildən müəyyən edilir ki, Babək rayonu, Aşağı Uzunoba kəndi ərazisində yerləşən Uzunoba gölünün kənarındakı “Mehli” adlanan restoranın avtomobil dayanacağı asfalt örtüklü, quru olmaqla düzdür. Avtomobil dayanacağının eni 33 metr uzunluğu isə 54 metrdir. “Toyota Prius” markalı avtomobil dayanacaqda asfalt yola tərəf 5,4 metr məsafədə dayanmışdır. Baxış zamanı “Toyota Prius” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücü tərəf dam hissəsində açıq vəziyyətdə olan 230 mm uzunluqda, hər iki üzdən boz rəngli, üzərində canavar, quş, ağaclar və dağların əksləri və tiyəsinin üzərində “BROWNİNG” sözləri həkk olunmuş Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi bıçaq aşkar olunaraq götürülmüşdür (iş vərəqə 5-11). İstintaq zamanı prosessual qaydada götürülmüş 1(bir) ədəd bıçağın soyuq silah olubolmaması, hansı üsulla hazırlanmasını müəyyən etmək üçün ibtidai istintaq orqanı tərəfindən 17 iyun 2024-cü il tarixli qərarla məhkəmə-ballistik ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 683 nömrəli rəyində isə göstərmişdir ki, təqdim edilmiş ümumi uzunluğu 230 mm olan bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə 50,62-65). Cinayət işi materiallarında olan 13 avqust 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş 02 (iki) ədəd fotoşəkildən görünür ki, cinayətin predmeti olan 230 mm uzunluqda, hər iki üzdən boz rəngli, üzərində canavar, quş, ağaclar və dağların əksləri və tiyəsinin üzərində “BROWNİNG” sözləri həkk olunmuş bıçaq tanınmaya təqdim etmə ilə əlaqədar olaraq 2 rəqəmi ilə şərti nömrələnməklə eyni növdən olan 1 və 3 rəqəmləri ilə nömrələnmiş vəziyyətdə 230 mm uzunluqda, hər iki üzdən boz rəngli, üzərində sarı-qara rəngli dalğalı xətləri olan, tiyəsinin üzərində “Stainless” sözləri həkk olunmuş və 210 mm uzunluqda, hər iki üzdən boz rəngli, üzərində sarı-qara rəngli dalğalı xəttləri olan, tiyəsinin üzərində “Min sheng” sözləri həkk olunmuş bıçaqlar arasında tanımaq üçün Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə təqdim edilmiş, təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib özünə məxsus olan 2 rəqəmi ilə nömrələnmiş bıçağı məhz üzərində həkk olunmuş canavar, quş, ağaclar və dağların şəkillərindən və tiyəsinin üzərində yazılan “BROWNİNG” sözlərindən tanımışdır (iş vərəqə 161-164). Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X6 tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli 1121 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs almış olduğu sol said və qarın nahiyələrinin səthi kəsilmiş yaraları iti uca və iti kənara malik əşya (alət) (ola bilsin ki, bıçaq) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən 09 iyun 2024-cü il tarixdə və şəraitdə əmələ gəlmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir (iş vərəqə 58-61). Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs 09 iyun 2024-cü ildə soyuq silah gəzdirməsini və həmin silahla özünə xəsarət yetirməsini təsdiq edir. Lakin məhkəmə qeyd edir ki, şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları cinayət əməli hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1 və 141.1.1-ci maddələrinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Qeyd edilən prosessual normanın tələbindən yola çıxaraq məhkəmə bildirir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazində baş verməklə həmin ərazidə milli geyim ləvazimatı kimi soyuq silah gəzdirmə adəti mövcud deyildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin 02 avqust 2024-cü il tarixli, 3-14-32-8/2-574/2024 nömrəli məktubundan isə görünür ki, Naxçıvan Muxtar Respublikasında ovçuluq cəmiyyəti və ovçuluq təsərrüfatları mövcud olmadığından ovçuluqla məşğul olmaq istəyən şəxslər nazirlik tərəfindən qeydiyyata alınmır (iş vərəqə 117). Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs soyuq silahı qanunsuz olaraq gəzdirməsini təsdiq edir. Qeyd edilənlərlə Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsində göstərilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv cəhətinə dair əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğuna münasibətdə isə məhkəmə qeyd edir ki, cinayətin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Həmçinin cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 tərəfindən verilmiş məhkəməpsixiatrik ekspertizasının 02 avqust 2024-cü il tarixli 277 nömrəli rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o, anlaqlıdır. Təqsirləndirilən şəxs özünə xəsarət yetirən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirərkən öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətində olmuşdur (iş vərəqə 123- 126). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 933 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyində qeyd edilir ki, emosional halından asılı olaraq yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla hadisə zamanı Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içki qəbul etməsi onun hafizəsinə, davranış aktlarına öz təsirini göstərə bilərdi. O, hadisə zamanı sinir-psixi gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs keçirdiyi sinir-psixi gərginlik halı qarşılaşdığı şəraitlə-dostu ilə mübahisə etməsi və polis idarəsinə getmək istəməməsi ilə şərtlənmişdir (iş vərəqə 177,183-185). Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə CM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun təqsirləndirildiyi əməlin “Qeyd” hissəsində göstərilən cinayət məsuliyyətindən azad etmə üçün əsas yaradan hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış və nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, CM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.4-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən CM-in 228.4-cü maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bu cinayətin əsas obyektini silahla davranma sahəsində olan ictimai münasibətlər təşkil edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu və 61-ci maddələrində qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Lakin CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilən normadan yola çıxan məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs spirtli içkiyə meylli olması ilə eyni zamanda barəsində qonşulardan şikayətin daxil olmaması (iş vərəqə 156); - Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədən isə əməlini səmimi etiraf etməsi aydın olur. Bundan başqa iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(078)-03/2023 nömrəli hökmündən təqsirləndirilən şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1800 (bir min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi müəyyən edilir (iş vərəqə 15-27). "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan və iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 06 avqust 2024-cü il tarixli, 356/2024 nömrəli arayışından Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(078)-03/2023 nömrəli hökmü ilə təyin edilmiş 1800 (bir min səkkiz yüz) manat məbləğində cərimə cəzasının 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi və onun cəzası 13 mart 2024-cü ildə başa çatdığından qeydiyyatdan çıxarılması müəyyən edilir (iş vərəqə 28). CM-in: -83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; -83.3-cü və 83.3.2-ci maddələrinin mahiyyətinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bu qeyd edilənlərdən isə aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyib. Bu isə ona cəza təyin edilməsi zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib, ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci və 52-1.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatdan Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olması müəyyən edilsə də, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 1422 nömrəli arayışdan (iş vərəqə 154) onun Naxçıvan şəhəri, 9-cu məhəllə, ev 55-də yaşaması aydın olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2200-dan növbəti gün səhər saat 0700-dək Naxçıvan şəhəri, 9-cu məhəllə, ev 55-də olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; -15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15- 1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə götürülmüş maddi sübutun taleyinin hüquqi həllinə gəldikdə isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, 230 mm uzunluqda, hər iki üzdən boz rəngli, üzərində canavar, quş, ağaclar və dağların əksləri və tiyəsinin üzərində “BROWNİNG” sözləri həkk olunmuş bıçaq təsərrüfat təyinatlı olmadığından məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işinin məhkəmə araşdırılması zamanı Babək Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2024cü il tarixli, 385 saylı rəyi ilə Təqsirləndirilən şəxs alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusuna düçar olmaqla şəxsin məcburi müalicəyə ehtiyacının olduğuna dair nəticəyə gəlinmişdir. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.4-cü maddəsinə görə narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir, - 1.0.6-cü maddəsinə görə alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. CM-in: - 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir: - 93-1.2-ci maddəsinə görə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin: -15-1.2-ci və 15-1.2.3-cü maddələrinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir; -17-1.5-ci və 17-1.6-cı maddələrində qeyd edilir ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun icrasına nəzarət yaşayış yeri üzrə icra məmuruna həvalə edilməlidir. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə CM-in 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Bundan başqa məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf edilmiş 67 (altmış yeddi) manat, məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manatın hüquqi həllinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinin tələbinə görə mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə xərclərinə aiddir. CM-in 198.1-ci maddəsi ilə müəyyən edilir ki, Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Yuxarıda qeyd edilən prosessual normaların tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf edilmiş 67 (altmış yeddi) manat, məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məhkəmə xərci olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdir. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2200-dan növbəti gün səhər saat 0700-dək Naxçıvan şəhəri, 9-cu məhəllə, ev 55-də olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf edilmiş 67 (altmış yeddi) manat, məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 230 mm uzunluqda, hər iki üzdən boz rəngli, üzərində canavar, quş, ağaclar və dağların əksləri və tiyəsinin üzərində “BROWNİNG” sözləri həkk olunmuş 01 (bir) ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra məmuruna həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-16/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-16/2024
23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver