Məhkəmə qərarları › İş №1(079)-17/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-17/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-17/2024 21.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan rayonu, Gülşənabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, xx.xx.2004–cü il təvəllüdlü bir övladı olan, əvvəllər məhkum olunmamış, Naçıvan hərbi kollecində xadimə işləyən, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla Babək rayonu Şəkərabad kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, əlilliyi olmayan, hər hansı orden, medal və ya fəxri adla təltif edilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- “CM”) 243.1-ci və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “10” sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs CM-in 243.1-ci və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evini istifadəyə yararlı vəziyyətə gətirməklə əxlaqsız yuva təşkil etmiş, 2023-cü ilin sentyabr ayında Şahid3 ilə Şahid4 cinsi əlaqədə olmaları üçün həmin evdən istifadə etdiklərinə görə Şahid4 30 (otuz) manat, 31 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Şahid1 cinsi əlaqədə olmaları üçün sözü gedən evdən istifadə etdiklərinə görə Şahid1 da 30 (otuz) manat pul almış, bundan başqa o, gəlir əldə etmək məqsədi ilə 31 may 2024-cü ildə Zərərçəkmiş şəxs 50 (əlli) manat müqabilində cinsi əlaqədə olmaq üçün fahişəliyə cəlb etmiş, həmin tarixdə saat 20 radələrində onu Babək rayonu, Şəkərabad kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinə dəvət edib, müştəri ilə cinsi əlaqədə olması üçün görüşünü təşkil etdiyinə görə 20 (iyirmi) manat pulu da özü üçün alaraq əlavə gəlir əldə etmiş və Zərərçəkmiş şəxs fahişəliyə cəlb etdiyi zaman Babək Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı yaşadığı evdə cinayət başında yaxalanmışdır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin CM-in 243.1-ci və 244.1-ci maddələrində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü tam təqsirli bildiyini, oğlunun xəstəliyi olduğunu, böyrəyinin birinin olmadığını, Xəyal adlı şəxsin qonşusu olduğunu və taksi fəaliyyəti ilə məşğul olduğunu, Xəyalın ondan evi kirayəyə verib-vermədiyini soruşduğunu, özünün isə “hə, bir otaqlı evdir” dediyini, onun isə “bura Duzdağa və əsgər yanına gəlirlər, həmin vaxt mən sənə deyəcəyəm” dediyini, bir gün Xəyalın ona zəng edərək dostunun gələcəyini və 30 manat pul verəcəyini bildirdiyini, özünün isə buna razı olduğunu, sonra Xəyalın qız təşkil etməsini ondan istədiyini, özünün isə “qız hardadır” cavabını verdiyini, əvvəl kirayədə qalmış Nuranə adlı şəxsə zəng vurduğunu, onun isə Ordubadda olduğunu və gələ bilməyəcəyini bildirdiyini, sonra Xəyalın ona zəng vuraraq Bakı şəhərində olduğunu, başqa qız nömrəsi göndərəcəyini, özünün isə onu çağırmağını istədiyini dediyini və Sonanın nömrəsini göndərdiyini, sonra Sonanın və bir oğlanın onlara gəldiyini, sadəcə olaraq oğlunun iynəsini almaqdan ötrü bu işi gördüyünü, sonra polis əməkdaşlarının gəldiyini, ilk dəfə belə iş gördüyünü, təqribən 8-9 il olar ki, Babək rayonu, Şəkərabad kəndində yaşadığını, Xəyalın ona zəng vuran vaxt Bakı şəhərində olduğunu dediyini, indiyədək evini bu iş üçün kirayəyə vermədiyini, evini kirayəyə verdiyini Xəyala özünün dediyini, Xəyalın isə ona hava limanında taksi sürücüsü işlədiyini, Naxçıvana Duzdağ otelə gələnlər olduğunu, həmçinin əsgər yanına gələnlər olduğunu, 3 gün, 1 həftə qalıb, 50-100 manat pul verdiklərini bildirdiyini, bu hadisə olandan sonra Xəyalın Bakı şəhərinə getdiyini, hadisə vaxtı Xəyalın burada olduğunu, lakin ona Bakı şəhərində olduğunu dediyini, Xəyalın ona nəyə görə “qız təşkil elə” deməsini bilmədiyini, əvvəllər bu işlərlə məşğul olmadığını, Naxçıvan Özəl Universitetində xadimə işlədiyini, bu hərəkəti etməyə Xəyalın onu məcbur etmədiyini və onunla düşmənçiliyi olmadığını, oğlunun iynəsini almaqdan ötrü bu işi gördüyünü, Xəyalın evə gələcək şəxsin xalası oğlu olduğunu dediyini, həmin şəxsi tanımadığını və adını bilmədiyini, həmin şəxsin Xəyalın onu göndərdiyini dediyini, sonra Xəyalın ona zəng edib onlarda əvvəl qız qaldığını, hazırda həmin qızın qalıb-qalmadığını soruşduğunu, Xəyalın qonşuluqda yaşadığı üçün onlarda qız qaldığını bildiyini, həmçinin evdə əvvəllər hərbçilərin də yaşadığını, əvvəl kirayədə qalan qızın adının Nuranə olduğunu, Xəyalın həmin qızın qalıb-qalmadığını ondan soruşmadığını, “bir qız tap” dediyini, özünün isə ona “bir qız var idi, ona zəng edim, gəlmək istəyirsə, gəlsin” dediyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, sonra Nuranəyə zəng etdiyini, Nuranəni həmin oğlanla görüşməsi üçün çağırdığını, onun isə Ordubadda işlədiyini və gələ bilməyəcəyini dediyini, sonra Xəyalla danışdığını və qız tapa bilmədiyini ona dediyini, Xəyalın isə ona “bir qız var, nömrəsini atıram ona zəng et” dediyini və onun nömrəsini verdiyini, qızın adını demədiyini, özünün Sonaya zəng etdiyini, Sonanın isə xəstə olduğunu və rəfiqəsinin gələcəyini bildirdiyini, sonra Sonanın elə özünün onlara gəldiyini, ondan əvvəl başqa bir qıza zəng etmədiyini, Sona ilə danışan zaman 1 dəfə görüşmək üçün 50 manat alacağını dediyini, Sonanın evə gələn vaxt özünün onu qarşıladığını, şəxsdən pul istəmədiyini, Xəyalın özünün ona 150 və ya 200 manat pul verdiyini, pulun miqdarını tam xatırlamadığını, Xəyalın ona 1 dəfə görüşsə 50 manat, iki dəfə görüşsə isə 100 manat Sonaya verməyini dediyini, həmin vaxt Sonanın pulu telefon qabının arxasına qoyduğunu, 50 manatı əvvəldən Sonaya verdiyini, onlar içəri girdikdən bir neçə dəqiqə sonra polis əməkdaşlarının gəldiyini, Sonadan başqa heç kimin onun evində əlaqədə olmadığını, Şahid3 əvvəllər sevgilisi ilə birlikdə onun evində kirayədə yaşadığını və bunun müqabilində ondan 30 manat pul aldığını, Havvanın da 2-3 il bundan əvvəl 2-3 ay kirayədə yaşadığını, sonra anasının gəlib onu apardığını, onun kimləsə görüşdüyünü görmədiyini, özünün işdə olarkən Havvanın kiminləsə görüşdüyünü öyrəndiyini, həmçinin ondan yemək bişirmək və paltarlarını yumaq müqabilində əlavə olaraq gündəlik 5 manat aldığını, səhər saat 7-də işə getdiyindən Havvanın orada kiminləsə əlaqədə olmasından xəbərinin olmadığını, əməlindən çox peşman olduğunu, oğlunun bir böyrəyinin anadan olandan olmadığını, onun ayaqlarının şişdiyini, sidiyə gedə bilmədiyini və hazırda pensiya aldığını, ayaqları şişərkən özünü idarə edə bilmədiyini, bununla bağlı Bakı şəhərinə müalicəyə apardığını, bəzən ayda iki dəfə müalicəyə getdiklərini, evdə özünün və oğlunun yaşadığını, oğluna başqa qulluq edəcək şəxsin olmadığını, evin 2 otaq, 1 salondan ibarət olduğunu, otaqlardan birində özünün, digərində isə oğlunun qaldığını, kirayə verdiyi otağın isə ayrı olduğunu, hadisənin 2024-cü ilin may ayında baş verdiyini, həmin vaxt universitetdə xadimə işlədiyini və 300-310 manat əmək haqqı aldığını, hazırda işsiz olduğunu, kirayədən az pul qaldığını, özünün şəkər xəstəsi olduğunu, Xəyalın qonşusu olduğunu, onun evli olduğunu, Xəyalın onun nömrəsini götürdüyünü və ilk olaraq Xəyalın ona zəng etdiyini, əvvəl qonşu kimi hər hansı münasibətləri olmadığını, taksi sürücüsü kimi onu tanıdığını, bir dəfə onu evə gətirdiyini, evi kirayə verdiyini əvvəl özünün ona demədiyini, Xəyalın ondan kirayə qiyməti soruşduğunu, özünü isə 150 manata kirayəyə verdiyini ona dediyini, hadisə günü Xəyalın ona zəng edib xalası oğlunun Bakı şəhərindən gəldiyini, evi kirayəyə veribvermədiyini, günlük kirəyə pulunun nə qədər olduğunu və 1 günlük kirayəyə verib-verə bilməyəcəyini soruşduğunu, özünün isə hazırda evin boş olduğunu ona dediyini, həmçinin özünün evi 30 manata kirəyəyə verdiyini dediyini, Xəyalın isə “uşağın xəstədir, xalam oğluna deyəcəyəm 50 manat versin” dediyini, daha sonra isə zəng edib kirayədə ofisiant qızlar qaldığını, həmin qızlardan birini təşkil edib edə bilməyəcəyini soruşduğunu, özünün isə Nuranəyə zəng etdiyini, konturu olmadığı üçün ona mesaj yazdığını, onun isə Ordubadda işdə olduğu üçün gələ bilməyəcəyini bildirdiyini, bundan sonra Xəyalın başqa qız olduğunu dediyini və nömrəsini ona göndərdiyini, özünün isə Sonaya zəng etdiyini, daha sonra Sonanın gəldiyini, Xəyalın verdiyi telefon nömrəsinin Sonaya məxsus olduğunu, həmin nömrəni xatırlamadığını, Sona ilə danışdığı vaxt ona nömrəsini Xəyalın ona verdiyini və xalasının oğlu ilə görüşəcəyini dediyini, onun isə hazırda salonda olduğunu və 10 dəqiqəyə gələcəyini dediyini, sonra Sonanın ora gəldiyini, özünün onu qarşıladığını və içəri keçdiklərini, bundan sonra polis əməkdaşlarının gəldiyini, Sonanı özünün qəbul etdiyini, oğlunun qəbul etmədiyini, həmin vaxt oğlunun Babək rayonu, Vayxır kəndində olduğunu, Sona gələn vaxt Əfqanın evdə olduğunu, onu özünün qarşılamadığını, oğlunun onu qarşıladığını, oğlunun onun kirayədə qalmaq üçün gəldiyini güman etdiyini, onun nə məqsədlə gəldiyini oğluna demədiyini, belə halın ilk dəfə baş verdiyini, əvvəllər oğlunun xəstəliyinin olduğunu bilmədiyini, 7-8 il olar ki, bunu bildiyini, Əfqan adlı şəxsdən aldığı pulun miqdarını dəqiq xatırlamadığını, pulun məbləğinin 150 ya 200 manat olduğunu, aldığı pulun 50 manatını oğlanla görüşmək müqabilində Sonaya verdiyini, Sonanın 2 dəfə əlaqədə olduğu təqdirdə 100 manat alacağını ona dediyini, qalan pulu isə Xəyalın özünə qaytaracağını, həmin pulu polis əməkdaşlarının götürdüklərini və onları şöbəyə apardıqlarını, iflic olduğu üçün nə qədər pul almasını xatırlamadığını, əvvəllər belə fəaliyyətlə məşğul olmadığını, Havvanın Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, bu vasitə ilə onu tanıdığını, onun gəlib kirayədə yaşamaq istədiyini bildirdiyini, özünün isə buna razılıq verdiyini, onun 3-4 ay kirayədə yaşadığını, sonra sevgilisi ilə savaşdığı üçün evdən çıxardığını, onun da fahişəliklə məşğul olmasından xəbərsiz olduğunu, bunu sevgilisi ilə savaşan vaxt öyrəndiyini, buna görə onu evdən çıxardığını, həmin vaxt Havvanın sevgilisinin ona nəyə görə özünün dostları ilə görüşdüyünü dediyini, Havvanın isə “sən mənim ərim deyilsən, şəxsi işlərimə işlərimə qarışa bilmərsən” dediyini, həmin danışıqdan sonra Havvanın belə işlə məşğul olduğunu öyrəndiyini, işdə olduğu üçün Havvanın neçə dəfə əlaqədə olmağını bilmədiyini, bəzən işdən saat 6-da qayıtdığını, bəzən isə saat 3-4-də gedib, axşam saat 2-3-də evə qayıtdığını, evə gələrkən Havvanın yanında kimisə görmədiyini, bir dəfə sevgilisinin onu evə gətirdiyini gördüyünü, bu məqsədlə başqa şəxslərə evi kirayə vermədiyini, Nuranəni Havva vasitəsilə tanıdığını, Nuranənin ona uşaqlarına ev tikdiyini və pula ehtiyacının olduğunu, onun evinə gəlib görüşməyinin problem olub-olmadığını soruşduğunu, özünün isə yalnız sevgilisi ilə gəlib yaşaya biləcəyini ona dediyini, bu səbəbdən Xəyalın təklifi ilə bağlı Nuranəyə zəng etdiyini, onun Naxçıvan şəhərində yaşadığını, şahid kimi Şahid3 bildirdikləri ilə razı olduğunu, Nuranənin ona “Məlahət xala sən işləyirsən, burada müştəri olmur, sənin tanışın olsa görüşərəm, həm kirayə pulunu, həm də atamın yasından yaranmış borclarımı ödəyərəm” dediyini, Oktayın ona zəng edərək Havvanı soruşduğunu, özünün isə Havvanın mobil nömrəsini ona verdiyini, bunu Oktaya özünün təklif etmədiyini, Havvaya zəng edərək belə bir şəxsin olduğunu ona dediyini, Oktaydan pul almadığını, onların kirayədə verdikləri evdə münasibətdə olduqlarını, özünün sadəcə ondan kirayə pulunu aldığını, əməlindən çox peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə övladının xəstə olması səbəbindən bu hərəkətə yol verdiyini, bir daha belə hərəkətə yol verməyəcəyini, ərinin vəfat etdiyini, məcbur qalıb evi bu məqsədlə kirayəyə verdiyini bildirmiş, məhkəmədən bağışlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdir. Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən evində fahişəliklə məşğul olmaq üçün mənzil sahəsini vermək və Zərərçəkmiş şəxs fahişəliyə cəlb etmə əməllərinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, şahid Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxslə hər hansı qohumluğunun və ədavətinin olmadığını, Təqsirləndirilən şəxs tanımadığını, onu bir dəfə hadisə vaxtı gördüyünü, rəfiqəsi Şahid2 ona “Məlahətin tanışı olduğunu və görüşmək istəyirsənsə gedək görüş” dediyini, onun narahat olduğu üçün gələ bilmədiyini, özünün isə buna razılıq verdiyini, bundan sonra taksiyə əyləşib Babək rayonu, Şəkərabad kəndinə getdiyini, Məlahətin həmin vaxt onu qarşıladığını, sonra Məlahətin onu evə apardığını və “1 dəfə olsan 50 manat, ikinci dəfə nəsə olsa 100 manat” dediyini, sonra otağa girməyinə 50 manat təklif etdiyini, daha sonra polis əməkdaşlarının gəldiyini, rəfiqəsinin bu işi danışdığını, neçə dəfə cinsi əlaqədə olsan hər dəfə 50 manat alacağını dediyini, Təqsirləndirilən şəxs ona zor tətbiq etmədiyini və hədə-qorxu gəlmədiyini və ya aldatmadığı, onu Məlahətin özünün qarşıladığını, rəfiqəsi Lamiyənin yanında olarkən Məlahətin Lamiyəyə zəng etdiyini və əlaqədə olmaq üçün onun evinə getməsini təklif etdiyini, Lamiyənin isə ona təklif etdiyini, özünün isə Lamiyəyə “sən danış, mən gedərəm” dediyini, həmin şəxslə cinsi əlaqədə olması üçün bunun müqabilində 50 manat pul aldığını, sonra polislərin gəldiyini, hadisənin 2024-cü ilin may ayında olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Lamiyə ilə 4 ildir rəfiqə olduqlarını, onun təklifi ilə əvvəllər belə yerlərə getmədiyini, 5-6 ay olar ki, bu işlə məşğul olduğunu, Təqsirləndirilən şəxs onu aldatma, dələduzluq və yaxud hər hansı hədə-qorxu zor tətbiqi nəticəsində bu işi görməyə məcbur etmədiyini, könüllü olaraq və şüurlu surətdə bunu etdiyini, evə gələn şəxsi tanımadığını və ilk dəfə gördüyünü, görüşmək müqabilində Məlahətdən 50 manat pul aldığını və pulu telefonun arxasına qoyduğunu, Təqsirləndirilən şəxs həmin şəxsdən nə qədər pul aldığını bilmədiyini, məhkəmə iclasına Məlahətin deməsindən sonra onun nə qədər pul aldığını bildiyini, barəsində fahişəliklə məşğul olmasına görə hər hansı inzibati tənbeh tədbiri tətbiq edilmədiyini qeyd etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxslə hər hansı qohumluğunun və ədavətinin olmadığını, Xəyalla danışdıqdan sonra ona “bir tanıdığı xanımın olduğunu, get dağın yanına, orada səni qarşılayacaq” dediyini, dağın yanında düşdükdən sonra bir az irəli getdikdən sonra qaramtıl və kök bir uşağın onu qarşıladığını və Təqsirləndirilən şəxs məxsus evə getdiklərini, 5-10 dəqiqə əyləşib çay içdikdən sonra Təqsirləndirilən şəxs əvvəl bir qıza zəng etdiyini, onun isə Ordubadda olduğunu bildirdiyini, bu səbəbdən də başqa bir qadın çağırdığını, sonra polis əməkdaşlarının gəldiyini, D.i əvvəldən Təqsirləndirilən şəxs tanımadığını, lakin adının eşitdiyini, Xəyalın onun əllində qızlar olduğunu və görüşdüyünü dediyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin nə vaxt baş verdiyini xatırlamadığını, içəri keçdikdən sonra təqsirləndirilən şəxsin ona çay gətirdiyini, bir az əyləşdikdən sonra Məlahətin bir qız ilə danışdığını, onun Ordubadda olduğunu və axşam saat 11-də gələ biləcəyini dediyindən Məlahətə “gecdir, durum gedim” dediyini, Məlahətin isə başqa qız çağırdığını, onun adını bilmədiyini, təqsirləndirilən şəxsin oğlunun da onlarla birlikdə əyləşdiyini və Məlahətlə bütün danışıqlarını eşitdiyini, hadisə vaxtı nahardan sonra özünün oraya getdiyini, içəri daxil olduqdan sonra 200 manat Məlahətə verdiyini, qiyməti isə əvvəlcədən Xəyal ilə danışdığını və onun 200 manat verməli olduğunu bildirdiyini, əskinasların 4 ədəd 50 manatdan ibarət olduğunu, pulları Məlahətə verdiyini, onun qıza nə qədər pul verməyini bilmədiyini, qızı Təqsirləndirilən şəxs qarşıladığını, həmin vaxt özünün evdə olduğunu, Məlahətin evdə qıza 50 manat pul verdiyini gördüyünü, pulu qızın Məlahətdən istədiyini, 1 dəfə görüş üçün 50 manat verməli olduğunu, ikinci dəfə isə əlavədən 50 manat verəcəyi üçün 200 manat verdiyini, Məlahətin həmin puldan nə qədər evin kirayəsinə götürəcəyini, nə qədərin isə qıza verəcəyini ona demədiyini, təqsirləndirilən şəxsin aldığı pulu cibinə qoyduğunu, H Xəyalın taksi sürücüsü işlədiyini, özünün Qazax rayonunda işlədiyini, Xəyala zəng edib, tanış qız olub-olub-olmadığını soruşduğunu, onun isə “Məlahətin əlində qız olur, təşkil edəcək” dediyini, Xəyalın elə biri kimi tanınmadığını, sadəcə dost kimi ondan bunu istədiyini, Xəyalı 4 ildir tanıdığını, bu kimi hadisələrin əvvəl baş vermədiyini, Xəyaldan qız təşkil etməsini istəyəndə onun 3-4 dəfə Məlahətin evinə qız apardığını bildirdiyini, onun maşının nömrəsini bilmədiyini, evə daxil olduqdan sonra yarım saat gözlədiyini, qız olmadığı üçün getmək istədiyini Məlahətə dediyini, sonra Məlahətin buradakı qızı çağırdığını, Məlahətin onun yanında 1 nəfərə zəng etdiyini, alınmayacağı təqdirdə Məlahətin pulu qaytaracağını qeyd etmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Məlahəti daha əvvəl görmədiyini, onu ilk dəfə burada məhkəmədə gördüyünü, Məlahəti onunla Xəyal adlı şəxsin tanış etdiyini, Xəyalın ona zəng edib, “qız lazımdır, gələ bilərsən” dediyini, özünün isə yox dediyini, sonra yanında olan rəfiqəsi Sona adlı şəxsin razılaşaraq getdiyini, Xəyalın onun mobil nömrəsini Məlahətə verdiyini, Məlahətin ona zəng edərək “adam var görüşməyə, mənim evimdə gəlib görüşəcəksiniz” dediyini, həmçinin Məlahətin ona cinsi münasibətdə olmağı üçün 50 manat pul veriləcəyini dediyini, özünün isə xəstə olduğu üçün gedə bilmədiyini, sonra Sonanın ona “nömrəsini ver, mən gedim” dediyini, Məlahətə belə bir adam olduğunu və gəlmək istədiyini dediyini, Məlahətin Sonanı oraya göndərməyə görə ona pul təklif etmədiyini, Sonadan buna görə pul almadığını, barəsində fahişəliklə məşğul olduğuna görə inzibati tənbeh edildiyini və cərimə olunduğunu, 1 il olar ki, fahişəliklə məşğul olduğunu, hazırda isə həmin fəaliyyətlə məşğul olmadığını, Xəyalın onun mobil nömrəsini taksi sürücüsündən aldığını ona dediyini, Sonanın həmin gün oraya getdiyini bildiyini, Məlahətin ona zəng edərkən cinsi münasibətdə olması üçün çağırdığını, həmin vaxt məbləği də danışdıqlarını, Məlahətin evində kirayədə yaşamadığını, digər şahidləri isə tanımadığını qeyd etmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində Vüsal adlı şəxslə sevgili olduqlarını və 2 il sevgili qaldıqlarını, evə gedərkən qapı bağlı olduğundan və açarı tapa bilmədiyindən, rəfiqəsindən isə Məlahətin evi kirayə verdiyini öyrəndiyindən oraya gedib bir günlük kirayədə qaldıqlarını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Havvanın Məlahətin evində kirayədə qaldığını ona dediyini və çay içmək üçün oraya dəvət etdiyini, özünün isə ora çay içmək üçün getdiyini, Havvanın orada Məlahətin evi günlük 30 manata kirayəyə verdiyini dediyini, Vüsal ilə sevgili olduqlarını, Havvanın cinsi münasibətdə olmasları üçün Məlahətin evi kirayəyə verdiyini ona demədiyini, qız-oğlan getdiyini dediyini, özünün 1 gün orada qaldığını, Havvanın çoxdan tanıdığını, Havvanın əlaqədə olması barədə və bunun qarşılığında Məlahətə günlük pul verməsi barədə ona heç nə demədiyini, Məlahətin ona mesaj yazaraq “adam var gəl, yaxşı pul xərcləyir, gəl” yazdığını, özünün isə hazırda Ordubadda olduğunu və gələ bilməyəcəyini ona dediyini, Vüsal ilə sevgili olmasını Məlahətə demədiyini, evikirayəyə götürərkən Məlahətə “evi 1 günlük kirayəyə götürmək istəyirəm” dediyini, Məlahətin isə təsdiq cavabı verdiyini, ona sevgilisi ilə gəlib qalacağını dediyini, özünün pul qarşılığında kiminləsə cinsi əlaqədə olmadığını, Məlahətin ona uşaq saxlıyırsan pul lazım olar dediyini, əvvəllər Məlahətlə çay içərkən bu barədə onunla danışdığını, Vüsal ilə ayrıldıqdan sonra onunla birlikdə Məlahətin evinə getdiyini, Vüsalla gedərkən Məlahətə 30 manat pul verdiyini, ikinci dəfə isə gedərkən Məlahətə pul vermədiyini, ikinci dəfə ora gedərkən 1-2 saat orada qaldıqlarını və yemək yedikdən sonra getdiklərini, həmin vaxt Məlahətin ondan pul istəmədiyini, həmin vaxt oğlanla əlaqədə olmadığını, bu hadisənin nə vaxt baş verdiyini xatırlamadığını, evin Babək rayonu, Şəkərabad kəndində yerləşdiyini və 1 otaqdan ibarət olduğunu, öz evinin ayrı girişi olduğunu, kirayə verilən evin qapısının ayrı olduğunu, birinci dəfə Vüsal ilə ora getdiyini və Vüsalın ona 30 manat verdiyini, özünün isə pulu Məlahətə verdiyini, Məlahətə Vüsalın onun sevgilisi olması barədə heç nə demədiyini, bu səbəbdən də onun başqa şəxslərlə münasibətdə olmağını düşünüb mesaj yazdığını, mesajda “qonağım var, qəşəy pul xərcləyirlər, oturmuşuq yeyib-içirik, sən də gəl” yazdığını, özünün isə “mən gələ bilmirəm, Ordubaddayam, işdəyəm” dediyini, həmin vaxt Ordubad rayonunda yerləşən “Su səsi” restoranında ofisiant işlədiyini, özünün Məlahətə münasibətdə olması üçün kimisə təklif etmədiyini, Məlahətin evinə 2-ci dəfə Ordubad rayonundan olan Kənan adlı şəxslə getdiklərini, həmin vaxt onunla cinsi əlaqədə olmadığını, sadəcə olaraq oturub birlikdə yeyib-içdiklərini, evə giriş qapısının fərqli olduğunu, açarı Məlahətdən alarkən Vüsalın maşında olduğunu qeyd etmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində özünün kirayə ev axtardığını, “İnstaqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs evi kirayəyə verdiyini gördüyünü, onun evində 3 ilə yaxın kirayədə qaldığını, Məlahəti 2021-ci ildən tanıdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, aylıq 150 manat kirayə pulu verdiyini, məbləği onunla əvvəldən razılaşdığını, özünün həmin vaxt kafedə işlədiyini, lakin borcu çox olduğu üçün 2 dəfə əlaqədə onun evində cinsi olduğunu, maddi ehtiyacı olduğu üçün Məlahətdən belə şeylər olduğu halda təşkil etməsini istədiyini, Məlahəti 3 ildir tanıdığını və bu səbəbdən də ona həmin təklifi etdiyini, onu tanıdıqdan 1 il sonra atası vəfat etdiyindən, həmçinin evin kirayə pulunu ödəyə bilmədiyindən pula ehtiyacının olduğunu, Məlahətin ondan “adam olsa deyim” deyə soruşduğunu, özünün isə “hə” cavabını verdiyini, Məlahətin isə 2 dəfə onun başqa şəxslərlə cinsi əlaqədə olmasını təşkil etdiyini, Məlahətin ilk dəfə Orxan adlı şəxsi çağırdığını və onunla cinsi əlaqədə olduğunu, həmin vaxt Orxanın ona 30 manat pul verdiyini, onun evində əlaqədə olduqlarına görə isə Məlahətə 10 manat pul verdiyini, ayrı-ayrı şəxslərlə əlaqədə olduğunu, daha sonra Orxanın başqa bir tanışı ilə əlaqədə olduğunu, sonra anası evdə tək qaldığından kirayədən çıxdığını, hər dəfə əlaqədə olduqdan sonra Məlahətə 10 manat pul verdiyini, Məlahətdən gizli evə heç kimin gəlmədiyini, həyətdə 2 ev olduğunu, özünün 1 otaqlı evdə kirayədə yaşadığını, təqribən 2021-ci ildə yeni il ərəfəsindən əvvəl instaqram sosial şəbəkəsində maklerin “Babək rayonu, Şəkərabad kəndində yol kənarında bir otaqlı ev üçün aylıq 150 manata kirayəçi axtarılır” məzmunlu elan paylaşdığını və Məlahətin mobil telefon nömrəsini orada görüb ona zəng etdiyini, həmin vaxt Məlahətlə aylıq 150 manat kirayə pulu ödəməklə razılaşdıqlarını və 2023cü ilədək həmin evdə kirayədə yaşadığını, Məlahətin onun kafedə işlədiyini bildiyini, kafedə işləyən xanımların hansı yola olmalarının məlum olduğunu və Məlahətin də bu səbəbdən ona fahişəliklə məşğul olmağı təklif etdiyini, cinsi əlaqədə olduğu şəxsləri tanımadığını, təkcə Orxan və Elçin adlı şəxsləri xatırladığını, Orxan ilə münasibətdə olması qarşılığında ondan 50 manat pul aldığını, həmin puldan 10 manatı Məlahətə verdiyini, 2-ci dəfə də münasibətdə olarkən Məlahətə 10 manat pul verdiyini, bu fəaliyyətlə məşğul olması üçün Məlahətin evinə çox adamın gəlib-getməsini görmədiyini, Nuranə ilə birlikdə kafedə işlədiyini və onunla rəfiqə olduqlarını, onun da kirayə ev axtardığını, Nuranə ilə Məlahəti özünün tanış etdiyini, Nuranə həmin evdə kirayədə yaşamağa başladıqdan sonra özünün oradan çıxıb getdiyini, səhər işə gedib, axşam evə gəldiyini, təqsirləndirilən şəxsin oğlunun bu işlərdən xəbərinin olmadığını, onun çox vaxt Babək rayonu, Vayxır kəndində nənəsigilin evində olduğunu qeyd etmişdir. Şahid6 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini, həmçinin təqsirləndirilən şəxslə hər hansı qohumluğunun və ədavətinin olmadığını, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus evdə adam görüşdürdüyü və pul qarşılığında adamların görüşmələri barədə məlumat daxil olduğunu, bununla bağlı rəhbərliyə məruzə olunduğunu və özü başda olmaqla Şahid9 və Şahid8 ibarət əməliyyat qrupu yaradıldığını, həmin yerə baxış keçirdikləri vaxt 1 qadın və 1 kişinin görüşməsinin müəyyən edildiyini, 150 manat pulun təqsirləndirilən şəxsdə, 50 manatın isə Zərərçəkmiş şəxs olmasının müəəyn edildiyini, Dİ hər hansı şəxsin zorla intim münasibətə cəlb edilməsinin müşahidə etmədiyini, evə daxil olduğuqları vaxt pulun Məlahətin əlində olduğunu, Sonanın isə pulu haradan çıxardığını xatırlamadığını, həmin vaxt orada 1 yaşlı qadının olduğunu, başqa heç kimin olmadığını, otaqda isə Əfqanın və Sonanın olduğunu, H hadisənin üzərindən çox müddət keçdiyi üçün orada yaşlı qadın olub-olmamasını xatırlamadığını, təqsirləndirilən şəxsin oğlunun orada olduğunu, əvvəl evdə olmadığını, sonradan gəldiyini, şəxslərin pul qarşılığında görüşməsi barədə bir neçə dəfə əməliyyat məlumatı daxil olduğunu qeyd etmişdir. Şahid7 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini bir daha bildirmiş, təqsirləndirilən şəxslə hər hansı qohumluğunun və ədavətinin olmadığını, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus evdə adam görüşdüyü və pul qarşılığında adamların görüşmələri barədə məlumat daxil olduğunu, bununla bağlı rəhbəırliyə məruzə olunduğunu və özü başda olmaqla Şahid9 və Şahid8 ibarət əməliyyat qrupu yaradıldığını, həmin yerə baxış keçirdikləri vaxt 1 qadın və 1 kişinin görüşməsinin müəyyən edildiyini, 150 manat pulun təqsirləndirilən şəxsdə, 50 manatın isə Zərərçəkmiş şəxs olmasının müəəyn edildiyini, Dİ hər hansı şəxsin zorla intim münasibətə cəlb edilməsinin müşahidə etmədiyini, evə daxil olduğuqları vaxt pulun Məlahətin əlində olduğunu, Sonanın isə pulu haradan çıxardığını xatırlamadığını, həmin vaxt orada 1 yaşlı qadının olduğunu, başqa heç kimin olmadığını, otaqda isə Əfqanın və Sonanın olduğunu, H hadisənin üzərindən çox müddət keçdiyi üçün orada yaşlı qadın olub-olmamasını xatırlamadığını, təqsirləndirilən şəxsin oğlunun orada olduğunu, əvvəl evdə olmadığını, sonradan gəldiyini, şəxslərin pul qarşılığında görüşməsi barədə bir neçə dəfə əməliyyat məlumatı daxil olduğunu qeyd etmişdir. Şahid8 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini bir daha bildirmişdi. təqsirləndirilən şəxslə hər hansı qohumluğunun və ədavətinin olmadığını, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin evində əxlaqsız yuvası təşkil etməsi və qadınları kişilərlə görüşdürməsi barədə əməliyyat məlumatının daxil olduğunu, bununla bağlı aidiyyəti üzrə rəhbərliyə məruzə edildiyini və özü, Şahid7 və Şahid9 ibarət tərkibdə əməliyyat-istintaq qrupu yaradıldığını, təqribən axşam saat 19-20 radələrində əməliyyat keçirildiyini və daxil olan məlumatın öz təsdiqini tapdığını, Dİ hadisənin 31 may 2024-cü il tarixdə baş verdiyini, təqsirləndirilən şəxsin əvvəllər bu işlə məşğul olması barədə məlumat daxil olduğunu, lakin dəqiq olmadığından işin araşdırıldığını, əməliyyat tədbiri keçirildikdən sonra bunun aşkarladıqlarını, həyətə daxil olarkən Təqsirləndirilən şəxs orada olduğunu, onun tərəfindən ciddi etiraz olmadığını, evə daxil olduqda Zərərçəkmiş şəxs və Şahid1 orada gördüklərini, 150 manat pulun Məlahətdən, 50 manat pulun isə Sonadan götürüldüyünü, xatırladığına görə Zərərçəkmiş şəxs pulu telefonun arxa tərəfindən çıxardığını və müstəntiqin götürdüyünü, təqsirləndirilən şəxsin həmin pulu evin kiraəyəsi və şəxslərin münasibətdə olması məqsədilə aldığının aşkar edildiyini, sonra evdən təqsirləndirilən şəxsin oğlunun çıxdığını, onların münasibətdə olduqlarını etiraf etdiklərini, H daxil olduqları torpaq sahəsində 1 ev olduğunu, lakin evin 2 giriş qapısının olduğunu, Təqsirləndirilən şəxs həmin vaxt çöl qapıdan yanında olduğunu, onun əlində pul görmədiyini, pullar 2 ədəd 50 manatlıq, 1 ədəd isə 100 manatlıq əskinaslardan ibarət olduğunu, içəri girərkən Sonanın və Əfqanın yarıçılpaq vəziyyətdə olduqlarını, mənzilə kənardan baxanda kirayə verilmək üçün nəzərdə tutulmadığını müəyyən edildiyini, həmin vaxt təqsirləndirilən şəxsinin evdə olduğunu, onun olan hadisələri dərk etmək iqtidarında olduğunu, nəsə xəstəliyi olduğunu, lakin əqli cəhətdən normal olduğunu qeyd etmişdir. Şahid9 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini Şahid9 məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxslə hər hansı qohumluğunun və ədavətinin olmadığını, 31 may 2024-cü il tarixdə ona etibarlı mənbədən Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs öz evində pul alaraq qızları öz evinə gətirib onları intim münasibətə cəlb etməsi barədə mlumatın daxil olduğunu, bundan sonra Babək Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə etdiyini, özü, idarənin CAŞ-nin rəisi Şahid7 və əməliyyat müvəkkili Şahid8 ibarət əməliyyat qrupunun yaradıldığını, bundan sonra Təqsirləndirilən şəxs məxsus olan və Babək rayonu, Şəkərabad kəndində yerləşən evi müşahidəyə götürdüklərini, həmin vaxt saat 7-8 radələrində bir kişinin evə daxil olduğu, sonra bir qadının evə daxil olduğunu, bundan sonra əməliyyat keçirilməsi barədə qərarı əsas tutaraq Təqsirləndirilən şəxs da icazəsi əsasında onun evinə daxil olduqlarını, həmin vaxt Məlahətin çöldə gözlədiyini, sonra evə baxış keçirdiklərini, həmin vaxt Şahid1 və Zərərçəkmiş şəxs orada olduqlarını və intim münasibətdə olmaları üçün evi kirayəyə götürdüklərinin məlum olduğunu, həmin vaxt evdən 200 manat pulu zərfin içərisinə qoyaraq götürdüklərini, Dİ Təqsirləndirilən şəxs evinə bir neçə dəfə kişilərin girib çıxması barədə məlumatın ona daxil olduğunu, həmçinin özünün də bunu müşahidə etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs zor tətbiq etməklə şəxsləri intim münasibətdə olmasına cəlb etməsinin müəyyən edilmədiyini, bunun pul qarşılığında olduğunun müəyyən edildiyini, hadisənin 30-31 may 2024-cü il tarixdə baş verdiyini, özlərinin həyətə daxil olduqdan sonra ilk olaraq baxış keçirilməsi barədə qərarı təqsirləndirilən şəxsə göstərdiklərini, sonra onun icazəsi əsasında evə daxil olduqlarını, bununla bağlı hər hansı etirazının olmadığını, 200 manat stolun üzərində olduğunu, lakin 50 manat və 150 manat olmaqla ayrı qoyulduğunu, şəxslərin isə ayrı otaqda olduğunu, evin 1 həyətdə yerləşdiyini və 2 qapısının olduğunu, Təqsirləndirilən şəxs pullar barədə soruşduqlarını, onun isə həmin pulların evi kirayəyə verildiyini və 50 manat isə görüşən qıza verəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs pul almadıqlarını, pulların hamısını Təqsirləndirilən şəxs təqdim etdiyini, pulun ümumi məbləğinin 200 manat olduğunu, H Təqsirləndirilən şəxs həmin vaxt çöldə gözlədiyini, pulları stolun üzərindən götürdüklərini, hadisənin çoxdan baş verdiyini, buna görə tam xatırlamadığını, zərfin içərisinə qoyulan pulun 200 manat olduğunu, lakin həmin pulun 50 manatını Zərərçəkmiş şəxs tərəfindən verilib-verilmədiyini xatırlamadığını, içəri daxil olduqdan sonra orada Zərərçəkmiş şəxs və Şahid1 intim münasibətdə olduqlarını gördüklərini, həmin vaxt polis əməkdaşları Şahid8 və Şahid7 orada olduqlarını qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, 2021-ci ildə Naxçıvan şəhərində Şahid3 ilə sevgili olub ayrılmış, həmin ilin dekabr ayında ailə həyatı qurmuş, 2023-cü ilin iyul ayında Nuranə ilə yenidən telefonda danışmağa başlamiş, həmin ilin təxminən sentyabr ayında Nuranə Ordubad rayonunda yerləşən “Su səsi” adlı restoranda ofisiant işləyən zaman işdən çıxandan sonra onu götürüb Naxçıvan şəhərinə gətirmiş, Naxçıvana gəldikdən sonra Nuranə evinin açarını tapa bilmədiyini və Məlahət adlı qadının evində pul qarşılığında cinsi əlaqədə olacağını bildirmiş, bundan sonra onlar Babək rayonu Şəkərabad kəndində yerləşən Məlahət adlı qadının evinə getmiş, Məlahətin övladı Ramazan adlı oğlan onları qarşılamış, evə keçdikdən sonra Məlahətlə 30 manata razılaşıb evdə cinsi əlaqədə olduqdan sonra çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, Nuranə ilə onun evində cinsi əlaqədə olmaq üçün gedən zaman orada adını öyrənmiş, Şahid3 Təqsirləndirilən şəxs haradan və nə vaxtdan tanıması barədə məlumatı olmamış, ümumiyyətlə Məlahətin evinə bir dəfə getmiş, Təqsirləndirilən şəxs öz evində qadınlarla kişiləri pul qarşılığında cinsi əlaqədə olmalarını təşkil etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, şəxsi gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 243.1-ci maddəsində, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə isə Azərbaycan Respublikası Cinayət Məcəllənin 244.1-ci maddəsində qeyd edilən cinayət tərkiblərini yaradır. Məhkəmə qeyd edir ki, həmin cinayət əməllərinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası 31 may 1996-cı ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 4-cü sessiyasında 2 dekabr 1949-cu ildə qəbul edilmiş «İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyasının tələbinə görə, tərəflər, yəni Konvensiyanın iştirakçısı olan dövlətlər başqa şəxsi hətta onun razılığı olsa da, fahişəliyə cəlb edən; onun fahişəliyini istismar edən; fahişəxana saxlayan və ya idarə edən; üçüncü şəxslər tərəfindən fahişəlik məqsədi ilə istifadə ediləcəyini bilə-bilə ev və ya digər yer icarəyə verən və ya götürən şəxsləri cəzalandırmağı öhdələrinə götürürlər. CM-in 243.1-ci və 244.1-ci maddələrində qeyd edilən “Fahişəlik” əməli dedikdə, mükafat müqabilində, qabaqcadan mükafat barəsində razılaşmaqla müxtəlif şəxslərlə mütəmadi olaraq, yəni dəfələrlə cinsi əlaqəyə girmə başa düşülür. Beləliklə, fahişəlik üçün səciyyəvi olan əlamətlər: - cinsi əlaqəyə mükafat (adətən pula görə) müqabilində girmə; - mükafatın məbləği barədə qabaqcadan (cinsi əlaqəyə girməzdən öncə) razılıq əldə edilməsi; - cinsi əlaqəyə eyni bir şəxslə deyil, müxtəlif şəxslərlə (müştərilərlə) girmə; - cinsi əlaqəyə mükafat müqabilində mütəmadi olaraq, yəni dəfələrlə girmədir. Mükafat müqabilində olsa da, yalnız bir dəfə cinsi əlaqəyə girmə fahişəlik kimi qiymətləndirilmir. CM-in 243.1-ci maddəsində göstərilən cinayət əməlinin obyektiv cəhəti gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmədə ifadə olunur. CM-in 244.1-ci maddəsində qeyd edilən əxlaqsızlıq yuvası dedikdə, fahişəliklə məşğul olmaq üçün istifadə edilən ev, bina, mənzil, otaq və ya digər yer başa düşülür. Bu cinayət əməlinin obyektiv cəhəti fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahəsi vermədə ifadə olunur. «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, CM-in 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən normada fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır: - Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. - Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. - Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi fahişəliklə məşğul olmanı təşkil etməkdən, fahişəliyə sövq etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından və digər şəxsin fahişəliyini istismar etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, əxlaqsızlıq yuvalarını təşkil etmək, onları saxlamaq və ya bu məqsədlər üçün mənzil sahələrini vermək əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin fahişəliklə məşğul olmaq üçün təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, əxlaqsızlıq yuvaları dedikdə, fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsi nəzərdə tutulur. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, CM-in 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır. Bununla belə, göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) CM-in 244.1-ci maddəsinin tərkibini yaradır. Şəxsin təqsirləndirildiyi əməllərin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarında olan raport, protokol və qərardan 31 may 2024-cü il tarixdə Babək Rayon Polis İdarəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evində əməliyyat tədbirlərinin keçirilməsi müəyyən edilir (iş vərəqə 6-9). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbindən görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 5(079)-06/2024 nömrəli qərarının surətindən Babək Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi polis polkovnik-leytenantı Şahid7 tərəfindən 31 may 2024-cü il tarixdə qəbul olunmuş “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın və onun nəticəsində həyata keçirilmiş hərəkətlərin qanuni hesab edilməsi aydın olur (iş vərəqə 35-39). Cinayət işi materiallarında olan 31 may 2024-cü il tarixli baxış protokolundan və ona əlavə edilmiş 14 (on dörd) ədəd fotoşəkillərdən Babək rayonu, Şəkərabad kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən baxış keçirməsi aydın olur (iş vərəqə 12-19). Baxış zamanı müəyyən edilir ki, 31 may 2024-cü ildə Babək rayonu, Şəkərabad kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə fahişəliyə cəlbetmə cinayətini törətməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Babək Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu və hal şahidləri ilə birlikdə saat 19 radələrində qeyd olunan ünvan müşahidəyə götürülmüş, müşahidə zamanı mənzilə bir nəfər kişi, bundan sonra isə bir nəfər qadın daxil olmuş, həmin ünvana yaxınlaşarkən evin həyətindən onları müşahidə edən evin sahibi Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirildikdən sonra ondan daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair çıxarılmış qərar əsasında həmin mənzilə baxış keçirmək üçün icazə istənmiş, o, etiraz etməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə pul qarşılığında əxlaqsız yuva təşkil etməsini etiraf etmiş, sonra onun razılıq ərizəsi əsasında yaşadığı mənzilə baxış keçirilmişdir. Mənzil Babək rayonu, Şəkərabad kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evidir. Evin həyətinin eni 5 metr, uzunluğu 16 metrdir, evin qarşısında açıq balkon vardır. Balkondan evə giriş qapısı eni 1 metr, hündürlüyü 2.10 metr olan dəmir qapı var, balkondan mətbəxə giriş qapısı plastik materialdan olub, eni 0.90 metr, hündürlüyü 1.80 metrdir. İki ədəd plastik pəncərənin eni 1 metr, hündürlüyü 1.20 metr, dəmir giriş qapısından evin salonuna oradan isə 2 yataq otağına giriş var. Salonun eni 3 metr, uzunluğu 7 metr, girişlə üzbəüz yataq otağının eni 5 metr, uzunluğu 5 metr, digər yataq otağının eni 4 metr, uzunluğu 4 metrdir. Ev iki otaqdan, mətbəxdən, salondan, hamam və sanitar qovşaqdan ibarətdir, otaqlarda yataq dəsti ilə təchiz olunmuş çarpayılar müşahidə olunmuş, eyni zamanda otaqda 1 nəfər yarıçılpaq vəziyyətdə olan qadın və 1 nəfər yarıçılpaq vəziyyətdə olan kişi aşkar olunmuşdur. Onların şəxsiyyətlərinin müəyyən olunması və həmin mənzilə nə məqsədlə gəlmələri barədə sual verildikdə həmin şəxslərin 1987-ci il təvəllüdlü Şahid1 və 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs olduqları müəyyən olunmuşdur. Baxış zamanı mənzildə bir neçə foto şəkil çəkilmişdir. Mənzilə nə məqsədlə gəlməsi barədə sual verildikdə Şahid1 Məlahət adlı qadının əxlaqsızlıq yuvası təşkil etməklə qadınları fahişəliyə cəlb etdiyi barədə məlumatı olduğundan 31 may 2024-cü il tarixdə saat 20 radələrində cinsi əlaqədə olmaq üçün şərait və qadın təşkil etməyi xahiş etdiyini, Məlahətin onu dinləyib fikrini başa düşdükdən sonra 200 (iki yüz) manat pul müqabilində cinsi əlaqədə olmaq üçün qadın və bu məqsədlə mənzil şəraiti yarada biləcəyini bildirərək onu aşkar olunduqları mənzilə dəvət etdiyini və saat 19 radələrində həmin mənzilə gəldiyini, Məlahətin onu qarşılayaraq mənzildə yerləşdirdiyini bildirdi. Əfqan mənzildə Məlahətin ondan 200 (iki yüz) manat aldıqdan sonra Sona ilə birlikdə yataq otaqlarından birinə daxil olduğunu, orada yataq dəsti ilə təchiz edilmiş çarpayının üzərində sonuncu ilə cinsi əlaqədə olduğunu qeyd etmiş, sorğu zamanı Zərərçəkmiş şəxs fahişəliklə məşğul olduğunu, 31 may 2024-cü il tarixdə rəfiqəsi Şahid2 ilə Naxçıvan şəhərində gəzən zaman Lamiyəyə zəng gəldiyini, Lamiyə telefonda danışdıqdan sonra Məlahət adlı qadının olduğunu və pul qarşılığında cinsi əlaqdə olmaq üçün müştərisinin olduğunu və 50 manat pul verəcəyini təklif etdiyini, Lamiyənin dedikləri ilə razılaşdıqdan sonra onun telefonu ilə Məlahətlə danışıb onun yaşadığı ünvana getdiyini, Babək rayonu, Şəkərabad kəndində “Dağ” deyilən yerdən “Nəqşicahan” adlı restorana tərəf gedən yolda sağ tərəfdən birinci döngədə Məlahətin yol kənarına çıxaraq onu qarşıladığını və onunla evə getdiyini, evə girən zaman salonda tanımadığı bir nəfər oğlanın oturduğunu, onun adının Əfqan olduğunu öyrəndiyini və ondan 50 manatı nağd istədiyini, Əfqan isə pulu əvvəlcədən Məlahətə verdiyini bildirdiyini, Əfqan Məlahəti çağırdıqdan sonra Məlahətin gəlib 50 manat pulu ona verdiyini, pulu alıb telefonunun arxasına qoyduqdan sonra Əfqanla cinsi əlaqədə olduğunu və 10-15 dəqiqə sonra Məlahətin qapını döyərək polislərin gəldiyini dediyini bildirmişdir. Mənzilin icarədarı Təqsirləndirilən şəxs qeyd olunanlar barədə sorğu etdikdə o, təxminən 10 ildir Babək rayonu, Şəkərabad kəndində övladı X6 ilə birlikdə yaşadığını, oğlu Ramazan Əliyev böyrək xəstəsi olduğu üçün yaşadığı Babək rayonu, Şəkərabad kəndindəki evi kirayə verdiyini, 31 may 2024-cü il tarixdə saat 15 radələrində Xəyal adlı şəxsin ona zəng edərək (onu əvvəlcədən taksi fəaliyyəti ilə məşğul olan vaxtdan tanıdığını) qızla görüşmək istəyən dostunun olduğunu dediyini, o, Xəyala razılıq verib qız çağıracağını bildirdiyini, bundan sonra Xəyal onunla əlaqə saxlayaraq evin ünvanını dəqiqləşdirib, həmin şəxsi onun evinə göndərdiyini, oğlu Ramazan Əliyevin çölə çıxaraq həmin şəxsi evə gətirdiyini, həmin şəxs evdə olan zaman Nuranə adlı qıza zəng vurduğunu və Nuranənin Ordubadda olduğunu və gələ bilməyəciyini dediyini, sonra Xəyalın ona tanıdığı bir qızın mobil nömrəsini verib “özünüz danışıb razılaşın” dediyini, həmin qızla danışdıqda qızın adının Lamiyə olduğunu öyrəndiyini, Lamiyənin 50 manata bir dəfə görüşdüyünü bildirdiyini, ona razılıq verib evə çağırdığını, lakin Lamiyə xəstə olduğu üçün yanında olan Sona adlı rəfiqəsinin gələcəyini dediyini, həmin Sona adlı qıza ünvanı başa saldığını, Sona gəldikdən sonra isə çıxıb onu qarşıladığını, Sona gələnə kimi Əfqandan 200 manat pul aldığını və həmin pulun 50 manatını qız gəldikdən sonra ona verib 150 manatını özündə saxladığını, qız əlavə ikinci dəfə cinsi əlaqədə olacağı halda yenə 50 manat alacağını bildirdiyi üçün o, pulu Əfqana geri qaytarmadığını, həmin 150 manat pulun 30 manatını evində cinsi əlaqədə olduqları üçün, 20 manatını isə qızı tapıb görüşdürdüyü üçün aldığını, həmin müddətdə polis əməkdaşlarının gələrək qeyd olunan halı müəyyən edib onu polis idarəsinə dəvət etdiklərini bildirmişdir. Baxış zamanı hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs Şahid1 aldığı 200 (iki yüz) manat pul əskinaslarını təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üç ədəd 50 (əlli) manatlıq əskinasını, ümumilikdə 150 (bir yüz əlli) manatı təqdim etmiş, digər 50 (əlli) manatlıq əskinası isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Şahid1la cinsi əlaqədə olmaq üçün Təqsirləndirilən şəxs aldığı 50 (əlli) manatlıq əskinası təqdim etmiş, həmin pul əskinasları qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs gəlir və ya digər fayda əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs fahişəliyə cəlb etməsi, həmçinin özünə məxsus fərdi yaşayış evini fahişəliklə məşğul olmaq üçün maddi qazanc müqabilində verməsi məhkəmədə dindirilmiş şahidlərdən Şahid2, Şahid1, Şahid3 və Şahid5 ifadələri ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin həmin məcəllənin 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində CM-in 243.1-ci və 244.1-ci maddələrində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, CM-in: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, cinayətinin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut məhkəməyə təqdim edilməyib. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Təqsirləndirilən şəxs əmlak məlumatlardan çıxarışdan şəxsin mülkiyyətində Babək rayonu, Şəkərabad kəndində 0.0343 m2 torpaq sahəsində yerləşən sahəsi 133.50 m2–dən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin olması aydın olur. Beləliklə, tədqiq edilmiş sübutlarla cinayət hadisələrinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə CM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X9 X18 X16 30 iyul 2024cü il tarixli, 500302.186.62993 və 500302.186.62991 nömrəli arayışlarından, həmin X18 30 avqust 2024-cü il tarixli, 144 nömrəli məktubundan və ona əlavə edilmiş analiz nəticələrinə dair arayışlardan Şahid5, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs hər hansı bir zöhrəvi və ya yoluxucu xəstəliyin aşkar edilmədiyi aydın olur (iş vərəqə 83, 84, 154, 155, 156). Bundan başqa Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin 30 iyul 2024-cü il tarixli 120, 121 nömrəli və 30 avqust 2024-cü il tarixli, 103 və 105 nömrəli analiz nəticələrinə dair arayışlarda Şahid5, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs HİV, Siflis, Hepatit B, C viruslarının aşkar edilmədiyi göstərilmişdir (iş vərəqə 85, 86,157 və 158). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 243.1-ci və 244.1-ci maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən CM-in 243.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 244.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə isə həmin maddənin sanksiyasında iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərini CM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməlləri təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətlərin əsas bilavasitə obyekti ictimai mənəviyyatdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu və 61-ci maddələrində qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ərinin ölməsini və oğlunun böyrək xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 şöbəsinin 26 iyul 2024-cü il tarixli tələbnaməsindən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 80); - təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadəsindən onun törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan, həmçinin iş materiallarına edilmiş Vayxır kənd icra nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2003-cü il tarixli, İİ-AZ seriyalı, 034751 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və 19 aprel 2007-ci il tarixli, AZ-İ seriyalı, 164654 nömrəli ölüm haqqında şəhadətnamənin surətlərindən X3 X7 ilə nikaha daxil olması, həmin vaxt ərinin soyadını seçməsi və X2 26 mart 2007-ci ildə ölməsi (iş vərəqə 98-99) ; -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan, həmçinin iş materiallarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan Təqsirləndirilən şəxs X8 adlı övladığının olması (iş vərəqə 94); - iş materiallarına əlavə edilmiş 24 fevral 2023-cü il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktın surətindən X1 böyrəyində xəstəliyin olması aydın olur. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə edilməsinin CM-in 59.1.12-ci maddəsində müəyyən edilən cəzanı yüngülləşdirən hal kimi müəyyən edilməsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, ittihama məhkəmədə baxılması zamanı Zərərçəkmiş şəxs cinayət mühakimə icraatında zərər çəkmiş şəxs kimi iştirakına xitam verildiyindən həmin hal cəzanı yüngülləşdirici hallar kimi qəbul edilmir. Bundan başqa təqsirləndirilən şəxsin törətdiyi əməli oğlunun xəstəliyi ilə bağlı olaraq törətməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə bildirir ki, şəxsin cinayətin törədildiyi vaxt da işləyib əmək haqqı alması, həmçinin mənzilini əxlaqsızlıq yuvası olaraq deyil, yaşayış məqsədilə kirayə verməsi üçün maneələrin olmaması və eyni zamanda həmin məqsədlərlə də şəxsin iki mənzilini kirayəyə verməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir. Çünki yuxarıda da göstərildiyi kimi, sosial ədalətin bərpası, cinayət törətmiş şəxsin islah edilməsi və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq cinayət qanunvericiliyinə görə cəzanın əsas məqsədlərindən biridir. Təqsirləndirilən şəxs törətdiyi əməllər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməldir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Şahid5 və təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs sözü gedən cinayətkar fəaliyyətlə 2021-ci ildən məşğul olur. Yəni onun əməli hüquq mühafizə orqanı tərəfindən aşkar olunmadığı halda bu əməlinə davam edəcəyi ehtimalı yüksən olmuşdur. Təqsirləndirilən şəxsin cinayətkar fəaliyyətlə məşğul olduğu yerin hər hansı bir otel, mehmanxana deyil, fərdi yaşayış evi olması və insanların kompakt yaşadığı ərazidə baş verməsi isə özlüyündə həmin ərazidə yaşayan cəmiyyət üzvlərinin mənəviyyatının əhəmiyyətli şəkildə mənfi təsirə məruz qalmasına gətirib çıxara bilər. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs bu cinayətkar fəaliyyətə başladığı vaxt birlikdə yaşadığı oğlu X4 17, onun əməlinin aşkar olunduğu vaxt isə gəlir əldə etmək üçün fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs 19 yaşı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməllərin sanksiyasında qeyd edilən digər cəzaların təyin edilməsi cəzanın məqsədinə çatmasına, yəni Təqsirləndirilən şəxs islah olunmasına və sosial ədalətin bərpasına imkan vermir. Bir sözlə onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir. Bunları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci və 244.1-ci maddələri ilə təqsirli bilinib barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in: -17.1-ci maddəsinə görə həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır; -17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; - 66.1-ci maddəsi ilə müəyyən edilir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; - 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər iki əməli cinayət qanunvericiliyi ilə əlaqəli şəkildə təqdiq etdikdə aydın olur ki, ona törədilməsi istinad olunan əməllər kateqoriyasına görə az ağır cinayətlərdir. Həmin əməllərdən “Fahişəliyə cəlb etmə” əməlinə görə cinayət qanunvericiliyi azadlıqdan məhrum etmə cəzasının aşağı həddini bir il müəyyən etsə də, cigər cinayət əməli-“Əxlaqsızlıq yuvaları saxlama” əməli üzrə həmin cəzanın aşağı həddi müəyyən edilməmişdir. CM-in 55.2-ci madəsindən aydın olur ki, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Qeyd edilən hüquq normalarını təqsirləndirilən şəxsin əməlində olan cəzanı yüngüləşdirən hallarla birlikdə nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi üzrə 1 (bir) il müddətinə, 244.1-ci maddəsi üzrə isə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onların qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinin tələbinə əsasən hökmün icrasını təmin etmək məqsədi ilə təqsirləndirilən şəxsin barəsində 28 avqust 2024-cü ildə seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanımalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanması hazırki iş üzrə hökmün çıxarıldığı vaxtdan, yəni 21 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından bir ədəd zərfin içərisində olan 200 (iki yüz) manat pulun saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi X15 Respublikası İdarəsinə təhvil verilməsi müəyyən edilir (iş vərəqə 152-153). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İşin məhkəmədə araşdırılmış hallarından aydın olur ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlak 200 (iki) yüz manat məbləğində pul vəsaitidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. CM-in 99-1.2-ci maddəsini nəzərə məhkəmə qeyd edir ki, həmin Məcəllənin 99-1.1 və 99-1.2-ci maddələrinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işinə baxılması zamanı Azərbaycan Respublikası Mərkəzi X15 Respublikası İdarəsinə 29 avqust 2024-cü il tarixli, 01 nömrəli memorial orderlə təhvil verilmiş 01 ədəd zərfdə saxlanılan 200 (iki yüz) manat miqdarında pul məbləğinin cinayət əməlinin törədilməsi nəticəsində qazanc kimi əldə edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci və CM-in 99-1.1-ci maddələrinin tələblərini əsas götürməklə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi X15 Respublikası İdarəsində saxlanılan 200 (iki yüz) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilməli və əvəzsiz dövlət nəfinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi üzrə 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi üzrə isə 04 (dörd) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı hökmün çıxdığı gündən, yəni 21 noyabr 2024-cü il tarixdən hesablansın. Müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkilər Kolegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Azərbaycan Respublikası Mərkəzi X15 Respublikası İdarəsinə 29 avqust 2024-cü il tarixli, 01 nömrəli memorial orderlə təhvil verilmiş və 01 (bir) ədəd zərfdə saxlanılan 200 (iki yüz) manat miqdarında pul vəsaiti xüsusi müsadirə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu, Təqsirləndirilən şəxs isə onun surəti təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar