Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-18/2025 10.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X16 Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1954-cü ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, yaşa görə əmək pensiyası alan, Naxçıvan şəhəri, Atabəylər, 7, 48 ünvanında qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olmayan, barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Babək Rayon Məhkəməsinin icraatına “25” sentyabr 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə saat 16:20-dəqiqədə «BC» seriyalı 954505 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Vaz 21033» markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobillə Babək rayonu Aşağı Uzunoba kənd yolayrıcından ikinci dərəcəli yoldan Naxçıvan-Şahbuz avtomobil yoluna çıxan zaman «X11» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda buna əməl etməyərək, Babək rayonu ərazisinə düşən həmin yolun 8-ci km-də Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan Şahid idarə etdiyi «Vaz 21074» markalı **-BH-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Nəzakət Əsgərovaya canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «hər iki ağciyərin yuxarı payının cırılmış yarası, sol V-Vİ və sağ V qabırğaların yerini dəyişmiş sınıqları, başın alın nahiyyəsinin sağ yarısının sıyrığı və sağ diz oynağı nahiyyəsinin bayır kənarının qançırı» xəsarətləri vuraraq ölümünə, Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığa uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «alt çənədə solda İ-İİ, sağda İ-İİ mərkəzi-kəsici dişlərin travmatik sınığı (dörd ədəd), və yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sol əl-bilək oynağı nahiyyəsinin arxa səthininüzərində cərrahi tikişləri olan əzilmiş yarası, başın alın nahiyyəsini, burun əsasından başlayaraq sol gözün küncünədək davam edən sıyrığı və sol baldır nahiyyəsinin aşağı 1/3-nin ön səthinin qançırı», Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «sağ bazu sümüyünün diafizin (yuxarı1/3-nin) qapalı, qəlpəli yerdəyişmə ilə sınığı, başın alın nahiyyəsinin sol yarısının və başın sağ təpə nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yaraları», Zərərçəkmiş şəxs3 isə sağlamlığa uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «sol incik sümüyünün boyunun sınığı və sağ bud nahiyyəsinin qançırı» xəsarətləri almalarına səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək 1972-ci ildən avtomobil idarə etdiyini, yol hərəkəti qaydalarını bildiyini, görmə qabiliyətinin normal olduğunu, 72 yaşında olduğunu, avtomobilinin qeyydiyyat nömrəsinin 75- BD-90 olduğunu, hadisə günü avtomobilin saz vəziyyətdə olduğunu, hadisənin baş vermə tarixini dəqiq xatırlamadığını, hadisə günü avtomobildə sol tərəfdə arxada arvadı Aminənin, sağ tərəfdə isə onun iş yoldaşı Nəzakətin əyləşdiyini, xəstə yanına getdiklərini, oradan qayıdarkən Uzunoba kəndinin yol ayrıcında maşını saxlayıb şəhərdən gələn maşının keçməsini gözlədiyini, o keçdikdən sonra 1-ci yola girdiyini, orada qoşa xətti keçmə yeri olduğunu, həmin vaxt Şahbuz istiqamətindən gələn ikinci maşının onlardan təxmini 400 metr uzaqlıqda olduğunu, onun çox sürətlə gəldiyini, Şahbuzdan gələn yolda sürət həddinin 90 km/saat olduğunu, həmin vaxt yolda başqa maşının olmadığını, o maşın gələnə qədər həmin yoldan bir neçə maşının keçə biləcəyini, aralarındakı məsafə uzaq olduğuna görə onun gəlib keçməsini gözləmədən əsas yola çıxdığını, əsas yola çıxandan sonra 18-20 metr yol getdiyini, birinci zolaqda, sol tərəfdə 40 km/saat sürətlə hərəkət etdiyini, yola keçdikdən sonra sağ yol boş olduğundan avtomobilin gəlib onun yanından ötüb keçəcəyini düşündüyünü, yola girərkən aynaya baxmadığını, o maşın keçdikdən sonra 2-ci yola keçməyi düşündüyünü, lakin əksinə olaraq arxadan gələn avtomobilin gəlib onun maşınına dəydiyini, öz yolu ilə gedərkən vurulduğunu, qəzanın yol ayırıcında yox, özünün əsas yola girib 18-20 metr getdikdən sonra baş verdiyini, maşınının arxa sağ krlosunun uc hissəsindən vurulduğunu, qəza olduqdan sonra maşının ağaca dəyib dayandığını, digər avtomobilin isə aşaraq onun avtomobilinin qarşısında dayandığını, qəzanın bir anın içində baş verdiyini, qəzadan sonra təcili tibbi yardıma zəng etdiklərini, yaralıları maşınlardan kənar şəxslər və özünün çıxartdığını, digər nəqliyat vasitəsinin sürücüsünün də özünün maşından düşdüyünü və xəstəxanaya aparıldığını, təcili tibbi yardımın hadisədən 15 dəqiqə sonra gəlib çatdığını, təcili tibbi yardım gələndə Nəzakət xanım və arvadı Aminənin vəziyyətinin normal olduğunu, Nəzakət xanımın Aminə ilə danışdığını, qəzadan sonra Nəzakətin normal şəkildə yerdə əyləşdiyini və onu xəstəxanaya apardıqlarını, istintaqda olduğuna görə yasa gedə bilməsə də, ailə üzvlərinin hamısının yasa getdiyini, dəfndə də iştirak etdiklərini, ölənin ailəsi ilə barışıq üçün heç nə edə bilmədiklərini, belə ki, onların barışmaq istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə günahsız olduğunu və yaşının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi izahatında təqsirləndirilən şəxsin onun həyat yoldaşı olduğunu, mərhum Nəzakətin onlara gələrək iş yoldaşlarının ayağının qırıldığını və ona birlikdə baş çəkməyi təklif etdiyini, bir neçə dəfə təkid etdikdən sonra onunla razılaşdığını, Uzunoba kəndinə gedib xəstəyə baş çəkdikdən sonra oradan çıxdıqlarını, Nəzakətlə maşının arxa oturacağında oturub söhbət etdiklərini, özünün arxada sürücü tərəfdə, Nəzakətin isə onun yanında oturduğunu, Uzunobadan şəhər yoluna çıxan zaman yol ayırıcında dayandıqlarını, şəhər istiqamətindən bir maşın gəldiyini və onun gəlib keçməsini gözlədikdən sonra dönüb əsas yola girdiklərini, yola çıxanda əsas yolda heç bir maşın olmadığını, yolda maşın olmadığından qoşa xəttin yanında dayanmadan əsas yola çıxdıqlarını, əsas yola girdikdən sonra bir xeyli təxminən 15-20 metr şəhər istiqamətində getdiklərini, sürətə baxmadığını, amma yavaş hərəkət etdiklərini, bir anda gurultu səsi gəldiyini, həmin vaxt sol zolaqla hərəkət etdiklərini, dəyən maşının isə onları həmin zolaqda sağ tərəfdən vurduğunu, toqquşmadan əvvəl Şahbuz istiqamətdən gələn avtomobili görmədiyini, avtomobilin fırlandığını və ağaca dəydiyini, ondan sonra digər avtomobilin də gəlib qarşılarında dayandığını, “Nəzakət” deyə səsləndikdə ağrıdığını bildirdiyini, öz ayağını hərəkət etdirmək istəsə də bacarmadığını, bundan sonra kənardakı şəxslərin gəlib kömək etdiyini, yaralıları yoldaşı və digər şəxslərin maşından çıxardığını, Nəzakəti avtomobildən çıxaranda belinin ağrıdığını bildirdiyini, ona görə altına örtük salıb onu yerə uzatdıqlarını, ona oğlu Məhəmmədin nömrəsini deməsini və ona zəng etmək istədiyimi bildirdəndə nömrəni bilmədiyini, telefonda olduğunu dediyini, ondan sonra oğlu Məhəmmədə zəng etdiyini, sonra təcili tibbi yardımın gəldiyini, Nəzakəti təcili tibbi yardım maşınına mindirib yola saldıqdan sonra özünün başqa bir avomobillə xəstəxanaya getdiyini, ondan sonra Nəzakətin əri Nərimanın zəng etdiyini və ona Nəzakətin xəstəxanaya aparıldığını bildirdiyini, daha sonra xəstəxanaya getdiyini, ayağı qırıldığından rentgenə düşməyə gedəndə təxminən saat 1700 radələrində Nəzakətin həmin vaxt travmotologiya şöbəsində koridorda gördüyünü, özü xəstəxanaya gedəndə hələ Nəzakətə heç bir həkim müdaxiləsinin edilmədiyini, “həkim haradadır, gəlib buna kömək etsin” dedikdən sonra həkimin gəlib Nəzakətə baxdığını və ağrıkəsici iynə vurulduğunu, ondan sonra onu rentgenə salmaq üçün apardıqlarını, arxalarınca getdiyini, onlar rentgenə düşəndə özünə ağrıkəsici iynə vurdurmağa getdiyini, rentgen şöbəsində heç kimin olmadığını, ondan sonra Nəzakətin reanimasiya şöbəsinə aparıldığını, 45 dəqiqə sonra mərhumun vəfat etdiyini öyrəndiyini, hazırda Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs2 onun qızı olduğunu, digər zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxslə qohumluq və ədavətinin olmadığını, şəhərə qızıgilə getdiklərini, Bolt Taksi sifariş etdiklərini, lakin gəlmədiyini, buna görə qızı ilə yola çıxıb əl edib maşın saxladıqlarını, 5-ə işləmiş evdən çıxdıqlarını, 1615 radələrində Yadullanın maşınına oturduqlarını, maşına əyləşdikləri andan təqribən 15 dəqiqə maşında getdikdən sonra qəzanın baş verdiyini, yolun Uzunobaya tərəf olan hissəsində qızı Sahilə, digər tərəfdə isə özünün oturduğunu, özlərinin olduqları avtomobilin hansı zolaqda getdiyini bilmədiyini, avtomobilin sürətinə fikir vermədiyini, ümumiyyətlə avtomobillərin sürət məsələlərindən anlayışı olmadığını, Şahbuzdan şəhərə gələrkən Uzunoba tərəfə baxan zaman bir avtomobilin Uzunoba yol ayırıcından düz yola çıxdığını gördüklərini, maşını görəndə aradakı məsafənin nə qədər olmasını bilmədiyini, həmin avtomobili uzaqdan gördüyünü, bu səbəbdən onun yol ayırıcında dayandığını, yoxsa dayanmadan hərəkət etdiyini bilmədiyini, Məmmədəlinin anidən onların yoluna çıxdığını, hadisənin yolun hansı hissəsində baş verdiyini dəqiq bilmədiyini, Yadullanın həyəcanlı olmadığını və maşını normal idarə etdiyini, avtomobilin bir qədər getdikdən sonra maşına dəydiyini, Məmmədəlinin avtomobilinə yaxınlaşan zaman Yadullanın nə qədər tormoz verməyə çalışsa da, avtomobilin dayanmadığını, Yadullanın maşının həmin avtomobili yandan vurduğunu, “qəzaya düşdük” dediyini, ondan sonra qəza olduğunu, qəzadan sonra heç nə xatırlamadığını, qolunun sındığını, başına tikiş qoyulduğunu, yalnız xatırladığı şeyləri dediyini, maşının gəldiyini, yoxsa durduğunu dəqiq bilmədiyini, Yadullanın məsafənin uzaq olmasına baxmayaraq tormoz verməyə başladığını, lakin maşının niyə dayanmadığını bilmədiyini, xəstəxanadan çıxdıqdan təxminən 20 gün sonra ilkin ifadə verdiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bazar günü Batabat olduqlarını, Zərərçəkmiş şəxs3 yoldaşına 2-3 dəfə zəng edərək yasa getməyi bildirdiyini, yoldaşının da Batabatda olduğunu, gələ bilməyəcəyini dediyini, sabahı günü Zərərçəkmiş şəxs3 yenə onun yoldaşına zəng edərək “qapıya gələ bilmərik, yola çıx səni götürək” dediyini, yoldaşının da Təqsirləndirilən şəxs maşınına əyləşərək üçü birlikdə xəstə yanına getdiyini, hadisə zamanı orada olmadığnı, deyilənə görə Məmmədəlinin birbaşa dayanmadan maşını yol sürdüyünü, Məmmədəlinin həmin yolu saatla 40 km saatla getdiyini və gələn maşın ilə aralarında olan məsafənin 500 metr olduğunu bildirsə də bunun doğru olmadığını, deməli onun birbaşa yola çıxdığını, Məmmədəlinin maşının arxadan vurulduğunu dediyini, reallıqda isə maşının böyürdən vurulduğunu, mərhum həyat yoldaşının daxili orqanlarının zədələndiyini, hadisənin 26 may 2025-ci il tarixdə, saat 1700 radələrində baş verdiyini, özünün həmin vaxt şəhərdə olduğunu, oğlunun ona zəng edərək Nəzakətin Uzunoba yolunda qəzaya düşdüyünü bildirdiyini, Şıxmahmud yoluna çatana yaxın təcili tibbi yardımın artıq hadisə yerindən şəhərə doğru qayıtdığını gördüyünü, onun arxasınca xəstəxanaya getdiyini, hadisədən sonra xəstəxanaya gedəndə yoldaşının danışdığını, xəstəxanaya təqribən 1730 radələrində girdiyini, belinin ağrımasından şikayət etdiyini, xərəkdə olduğunu, həkimlərin gec gəldiyini, 1 saat sonra MRT müayinəsi, sonra rentgen müayinəsinin olduğunu, həkimlərin ciddi bir xəsarətin olmadığını bildirdiyini, sonra palataya yatırıldığını, özünün çölə çıxdığını, qayıdanda bir qadının yoldaşına hava verdiyini gördüyünü, ondan sonra yoldaşının saat 1830 -da vəfat etdiyini, təqsirləndirilən şəxs və yoldaşının Nəzakətin vəfatının birinci günü barışıq üçün onlara gəldiyini, Zərərçəkmiş şəxs3 yasda “ölüb-ölüb da, hamını əcəl aparır”, oğluna da “siz də maşınla məni vurun, əvəzi çıxsın” dediyini, yasdan sonra heç birinin onlara yaxın durmadığını, qəzadan sonra videogörüntüdə Təqsirləndirilən şəxs və oğlunun orada maşının akkumulyatorunu sökdüyünü gördüyünü, yasın birinci günü isə Məmmədəlinin oğlu və bacısının oğlu gəldiyini, Məmmədəlinin oğlunun onu kənara çəkərək “gəl ərizə yaz, atamın qolu şişib, narahatdır” dediyini, ona “mənim yoldaşım vəfat edib, bu nə deməkdir?” dediyini, şikayətçi olduğunu, yoldaşının hadisə vaxtı yerdə qaldığını, ona kömək edilmədiyini, vaxtında xəstəxanaya aparılmadığını, təcili tibbi yardımın gec gəldiyini, həmin vaxta qədər yoldaşının yerə sərilən örtüyün üstündə qaldığını, ona kömək edilmədiyini, xəstəxanada da ona vaxtında kömək edilmədiyini, özünün də sürücü olduğunu, başına belə bir hadisə gələn şəxsin gedib dəfələrlə üzr istəməli olduğunu, amma onların bir dəfə gəldiyini, Zərərçəkmiş şəxs3 güya boynundan xəsarət aldığını, boynunun gipsə qoyulduğunu dediklərini, halbuki 10 gün sonra onun işə çıxdığını eşitdiyini, Nəzakətin xəstəxanada hadisə barəsində heç nə demədiyini, təqsirləndirilən şəxs və yoldaşının onlardan üzrxahlıq istəmədiyini, sadəcə başqa bir şəxslərlə sifariş göndərib onlardan şikayət etməmələri və xərcləri çıxmamasını bildirdiklərini, maşının arxadan yox, böyründən vurulduğunu, yandan vurulduğu üçün yoldaşının iç orqanlarının zədələndiyini, qabırğalarının sındığını, Təqsirləndirilən şəxs dayanmadan yola çıxdığına görə Şahbuzdan gələn avtomobilin onu yan hissədən vurduğunu, maşınların toqquşduğu yeri şəkildə gördüyünü, barışıq niyyətinin olmadığını, təqsirləndirilən şəxsdən şikayətinin olduğunu bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxslə ədavətinin olmadığını, 26 may 2025-ci il tarixdə Cəhri qəsəbəsindən Naxçıvan şəhərinə doğru yola çıxdığını, avtomobildə 2 qadının əyləşdiyini, onların həmkəndlisi olduğunu, yolda gedərkən əl etdiklərini və maşını saxlayıb onları da kənd mərkəzindən götürdüyünü, VAZ 2107 markalı avtomobil idarə etdiyini, avtomobilin istismar vəziyyətinin saz olduğunu, heç vaxt qoyulan sürətdən artıq avtomobili idarə etmədiyini, həmin yolda qoyulan sürət həddi 90 km/saat olduğundan həmin sürətlə hərəkət etdiyini, saat 1615 radələrində Aşağı Uzunoba kəndinə çatmaq üzərəykən Məmmədəlinin avtomobilinin 50 metr uzaqlıqdan dayandığını gördüyünü, onun yol hərəkət qaydalarını pozaraq qarşısına çıxacağını düşünmədiyini, ən azından onun qoşa xətdə gözləyəcəyini və öz hərəkətinə davam edəcəyini, yaxud da sol zolağa çıxacağını və özünün sağ zolaqda hərəkətinə davam edəcəyini düşündüyünü, çünki həmin vaxt sağ zolaqda hərəkət etdiyini, yolda üstünlüyün özünə aid olduğunu, Məmmədəlini görəndə elə də yüksək sürətlə hərəkət etmədiyini, Məmmədəlinin avtomobili onun yoluna çıxanda arada 15- 20 metr məsafə qaldığını, həmin anda edə biləcəyi yeganə hərəkətin tormozu sıxmaq olduğunu, Məmmədəlinin avtomobilinin yola çıxıb müəyyən qədər hərəkət etməsini görmədiyini, öz avtomobilinin sol tərəfinin onun maşınının arxa sağ tərəfinə dəydiyini, tormozu Məmmədəli onun yoluna çıxanda, yəni qoşa xətti keçəndə verdiyini, ilk öncə siqnal, sonra tormoz verdiyini, tormoza sıxsa da, yenə də qəza olduğunu sonra , huşunu itirdiyini və gözünü xəstəxanada açdığını, dodağının yarıldığını, qolu və ayağının yaralandığını, orada ən güclü xəsarəti özünün aldığını, qalan xəstələri təcili tibbi yardımın gətirdiyini, avtomobilinin sol ön tərəfinə zərər dəydiyini, Məmmədəlinin birbaşa gəlib sağ və ya sol zolağa girib yolu kəsəcəyini düşünmədiyini, maşını kənara qaçırtsaydı onda da daha böyük hadisənin baş vermə ehtimalı olduğunu, Məmmədəlinin gözləməli olduğunu, qəzanın hansı zolaqda baş verdiyini xatırlamadığını, maşınların toqquşmasını belə xatırlamadığını, onu görəndə yoluna çıxacağını düşünmədiyini, ona görə tormoz vermədiyini, qəzadan sonra maşının yararsız vəziyyətdə olduğunu, sağ diskin batdığını və təkərin partladığını, maşın aşdığı zaman onun diskinin yerə iz saldığını, amma izin Uzunobaya dönən döngədən neçə metr məsafədə olmasını bilmədiyini, öz avtomobilinin Məmmədəlinin avtomobilinə yola çıxan kimi dəydiyini, yerə düşən zədə məsafəsini isə bilmədiyini, həmin yarığı atası və qardaşının gedib gördüyünü və gəlib bu barədə ona bildirdiyini, hadisə günü axşam saat 12 radələrində xəstəxanadan çıxdığını, səhər yenidən xəstəxanaya getdiyini və boynunun arxasında olan şüşə qırıntısının çıxarıldığını, beyin silkələnməsinə görə müalicə yazıldığını, hadisə yerinə gedib şəxsən baxmadığını, şəxsən orada dayanıb hadisə yerini müşahidə etmədiyini, qəza olan kimi huşunu itirdiyini, hətta qəza səsini belə eşitmədiyini, qəzadan sonra Naxçıvan Mustar Respublikası X17 idarəsinə getdiyini və orada sağ tərəfin diskinin əyildiyini və təkərin yerə yapışdığını gördüyünü, “Sağ arxa tərəf” dedikdə isə maşını sağ arxa qapısı olan hissəni, vəfat edən şəxsin oturduğu hissəni nəzərdə tutduğunu, ancaq sağ zolaqla hərəkət etdiyini, heç vaxt sol zolağa keçmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-in 351.1 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında” 26 may 2025-ci il tarixli, ********* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli baxış protokolu və ona əlavə edilmiş müvafiq fotoşəkillərdən müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Şahbuz avtomobil yolunun 8-ci km-də baş vermişdir. Avtomobil yolu düz və qurudur. Hava tam sakitdir, yağıntı yoxdur. Baxış havanın işıq vaxtı təbii işıqlandırma şəraitində aparılır. Avtomobil yolu 2 gedişli və 2 gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər zolağın eni 4 metr, qoşa xəttin eni isə 0.50 metr olmaqla yolun ümumi eni 16.50 metrdir. Yolun hər iki istiqamətdə sağ kənarı 2 metr enində preslənmiş çınqıl qarışıq olan ehtiyat torpaq yoldan, sonra isə yaşıllıq ərazidən ibarətdir. Avtomobil yolunun Naxçıvan şəhəri istiqamətində sol tərəfində əsas yola bitişik Babək rayon Aşağı Uzunoba kəndinə gedən ikinci dərəcəli asfalt örtüklü yolayrıcı vardır. Naxçıvan şəhəri istiqamətində birinci hərəkət zolağında iki ədəd tormoz izi vardır. Sağ təkərə məxsus tormuz izi 33 metr, sol təkərə məxsus tormuz izi isə 18 metrdir. Qoşa xətdən 4 metr, qoşa xəttin kəsildiyi yerdən isə 5.20 metr məsafədə asfalt örtük yarılmışdır. Baxışa davam etdikcə görünür ki, asfalt üzərinə şüşə qırıqları səpələnmiş, asfaltın bəzi yerlərində örtük yarılmış, asfalt üzərinə rezin, detal və hissəciklər, fara qırıqları səpələnmişdir. Asfalt üzərində yarılma yerlərindən başqa sürtünmə izləri də vardır. Həmin sürtünmə izlərinin sonunda birinci hərəkət zolağında qabaq hissəsi qoşa xəttə tərəf olan və aşaraq düşüb qalmış «Vaz 21074» markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilin qabaq sağ və sol hissəsi qoşa xətdən 4 metr və 3.30 metr məsafədədir. Avtomobilin alın şüşəsi, akkumulyatoru asfalt üzərindədir. Avtomobil aşaraq düşdüyündən ban hissənin əzilməsinə baxmayaraq avtomobilin əsas zərbə alan hissəsi qabaq sol kənarıdır. «Vaz 21074» markalı avtomobilin arxasında Naxçıvan şəhəri istiqamətində yolun sağ kənarında ehtiyat torpaq yolda üzü yolun mərkəzi istiqamətində dayanmış, qəzalı vəziyyətdə olan əsasən arxa sağ tərəfi zərbə alan «Vaz 21033» markalı **- BD-*** qeydiyyat nişanlı avtomobil dayanıb. Hadisə yerinin baxışından, asfalt üzərində olan yarılma və sürtünmə izlərindən, avtomobillərin zərbə aldığı hissələrindən müəyyən olunur ki, «Vaz 21074» markalı avtomobil Naxçıvan şəhəri istiqamətində hərəkətdə olmuş, «Vaz 21033» markalı avtomobil isə Naxçıvan şəhəri istiqamətinə getmək üçün Babək rayonu Uzunoba kənd yolayrıcından hərəkətə başlamış və toqquşmuşlar. Asfalt örtüyün qoşa xətdən 4 metr masafədə olan yarılan hissəsi avtomobillərin toqquşma yeridir. Toqquşma yerindən «Vaz 21074» markalı avtomobilə olan məsafə 30 metrdir. Toqquşmadan sonra «Vaz 21074» matkalı avtomobil aşaraq sürütlənmiş, «Vaz 21033» markalı avtomobil isə aşmadan sürütlənmişdir. (iş vərəqə: 4-6) Baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxs X4 ölümü arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2025-ci il tarixli 27 №-li ekspert rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmə tibbi müayinəsi zamanı aşkar olunmuş «hər iki ağciyərin yuxarı payının cırılmış yarası, sol V-Vİ və sağ V qabırğaların yerini dəyişmiş sınıqları, başın alın nahiyyəsinin sağ yarısının sıyrığı və sağ diz oynağı mahiyyəsinin bayır kənarının qançırı” ilə bağlı xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə sərnişini olduğu minik avtomobilində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənmələri mümkündür, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir və bu canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X1 ölümünə səbəb hər iki ağciyərin cırılması və sol V-Vİ, sağ V qabırğaların yerini dəyişən sınıqları nəticəsində baş vermiş kəskin daxili qanaxma olmuşdur. X1 ölümü xx.xx.2025-ci ildə saat 18:47-də Naxçıvan MR Xəstəxanasında baş vermişdir, bu da meyit əlamətləri ilə inkar edilmir. (iş vərəqə: 47-51) Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər dəyməsi arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 191 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: alt çənə solda İ-İİ, sağda İ-İİ mərkəzikəsici dişlərin travmatik sınığı (dörd ədəd) və yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sol əl-bilək oynağı nahiyyəsinin arxa səthinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası, başın alın nahiyyəsini, burun əsasından başlayaraq sol gözün iç küncünədək davam edən sıyrığı və sol baldır nahiyyəsinin aşağı 1/3-nin ön səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmiş, eləcə də sərnişini olduğu minik avtomobilində baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ glmələri istisna edilmir, qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi yəni xx.xx.2025-ci ildə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilir. ( iş vərəqə: 53-54) İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokol”dan baş vermiş yol-nəqliyyat hadisəsindən sonra «Vaz 21074» markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı avtomobilin qabaq sol hissəsi deformasiyaya uğrayaraq daxilə sıxlmış, kapot və dam əzilib, şüşələr qırılıb, qabaq sol təkər patlayıb, ön sol qapı və qanad əzilib, sol fara qırılıb, avtomobil təmirə yararsız hala düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər dəyməsi arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir kı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2025-ci il tarixli 192 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: «sağ bazu sümüyünün diafizin (yuxarı 1/3-nin) qapalı, qəlpəli yerdəyişmə ilə sınığı, başın alın nahiyyəsinin sol yarısının və başın sağ təpə nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yaraları» bərk küt əşya (əşyalar) təsirindən törənmiş, eləcə də sərnişini olduğu minik avtomobilində baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ glmələri istisna edilmir, qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi yəni xx.xx.2025-ci ildə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilir. (iş vərəqə: 55-57) Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər dəyməsi arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2025-ci il tarixli 202 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: «sol incik sümüyünün boyun sınığı və sağ bud nahiyyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmiş, eləcə də sərnişini olduğu minik avtomobilində baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri istisna edilmir, qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi xx.xx.2025-ci ildə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına sədəb olan az ağır zərərvurmaya aid edilir. (iş vərəqə: 58-59) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli «Nöqsan aktı»nda göstərilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Vaz 21074» markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilə 4700 manat maddi ziyan dəymişdir. (iş vərəqə: 116-117) Cinayət işinin materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərarla X5 ölmüş arvadı zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. (iş vərəqə: 64) Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə: 102) 22 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vərəqə: 132-133; 158-159) Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 851 saylı ekspert rəyində göstərilmişdir ki, «Vaz 21074» markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X11» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış, «Vaz 21033» markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıclarında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. “X11” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 43-cü bəndinə əsasən yolnəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Həmin qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə isə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun X4 ölümü, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulması ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə CPM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası CPM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CPM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarının 17-ci bəndində gösətirilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Yol-nəqliyyat hadisəsi zamanı «Vaz 21033» markalı **-BD-*** qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli, 161/A nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında təqsirləndirilən şəxsdə alkoqol sərxoşluğu vəziyyətinin mövcud olmadığı nəticəsinə gəlinmişdir. Həmçinin cinayət işinin materiallarından Təqsirləndirilən şəxs X12 Nazirliyinin BDYPİ Qİİ/ Naxçıvan Asan X.m tərəfindən verilmiş xx.xx.2024-xx.xx.2026-ci il tarixədək sürücülük hüququ verən, BC seriyalı, 954505 nömrəli, “A1, A, B1, B, C1, C, D1, D” kateqoroyalı sürücülük vəsiqəsinin olduğu, sürücülük hüququndan məhrum edilmədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, CPM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən CM-in 263.2- ci maddəsində qeyd edilən cinayət əməlinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CPM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin ehtiyatsızlıq formasında törədilmiş, maddi tərkibli olmaqla başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «CPM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, CPM-in 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirilir. Qeyd edilən halı digər yüngülləşdirici hallarla birlikdə nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə CM-in 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə işin hallarını və CM-in 45.1-ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin məcəllənin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CPM-in 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən sürücü Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı idarə etdiyi minik avtomobili, eləcə də Şahid məxsus olan və hadisə zamanı idarə etdiyi minik avtomobilləri maddi sübut hesab edilərək, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 İdarəsinin duracağında saxlanca verilmişdir. Cinayət işi materiallarında olan BD seriyalı, 389908 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən aydın olur ki, «VAZ-21033» minik markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahibi təqsirləndirilən şəxsdir və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin cinayət işi materiallarında olan BD seriyalı, 680428 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən aydın olur ki, «VAZ-21074» minik markalı **-BH- *** qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X6r və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra X7 qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. CM-in 198.1-ci maddəsi ilə müəyyən edilir ki, Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının ümumi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq X9 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385- ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının ümumi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq X9 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 İdarəsinin duracağında saxlanca verilmiş «VAZ-21033» minik markalı **-BD-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 İdarəsinin duracağında saxlanca verilmiş « «VAZ-21074» minik markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi X7 qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №1(079)-18/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-18/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver