Məhkəmə qərarları › İş №1(079)-19/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-19/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-19/2025 23.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “01” oktyabr 2025-ci ildə X11 tərəfindən verilmiş Babək rayonu, Hacıvar kəndində qeydiyyatda olan, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. X11 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X5 (cinayətin törədildiyi yer) internet informasiya ehtiyatı hesab olunan “Whatsapp” sosial şəbəkəsində “10m 15 gunen bir hergun atilacaq 1500 goturesiz” adlı ictimai qrupda el arasında “lotareya” adlanan oyunu oynayır. Mən də vasitəçilik ilə həmin qrupa və oyuna qoşulmuşam. Qrupda müxtəlif bölgələrdən 14 nəfər şəxs olmuş, hazırda həmin şəxslərdən biri Aytən Zamanovanın oyunda cığallıq etməsi səbəbindən qrupu (pulunu götürdükdən sonra) tərk etmişdir. Həmin qrupdakı şəxslərdən biri də A.Zamanovanın qaynı arvadı X6r və hadisənin şahidi olmuşdur. Aytən Zamanova aralarında olan şəxsi münasibətlərə söykənərək qaynı arvadı Gülmay Zamanova ilə qrupun digər üzvü Lamiyə adlı xanımın arasını vurmağa çalışmışdır. Bundan sonra A.Zamanova qrupda məndən Lamiyə adlı şəxsin lotareya pulunu göndərməyimi tələb etmiş, mən də sonuncuya bildirmişəm ki, bu bizim məsələmizdir, sən buna qarışma. Buna görə A.Zamanova qrupda qadına layiq olmayan iyrənc və etikadan kənar ifadələr işlətməyə başlamışdır. Mən ona cavab olaraq iradımı ifadə edən səs yazısı (şikayətə əlavə olunmuşdur 2 dəq, 02 saniyə) göndərdim. Bundan sonra A.Zamanova və sonuncunun qayınanası Xədicə Sadıqova (cinayətin törədildiyi tarix) 20 avqust 2025-ci il tarixdə 14 nəfərdən ibarət ictimai qrupda, toplum arasında nalayiq ifadələr və mənim şərəf və ləyaqətimi qəsdən alçaldan sözləri özündə ehtiva edən səsli ismarıc (şikayətə əlavə olunmuşdur 39 saniyə) gödərmişlər. Həmin səsli ismarıcın sonununda A.Zamanova “Gülmaya qarşı nalayiq” ifadələr işlətdiyi üçün qrupda olan Gülmay Zamanova həmin ifadələrin ona qarşı səsləndirildiyini düşünüb, bu barədə həyat yoldaşı Toğrul Zamanova bildirmişdir. Bundan sonra Toğrul Zamanov mübahisəyə qoşularaq qardaşı arvadı Aytən Zamanovadan onun arvadı Gülmay Zamanovanı nə üçün təhqir etdiyini soruşduqda A.Zamanova yeni səsli ismarıc (şikayətə əlavə olunmuşdur 35 saniyə) göndərərək “Toğrul bir Hüseynimin canı, üç qızımın canı mən o sözləri Rənaya demişəm, sənin arvadınla işim yoxdur, Rəna mənə səs atmışdı (A.Zamanovanın istinad etdiyi səs yazısı şikayətə əlavə olunmuş 2 dəq, 02 saniyə olan səsli ismarıcdır) mən də ona cavab vermişəm, yaxşı eləmişəm, Rəna pozğun qadındır, küçə qadınıdır, öz başınadır, əri yoxdur, öz başına gəlib Naxçıvanda otellərdə qalır” ifadələrini işlətmişdir. Göründüyü kimi 20 avqust 2025-ci il tarixdə X5 internet informasiya ehtiyatı hesab olunan “Whatsapp” sosial şəbəkəsində 14 nəfərdən ibarət ictimai qrup, toplum arasında nalayiq ifadələr işlədərək mənim şərəf və ləyaqətimi qəsdən alçaltmalqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini, habelə yalan olduğunu bilə-bilə qəsdən mənim barəmdə internet informasiya ehtiyatı hesab olunan “Whatsapp” sosial şəbəkəsində 14 nəfərdən ibarət ictimai qrup, toplum arasında həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar yaymaqla mənə mənə böhtan ataraq Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini, həmçinin həmin tarixdə Xədicə Sadıqova internet informasiya ehtiyatı hesab olunan “Whatsapp” sosial şəbəkəsində 14 nəfərdən ibarət ictimai qrup, toplum arasında gəlini X5 ilə birlikdə nalayiq ifadələr işlədərək mənim şərəf və ləyaqətimi qəsdən alçaltmalqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir (Xədicə Sadıqovanın şəxsiyyəti mənə tam məlum olmadığından ona qarşı ittiham irəli sürmürəm, onun şəxsiyyəti müyyən edildikdən sonra ona qarşı ayrıca xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edəcəyəm). Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram vasitəsi ilə müraciət edərək X1 şikayət etdiyini, xüsusi ittiham qismində məhkəmə iclasında iştirak edə bilməyəcəyini və şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-nin 302.1.8-ci maddəsində göstərilir ki, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-nin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.8, 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən, X2 Aytən Allahqulu qızına qarşı şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay ismayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar