Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-2/2022 13.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Naxçıvan rayonu, Şıxmahmud kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, üç uşaq atası, orta təhsilli, işsiz, 03 noyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Babək rayonu, Şıxmahmud kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “25” noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2010-cu il tarixdə doğulmuş X12, 29 fevral 2012-ci il tarixdə doğulmuş X6 və 29 dekabr 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat məbləğində alimenti ödəməmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs 7472,40 (yeddi min dörd yüz yetmiş iki manat, qırx qəpik) manat maddi ziyan vurmaqla, Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2009-cu ildə ailə qurduğunu, birgə nikahlarından 14 sentyabr 2010-cu il tarixdə X12, 29 fevral 2012-ci il tarixdə X6 və 29 dekabr 2013-cü il tarixdə isə X7 dünyaya gəldiyini, 2016-cı ilədək ailə münasibətlərinin normal olduğunu, reys şofer işlədiyi üçün normal pul qazanıb evə və uşaqlarına yaxşı baxdığını, 2015-ci il tarixdən yoldaşının səhhətində problemlər yarandığını, onun əsəblərinin pozulduğunu, evdə hər şeyi qırıb-dağıtdığını, ona görə də qayınanasının gəlib Vəsilənin öz yanına apardığını, həmin vaxt özünün Vəsilənin səhhəti ilə bağlı maddi köməklik edə bilmədiyini, buna səbəb isə iki dəfə yol-nəqliyyat hadisəsi törətdiyindən maddi imkanının yaxşı olmadığını, zərərçəkmiş şəxsin təqribən 10 gün anası ilə qaldığını, daha sonra isə qayınanasının gəlib onlarda qaldığını, yoldaşına ev işlərində köməklik etdiyini, 2016-ci ildə Bakı şəhərində yaşayan bacısı Gülsümün ona zəng edib yoldaşının müalicəsinə köməklik etməsini bildirdiyini, özünün də razılıq verdiyini, danışıqların yoldaşı və qayınanasının yanında olduğunu, ertəsi gün qayınanasının yoldaşını götürüb getmək istədiyini bildirdiyini, özünün buna razı olmadığını, qayınanasının onu dinləməyərək yoldaşını Yarımca kəndində olan evlərinə apardığını, daha sonra Vəsilənin onu məhkəməyə verdiyini eşitdiyini, barışmaq üçün dəfələrlə əmisinin oğlu və əmisinin arvadı ilə qayınanasının evinə gedib yalvarsa da onun barışmalarına imkan vermədiyini, qayınanasının qızının xəstə olduğunu və ona qulluq edə bilmədiyini əsas gətirdiyini, Vəsilə ilə evləndikdən sonra onda hər hansı bir xəstəlik görmədiyini, sonradan onun əsəblərinin pozulduğunu, 2017-ci ilin sentyabr ayında uşaqları məktəbə gedəcək deyə övladları X10 və qızı X3 Şıxmahmud kəndində olan anasının evinə apardığını, uşaqlarının orada məktəbə getdiyini, 2019-cu ildə Babək Rayon Məhkəməsindən ona bildiriş gəldiyini, məhkəməyə gedəndə yoldaşının nikahlarının pozulması, uşaqları X8 və qızı X2 ondan alınıb analarının yanında saxlanması, onların üçün ondan aliment alınması barədə məhkəmədə iddia qaldırdığını öyrəndiyini, məhkəmə gedişində də nə qədər yalvarsa da qayınanasının yoldaşı ilə barışmasına imkan vermədiyini, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikahın pozulması, uşaqları X8 və qızı X2 ondan alınıb analarının yanında saxlanması, onların uşaqların saxlanması üçün ondan X11 münasibətdə alimentin tutulmasının əvvəlinin 03 dekabr 2018-ci il tarixdən, X12 və X4 münasibətdə isə anaları Vəsilənin yanında saxlandığı tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinin qərara alındığını, qərardan narazı qalıb Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət versə də, apelyasiya şikayətinin təmin etməyərək, uşaqların ondan alınıb saxlanması üçün analarına verilməsi haqqında qərar verdiyini, uşaqların 2020-ci ilin fevral ayında ondan alınıb anaları Zərərçəkmiş şəxs verildiyini, özü şəkər xəstəliyindən əziyyət çəkdiyindən, həmçinin belində yırtıq olduğundan və himayəsində 86 yaşlı anası yaşadığından işləyə bilmədiyini, uşaqları anasına verənədək onlara bacısının köməkliyi ilə və anasının aldığı pensiyası ilə baxdığını, iki övladı özü ilə birlikdə yaşayanda digər övladının da ona verilməsini istədiyini, lakin Vəsilənin uşağı ona vermədiyini, hazırda üç uşağının anaları ilə birlikdə Yarımca kəndində kirayədə yaşadığını, uşaqlarının saxlanması üçün müəyyən edilən alimenti maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, ailəsi ilə barışıb bir yerdə yaşamaq istədiyini, bundan sonra əvvəlki kimi sürücülük edərək ailəsinə baxa biləcəyini, hazırda himayəsində yaşlı anası olduğundan işləyə bilmədiyini, ailəsini bərpa edə bilsə anasını ailəsi ilə qalacağından özünün işləyə biləcəyini, alimenti ödəmədiyi üçün icra məmurunun onu icra şöbəsinə dəvət edib onu ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edəcəyini bildirdiyini, icra məmuruna və məhkəməyə aliment borcunu maddi imkansızlıqdan ödəyə bilmədiyini bildirsə də Babək Rayon Məhkəməsinin qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edildiyini, həmin vaxt anasının 7 gün evdə tək, 3 gün isə əmisi oğlunun evində qaldığını, anasının qızlarının yanında qalmadığını, nə inzibati məsuliyyətə cəlb edildikdən əvvəl, nə də sonra aliment borcundan ödəniş etmədiyini, özünün ehtiyaclarını anasının pensiyası və kənd camaatının həyətində işləyərək qazandığı pullarla ödədiyini, daimi iş yeri olmadığından və şəkər xəstəsi olduğu üçün səhhətinin ağır işlərdə işləməyə imkan vermədiyindən işləyib uşaqlarının maddi tələbatını ödəyə bilmədiyini, fikrinin ancaq ailəsi ilə barışmaq olduğunu, Zərərçəkmiş şəxs uşaqların saxlanması üçün 7400 manat məbləğində aliment borcunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ailəsinin dağılmasını istəmədiyini, əvvəlki kimi ailəsi və uşaqlarının öz yanında qalmasını istədiyini, alimenti ödəməyə maddi imkanının olmadığını qeyd edib, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsə də, onun Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsinin qərəzli olaraq icra etməməsi məhkəmədə tədqiq edilmiş digər sübutlarla, həmçinin onun öz ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icraatına qəbul etmiş icra məmuru Şahid2 məhkəmədə verdiyi ifadəsində 2016-cı ildən 2021-ci ilin sentyabr ayınadək Babək Rayon İcra və Probasiya şöbəsində icra məmuru işlədiyini, Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli icra vərəqəsinin həmin tarixdə şöbəyə daxil olduğunu və icra vərəqəsinin icraatına verildiyini, icra vərəqəsində Təqsirləndirilən şəxs 29 dekabr 2013-cü il tarixdə doğulmuş X11 münasibətdə alimentin tutulmasının əvvəli 03 dekabr 2018-ci il tarixdən, 14 sentyabr 2010-cu il tarixdə doğulmuş X12 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X4 münasibətdə isə anaları Zərərçəkmiş şəxs yanında saxlandığı tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə üç uşağa görə 300 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinin qət edildiyini, icra vərəqəsi icraatına verildikdən sonra icraata başlamaq haqqında qərar qəbul edərək tələbin bir uşağa münasibətdə dərhal icrası üçün borcluya bildiriş göndərdiyini, borclunun tələbi dərhal icra etmədiyini, onu şöbəyə dəvət edərək aliment borcunu ödəməsini, ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdarlıq etdiyini, borcluya edilmiş xəbərdarlıqlara, barəsində tətbiq edilən məcburi icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs icra vərəqəsini qərəzli olaraq icra etmədiyini, borclunun icra vərəqəsinin icra edilməməsinə səbəb kimi işsiz olduğunu, gəlir əldə etməsi üçün şəraitin olmadığını, şəkər xəstəsi olduğunu və evdə yaşlı anasına baxdığı üçün işləyə bilmədiyini göstərdiyini, borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına sorğular verdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinin verdiyi cavabda borclu Təqsirləndirilən şəxs adına Babək rayonu, Şıxmahmud kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa heç bir əmlak və gəlirlər müəyyən edilmədiyini, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan borcun torpaq sahəsinə yönəldilməsini təmin edə bilmədiyini, onu şöbəyə dəvət edib borcunu ödəməsini, ödəmədiyi halda barəsində inzibati və cinayət məsuliyyətinə cəlb edəcəyi barədə söhbətlər apararaq, yazılı qaydada rəsmi xəbərdarlıq etdiyini, borcluya edilən rəsmi xəbərdarlıqlara baxmayaraq aliment üzrə ödənişlər aparmadığını, onun ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslı şübhələrin olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsinə təqdimat verdiyini, məhkəmənin qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, borclunun yenə də aliment borcunu ödəmədiyini, 2020-ci ilin fevral ayında X12 və X2 ataları Təqsirləndirilən şəxs alınaraq anaları Zərərçəkmiş şəxs verdiyini, həmin vaxtadək Təqsirləndirilən şəxs bir uşaqla bağlı müəyyən edilmiş alimentlə bağlı ümumiyyətlə ödəniş etmədiyini, borclunun yanında qalan iki uşağın analarının yanına verildikdən sonra onların saxlanması üçün müəyyən olunan alimenti də ödəmədiyini, onun mobil telefonuna dəfələrlə SMS bildirişi göndərilməsinə baxmayaraq bundan nəticə çıxarmadığını, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməsini və icra məmurunun qanuni tələblərini icra etmədiyi üçün onun barəsində qanunvericiliyin tələblərinə uyğun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Babək Rayon Məhkəməsinə təqdim etdiyini, məhkəmənin 10 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs on gün müddətinə inzibati qaydada həbs edildiyini, inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment borcunu ödəməsi üçün borcluya xəbərdarlıq edilməsinə baxmayaraq onun yenə də aliment borcunu ödəmədiyini, 03 sentyabr 2021-ci il tarixdə xidməti yerini dəyişərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə getdiyindən icra işinin şöbənin icra məmuru Şahid1 icraatına verildiyini, həmin tarixdən icra işinin icra vəziyyəti barədə məlumatı olmadığını, icra işi öz icraatında olduğu vaxt ərizində Təqsirləndirilən şəxs təqribən 7000 manata yaxın aliment borcu yarandığını, onun ümumiyyətlə icra sənədi üzrə ödəniş etmədiyini bildirmişdir. İcra sənədini icraatına qəbul etmiş digər icra məmuru Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 məhkəmədə şahid qismində verdiyi ifadəsində icra işinin şöbənin icra məmuru Şahid2 xidməti yerdəyişməsi ilə əlaqədar 03 sentyabr 2021-ci il tarixdə onun icraatına verildiyini, icra işini öyrənərkən Babək Rayon Məhkəməsinin icra vərəqəsinin Babək Rayon İcra və Probasiya şöbəsinə daxil olduğunu, icra vərəqəsində Təqsirləndirilən şəxs 29 dekabr 2013-cü il tarixdə doğulmuş X11 münasibətdə alimentin tutulmasının əvvəli 03 dekabr 2018-ci il tarixdən, 14 sentyabr 2010-cu il tarixdə doğulmuş X12 və 29 fevral 2012ci il tarixdə doğulmuş X4 münasibətdə isə anaları Zərərçəkmiş şəxs yanında saxlandığı tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinin qət edildiyini, icra vərəqəsinin icrası ilə bağlı icra məmuru tərəfindən borclu şəxs barəsində bütün məcburi icra tədbirlərinin görüldüyünü, borclu Təqsirləndirilən şəxs tərəfindən aliment üzrə heç bir ödəniş aparılmadığını, borclunun əmlakının, gəlirlərinin müəyyən edilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına yenidən sorğular verdiyini, sorğulara verilən cavablarda borclu Təqsirləndirilən şəxs heç bir əmlak və gəlirlərinin müəyyən edilmədiyini, həmçinin Elektron İcra sistemində olan məlumatlardan da onun adına hər hansı bir əmlakın olmamasının müəyyən edildiyini, icra sənədi icraatına verildikdən sonra özü Təqsirləndirilən şəxs ilə şəxsən görüşməsə də, ona aliment borcunun ödəməsi barədə rəsmi xəbərdarlıq etdiyini, edilmiş xəbərdarlıqlara baxmayaraq borclunun aliment borcunu ödəməsi üçün heç bir səy göstərmədiyini, onun qərəzli olaraq icra sənədini icra etmədiyini, Təqsirləndirilən şəxs qərəzli olmasının isə onun fəhləlik etməsinə baxmayaraq bu günədək icra sənədi ilə bağlı bir manat belə ödəməməsində özünü göstərdiyini, cinayət işinin başlanması barədə təqdimat verənədək Təqsirləndirilən şəxs icra sənədi üzrə 7472 manat aliment borcu yarandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Babək Rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid3 oğlu ifadəsində Babək Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş eyni tarixli icra sənədinin şöbənin icraatına daxil olduğunu, bundan sonra qanunvericiliklə müvafiq olaraq icraata başlamaq haqqında qərar qəbul edilərək icraya yönəldiyini, bununla bağlı borcluya bildiriş verdiyini, məhkəmə qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir uşaq üçün 100 manat olmaqla ümumilikdə üç uşağa görə 300 manat məbləğində alimentin tutulmasının müəyyən edildiyini, dəfələrlə Təqsirləndirilən şəxs icra sənədinin icra olunması barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq bununla bağlı heç bir ödəniş etmədiyini, buna səbəb kimi özünün xəstə olmasını və himayəsində yaşlı anasının qalmasını, həmçinin ailəsini bərpa etmək istəyini göstərmiş, onun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı iki dəfə sorğular verildiyini, lakin tələbin yönəldə biləcək əmlakların müəyyən edilmədiyini, onun işlə təmin edilməsi üçün özünün məşğulluq idarəsi ilə əlaqə saxladığını, lakin Təqsirləndirilən şəxs anasının yaşlı olduğunu bəhanə edərək işlə bağlı həmin orqana müraciət etmədiyini, bununla bağlı onun inzibati məsuliyyətə cəlb edildiyini və onun 10 gün müddətinə həbs olunduğunu, bundan sonra borclunun icra və probasiya şöbəsinə gələrək ailəsini bərpa etməyə çalışacağını desə də, bununla bağlı hər hansı bir barışıq olmadığını, 2021-ci ilin oktyabr ayına qədər onun icra sənədi üzrə 7472 manat məbləğində aliment borcu yarandığını Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli icra sənədi üzrə bu günədək heç bir ödəniş etmədiyini qeyd etmişdir. Şahid4 məhkəmədə verdiyi ifadəsində bacısı Vəsilə ilə Malikin əvvəllər evli olduğunu, onların birgə nikahından 3 uşağın dünyaya gəldiyini, onlar ailə qurduqdan sonra iki il müddətində çox yaxşı yola getdiyini, Malikin bacısına yaxşı baxdığını, böyük uşaqları dünyaya gələndən sonra onlar arasında mübahisələr yaranmağa başladığını, Təqsirləndirilən şəxs onun bacısı Vəsiləni dəfələrlə döyüb söydüyünü və ona “gəl bacını apar dediyini, bundan sonra özünün gedib bacısını gətirdiyini, bu hadisənin bir neçə dəfə təkrarlandığını, sonradan isə ailənin bərpa olunduğunu, bir neçə dəfə Maliklə bacısına qarşı olan davranışları ilə əlaqədar danışıq olsa da bunun nəticə vermədiyini, sonuncu dəfə isə bacısı ayrılıb gələndə onu tanımadığını, həmin vaxt bacısına “daha bundan sonra o evə qayıtma” dediyini, həmin vaxt bacısının uşaqları da özü ilə bərabər gətirdiyini, lakin sonradan Malikin onlara gələrək uşaqların orada məktəbə gedə bilməyəcəyini deyib böyük və ortancıl uşağı özü ilə apardığını, balaca uşağın isə bacısının yanında qaldığını, sonradan bacısı Vəsilənin uşaqları istədiyini, özünün gedib onları gətirdiyini, lakin təqsirləndirilən şəxsin şikayəti əsasında uşaqları ona qaytardıqlarını, bacısı məhkəmədə boşanma ilə bağlı iddia qaldırdıqdan sonra uşaqların ona geri qaytarıldığını, məhkəmə qətnaməsi ilə onların saxlanılması üçün bir uşağa görə 100 manat miqdarında aliment müəyyən edildiyini, lakin Təqsirləndirilən şəxs bu günədək bir manat olsun belə ödəniş etmədiyini, onun əvvəllər reys şoferi işlədiyini, daha sonra isə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olduğunu, bacısı Vəsilə Malikdən ayrıldıqdan sonra əvvəlcə onunla yaşadığını, daha sonra isə ona yük olmaq istəmədiyini bildirib kirayədə qaldığını, Vəsilənin işləmədiyini, onun uşaqlarına baxmaqda özünün maddi köməklik etdiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etmədiyindən proses iştirakçılarının fikri nəzərə alınmaqla onun iştirakı olmadan məhkəmə baxışı iclası keçirilmiş və zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan və tədqiq etmişdi. Zərərçəkmiş şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 13 yanvar 2010-cu ildə ailə həyatı qurduğunu, nikahlarından 14 sentyabr 2010-cu il tarixdə X12, 29 fevral 2012-ci il tarixdə X6 və 29 dekabr 2013-cü il tarixdə isə X7 doğulduğunu, əri Malikin reys şoferi işlədiyi, normal pul qazanıb evə və uşaqlarına yaxşı baxdığı üçün ailə münasibətlərinin təqribən 3 il normal olduğunu, lakin Malikin spirtli içkiyə meylli olduğu üçün spirtli içki qəbul etdikdən sora ona və uşaqlarına yaxşı davranmadığını, spirtli içki qəbul etdiyi zaman dəfələrlə onu döyüb-incidib, nalayiq sözlərlə təhqir etdiyini, onu dəfələrlə döydüyü üçün səhhətində xəstəlik yarandığını, 2016-cı ildən həyat yoldaşından ayrılıb uşaqları ilə birlikdə valideynlərinin yanına getdiyini, qardaşının onu müalicə olunmaq üçün Bakı şəhərinə dəfələrlə apardığını, Malikin müalicə olunduğu müddətdə onunla maraqlanmadığını, maddi köməklik göstərmədiyini, 2017-ci ilin sentyabr ayında qayınanasının gəlib uşaqlar məktəbə gedəcək deyə oğlu X10 və qızı X3 Şıxmahmud kəndinə atasının yanına apardığını, həmin gündən sonra Malikin uşaqları ona göstərmədiyini, onunla barışıb evə qayıtmaq istədiyini bildirdiyini, Malikin düzəlməyəcəyini bildiyi üçün onunla barışmadığını, ondan ayrılaraq uşaqları ilə birlikdə yaşamaq qərarına gəldiyini, 2019cu ildə Babək Rayon Məhkəməsində nikahlarının pozulması, uşaqları X8 və qızı X2 atasından alınıb onun yanında saxlanması və uşaqlarının saxlanması üçün atası Təqsirləndirilən şəxs aliment alınması barədə məhkəmədə iddia qaldırdığını, Babək Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış nikahın pozulması, uşaqları X8 və qızı X2 atasından alınıb onun yanında saxlanması və uşaqlarının saxlanması üçün atası Təqsirləndirilən şəxs X11 münasibətdə alimentin tutulmasının əvvəlinin 03 dekabr 2018-ci il tarixdən, 14 sentyabr 2010-cu il tarixdə doğulmuş X12 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X4 münasibətdə isə onun yanında saxlandığı tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 (bir yüz ) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi haqqında 15 may 2019-cu il tarixdə qətnamə qəbul etdiyini, uşaqların onun yanında saxlanılması haqqında qərar verilsə də, Malikin uşaqları ona vermədiyini, məhkəmənin qərarında narazı qalıb Ali Məhkəməyə şikayət verdiyini, Ali Məhkəmənin şikayəti təmin etməyərək, uşaqların onun yanında saxlanmasına qərar verdiyini, uşaqların 2020-ci ilin fevral ayının 24-də icra məmurunun təkidi ilə alınıb ona verildiyini, həmin tarixdən üç uşağı və anası ilə birlikdə Yarımca kəndində kirayədə yaşadığını, Malikin nə onunla, nə də uşaqlarla maraqlanmadığını, ona və uşaqlarına atasının və qardaşının maddi cəhətdən köməklik etdiyini, onlara yük olmaq istəmədiyini, kirayə yaşadığı evin kirayəsini ödəməkdə və uşaqlarının maddi ehtiyacını ödəməkdə çətinlik çəkdiyini, Təqsirləndirilən şəxs oğlunun uşaqların saxlanması üçün müəyyən edilən aliment üzrə bu günədək heç bir ödəniş etməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyini, Təqsirləndirilən şəxs onunla barışaraq bir yerdə yaşamaq istədiyini, barışmadığı halda isə alimenti ödəməyəcəyini bildirdiyini, Malikə barışıb bir yerdə yaşamaqlarının mümkün olmadığını bildirdiyini, məhkəməyə və Babək Rayon İcra və Probasiya şöbəsinə dəfələrlə müraciət etdiyini, icra işinin icra məmuru Malik müəllimin icraatında olduğunu, icra məmurunun onu dəfələrlə qəbul edərək alimentin ödənilməsinə kömək edəcəyini bildirdiyini, icra məmurunun borclunu dəfələrlə şöbəyə dəvət etdiyini, söhbətlər apardığını, lakin borclunun işləmədiyini və maddi imkanının olmadığına görə aliment borcunu ödəmədiyini bildirdiyini, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməyə görə Babək Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edildiyini, bu barədə icra məmuru Malik müəllimin ona məlumat verdiyini, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra da aliment borcunu ödəmədiyini, ona görə də icra məmuruna Malikin yaranmış aliment borcunu ödəməsini, ödəmədiyi halda isə onun cinayət məsuliyyətinə cəlb edilməsini bildirdiyini, Bayramov Malik Həsən oğlunun ona 7472,40 manat (yeddi min dörd yüz yetmiş iki manat qırx qəpik ) aliment borcu olduğunu, aliment borcunu tələb etdiyini, aliment borcunu ödəmədiyi təqdirdə barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini göstərmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hökmü, qərardadı, qərarı və ya əmri olmalı və o, bu məhkəmə aktını qərəzli olaraq icra etmədikdə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətdikdə cinayət tərkibi yaranır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(079)-56/2019 nömrəli qətnaməsindən Zərərçəkmiş şəxs 03 dekabr 2018ci ildə məhkəməyə Təqsirləndirilən şəxs qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etməsi, onun tələbinin təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan 14 sentyabr 2010-cu il təvəllüdlü X12, 29 fevral 2012-ci il təvəllüdlü X6 və 29 dekabr 2013-cü il təvəllüdlü X7 Zərərçəkmiş şəxs yanında qalması və Təqsirləndirilən şəxs onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 (bir yüz ) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, alimentin tutulmasının əvvəli X11 münasibətdə 03 dekabr 2018-ci il tarixdən, X12 və X4 münasibətdə isə onların Zərərçəkmiş şəxs yanında saxlanıldığı tarixdən hesablanması qət edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan X11 münasibətdə qətnamə dərhal icraya yönəlmişdi. Cinayət işi səhifə 19-21-də olan sənədlərdən görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli icra sənədi həmin gün icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və 16 may 2019-cu ildə həmin icra sənədi üzrə icra məmuru Şahid2 icraata başlamaq haqqında qərar qəbul etmişdi. İş materiallarında olan sənədlərdən aydın olur ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra o, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsindən irəli gələn hərəkətləri etmiş, yəni icraata başlamaq haqqında qərarı tələbin könüllü icra haqqında bildirişlə bərabər Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim etmişdi (iş vərəqə 22-24). İcraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən o da görünür ki, borcludan Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli icra sənədinin dərhal icrası tələb edilmiş və tələbin könüllü icra barədə bildirişlə həmin qərar ona 20 may 2019-cu ildə təqdim edilmişdi. Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsindən o da müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahından olan uşaqlarından X12 və X6 atalarının yanında qaldığından onların barəsində alimentin tutulmasının əvvəlinin onların anasına verilməsi anından başlayır. Zərərçəkmiş şəxs 24 fevral 2020-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən isə görünür ki, X12 və X6 həmin tarixdə ona verilmişdi. Bu isə o deməkdir ki, həmin uşaqlara münasibətdə alimentin tutulması 24 fevral 2020-ci ildən hesablanmalıdır. Həmçinin həmin ərizədə qeyd edilir ki, həmin ana qədər Təqsirləndirilən şəxs aliment borcu 1500 manat təşkil edir. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs barəsində icrası məcburi olan məhkəmə qərarının mövcud olması və onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəlməsini təsdiq edir. Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsinin təqsirləndirilən şəxs tərəfindən icra edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İcra sənədinin icra edilməsinin təmin edilməsi üçün, həmçinin onun icra etməmənin nəticələri barədə icra məmurunun 25 iyun 2019-cu il tarixli, 188-03/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli, 188-04/2019 nömrəli və 25 yanvar 2021-ci il tarixli, 94492/188-09/2019-97- 4-003 nömrəli bildirişlərlə Təqsirləndirilən şəxs rəsmi qaydada xəbərdar etməsi iş materialları ilə (iş vərəqə 31-34), həmçinin məhkəmədə dindirilən şəxslərin ifadələri ilə sübuta yetirilir. Həmçinin Təqsirləndirilən şəxs icra sənədi üzrə bu günədək ödəniş etmədiyini inkar etmir. Bu qeyd edilən isə özlüyündə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsini icra etmədiyini göstərir. Lakin cinayət qanunvericiliyinin tələbindən də görünür ki, məhkəmə qərarının icra edilməməsi yalnız qərəzli olduqda məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İşin yuxarıda araşdırılmış hallarından məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinin mövcud olması öz təsdiqini tapır. Borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il qərarınında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qeyd edilən halın tədqiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 3(079)-14/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı olaraq dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətmiş və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdi. Bunlardan başqa icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə şübhələrin olduğunu nəzərə alaraq icra məmuru Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsinə 25 iyul 2019-cu il tarixdə təqdimatla müraciət etmiş, onun təqdimatı məhkəmənin 02 avqust 2019-cu il tarixli qərardadı ilə təmin edilərək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdı (iş vərəqə 35-43). Bu qeyd edilən isə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)-56/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində alimenti ödəməmə səbəbi kimi şəkər xəstəliyindən əziyyət çəkməsi, himayəsində yaşlı anasının olmasını qeyd etməsinə münasibət bildirən məhkəmə belə hesab edir ki, bunlar onun özünün məsuliyyətə cəlb edilməməsi və öz hərəkətinə əsas qazandırmaq üçün etdiyi müdafiə xarakterli hərəkətlərdir. Çünki onun ifadəsindən də görünür ki, o bəzən fəhləlik etməklə öz tələbatlarını qarşılasa da, bu günədək əldə etdiyi qazancdan bir manat belə olsun ödəniş etməyib. Digər bir tərəfdən isə o, izahatında bildirir ki, ailəsini bərpa etdiyi təqdirdə əvvəlki kimi reys sürücüsü işləyəcək. Yəni bu ifadələr özlüyündə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli ədalət mühakiməsi əleyhinə olan təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin “şəkərli diabet” xəstəliyinin olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 86 yaşlı anasının qalmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 12 noyabr 2021-ci il tarixli, 218 nömrəli arayışından Təqsirləndirilən şəxs 23 fevral 2017-ci il tarixdən “Şəkərli Diabet” diaqnozu ilə dispanserdə qeydiyyatda dayanması; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 28 oktyabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması; - Babək rayonu, Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli, 103 nömrəli arayışdan Təqsirləndirilən şəxs Babək rayonu, Şıxmahmud kəndində anası X9 ilə birlikdə yaşaması; -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan X9 01 iyul 1936cı ildə anadan olması; - Babək rayonu, Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olması aydın olur. Qeyd edilən yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyil, həminin ona təqsirləndirildiyi əməlin sanksiyasında qeyd edilən digər cəzanın təyin onun məqsədinə çatmağa imkan vermir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinin tələbinə əsasən hökmün icrasını təmin etmək məqsədi ilə təqsirləndirilən şəxsin barəsində 03 noyabr 2021-ci ildə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanımalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanması hazırki iş üzrə hökmün çıxarıldığı vaxtdan, yəni 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəflərinə ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin isə məhkəməyə təqdim etdiyi hesabatda isə onun təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərilməsi müəyyən olunur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı hökmün çıxdığı gündən, yəni 13 yanvar 2022-ci il tarixdən hesablansın. Müdafiəçi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına 60 (altmış) saat göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqq ona Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə onun surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-2/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-2/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver