Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-2/2025 21.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şərur rayonu, Xanlıqlar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan, evli, 3 uşaq atası, ALOV Servis MMC-də mexanik vəzifəsində çalışan, məhkumluğu olmayan, 06 sentyabr 2024-cü il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 01 oktyabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs2 təklifi ilə razılaşıb 2019-cu ilin oktyabr ayından sonuncu və onun şəriki Zərərçəkmiş şəxs1 məxsus Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən avtomobil şinlərinin satışı, dəyişdirilməsi və təmiri sexində fəhlə kimi işləməyə başlamış, 2020-ci ilin sonlarında sexdə usta köməkçisi işləyən Şahid5 səhhəti ilə əlaqədar işdən çıxdığı üçün onun yerinə usta köməkçisi kimi işləməyə davam etmiş, usta işləyən İntiqam Əcəbov da bir müddət sonra işdən çıxdığından həmin sexdə usta kimi fəaliyyət göstərmişdir. Sexdə usta kimi işləməyə başladığı dövrdə ona tapşırılan işin öhdəsindən yaxşı gəldiyi üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və şəriki Zərərçəkmiş şəxs1 etibarını qazanmış və adıçəkilən şəxslər sexdə yerləşən ofisin və avtomobil şinlərinin saxlandığı anbarın açarını ona verərək şin satışını şifahi razılaşma əsasında ona həvalə etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs anbarda olan avtomobil şinlərindən bir hissəsini mənimsəyib satmaqla əldə olunacaq pulu şəxsi ehtiyaclarına sərf etmək qərarına gəlmiş, bu məqsədlə o, 2021-ci ilin mart ayından başlayaraq 2023-cü ilin aprel ayınadək olan müddət ərzində, tarixləri və saatları istintaqa dəqiq məlum olmayan müxtəlif vaxtlarda zərərçəkmiş şəxslər tərəfindən faktiki ona etibar edilmiş 2800 manat dəyərində 7 ədəd “Doublestar” markalı 315/60/22,5 ölçülü təzə təkər şini, 335 manat dəyərdə 1 ədəd “Traxmax” markalı 1000R20 ölçülü təzə təkər şini, 2160 manat dəyərində 4 ədəd “Royalblack” markalı 385/65/22,5 ölçülü təzə təkər şini, 1680 manat dəyərində 4 ədəd “Bossway” markalı 315/80/22,5 ölçülü təzə təkər şini, 2250 manat dəyərində 5 ədəd “Taitong” markalı 315/70/22,5 ölçülü təzə təkər şini, 360 manat dəyərində 2 ədəd “Homa” markalı 6,50R16C ölçüdə təzə təkər şini olmaqla ümumi dəyəri 9585 manat təşkil edən 23 ədəd təzə təkər şinlərini vahid niyyətlə talayıb ayrı-ayrı şəxslərə qəsdən dəyərindən ucuz qiymətə satmaqla əldə etdiyi pulu mənimsəyib şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında 2019-cu ildə Əkbər adlı şəxsin onun yanında işləməyə başladığını, 2020-ci ildə 1 ədəd şin satdığını, bunu aliment borcu olduğu və kirayədə yaşadığı üçün etdiyini, belə ki, aldığı əmək haqqının kifayət etmədiyini, dövlət ittihamçısının suallarına cavabında 2019-cu ildən Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən Alov Servis təkər sexində işlədiyini, həmin sexin Əkbər və Nəsimi adlı şəxslərə məxsus olduğunu, orada ilk öncə fəhlə kimi işlədiyini, həmin sexdə təkər təmiri və satışı işinin aparıldığını, sexin anbar, iş otağı və istirahət otağından ibarət olduğunu, daha sonra iş yoldaşının birinin təkər partladığı üçün xəsarət almasına görə işdən ayrıldığını və özünün orada usta kimi işləməyə başladığını, 2023-cü ilin sentyabr ayında işdən çıxarıldığını, həmin tarixə qədər orada təkər təmiri ilə məşğul olduğunu, sexdə olan anbarın açarını da Əkbərin onun özünə həvalə etdiyini, nbarda yalnız təzə şinlərin olduğunu, köhnələrin isə çölə yığıldığını, müştəri gəlib şin almaq istəyəndə Əkbərə xəbər verib anbardan şini götürüb həmin şəxslərə satdığını, anbarın bir qapısının olduğunu, 1700 manat aliment borcunun yığıldığını, özünün isə cəmi 300 manat maaş aldığını, 180 manat isə kirayə verdiyini, şinin birini satıb aliment borcunu verməyi düşündüyünü, həmin şini satıb pulunu özünə götürməsindən isə sahibkarların xəbərinin olmadığını, Aftandil adlı şəxsin sexə gəlib-getdiyini və onunla orada tanış olduğunu, ona dəyərindən ucuz qiymətə şin satmağı təklif etdiyini, 3856522.5 ölçülü Röyal Black markalı şinin birini Aftandilin oraya göndərdiyi sürücüyə 250-300 manata verməklə satdığını, bu hadisənin konkret hansı tarixdə baş verdiyini xatırlamadığını, amma təxminən 2021-ci ilin sonları, 2022-ci ilin əvvəlləri olduğunu, daha sona Şamin adlı şəxsə təkər satdığını, Şaminin servisin daimi müştərisi olduğunu, Şaminə 2023-cü ilin sonlarında 4 ədəd 3156022.5 ölçülü təkər satdığını və cəmi 700-750 manat pul aldığını, əslində isə həmin təkərlərin qiymətinin baha olduğunu, daha sonra Şərurdan Fikrət adlı şəxsin işlənmiş təkər axtardığını və Fikrətə 2 ədəd 3158022.5 ölçülü təzə təkəri 700 manata satdığını, daha sonra Limon Kafedə işləyən Cabir adlı şəxsə 2 ədəd təkəri 180 manata satdığını, alınan pulların əslində təkərlərin real qiyməti olmadığını, ucuza satdığını, etdiyi əməlin qanunsuz olmasını bildiyini, satışları gündüz vaxtı işdə olduğu vaxt ərzində etdiyini, sədrlik edənin suallarına cavabında Əkbərin şəxsi həyətində əvvəlcə fəhlə kimi işlədiyini, ondan əgər sexdə iş olarsa xəbər etməsini xahiş etdiyini, daha sonra Əkbərin ona mal-təkər gəldiyini və anbara yığmaq lazım olduğunu bildirdiyini, belə-belə orada gətir-götür işlərinə baxdığını, 2019-cu ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayına qədər Qoşadizədə yerləşən Alov Servisdə fəhlə olaraq işlədiyini, orada şin təmiri, maşın düzlüyünün tənzimlənməsi, yəni razval işlərinin görüldüyünü, aralarında əmək müqaviləsi bağlandığını və özünün də vergi ödədiyini, anbarın açarının 2020-ci ildən həm onda, həm də Təhmasib adlı ustada olduğunu, ofisə sərbəst girib çıxdığını və təzə təkərlərin yığıldığı anbarın açarlarının isə oturduqları otaqda olduğunu, 2022-ci ilin sonlarından 2023-cü ilin mart ayına qədər orada işləmədiyini, 2023-cü ilin martından isə usta kimi işləyən şəxsin xəsarət alması səbəbindən özünün usta kimi sexə bərpa olunduğunu, ilk dəfə 2020-ci ildə Aftandil adlı şəxsə qiymətindən aşağı təkər satdığını, Aftandilə 3856523.5, 3158022.5, 3157022.5, 3156022.5 ölçülərdə 3 il ərzində 15 ədəd təkər satdığını, ondan bunların qarşılığında cəmi nə qədər pul almasını tam xatırlmadığını, amma 4000 manata yaxın pul aldığını, təkərlərin hamısının Röyal Black markalı olduğunu, 3156022.5 ölçülü olan təkərin real dəyərinin 500 manat olduğunu, şinlərin real qiymətləri bildiyini, lakin Aftandilə bir ədədini 300 manatdan deməsinə baxmayaraq onun hər birinə 250 manat verdiyini, daha sonra Şamin adlı şəxsə təkər satdığını, Şaminin təkərlərin aşağı qiymətə satıldığını bildiyini, belə ki, özünün Şaminə təkəri ucuza satdığını dediyini, daha sonra isə təkəri Şaminin qardaşı Nihadın gəlib götürdüyünü, ona 4 ədəd 3156022.5 ölçülü təkəri cəmi 1700 manata satdığını, təkərin birini 300 manatdan razılaşdıqlarını amma Şaminin ayrı-ayrılıqda təkərlərə 250 manat və 300 manat pul verdiyini, pulu müştərilərdən bəzən obyektdə, bəzən isə çöldə aldığını, alınan-satılan malların adlarını və sayını sahibkarlar Nəsimi və Əkbərin də olduğu vatsap qrupuna atdığını, sahibkarların da haqq-hesabı özlərinin apardığını, amma qiymətindən ucuz satdığını malların adını orada qeyd etmədiyini, buna görə həmin ucuz satışlardan və onların pulunu mənimsəməsindən sahibkarların xəbərinin olmadığını, orada həmişə satış olduğunu və bunun üstünün açılmasının asan məsələ olmadığını, Şamindən sonra Fikrət adlı şəxsin sürücüsünə təkər verdiyini, oraya gələndə təkərin qiyməti barədə razılaşdıqlarını və 3158022.5 ölçülü təkərdən 2 ədədini ona satdığını, markalarının təxminən Taitong və ya Royal Black olduğunu, sonra isə Cabir adlı şəxsin oraya təkər almağa gəldiyini, ona da 2 ədəd dəyərindən aşağı qiymətə təkər satıb pulunu özünə götürdüyünü, müştərilərin qiymətin niyə ucuz olması barədə soruşmadıqlaırını, satılan təkərlərin təzə olduqlarını, köhnələri isə yalnız müştəri köhnə təkər istəyən zaman satdıqlarını, 2022-ci ilin noyabr ayında aliment borcuna görə barəsində Şərur Rayon Məhkəməsinin qərarı 15 gün inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyini, həbsdən azad olduqdan sonra isə borcun yarısının ödənilməli olduğunu bildirdiklərini, həmin satıb mənimsədiyi təkərlərə görə aldığı pulları kirayə, aliment və digər borclarına verdiyini, çöl torpağını satıb zərərçəkmişlərə dəyən zərəri ödədiyini, əməlindən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında - 2021-ci ildə ev tikdiyini və Samiqin orada fəhlə işlədiyini, onu daha sonra "xxxx" MMC-də fəhlə olaraq işə götürdüyünü, sonra isə işçilərdən biri yaralandığı üçün onu sexə usta olaraq təyin etdiyini, son zamanlarda Aras kargodan Nehrəm qəsəbə sakini Samir adlı şəxsin ona kargoya topdan təkərlərin gəlməsi barədə məlumat verdiyini, bundan sonra servisə gedib Samiqə niyə oğruluq etdiyini soruşduğunu, onun da kargo şirkətinə təkər vermədiyini, amma başqa şəxslərə satdığını etiraf etdiyini, daha sonra isə əslində kargodakı təkərlərin onlara məxsus olmadığını öyrəndiyini, Doublestar, Röyal Black, Taitong kimi firmaların təkərlərini Naxçıvan şəhərində ancaq özlərinin satdığını,kargodan ona zəng gəldiyini və təkərlərindən oğurlanıb satılması barədə deyildiyini, ondan sonra şəriyi Zərərçəkmiş şəxs1 zəng edib özlərinin satdığı firmalara məxsus təkərlərin başqa yerlərdən çıxması barədə bildirdiyini, ondan sonra həmin malların əslində özlərinə məxsus təkərlər olmadığını müəyyən etdiklərini, lakin Samiqin həmin vaxt 3 ildir ki, dəyərindən ucuz qiymətə onlara məxsus təkərləri satıb mənimsədiyi etiraf etdiyini, ondan sonra müvafiq orqanlara Samiqin barəsində şikayət ünvanladıqlarını, "xxxx" MMC-nin 2021-ci ildən fəaliyyət göstərdiyini, Babək rayonu, Qoşadizə məhəlləsində yerləşdiyini, təkər satışının həyata keçirdiyini, Samiqin anbara usta olaraq digər işçi yaralandıqdan sonra təyin edildiyini, normalda təkər satılanda müştərilərin ona zəng etdiyini, özünün da bununla bağlı Samiqə müvafiq göstəriş verdiyini və satışın bu şəkildə təşkil edildiyini, özünün isə daha çox Naxçıvan şəhərində yerləşən Servisdə olduğunu, Samiqin özünün müştəriyə qiymət demə, qiymətdə endirim etmə səlahiyyətinin olmadığını, Samiqin Aftandil, Şamin və digər şəxslərə təkər satıb mənimsədiyini etiraf etdiyini, təkərlərin müxtəlif modellərdə və ölçülərdə olduqlarını, onların sayını tam bilmədiklərini, bütün təzə təkərləri anbarda saxladıqlarını, anbardakı malların sayı ilə bağlı heç bir qeydiyyat aparılmadığını, həm yük, həm də minik avtomobilləri üçün anbarda şinlər olduğunu, sexdə kamera quraşdırıldığını, Samiq Limon kafedə işləyən şəxsə təkər satanda kameradan əslində onun 4 ədəd təkər apardığını gördüyünü, lakin Samiqin həmin təkərlərin köhnə olduqlarına dair onu inandırdığını, həmin vaxta qədər təkərlərin yox olmasından xəbərsiz olduqlarını, arada kənar şəxslər bu barədə nələrsə desə də buna inanmadığını, hər həftə gələn malı qeydiyyat etmədiklərini, dəyən zərərin ödənildiyini, sədrlik edənin suallarına cavabında işlətdikləri digər Servisin Naxçıvan şəhərində olduğunu, hadisənin isə Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən Alov Servis MMC-də baş verdiyini, həmin MMC-ni özünün qurduğunu, Nəsimini isə 7 il bundan öncə tanıdığını, bir müddət oranı şərik kimi işlətdiklərini, hazırda isə ortaqlıqlarının davam etmədiyini, Samiqi işə Nəsimi ilə məsləhətləşib birlikdə götürdüklərini, Samiqin 2020-2021-ci illərdə özünə ev tikəndə fəhlə olaraq orada işlədiyini, Alov Servisə də fəhlə kimi işə girdiyini, orada bir müddət fəhlə kimi işlədiyini, sonra isə Təhmasib adlı şəxs yaralandıqdan sonra usta olaraq işə başladığını, fəhlə olanda müştərilərə çay verdiyini, gətir-götür işlərini həyata keçirdiyini, satışı isə Təhmasibin apardığını, Təhmasibdən sonra isə usta kimi Samiqi işə götürdüyünü, həmin vaxt anbarın açarını da Samiqə verdiyini, müştəri gələn zaman Samiqlə əlaqə saxladığını, həmçinin sexdə müəyyən işləri yerinə yetirməyi Samiqə tapşırdığını, Aftandili tanımadığını, Şamini isə tandığını, satılıb mənimsənilən mallar haqqında məlumatının olmadığını. 9-10 ay bundan əvvəl xəbər tutduğunu, vurulan zərərin əvəzinin ödənildiyini, lakin 2000 manatının qaldığını və Samiqin hazırda həmin sexdə işləməyə davam etdiyini və borcunu bu şəkildə ödəyəcəyin dair razılaşdıqlarını, hazırda servisdə bütün işlərin sistemləşdirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında Samiqin 2020-ci ildə Əkbərin həyətində fəhlə kimi işlədiyini, Əkbərin də onun işini bəyəndiyini və işgüzarlığına görə onu Alov servisdə fəhlə kimi işə götürdüyünü, əslində Samiqin bir-iki dəfə oğurluq etməsi ilə bağlı məlumat aldığını, həmçinin onu bir neçə dəfə tutduğunu və ona iradını bildirdiyini, lakin xeyrinin olmadığını, işə çox vaxt nəzarət edə bilmədiklərini, belə ki, özünün ticarətlə bağlı tez-tez xarici ölkələrdə olduğunu, Əkbərin də əksəriyyət vaxt başqa işlərin arxasınca getdiyini və Naxçıvan şəhərindəki "xxxx" MMC-də olduğunu, buna görə də Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən sexin bir növ başsız qaldığını, Samiqin da bundan sui-istifadə etdiyini, 2024-cü ilin yanvar ayında oğurluq barədə məlumat aldıqlarını, Əkbərin zəng edib satdıqları firmaların təkərlərinin Aras kargoda olduğunu dediyini, həmin vaxt kargo vasitəsilə kiməsə təkər göndərmədiklərini, bundan sonra kargoya getdiyini və təkərlərin xüsusiyyətlərindən onların satdığı təkərlər olduğunu bildiyini, Röyal, Doublestar, Taitong, Klintold kimi firmaların təkərlərinin Naxçıvan şəhərində yalnız onlarda olduğunu, lakin kargoda sənəd göstərildikdən sonra artıq həmin təkərlərin Bakı şəhərindən də gətirildiyini müəyyən etdiklərini, bundan sonra Samiqdən şübhələndiklərini, Samiqin gəlirinin çox yaxşı olduğunu və buna inana bilmədiyini, daha sonra Samiqin mal gələrkən malı boşaldanda oradan bir-iki ədəd şin götürüb satıb pulunu özünə götürdüyünü öyrəndiklərini, Samiqin əməlini etiraf etdiyini və müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə təkər satdığını bildirdiyini, belə ki Aftandilə 29 ədəd, başqa bir şəxsə 14 ədəd təkər satdığını dediyini, həmin təkərlərin özlərinə məxsus olduğunu və qiymətini də ancaq özlərinin müəyyən etdiklərini, Samiqin müştəriyə qiymət deməyə ixtiyarının olmadığını, satış olarkən ona “bu qiymətə sat” dediklərini, Samiqin də buna uğyun olaraq təkər satdığını, əməlini etiraf etdikdən sonra müvafiq orqanlara müraciət etdiklərini, sədrlik edənin suallarına cavabında Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən Alov Servisin icarə haqqını Əkbərin ödədiyini, Samiqin orada 3 ildən çox fəaliyyət göstərdiyini, özünün isə 2017-ci ildən 2023-cü ilədək orada Əkbərlə birlikdə şərik olaraq işlədiyini, Əkbərin və özünün Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən Alov Servisə hərdənbir baş çəkdiklərini, daha çox Naxçıvan şəhərində yerləşən servisdə olduqlarını, orada mühasib Şahid6 oturduğunu, onun da bu məsələlərlə bağlı hər hansı məlumat vermədiyini, Samiqin orada günlük gələn gəlirdən 50 faiz pul götürdüyünü və aylıq təxminin 3-4 min manat gəlirinin olduğunu, bu səbəbdən də oğurluq etməsinə inanmadıqlarını, anbarda olan təkərlərin Royal Black 3856522.5- 600 manat, 3158022.5- 500 manat, 1000R20 - 400 manat, Bossway 3158022.5 - 500-400 manat və s. qiymətdə olduqlarını, ən çox isə Doublestar markalı təkərin satıldığını, şəxsin Aftandilə 15 ədəd, Şaminə 12 ədəd, limon kafedə işləyən şəxsə isə 2 ədəd təkər satdığını bildirdiyini, bunun şahid ifadələri ilə təsdiq olunduğunu, Samiqin onun yanında heç vaxt dəyərindən ucuz qiymətə təkər satmadığını, dəyən zərərin əvəzinin qismən ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirdi. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Samiqi çox tanımadığını, İntiqamı tanıdığını, Alov Servis MMC-dən köhnə təkər aldıqlarını, Samiq orada işləyəndə ona köhnə təkər olanda deməsini xahiş etdiyini, Samiqin onu çağıraraq ucuz qiymətə təzə təkər olduğunu bildirdiyini, 3-4 ay sonra Samiqin ona zəng edib 400 manata bildirdiyini, o, etiraz edəndə 350 manata satdığını, sonra zəng edib yenə təkər olduğunu dediyini, ondan sonra 3-4 dəfə təkər aldığını, Samiqi 2021-ci ildən tanıdığını, onu Elsevər adlı yerdə təkər sexindən tanıdığını, Samiqin orada təkər təmir etdiyini, zərərçəkənləri tanımadığını, oraya təkər təmiri üçün tırla getdiyini, özünün də getdiyini, sürücünün də getdiyini, Rəafel adlı şəxsdən aldığını, Türkiyədən gələn təkərləri kargodan aldığını, Samiqin özünün ona zəng edib təzə təkər olduğunu bildirdiyini, Samiqdə açarın olduğunu, o, təkər almağa gedəndə ona təkərin olduğunu dediyini, amma marka olaraq bilməsə də təzə təkər aldığını, amma xatırlamadığını, ilk dəfə təkər alanda 400 manat olduğunu dediyini, yeni təkərin qiymətinin o cür olduğunu deyəndə 350 manata razılaşdıqlarını, o qiymətə 2 ədəd aldıqlarını, bir dəfə obyketin yanında bir dəfə isə İpək olunda Samiqə verdiyini, onun bazar qiymətindən ucuz olduğunu bildiyini, hər zaman Samiqin özünün ona zəng etdiyini, 1 ay ara ilə ucuz olduğu üçün təkər aldığını, 2-ci dəfə yadında deyil amma 7-80-lik təkər aldığını, onda da 2 ya da 3 ədəd təkərin birini 300 manatdan aldığını, hər yerdən təkər ala bildiyini, Samiqdən qətiyyən şübhələnmədiyini, pulu da ofisə apardığını dediyini, ümumən 15 ədəd təkər aldığını, 4470 ya da 4400 manat verdiyini, yanlarında heç kimin olmadığını bildirmişdir.Həmçinin, Şahid1 izahatına fizika müəllimi olduğunu, həm də sahibkar olduğunu, həmin yerin Qoşadizə məhəlləsində yerləşdiyini, oranı Elsevər kimi tanıdıqlarını, oranın mülkiyyətçilərini tanımadığını, onları görmədiklərini, orada İntiqam adlı şəxsin təkərlərə razval verdiyini, çox vaxt oraya getmədiklərini, təkərləri anvaq tır üçün aldıqlarını, **-BK-*** markalı arxa nömrə **-ZA-*** digəri isə **-BK-*** və 67-BL üçün aldığını, axırıncı dəfə bir ildən çoxdur ki ondan təkər aldığını, şəxsin ona 15 ədəd təkər almağını qəbul etmədiyini, əslində 8-9 ədəd aldığını, 4470 manat Samiqə 3800 manat isə polisə ödədiyini, orada dəyən zərərin əvəzi olaraq qalıq pulun ödənildiyini, bunların təkərin real qiymətləri olduğunu, orada 8 ədəd təkər aldığını etiraf etdiyini, amma pis davrandıqlarına görə qəbul etməli olduğunu, pulu isə Əkbərə ödədiyini, səhər ödəməyi bildirsə də Əkbərin həmin gün ödənilməli olduğunu dediyini, şəxsin telefon nömrəsini xatırlamadığını, təkəri gətirən adamın üzünü də görmədiyini, Qazel şofirinin adını bilmədiyini, təkərin bir dəfə satılan yerdə maşına yığıldığını, qalanını isə göndərildiyini, minik avtomobilinə isə təkər alıb-almadığını bilmədiyini, prado markalı maşına təkər almadığını, təkəri göndərəndə evdə olmadığından damın arxasına yığıldığını, bir dəfə isə oğlunun qabağına çıxdığını, 1 dəfə iki, 1 dəfə üç, 1 dəfə birini gətirildiyini, 6-7 ədəd təkərin gətirildiyini, 1 dəfə isə dördünü gətirdiyini əlavə etmişdir. Şahid7 məhkəmə iclasında verdiyi izahatında bu işlə bağlı məlumatının olmadığını, çay əsnasında ikisinin danışıqlarına şahid olduğunu, Nəsimi, Əkbəri və Samiqi tanıdığını, təxminən 1 il olar ki, tanıdığını, onları Naxçıvan şəhər insanı kimi tanıdığını, ilk dəfə sexə 1 il bundan qabaq getdiyini, Alov servisdə Qoşadizədə olan yerdə olduğunu, təqsirləndirilən şəxsi orada görmədiyini, pul məsələsi ilə bağlı qiyabi olaraq Samiqin təkər satdığını bildiyini, çay əsnasında (2024 fevralda) orada görüş zamanı Dan Yeri kafesində Rahiblə birlikdə çay içdiklərini, Rahibi özünün tanışı olduğunu, orada Nəsimi, Əkbər və Samiqin olduqlarını, təxminən Samiqin təkərləri ucuz qiymətə satdığını, vəsaitini də mənimsəndiyini bildirdiklərini, orada Nəsimi ilə Əkbərin söhbətindən Əkbərin Naxçıvanda yalnız həmin təkərləri onların firmasının əli ilə Samiq tərəfindən satılmasını bildirddiklərini, çay zamanı Samiqin də kimə satdığıını dediyini, şəxslərin adlarını tanımaadığını, orada davanın olmadığını, başqa məlumatının olmadığını, görüşü Əkbər və Nəsiminin təşkil etdiyini, onlarla tanışçılığının olduğunu, sahibkarlaıqla bağlı görüş olduğunu, xidmətlərlə bağlı Danyeri kafesində fevralda 2024-cü ildə Rahiblə özünün orada olduğunu, Rahiblə yoldaşçılığının olduğunu, həmin vaxt orada xəbərdar olduğunu, axşam saatlarında onlar gəlib masada əyləşdiklərini, orada Samiqlə danışdıqlarını, etiraz etmədiklərini, vəzifəsinin onlara aid olmadığını, təxminən yarım saat sonra Samiqin gəldiyini, söhbətə Əkbərin başladığını, Əkbər Samiqə təkər oğurlayıbsa etiraf etməsini, Samiqin də boynuna aldığını, markayla bağlı heç nə danışılmadığını, istintaqda sayla bağlı ifadə vermədiyini, məsələnin 2021-ci ildə olduğunu, Əkbər də Samiqə onu necə xatırladığını soruşduğunu, qeyd də tutulmadığını, Samiqdən heç nə almadığını bildirmişdir. Şahid8 məhkəmə iclasında verdiyi izahatında Danyerində çay içərkən söhbətin ona maraqlı olmadığı üçün söhbətə fikir vermədiyini, şəxsləri 7 il olar ki tanıdığını, onlarla çay da içdiklərini, təqsirləndirilən şəxsi isə onun işçisi kimi tanıdığını, onun Qoşadizədə işlədiyini, obyektin təkər sexi olduğunu, adını bilmədiyini, Samiqi Nəsimi və Əkbərin yanında gördüyünü, çay içmə məsələsinin təxminən qış aylarında olduğunu, bu ilin əvvəlləri olduğunu, Rəşadın onunla oturub çay içdiyini, lakin daha sonra təsdüfən Nəsimi və Əkbərin oraya gəldiklərini, həmin vaxt Samiqin orada olmasını bilmədiyini, təkər məsələsini bilmədiyini, orada oturanda nə deyildiyinin yadından çıxdığını, təkərlərin oğurlandığını bildirildiyini, obyektdən təkər oğurlanması söhbətini eşitdiyini, amma Samiqə nə sual verildiyini bilmədiyini, Samiqin nə dediyini xatırlamadığını, Samiqdən nə vatx götürüldüyünün soruşulduğunu, Samiqin də satdığını dediyini bildirmişdir. Şahid10 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 1 il bundan qabaq maşının təkərinin partlamışdır, Əkbərə zəng edib maşının təkərinin dəyişdirilməsini bildirmişdir, ondan sonra Əkbərin göndərdiyi adam ona təkər şəkili göndərmişdir, o da şəkli Əkbərə atmışdır, ondan sonra Əkbər ondan həmin təkərin şəkilini kimin atdığını soruşdu, maşının təkəri partladığı üçün Əkbərə zəng etdi, ondan təkərin dəyişilməsini istədi, vaxt olmadığna görə Əliabadda işləyən həmin adam təkəri dəyişib apardı, ona həmin təkərdən onda olduğunu bildirdi, təkəri Əkbər göndərdi, təkəri dəyişən adam ona şəklini atdı ki satıram, o, də Əkbərə atdı, Əkbər də ona həmin təkərin onun olduğunu bildirdi, həmin şəxsin adını bilmirdi və onu tanımırdı, şəkli Əkbərə atdı ki bəlkə alarlar, həmin şəxsin adını da tanımır, onun da adı Əkbər olmalıdır, yadında qalmayıb, sonrası ilə bağlı bilmədi, daha sonra ona zəng olmadı, atdığı nömrə də yadında deyil, Rəfaelin işlətdiyi yer kargodur. Samiqdən təkər almayıb, Əkbərdən 500 manata, 400 manata alıb. Şahid3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2 təkər alıb, təkərin də pulunu hissə-hissə verib, təkəri pulunu aparıb işçiyə verib, Samiqi sexdə görüb, Elsevər restoranın yanında sex olduğunu bildirib, oraya gedib təkər alıb, yaxın dostu Danyerində işləyirdi, borcunu verməyə gedəndə dostu onu yönləndirib,. Əkbərdən təkəri gedib götürüb, 16-lıq təkər idi.,220 manat 2 ədəd təkər alıb, Samiqdən təkər almayıb, adı komputerdə olmayıb, o işi görən olsaydı pulu verməzdi, o, Samiqi görməyib, pulu qadın buğalterə verdim, ondan sonra çıxıb gedib, ümumən 440 manata təkər alıb, 2022-ci il olardı, şəxsin adının Samiq olması yadında deyil, həmin vaxt orada təkər alındığını görüb, pulunu da kassaya ödəyib, məbləğlə bağlı sahibkarla danışıb, Əkbər özü qiyməti deyib, ona 220 manata satdı, Samiqlə qiymət söhbəti etməmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında hadisənin 2021-ci ildə olduğunu, Samiqdən 4 ədəd təkər aldığını, təkərin birini maşının üstünə vurub qalanını evə göndərdiyini, Samiqi təkər sexindən tanıdığını, təxminən 3-4 il olar tanıdığını, təkər sexində Elsevər adlanan yerdə yerləşdiyini, adının Alov olduğunu, oranın Əkbərə aid olduğunu, Nəsiminin sonradan gəldiyini, oraya razval da vurulduğunu, Samiqin təkər dəyişdiyini, vaxtlarının yadında olmadığını, maşınının təkəri partladığı üçün oraya getdiyini, Samiqi gördüyünü, 1 ədəd təkər istədiyini, Samiqin də təkəri vurduğunu, öncə 400 manat verdiyini, 4 ədəd təkər aldığını, birincini alanda 400 manat verdiyini, 3 ədədi göndərəndə isə Bakıda olduğunu, 60-lıq təkər olduğunu, sonra Samiqin zəng edib ucuz qiymətə təkərin olduğunu, aliment ödəyəcəyini və ehtiyacının olduğunu, Əkbərin ona təkər verdiyini, onun da etiraz etdiyini, evdən ona pulu verdiklərini, üç təkəri də sonra göndərdiyini, ona təkəri işinə görə verdiyini dediyini, cəmi 1760 manat verdiyini, birini dəyişdikdən 1 ay sonra olduğunu, hər qiymətə təkərin olduğunu, 480- 550 manata satıldığını, Samiqin 440 manata satdığını, ümumən 1760 manat ödədiyini, Samiqin özünün təhvil verdiyini bildirmişdir. Şahid6 məhkəmə iclasında verdiyi izahatında Alov Servis MMC-də mühasib işlədiyini, onu Əkbər və Nəsiminin işə götürdüyünü, Samiqin də onlarla işlədiyini, oğurluq məsələsindən 2024-cü ilin yanvar ayında xəbərinin olduğunu, Əkbərin ona Samiqin təkərləri icazəsiz satdığını dediyini, özünün isə bu məsələdən xəbərinin olmadığını bildirdiyini, suallara cavabında Alov Servisin sahibinin Zərərçəkmiş şəxs2 olduğunu, sexin Tumbul kəndində tır parkında yerləşdiyini, özünün servisdə 2023-cü ilin avqust ayında işə girdiyini, həmin vaxt sexin Babək rayonu Qoşadizə qəsəbəsində Elsevər restoranının yanında yerləşdiyini, özünün sexdə saat 10-dan 2-ə qədər işdə olduğunu, satışların qeydiyyatını apardığını, nisyələri yazdığını, Samiqin də orada ustanın yanında işlədiyini, Samiqin təkərləri ucuz qiymətə satmasıyla bağlı əvvəllər məlumatının olmadığını, bundan sadəcə 2024-cü ilin yanvar ayında məlumatının olduğunu, Əkbərin ondan Samiqin təkərləri ucuz qiymətə satmasıyla bağlı məlumatının olub-olmamasını soruşduğunu, özünün isə Əkbərə “birinci dəfədir bu məlumatı sizdən eşidirəm” dediyini, özünün həmin ərəfələrdə servisdən bir müddətlik işdən çıxdığını, bu səbəbdən bu hadisələrə şəxsən şahidlik etmədiyini, bunu sadəcə Əkbər ondan soruşduqda öyrəndiyini, təkər satılan şəxsləri tanımadığını, özünün içəridə, ofisdə oturduğunu, ona görə təkərlərin satışını görmədiyini, müştəri təkəri nisyə aldıqda onun qeydiyyatını apardığını, şəxslərin ad-soyadını və qalıq məbləği yazdığını, təkərlərin kimə və hansı qiymətə satılması barədə qərarı Əkbərin verdiyini, Nəsimi və Əkbərin oraya ara-sıra həftədə 1-2 dəfə gəldiklərini, bəzən həftə ərzində ümumiyyətlə gəlmədiklərini, gələndə də haqq-hesabı soruşduqlarını, haqq-hesabı Nəsimi isə apardıqlarını, özünün iştirakı ilə nə vaxtsa kəsir aşkar edilmədiyini, özünün qeydiyyatdan kənar təkər satışı ilə bağlı heç nəyə şahidlik etmədiyini, qeydiyyat zamanı təkər markalarının da yazıldığını, “Doublestar-“3856522,5”, “3156022,5”, “3158022,5” ölçülərdə”, “RöyalBlack - 3158022,5”, “3156022,6” ölçülərdə, Traxmax, Bossvay “3158022,5”, Taitong – “3158022,5”, Homa və s. markalarda olduğunu, Aftandil adlı şəxsi tanımadığını, Şahid2 isə tanıdığını, təkər alarkən onun qeydiyyatını apardığını, Samiqin ona qeydiyyatda nələrisə olduğundan fərqli yazmaqla bağlı xahişinin olmadığını bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində səhhətində yaranmış problemlərlə bağlı hazırda heç bir yerdə işləmir, əvvəllər isə şəxsi yük avtomobili ilə Şərur rayon Yol-tikinti təmir idarəsində müqavilə əsasında sürücü kimi işləmişdir. Bir ədəd “Şaqman” markalı yük maşını var. Zərərçəkmiş şəxs2 təxminən biriki dəfə görmüşdür. Yük avtomobilinə çox yerdən təkər almış, üzərindən çox vaxt keçdiyinə görə baş verənləri dəqiq xatırlaya bilmir. Samiqin işlədiyi sexdə ucuz təkər satılmasını, 500 manatlıq təkərin 350 manata satıldığını eşitdikdən sonra oraya maşın göndərmiş, Samiqdən 2 ədəd təkər alaraq ona 700 manat pul ödəmişdir. Lakin həmin təkərlərin gizlin yolla əldə edildiyini bilməmişdir. Hərdən bəzi sexlər təkərləri ucuz qiymətə vermiş, həmin təkəri sex sahibinin özünün ucuz qiymətə satmasını düşünüb almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, 2024-cü il may ayından "xxxx"də təkər-balans ustası işləyir. 2018- 2020-ci illərdə Babək şəhəri Qoşadizə məhəlləsi ərazisində yerləşən Elsevər restoranının yaxınlığındakı Zərərçəkmiş şəxs2 məxsus təkər sexində təkər-balans ustası işləmiş, 2020-ci ildə işdən çıxmış, 2022-ci ildə yenidən həmin sexə qayıtmış və 2023-cü ilin fevral ayı təkrar işdən çıxmışdır. Təqsirləndirilən şəxs 2020-ci ildə Elsevər restoranının yaxınlığındakı Zərərçəkmiş şəxs2 məxsus təkər sexində təkər-balans ustası işləyən zaman tanımış, həmin vaxt Samiq fəhlə kimi işləmişdir. Həmin sexdə onunla birgə İntiqam Əcəbov da usta kimi işləmişdir. 2022-ci ilin təxminən iyun-iyul aylarından yenidən sexə qayıtmış bu zaman Samiq sexdə usta kimi işləmiş və təkər satışı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs2 təkər satışını Samiqə həvalə etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, Babək rayon Hacıvar kəndində yaşayır və özünə məxsus Foton markalı, **-BL-*** nömrəli yük maşını ilə yük daşıyır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs tanımır, Şahid1 uzun müddət olar ki, tanıyır. 2022-ci ilin təxminən dekabr ayı maşınının arxa təkərində olan nasazlığı aradan qaldırmaq üçün Babək rayonunda “Elsevər” restoranının həyətində olan təkər düzəltmə sexinə getmiş, orada sexdə uzun saçlı, üzü tüklü usta olmuş, o, maşınının təkərinə yamaq vurmuş və 15 manat istəmişdir. Ona 15 manat vermək istəyən zaman usta adının Samiq, soyadının Əkbərov olduğunu, “2 ədəd TİR təkəri var, həmin təkərləri ataq maşına Yarımca kəndində yaşayan Aftandil müəllimin evinə aparacaqsan. Buna görə sənə 10 manat pul verəcəm” demiş, əvvəlcədən Aftandil müəllimi tanıdığı üçün təkəri hansı ünvana aparcağını bilmiş və razılaşmışdır. Samiq 2 ədəd təkəri maşının arxasına, yük yerinə atmış, bundan sonra təkərləri Yarımca kəndində Aftandilin yaşadığı evə aparmış, qapını Aftandilin oğlu açmış, onunla köməkli maşının üzərindəki 2 tərkəri yerə atmışlar. Təxminən 20-30 gündən sonra Samiq onun mobil telefonuna zəng edib təkər sexinə gəlməyini, təkər aparacağını bildirmiş, ora gedərək təkərləri maşına yığmasını demiş, Samiq ona “maşını sexin yan tərəfinə ver, gözlə sakitçilik olsun, kənar şəxslər çıxıb getsin təkəri maşına qoyacam” deyə cavab vermişdir. Samiq həmin vaxt tır maşının təkərini sökmüş, arada yan-yörəsinə baxmış, təxminən 20 dəqiqə gözlədikdən sonra ətrafda adam azalmış, Samiq ona maşını sexin yan tərəfinə, razval edilən otağa, yamaya sürməsini demiş, maşını razval edilən otağa, yamanın üzərinə sürmüş, orada tanımadığı tır sürücüləri olmuş, bundan sonra Samiq 3 ədəd tır təkərini anbardan gətirib maşına qoymuşdur. Samiq təkərləri Aftandilin evinə aparacağını demiş, buna görə 20 manat vermiş, həmin 3 ədəd təkəri də Aftandilin evinə aparmışdır. Təxminən 15-20 gün sonra Samiq yenə onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edib Aftandilə təkər aparmağın lazım olduğunu bildirmiş, həmin vaxt ora getmiş, sexdə Samiq tək olmuş, o, yenə maşına 3 ədəd tır təkəri atıb Aftandilin evinə aparmağını demiş və heç nə deməmiş gediş haqqı üçün 20 manat vermişdir. Bundan sonra maşınla Yarımca kəndinə getmiş, Aftandili çağırmış, onun arvadı çölə çıxmış, ona təkər gətirdiyini demiş, qadın isə “qardaş təkərləri maşından at yerə gəlib özləri götürəcəklər” deyə bildirmişdir. Buna görə təkərləri maşından yerə atıb getmişdir. Təxminən 15-20 gündən sonra Samiq yenidən zəng edib Aftandilə təkər aparmağın lazım olduğunu bildirmiş, yenə də təkər sexinə getmiş, maşını sexdən kənarda yan tərəfdə saxlamış, təxminən 5 dəqiqədən sonra Samiq maşına 3 ədəd təkər atmış və 20 manat gediş haqqı vermişdir. Həmin vaxt da təkərləri Aftandilin yaşadığı evə aparmış, Aftandilin oğlu ilə köməkli maşının üzərindəki təkərləri yerə atmışlar. Bundan sonra təxminən 2023-cü ilin yanvar-fevral aylarında Samiq yenidən zəng etmiş, buna görə sexə getmiş, maşını razval edilən otağa, yamaya sürmüş, Samiq maşına yenə 3 ədəd təkər atmış, həmin təkərləri Aftandilin evinə aparmışdır. Aftandilin evinə ümumilikdə 4 və ya 5 dəfə təkər aparmış, apardığı təkərlərin ümumi sayı isə təxminən 14-15 olmış, təkərlərin hamısı tır təkəri olmuş, lakin markasını və ölçüsünü bilməmişdir. Əvvəl Samiqi həmin sexin sahibi hesab etmiş, araşdırma zamanı sexi Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 şərikli işlətməsini öyrənmişdir. Sexə təkər götürməyə getdiyi vaxtların heç birində Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 orada görməmiş, çox vaxt Samiq sexdə tək olmuşdur. Samiq həmişə ona müxtəlif mobil nömrələrlə zəng etmiş, buna görə də onun mobil nömrəsini telefonuna qeyd etməmişdir. Samiqin təkərləri Aftandilə hansı qiymətə satmasını, Aftandilin təkərlərin pulunu ona hansı formada verməsini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, hazırda Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən Elsevər restoranın yaxınlığındakı təkər sexində təkər təmiri ustası işləyir, sexin müdiri Habil Eylazovdur. Bundan əvvəl isə 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs2 “Elsevər” restoranın yaxınlığındakı təkər sexində fəhlə kimi 1 həftə işləmiş, Təqsirləndirilən şəxs onun ustası olmuş, Samiq həm də sexdə təkər satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus təkərləri mənimsəyib satmasını həmin sexdə işçilər danışan zaman eşitmiş, təkərləri hansı qiymətə satması, kimlərə satması, nağd və ya nisyə satması, onun nə qədər pul mənimsəməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, hazırda “Araz karqo”nun təkər sexində usta işləyir, əsasən təkər satışına nəzarət edir. Təkər sexində “Starmax”, “Taytonq”, “Anteo” markalı təkərlər satılmış, bu təkərlər Türkiyədən Fatih adlı şəxsdən və Bakı şəhərindən “My Tres MMC”dən alınmışdır. 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 onların sexinə gəlib təkərləri haradan aldıqlarını soruşmuş, ona Bakı şəhərindən aldığını demiş, əlavə olaraq Türkiyədən Fatih adlı şəxsin də təkərlərinin olduğunu demişdir. Nəsimi ona inanmamış və polisə müraciət etmiş, araşdırma zamanı təkərləri Bakıdan və Türkiyədən aldığı təsdiqlənmiş, həmçinin həmin şirkətlə bağlanmış müqavilə və əlavə sənədləri təqdim etmişdir. Nəsimi sexə gələn zaman orada “Starmax”, “Anteo”, “Taytonq” və “Doublestar” markalı təkərlər olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə əməlində cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təklifi ilə razılaşıb 2019-cu ilin oktyabr ayından sonuncu və onun şəriki Zərərçəkmiş şəxs1 məxsus Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən avtomobil şinlərinin satışı, dəyişdirilməsi və təmiri sexində fəhlə kimi işləməyə başlamış, sexdə usta kimi işləməyə başladığı dövrdə ona tapşırılan işin öhdəsindən gəldiyi üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və şəriki Zərərçəkmiş şəxs1 etibarını qazanmış və adıçəkilən şəxslər sexdə yerləşən ofisin və avtomobil şinlərinin saxlandığı anbarın açarını ona verərək şin satışını şifahi razılaşma əsasında ona həvalə etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs anbarda olan avtomobil şinlərinin bir hissəsini mənimsəyib satmaqla əldə olunacaq pulu şəxsi ehtiyaclarına sərf etmək qərarına gəlmiş, bu məqsədlə o, 2021-ci ilin mart ayından başlayaraq 2023-cü ilin aprel ayınadək olan müddət ərzində, müxtəlif vaxtlarda zərərçəkmiş şəxslər tərəfindən faktiki ona etibar edilmiş 2800 manat dəyərdə 7 ədəd “Doublestar” markalı 315/60/22,5 ölçülü təzə təkər şini, 335 manat dəyərində 1 ədəd “Traxmax” markalı 1000R20 ölçülü təzə təkər şini, 2160 manat dəyərində 4 ədəd "Royalblack" markalı 385/65/22,5 ölçülü təzə təkər şini, 1680 manat dəyərində 4 ədəd “Bossway” markalı 315/80/22,5 ölçülü təzə təkər şini, 2250 manat dəyərində 5 ədəd "Taitong” markalı 315/70/22,5 ölçülü təzə təkər şini, 360 manat dəyərində 2 ədəd “Homa” markalı 6.50R16C ölçüdə təzə təkər şini olmaqla ümumi dəyəri 9585 manat təşkil edən 23 ədəd təzə təkər şinlərini vahid niyyətlə talayıb ayrı-ayrı şəxslərə qəsdən dəyərindən ucuz qiymətə satmaqla əldə etdiyi pulu mənimsəyib şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşdur. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə cinayət əməlinin tərkibi vardır. Belə ki, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 2021-ci ilin mart ayından başlayaraq 2023-cü ilin aprel ayınadək olan müddət ərzində müxtəlif ölçülü və dəyərdə şinlərini ayrı-ayrı şəxslərə qəsdən dəyərindən ucuz qiymətə satmaqla əldə etdiyi pulu mənimsəyib şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurması ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, yazılı sübutlar və ekspert rəyləri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 337 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində 7 ədəd “Doublestar” markalı 315/60/22,5 ölçülü təzə təkər şini 2800 manat, 1 ədəd “Traxmax” markalı 1000R20 ölçülü təzə təkər şini 335 manat, 4 ədəd “Royalblack” markalı 385/65/22,5 ölçülü təzə təkər şini 2160 manat, 4 ədəd “Bossway” markalı 315/80/22,5 ölçülü təzə təkər şini 1680 manat, 5 ədəd “Taitong” markalı 315/70/22,5 ölçülü təzə təkər şini 2250 manat, 2 ədəd “Homa” markalı 6,50R16C ölçüdə təzə təkər şini 360 manat olmaqla cəmi 23 ədəd təzə təkər şininin 9585 manat dəyərində olduğu göstərilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, zərərəkmiş şəxsin və şahidlərin ifadələri, yazılı sübutlar, ekspert rəyləri, həmçinin protokollarla kifayət qədər sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxsin təqsirli bilindiyi 179.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59.2-ci maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CMnin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatdadır, amma verdiyi izahatında ünvan 2 ünvanında kirayə yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Şərur rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. CM-in 198.1-ci maddəsi ilə müəyyən edilir ki, Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının ümumi dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq X3 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şərur rayonu, Xanlıqlar kəndində yerləşən yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının ümumi dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq X3 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-2/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-2/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver