Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-24/2024 23.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx xxx 1988-ci ildə Babək rayonu, Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, bir uşaq atası, fərdi sahibkar, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 181.2.5-ci və 326.2-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq müəyyən etdi : Tərtib edilmiş məhkəməyədək sadələşdirilmiş icraata dair yekun protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə vətəndaş Təqsirləndirilən şəxs əvvəlcədən aralarında olan mübahisə zəminində Babək rayon Cəhri qəsəbəsində yolda Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlər sağ gözün ağlı qişasına məhdud qansımza ilə müşaiyət olunan sağ gözətrafı nahiyyəsinin dərialtı hematoması, sağ üst göz qapağının sıyrığı olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat qaydasında yekun protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, dindirilmiş zərərçəkmiş və şahid ifadələri və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilir. Törətdiyi əməldən peşman olduğunu, Naxçıvan şəhərində “Şəhər məscidi” adlanan məscidin qarşısında yerləşən köşkdə əvvəlcə telefon satışı ilə, daha sonra orada “peraşki və qutab” satışı ilə də məşğul olduğunu, 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs həmin köşkə gəldiyini və kartında pul olduğunu, lakin həmin pulla ancaq “elektronik” əşyaları ala biləcəyini bildirdiyini, Zərərçəkmiş şəxs təklifi ilə 1500 manat ona pul verdiyini, lakin bu məsələdən Zərərçəkmiş şəxs ondan yoldaşı Ceyhunənin xəbərinin olmamasını xahiş etdiyini, daha sonra Zərərçəkmiş şəxs telefonları sifariş etdiyini, həmin telefonlar 5 ədəd Redmi Note 12, 1 ədəd S12 və 1 ədəd Samsung A14 olduğunu, telefon gəldikdən sonra, Zərərçəkmiş şəxs mağazaya gələrək 2 ədəd note 12 markalı telefonu götürdüyünü və aparıb müxtəlif şəxslərə 200 manata satdığını, ona isə hərbiçi yoldaşına satdığını və pulu alacağını dediyini, bundan bir ay sonra o, həmin telefonları Zərərçəkmiş şəxs başqa şəxslərə 200 manata satıldığını öyrəndiyini, Zərərçəkmiş şəxs telefonları niyə dəyərindən ucuz qiymətə satdığını soruşduğunu, Zərərçəkmiş şəxs da bunu inkar etdiyini, daha sonra bununla bağlı aralarında mübahisələr yarandığını, o da telefonları gətirməsini dediyini, daha sonra polisə verdiyini, bundan sonra Zərərçəkmiş şəxs yoldaşının ona zəng edərək onun guya Zərərçəkmiş şəxs pul borclu olduğumu bildirdiyini, O də onun Zərərçəkmiş şəxs borclu olmadığını dediyini, daha sonra O Ordubad rayonunda olarkən Zərərçəkmiş şəxs oğluna zəng edərək “atana de qaçıb gizlənməsin” “nalayiq sözlər” dediyini. O da digər nömrə ilə Zərərçəkmiş şəxs zəng edərək “gəl şəhərə görüşək” dediyini, Zərərçəkmiş şəxs isə ona söyüşlə danışdığını, noyabr ayının 12-də O, yoldaşı Şəhanə ilə qayınanasını bu məsələyə son qoyulsun deyə Zərərçəkmiş şəxs evinə göndərdiyini, Zərərçəkmiş şəxs isə orada balta ilə yoldaşının üzərinə hücum çəkərək yoldaşı Şəhanəni ölümlə hədələdiyini, Zərərçəkmiş şəxs daha sonra ona təhqirlə dolu vatsapp ilə yeddi səs yazısı göndərdiyini, həmin səsyazılarında “sən kişi deyilsən, arvadsan” kimi sözlər işlətdiyini, körpə oğlunu da söydüyünü, O bütün bu olanlara görə həddən artıq əsəbiləşdiyini, bu qədər sözün qabağında özünü cilovladığını, qaynatasının da həmin söyüşləri eşidəndə əsəbləşdiyini, O bu söyüşləri qəbul edə bilmədiyini, bundan bir gün sonra Cəhri qəsəbəsinə gedərək Zərərçəkmiş şəxs zəng etdiyini, əgər Zərərçəkmiş şəxs ondan üzr istəsəydi O, Zərərçəkmiş şəxs heç nə etməcəyini, amma Zərərçəkmiş şəxs ona “get işinlə məğul ol” dediyini, O həmin vaxt özünü saxlaya bilməyib onu vurduğunu, O söyüşlərin qarşısında ailə və uşağı üçün səbr etdiyini, hazırda Zərərçəkmiş şəxs onunla “prinsip” ədavət apardığını, Zərərçəkmiş şəxs məqsədinin noyabr ayının 12-si onu söyüb oraya getməyə sövq etməklə polisə tutdurmaq olduğunu, hal-hazırda da Zərərçəkmiş şəxs məqsədinin onu həbs etdirmək olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə səhər saat 8-də baş verib, səhər saat 08-də Cəhridə görüşdük, həmin vaxt orada heç kim olmayıb, həmin vaxt Zərərçəkmiş şəxs ilə görüşməyi təsadüfən olub, belə ki O, səhər Cəhri qəsəbəsinə xalça götürmək üçün gedibdir, həmin vaxt yolda Qiyası da görüb və onu niyə söydüyünə görə söhbət etmək üçün maşına çağırıb, O Zərərçəkmiş şəxs maşına minməsini istəyəndə Zərərçəkmiş şəxs ona “səninlə sonra görüşəcəyəm. Mən də niyə söyürsən deyəndə “yaxşı edirəm” deyibdir, Zərərçəkmiş şəxs başqa yerindən vurmayıbdır, Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra 2 yumruq və təpik vurubdur, Zərərçəkmiş şəxs yıxıldıqdan sonra durub gedibdir, O da maşına minib şəhərə gedibdir, daha sonra polisə çağırıblar, həmin gündən bu günədək Zərərçəkmiş şəxs ilə görüşməyib, telefonla barışmaq üçün 1-2 dəfə cəhd edibdir, Zərərçəkmiş şəxs yoldaşı “yox məhkəmədə görüşərik” deyibdir, onun tutulmağını istəyirlər, barışıq üçün çox cəhd edibdir, lakin heç bir faydası olmayıbdır, başqa yerlərdən də, hətta işlədiyi hərbi hissədən də barışıq təklif olunub, O Zərərçəkmiş şəxs təhqir etməyibdir, sadəcə görüşə gəlməyəni söyübdür, birinci Zərərçəkmiş şəxs onu söyüb, O Zərərçəkmiş şəxs pulu ödəyibdir, 3000 manatlıq telefonun da 187 manat bonusunu Zərərçəkmiş şəxs özü götürüb, Onun Cəhri qəsəbəsinə getməkdə məqsədi Zərərçəkmiş şəxs döymək olmayıbdır. Əlavə olaraq Təqsirləndirilən şəxs sualları cavablandıraraq bildirdi ki, avqust ayının 04-05də Zərərçəkmiş şəxs gələndə ona 1350 manat, daha sonra 150 manat veribdir, həmçinin telefonların sifarişindən bonus qalan 187 manat pulu yarıbayarı böləcəkdilər, yəni ona 93 manat pul verməli idi, Zərərçəkmiş şəxs ona əvvəllər borc olaraq verdiyiyi N manatı, yoldaşına isə verdiyi 50 manatı orada çıxmasını və qalan 13 manatı da sonra verə biləcəyini bildiribdir, telefonların hər birinin satışından 120 manat, yəni 7 ədəd telefonun krediti olan 840 manatı yarı-yarıya böləcəkdilər, noyabr ayının 12-si Zərərçəkmiş şəxs ona yeddi söyüş olan səsyazısı telefon ilə göndərib, Zərərçəkmiş şəxs vurmağı qabaqcadan planlaşdırmayıbdır, Cəhri qəsəbəsinə gedib xalçaları götürüb şəhərə qayıdanda yolda Zərərçəkmiş şəxs görüb, o Zərərçəkmiş şəxs maşına oturmasını şəhərə gedib söhbət etmələri bildirib, ondan niyə onu söydüyünü soruşanda Zərərçəkmiş şəxs cavabında ona “get işinlə məşğul ol” deyibdir, həmin vaxt axşam olanlar ağlına gəlib, əsəbini cilovlaya bilməyibdir, Zərərçəkmiş şəxs sağ tərəfindən üz nahiyəsindən vurubdur, bir dəfə vurub yerə yıxılıbdır, əsəbi olduğu üçün dəqiq xatırlamır, təxminən sonra 2-3 dəfə təpik və yumruq vurubdur, Zərərçəkmiş şəxs tənbeh etmək üçün vurubdur, orada həmin vaxt heç kim olmayıb, daha sonra qəssab gəlib, o da çıxıb gedibdir, hadisə videogörüntüdə olduğu kimi olubdur, Zərərçəkmiş şəxs ilə barışmağa cəhd göstərmiş, lakin sonuncu onunla barışmamışdır. Məhkəmə iclasın Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs yoldaşı ilə həyat yoldaşı əmiqızıdırlar. O, hər bazar köhnə bazar adlanan yerə gedib evə bazarlıq edibdir, 2024-cü ildə avqust ayında Təqsirləndirilən şəxs bazara yaxın açdığı dükanı görüb ona gözaydınlığı veribdir, həmin vaxt əlində telefon olubdur, Qalib həmin telefonu hardan almağını soruşduqda O, “UMİCO” adlanan program vasitəsilə adlığımı bildiribdir Qalib ona 2000 manatlıq “İPHONE” markalı telefon sifariş verməyi xahiş eibdor, O da Qalibə həm gecikmə olar deyə həm də evdə problem yaranmasın deyə ilk öncə razılıq verməyibdir, çünki onda olan “birbank” programı yoldaşının adına olubdur. Daha sonra, hardasa 1 həftə sonra orada görüşüblər, həmin gün Qalib ona “telefon sifariş et sataq” deyibdir, O da alver edə bilmədiyini deyibdir. Daha sonra o Qalibə kreditləri vaxtında ödəməsi şərti ilə öz adına telefonları sifariş edəcəyini bildiribdir, Qalib də razı olubdur. Həmin gün O, 7 ədəd telefon sifariş edib, avqust ayının 08-də telefonlar 3 gün ərzində ona çatıbdır. Ona 1500 manat pul verilməyibdir, hətta Qalib ondan hərbi hissədə N manat pul bor alıbdır. Qalibin yoldaşı “Sizin Market”in qabağında ondan 50 manat pul istəyib veribdir, sifariş verdiyi telefonların qiymətləri fərqli olubdur, O daha sonra Qalibə “əgər telefon satmısansa kreditlərdən ödəyək” deyibdir, Təqsirləndirilən şəxs da ona gah hərbçilərə verdiyini, gah “danışmışam, ucuza istəyirlər” deyibdir, O da krediti vaxtında ödəməsini, “ayın 20-dən növbəti ayın 20-nə qədər kreditin vaxtıdır, məndən tutmasınlar” deyə bildiribdir. Bank da ona gecikməyə görə zəng edibdir, O dükana gələndə Qalibin yoldaşı orada olubdur, ona Qalibi soruşanda aralarının dəydiyini və Qalibin getdyini deyibdir, O da telefonların 2-ni götürüb başqa bir şəxsə satıb krediti ödəməyi bildirib, həmin vaxt Qalib özü mağazaya gəlib, O telefonların 2-ni götürüb kreditə ödəyibdir ki üzərində qalıb faiz gəlməsin. Ondan sonra Qalibə bir neçə dəfə zəng edib krediti ödəməsini istəyəndə, verəcəm deyib, lakin ödəməybdir. Oktyabr ayının 05-də maaşlar köçürüləndə onun əmək haqqısından kreditə görə gecikmənin pulunu tutublar. Həmin vaxt yoldaşı ona “sən bu qədər maaş almırsan niyə maaş azdır” deyəndə o da məsələni yoldaşına deyibdir. Sonra yoldaşı Qalibə zəng edib niyə ödəmə etmədiyini bildirəndə Qalib təhqiredici sözlər işlədərək, ona 1500 manat pul verdiyini deyib, halbuki həmin pulu Qalib verməyibdir, əgər pul verilsə idi O bunu ondan tələb etməzdi. Daha sonra evdə problem yaşanıb. O səhər günü Qalibə səs atıb, O isə ona “mən türmədə sənin kimi insanları belə etmişəm” deyibdir. O da Qalibə “vicdanın olsun, mənim uşaqlarımın ac qalmasını necə qəbul edirsən” deyibdir. Həmin gün Qalibin yoldaşı onun yoldaşıma təhqiredici mesajlar atıbdır. Sonra O səhərisi günü Şəhər polisinə müraciət edibdir, orada da ona işin məhkəməlik olduğunu deyiblər. Məsələ getdikcə böyüyüb, ondan hər ay gecikmə üçün faiz tutulubdur, O Qalibin uşağına zəng edib Qalibin harada olduğunu soruşanda ona Qalibin Ordubadda olduğunu deyibdir, Qalib onun ailəsini və uşaqlarını təhqir etdikdən sonra o da Qalibə həmin ifadələrlə cavab qaytarıbdır, noyabr ayının 11-də isə Qalibin yoldaşı onların evinə gəlib, axşam yoldaşı Qalibə zəng edib və məhkəməyə müraciət edəcəklərini deyibdir. Səhəri gün işə gedən zaman Qalib onun qabağıma çıxıb və ona “gedək şəhərə söhbət edək, bu işi qaydasına qoyaq” deyib, o da “mən işə gedirəm, işə yubanmayım, iş qalıb məhkəməyə, orada görüşərik, işdən çıxım böyüklərimizlə gəlib bu məsələni qaydasına qoyaq” deyibdir. Ondan aralanıb yolda gedərkən yoldaşına zəng edib olan məsələni deyib, yoldaşı da ”heç kimlə görüşmə” deyibdir. Elçin adlı şəxsin mağazasının qarşısında telefonla danışa-danışa gedərkən arxadan Qalib onu vurubdur. Ona görə müavinətini itirib yerə yıxılıbdır, hadisə videogörüntüdə olduğu kimi olubdur. Daha sonra müvafiq orqanlara müraciət edibdir, Qalib ona “yatım çıxacam, mənə nə olacaq” kimi ifadələr işlədibdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o 7 ədəd telefon sifariş veribdir, həmin telefonların dəyəri 3300 manata yaxın pul olub, telefon götürməkdə niyyəti qohum kimi Qalibə yardım etmək olubdur, həmin pul Kapital Bankın ayırdığı limit olubdur, razılaşmaya əsasən aylıq 416 manat krediti Qalib ödəməli idi, həmin puldan isə heç nə ödənməyib. Qalib ona 1500 manat pul verilməyibdir. Əlavə olaraq Zərərçəkmiş şəxs bildirdi ki, hadisə noyabr ayının 13-də olub. Orada heç kim olmayıbdır, orada heç bir xalça da olmayıb. Qalib orada onu gözləyibdir, Qalib ona “niyə təhqir edirsən” deyəndə o da ona “birinci sən mənim uşağımı təhqir edibsən” deyibdir, O da ona “işdən çıxanda görüşək söhbət edək” deyibdir, o da “işi məhkəməyə vermişəm, böyüklərimiz gəlsin görüşək” deyibdir, Qalib bundan sonra gedib, o məhəllədən çıxarkən yoldaşına zəng edib danışanda Qalib onu arxadan üzünün sağ tərəfindən 2 dəfə vurubdur. O yerə yıxılanda Qalib dayanmadan yerdə də vurubdur. Daha sonra mağazada bir nəfər gəlib onu kənara çəkibdir. Hadisə günündən sonra Qalib onunla barışmaq istəyib, O da borcunu versin, barışa bilərik deyibdir, əgər banka olan borcu bağlanacaqsa barışa bilər, Qalib qalan 5 ədəd telefonun borcunu bağlayarsa onunla barışar, O telefonları qohum kimi götürüb satması üçün Qalibə veribdir, onun maddi marağım olmayıb, O Qalibin danışığından borcu ödəməyəcəyini düşünməyibdir, dükkandan götürdüyü telefonları neçiyə satdığını dəqiq xatırlamıram, təxminən 200 manata satıbdır, o qiymətə satmaqda məqsədi krediti ödəmək olubdur, kreditin aylıq ödənişi isə 416 manatdır, Qalib ona dəyən zərər, yəni 5 ədəd telefonun pulu olan 2117 manatı, əlavə olaraq da hər ay verdiyi gecikmələri ödəyərsə, o da onunla barışar, Qalib onu və ailəsini ilk təhqir edib, söyübdür o da cavabında Qalibi təhqir edib söyübdür. O, Qalibi bağışlamır, cəzalanmasını istəyir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid təhqiqatda verdiyi ifadəsində Babək rayon Cəhri qəsəbəsində qəssab işlədiyini, xx.xx.2024-cü il tarixdə ət dükanında olan zaman birdən yolda X3 Hüseynovun mübahisə etdiyini gördüyünü, bu zaman əlində olan işi yarımçıq qoyub oraya getdiyini, qaçaraq orayan gedən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü, oraya çatana qədər Qiyasın yerdən durub kənara qaçdığını, oraya çatdıqdan sonra mülki paltarda olan Rəşid Qalibovun qolundan tutub kənara çəkdiyini, ortalıq sakitləşdikdən sonra isə Rəşidin gəldiyi avtomobilə minərək oradan uzaqlaşdığını, Rəşid getdikdən sonra Qiyasın da oradan uzaqlaşdığını bildirmişdir. İş materialında olan 13 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Babək rayonu Cəhri qəsəbəsində avtomobil yolunun kənarında baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 277 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar olunmuş xəsarətlər-sağ gözün ağlı qişasına məhdud qansımza ilə müşaiyət olunan sağ gözətrafı nahiyyəsinin dərialtı hematoması, sağ üst göz qapağının sıyrığı olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Babək rayon Cəhri qəsəbəsində hadisə yerinin yaxınlığında yerləşən ərzaq mağazasanın müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntünün olduğu CD-də əks olunmuş görüntü ilə kameranın xx.xx.2024-cü il tarixli, saat 07:49:45 saniyəni göstərdiyi və video kameranın avtomobil yolunu çəkdiyi müşahidə olunduğunu, kameranın 07:50:02 saniyəsi göstərdiyi vaxtda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşdığı, saat 07:50:20 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq yerə yıxdığı və yerdə üzündən bir neçə dəfə yumruq və ayaq zərbələri vurması müəyyən edilir. Həmin video görüntüdə əks olunanları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təsdiq etmişlər. Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin Babək RPİ-nin UQSİQ-nə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə cəzası 03 ilə endirilmiş və xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs yenidən ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.5, 326.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü və 18.4.1-ci maddəsinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilsə də onun əməlində cinayətin residivi yaranmır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini sabit kriminal meyilli şəxs kimi qiymətləndirir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 833 saylı, xx.xx.2024-cü il tarixli ailə tərkibi barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla, onun 4 nəfərdən ibarət ailə tərkibi olmaqla, himayəsində biri azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan uşaq var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hər tərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin məhkəmə nəzərə alır ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranan mübahisə zamanı tərəflər bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər, nəticədə təqsirləndirlən şəxs R.Qəribov Zərərçəkmiş şəxs hərəkətlərinin təsiri altında cinayət əməlini törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli (CPM 346.1.20.), iş üzrə maddi sübut olan içərisində səs yazıları, videogörüntülər və yekun protokol olan 3 (üç) ədəd DVD iş materiallarında saxlanılmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhər ərazinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan içərisində səs yazıları, videogörüntülər və yekun protokol olan 3 (üç) ədəd DVD iş materiallarında saxlanılsın Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №1(079)-24/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-24/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver