Məhkəmə qərarları › İş №1(079)-3/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-3/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-3/2022 28.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, dövlət ittihamçıları Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi ədliyyə müşaviri Dövlət ittihamçısı2, həmin şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ailəli, 3 uşaq atası, orta təhsilli, fərdi qaydada ticarətlə məşğul olan, Babək rayonu, Yarımca kəndində pasport qeydiyyatında olan, 30 dekabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “23” fevral 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə təqribən saat 1200 radələrində arpa-buğda almaq üçün evindən çıxmış, Babək rayonu, Hacıvar kəndində olarkən idarə etdiyi avtomobilin hava borusunun cırılması səbəbindən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs həmin ehtiyat hissəsinin ola biləcəyini fikirləşib ondan istəmək üçün Zərərçəkmiş şəxs evinin darvaza qapısını açaraq həyətinə daxil olmuş və Süleymanı uca səslə çağırdıqdan sonra ona cavab verilmədiyini görüb, evdə heç kimin olmadığını yəqin etdikdən sonra həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də, evin önündəki sol tərəfdə yerləşən pəncərəsinin torunu çıxararaq Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olmuş, evin giriş otağından keçərək yataq otağına girmiş və oradakı servantın alt hissəsində yerləşən şkafdan 3400 (üç min dörd yüz) manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama oğurluq etmə cinayəti sayılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd edilir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmçinin sözü gedən qərarın 19 və 20-ci bəndlərində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Babək rayonu, Yarımca kəndində yaşadığını, ayrı-ayrı kəndlərdə gəzib arpa-buğda alıb-satmaqla pul qazandığını, 23 dekabr 2021-ci il tarixdə təqribən günorta vaxtlı kəndlərdə gəzib arpa buğda almaq üçün evdən çıxdığını, Hacıvar kəndinə çatmağa 20- 30 metr qalarkən avtomobilinin hava borusu cırıldığını və onu saxlayıb avtomobilin ehtiyat hissəsinin Süleymanda ola biləcəyini fikirləşdiyi üçün Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs evinə getdiyini, avtomobilini saxladığı yerin Süleymanın yaşadığı evə yaxın məsafədə olduğunu, onun yük avtomobili olduğundan ehtiyat hissələrinin Süleymanda ola biləcəyini düşündüyünü, onu uzun müddətdir tanıdığını və zərər çəkmiş şəxsdən 2-3 il əvvəl arpa aldığı üçün onun yaşadığı evi tanıdığını, Süleymanın evlərinə təqribən saat 1200 radələrində getdiyini, darvaza qapısını açıb onu çağırdığını, iki-üç dəfə Süleymanı çağırdıqdan sonra cavab verən olmadığını, evdə heç kəsin olmadığını bildiyini, əli ilə evin qapısını döydüyünü, sonra açıq olub-olmadığını yoxladığını, evin qapısının bağlı olduğunu, həmin vaxt evə girməyi qərara aldığını, borcları olduğu üçün evdən oğurlayacağı pullarla borclarını ödəməyi fikirləşdiyini, evin önündəki sol tərəfdə yerləşən pəncərənin torunu çıxarıb yerə qoyduğunu və pəncərəni itələyib açaraq həmin yerdən evə girdiyini, girdiyi otaqda oğurlaya biləcəyi bir şeyin olmadığını görüb, həmin otaqla iç-içə olan sağ tərəfdəki otağa girdiyini, həmin otaqdakı şifonerin qapısını açıb baxdığını və oğurlamaq üçün heç nə tapmadığını, otaqda servant gördüyünü və həmin servantın alt hissəsindəki şkafın qapısını açıb içində dəsmal olan torbanın altında bir dəstə pul gördüyünü, pulu götürüb cibinə qoyduğunu, bundan sonra həmin otaqdan çıxıb evin sol tərəfində yerləşən otağa keçdiyini, həmin otağın boş olduğunu görərək otağın pəncərəsini açıb, pəncərənin torunu çıxarıb yerə qoyduğunu və oradan evin həyətinə düşərək həyətdəki darvaza qapısından çıxıb yaxınlıqda yaşayan xalası Kəmalənin evinə getdiyini, orada heç kim olmadığını və avtomobilinə lazım olan hava borusunu xalasının həyətindən götürdüyünü, bu barədə sonradan xalası oğlu Nofələ zəng edərək dediyini, sonra avtomobili saxladığı yerə qayıtdığını və avtomobilində olan nasazlığı aradan qaldıraraq ona əyləşdiyini, maşında olarkən Süleymangilin evindən oğurladığı pulları saydığını və pulların ümumi məbləğinin 3400 manat olduğunu, həmin pulların yüzlük və əllilik əsginasdan ibarət olduğunu, daha sonra evə qayıtdığını, bir neçə gün sonra sahə inspektorunun zəng edərək onu polis idarəsinə dəvət etdiyini, polis idarəsində oğurluq hadisəsini törətdiyini gizlədə bilməyəcəyini gördüyü üçün törətdiyi əməli etiraf etdiyini, ümumilikdə 20000 manat borcu olduğunu, bunlardan 7300 manat Dövran adlı şəxsə, 1000 manat Asiman adlı şəxsə borclu olduğunu, sonuncuya olan borcunu verdiyini 200 manat borcu qaldığını, təqribən 10000 manat isə qardaşları ilə birlikdə iş gördüyü üçün onlara borclu olduğunu, buna görə oğurluq etdiyini, oğurladığı pulları aparıb borcunu verməyi fikirləşdiyini, oğurladığı pulları cibində gəzdirdiyini, Zərərçəkmiş şəxs məxsus evə daxil olarkən və oradan çıxarkən onu heç kimin görmədiyini, zərər çəkmiş şəxsin yaşadığı evə daxil olduğu vaxt yanında və ya avtomobilində heç kimin olmadığını, onun evində pul olması və pulu harada saxlaması barədə məlumatının olmadığını, törətdiyi oğurluq barədə heç kimə məlumat vermədiyini, Zərərçəkmiş şəxs evini əvvəllər oğurluğa girmək məqsədilə müşahidə etmədiyini və götürdüyü pullardan xərcləmədiyini, Zərərçəkmiş şəxs evinə girərkən evə kimsə gələrsə xəbər verməsi üçün kənardan kiminsə onu müşayiət etmədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olmaqla ona məxsus olan 3400 (üç min dörd yüz) manat məbləğində pulu gizli olaraq talanmasının məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Hacıvar kəndində yerləşən evdə anası X12 ilə birlikdə yaşadığını, həmin kənddə xidmət mərkəzində yerləşən salonda bərbərlik edib pul qazandığını, atası təzə rəhmətə getdiyindən və anasının səhhətində problem olduğundan onun fikri dağılsın deyə 23 dekabr 2021-ci il tarixdə səhər vaxtı anası ilə birlikdə Naxçıvan şəhərində yaşayan qardaşı İlkingilə getdiklərini, 27 dekabr 2021-ci il tarixdə təqribən səhər saat 11 radələrində anası ilə birlikdə evə qayıtdıqda evin sağ tərəfində yerləşən pəncərənin açıq olduğunu gördüklərini, anasının tez evin qapısını açıb evə girdiyini, yataq otağındakı servantın alt hissəsində yerləşən şkafa baxdığını, orada saxladıqları 3400 manat pulun yerində olmadığını gördüklərini, evə baxmağa başladıqlarını, həmin şkafda qızıl olsa da onun yerində olduğunu, evdən həmin puldan başqa heç nəyin oğurlanmadığını, evin girişində yerləşən otağa baxdıqda həmin otaqdakı pəncərənin də açıq vəziyyətdə olmasını müşahidə etdiklərini, bundan sonra polisə müraciət etdiklərini, oğurlanan pulların yüzlük və əllilik əsginasdan ibarət olduğunu, evdən çıxarkən darvaza qapısını örtdüyünü, evin giriş qapısı və pəncərələrini bağladığını, evlərində heç bir qapı və pəncərənin qırılmadığını, evin girişinin sol tərəfində olan pəncərənin elə də yaxşı bağlanmadığını, onu əllə möhkəm itələdikdə açıldığını, anası ilə birlikdə Naxçıvan şəhərində yaşayan qardaşı İlkingilə getməyi barədə yaxın qohum və qonşuların xəbəri olmadığını, həmin vaxt evin qapısını bağlasalar da, darvaza qapısında kilid olmadığı üçün bağlamadıqlarını, ümumiyyətlə isə bir yerə gedəndə darvaza qapısının açıq qaldığını, Təqsirləndirilən şəxs xalasının onunla qonşuluqda yaşadığını, onu elə orada xeyir-şər məclislərində görüb tanıdığını, bundan başqa təqribən iki il bundan öncə ona arpa satdığını və onun pulunu almaq üçün telefonda əlaqə saxladığını, özünün də yük maşını olduğunu, əvvəllər onlara maşını ilə arpa apardığını, Təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində Babək rayonu, Hacıvar kəndində yerləşən evdə övladı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığını, çox zaman evdə olduğunu, xəstə olduğu üçün elə də gəzməyə meyl etmədiyini, 23 dekabr 2021-ci ildə təqribən səhər saat 9-10 radələrində oğlu Süleymanla birlikdə Naxçıvan şəhərində yaşayan oğlu İlkingilə getdiklərini, bunun oğlu Süleymanın ondan istədiyini, 4 gün orada qaldıqdan sonra 27 dekabr 2021-ci il tarixdə səhər saatlarında evə qayıtdıqlarını, Süleymanla evə qayıtdıqları vaxt evin önündəki sağ tərəfdə yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu gördüyünü, evə girəndə oranın dağınıq olduğunu, lakin heç nəyin zədələnmədiyini, yataq otağında yerləşən servantın altındakı şkafa baxdığını, oranın qapısı açılanda pulların görünə bilən yerdə olduğunu, onları pul qabına qoyduğunu, bu zaman pulun yerində olmadığını gördüyünü, həmin yerdə 3400 manat miqdarında pul olduğunu, pulları oğlu Süleymanın işləyərək yığdığını, pulları gizlətdiyi yerdə balaca qutuda özünə məxsus qızıllarının da olduğunu, lakin qızıllarının hamısının yerində olduğunu, sonra evin digər otaqlarına baxdıqlarını və evdən başqa heç nə oğurlanmadığını gördüklərini, evə girişdə yerləşən otağa baxdıqda həmin otağın da pəncərəsinin açıq vəziyyətdə olmasını gördüklərini, bundan sonra oğlu Süleymanın polisə müraciət etdiyini, evdən çıxarkən pəncərələri və qapısı bağladığını, darvaza qapısının isə kilidi olmadığından örtərək getdiklərini, evdəki qapı və pəncərələrdən heç birinin qırılmadığını, oğlu İlkingilə getməkləri barədə yaxın qohum və qonşularının xəbərdar olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Şahid3 məhkəmədə verdiyi ifadəsində 2011-ci il tarixdən Şahid2 ilə ailə həyatı qurduğunu, ünvan 1 ünvanında yaşadıqlarını, 23 dekabr 2021-ci il tarixdə qayınanası X12 xəstə olduğu üçün qaynı Süleymanla birlikdə səhər saatlarında onların yaşadıqları evə gəldiklərini, 27 dekabr 2021-ci il tarixədək onlarda qaldıqlarını, həmin günü səhər saatlarında Babək rayonu, Hacıvar kəndində yerləşən evlərinə qayıtdıqlarını, qayınanasıgil evlərinə getdikdən sonra İlkinin telefonuna zəng gəldiyini, ərinin həmin vaxt Süleymanla telefonda danışdıqdan sonra Süleymangilin evindən oğurluq edildiyini İlkindən öyrəndiyini, sonra əri ilə birlikdə Hacıvar kəndinə getdiklərini, ora çatdıqları zaman polis əməkdaşlarının evdə gördüyünü, polis əməkdaşları evə baxıb lazımi məlumatları soruşduqdan sonra çıxıb getdiklərini, evdə yataq otağında yerləşən servantın alt gözündə olan 3400 manat pulun oğurlandığını həmin vaxt öyrəndiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdi. Şahid6 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Yarımca kəndində yaşadığını, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə qurduğunu, həmin evlilikdən üç övladının olduğunu, onun oğurluq etməsini 29 dekabr 2021-ci ildə qayınlarından öyrəndiyini, polis əməkdaşları tərəfindən tutulmasını eşidəndə çox təəccüblədiyini, Natiqin belə bir hərəkət edə biləcəyini gözləmədiyini, sonradan onun bir neçə nəfərə borcu olduğunu öyrəndiyini, Natiq oğurluq edib tutulana qədər onun kimlərə borcu olması barədə məlumatının olmadığını, onun qardaşı Yaqubla birlikdə arpa-buğda alıb satdığını, ailəsini dolandıra biləcək qədər pul qazandığını, Natiq tutulduqdan sonra qardaşlarının onun bütün borclarını ödədiyini, himayəsində üç övladının olduğunu, özünün işləmədiyini, uşaqlardan ikisinin məktəbli, birinin isə azyaşlı olmasını nəzərə alınmasını, ərinin hadisə günü təxminən səhər saat on bir radələrinədək evdə olduğunu, sonra isə evdən çıxdığını, təxminən iki saat sonra evə qayıtdığını, günorta saatlarında evə gəldiyini, yemək yeyib istirahət etdikdən sonra yenidən iş adı ilə evdən çıxdığını və axşam evə qayıtdığını, Natiqin işi kəndlərdə gəzib səyyari şəkildə arpa-buğda alıb satmaq olduğu üçün dəqiq hansı rayonda və ya kənddə olduğunu bilmədiyini, Natiq evə qayıdan zaman oğurluq etməsi barədə ona heç nə demədiyini, onun oğurluq etməsindən xəbərinin olmadığını, həmin vaxt Natiqin bir qədər fikirli olduğunu və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində ünvan 1 ünvanında yaşadığını, qardaşı Zərərçəkmiş şəxs və anası X15 rayonu, Hacıvar kəndində qaldığını, 23 dekabr 2021-ci il tarixdə anası xəstə olduğundan qardaşı Süleymanla birlikdə səhər saatlarında onun evinə gəldiklərini, 27 dekabr 2021-ci il tarixinədək orada qaldıqlarını, səhər saatlarında anasının və qardaşının Babək rayonu, Hacıvar kəndində yerləşən evlərinə qayıtdıqlarını, özünün X13 limanında işlədiyini, həmin gün növbədən çıxdığını, anasıgil evə qayıtdıqdan sonra qardaşı Süleymanın mobil telefonuna zəng vuraraq evdən oğurluq olmasını bildirdiyini, qardaşı ona evdən oğurluq edildiyini dedikdən bunu həyat yoldaşına bildirib onunla Hacıvar kəndinə getdiyini, anasıgilin yaşadığı evə gedəndə artıq polislərin evdə olduğunu gördüyünü, polis əməkdaşlarının evə baxıb lazımi məlumatları soruşduqdan sonra çıxıb getdiklərini, evdə yataq otağında yerləşən servantın alt gözündə olan 3400 manat pul oğurlanmasını anasından və qardaşından öyrəndiyini, iki gün sonra polis əməkdaşlarının evdən oğurluq edən şəxsin tapıldığını onlara bildirdiklərini, həmin şəxsin Yarımca kənd sakini Təqsirləndirilən şəxs olmasını öyrəndiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdi. Şahid4 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Yarımca kəndində yaşadığını, fərdi ticarətlə məşğul olduğunu, üç qardaş, yəni Faiq, Natiq və özünün birlikdə işlədiklərini, qardaşı Şahid8 aldığı “Mersedes Ateco” markalı yük avtomobili ilə kəndləri gəzib müxtəlif şəxslərdən arpa və buğda aldıqlarını, aldıqları dənli bitkiləri müxtəlif mağazalara satdıqlarını, beş ildir bu işlə məşğul olduqlarını, mağazalardan arpa və buğda ilə bağlı tələb olduqda kəndlərə çıxıb dənli bitkilərdən alıb-satdıqlarını, tələb olmadıqda isə evdə olduqlarını, qardaşı Natiqin oğurluq etməsini 29 dekabr 2021-ci il tarixdə polis idarəsində öyrəndiyini və bundan əvvəlcədən xəbərinin olmadığını, Natiqin nəyə görə bu hərəkəti törətməsini başa düşə bilmədiyini, birlikdə işləyib az da olsa qazandıqlarını, 23 dekabr 2021-ci ildə özünün evdə olduğunu, Natiqin də yəqin iş adı ilə evdən çıxıb belə bir hadisə törədiyini, onun borcu olması barədə məlumatının olmadığını, Natiqin Dövran adlı şəxsə borcu olmasını sonradan eşitdiyini, Dövranla aralarında alqı-satqı olduğunu, Natiqin Dövrana 7000 manata yaxın olan borcunu, Asiman adlı şəxsə 90 manat borcunu ödədiyini, qardaşının isə onlara təqribən 10000 manat borclu olduğunu, bunu isə öz aralarında həll etdiklərini, Natiqin oğurluq etdikdən sonra ona bu barədə heç nə demədiyini, Zərərçəkmiş şəxs tanıdığını, onunla qonşu kəndli olduğunu, əvvəllər ondan arpa aldıqlarını, onunla ədavət və düşmənçiliyinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid8 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Yarımca kəndində yaşadığını, etibarnamə əsasında aldığı “Mersedes Atego” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini qardaşı Natiqə idarə etmək üçün verdiyini, onu Natiqdən başqa heç kimin sürmədiyini, Natiqin həmin avtomobil ilə digər qardaşı Yaqubla birlikdə Naxçıvan Muxtar Respublikası ərazisində kəndləri gəzib arpa-buğda alıb satmaqla pul qazandığını, 23 dekabr 2021-ci il tarixdə də avtomobilin qardaşı Natiqdə olduğunu, həmin günü özünün uşağı məktəbdən götürmək üçün getdiyi zaman təqribən saat on ikiyə 15-20 dəqiqə qalmış qardaşı Natiqin Süleymangilin evinə tərəf döndüyünü gördüyünü, onun oğurluq etməsini isə 29 dekabr 2021-ci il tarixdə polis idarəsində öyrəndiyini, belə ki, qardaşı Yaqubun bir neçə gün öncə ona Babək rayonu, Hacıvar kəndində oğurluq olduğunu dediyini, daha sonra isə Natiqlə Yaqub kənddən yasdan gələn zaman sonuncunun ona zəng edərək polis idarəsinə getdiklərini, maşının kameraya düşdüyü ona dediyini, Natiqin oğurluq etməsi barədə əvvəlcədən xəbərinin olmadığını, bu məsələni öyrəndikdən sonra onun xeyli miqdarda borcu olmasını da öyrəndiklərini, 2021-ci ilin dekabr ayının 15-də özünün Natiqlə haqq-hesab etdiyini, həmin vaxt Natiqin ona 4616 manat borcunun olduğunu, cinayəti törətdikdən sonra isə özünün yenidən haqq-hesab etdiyini və 20100 manat borcunun olduğunu müəyyən etdiyini, yenidən haqqhesab etməsinə səbəb isə qardaşının tutulmasından sonra bir neçə nəfərin borcla bağlı onlara müraciət etməsi olduğunu, qardaşı Faiqlə birlikdə Natiqin Dövran və Asiman adlı şəxslərə olan borclarını ödədiyini, Ramiz adlı şəxsə olan borcunu isə öz üzərinə götürdüyünü, Natiqin normal dolanışığının olduğunu və nəyə görə bu qədər borcunun yaranmasını, oğurluq etməyini başa düşmədiyini, onun üç uşağının olduğunu, hazırda qardaşının ailəsinə özlərinin baxdığını, Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs tanıdığını, Süleymanla heç bir ədavət və düşmənçiliklərinin olmadığını, “Mersedes benz Atego” markalı, **-KU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 2017-ci ilin aprel ayında aldığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid7 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı bildirdiklərini qeyd etmişdi. Şahid5 isə məhkəmədə verdiyi ifadəsində Culfa rayonu, Yaycı kəndində atasına məxsus “Ay” beton-briket sexində usta işlədiyini, sexdə briket və yerə döşəmək üçün daş hazırlayıb satdıqlarını, Babək rayonu, Yarımca kənd sakini Natiqin Yaycı kəndinə gəlib buğda satmaqla məşğul olduğunu, bir neçə dəfə ondan buğda aldığını, elə bu vasitə ilə onun tanıdığını, həmin vaxtdan sonra Natiqlə aralarında münasibət yarandığını, 2021-ci ilin aprel ayında Natiqin sexə gəlib 220 kvadrat yerə döşəmək üçün daş aldığını, həmin vaxt aldığı daşın müqabilində ona 200 manat pul ödədiyini, Natiq aldığı daşın ümumi qiyməti 990 manat olduğundan Natiqin ona 790 manat borcu qaldığını, həmin pulu ona hissə-hissə ödəyəcəyi barədə öz aralarında razılaşdıqlarını, Natiqlə münasibəti yaxşı olduğundan borcun qaytarılması barədə onu tələsdirmədiyini, Natiqin həmin borcu hissə-hissə qaytardığını, 2021ci il dekabr ayında onun oğurluq etdiyini və tutulduğunu eşitdiyini, həmin vaxt Natiqin qardaşı Yaqubun qalan 90 manat borcu ona ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama Azərbaycan Respublikası Cinayət Məcəllənin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibi yaranır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarından Zərərçəkmiş şəxs 27 dekabr 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Babək rayonu, Hacıvar kəndində yerləşən evində olmadığı müddətdə, yəni 23-27 dekabr 2021-ci ildə naməlum şəxs və ya şəxslərin onun evinə daxil olaraq yataq otağındakı servantın alt hissəsindəki şkafdan 3400 (üç min dörd yüz) manat pulun oğurlanması ilə bağlı müraciət etmişdi (iş vərəqə 4). Cinayət işi materiallarında olan Babək Rayon Polis İdarəsinin 28 dekabr 2021-ci il tarixli, 5/2338 nömrəli əməliyyat tapşırığında və 29 dekabr 2022-ci il tarixli raportda şöbənin icraatında olan ********* nömrəli cinayət işi üzə Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə daxil olan şəxs və ya şəxslərin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilməsi, aparılmış əməliyyat axtarış tədbirlərinin nəticəsi olaraq müşahidə kamerası vasitəsilə qeydə alınmış video görüntülərdə 23 dekabr 2021-ci ildə saat 1125- də “Mersedes Ateco” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Zərərçəkmiş şəxs yerləşdiyi ev istiqamətində hərəkət etməsi, həmin tarixdə saat 1207-də əks istiqamətdə geri qayıtması, həmin avtomobilin isə Babək rayonu, Yarımca kənd Təqsirləndirilən şəxs idarə etməsinin müəyyən edilməsi, bu səbəbdən də Zərərçəkmiş şəxs evinə daxil olmasında Təqsirləndirilən şəxs barəsində şübhələr yaranması qeyd edilir (iş vərəqə 21 və 34). "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Təqsirləndirilən şəxs sürücülük hüququnun olması və onun adına 24 avqust 2015-ci ildə AE seriyalı, 861589 nömrəli sürücülük vəsiqəsinin verilməsi, iş materiallarına əlavə edilmiş AC seriyalı, 845052 nömrəli 21 aprel 2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən “Mersedes Ateco” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin X5 mülkiyyətində olması, 21 aprel 2017-ci il tarixli, ƏN-İV seriyalı, 073983 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında və eyni tarixli ƏN-İ seriyalı 572303 nömrəli etibarnamələrin təsdiq edilmiş surətindən həmin yük avtomobilinin Təqsirləndirilən şəxs istifadəsində olması aydın olur (iş vərəqə 164-166). 29 dekabr 2021-ci il tarixli, 194 qeydiyyat nömrəli protokoldan Babək rayonu, Hacıvar kəndində yerləşən və X8 mülkiyyətində olan evin müşahidə kamerasında olan video görüntülərin götürülməsi və həmin protokola əlavə edilmiş kompakt diskdə olan görüntülərdən 23 dekabr 2021-ci ildə saat 1125- də “Mersedes Ateco” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkət etməsi, həmin tarixdə saat 1207-də əks istiqamətdə geri qayıtması müəyyən edilir (iş vərəqə 36). 27 dekabr 2021-ci il tarixli, 150 qeydiyyat nömrəli baxış protokolundan, ona əlavə edilmiş foto şəkillərdən, həmçinin təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2022-ci il tarixli, 03 qeydiyyat nömrəli protokoldan, ona əlavə edilmiş həmin prosessual hərəkətin həyata keçirilməsi zamanı çəkilmiş video görüntülərdən, təqsirləndirilən şəxsin ifadəsindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə daxil olması öz təsdiqini tapır (iş vərəqə 6- 15, 125-126). Təqsirləndirilən şəxsin ifadəsindən, həmçinin ifadəsinin yerində yoxlanılması protokoldan və onun həyata keçirilməsi ilə çəkilmiş video yazıdan onun Zərərçəkmiş şəxs məxsus evə daxil olmaqla servantın alt hissəsindəki şkafdan 3400 (üç min dörd yüz) manat məbləğində pulu götürməsi aydın olur. Bunlardan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 24 yanvar 2022-ci il tarixli, 48 nömrəli məktubundan Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmaması müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə daxil olaraq ona məxsus 3400 (üç min dörd yüz) manat məbləğində pulu gizli olaraq talamasını təsdiq edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə hazırda şəxsə törədilməsi istinad edilən əməlin cinayət sayılması üçün talanmış əmlakın dəyəri 100 (bir yüz) manatdan artıq olmalıdır. Belə ki, həmin normaya əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin olması tam sübuta yetirilir. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini mülkiyyət münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, himayəsində üç uşağın, onlardan birinin isə azyaşlı olmasını, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 30 dekabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Təqsirləndirilən şəxs 07 avqust 2008-ci ildə X3, 01 noyabr 2010-cu ildə X9 və 13 yanvar 2017-ci ildə X4 adlı uşaqlarının dünyaya gəlməsi; -onun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; -Babək rayonu, Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olması; - zərər çəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsindən, həmçinin iş vərəqə 167-də olan ərizəsindən onun Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmaması, aralarında barışıq əldə etməsi aydın olur. Sonuncu qeyd edilən halla bağlı məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 il 9 aydan artıq ola bilməz. Lakin yuxarıda qeyd edilən yüngülləşdirici halları birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Babək Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 4(079)-04/2021 nömrəli tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 29 dekabr 2021-ci il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun hazırkı iş üzrə 29 dekabr 2021-ci il tarixdən 28 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 90 (doxsan) günlük (03 (üç) aylıq) müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 180 (bir yüz səksən) gün (06 (altı) ay) çıxılmalı və üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs həbs olunmasınadək yaşadığı yer Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yarımca kəndidir. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması imperativ qaydada müəyyən edilmişdi. Qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2200-dan növbəti gün səhər saat 0700-dək Babək rayonu, Yarımca kəndində olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evindən götürdüyü 3400 (üç min dörd yüz) manat məbləğində pulun saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi X14 Respublikası İdarəsinin saxlancına təhvil verilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İşin araşdırılmış hallarından aydın olur ki, həmin pulun qanuni sahibi zərərçəkmiş şəxsdir və buna görə də 3400 (üç min dörd yüz) manat məbləğində pul hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Babək rayonu, Hacıvar kəndində yerləşən və X8 yaşadığı evin müşahidə kamerasından götürülmüş video görüntülərinin əks olunduğu 1 ədəd “kompakt disk” iş materiallarında saxlanmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin isə məhkəməyə təqdim etdiyi hesabatda isə onun təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərilməsi müəyyən olunur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdən 28 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 90 (doxsan) günlük (üç aylıq) müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2200-dan növbəti gün səhər saat 0700-dək Babək rayonu, Yarımca kəndində olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına 60 (altmış) saat göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Mərkəzi X14 Respublikası İdarəsində saxlanılan 3400 (üç min dörd yüz) manat məbləğində pul hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs qaytarılsın. Babək rayonu, Hacıvar kəndində yerləşən və X8 yaşadığı evin müşahidə kamerasından götürülmüş video görüntülərinin əks olunduğu 01 (bir) ədəd “kompakt disk” iş materiallarında saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar