Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-3/2023 23.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olan və yaşayan, orta təhsilli, fərdi sahibkar yanında fəhlə işləyən, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olan, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddələri ilə təqsirli bilinib 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmış, 27 yanvar 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci, xx.xx.1962-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, orta təhsilli, işsiz, İİ dərəcə əlilliyi olan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olmayan, 27 yanvar 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddələri, xx.xx.1994-cü ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyşalı uşaq atası, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, natamam orta təhsilli, işsiz əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olmayan, 27 yanvar 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 17 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə Babək rayon Badaşqan kəndində yerləşən evdə birlikdə kirayə yaşadığı Zərərçəkmiş şəxs evdə yatmasını fürsət bilərək tamah məqsədi ilə Zərərçəkmiş şəxs şalvarının cibindən 2500 manatı qanunsuz olaraq gizli yolla talamış, ondan sonra cinayətkar niyyətini davam etdirərək kirayə yaşadığı evin həyətindən qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 köməyindən istifadə etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yük motorelleri göndərmiş, Təqsirləndirilən şəxs2 sahibinin xəbəri olmadan Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 490 kq dür aliminium və 10 kq aliminiumu gizli yolla talayaraq həmin yük motorollerinə yükləmiş və Babək rayon Badaşqan kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus olan yarımtikili evin zirzəmisində ev sahibinin razılığı əsasında gizlətmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 sonuncunun Babək rayon Badaşqan kəndində birlikdə kirayə yaşadığı evdə Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamasına Təqsirləndirilən şəxs2 əvvəlcədən vəd etdiyi kimi həmin metalın daşınması üçün Naxçıvan şəhərinə gedərək yük motorelleri tapmaqla, özü ilə birlikdə həmin yük motorellerini Badaşqan kəndinə gətirməklə, həmin motorellerə istiqamət verərək Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs birgə yaşadığı evi göstərməklə Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 500 kq olan metalı sahibinin xəbəri olmadan Təqsirləndirilən şəxs2 tərəfindən gizli yolla talanmasına şərait yaratmaqla köməklik göstərmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 sonuncunun Babək rayon Badaşqan kəndində birlikdə kirayə yaşadığı evdə Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamasına Təqsirləndirilən şəxs2 əvvəlcədən vəd etdiyi kimi Babək rayon Badaşqan kəndində ona məxsus olan yarımtikili evin zirzəmisində gizlətməsinə şərait yaratmaqla köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək Zərərçəkmiş şəxs kürəkəni Tələt vasitəsilə tanıdığını, yaşına görə heç bir yerdə iş tapa bilmədiyini, kürəkəninin vasitəçiliyi ilə Yasinlə işləməyə başladığını, Yasinin dəmir alıb satdığını, onunla hər ay 300 manat müqabilində razılaşdığını, 4 ay onun yanında işləməyinə baxmayaraq Yasinin onunla razılaşdığı əmək haqqını vermədiyini, yeni ailə həyatı qurduğunu, həyat yoldaşı ruhi xəstə olduğundan ona təkidlə qızıl alınmasını istədiyini, buna görə də məcbur qalıb oğurluq etdiyini, Yasindən heç vaxt əmək haqqı tələb etmədiyini, əslində 5 aylıq əmək haqqını bir dəfəyə almaq istədiyini, lakin həyat yoldaşı onu məcbur etdiyindən məcbur qaldığını, çünki onun da vəziyyətinin yaxşı olmadığını bildiyini, Yasinin yanında işləyəndə başqa heç bir işlə məşğul olmadığını, kürəkəni Tələtgildə qaldığını, orada yeyib-içdiyini, ona görə də pula o qədər də ehtiyacı olmadığını, Tələtin pulu Yasindən tələb etməyini istədiyini, lakin Yasində pul olmadığını, 5 ayın sonunda alacağını bildirdiyini, 16 yanvar gecə saatlarında birlikdə yeyib-içmək məqsədilə Natiq və Məhərrəmi Yasinlə kirayə yaşadığı evə çağırdığını, onlarla birlikdə bir saata yaxın birlikdə oturub şəxsi problemlərindən danışıb söhbət etdiklərini, oğurluq etmək niyyəti barədə həmin vaxt onlara heç bir şey demədiyini, çünki oğurluq etmək niyyətinin onlar getdikdən sonra yarandığını, belə ki, Məhərrəmlə Natiq getdikdən sonra Yasinin şalvarının cibindən 2500 manat pul götürüb oradaca sayıb cibinə qoyduğunu, həmin vaxt Yasinin yatdığını, səhər açıldıqda Yasinin hələ də yatdığını, Natiqə zəng edib həyətdəki dəmirləri çıxarmaq üçün maşın lazım olduğunu dediyini, Natiqə Yasinin mallarını oğurlayacağını və haqq-hesab edəcəyini bildirdiyini, Natiqin göndərdiyi motosikletin təxminən saat 11-də gəldiyini, şoferin köməkliyi ilə dəmirləri motorellerə yüklədiklərini, bu zaman Natiq və Məhərrəmin orada olmadığını və onları yükləyərkən ona kömək etmədiklərini, Məhərrəmin evinin yarımtikili olduğunu və evlər arasında 500 metr məsafə olduğunu, dəmirləri yüklədikdən sonra özünün də maşının arxasına keçib Məhərrəmin həyətinə sürməsini bildirdiyini, getdikdə Məhərrəm və Natiqin orada gözlədiklərini, Məhərrəmə dəmirləri onun evinin zirzəmisinə yığmaqda məqsədinin Yasin oyandıqdan sonra haqq-hesab edib qalan məbləği qaytarmaq olduğunu dediyini, həmin vaxt niyyətinin Yasin oyandıqdan sonra ona olan 1200 manat borcuna görə həmin hissəni çıxıb qalanını özünə qaytarmaq olduğunu, Məhərrəmin də malların oğurluq olduğunu bildiyini, lakin Məhərrəmin malları saxlamaqda heç bir mənfəət güdmədiyini, sadəcə olaraq onu tanıdığı üçün buna icazə verdiyini, dəmirləri Məhərrəmin evinin zirzəmisinə yığdıqlarını, bu zaman Məhərrəm və Natiqin ona kömək etmədiklərini, daha sonra pulu da götürüb Vayxırda yaşayan qızıgilə apardığını, telefon söndüyündən Yasinin zəngindən xəbəri olmadığını, sonrakı gün polis əməkdaşlarının Vayxırdan onu gəlib götürdüklərini, əməlini etiraf etdiyini və peşman olduğunu, 2008-ci ildə adam öldürməyə cəhd etdiyinə görə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edildiyini və cəzasını tam çəkdiyini, hazırda himayəsində həyat yoldaşı olan xəstə qadın olduğunu, özünün evinin olmaması səbəbindən azadlıqdan məhrum ediləcəyi halda həyat yoldaşının başsız qalacağını, belə ki onun ruhi xəstə olmaqla qeydiyyatda olduğunu, həmçinin özünün yaşı nəzərə alınmaqla barəsində tətbiq ediləcək cəzanın şərti tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdiyini bidirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 verdiyi izahatında Zərərçəkmiş şəxs şüşə sexində işlədiyindən 15 ildir tanıdığını, Abbasqulunu isə 3-4 aydır tanıdığını, 15 yanvar 2023-cü il tarixdə günorta saat 4 radələrində Məhərrəmlə yeyib-içdiklərini, Abbasqulunun ona zəng edib onun Yasinlə birlikdə kirayə yaşadığı Badaşqandakı evə gəlmələrini təklif etdiyini, gecə saat 4–də oraya getdiklərini, Yasinin tam içkili vəziyyətdə olduğunu gördüyünü, Yasinin içkili olduğundan yerə yıxıldığını, Məhərrəmin onu saxlayıb yerinə oturtduğunu, ikinci dəfə Yasin yıxılanda onu öz çarpayısına uzatdığını, Abbasqulu ilə biraz söhbət edib 5-in yarısı Məhərrəmlə evdən çıxıb getdiklərini, Abbasqulunun ona Yasinin maaşını vermədiyini desə də oğurluq niyyəti barədə heç nə demədiyini, səhər saat təqribən 10 radələrində Abbasqulunun ona zəng edib motosiklet istədiyini, həyətdəki dəmirləri satmaq istədiyini dediyini, ona dəmirlərin Yasinə məxsus olduğunu bildirib Yasinin ayılmasını Abbasquluya təklif etdiyini, Abbasqulunun dəmirləri ala bilmədiyi maaşının qarşılığında götürdüyünü bildirdiyini, Məhərrəm dəmir işinə baxdığı üçün, həmçinin onun maşını ilə mis alıb-satdıqlarına görə Abbasqulunun onları köməyə çağırdığını, həmçinin öz maşını ilə mis alıb-satdığına görə Abbasqulunun dəmirləri satmağı ona təklif etdiyini, dəmirin satılması qarşılığında ona nəsə verilməsinə dair razılaşmadıqlarını, Abbasqulunun həmin vaxt malları Məhərrəmin evinə yığacaqlarını bildirdiyini, öz maşını ilə 57 adlanan yerə getdiyini, oradan motosiklet tutub Badaşqana yola düşdüklərini, Məhərrəmlə eyni döngədə yaşadıqlarından Məhərrəmin evinin qarşısından motosiklet şofirinə Yasinin evini işarə edib orada gözlədiklərini, Abbasqulunun malları motosikletə yığıb Məhərrəmin yarımçıq tikilmiş evində endirdiyini, saat 12-də mallar zirzəmiyə qoyulduqdan sonra Abbasqulunun Vayxıra getdiyini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığını, çernobil iştirakçısı olduğundan ikinci dərəcə əlilliyi olduğunu, törətdiyi əməldən peşman olduğunu, barəsində aşağı müddətə azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi ilə bağlı müdafiəçisinin çıxışının nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi izahatında 15 yanvar 2023cü il tarixdə axşam saat 11 radələrində əvvəlcə Yasinin, daha sonra isə Abbasqulunun ona zəng edərək evinə dəvət etdiyini, 16 yanvar tarixində gecə saat 4 radələrində Natiqlə Yasingilə getdiklərini, həmin vaxt Yasinin pəncərənin qarşısında içkili vəziyyətdə dayandığını, ona içki təklif etdiklərini, özünün yalnız pivə içdiyini, bir neçə dəqiqə sonra Yasinin yıxıldığını, ona köməklik edib çarpayısına uzatdığını, daha sonra Abbasqulunun onun dostu Raufun bacısı ilə ailə qurmaq istədiyini, amma Raufun buna razı olmadığını və bu barədə Raufla danışmağını istədiyini, gəldikdən yarım saat sonra çıxıb getdiklərini, səhər 10-11 radələrində Abbasqulunun ona zəng edərək əlində 400-500 kilo mal olacağını və onları satıb-satmayacağını soruşduğunu, ona əgər Yasinin malıdırsa onu sata bilməyəcəyini bildirdiyini, Abbasqulunun Yasinin metalları götürməyindən xəbərdar olduğunu və satıb pulunu qaytaracağını bildirdiyini, bundan sonra Yasinə zəng eləsə də onun telefonu açmadığını, Abbaqulu ilə malların satılması və ya ona bunun qarşılığında nəsə çatacağı barədə heç nə danışmadığını, Abbasqulunun arabir əmək haqqını ala bilmədiyi barədə danışsa da oğurluq etmək niyyətini ona açıqlamadığını, daha sonra Qorxmaz adlı şəxsin yanında olarkən Abbasqulunun yenidən zəng edərək malları onun həyətinə yığmaq istədiyini, Yasinə ayıldıqdan sonra hər şeyi bildirib ona olan borcu müqabilində satıb pulunu götürəcəyini dediyini, onunla razılaşdığını, daha sonra Natiqin 57 adlanan yerdən motosiklet tapıb gətirdiyini, Abbasqulunun metalları Yasinin həyətindən gətirib onun həyətinə yığdığını, metalın Yasinin həyətindən gətirildiyini bildiyini, metalları evə yığmaqda məqsədinin Yasinin səhər ayılanda özü ilə bu barədə danışıb malların satılmasının qarşısını almaq olduğunu, malı həyətə boşaldanda Yasinə zəng etdiyini, lakin telefonu açmadığını və motosikletin pulunu özünün verdiyini, himayəsində azyaşlı uşağının olduğunu, törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, barəsində aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi ilə bağlı müdafiəçisinin çıxışının nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs İsaqzadə X2 3-4 ay, Məhərrəm və Natiqi isə 10-12 ildir tanıdığını, Badaşqanda dəmir və metal alveri ilə məşğul olduğunu, Abbasqulunu onunla kürəkəni Tələtin tanış elədiyini, Tələtin Abbasqulunu işə düzəltmək üçün müraciət etdiyini və aylıq 300 manatdan olmaqla 5 ayın sonunda 1500 manat ödəmək barədə razılaşdıqlarını, Abbasqulunun onun yanında metal işində işlədiyini, Abbasqulunun 5 ay tamam olanda pulun hamısını birlikdə götürəcəyini bildirdiyini, buna görə də ona aylıq pul vermədiyini, hadisədən bir gün əvvəl Culfada olduğunu, axsam evə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə işlədikdən sonra yeyib-içib yatdığını, gecə saat 3-də oyananda balkona siqaret çəkməyə çıxdığını, siqareti külqabına vurmaq istəyəndə külqabının olmadığını gördüyünü, daha sonra alüminium qazanın və digər əşyaların da yerində olmadığını gördüyünü, evdə cibinə baxanda pulun da olmadığını gördüyünü, hadisə günü aralarında borcla bağlı heç bir söhbət olmadığını, Abbasqulunun ondan heç vaxt pul istəmədiyini, içki içmək öz şəxsi fikri olduğunu, Abbasqulunun ona içki təklif etmədiyini, iş ağır olduğundan hər gün içki içdiyini, Abbasqulunun da həmin gün içkili olduğunu, Abbasqulunun onun cibində pul olmasını bilsə də 2500 manatın olmasını bilmədiyini, hadisə günü evə başqa heç kimin gəldiyini görmədiyini, Abbasqulunun həyətdə malların hara yığıldığından xəbəri olduğunu, Natiq və Abazərin də həyətə dəmir yığıldığından xəbərdar olduğunu, onlarla daha yaxın olduqlarını, səhər Abbasquluya zəng eliyəndə telefonuna zəng çatmadığını, səhər sahə müvəkkilinə müraciət etdiyini, bundan sonra Vayxırdan Abbasqulunu tapıb gətirdiklərini, vurulmuş zərərin əvəzinin tam ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayətinin olmadığını, onlarla arasında barışıq əldə olunduğunu, bu hallar nəzərə alınmaqla onların barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza seçilməsini xahiş etdiyini bildirmişdir. Şahid3 ifadəsində 16 yanvar 2023-cü il tarixdə istintaq bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərini, Babək Rayonu, Badaşqan kəndində yaşayan Zərərçəkmiş şəxs metalların oğurlanaraq Badaşqan kəndində Təqsirləndirilən şəxs1 məxsus yarımtikilidə saxlanmasının müəyyən edilərək bu barədə istintaq bölməsinə məlumat verildiyini, təqsirləndirilən şəxslərdən heç kimin oğurlanmış malın tapılmasında iştirak və köməyinin olmadığını bildirmişdir. Şahid2 ifadəsində Təqsirləndirilən şəxs2 onun qayınatası olduğunu, Zərərçəkmiş şəxs isə onun dostu olduğunu və onu 6 ildir tanıdığını, qayınatasının onun yanında işləməsini şəxsən xahiş etdiyini, artıq bir neçə aydır ki, onun yanında işlədiyini, lakin pul almadığını, halbuki ayı 300 manata işləyəcəyi barədə razılaşdıqlarını, Abbasquludan niyə pul almadığını soruşanda Yasinin uşağının vəziyyətinin pis olduğunu, ona görə pulu verə bilmədiyini dediyini, 16 yanvar 2023cü il tarixdə polis əməkdaşları zəng edib qayınatasının yerini soruşduqlarını, həmin vaxt Abbasqulunun bacanağıgildə Vayxır kəndində olduğunu, ona zəng edib yola çıxmasını və polislərin onu həmin yerdən götürəcəklərini bildirdiyini, daha sonra onun Yasinin mallarını və pulunu oğurladığını öyrəndiyini, metalların yerini soruşsalar da yoldan keçən qazelə verdiyini dediyini, daha sonra həmin malların Məhərrəmin evindən tapıldığını, 3-4 gündən gəlib onlarla qalsa da 14-15 yanvar arası qayınatasının onlarda qalmadığını, oğurluq niyyəti barədə onlara heç nə demədiyini, Abbasqulunun Vayxırda olmasını həyat yoldaşından soruşduğunu, çünki onun özünə zəng çatmadığını bildirmişdir. Şahid1 ifadəsində 57 bazarında 5-ci döngədə qaynaq sexində işlədiyini, həmçinin 1 ildir ki, motosiklet sürdüyünü, orada əvvəllər Təqsirləndirilən şəxs1 qapı-pəncərə sexi olduğundan onu tanıdığını, digər iki nəfəri və Yasini isə tanımadığını, hadisə baş verdiyi tarixi dəqiq xatırlamadığını, günorta saatlarında telefonuna zəng gəldiyini, açdıqda motosikletin sürücüsü olub-olmadığını dəqiqləşdirdikdən sonra motosikletin yanına gəlməyini xahiş etdiklərini, telefon nömrəsinin motosikletin üzərinə yazıldığını, sexdən çıxıb motosikletin yanına getdiyini, günorta vaxtı işdə olduğu zaman bir şəxsin ona yaxınlaşaraq motosikleti ilə alüminium daşımağı təklif etdiyini, onun da qəbul etdiyini, nahar vaxtı olduğundan əvvəlcə yeməyini yeyib getməyi düşünsə də daha sonra gedib-gəlib yeməyə qərar verdiyini, həmin şəxs “Badaşqanda metallom yerindən Sovedabadda qəbiristanlıq tərəfdə olan metallom yerinə daşıyarsan” dediyini, Badaşqandakı yeri tanımadığını deyəndə sonradan Natiq olduğunu öyrəndiyi şəxsin “maşınımın arxasınca sür gəl yerini göstərim” dediyini, motosikletlə maşının arxasınca getdiyini, Natiqin maşını idarə etdiyini, Məhərrəmin də maşının ön oturacağında əyləşdiyini, bir evin yanında dayandıqlarını, orada “100 metr qabağa get qarşına qapı çıxacaq, orada səni qarşılayacaqlar, oradan yığarsan, artıq Sovedabada aparmayacaqsınız elə bu evə də yığılacaq” dediklərini, qərar dəyişdirmələrinin səbəbini ona bildirmədiklərini, özünün yaxşı deyib sürüb getdiyini, qapıya çatanda yaşlı kişinin onu qarşılayıb içəri keçdikdən sonra böyük darvaza qapılarını örtdüyünü, orada metalların, maşın motor hissələrinin yığıldığını gördüyünü, metallar ağır olduğundan həmin şəxsə motosikletə yükləməyə kömək etdiyini, Natiq və Məhərrəm uzaqda olduqlarından onlardan kömək istəməyin qeyri-mümkün olduğunu, metalları Abbasqulu və özünün motosikletə yığdıqlarını, bitirdikdən sonra Abbasqulunun da motosikletə mindiyini, özü və Abbasqulunun yenidən Məhərrəm və Natiqin yanına qayıtdığını, evlər arasında 100 metrə yaxın məsafə olduğunu, onların “zəhmət olmasa kömək elə buraya yığın” dediklərini, maşını evin kənarına sürüb metalları evin zirzəmisinə yığmağa Abbasquluya kömək etdiyini, Natiq və Məhərrəmin kənarda dayanıb kömək etmədiklərini, daha sonra Abbasqulunun ona kömək etdiyi üçün biraz artıq pul verilməsini Natiqgilə dediyini, özünün isə “ehtiyac yoxdur, elə öz pulumu verin bəsdir” dediyini, Məhərrəmin 100-lük verəndə qalanını qaytarmağa pulu olmadığını bildirdiyini, Məhərrəmin maşını yanacaqdoldurma məntəqəsinə sürməyi təklif etdiyini, Natiq və Məhərrəmin maşınla onun önündə yanacaq doldurma məntəqəsinə getdiklərini, həmin vaxt Abbasqulunun onların yanında olmadığını, Məhərrəmin orada ona 7 manat pul verdiyini, daha sonra getdiyini və nə olduğunu bilmədiyini, həmin məsələ ilə bağlı qabaqcadan keç kimlə razılaşmadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməsi istinad olunmaqla qeyd olunmuşdur ki, o, 15 yanvar 2023-cü il tarixdə Babək rayon Badaşqan kəndində yerləşən evdə birlikdə kirayə yaşadığı Zərərçəkmiş şəxs evdə yatmasını fürsət bilərək tamah məqsədi ilə Zərərçəkmiş şəxs şalvarının cibindən 2500 manatı qanunsuz olaraq gizli yolla talamış, ondan sonra cinayətkar niyyətini davam etdirirək kirayə yaşadığı evin həyətindən qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə razılığa gəlmişlər, bu məqsədlə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yük motorelleri göndərmiş, Təqsirləndirilən şəxs2 sahibinin xəbəri olmadan Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 490 kq dür aliminium və 10 kq aliminiumu gizlin yolla talayaraq həmin yük motorollerinə yükləmiş və Babək rayon Badaşqan kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus olan yarımtikili evin zirzəmisində ev sahibinin razılığı əsasında gizlətmişdirlər. Məhkəmə ittihamın 2500 manat pulun Təqsirləndirilən şəxs2 tərəfindən gizli yolla talanmasına dair hissəsi ilə bağlı qeyd edir ki, şəxsin həmin əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin izahatı, zərərçəkmiş şəxsin ifadəsi və təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollar əsasında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxsin yuxuda olmasını fürsət bilərək onun şalvarının cibindən gizli yolla 50 və 100 manatlıq əskinaslardan ibarət olan 2500 manat pulu oğurladığını bildirmiş, zərərçəkmiş şəxs isə yuxudan oyandıqda həyətdəki dəmirlərin yerində olmadığından şübhəyə düşərək cibində olan 2500 manat pulun yerində olub-olmadığını yoxladığını və həmin pulun yerində olmadığını görüb, Təqsirləndirilən şəxs2 başqa evə girib-çıxan şəxsin olmaması və onun həmin vaxt evdə olmadığından şübhə edərək xx.xx.2023-cü il tarixdə polis şöbəsinə müraciət etdiyini, həmin pulun isə Təqsirləndirilən şəxs2 tərəfindən götürüldüyü aşkar olunduqdan sonra özünə qaytarıldığını bildirmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. İttiham aktına görə Təqsirləndirilən şəxs2 ondan sonra cinayətkar niyyətini davam etdirərək kirayə yaşadığı evin həyətindən qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yük motorelleri göndərmiş, Təqsirləndirilən şəxs2 sahibinin xəbəri olmadan Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 490 kq dür aliminium və 10 kq aliminiumu gizli yolla talayaraq həmin yük motorollerinə yükləmiş və Babək rayon Badaşqan kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus olan yarımtikili evin zirzəmisində ev sahibinin razılığı əsasında gizlətmişlər. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını qanunsuz yolla gizli yolla talama cinayətinin tərkibi vardır. Buna baxmayaraq məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və Şahid1 ifadələri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evin həyətindən qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 köməyindən istifadə etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yük motorelleri göndərmiş, Təqsirləndirilən şəxs2 sahibinin xəbəri olmadan Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 490 kq dür aliminium və 10 kq aliminiumu gizli yolla talayaraq həmin yük motorollerinə yükləmiş və Babək rayon Badaşqan kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus olan yarımtikili evin zirzəmisində ev sahibinin razılığı əsasında gizlətmişdir. İttiham orqanı tərəfindən oğurluq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini sübut edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İttihamçı Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayət əməlini belə təsvir etmişdir: Təqsirləndirilən şəxs3 əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 Y. İsaqzadə ilə Babək rayon Badaşqan kəndində birlikdə kirayə yaşadığı evdə Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 608 manat olan 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metalları oğurlamaq barədə razılığa gələrək 15 yanvar 2023-cü il tarixdə aralarında olan razılaşmaya əsasən cinayətin törədilməsi üçün əvvəlcədən vəd etdiyi kimi Təqsirləndirilən şəxs2 həmin metalın daşınması üçün Naxçıvan şəhərinə gedərək yük motorelleri tapmış və özü ilə birlikdə həmin yük motorellerini Badaşqan kəndinə gətirmiş, həmin motorellerə istiqamət verərək Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs birgə yaşadığı evi göstərməklə Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 500 kq olan metalı sahibinin xəbəri olmadan, Təqsirləndirilən şəxs2 tərəfindən gizli yolla talamasına şərait yaratmaqla köməklik göstərmişdir. İttihamçı Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlini isə belə təsvir etmişdir: o, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə birgə Babək rayon Badaşqan kəndində kirayə yaşadığı evdə Zərərçəkmiş şəxs məxsus 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) ümumi dəyəri 608 manat olan metallarınıoğurlamaq barədə razılığa gələrək 15 yanvar 2023-cü il tarixdə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 həmin metalın daşınması üçün yük motorelleri göndərmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus olan ümumi çəkisi 500 kq olan metalları sahibinin xəbəri olmadan, gizli yolla talayaraq həmin yük motorollerinə yükləmiş və Babək rayon Badaşqan kəndində ona məxsus olan yarımtikili evin zirzəmisində əvvəlcədən vəd etdiyi kimi gizlətməsinə şərait yaratmaqla köməklik göstərmişdir. Göründüyü kimi ibtidai araşdırma orqanı özü Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğurluq əməlini həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi nəticəsinə gəlsə də sübuta yetirilmiş hesab etdiyi əməlin təsvirində cinayət prosesinin iştirakçısı kimi sözügedən şəxslərin köməkçi olduğu qənaətinə gəlmiş və onların əməlini Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddələri ilə tövsif etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında vurğulanmışdır ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Sözügedən qərarda Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Belə olan halda məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddəsindən həmin Məcəllənin 32.5 və 177.1-ci maddəsinə tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs2 əməlində CM-in 59.1 və 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmasını, həmin qanunun 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi yazılı ərizədə və məhkəmə iclasında verdiyi ifadəsində vurulmuş zərərin tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə olunduğunu bildirmişdir. Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 fevral 2008-ci il tarixli, 1(101)-219/2008 nömrəli hökmünün təsdiq olunmuş surətindən belə məlum olur ki, Təqsirləndirilən şəxs2 CM-in 29, 120.2.9-cu maddələri ilə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədə onun xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu qeyd olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin qanunun 18.4 və 18.4.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. İbtidai araşdırma orqanı cinayətin tövsifindən asılı olaraq şəxsin əməlində residivin olması qənaətinə gəlsə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli böyük ictimai təhlükə törətməyən cinayətə tövsif olunduğundan əməlində cinayətlərin residivi ilə bağlı ağırlaşdıcı hal yoxdur. Buna baxmayaraq məhkəmə sözügedən halı Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törədilmiş cinayətin xarakterini, törədilmiş cinayətdə iştirakının xarakter və dərəcəsini, habelə şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalı, onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, haqqında «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 155.3 və 155.3.3-cü maddələrinə əsasən hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə həbs qətimkan tədbiri təyin oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyini məsələsini müzakirə edərək qeyd edir ki, Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin məcəllənin 64.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər ikisinin əməlində CM-in 59.1 və 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs1 əməlində CM-in 59.1 və 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal sayır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə olan halda onların barəsində də Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmallıdır. Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hər iki təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onların şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin hər ikisinin cinayətin törədilməsində rolunu və barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını nəzərə alaraq onların cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Cinayət məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində o nəticəyə gəlir ki, onun üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Məmməd Araz küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2, Müdafiəçi2 Təqsirləndirilən şəxs3, Müdafiəçi1 isə Təqsirləndirilən şəxs1 dövlət büdcəsi hesabına müdafiəçisi təyin olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə işdə iştirak etməyə buraxılmışlar. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, haqqında «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddəsindən həmin Məcəllənin 32.5 və 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesablanmaqla, yəni 04 (dörd) gün azadlığın məhdudlaşdırlması cəzasına bərabər tutulmaqla, təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.1-ci maddəsindən həmin Məcəllənin 32.5 və 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesablanmaqla, yəni 04 (dörd) gün azadlığın məhdudlaşdırlması cəzasına bərabər tutulmaqla, təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Məmməd Araz küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 490 kq dür aliminium (dəyəri 588 manat) və 10 kq aliminium (dəyəri 20 manat) metallar sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkilləri Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 372 (üç yüz yetmiş iki) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 372 (üç yüz yetmiş iki) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 366 (üç yüz altmış altı) manat pul tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-3/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-3/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver