Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-3/2025 10.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs X10 iştirakları ilə, xx.xx.1988-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 (üç) uşaq atası, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan, işsiz, məhkumluğu olmayan X20 (Fin kod - 2LMKT8K) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: X13 özünə aid olan “adem_bagrov” adlı tik-tok sosial şəbəkəsindəki hər kəsin giriş imkanının mövcud olduğu səhifəsində 2024-cü ilin sentyabr ayında edilən paylaşımda yalan olduğunu bilə-bilə məhkəməyə müraciət edildiyi tarixə 4031 dəfə baxılmış “Bu qadasın aldığımın biznes imperiyasından xəbəriniz var?”, “Demək bu tapılmaz para babasının dayısı Zakir xəstəxanaların bufetlərinin monopoliyasına baxır, vergiyə, qaza, işığa, suya heç nə ödəmir”, “Həmin pulları Samiq, Vüsal, Zakir dədə malı kimi bölüşdürürlər”, “Dövlətimi talan edirlər bu rüşvətxorlar” məzmunlu cümlələrdən istifadə etməklə altında xüsusi ittihamçıya aid fotoşəklin yer aldığı xüsusi ittihamçı Zərərçəkmiş şəxs ağır cinayət törətməkdə ittiham etməklə tik-tok sosial şəbəkəsində - internet informasiya ehtiyatlarında yaymaqla şəxsiyyəti nalayiq formada qəsdən alçaltmaqla təhqir və şəxsi ağır cinayətdə ittiham etməklə böhtan cinayət əməlini törətmişdir. Bundan başqa X13 xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində “adem_bagrov” adlı tik-tok sosial şəbəkəsindəki səhifəsi vasitəsilə “@namizedseyid” adlı tik-tok sosial şəbəkəsinin istifadəçisi tərəfindən açılmış, hər kəsin izləmə imkanının mövcud olduğu, 25-30 nəfər aralığında şəxsin izləyib, rəylər bildirdiyi canlı yayına qoşularaq “Vüsal ölkə başçısına xəyanət işindədir, oğurluq, şərəfsizlik, rüşvətxorluqla məşğuldur, zərrə qədər mənliyiniz, şərəfiniz, kişiliyiniz vardırsa, verin məni məhkəməyə, özünüzə söyüş qoyun, o söyüşü mən gəlib, promoy üzünüzə deyəcəyəm, kişiliyiniz vardırsa özünüzə söyüş qoyun, istədiyiniz yerə məndən şikayət eləyin, ə siz məni dayandıra bilərsiniz, şərəfiniz vardırsa mənə geri addım atdırın, kişiliyiniz vardırsa gəlin üzbəüz söhbət edək, bir dəfə şərəfiniz, kişiliyiniz olsun, Vüsal və Samiqə deyirəm zərrə qədər şərəfiniz, mənliyiniz vardırsa verin məhkəməyə məni tutdurun, nə edirlərsə etsinlər mənası yoxdur, Vüsal və Samiq ölkə başçısına xəyanət işindədir, oğrudurlar, şərəfsizdirlər, rüşvətxorun öndə gedənidirlər, Vüsal zərrə qədər şərəfin, mənliyin vardırsa məhkəmədə gəl mənimlə üzbəüz, gör sənə nələr deyəcəyəm, elə bir söyüşlər söyəcəyəm, rüşvət alanın, rüşvətlə kimisə işə götürmüsünüz ha, əli rüşvətə bulaşanın, şəhid qardaşının, bacısının qızını, şəhid qızına nələr etmisiniz ha, orada elə söyüşlər söyəcəyəm, ondan sonra məni doğrayın fərqi yoxdur, Nehrəmdəyəm, oturmuşam rəhmətlik Şükürün yerində pivə içirəm, gəlin məni aparın neyləyirsiniz eləyin, şərəfin, qeyrətin namusun varsa indi şikayət elə məni tutsunlar, kişisənsə elə, kişisiniz indi tutdurun məni, şərəfiniz, kişiliyiniz vardırsa indi eləyin, siz mənim heç yanımdan toz olub keçə bilməzsiniz, fikrimdən dönmürəm, nə demişəmsə arxasındayam, Samiq və Vüsal ölkə başçısına xəyanət işindədirlər, şərəfsizdirlər, oğrudurlar, rüşvətxordurlar, bu qədər söz deyirəm, mənliyiniz yoxdur, Zərərçəkmiş şəxs atası oğlunu bıçaqlayıbdır, qolundan və ayağından vurubdur, prokurorluqda izahat veriblər, Samiq və Vüsal şərəfsizdir, oğrudur, rüşvətxordur, kişi olun, Samiqlə Vüsalın kara kassası var, təxmini bilirəm kimlərin əli ilə Səhiyyədə rüşvətlə, oğurluqla məşğul olurlar, bunları yaxşı bilirəm, məhkəməyə düşəndə ağzımı açıb, gözümü yumub ağzıma gələn söyüşləri söyəcəyəm, deyəcəyəm bu rüşvət alan belədir, elədir, orada göz yumub deyəcəksiniz ki, şərəfsizliyimizi qəbul edirik, Adəm tutulsun, mən şəxsən onları tanımıram, saymıram” məzmunlu ifadələri sosial şəbəkədə - internet informasiya ehtiyatında paylaşıb kütləvi şəkildə yayaraq xüsusi ittihamçı Zərərçəkmiş şəxs ağır cinayətdə ittiham etməklə böhtan atmış və şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs X13 ifadəsində günahlarının olduğunu, 7 nəfərlik ailə başçısı olduğunu, uşaq ikən ata və anasını itirdiyini, 2019-cu ildə qardaşı X9 “Gəmiqaya” şirkətində işləyərkən istehsalat qəzasından sonra ayağından əməliyyat olunduğunu və buna görə ona təzminat verilmədiyini, qardaşına Bakı şəhərinə aparılan müalicə zamanı 30000 manat pul sərf etdiyini, qardaşına isə əmək haqqı ilə birlikdə cəmi 15400 manat pul verildiyini, buna görə də mən hüquq mühafizə orqanlarına, Ali məclisə və Ali məhkəməyə müraciət etdiyini, şirkətə heç nə deyə bilməyəcəklərini dediklərini və məsələyə baxılmadığını, məcbur qalıb tabutun içərisinə girərək benzin töküb özümü yandırmaq istədiyini, həmin vaxt “götür apar bütün xərcləri çəkiləcək” deyildiyini, Samiq və Vüsal gəldikdən sonra yeni işə başladıqlarından 3-4 ay gözlədiyini, hara müraciət etsə də şikayətinə baxılmadığını, qardaşının hazırda yaşadığını, savadı olmadığı üçün pensiya təminatı ilə bağlı onun əvəzindən lazımi orqanlara müraciət etdiyini, özünün də ali təhsili olmadığını, qardaşının pensiya təminatı ilə Zərərçəkmiş şəxs heç bir əlaqəsi olmadığını, Naxçıvan Muxtar Respublikası səhiyyə X14 ziyan vermək məqsədilə bu paylaşımları etdiyini, Zərərçəkmiş şəxs barədə paylaşdıqlarımı da bu səbəbdən etdiyini, qardaşımın pensiya təminatının düzəlməsi üçün səhiyyə nazirini hədəf aldığını, daha sonra qardaşının pensiya almasına köməklik göstərilməsi üçün Səhiyyə X14 müraciət etdiyini, bu da alınmadıqdan sonra onları tənqid etməyə və bunu ictimaləşdirməyə başladığını, bunun qarşılığında açılan saxta hesablardan ailə üzvlərini təhqir edib söyməyə başladıqlarını, bu səbəbdən də həmin paylaşımları edərkən çox əsəbi halda və anlaqsız vəziyyətdə olduğunu, Namizəd Seyidlinin canlı yayımına qoşulub Zərərçəkmiş şəxs barəsində “şərəfsiz” ifadəsini işlətdiyini, Zərərçəkmiş şəxsla şəxsi tanışlığının olmadığını, tanımadığı birinin bu paylaşımlara görə özünə yazıb “arvadını aparıb gətirməyəcəyik, arvadın başqası ilə yatır, gör sənin başına nə oyunlar açacayıq” kimi ifadələr işlətdiyini, bu səbəblərdən də qıcıqlanıb bu paylaşımları etdiyini, bu ifadələri Zərərçəkmiş şəxs yazmadığını, buna görə də onun barəsində olan paylaşımlara görə Zərərçəkmiş şəxs üzr istədiyini, özündən şəxsən üzr istəməyə hazır olduğunu, “Naxçıvan səhiyyəsində Zərərçəkmiş şəxs bəlası” başlıqlı “1Xəbər” saytının yayımladığı videonu öz tik-tok sosial şəbəkə hesabında eynilə paylaşdığını, özünün jurnalist olmadığını, mətbuat sahəsində hər hansı işinin olmadığını, barışıq üçün verilmiş vaxt ərzində xüsusi ittihamçı Zərərçəkmiş şəxs qəbulunda olmaq üçün onun, Zərərçəkmiş şəxs mesaj yazıb onunla bir problemimim olmadığını dediyini, probleminin X17 Sadıxovla olduğunu, sərxoş və anlaqsız vəziyyətdə olduğundan “şərəfsiz” ifadəsi işlətdiyini, “Tiktok” sosial şəbəkəsində olan bütün videoları sildiyini, qalan videoları da silməyə hazır olduğunu, Vüsal müəllimin ona heç bir pisliyi keçmədiyini, Zərərçəkmiş şəxs şəxsiyyətini alçaltmadığını, Zərərçəkmiş şəxs atasının oğlunu bıçaqlaması barədə paylaşdığı məlumatları yuxuda görmədiyini, həmin məlumatları ona ötürən şəxsin qorxudan o məlumatı yaymadığını, Zərərçəkmiş şəxs barəsində məlumatları verən şəxsin adını deyə bilməyəcəyini, məlumatların saxta hesablardan verildiyini, xəstəxananın bufetini işlədən Zakir, həmçinin Vüsal və Samiqin qaza, işığa və suya pul vermədiyini və həmin pulu dədə malı kimi böldüklərini, bu məlumatı da bufetdə işləyən müxtəlif şəxslərdən aldığını, məhkəmə iclasından sonra sosial şəbəkələrdə Zərərçəkmiş şəxs barəsində ona qarşı işlətdiyi sözlərin təkzibi barəsində heç bir çıxış etmədiyini, onun barəsində olan paylaşımları sildiyini, əməlindən peşman olduğunu, Tiktok və Feysbuk sosial şəbəklərindən istifadə etdiyini, istifadəçi adının təxminən “Adəm Bağırov” olduğunu, tam olaraq necə yazıldını bilmədiyini, “feysbuk” hesabında təxminən 4000, “Tiktok” hesabında isə 7000 nəfərə yaxın nəfər izləyicisi olduğunu, instagram sosial şəbəkəsində isə o qədər aktiv olmadığını, hər iki hesabının izləyicilərə açıq olduğunu, Zərərçəkmiş şəxsla bağlı paylaşımı təqribən 2024-cü ilin sentyabr-oktyabr aylarında etdiyini, Zərərçəkmiş şəxs barəsində ilk dəfə hansı sosial şəbəkədə və hansı məzmunda paylaşım etdiyini xatırlamadığını, onun barəsində əldə etdiyi bəzi məlumatların doğruluğunu paylaşmazdan əvvəl yoxladığını, bəzilərini isə yoxlamadığını, kod yazıb verdiklərini və yadında saxla deyildiyini, onlardan kim olduqlarını və bu məlumatları nəyə görə verdiklərini soruşduğunu, “biz səninlə hələlik əlaqə qura bilmərik, vaxtı var, nə edə bilirlərsə etsinlər, zamanı çatanda harada olursan ol sənə yaxınlaçağıq, biriki şey var, sən onları paylaş, qalanı bizlikdi, biz kimlər lazımdı götürüb aparacağıq” deyildiyini, bu təkliflərin “Tiktok”-da mesaj qutularına gəldiyini, həmin mesajların saxta profillərdən gəlib mesaja baxana kimi istifadəçi adı silindiyini və yeni hesabdan yazıldığını, əldə etdiyi məlumatları söyüş və təhqir olmadığı halda həmin məlumatları paylaşdığını, paylaşdığı məlumatların mahiyətini bəzən anladığını, bəzən isə anlamadığını, paylaşdığı məlumatlar yalandırsa, qarşı tərəfin bununla bağlı təkzib yaza biləcəyini, “mən ölməmişəm, sizlər cənabdan nəsə gizlədəsiniz, deməli 3-4 ay olar ki, Vüsalın atası oğlunu bıçaqlayıb, hadisə polisdən gizlin qalsın deyə travma şöbəsindən Amin doktorla sürücü sabiri göndəriblər evində tikiş atıblar” olaraq qeyd olunan paylaşımı “Feysbuk”da “Adem Bagirov” adlı hesabda, həmçinin “TikTok”-da “adembagrov” adlı hesabında paylaşdığını, dəqiq tarixini xatırlamadığını, bu məlumatın ona “vatçap”-dan mesaj olaraq gəldiyini, göndərilən nömrəni xatırlamadığını, nömrənin onda qalmadığını, paylaşdığı şəklin Zərərçəkmiş şəxs olduğunu, altındakı yazılarda da onu nəzərdə tutduğunu, “Vüsal orada-burada küləkləyirsən ki, Adəmin tədbiri görüləcək, sənin qabağından qaçdığım gün özümü öldürərəm, istədiyin yerə məndən şikayət et, sənin də, Samiqin də qara kassası kimin əlindədir bilirəm” olaraq “TikTok”da etdiyi paylaşımda qara kassa olaraq nəyi nəzərdə tutduğumu məxfi saxlamaq istədiyini, “Bu qadasın aldığımın biznes imperiyasından xəbəriniz var? Demək bu para babasının dayısı Zakir xəstəxanaların bufetlərinin monapoliyasına baxır, vergiyə, qaza, suya, işığa heç nəyə pul ödəmir, həmin pulları, Samiq, Vüsal, Zakir dədə malı kimi bölüşdürülər, dövlətimi talan edirlər bu rüşvətxorlar” olaraq qeyd edilən paylaşımı “feysbuk”-da paylaşıb daha sonra isə ekran şəklini çəkib “TikTok”da səhifəsində paylaşdığını, hazırda hər iki paylaşımı sildiyindən baxış sayının neçə olduğunu xatırlamadığını, səhifəsinin hər iki sosial şəbəkədə açıq olduğunu və istənilən şəxsin daxil olub izləyə biləcəyini, paylaşımları edərkən anlaqlı vəziyətdə olduğunu, psixi vəziyyətinin isə yerində olmadığını, içkili olub paylaşa biləcəyini, Zərərçəkmiş şəxs dövlətə deyil, ölkə başçısına xəyanət etdiyini dediyini, Heydər Oğuz adlı jurnalistin Nazirlər Kabinetinin qadağasına baxmayaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının laboratoriyasının 4 milyon manata tenderə çıxarılması, daha sonra icarəyə verilməsi, işçilərin çıxarılması və onlarla 3 aylıq əmək müqaviləsinin imzalanması ilə bağlı etdiyi paylaşımdan sonra Zərərçəkmiş şəxs barəsində “rüşvətxor” ifadəsini işlətdiyini, həmçinin Heydər Oğuz, Tural Səfərov, Vüqar Tofiqoğlu, Sim Babayeva, “Qafqazinfo” və “1Xəbər” saytlarından əldə etdiyi məlumatlara da istinadlar edərək öz fikirləri kimi paylaşımlar etdiyini, həmçinin gələn anonim zənglərdə “filankəslərin qohumlarını, dostlarını filan yerə işə götürüblər” şəklində məlumatlara istinad edib paylaşımlar etdiyini, xx.xx.2024-cü il tarixdə Şərur rayonundan olan “Namizəd Seyid”in “TikTok” sosial şəbəkəsində açdığı canlıya qoşulduğunu, həmin canlıda Zərərçəkmiş şəxs barəsində “rüşvətxor, vətənə xətanət edən, şərəfsiz, qeyrətsiz” ifadələrini işlətdiyini, həmin vaxt sərxoş vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçının nümayəndəsi Nümayəndə bildirdi ki, təqsirləndirilən şəxs “TikTok”, “İnstagram”, “Facbook” sosial şəbəkələrindən istifadə etməklə xüsusi ittihamçının şərəf və ləyaqətini qəsdən alçaltmış və ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Təqsirləndirilən şəxsin sözügedən paylaşımları sosial şəbəklərdə kifayət qədər insan tərəfindən izlənmiş, rəylər bildirilmişdir. Şəxs tərəfindən məhkəmə gedişində barışıqla bağlı addımlar atılsa da bu baş tutmadıqda daha ağır ittihamlar səsləndirilməyə, daha da nalayiq formada xüsusi ittihamçını tənqid etməyə başlamışdır. Şəxsin əməlində yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan atma və şəxsiyyəti nalayiq formada qəsdən alçaltma cinayət əməllərinin tərkibi olduğundan təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Tibb X2 X18 Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli, 1 nömrəli əmri ilə Zərərçəkmiş şəxs 12 iyun 2024cü il tarixdən Naxçıvan Muxtar Respublikası Tibb X2 X18 İcraçı Direktoru vəzifəsinə təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 546 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə ekspert komissiyası o nəticəyə gəlmişdir ki, X13 ictimai təhükəli əməli törətdiyi zaman anlaqsız vəzihyyətdə olmamışdır, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi olmamışdır, nəticədə şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur, onda cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən anlaqlılığı istisna etməyən pozuntu mövcud olmamışdır. X13 hazırda öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyinin dərk etmək qabiliyyətindədir. X10 məcburi müalicəyə ehtiyacı yoxdur. X10 “adem_bagrov” adlı tik-tok sosial şəbəkəsindəki paylaşımın saxlanıldığı kompakt diskə məhkəmə baxışı iclasında baxış keçirilən zaman və təqsirləndirilən şəxsin ifadəsindən belə məlum olur ki, o, 2024-cü ilin sentyabr ayının müəyyən olunmayan tarixində etdiyi paylaşımda “Bu qadasın aldığımın biznes imperiyasından xəbəriniz var?”, “Demək bu tapılmaz para babasının dayısı Zakir xəstəxanaların bufetlərinin monopoliyasına baxır, vergiyə, qaza, işığa, suya heç nə ödəmir”, “Həmin pulları Samiq, Vüsal, Zakir dədə malı kimi bölüşdürürlər”, “Dövlətimi talan edirlər bu rüşvətxorlar” şəklində ifadələr işlətmiş, məhkəmə araşdırması gedişində isə sözügedən paylaşımı sosial internet şəbəkəsindən silmişdir. X10 “adem_bagrov” adlı tik-tok sosial şəbəkəsindəki səhifəsi vasitəsilə “@namizedseyid” adlı tik-tok sosial şəbəkəsinin istifadəçisi tərəfindən açılmış, hər kəsin izləmə imkanının mövcud olduğu, 25-30 nəfər aralığında şəxsin izləyib, rəylər bildirdiyi canlı yayına qoşularkən götürülmüş ekran yazısına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X13 “Vüsal ölkə başçısına xəyanət işindədir, oğurluq, şərəfsizliklə məşğuldur, rüşvətxorluqla məşğuldur, zərrə qədər mənliyiniz, şərəfiniz, kişiliyiniz vardırsa, verin məni məhkəməyə, özünüzə söyüş qoyun, o söyüşü mən gəlib, promoy üzünüzə deyəcəyəm, kişiliyiniz vardırsa özünüzə söyüş qoyun, istədiyiniz yerə məndən şikayət eləyin, ə siz məni dayandıra bilərsiniz, şərəfiniz vardırsa mənə geri addım atdırın, kişiliyiniz vardırsa gəlin üzbəüz söhbət edək, bir dəfə şərəfiniz, kişiliyiniz olsun, Vüsal və Samiqə deyirəm zərrə qədər şərəfiniz, mənliyiniz vardırsa verin məhkəməyə məni tutdurun, nə edirlərsə etsinlər mənası yoxdur, Vüsal və Samiq ölkə başçısına xəyanət işindədir, oğrudurlar, şərəfsizdirlər, rüşvətxorun öndə gedənidirlər, Vüsal zərrə qədər şərəfin, mənliyin vardırsa məhkəmədə gəl mənimlə üzbəüz, gör sənə nələr deyəcəyəm, elə bir söyüşlər söyəcəyəm, rüşvət alanın, rüşvətlə kimisə işə götürmüsünüz ha, əli rüşvətə bulaşanın, şəhid qardaşının, bacısının qızını, şəhid qızına nələr etmisiniz ha, orada elə söyüşlər söyəcəyəm, ondan sonra məni doğrayın fərqi yoxdur, Nehrəmdəyəm, oturmuşam rəhmətlik Şükürün yerində pivə içirəm, gəlin məni aparın neyləyirsiniz eləyin, şərəfin, qeyrətin namusun varsa indi şikayət elə məni tutsunlar, kişisənsə elə, kişisiniz indi tutdurun məni, şərəfiniz, kişiliyiniz vardırsa indi eləyin, siz mənim heç yanımdan toz olub keçə bilməzsiniz, fikrimdən dönmürəm, nə demişəmsə arxasındayam, Samiq və Vüsal ölkə başçısına xəyanət işindədirlər, şərəfsizdirlər, oğrudurlar, rüşvətxordurlar, bu qədər söz deyirəm, mənliyiniz yoxdur, Zərərçəkmiş şəxs atası oğlunu bıçaqlayıbdır, qolundan və ayağından vurubdur, prokurorluqda izahat veriblər, Samiq və Vüsal şərəfsizdir, oğrudur, rüşvətxordur, kişi olun, Samiqlə Vüsalın kara kassası var, təxmini bilirəm kimlərin əli ilə Səhiyyədə rüşvətlə, oğurluqla məşğul olurlar, bunları yaxşı bilirəm, məhkəməyə düşəndə ağzımı açıb, gözümü yumub ağzıma gələn söyüşləri söyəcəyəm, deyəcəyəm bu rüşvət alan belədir, elədir, orada göz yumub deyəcəksiniz ki, şərəfsizliyimizi qəbul edirik, Adəm tutulsun, mən şəxsən onları tanımıram, saymıram” məzmunlu ifadələri sosial şəbəkədə - internet informasiya ehtiyatında işlətmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 verdiyi tələbnamədən belə məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx.xx.1988-ci il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbə sakini X10 məhkumluğu barədə məlumat yoxdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan belə məlum olur ki, X10 xx.xx.2013-cu il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il təvəllüdlü üç övladı vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə şəxsin ittiham olunduğu cinayət tərkibinin obyekti ilə əlaqədar olaraq qeyd edir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-birilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və yaüç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaiki ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtan əməli üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar olsa da, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə belə hesab edir ki, yayılan məlumatlar tənqid deyil, təhqir xarakterlidir. Belə məlumatların yayılması xüsusi ittihamçının həm şəxsi, həm də ictimai həyatına müdaxilə təşkil etməklə özündə ümumi fikirləri deyil, faktları əks etdirir. İfadə azadlığına müdaxilə zəruridir. Belə ki, Məhkəmə istintaqı zamanı yayılan məlumatların həqiqətə uyğun olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında olan sosial-internet şəbəkələrində təqsirləndirilən şəxs tərəfindən edilmiş paylaşımlara baxış keçirilərkən sonuncu tərəfindən xüsusi ittihamçının rüşvət alma cinayət əməlini törətməkdə ittiham olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsiüç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklədörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır və ağır cinayətdir. Cinayət tərkibinin digər əlaməti şəxsin yalan olduğunu bilə-bilə zərərçəkmiş şəxsi ağır cinayətdə ittiham etməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə araşdırması zamanı xüsusi ittihamçının barəsində ittiham olunduğu sözügedən cinayətlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğu istisna olunmuş, sözügedən halın isə X1 məlumatlar yayılarkən məlum olduğu müəyyən olunmuşdur. Qeyd olunan Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan görüntülərin ümumi məzmunundan aydın olur ki, Adəm Bağırov yalan olduğunu bilə-bilə xüsusi ittihamçı Zərərçəkmiş şəxs ağır cinayət törətməkdə ittiham etməklə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaq məqsədi güdmüşdür. Bu ittihamların doğruluğunun məhkəmə istintaqı zamanı hər hansı mötəbər dəlillərlə sübut olunmaması xüsusi ittihamçıya qarşı böhtan cinayətinin törədildiyini təsdiq etmiş olur. Məhkəmə həmçinin ittihamın Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bağlı hissəsi barədə qeyd edir ki, istinad olunan Plenum qərarının 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Plenum qərarının 8-ci bəndində xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Təqsirləndirilən şəxs “Vüsal oğurluq, şərəfsizlik, rüşvətxorluqla məşğuldur, zərrə qədər mənliyiniz, şərəfiniz, kişiliyiniz vardırsa, verin məni məhkəməyə, özünüzə söyüş qoyun, o söyüşü mən gəlib, promoy üzünüzə deyəcəyəm, kişiliyiniz vardırsa özünüzə söyüş qoyun, şərəfiniz vardırsa mənə geri addım atdırın, kişiliyiniz vardırsa gəlin üzbəüz söhbət edək, bir dəfə şərəfiniz, kişiliyiniz olsun, Vüsal rüşvətxorun öndə gedənidir, Vüsal zərrə qədər şərəfin, mənliyin vardırsa məhkəmədə gəl mənimlə üzbəüz, gör sənə nələr deyəcəyəm, elə bir söyüşlər söyəcəyəm, rüşvət alanın, rüşvətlə kimisə işə götürmüsünüz ha, əli rüşvətə bulaşanın, şəhid qardaşının, bacısının qızını, şəhid qızına nələr etmisiniz ha, orada elə söyüşlər söyəcəyəm, ondan sonra məni doğrayın fərqi yoxdur, şərəfin, qeyrətin namusun varsa indi şikayət elə məni tutsunlar, kişisənsə elə, kişisiniz indi tutdurun məni, şərəfiniz, kişiliyiniz vardırsa indi eləyin, siz mənim heç yanımdan toz olub keçə bilməzsiniz, bu qədər söz deyirəm, mənliyiniz yoxdur, Zərərçəkmiş şəxs atası oğlunu bıçaqlayıbdır, qolundan və ayağından vurubdur, prokurorluqda izahat veriblər, Vüsalın kara kassası var, təxmini bilirəm kimlərin əli ilə Səhiyyədə rüşvətlə, oğurluqla məşğul olurlar, bunları yaxşı bilirəm, məhkəməyə düşəndə ağzımı açıb, gözümü yumub ağzıma gələn söyüşləri söyəcəyəm, deyəcəyəm bu rüşvət alan belədir, elədir, orada göz yumub deyəcəksiniz ki, şərəfsizliyimizi qəbul edirik” məzmunlu ifadələri xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində “adem_bagrov” adlı tik-tok sosial şəbəkəsindəki səhifəsi vasitəsilə “@namizedseyid” adlı tik-tok sosial şəbəkəsinin istifadəçisi tərəfindən açılmış, hər kəsin izləmə imkanının mövcud olduğu, 25-30 nəfər aralığında şəxsin izləyib, rəylər bildirdiyi canlı yayına qoşularaq bildirməklə şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Kütləvi şəkildə yayılan məlumatlar təhqir və böhtan xarakteri daşıyır, Zərərçəkmiş şəxs şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bundan başqa, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Avropa Məhkəməsinin presedent hüququna görə ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə birlikdə qiymətləndirən məhkəmə hesab edir ki, X13 yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs ağır cinayətdə ittiham etməklə böhtan atma və sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələri nəzərə alır. CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, Adəm Bağırovun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda X10 barəsində olan əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq islah olunması üçün onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, 148-ci maddəsinə əsasən isə cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növüvə ya həddiyalnız o halda təyin edilir ki, az ciddi cəza növüvə ya həddicəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə cəzanın həddi ilə bağlı təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatları, əvvəllər məhkum olunmamasını, şəxsin himayəsində üç uşağı olmaqla təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, X10 barəsində təqsirli bilindiyi CM-in 147.2-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, 148-ci maddəsinə əsasən isə 1000 manat məbləğində cərimə cəzası tətbiq olunmalıdır. CM-in 66.2-ci maddəsinə görə cinayətlərin məcmusunaböyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Məhkəmə belə hesab edir ki, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X11 qəti olaraq 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, X10 üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, X5 rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, X10 üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, X10 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, hökmün icrasının təmini məqsədilə təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmış, təqsirləndirilən şəxsin ərizəsi əsasında icraatda iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.5-ci maddəsinə əsasən cinayət prosesində digər sənədlər sübut kimi qəbul olunur. İş materiallarında olan 01 ədəd flaş disk cinayət əməllərinin bütün hallarını özündə əks etdirir. Bundan əlavə, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş, məhkəmə iclasları başladıqdan sonra da Adəm Bağırovun xüsusi ittihamçı ilə bağlı paylaşımlarını davam etdirdiyi 01 ədəd flaş disk təqsirləndirilən şəxsin cinayət əməlini davam etdirməsi halını özündə əks etdirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, sözügedən 02 ədəd flaş disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməli, cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq h ö k m e t d i: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X11 qəti olaraq 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X10 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X10 üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X13 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. X13 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili X8 təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına keçirilsin. X10 “TikTok” sosial şəbəkəsi üzərindən xüsusi ittihamçı Zərərçəkmiş şəxs ilə yaydığı təhqir və böhtan xarakterli məlumatları özündə əks etdirən 02 (iki) ədəd flaş disk maddi sübut qismində tanınsın və iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-3/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-3/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver