Məhkəmə qərarları › İş №1(079)-4/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-4/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-4/2021 20.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1961-ci ildə Culfa rayonu, Əbrəqunus kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, ali təhsilli, pensiyaçı, İİİ qrup əlil, 17 iyun 2021-ci il tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Culfa rayonu, Əbrəqunus kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “04” avqust 2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 2245 radələrində “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Naxçıvan-Ordubad avtomobil yolunun 2-ci kilometrində Ordubad rayonu istiqamətində idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara riayət etməyərək yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan “Gicgah nahiyəsində yara, həmin yaradan 2 santimetr önə iki ədəd sıyrıq, alnın sol yarısında sıyrıq, sağ gözün üst qapağında sıyrıq, üst dodağın iç səthində və bayır səthində yaralar, sağ çiyin qurşağı üzərində, sağ dirsək oynağında sıyrıqlar, sağ saidində 8 ədəd sıyrıq, sağ saidin orta üçdə birində, sağ dirsək oynağının iç səthində, sağ bilək oynağı nahiyəsində yaralar, sağ böyrəküstü nahiyədə sıyrıq, sıyrıq üzərində yara, sağ budunda sıyrıq, sağ diz oynağında iki ədəd sıyrıqlar, sağ baldırında, sağ topuq nahiyəsində 4 ədəd sıyrıq, sol budunda yara, sol diz oynağında yara, sağ baldır, sol bud, sağ bilək və sağ çanaq sümüklərinin qapalı sınığı, başın dərialtı yumşaq toxumasına, sağ gicgah nahiyəsinə qansızma, qaraciyərində cırılma, qarın boşluğunda 1200 ml qandan ibarət dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 09 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə axşam verəcəyi iftar yeməyinə qızlarını ailəlikcə çağırdığını, qızlarının Naxçıvan şəhərindən qonaq gəldiyini, həmin gün iftar yeməyi qurtardıqdan sonra saat təxminən 22 radələrində onları Naxçıvan şəhərinə aparmaq üçün idarə etdiyi “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Culfa rayonu, Əbrəqunus kəndindən çıxdığını, bir qızının öz avtomobili ilə şəhərə qayıtdığını, digər qızı Zərif və qudası Fazili isə özünün idarə etdiyi avtomobilə şəhərə gətirdiyini, iki maşının arxa-arxaya şəhərə gəldiklərini, qızı Zərifin Naxçıvan şəhərində Vergilər Nazirliyinin inzibati binasının arxasında olan binada qaldığını, havanın tam qaranlıq olduğunu, qızını Naxçıvan şəhərinə evlərinə gətirdikdən sonra Culfa rayonu, Əbrəqunus kəndinə qayıtmaq üçün Naxçıvan şəhərindən çıxdığını, şəhərə Hacıvar kəndi tərəfdən gəlsə də, “Təzə körpü” adlanan tərəfdən qayıtdığını, Naxçıvan-Ordubad avtomobil yolunda hava limanının işıqforundan keçib Culfa rayonu istiqamətində yaxın işıqlarla təqribən 70- 80 kilometr saat sürətlə hərəkətdə olduğunu, Naxçıvan-Ordubad avtomobil yolunda yol kənarında olan işıq dirəklərindəki işıqların yandığını, hava limanından təxminən iki kilometr məsafə birinci hərəkət zolağı ilə Culfa istiqamətində hərəkət edərkən yolun sağ kənarında olan torpaq yol ilə 4-5 oğlan uşağının Ordubad rayonu istiqamətində hərəkətdə olduğunu gördüyünü, cavan uşaq olduqları və yolda zarafatlaşdıqları üçün anidən asfalt yola qaçarlar deyə avtomobili ilə hərəkət zolağını dəyişib ikinci hərəkət zolağına keçdiyini, hərəkət zolağını dəyişən zaman belə diqqətinin yolun sağ kənarındakı uşaqlarda olduğunu, yolun sol tərəfinə fikir vermədiyini, ümumiyyətdə gecənin həmin vaxtında yolda adam olacağını ağlından keçirmədiyini, uşaqları ötüb keçdikdən bir neçə metr sonra avtomobilinin qabaq sol tərəfinə nəyinsə dəydiyini hiss etdiyini, lakin nəyə dəydiyini bilmədiyini, avtomobilin alın şüşəsinin qırıldığını və içəri batdığını, şüşə qırıldığı üçün yolu görə bilmədiyini, həmin vaxtı avtomobilin hərəkətdə olduğunu, bir az qabaqda onu saxladığını, uşaqların “gəl apar xəstəxanaya” deyə uca səslə çağırdıqlarını eşidəndə adam vurduğunu başa düşdüyünü, avtomobili ilə geri dönərək uşağı uzandığı yerə gəldiyini, avtomobilin işığı yola düşən zaman asfalt yol üzərində oğlan uşağının üzü üstə hərəkətsiz uzandığını gördüyünü, həmin an avtomobilinə dəyənin həmin piyada olduğunu anladığını, hərəkətdə olduğu zaman diqqətinin yolun sağ kənarında hərəkətdə olan uşaqlarda olduğu üçün avtomobilin dəydiyi piyadanın hərəkətini əvvəlcədən görmədiyini, bu səbəbdən siqnal vermədiyini və tormoz vurmadığını, həmin günün səhərisi ölkə başçısı Naxçıvan Muxtar Respublikasına səfər edəcəyindən yollarda təhlükəsizlik tədbirlərinin çox olduğunu, elə bu səbəbdən hadisə yerinə yol polisi əməkdaşlarının tez gəldiyini, piyadanın başından qan axdığını, təxminən iki dəqiqə sonra hadisə yerinə təcili yardım avtomobilinin gəldiyini, piyadanı xəstəxanaya apardıqlarını, özünün isə sərxoş olubolmamasının müəyyən edilməsi üçün polislərlə getdiyini, hadisə baş verən günün ertəsi günündən özünün zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışdığını və hazırda onunla barışıq əldə etdiyini, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etdiyi qeyd edərək bunların, həmçinin səhhətini və ailəsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər müddəasını rəhbər tutaraq, onu əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı həmin hadisənin baş verməsi anının birbaşa şahidi olmuş Şahid3, X10, Şahid5, Şahid6, Şahid7 və Şahid10, həmçinin hadisə baş verən vaxt orada olan Şahid1, Şahid8, Şahid11, Şahid2 və X4 ifadələri ilə öz təsdiqini tapır. Belə ki, baş vermiş hadisənin birbaşa şahidlərindən biri olan, yetkinlik yaşına çatmayan Şahid10 məhkəmədə verdiyi ifadəsində dayısının oğlu Natiqin “Heydər Əliyev” adına hərbi liseydə kursant olduğunu, 08 may 2021-ci il tarixdə Natiqin ona “kursant yoldaşlarımızla Əshabi-Kəhfi ziyarət etməyə gedəcəyik gəl səndə bizimlə get” dediyini, Natiqlə razılaşdığını, 09 may 2021-ci ildə günorta vaxtı Naxçıvan şəhərinə gəldiklərini, həmin gün saat 14-15 radələrində Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, saat 19 radələrində yenidən şəhəricikdə görüşmək razılığı ilə oradan ayrılıb çay içməyə getdiklərini, deyilən vaxtda şəhərcikdə yenidən görüşdüklərini, on nəfər kursant və iki nəfər mülki şəxs olmaqla on iki nəfər olduqlarını, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, axşam vaxtı yola çıxmaqda məqsədlərinin gecəni Əshabi- Kəhfdə qalmaq olduğunu, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, təqribən saat 2200 radələrində Əyləncə adası adlanan yerdən çıxıb piyada hərəkət yolu ilə hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, özünün dayısının oğlu Natiq və Heydər adlı kursantla söhbət edərək getdiklərini, Sahibin onlardan arxada Nihadla gəldiyini, daha sonra Sahibin gəlib onların yanından keçərək qabağa keçdiyini, həmin vaxtı onun qulağında telefonun qulaqcıqlarının olduğunu, Sahibin 10-15 addım onları keçdikdən sonra asfalt yola keçdiyini və yolun mərkəzinə doğru meylli hərəkət etdiyini, həmin vaxt arxaya dönüb baxdığında Naxçıvan şəhəri tərəfdən yüksək sürətlə hərəkətdə olan ağ avtomobilin Sahibə yaxınlaşdığını gördüyünü, həmin maşınla aralarındakı məsafənin təqribən 200 metr olduğunu, Sahibi yüksək səslə nə qədər çağırsalar da qulağında nauşnik olduğundan onları eşitmədiyini, həmin vaxt Sahibin arxasının maşına tərəf olduğunu, onun anidən dönüb arxaya baxdığını, həmin an avtomobilin heç bir səs siqnalı və tormoz vermədən Sahibi yolun ikinci hərəkət zolağında vurduğunu, Sahibin havaya qalxaraq təqribən 40 metr qabaqda qarşı yola düşdüyünü, bundan sonra avtomobilin surətinin azaldığını və təxminən 50-60 metr qabaqda yolun sağ tərəfində dayandığını, özünün maşını görməsi ilə onun Sahibi vurmasının təqribən 10-15 saniyə çəkdiyini, avtomobilin həmin vaxt yavaş sürətlə hərəkətdə olduğunu, X11 tərəf qaçdıqlarını, arxadan gələn Sahibin əmisi oğlu Ülvi ilə birlikdə qaçıb avtomobilə yaxınlaşdıqlarını və sürücüyə “gəl xəstəxanaya apar” dediklərini, avtomobili təqsirləndirilən şəxsin idarə etdiyi, maşından başqa şəxsin olmadığını, Sahibi vuran maşının “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı olduğunu, həmin avtomobilin sürücü tərəfinin əzildiyini və qabaq şüşəsinin qırıldığını gördüyünü, sürücünün avtomobili döndərərək gəlib Sahibin yanında saxladığını, özü Sahibin yanında gələndə onun hərəkətsiz asfalt yolda qaldığını, ayağında və başında xəsarət olduğunu, başından qan axdığını, təqribən iki dəqiqə sonra polis əməkdaşlarının hadisə yerinə gəldiklərini, bundan sonra təqsirləndirilən şəxsin maşından düşdüyünü, təxminən 10 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və həkimin Sahibi yoxlayaraq rəhmətə getdiyini dediyini, kursantlardan iki nəfərin təcili yardım maşını, digərlərinin isə başqa maşınlarla xəstəxanaya getdiklərini bildirmişdir. Şahid X8 məhkəmədə verdiyi ifadəsində Sahibin anası ilə öz atasının dayıoğlu-bibiqızı olduğunu, X13 adına hərbi liseydə kursant olduğunu, 09 may 2021-ci ildə Sahibin ona telefonda kursant yoldaşları ilə Əshabi-Kəhfi ona etməyə gedəcəklərini, özünü də onlarla getməsi təklif etməsi barədə mesaj yazdığını, Sahibə “atamdan icazə almalıyam” dediyini, Sahibin də gəlib onun atasından icazə aldığını, 09 may 2021-ci il tarixdə günorta saatlarında Naxçıvan şəhərinə gəldiklərini, həmin gün saat təqribən 1600 radələrində Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, saat 1900-da yenidən şəhəricikdə görüşmək razılığı ilə oradan ayrılıb “Atıcılıq” adlanan yerdə çay içməyə getdiklərini, deyilən vaxtda şəhərcikdə yenidən görüşdüklərini, on nəfər kursat və iki nəfər mülki şəxs olmaqla on iki nəfər olduqlarını, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, təqribən saat 2200 radələrində Əyləncə adasından çıxıb piyada hərəkət yolu ilə hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlanmasının normal olduğunu, Siruz adlı kursantla söhbət edərək hamıdan arxada getdiklərini, Sahibin onlardan 60-70 metr öndə getdiyini, təxminən 70 metr qabaqda uşaqlardan bir nəfərin yolun mərkəzinə doğru hərəkətdə olduğunu gördüyünü, həmin şəxsin qoşa xətdə çatdığını, lakin məsafə uzaq olduğundan kim olduğunu bilmədiyini, Naxçıvan şəhəri tərəfdən ağ rəngli avtomobilin yüksək sürətlə gəlib keçdiyini, həmin vaxt ona evdən “hardasınız?” məzmunlu mesaj gəldiyini, özünün isə həmin mesaja cavab yazdığı zaman səs gəldiyini, bu zaman yolda avtomobilin detallarının töküldüyünü gördüyünü, Sahibin səsini eşitdiyini, avtomobilin Sahibi vurduğunu anladığını, ona çatanda Sahibin səsinin kəsildiyini, həmin avtomobilin gedib 50-60 metr qabaqda sağ hərəkət zolağında dayandığını, Nail adlı oğlanla avtomobilə tərəf qaçdıqlarını, avtomobilə yaxınlaşdıqlarında avtomobilin yavaş sürətlə hərəkətdə olduğunu, avtomobilə yaxınlaşıb sürücüyə gəl xəstəxanaya apar dediklərini, Sahibi vuran maşında yalnız təqsirləndirilən şəxsin olduğunu, sürücünün avtomobili döndərərək gəlib Sahibin yanında saxladığını, onun maşından düşdüyü, həmin vaxt onun əlində çəlik olduğunu, Sahibin hərəkətsiz asfalt yolda qaldığını, başından qan axdığını, polis əməkdaşlarının hadisə yerinə gəldiklərini, təxminən 10 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və həkimin Sahibi yoxladığını, onun burnuna pambıq tıxaraq keçindiyini dediyini, özünün Sahibi iki kursantla birlikdə təcili tibbi yardım maşına qoyduqlarını, ondan sonra isə xəstəxanaya getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi X6 ifadəsində işləmək üçün Türkiyə Respublikasına getdiyini, 2019-cu il tarixdə evdən zəng gəldiyini, oğlu Sahibin “Heydər Əliyev” adına hərbi liseyə qəbul olduğunu dediklərini, sənədlərinin qaydasında olmadığı üçün Naxçıvana gələ bilmədiyini, Sahibin 2021-ci ilin iyun ayında hərbi liseyin İİ kursunu bitirib təhsilinə davam etmək üçün Bakı şəhərinə gedəcəyini, 10 may 2021-ci il tarixdə səhər yuxudan oyandığında telefonuna gələn mesajlardan dayısı oğlu Yaşarın keçən gecə, yəni 09 may 2021-ci ildə bir neçə dəfə ona zəng etdiyini gördüyünü, telefonu sönülü olduğu üçün zəng gəlmədiyini, həmin gün Yaşarın yenidən zəng etdiyini, oğlu Sahibi avtomobilin vurduğunu və rəhmətə getdiyini dediyini, Naxçıvana gəlmək üçün İğdır şəhərinə gəldiyini, keçid məntəqəsindən keçən zaman sənədlərinin qaydasında olmadıği üçün gələ bilmədiyini, sənədlərini qaydasına qoyduqdan sonra 17 may 2021-ci il tarixdə axşam saatlarında Babək rayonu, Naxışnərgiz kəndinə gəlib çıxdığını, hadisə ilə bağlı maraqlandığı zaman oğlu Sahibin 09 may 2021-ci il tarixdə məzuniyyətdə olduğunu, həmin gün havanın qaranlıq vaxtında Əshabi-Kəhfi ziyarətinə getmək üçün Naxçıvan-Ordubad avtomobil yolunda kursant yoldaşları ilə piyada hərəkətdə olduqlarını, Sahibin yolun digər tərəfinə keçmək istəyən zaman Ordubad rayonu istiqamətində hərəkətdə olan avtomobilin Sahibi vurduğunu, Sahibin hadisə yerində rəhmətə getdiyini dediklərini, oğluna vuran avtomobilin sürücüsünü tanımadığını, onun ölümünə görə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Şahidlər Şahid3, X10, Şahid5, Şahid6, Şahid7, Şahid1, Şahid8, Şahid11 və Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək hazırda təhsil almaları ilə bağlı Bakı şəhərində yaşadıqlarını və oxuduqlarını, bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak etməmələrinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə, prosesdə iştirak edən şəxslərin fikrini dinləməklə yuxarıda qeyd edilən şahidlərin məhkəmə iclasında iştirak etməmə səbəbini üzürlü hesab edərək onların məhkəməyədək icraat zamanı verdiyi izahatları elan və tədqiq etmişdi. Belə ki, Şahid3 ibtidai istintaqı zamanı verdiyi ifadəsində 2019-cu ildə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olunduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, kursant yoldaşlarının əylənmək üçün şəhərcikdə qaldıqlarını, özünün isə Naxçıvan şəhərində yaşadığı üçün evə getdiyini, axşam saat 2200 radələrində Əyləncə adasına getdiyini, oradan kursant yoldaşları ilə çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafə olmaqla hərəkət etdiklərini, Natiq adlı kursant yoldaşı ilə söhbət edərək getdiklərini, Sahib adlı kursant yoldaşının onlardan arxada gəldiyini, Sahibin tək gələrək onların yanından keçib qulağında telefonun qulaqcığı qabağa keçdiyini, musiqiyə qulaq asdığını düşündüyünü, Sahibin təxminən onlardan on addım qabaqda asfalt yola keçərək normal yerişlə meylli yolun mərkəzinə doğru hərəkət etdiyini, həmin an dönüb arxaya baxdığında Naxçıvan şəhəri tərəfdən avtomobilin ikinci hərəkət zolağı ilə yüksək sürətlə Sahibə yaxınlaşdığını gördüyünü, Natiqlə yüksək səslə nə qədər Sahibi çağırsalar da onun qulağında qulaqcıq olduğu üçün cavab vermədiyini və onun avtomobilin gəlişinə belə reaksiya vermədiyini, avtomobilin Sahibə tam çatdığını, Sahibin isə yolun mərkəzində olan qoşa xətdə çatmağa bir addım qaldığını, anidən onun dönüb arxaya baxdığını, həmin an avtomobilin Sahibi vurduğunu, onun havaya qalxdığını və asfalt yola düşdüyünü, Sahibə tərəf qaçdıqlarını, onun asfalt yolda düşüb hərəkətsiz qaldığını, avtomobilin isə təxminən 60 metr qabaqda gedib dayandığını, uşaqlardan gedib sürücüyə “gəl xəstəxanaya apar” deyə qışqırdıqlarını, sürücünün geri dönərək avtomobili Sahibin yanında saxladığını, hadisə yerinə polis əməkdaşlarının gəldiyini, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini, həkimin Sahibi müayinə edərək rəhmətə getdiyini dediyini, avtomobilin Sahibə yaxınlaşan zaman nə səs siqnalı, nə də ki, tormoz vermədiyini, öz düşüncəsinə görə sürücünün Sahibin hərəkətini görmədiyini bildirmişdir. Hadisənin birbaşa şahidi olan X10 ibtidai istintaqı zamanı şahid qismində verdiyi ifadəsində 2019-cu ildə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olunduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant, iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, orada çox qalmadıqlarını, oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafə olmaqla hərəkət etdiklərini, Sahiblə söhbət etdiklərini, onun məzəli əhvalatlar danışdığını, deyib-güldüklərini, Sahibin ona “mən telefonun nauşnikini taxıb musiqiyə qulaq asıram. Mənə nəsə sözün olsa yaxınlaşıb deyərsən” dediyini, Sahibin ondan arxada qaldığını, on dəqiqə sonra arxada gələn kursant yoldaşlarının uca səslə Sahibi çağırdıqlarını eşitdiyini, dönüb arxaya baxdığında onun yolun ortasında olduğunu gördüyünü, Naxçıvan şəhərindən sürətli gələn avtomobilin Sahibi yolun ortasında vuraraq havaya atdığını, onun asfalt yola düşdüyünü, qaçaraq Sahibin yanına getdiyini, onun yolda hərəkətsiz üzü üstə qaldığını və başından qan axdığını gördüyünü, Sahibi vuran avtomobilin əks istiqamətli yola keçmədiyini, gedib qabaqda birinci hərəkət zolağında saxladığını, uşaqların sürücüyə “gəl apar xəstəxanaya” deyə qışqırdıqlarını, avtomobilin gəlib Sahibin yanında saxladığını, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, təxminən 7-8 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və Sahibi apardıqlarını, Sahibin əvvəlcədən asfalt yolda hərəkətini görmədiyini, uşaqların səsinə döndüyü zaman Sahibin qoşa xəttin sağ tərəfində olduğunu gördüyünü, onun həmin an dönüb baxdığında avtomobilin Sahibi vurduğunu bildirmişdir. Hadisə anının birbaşa şahidi olan Şahid5 ibtidai istintaqı zamanı şahid qismində verdiyi ifadəsində 2019-cu il tarixdə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 19:00 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, sinra oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafəli olmaqla hərəkət etdiklərini, Rəşid adlı kursant yoldaşı ilə söhbət edərək getdiklərini, Sahib adlı kursant yoldaşlarının yanından gəlib keçdiklərini, Sahibin Nihad adlı şəxslə söhbət etdiyini, bir az sonra arxada gələn kursant yoldaşlarının uca səslə “Sahib maşın gəlir” deyə qışqırdıqlarını, dönüb arxaya baxdığında Sahibin yolun mərkəzində olan qoşa xətdə doğru hərəkətdə olduğunu gördüyünü, onun qoşa xətdə çatdığı an dönüb arxaya baxdığında Naxçıvan şəhərindən sürətli gələn avtomobilin Sahibi yolun ortasında vuraraq havaya atdığını, Sahibin asfalt yola düşdüyünü, qaçaraq Sahibin yanına getdiyini, onun asfalt yolda hərəkətsiz üzü üstə qaldığını və asfaltda qan olduğunu gördüyünü, Sahibi vuran avtomobilin gedib qabaqda yolun sağ tərəfində saxladığını, uşaqların sürücüyə “gəl apar xəstəxanaya” dediklərini, avtomobilin geri qayıdıb Sahibin yanında dayandığını, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, təxminən 8 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və həkimin Sahibi yoxlayaraq rəhmətə getdiyini dediyini bildirmişdir. Hadisə anının şahidi olan Şahid6 ibtidai istintaqı zamanı şahid qismində verdiyi ifadəsində 2019-cu il tarixdə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, orada əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, orada çox qalmadıqlarını, oradan kursant yoldaşları ilə çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafə olmaqla hərəkət etdiklərini, Heydər adlı kursant yoldaşı ilə söhbət edərək getdiklərini, Sahib onlardan arxada gəldiyini, onun tək gələrək onların yanından keçib qulağında telefonun qulaqcığı qabağa keçdiyini, Sahibin təxminən onlardan on addım qabaqda asfalt yola keçərək yolun mərkəzinə doğru hərəkət etdiyini, həmin an dönüb arxaya baxdığında Naxçıvan şəhəri tərəfdən avtomobilin ikinci hərəkət zolağı ilə sürətlə Sahibə yaxınlaşdığını gördüyünü, Heydərlə yüksək səslə nə qədər Sahibi çağırsalar da onun qulağında qulaqcıq olduğu üçün onlara cavab vermədiyini və onun avtomobilin gəlişinə belə reaksiya vermədiyini, avtomobilin Sahibə tam çatdığını, onun isə yolun mərkəzində olan qoşa xətdə çatdığını, avtomobilin Sahibə yaxınlaşan zaman nə səs siqnalı, nə də ki, tormoz vermədiyini, anidən Sahibin dönüb arxaya baxdığını, həmin an avtomobilin onu vurduğunu, Sahibin havaya qalxdığını və asfalt yola düşdüyünü, Sahibə tərəf qaçdıqlarını, Sahibin asfalt yolda düşüb hərəkətsiz qaldığını, avtomobilin isə əks istiqamətli yola keçmədiyini, təxminən 60 metr qabaqda gedib dayandığını, uşaqlardan gedib sürücüyə “gəl xəstəxanaya apar” deyə qışqırdıqlarını, sürücünün geri dönərək gəlib avtomobili Sahibin yanında saxladığını, hadisə yerinə polis əməkdaşlarının gəldiyini, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini, həkimin Sahibi müayinə edərək rəhmətə getdiyini dediyini bildirmişdir. Hadisə anının şahidi olan Şahid7 ibtidai istintaqı zamanı şahid qismində verdiyi ifadəsində 2019-cu il tarixdə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, sonra oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafə olmaqla hərəkət etdiklərini, Şahmar adlı kursant yoldaşı ilə söhbət edərək getdiyini, Sahibin gəlib yanından keçdiyini, Sahibin Nihadla söhbət etdiyini, təxminən beş dəqiqə sonra arxada gələn kursant yoldaşlarının uca səslə “Sahib maşın gəlir” deyə qışqırdıqlarını, dönüb arxaya baxdığında onun yolun mərkəzində qoşa xəttin yanında gördüyünü, onun qoşa xəttə çatdığı an dönüb arxaya baxdığında Naxçıvan şəhərindən sürətli gələn avtomobilin Sahibə yaxınlaşdığını, həmin avtomobilin Sahibi vurmamaq üçün nə səs siqnalı, nə də ki, tormoz vermədiyini, avtomobilin gəldiyi zolaqda Sahibi qoşa xəttin yanında vuraraq havaya atdığını, Sahibin asfalt yola düşdüyünü, qaçaraq Sahibin yanına getdiyini, Sahibin asfalt yolda hərəkətsiz üzü üstə qaldığını və asfaltda qan olduğunu gördüyünü, Sahibi vuran avtomobilin gedib 50-60 metr qabaqda yolun sağ tərəfində saxladığını, uşaqların sürücüyə “gəl apar xəstəxanaya” dediklərini, avtomobilin geri qayıdıb Sahibin yanında dayandığını, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və həkimin Sahibi yoxlayaraq rəhmətə getdiyini dediyini bildirmişdir. Şahid1 isə ibtidai istintaqı zamanı verdiyi ifadəsində 2019-cu ildə “Heydər Əliyev” adına hərbi liseyə qəbul olduğunu, 29 mart 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, orada çox qalmadıqlarını, sonra oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafə olmaqla hərəkət etdiklərini, telefonla danışdığı üçün tək getdiyini, Sahib adlı kursant yoldaşının ondan qabaqda hərəkətdə olduğunu, öndə hərəkət edən kursant yoldaşlarının uca səslə qışqırdıqlarını və asfalt yola qaçdıqlarını gördüyünü, özünün də qaçaraq kursant yoldaşlarının yanına getdiyini, Sahibin asfalt yolda hərəkətsiz üzü üstə qaldığını və başından qan axdığını gördüyünü, digər uşaqların qabaqda kiməsə “gəl apar xəstəxanaya” deyə qışqırdıqlarını, ağ rəngli şüşəsi qırıq və ön tərəfi əzilmiş vəziyyətdə olan avtomobilin gəlib Sahibin yanında saxladığını, onu həmin avtomobilin vurduğunu anladığını, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və Sahibi apardıqlarını, hadisənin necə baş verdiyini bilmədiyini, Sahibi vuran avtomobilin hərəkətini əvvəlcədən görmədiyini qeyd etmişdi. Şahid8 ibtidai istintaqı zamanı verdiyi ifadəsində 2019-cu il tarixdə imtahan verərək Heydər Əliyev adına hərbi liseyin birinci kursuna qəbul olunduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, orada çox qalmadıqlarını, oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, İbrahim adlı kursant yoldaşı ilə hamıdan qabaqda söhbət edərək getdiklərini, digər kursant yoldaşlarının və mülki şəxslərin onlardan arxada gəldiklərini, birdən arxada gələn kursant yoldaşlarının uca səslə “maşın vurdu” deyə qışqırdıqlarını, dönüb arxaya baxdığında yolun mərkəzində bir nəfəri qoşa xəttin üstündə gördüyünü, Naxçıvan şəhərindən sürətli gələn avtomobilin həmin şəxs vurduğunu, aralarındakı məsafə çox olduğundan avtomobilin kimi vurduğunu bilmədiyini, avtomobilin həmin şəxsi vurduqdan sonra əks istiqamətli yola keçmədiyini, birinci hərəkət zolağına keçərək gəlib onların yanından keçdiyini, uşaqlardan iki nəfərin gedib sürücüyə “gəl apar xəstəxanaya” dediklərini, qaçaraq avtomobili vuran şəxsə yaxınlaşdıqlarını, həmin şəxsin kursant yoldaşları Sahib olduğunu gördüyünü, onun hərəkətsiz vəziyyətdə asfalt yolda uzandığını, başından qan axdığını, Sahibi vuran avtomobilin gəlib yanında saxladığını, hadisə yerinə polis əməkdaşlarının, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və həkimin Sahibi yoxlayaraq rəhmətə getdiyini dediyini bildirmişdir. Şahid11 ibtidai istintaqı zamanı verdiyi ifadəsində 2019-cu il tarixdə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, Əyləncə adasında çox qalmadıqlarını, oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, Nicat adlı kursant yoldaşı ilə hamıdan qabaqda söhbət edərək getdiklərini, digər kursant yoldaşlarının və mülki şəxslərin onlardan arxada gəldiklərini, birdən arxada gələn kursant yoldaşlarının uca səslə “maşın vurdu” deyə qışqırdıqlarını, dönüb arxaya baxdığında yolun mərkəzində bir nəfəri qoşa xəttin üstündə gördüyünü, Naxçıvan şəhərindən sürətli gələn avtomobilin həmin şəxs vurduğunu, aralarındakı məsafə çox olduğundan avtomobilin kimi vurduğunu bilmədiyini, avtomobilin həmin şəxsi vurduqdan sonra əks istiqamətli yola keçmədiyini, birinci hərəkət zolağına keçərək gəlib onların yanından keçdiyini, uşaqlardan iki nəfərin gedib sürücüyə gəl apar xəstəxanaya dediklərini, qaçaraq avtomobili vuran şəxsə yaxınlaşdıqlarını, həmin şəxsin kursant yoldaşları Sahib olduğunu gördüyünü, onun hərəkətsiz vəziyyətdə asfalt yolda uzandığını, başından qan axdığını, Sahibi vuran avtomobilin gəlib yanında saxladığını, hadisə yerinə polis əməkdaşlarının gəldiyini, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və həkimin Sahibi yoxlayaraq rəhmətə getdiyini dediyini bildirmişdir. Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsində 2019-cu il tarixdə imtahan verərək “Heydər Əliyev” adına hərbi liseyin birinci kursuna qəbul olduğunu, 29 aprel 2021-ci il tarixdə attestat imtahanı verdikdən sonra kurs uşaqları ilə Əshabi-Kəhfi ziyarət etməyi planlaşdırdıqlarını, 08 may 2021-ci il tarixdə Ramazan bayramı münasibəti ilə məzuniyyətə buraxıldıqlarını, 09 may 2021-ci il tarixdə günorta saatlarında kursant yoldaşları ilə Naxçıvan şəhərində şəhərcik deyilən yerdə görüşdüklərini, həmin gün saat 1900 radələrində yenidən görüşüb Əshabi-Kəhfə getməyi planlaşdırdıqlarını, saat 1900-da on nəfər kursant, iki nəfər mülki şəxs olmaqla 12 nəfər şəhərcikdə görüşdüklərini, şəhərcikdə əyləndikdən sonra havanın qaranlıq vaxtında ziyarətə getmək üçün şəhərcikdən çıxdıqlarını, Naxçıvan şəhərinin ara məhəllələri ilə Əyləncə adasına gəldiklərini, Əyləncə adasında çox qalmadıqlarını, oradan çıxıb piyada hərəkət yolu hava limanının işıqforuna gəldiklərini, işıqforu keçib Ordubad rayonu istiqamətində torpaq yol ilə hərəkətə davam etdiklərini, havanın tam qaranlıq olduğunu, yolun sağ tərəfindəki işıq dirəklərindəki işıqların yanılı olduğu üçün yolun işıqlı olduğunu, hamının bir yerdə deyil 2-3 nəfər olmaqla bir-birlərindən məsafəli olmaqla hərəkət etdiklərini, telefonla danışdığı üçün tək getdiyini, Sahib adlı kursant yoldaşının ondan qabaqda hərəkətdə olduğunu, öndə hərəkət edən kursant yoldaşlarının uca səslə qışqırdıqlarını və asfalt yola qaçdıqlarını gördüyünü, özünün də qaçaraq kursant yoldaşlarının yanına getdiyini, Sahib adlı kursant yoldaşının asfalt yolda hərəkətsiz üzü üstə qaldığını və başından qan axdığını gördüyünü, digər uşaqların qabaqda kiməsə “gəl apar xəstəxanaya” deyə qışqırdıqlarını, ağ rəngli şüşəsi qırıq və ön tərəfi əzilmiş vəziyyətdə olan avtomobilin gəlib Sahibin yanında saxladığını, Sahibi həmin avtomobilin vurduğunu anladığını, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, təxminən 5-6 dəqiqə sonra təcili yardım avtomobilinin gəldiyini və Sahibi apardıqlarını, hadisənin baş verdiyi yerdən təxminən 70 metr məsafə arxada hərəkətdə olduğu üçün hadisənin necə baş verdiyini bilmədiyini, Sahibi vuran avtomobilin hərəkətini əvvəlcədən görmədiyini bildirmişdir. Elan edilmiş şahid ifadələrinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda ifadələri qeyd edilən şahidlərin baş vermiş hadisə ilə bağlı ifadələrində qeyd etdiyi xüsusatlar hadisə yerində olan və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də üstüstə düşür. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs ölümü arasında səbəbli əlaqənin mövcudluğu isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin 10 may 2021-ci il tarixli, 12 nömrəli və 02 mart 2020-ci il tarixli, 06 nömrəli ekspert rəyləri ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tədqiq edilən mərhum Zərərçəkmiş şəxs ölüm səbəbi, aldığı xəsarətlərin xarakterini, ağırlıq dərəcəsi və müddəti müəyyən etmək məqsədilə 10 may 2021-ci il tarixli qərarla Məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 10 may 2021-ci il tarixli, 12 nömrəli ekspert rəyində mərhum Zərərçəkmiş şəxs bədən səthi üzərində “Gicgah nahiyəsində yara, həmin yaradan 2 santimetr önə iki ədəd sıyrıq, alnın sol yarısında sıyrıq, sağ gözün üst qapağında sıyrıq, üst dodağın iç səthində və bayır səthində yaralar, sağ çiyin qurşağı üzərində, sağ dirsək oynağında sıyrıqlar, sağ saidində 8 ədəd sıyrıq, sağ saidin orta üçdə birində, sağ dirsək oynağının iç səthində, sağ bilək oynağı nahiyəsində yaralar, sağ böyrəküstü nahiyədə sıyrıq, sıyrıq üzərində yara, sağ budunda sıyrıq, sağ diz oynağında iki ədəd sıyrıqlar, sağ baldırında, sağ topuq nahiyəsində 4 ədəd sıyrıq, sol budunda yara, sol diz oynağında yara, sağ baldır, sol bud, sağ bilək və sağ çanaq sümüklərinin qapalı sınığı, başın dərialtı yumşaq toxumasına, sağ gicgah nahiyəsinə qansızma, qaraciyərində cırılma, qarın boşluğunda 1200 ml qandan ibarət xəsarətlərin aşkar edilməsi, qeyd olunan xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi, eləcə də avtomobil qəzası zamanı əmələ gələ bilməsi və dərəcəsinə görə yetirilmə anı canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərinə aid olması, onun ölümü ilə nəticələnməsi, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlməsi, Zərərçəkmiş şəxs ölümünə səbəb travmatik şok və kəskin qanitirmə olması, ölümün müddəti meyitin müayinə gününə uyğun gəlməsi göstərilmişdi. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2021-ci il tarixli 133 saylı rəyi ilə öz həlli tapır. Belə ki, iş materiallarında olan istintaqla əlaqədar həqiqətin müəyyən edilməsi, “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluğun və baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanın olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi bilik tələb edən ekspert rəyinin alınmasının zəruriliyini nəzərə alaraq ibtidai istintaq orqanı 21 may 2021-ci il tarixli qərarla Yolnəqliyyat hadisəsinin məhkəmə ekspertizasını təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2021-ci il tarixli 133 saylı rəyində “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Ekspert rəyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs avtomobili idarə edərkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə isə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmçinin həmin Qanunun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun Zərərçəkmiş şəxs ölümü ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqin tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Belə ki, istintaqla əlaqədar hadisə zamanı “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olubolmamasını müəyyən etmək məqsədilə o, müayinə edilmiş, Naxçıvan Şəhər Təcili X16 hüquqi şəxsin 09 may 2021-ci il tarixli, 2085 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktda təqsirləndirilən şəxsin alkoqol qəbul etməsi əlamətlərinin mövcud olmaması göstərilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 11 may 2021-ci il tarixli protokol” dan ibtidai istintaqla zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 11 may 2021-ci ildə baxış keçirilməsi, onun texniki cəhətdən vəziyyəti yoxlanılması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin on sol tərəfinin, həmçinin qabaq buferinin əzilməsi, alın şüşəsinin sol tərəfi qırılaraq içəriyə doğru keçməsi, onun qalan hissələrinin isə saz-işlək vəziyyətdə olduğu müəyyən edilmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, o əməlin təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət işində olan Culfa rayonu, Əbrəqunus kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə onun şəxsiyyətini xarakterizə hal kimi bunu nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin ali təhsilli və İİİ qrup əlil olmasını, ilk dəfə cinayət törətməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirilir. Bu faktlar PV seriyalı, 008984 nömrəli, 06 iyul 1988-ci il tarixli diplom, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin məktubu və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 tələbnaməsi və təqsirləndirilən şəxsin ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, PV seriyalı, 008984 nömrəli, 06 iyul 1988-ci il tarixli diplomun təsdiq edilmiş surətindən Təqsirləndirilən şəxs ali təhsil alması müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin 08 iyun 2021-ci il tarixli, 06/150 nömrəli məktubundan Təqsirləndirilən şəxs 12 sentyabr 1980ci ildən müddətsiz olaraq İİİ qrup ümumi səbəbdən əlil kimi pensiya qeydiyyatında olması göstərilir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 05 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X3 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdi. Bunlardan əlavə zərər çəkmiş şəxsin hüquqi X2 məhkəmə təqdim etdiyi 27 avqust 2021-ci il tarixli ərizəndən və məhkəmədə şahid qismində dindirilməsi zamanı verdiyi ifadəsindən aydın olur ki, onun təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur və Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edib. Sonuncu qeyd edilən halla bağlı məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 4 il 6 aydan artıq ola bilməz. Qeyd edilən halı digər yüngülləşdirici hallarla birlikdə nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın onun səhhətinə təsirini və cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir. Ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Culfa rayonu, Əbrəqunus kəndində yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon icra və probasiya bölməsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. Məhkəmə işin hallarını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) il 06 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən sürücü Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı idarə etdiyi “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili sübut hesab edilərək, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 İdarəsinin duracağında saxlanca verilmişdi. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi təqsirləndirilən şəxsdir və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon icra və probasiya bölməsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan “Volkswagen Passat” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar