Məhkəmə qərarları › İş №1(079)-4/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-4/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-4/2022 22.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X18 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Culfa rayonu, Ərəzin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, hazırda 29 (iyirmi doqquz) və 23 (iyirmi üç) yaşlarında olan 2 (iki) övlad atası, Culfa rayonu, Ərəzin kəndində qeydiyyatda olan və yaşayan, orta təhsilli, işsiz, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, əvvəllər məhkum olunmayan, 29 dekabr 2021-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “15” mart 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə saat 18:10 radələrində Babək rayonu Şəkərabad kənd yolunda, Babək şəhəri istiqamətində Babək Rayon Elektrik Şəbəkəsinə məxsus “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Şəkərabad kənd tam orta məktəbinin qarşısında, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, diqqəti daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırması və avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında və dəqiq yerinə yetirməklə hərəkətin təhlükəsizliyini təmin etməməsi nəticəsində ”Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq Babək rayon Şəkərabad kənd tam orta məktəbinin qarşısında asfalt yolu soldan-sağa doğru keçən piyada 19.04.1974-cü il təvəllüdlü, Babək rayon Şəkərabad kənd sakini X8 vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada Gülnarə Kərimovaya təpə nahiyyəsində yara, sağ və sol diz oynağında sıyrıqlar, döş qəfəsinin ön sağ yarısında, ön qoltuqaltı xətt üzrə İİ-Vİİ qabırğaların, sağ arxa qoltuqaltı xətt üzrə İ-V qabırğaların, soldan məmə xətti üzrə İİ-V qabırğaların sınığı, döş qəfəsinin ön sağ və sol yarısında dərialtı yumşaq toxumalara və əzələlərə geniş həcmdə qansızma, ağ ciyərin orta və aşağı payları üzərində cırılmalar, sağ ağciyər kökünün cırılması, döş sümüyü dəstəyi nahiyyəsində hematoma, başın dərialtı yumşaq toxumasına və əzələyə təpə ənsə nahiyyəsinə qansızmadan ibarət ağır dərəcəli xəsarətlər yetirərək ölümünə səbəb olmuş və idarə etdiyi Babək Rayon Elektrik Şəbəkəsinə məxsus olan “UAZ 39094-018” markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin ön ekranının sol hissəsinin əzilməsi nəticəsində Babək Rayon Elektrik Şəbəkəsinə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək Culfa rayonu, Ərəzin kəndində yaşadığını, 2 aya yaxın olar ki, Babək Rayon Elektrik Şəbəkəsində sürücü işlədiyini və orada “UAZ” markalı, **-AC-*** nömrəli maşını idarə etdiyini, 26 noyabr 2021-ci il tarixdə təxminən saat 09:00 radələrində həmin idarənin şöbə müdiri vəzifəsində çalışan Novruz Qədimalıyevlə birlikdə Qahab kəndində olan nasaz sayğacları bərpa etmək üçün Qahab kəndinə getdiklərini, oradan isə yenə nasaz sayğacları bərpa etmək məqsədilə Zeynəddin kəndinə keçdiklərini, Zeynəddindəki işi bitirdikdən sonra təqribən saat 1600 radələrində Novruz Qədimalıyevin ona həmin idarədə sürücü işləyən X15 maşınında nasazlıq olduğundan idarənin müdiri Mübariz müəllimin göstərişi ilə Cəhri kəndində olan işçiləri gedib götürməsini bildirməsi barədə məlumat verdiyini, həmin maşınla X21 qəsəbəsinə gedib Səftər, Yavər və Zahidi götürdüklərini, onları götürdükdən sonra ön oturacaqda Novruz, arxa oturacaqda isə Səftər, Yavər və Zahid olmaqla idarəyə qayıtdıqlarını, Yavər Nəcəfovun sol tərəfdə, Zahid Hacıyevın ortada, Səftər Cəfərovun isə sağ tərəfdə arxa oturacaqda oturduqlarını, havanın isə toz-dumanlı olduğunu, yolun görüş məsafəsinin yaxşı olmadığını, həmin vaxt yaxın işıq sistemindən istifadə etdiyini, həmin yolun 2 gediş və 2 gəliş zolağından ibarət olduğunu, maşında yük olmadığını, saat 1810 radələrində Şəkərabad kənd məktəbinin yanından keçərkən piyada keçidindən təqribən 2-3 metr aralıda bir qadının yola baxmadan sürətlə yolu keçdiyini gördüyünü, qadını görəndə onunla maşın arasındakı məsafənin 6-7 metr olduğunu, maşını tez sağa çəkməyə çalışsa da maşının sol tərəfinin qadına dəydiyini, hadisə baş verdikdən bilavasitə əvvəl sürət göstəricisinə baxmadığını, təcrübəli sürücü kimi avtomobilin sürətinin yol boyu saatda 40-45 km olduğunu təxmin etdiyini, hadisə baş verən yerdə 60 km/saatdan yuxarı sürətlə hərəkətin qadağan olmasının ona bəlli olduğunu, məsafə çox yaxın olduğundan qadın maşının altında qalar deyə tormozu vurmadığını, maşını sağa çəkməyi daha ağlabatan hesab etdiyini, piyadanı görəndə onun qoşa xəttin üzərində olduğunu, piyadanın qoşa xəttin üstündə bir anlıq dayanmaq istəyib, yavaşlayıb yenidən hərəkət etdiyini, bunun onu çaş-baş saldığını və piyada dayananda keçib gedə biləcəyini fikirləşdiyini, lakin piyadanın yenidən hərəkətə başlamasının bu nəticəyə gətirib çıxardığını, piyadaya dəydikdən sonra maşının sağ təkərinin səki ilə yolu bir-birindən ayıran bardurun üstünə çıxdığını, maşını geri sürüb təkəri bardurdan endirdiyini, biraz daha irəliyə gedib yol ayırıcını keçdikdən sonra sağa çəkib maşını saxladığını, təcili maşından düşüb qadının olduğu yerə tərəf getdiyini, bu vaxt iş yoldaşlarından birinin yolu kəsərək eyni istiqamətdə gələn maşınların hərəkətini saxladığını, dərhal iş yoldaşlarıma təcili tibbi yardıma zəng etmələrini bildirdiyini, narahat olduğundan yoldaşlarının təkidi ilə çəkilib bir kənarda dayandığını, buna görə də mərhumu kimin götürdüyünü görə bilmədiyini, bundan sonra polis əməkdaşlarının onu içkili olub-olmadığını yoxlamaq üçün müayinəyə apardıqlarını, həmçinin uzun müddətdir ki, sürücülüklə məşğul olduğunu, həmin gün maşını idarə edərkən hər hansı bir yorğunluq, əzginlik və ya narahatlıq hiss etmədiyini, heç bir yerə tələsmədiyini, hadisə baş verən zaman yağışın təzəcə yağmağa başladığını, maşının şüşəsinə təzə-təzə damcılar düşdüyünü, amma asfalt yolun hələ islanmadığını, hadisə zamanı maşının sürətlər qutusunun 4-cü ötürücüdə olduğunu, mərhumun piyada keçidinin tam üstündə hərəkət etmədiyini, keçiddən 2-3 metr aralıda – irəlidə yolu keçdiyini, mərhumu əvvəlcədən tanımadığını, onunla heç bir düşmənçilik və ya ədavətinin olmadığını, yolda diqqətini yayındıracaq hər hansı bir hadisə baş vermədiyini, sükanı əldən buraxmadığını, hadisə baş verən anda ancaq düz istiqamətdə yola baxıb, aynalarla yola nəzarət etdiyini, hərəkətə mane olacaq hər hansı bir obyekt və ya tikinti materialı olmadığını, təmir-tikinti işi aparılmadığını, hərəkətə mane olacaq palçıq, su, qum, çökəklik, kələ-kötür olmadığını, avtomobil yolunun rahat və sərfəli olduğunu, əvvəllər həmin yoldan dəfələrlə istifadə etdiyini, piyada keçidlərinin təhsil, tibb və s. obyektlərin önündə quraşdırıldığından xəbərdar olduğunu, məktəbin qarşısından keçərkən daha diqqətli olmalı, piyada keçidinə yaxınlaşanda isə maşının sürətini dayanma həddinə qədər azaltmalı olduğunu, əvvəllər barəsində yol-hərəkət qaydalarının pozulmasına görə bir neçə dəfə inzibati protokol tərtib olunduğunu, lakin bunun nəticəsində heç kimin sağlamlığına və ya malına ziyan vurmadığını, hadisənin qarşısını almağa texniki imkanı olduğunu, özünü itirmədən tormozu sıxsaydı piyadaya dəymədən saxlaya bilməsinin mümkün olduğunu, amma hadisənin şoku ilə maşını sağa çəkməyi üstün tutduğunu, ilkin tibbi yardımla bağlı bilik və təcrübəsi olmadığından və hadisənin şokunda olduğundan zərərçəkmiş şəxsə tibbi yardım göstərmədiyini, Babək Rayon Elektrik Şəbəkəsinə 200 (iki yüz) manat maddi ziyan vurduğunu öyrəndikdən sonra maddi ziyanı könüllü olaraq ödədiyini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini qeyd edərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X32 ifadəsində mərhumun həyat yoldaşı olduğunu, onunla 1994-cü ildən ailə qurduğunu, iki övladı olduğunu, 26 noyabr 2021ci il tarixdə Naxçıvan şəhərində yerləşən avtomobil sexində işdə olduğu zaman əmisi oğlu Rüfətin ona 18:30 radələrində zəng edərək tez evə gəlməyini bildirdiyini, səbəbini soruşduqda Rüfətin tez ol evə gəl deyib telefonu bağladığını, işlədiyi paltarda sexdən çıxıb maşına oturub evə - Şəkərabad kəndinə özünə aid maşınla getdiyini, maşını özünün idarə etdiyini, Şəkərabad kənd orta məktəbinin qarşısında yolda adamların və maşınların dayandığını gördüyünü, oraya yaxınlaşmadan birbaşa evə getdiyini, yolda qonşu Cəvahirin ona Gülnarəni maşın vurduğunu və qolunun sındığını bildirdiyini, həyətə girəndə atasını gördüyünü, atasının nə olduğundan xəbərsiz, anasıgilin harada olduğunu soruşanda Gülnarəni maşın vurduğunu və xəstəxanaya getdiklərini bildirib dərhal sexə qayıtdığını, paltarını dəyişdikdən sonra iş yoldaşları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına getdiklərini, qəbula yaxınlaşdıqda elə birinin gətirilmədiyini bildirdiklərini, elə bu vaxt təcili tibbi yardım maşınının oraya yaxınlaşdığını və həkimlərin onu xərəkdə maşından endirdiklərini gördüyünü, Gülnarəyə yaxınlaşdığını, Gülnarənin qulağından qan gəldiyini, bir neçə dəfə adını çağırıb ona cavab verməsini gözlədiyini, amma cavab gəlmədiyini, Gülnarənin huşunun özündə olmadığını, heç bir söz demədiyini, həkimlərin bir söz demədən Gülnarəni içəri aparığını, qısa müddət gözlədikdən sonra öldüyünü bildirdiklərini, həmçinin suallara cavabında evə və xəstəxanaya maşını özü idarə edərək getdiyini, hava şəraitinin əlverişli olmadığını, hadisə yerindən evə qədər təxminən 10-15 metr məsafə olduğunu, hadisənin olduğu yerdə nəyin baş verdiyi ilə maraqlanmadığını, hadisə günü mərhumun anası və öz anasının evdə olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadıqlarını, həmin gün Gülnarənin evə tələsməsinə səbəb olacaq heç nə baş vermədiyini, Gülnarədə heç bir xəstəlik olmadığını, belə bir qəzanın hamının başına gələ biləcəyini, təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını və onunla barışdıqlarını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər müddəasını rəhbər tutaraq, məhkəmə təqsirləndirilən şəxsin əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdir. X4 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı hadisənin baş verməsi anının birbaşa şahidi olmuş X5, X24, X29 və X19 ifadələri ilə öz təsdiqini tapır. Belə ki, baş vermiş hadisənin birbaşa şahidlərindən biri olan X5 ifadəsində Babək Rayon Elektrik Şəbəkəsində Nəzarət və Satış Şöbəsinin müdiri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs də hadisədən əvvəl orada sürücü olaraq işlədiyini, 26 noyabr 2021-ci il tarixdə elektrik sayğaclarını yoxlamaq üçün Vahidlə birlikdə “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı maşınla Qahab kəndinə getdiklərini, orada olan nasaz sayğacları təmir etdikdən sonra eyni məqsədlə Zeynəddin kəndinə getdiklərini, işləri görüb qurtardıqdan sonra saat 16:40 radələrində idarənin digər sürücüsü X15 maşınında nasazlıq olduğundan idrənin müdirinin göstərişi ilə Cəhri qəsəbəsində işləyən iş yoldaşları Səftər, Yavər və Zahidi götürmək üçün oradan çıxıb Cəhri qəsəbəsində getdiklərini, onları qəsəbədən götürüb idarəyə qayıtdıqlarını, idarəyə qayıdarkən qabaq sırada özü, arxada isə Zahid, Yavər və Səftər əyləşdiklərini, təqribən saat 18:10 radələrində Şəkərabad kənd məktəbinin qarşısında anidən iti yerişlə yeriyən bir qadının maşının qarşısına çıxdığını, onun əks hərəkət istiqamətlərini bir-birindən ayıran qoşa xəttin üzərində bir anda dayanıb yenidən hərəkət etməyə başladığını, qadını görmələri ilə qəzanın baş verməsinin eyni anda olduğunu, qadını görən kimi Vahidə “adam” deyə xəbərdarlıq etsə də artıq gec olduğunu, çünki maşınla qadın arasındakı məsafənin az olduğunu, Vahidin maşını sağ tərəfə çəkmək istəsə də, maşının sol tərəfinin qadına dəydiyini, maşının sağ təkərlərinin səkiyə çıxdığını və bir müddət getdikdən sonra Vahidin hadisə yerindən az aralıda maşını saxladığını, maşındakı sərnişinlərin dərhal maşından düşüb qadının olduğu yerə getdiklərini, özünün Babək Rayon Elektrik Şəbəkəsinin müdirinə zəng edib hadisə barədə məlumat verdiyini, daha sonra qəhvəyi rəngli bir “VAZ 2107” markalı maşın gəldiyini, qadını maşına mindirib xəstəxanaya apardıqlarını, həmçinin verilən suallara cavabında həmin gün maşının ön oturacağında sürücünün yanında əyləşdiyini, Zahid, Yavər və Səftərin isə arxada əyləşdiklərini, yağışın təzə-təzə düşdüyünü, havanın isə alatoran olduğunu, yolun görüş məsafəsinin 15-20 metr aralığında olduğunu, Vahidlə söhbət etmədiklərini, iş çıxışı olduğundan Vahidin biraz yorğun olduğunu, həmin gün də, digər günlər kimi işin ağır olduğunu, yolda Vahidin fikrini yayındıracaq hər hansı bir hadisə baş vermədiyini, yolun 2 gəliş və 2 gediş zolağından ibarət olduğunu, Vahidin avtomobili yolun sağındakı birinci zolaqda sürdüyünü, qadını Vahidlə eyni anda gördüklərini, havanın alatoran olduğunu, qadının qoşa xətti keçib sağa doğru hərəkət edərkən qəzanın baş verdiyini, yoldan keçərkən mərhumu görmədiyini, sadəcə qəza anını görə bildiyini, qadının iti yerişlə gəlib əks istiqamətli yolları bir-birindən ayıran qoşa xəttin üstündə dayandığını, daha sonra yenə hərəkət etməyə başladığı üçün qəza baş verdiyini, piyada dayananda Vahidin maşını saxlamadığını, sonra piyadanın yenidən hərəkət etdiyini görəndə maşını sağa çəkdiyini, həmin vaxt sürətin təxminən 50 km/saat olduğunu, qadını gec gördüyü üçün Vahidə onun gəldiyini qabaqcadan deyə bilmədiyini, Vahidin tormozu vura bilmədiyini, maşının qadına dəydikdən sonra səkiyə çıxdığını, səkinin üzərində biraz getdikdən sonra yenidən yola düşdüyünü, ana yoldan ayrılan yolayrıcının önünü bağlamamaq üçün 50-60 metr gedib qabaqda dayandığını, bu qədər irəlidə saxlamasının səbəbini maşının sürətinin yüksək olması deyil, sadəcə Vahidin yolayrıcının önündə saxlayıb yolu bağlamamaq üçün irəlidə saxladığını, maşının yaxın işıqlarının yandığını, Vahidin özünü itirdiyinə görə tormozdan istifadə etmədiyini, ümumiyyətlə hadisədən sonra da özünü toplaya bilmədiyini, ona görə də ona kənarda gözləməsini məsləhət gördüyünü, piyadanın dayanıb yenidən hərəkətə başlamasının Vahidi çaşdırdığını, həmin gün sürücüyə özünün nəzarət etdiyini, havanın pis olması ilə əlaqədar əvvəlcədən ona xəbərdarlıq etdiyini, sürücünün diqqətini yayındıracaq söhbət olmadığını, ümumiyyətlə danışmadıqlarını, həmin vaxt sürücüyə və sərnişinlərə zəng gəlmədiyini, Vahidin həmin gün ona harasa tələsdiyini demədiyini, piyadanın paltarının qara rəngdə olduğunu bildirmişdir. X9 ifadəsində Babək Rayon Elektrik Şəbəkəsində işlədiyini, 26 noyabr 2021-ci il tarixdə elektrik kabellərini düzəltmək üçün Səftər və Zahidlə birlikdə Cəhri qəsəbəsinə getdiklərini, oraya getdikləri maşın nasaz olduğundan axşam idarəyə Vahidin idarə etdiyi “UAZ 39094” markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobillə qayıtdığını, havanın alatoran olduğunu, sürücü oturacağında Vahid, onun yanında Novruz, arxa oturacaqda sürücünün arxasında isə özünün oturduğunu, Şəkərabad kənd məktəbinin qarşısından keçərkən güclü tappıltı səsi gəldiyini və maşına nəyinsə dəydiyini hiss etdiyini, önünü sürücünün kreslosu kəsdiyindən, sol şüşənin pərdəsi isə bağlı olduğundan hadisənin necə baş verdiyini görə bilmədiyini, Vahidin maşını sağ tərəfə çəkdiyini və səkiyə çıxdığını, biraz getdikdən sonra maşını səkidən çıxarıb asfalt yola düşdüyünü, asfalt yolda biraz da sürdükdən sonra dayandığını, dərhal maşından düşüb hadisə yerinə qaçdıqlarını, qadının yanına çatana qədər artıq orada bir neçə nəfər yığıldığını, qadının dizləri üstdə başı önünə düşmüş halda oturaq vəziyyətdə olduğunu, daha sonra “VAZ 2107” markalı maşın gəldiyini, bir neçə nəfərin qadını maşına mindirib xəstəxanaya apardığını, özlərinin isə orada qaldığını, həmçinin suallara cavabında sürücünün arxa tərəfindəki oturacaqda əyləşdiyini, sürücünün diqqətini dağıdacaq hər hansı bir hadisə baş vermədiyini, maşının adama dəydiyini anlamadığını, maşından düşəndən sonra bundan xəbəri olduğunu, maşının təxminən 45-50 km/saatla hərəkət etdiyini, qabağı görmək imkanının olmadığını, piyadanın hərəkətini də görə bilmədiyini, Vahidlə ilk dəfə idi yol getdiklərini, qəza zamanı Novruzun Vahidə nəsə dediyini eşitmədiyini, arxada Zahid və Səftərlə iş barəsində söhbət etdiklərini, amma Vahidin fikrini yayındıracaq ucalıqda danışmadıqlarını, Vahid və Novruzun isə ümumiyyətlə danışmadığını, maşının sürət qutusunu görmədiyini bildirmişdir. X12 ifadəsində Babək Rayon Elektrik Şəbəkəsində elektrik mütəxəssisi işlədiyini, 26 noyabr 2021-ci il tarixdə kabelləri bərpa etdikdən sonra Vahidin idarə etdiyi “UAZ 39094” markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobillə Cəhri qəsəbəsindən işlədiyi idarəyə Babək Rayon Elektrik Şəbəkəsinə qayıtdıqlarını, Səftər, Zahid və özünün arxada, Novruzun isə qabaqda əyləşdiklərini, Yavərin solda, özünün ortada, Səftərin isə ən sağda Novruzun arxasında oturduğunu, havanın qaralmağa başladığını, Şəkərabad kənd orta məktəbinin önündən keçərkən qəflətən maşından tappıltı səsi gəldiyini eşitdiklərini, maşının sağ təkərlərinin səkinin üzərinə çıxdığını, Vahidin maşını asfalt yola endirdikdən sonra yol ayrıcını da keçib saxladığını, bu zaman özlərinə də bir şey olacaq deyə qorxu və narahatlıq keçirdiyini, maşından düşdükdən sonra arxada bir qadının yolda huşsuz halda uzandığını gördüklərini, dərhal təcili tibbi yardıma zəng etdiklərini, bundan sonra “VAZ 2107” markalı maşının gəldiyini, qadını maşına mindirib xəstəxanaya apardıqlarını, bir müddətdən sonra qadının xəstəxanada vəfat etdiyini öyrəndiklərini, həmçinin verilmiş suallara cavabında arxada oturduğuna görə yolu tam görə bilmədiyini, yol boyu Səftərlə işlə bağlı söhbət etdiklərini, lakin sürücünün fikrini yayındıracaq dərəcədə uca səslə danışmadıqlarını, qadının yolu keçərkən görə bilmədiyini, yalnız hadisədən sonra qadını görə bildiyini, sadəcə maşına nəsə toxunduğunu hiss etdiyini və maşının piyadaya dəyərkən yaranan səs eşitdiyini, Vahidin həmin an tormozdan istifadə etmədiyini, buna Vahidin anidən yaranan vəziyyətə görə özünü itirməsinin səbəb olduğunu, arxa oturacaqdan spidometrin göstəricisini görmədiyini, lakin maşının təqribən 40-50 km/saat sürətlə getdiyini, həmin gün sürücüdə hər hansı narahatçılıq, yorğunluq və ya xəstəlik əlaməti hiss etmədiyini, Kərimova Gülnarənin qara paltoda olduğunu, hadisədən sonra qadının piyada xəttindən 3-4 metr məsafədə Babəkə gedən istiqamətdə olduğunu, maşın dəyən anda Novruzun nəsə dediyini eşitmədiyini bildirmişdir. X10 məhkəmə iclasında verdiyi ifadəsində Babək Rayon Elektrik Şəbəkəsində elektrik mütəxəssisi işlədiyini, 26 noyabr 2021-ci il tarixdə iş yoldaşları ilə birlikdə elektrik kabellərini bərpa etmək üçün Cəhri qəsəbəsinə getdiklərini, saat təqribən 17:40 radələrində idarənin sürücüsü Vahidin idarə etdiyi “UAZ 39094” markalı, **-AC- *** qeydiyyat nişanlı avtomobillə idarəyə qayıtdıqlarını, özünün arxada sağ tərəfdə əyləşdiyini, Zahidlə həmin gün gördüyü işlə bağlı alçaq səslə söhbət etdiklərini, saat təqribən 1810 radələrində Şəkərabad kəndi tam orta məktəbinin qarşısından keçərkən maşından tappıltı səsi eşitdiyini, maşının nəyəsə dəydiyini hiss etdiyini, maşının bardurun üstündən səkinin üzərinə çıxdığını, bu zaman Vahidin maşını səkidən endirib asfalt yola çəkdiyini, biraz gedib ara yolu keçdikdən sonra maşını saxladığını, dərhal maşından düşdüklərini, Vahidin əlini başına çırpa-çırpa adam vurduğunu dediyini, bu zaman arxada piyada keçidindən Babək şəhəri istiqamətində 4-5 metr irəlidə, qoşa xətdən isə 5-6 metr sağa tərəf istiqamətdə bir qadının yol üzərində huşsuz vəziyyətdə uzandığını gördüyünü, gələn maşınlar təhlükə yaratmasın deyə yolu kəsdiyini, bu zaman “VAZ 2107” markalı maşının yaxınlaşıb piyada xəttinin yanında maşını saxladığını, dərhal qadını maşına mindirib xəstəxanaya apardıqlarını, özlərinin isə hadisə yerində qaldıqlarını, bir az keçdikdən sonra qadının xəstəxanada rəhmətə getdiyini eşitdiyini, daha sonra polislərin gəldiyini, maşının sürətinin təxminən 40-50 km/saat olduğunu, havanın boğunuq olduğunu, yan şüşədən baxanda yolu tam aydın görməyin mümkün olmadığını, Vahidin özünü itirdiyi üçün əyləcdən istifadə etmədiyini, hadisə baş verən anda və ondan sonra həyəcanlı olduğunu, həmin gün Vahidin sağlığında heç bir problem hiss etmədiyini, həmçinin yuxulu və ya yorğun görünmədiyini, Vahidlə söhbət etmədiklərini, ümumiyətlə onun diqqətini yoldan yayındıracaq heç bir şey olmadığını bildirmişdir. X11 ifadəsində X31 Stansiyasında işlədiyini, 21 noyabr 2021-ci il tarixdə axşam saat 1800-da iş yoldaşı Teymurla onun idarə etdiyi “VAZ 2107” markalı maşınla işdən çıxıb evə getdiklərini, həmin vaxt asfaltın hələ islanmadığını, quru olduğunu, təxminən 1810-da Şəkərabad kənd məktəbinin qarşısında yol nəqliyyat hadisəsi olduğunu gördüyünü, Teymura bu barədə bildirdiyini və düşüb baxmağa qərar verdiklərini, hadisənin getdikləri yolun əks tərəfində baş verdiyini, hadisə yerinə yaxınlaşdıqda qadının yerdə huşsuz vəziyyətdə olduğunu, dərhal maşından düşüb mərhuməni oradakı adamların yardımı ilə Teymurun maşınına qoyduqlarını, özünün sol tərəfdə olmaqla arxada və bir nəfər polis mayorunun arxada, bir nəfər qadının isə qabaqda əyləşdiyini, yaralının başının ona tərəf olduğunu, onun yol boyu özündə olmadığını və heç bir söz demədiyini, dizlərində sıyrıqlar olduğunu, başqa bir yerində xəsarət izi olmadığını, yaralını Babək Rayon Xəstəxanasına gətirdiklərini, orada həkimlərin qadının Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına aparılmalı olduğunu bildirdiklərini eşitdiyini, qadını təcili tibbi maşınla Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına çatdırdılarını, dostu Teymurla maşına benzin vurduqdan sonra onların arxasınca xəstəxanaya getdiklərini, orada qadının vəfat etdiyini eşitdiklərini bildirmişdir. X13 ifadəsində X31 Stansiyasında mühəndis vəzifəsində işlədiyini və Şıxmahmud kəndində yaşadığını, 26 noyabr 2021-ci il tarixdə işdən çıxıb özünə məxsus “VAZ 2107” markalı maşınla iş yoldaşı Əli ilə birlikdə evə getdiyini, havanın alatoran olduğunu, görmə məsafəsinin ilə havanın qaralması nəzərə alınmaqla normal olduğunu, hava şəraitinin görməni məhdudlaşdırmadığını, Şəkərabad kənd məktəbinin qabağında adamların bir yerə yığışdığını gördüklərini, həmin vaxt təxminən 7-ə 15 və ya 20 dəqiqə işlədiyini, bu zaman yolun sağ tərəfi ilə getdiyini, hadisənin isə yolun sol tərəfində - Babək şəhərinə gələn istiqamətdə baş verdiyini, maşını piyada xəttinin yanında, qoşa xəttin üzərində saxladığını, oraya tam yaxınlaşanda piyada keçidindən 5-6 metr aralıda Babək şəhəri istiqamətində gedən yola tərəf bir qadının huşsuz vəziyyətdə yerə uzandığını gördüyünü, qadının ayağında yaralar olduğunu, dərhal təcili tibbi yardımın gəlməyini gözləmədən maşını oraya sürüb iş yoldaşı Əli, adını bilmədiyi polis mayoru və oradakı tanımadığı digər insanların köməyi ilə qadını maşının arxa oturacağına uzatdıqlarını, hadisə yerinə yığışan adamları tanımadığını, bu vaxt həmçinin tanımadığı başqa bir qadının maşının ön oturacağında əyləşdiyini, arxada isə mayor rütbəli bir polis və iş yoldaşı Əlinin oturduğunu, dərhal maşını Babək Rayon Xəstəxanasına sürdüyünü, bir müddət gözlədikdən sonra qadını təcili tibbi yardım maşınına mindirib Naxçıvan Şəhər Xəstəxanasına apardıqlarını, Əli ilə birlikdə maşına benzin vurduqdan sonra həmin xəstəxanaya getdiklərini, daha sonra isə qadının öldüyünü eşitdiklərini, özünün idarə etdiyi maşının da mexanika olduğunu, həmin yolda qoyulan sürət həddi ilə maşını rahat idarə etməyin mümkün olduğunu, həmçinin yağışın yalnız qadını xəstəxanaya qoyduqdan sonra yağmağa başladığını, həmin vaxta qədər arabir damcılar düşdüyünü və yolun quru olduğunu bildirmişdir. X17 ifadəsində Babək Rayon Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsində çalışdığını, 26 noyabr 2021-ci il tarixdə saat təxminən 18:20 radələrində xidməti vəzifəsini yerinə yetirərkən daxil olan məlumata əsasən Şəkərabad kənd orta məktəbinin qarşısına öz idarə etdiyi mülki maşınla təcili getdiyini, orada insanların yığışdığını gördüyünü, hadisənin Hacıvar kəndindən Şəkərabad kəndinə gedən yol üzərində olduğunu, bu zaman yolun sağ kənarında “UAZ 39094” markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobilin üzü Babək rayonu istiqamətində dayandığını, maşından təxminən 70 metr aralıda Hacıvar kəndi istiqamətində bir qadının huşsuz vəziyyətdə yerdə uzandığını gördüyünü, dərhal qadının yanına yaxınlaşdığını, bu zaman qadının piyada xəttindən 4-5 metr irəlidə Babək şəhəri istiqamətində olduğunu, qadının yanına çatanda həmçinin bir cavan oğlanın da yaxınlaşdığını, həmin oğlanla birlikdə qadını “VAZ 2107” markalı maşına mindirdiklərini, özünün arxada əyləşdiyini, həmçinin arxada başqa bir cavan oğlanın da oturduğunu, maşın hərəkət etmək istəyərkən bir qadının da sürətlə gəlib maşının ön oturacağında oturduğunu, bu zaman qadının dilinin qatlandığını hiss etdiyini, dili qatlanmasın deyə əli ilə dilini çıxardığını, qadının ayaqlarında cızıqlar olduğunu, xaricdən başqa xəsarətin görünmədiyini, onu maşınla Babək Rayon Xəstəxanasına gətirdiklərini, bu zaman həkimlərin ilkin müdaxilədən sonra yaralının Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına göndərilməli olduğunu bildirdiklərini, qadını təcili tibbi maşınla Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına çatdırdıqlarını, orada qadının vəfat etdiyini eşitdiyini, hadisə baş verən anlarda havanın tutqun olduğu üçün qaranlıq olduğunu, hadisə yerinə çatdıqdan 5-10 dəqiqə sonra yağışın yağmağa başladığını, görmə məsafəsini məhdudlaşdıra biləcək hava şəraitinin, duman və s. olmadığını, xəstəxanadan hadisə yerinə qayıtdığını, həmin yolda piyada keçidi işarəsi və sürət həddi ilə bağlı işarə olduğunu, hadisə yerində maşının tormoz izinin olmadığını, yalnız səkiyə çıxan bardurun üstündə şin izi olduğunu bildirmişdir. X6 məhkəməyə ərizə ilə müraciət edərək uzaqda yaşadığından və xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə ibtidai istintaq zamanı ifadə vermiş X6nın məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verilməsi və şahidin məhkəmə iclasında iştirakının təmini üçün məhkəmə tərəfindən kifayət qədər səyin göstərilməsini, həmçinin X16 ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu nəzərə alaraq şahidin ifadəsinin elan edilməsinin və hökmün əsaslandırılması zamanı məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə istinad olunmasını təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna səbəb omayacağı qənaətinə gələrək şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadəni elan və tədqiq etmişdir. X22 ibtidai istintaqı zamanı verdiyi ifadəsində 26 noyabr 2021-ci il tarixdə Babək rayon Şəkərabad kənd məktəbinin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən X4 onun qızı olduğunu, uzun müddətdir ki, Sumqayıt şəhərində yaşadığını, 2021-ci ilin noyabr ayının əvvəllərində bacısının xəstəliyi ilə bağlı müvəqqəti olaraq Naxçıvan şəhərinə gəldiyini, 26 noyabr 2021-ci il tarixdə axşam saat təxminən 18:10 radələrində Babək rayon Şəkərabad kəndində yaşayan qızı Gülnarə Kərimovagilin evində olduğunu, həmin vaxt Gülnarənin tibb bacısı vəzifəsində işlədiyi X1, evdə oturduğu vaxt küçədə kiminsə uca səslə Hafizin arvadını avtomobil vurub deməyini eşitdiyini, dərhal evdən çıxaraq yola tərəf qaçdığını, məktəbin qarşısındakı yolda adamların yığışdığını və yolun ortasında dayanmış qəhvəyi rəngli bir avtomobilə bir nəfər polis əməkdaşının mindiyini gördüyünü, qaçaraq həmin avtomobilə mindiyini və arxa oturacaqda qızını uzatdıqları yerdə oturduğunu, həmin vaxt Gülnarənin dilinin qatlandığını və polis əməkdaşının ona ilkin tibbi yardım göstərərək əli ilə onun dilini saxladığını, həyəcanlı olduğu üçün Gülnarənin ayaqlarının üstündə oturduğunu hiss edib avtomobildən düşərək ön sərnişin oturacağında əyləşdiyini, həmin avtomobildə bir nəfər polis əməkdaşı və bir nəfər sürücünün olduğunu və düşüb ön sərnişin oturacağında əyləşdikdən sonra arxadakı sərnişin oturacağında da, bir nəfər cavan oğlanını əyləşdiyini, avtomobili sürənin və avtomobildə arxa oturacaqda əyləşən oğlanın kim olduğunu bilmədiyini, avtomobili idarə edən sürücünün dərhal avtomobili Babək rayon Xəstəxanasına sürdüyünü və orada Gülnarəyə baxıb darhal təcili yardım avtomobili ilə Naxçıvan şəhər mərkəzi xəstəxanasına apardıqlarını, Gülnarəni Naxçıvan şəhər mərkəzi xəstəxanasında təcili yardım şöbəsinə apardıqdan qısa müddət sonra onun ölməsi barədə məlumat verildiyini, hadisənin baş verdiyi yerdə həyəcan və qorxu hissi keçirtdiyi üçün avtomobilin Gülnarəni yolun hansı hissəsində vurmasına və ya hadisənin necə baş verməsinə fikir verə bilmədiyini, Gülnarənin yas mərasimi zamanı onu avtomobil ilə vuran şəxsin Culfa rayon Ərəzin kənd sakini Təqsirləndirilən şəxs olmasını öyrəndiyini bildirmişdir. Elan edilmiş şahid ifadəsinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda ifadələri qeyd edilən şahidlərin baş vermiş hadisə ilə bağlı ifadələrində qeyd etdiyi xüsusatlar hadisə yerində olan və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də üst-üstə düşür. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxs X4 ölümü arasında səbəbli əlaqənin mövcudluğu isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X14 10.12.2021-ci il tarixli, 44 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilən mərhum X4 ölüm səbəbi, aldığı xəsarətlərin xarakterini, ağırlıq dərəcəsi və müddətini müəyyən etmək məqsədilə 26 noyabr 2021-ci il tarixli qərarla Məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X14 10.12.2021-ci il tarixli, 44 saylı ekspert rəyində mərhum X4 meyitində təpə nahiyyəsində yara, sağ və sol diz oynaqlarında sıyrıqlar, döş qəfəsinin ön sağ yarısında, ön qoltuqaltı xətt üzrə İİ və Vİİ qabırğaların, sağ arxa qoltuqaltı xətt üzrə İ-V qabırğaların, soldan məmə xətti üzrə İİ-V qabırğaların sınığı, döş qəfəsinin ön sağ və sol yarısında dərialtı yumşaq toxumalara və əzələlərə geniş həcmdə qansızma, ağ ciyərin orta və aşağı payları üzərində cırılmalar, sağ ağ ciyər kökünün cırılması, döş sümüyü dəstəyi nahiyyəsində hematoma, başın dərialtı yumşaq toxumasına və əzələyə təpə, ənsə nahiyyəsinə qansızma xəsarətləri güclü küt alətin təsirindən törənməyə xarakterikdirlər, eləcə də, avtomobil qəzası nəticəsində də, əmələ gələ bilərlər, ölümün müddəti meyitin müayinə gününə uyğun gəlir, xəsarətlərin ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərər vurmaya aiddirlər, mərhum X4 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına törənmiş orqanizmin kəskin qanitirməsi səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi Babək Rayon Elektrik Şəbəkəsinə məxsus olan “UAZ 39094-018” markalı avtomobilə mütəxəssisin iştirakı ilə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması zamanı nəqliyyat vasitəsinin ön sol işıqlarının sol hissəsində 46x28 sm ölçüdə batıq və həmin hissədə 5x3 sm, 4x3 sm və 6x3 sm ölçüdə boyanın qoparaq düşməsi və ön buferin sol hissəsində 3x4 sm ölçüdə batıq olması müəyyən edildiyindən avtomobildə olan zədələri dəqiqləşdirmək üçün avtomobilə baxış keçirilərək nöqsan aktı tərtib olunmuş və baxış zamanı avtomobilin ön ekranının sol hissəsinin təmiri və boyanmasına ehtiyac olduğu müəyyən edilmişdir. Bununla bağlı Babək Rayon Elektrik Şəbəkəsinə məxsus olan “UAZ 39094-018” markalı avtomobilə dəymiş maddi ziyanın dəyərini müəyyənləşdirmək üçün 19.01.2022-ci il tarixdə Məhkəmə-Əmtəəşünaslıq ekspertizası təyin edilərək keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli 14 nömrəli ekspert rəyinə əsasən “UAZ 39094-018” markalı avtomobilə dəymiş maddi ziyanın məbləğinin 200 manat olduğu müəyyən edilmişdir. İş materiallarında mövcud olan və məhkəmə iclasında tədqiq olunmuş 05 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə protokoldan təqsirləndirilən şəxsin hadisə nəticəsində Babək Rayon Elektrik Şəbəkəsinə vurduğu 200 manat məbləğindəki maddi ziyanın Təqsirləndirilən şəxs qəbul edilərək hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsinə təhvil verilməsi müəyyən olunmuş, bundan sonra isə Babək Rayon Elektrik Şəbəkəsinin müvəkkil edilmiş nümayəndəsi 07.02.2022-ci il tarixdə ərizə verərək Təqsirləndirilən şəxs Elektrik Şəbəkəsinə vurduğu 200 manat maddi ziyanı ödədiyini və bununla bağlı olaraq ondan heç bir şikayət və mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmənin hazırlıq iclasının nəticəsində qəbul edilmiş təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 fevral 2022-ci il tarixli, 2 №-li qərarının müvafiq bəndinə əsasən Babək rayon Elektrik Şəbəkəsinin zərər çəkmiş şəxs qismində iştirakına xitam verilmiş, hüquqi şəxsə məhkəmə icraatı gedişində məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an mülki iddia vermək hüququnun mövcudluğu izah edilmişdir. Məhkəmə icraatı gedişində mülki iddia verilməmişdir. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 351/21 saylı rəyi ilə öz həllini tapır. “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluğun və baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanın olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi bilik tələb edən ekspert rəyinin alınmasının zəruriliyini nəzərə alaraq ibtidai istintaq orqanı tərəfində 06 dekabr 2021-ci il tarixli qərarla məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 351/21 saylı rəyində “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması nəticəsinə gəlinmişdir. Ekspert rəyini onunla əsaslandırmışdır ki, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmçinin həmin Qanunun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Həmçinin məhkəmə araşdırması gedişində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X49 İdarəsinə 26.11.2021-ci il tarixdə Şəkərabad kənd tam orta məktəbinin qarşısında Babək-Şəkərabad yolu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə videomüşahidə vasitələrinin təsiri altında olub-olmamasının müəyyənləşdirilməsi, hadisənin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin məhkəməyə göndərilməsinin təmin olunması ilə bağlı sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Babək rayon Şəkərabad kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin, həmin istiqamətdə Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” videomüşahidə sisteminin, kamera müşahidə məntəqəsi olmadığı üçün heç bir görüntüsü qeydə alınmayıb. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun X4 ölümü ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqin tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə o, müayinə edilmiş, Naxçıvan Şəhər Təcili X47 hüquqi şəxsinin 26 noyabr 2021-ci il tarixli, 579 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktında təqsirləndirilən şəxsdə alkoqol sərxoşluğu vəziyyətinin mövcud olmadığı nəticəsinə gəlinmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 27 noyabr 2021-ci il tarixli protokol”dan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin tarixdə baxış keçirilməsi, onun texniki cəhətdən vəziyyətinin yoxlanılması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin ön sol işıqlarının sol hissəsində 46x28 sm ölçüdə batıq və həmin hissədə 5x3 sm, 4x3 sm və 6x3 sm ölçüdə boyanın qoparaq düşməsi və ön buferin sol hissəsində 3x4 sm ölçüdə batıq olması və onun qalan hissələrinin isə sazişlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə araşdırması gedişində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X49 İdarəsinə Culfa rayon Ərəzin kənd sakini Təqsirləndirilən şəxs 26.11.2021-ci il tarixədək yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaları törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilib-edilməməsi, inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhru edilibedilməməsi ilə bağlı zəruri məlumat, sənəd və materialların məhkəməyə təqdim edilməsi tələb olunmuş, sorğuya cavab olaraq bildirilmişdir ki, sorğuyla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X49 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, Culfa rayon Ərəzin kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı**-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11.10.2021-ci il tarixdə Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanununun 52-ci maddəsinin tələbini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə, 29.09.2021-ci il tarixdə “Yol hərəkəti haqqında” qanunun 73-cü maddəsinin tələbini pozduğuna görə isə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hər iki qərar üzrə cərimələr ödənilmişdir. Təqsirləndirilən şəxs inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, əməl təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət işinin materiallarında olan Culfa rayonu, Ərəzin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə onun şəxsiyyətini xarakterizə hal kimi bunu nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan biri də cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X3 tələbnaməsi və təqsirləndirilən şəxsin ifadəsi ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 28 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X7 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdir. Bunlardan əlavə zərər çəkmiş şəxsin hüquqi X23 məhkəmə təqdim etdiyi 18 aprel 2022-ci il tarixli ərizədən və məhkəmədə verdiyi izahatından aydın olur ki, onun təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur və Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edib. Həmçinin təqsirləndirilən şəxs Babək Rayon Elektrik Şəbəkəsinə vurduğu 200 manat məbləğindəki maddi ziyanı ödəməklə cinayət nəticəsində dəymiş ziyanı könüllü şəkildə tam ödəmişdir. Məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12 və 59.1.13) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici hallardır. Belə ki, həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 4 il 6 aydan artıq ola bilməz. Qeyd edilən halı digər yüngülləşdirici hallarla birlikdə nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir. Ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Culfa rayonu, Ərəzin kəndində yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon icra və probasiya bölməsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. Məhkəmə işin hallarını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən Babək Rayon Elektrik Şəbəkəsinə məxsus olan və sürücünün hadisə zamanı idarə etdiyi “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sübut hesab edilərək, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X49 İdarəsinin duracağında saxlanca verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən belə məlum olur ki, “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Babək Rayon Elektrik Şəbəkəsidir və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Babək Rayon Elektrik Şəbəkəsinə qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon icra və probasiya bölməsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan “UAZ 39094-018” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Babək rayon Elektrik Şəbəkəsinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar