Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-4/2023 12.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəis əvəzi kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1998-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, işləməyən, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan, 09 fevral 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə sааt 1135-də məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “25” aprel 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə təqribən saat 18-19 radələrində Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Şahid2 məxsus hasarı olmayan fərdi yaşayış evinin həyətinə gedərək oradan götürdüyü armatur parçası ilə həmin evin uşaq otağının pəncərəsini sıxıb açaraq evə qanunsuz olaraq daxil olub, həmin evin yataq otağındakı şkafdan 449,65 manat dəyərində olan 583 əyarlı, üzərindəki qaşları şüşə olan bir ədəd enli qızıl üzüyü, 694,45 manat dəyərində olan 585 əyarlı, üzərindəki qaşları şüşə olan bir ədəd ulduzşəkilli qızıl üzüyü, 86,10 manat dəyərində olan 585 əyarlı üzərindəki qaşları şüşə olan bir ədəd nazik qızıl üzüyü, 1067,6 manat dəyərində olan 585 əyarlı üzərindəki qaşları şüşə olan bir cüt ulduzşəkilli qızıl sırğanı, 279,65 manat dəyərində olan 585 əyarlı bir ədəd kulonlu boyunbağını, 1 manat dəyərində olan bir ədəd sep və (tərkibi mis) aksesuar kimi korroziya izləri olan üzərində “LOVE” yazılan boyunbağını, 3 manat dəyərində işlənmiş vəziyyətdə olan 16 GB yaddaş tutumlu flaşkartı (yaddaş kartı) gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2581,45 (iki min beş yüz səksən bir manat, qırx beş qəpik) manat miqdarında maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bildiyini, Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, işləmədiyini, Cəhri qəsəbəsində yerləşən torpağını Cəhri qəsəbə sakini Arzu adlı şəxsə traktorla şumlatdığı üçün 50 manat pul borclu olduğunu, ümumilikdə isə müxtəlif şəxslərə 200 manat borcu olduğunu, borcunu vermək üçün həmkəndlisi və dostu Daşqının bacısıgilin evinə girməyi qərara aldığını, onların evində əvvəl işlədiyini, buna görə də zərəçəkmiş şəxsi əvvəldən tanıdığını, Daşqına zəng edib İlkingilin Bakı şəhərində olmasını dəqiqləşdirdikdən sonra 03 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində onun evinə girib pul, qızıl nə olarsa oğurlayıb borclarını verməyə qərar verdiyini, evin sol tərəfinə keçib evin pəncərəsini əli ilə itələdiyini, pəncərənin açılmadığını görüb evin ön tərəfinə keçərək önündəki pəncərəni əli ilə itələdiyini, lakin həmin pəncərənin də açılmadığını, həmin vaxt həyətdə olan balaca armatur parçasını götürüb pəncərənin arasına saldığını, əli ilə itələdikdə pəncərənin açıldığını gördüyünü, uşaq otağının pəncərəsindən evə daxil olduğunu, otaqlara baxa-baxa yataq otağına tərəf getdiyini, həmin otaqda şkaf olduğunu gördüyünü, şkafın sağ tərəf qapılarını açıb içərisinə baxdıqda paltarın asıldığını gördüyü, şkafın digər qapısını açdığını, üst gözündə qırmızı rəngli qab olduğunu gördüyünü, əlini atıb həmin qabı götürdüyü, qabı açıb içərisində qızıl olduğunu görüb qızılları götürüb cibinə qoyduğunu, sonra həmin qızıl qabınını təkrar yerinə qoyub şkafın qapısını örtdükdən sonra evə girdiyi pəncərədən çölə çıxıb pəncərənin tağını əli ilə ördüyünü, lakin pəncərənin bağlanmadığını, sonra evə qayıtdığını, Talehə zəng edib, lombardla danışıb danışmadığını soruşduğunu, Talehin isə xəbər çıxan kimi zəng edəcəyini bildirdiyini, təxminən 1 saat sonra Talehin zəng vurub Cahan Ticarət Mərkəzində lombard olduğunu bildirdiyini, Talehə şəxsiyyət vəsiqəsini maşın bazarında girov qoyduğu üçün üzərində olmadığını deyib, qızılları onun şəxsiyyət vəsiqəsi ilə lombarda qoymağı təklif etdiyini, Talehin isə dedikləri ilə razılaşdığını, 04 fevral 2023-cü il tarixdə saat təxminən 11-12 radələrində Naxçıvan şəhərinə getmək üçün dostu Daşqına zəng vurub Talehi və özünü götürüb şəhərə aparmasını istədiyini, bir qədər sonra Daşqının gəlib avtomobilə oturub Talehi də yolüstü götürüb Naxçıvan şəhərinə Cahan Ticarət Mərkəzinə getdiklərini, Talehlə avtomobildən yerə düşdükdən sonra Daşqın avtomobilə yanacaq doldurmaq üçün getdiyini, qızıl bazarında borcu olduğu üçün qızılları lombarda Talehin qoymasını istədiyini, üzərində olan 1 cüt sırğa və üzüyü Talehə verib çöldə gözlədiyini, bir qədər keçdikdən sonra Talehin zəng edib lombarda qoyduğu həmin sırğa ilə üzüyə 700 manat pul verildiyini və razı olub-olmadığını soruşduğunu, ona razı olduğunu dedikdən sonra Talehin gəlib 700 manat pul verdiyini, bundan sonra Daşqına zəng edib harada olduğunu soruşduğunu, “İpəkyolu” yanacaq doldurma məntəqəsində olduğunu və avtomobili yudurtduğunu bildirdiyini, bazardan piyada həmin yanacaqdoldurma məntəqəsinə gedib oradan Daşqının avtomobili ilə Cəhri qəsəbəsinə getdiklərini, daha sonra əvvəlcədən borcu olan “Körpü” ailəvi restoranı işlədən Azadı və traktor sürücüsü Arzunu görüb onlara olan borcunu verib evə getdiyini, Taleh və Daşqın isə öz evlərinə getdiklərini, axşamçağı Talehlə görüşüb birlikdə Naxçıvan şəhərinə gedib “Renta car”dan avtomobil götürdükdən sonra mağazadan evə ərzaq alıb Cəhri qəsəbəsinə getdiklərini, yenidən Naxçıvan şəhərinə qayıdıb “Qədim Dünya” restoranına getdiklərini, restorana girən zaman cibində olan 2 ədəd üzüyü və 2 ədəd boyunbağını çıxarıb Talehə göstərdiyini, həmin qızılları da səhər lombarda qoyacaqlarını dediyini, Talehin onunla razılaşdığını, restoranda bir qədər pivə içdikdən sonra Taleh içmədiyi üçün avtomobili onun idarə etdiyini, Cəhri qəsəbəsinə getdiklərini, ertəsi gün, yəni 05 fevral 2023-cü il tarixdə Talehlə görüşüb avtomobillə Cahan Ticarət Mərkəzinə getdiklərini, cibində olan həmin 2 ədəd üzüyü və 2 ədəd boyunbağını Talehə verib avtomobildə oturduğunu, Talehin getdikdən bir qədər sonra zəng edərək 2 ədəd qızıl üzüyü və bir ədəd qızıl boyunbağını 500 manata götürdüklərini digər boyunbağının isə sadə olduğunu bildirdiyini, razılaşdığını, sadə boyunbağını özü ilə gətirməsini, digər iki ədəd üzüyü və bir ədəd boyunbağını isə satmağına razılıq verdiyini, bir qədər sonra Talehin gəldiyini, avtomobildə 500 manat verib həmin puldan 120 manat borc istədiyini, sonra həmin sadə boyunbağını da verib işlərinin olduğunu və avtomobilin ona ehtiyac olduğunu dediyini, Talehə işlərini qurtardıqdan sonra aparıb avtomobili təhvil verməsini dediyini, sonra evə qayıtdığını, 07 fevral 2023-cü il tarixdə X8 əməkdaşlarının Naxçıvan şəhər ərazisində özünə yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirdikdən sonra Babək Rayon Polis İdarəsinə dəvət edildiyini, orada əməlini etiraf etdiyini, borcu olduğu üçün məqsədinin oğurluq yolu ilə pul əldə edib borclarını vermək olduğunu, oğurluq nəticəsində əldə etdiyi pulla borclarını verdiyini, evlərinə ərzaq aldığını, qalanını isə xərclədiyini, əməlindən peşman olduğunu, əvvəlcə Talehlə mis, aliminium alveri ilə bağlı 410 manat borcu yarandığını, Telehin qızılların pulundan ona borclu olduğu pulu götürməsini ona demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Babək rayonu, Cəhri qəsəbə sakini Şahid2 məxsus yaşayış evinə daxil olmaqla Zərərçəkmiş şəxs məxsus olan 2581,45 (iki min beş yüz səksən bir manat, qırx beş qəpik) manat dəyərində əmlakı gizli olaraq talanmasının məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, həmkəndlisi olduğunu, həyətlərində işlədiyini, aralarında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, həyat yoldaşı X1 ilə əlaqədar onun müalicə olunması üçün 02 fevral 2023-cü ildə Bakı şəhərinə getdiklərini, evlərinin açarını anasına verdiyini, ondan evə baxmasını xahiş etdiyini, təqribən fevral ayının 5-6-da anasına zəng edib qızıllarının evdə qaldığını, onların evdən götürülməsini istədiyini, anasının isə gedib evlərinə baxdıqdan sonra ona qızılların evdə olmadığını bildirdiyini, bundan sonra anasından gedib yenidən baxmasını istədiyini, anasını ona yenidən zəng edərək evin pəncəsinin açıq olduğunu və qızılların da yerində olmadığını ona dediyini, bundan sonra özləri Bakı şəhərində həkimdə olduğundan atasının polisə şikayət etdiyini, evindən 3 ədəd qızıl üzüyün, bir cüt qızıl sırğanın, bir ədəd üzərində kulonu olan boyunbağının, içəsinində ailə fotoşəkilləri olan bir ədəd boz rəngli flaşkartın, bir ədəd üzərində “Love” yazılan bujiteriya boyunbağının oğurlandığını, evdən başqa heç nəyin oğurlanmadığını, həmçinin evdə başqa qızılının olmadığını, qızılların yataq otağında şkafda qızıl qabın içərisində saxladığını, həmin qızılları özünə qayınatasının ailə quranda aldığını, təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Cəhri qəsəbə sakini Təqsirləndirilən şəxs tqribən bir ildir ki, tanıdığını, aralarında dost münasibətinin olduğunu, 03 fevral 2023-cü il tarixdə işdə olduğu zaman Valehin öz mobil telefonuna zəng edib anası xəstə olduğu üçün ondan 500-600 manat pul istədiyini, ona özündə pul olmadığını, amma faizə verən adamların olduğunu dediyini, ona bununla maraqlanacağını bildirdiyini, təxminən 1-2 saat keçdikdən sonra Valeh yenidən zəng edərək anasının qızıllarını lombarda qoymaq istədiyini bildirdiyini, öz şəxsiyyət vəsiqəsinin maşın bazarında girovda olduğunu və özünün şəxsiyyət vəsiqəsi ilə lombarda qoymağı təklif elədiyini, ona lombardın pulun vaxtında çatdırıb ödəyə bilməyəcəyi təqdirdə həmin qızılları satacaqlarını dediyini, 04 fevral 2023-cü il tarixdə işdən çıxıb evə gəldiyini, sonra Valehin zəng edib harda olduğunu soruşduğunu, ona evdə olduğunu dedikdən sonra Valeh özündən hazırlaşmağını və Daşqınla gəlib onu evdən götürəcəyini bildirdiyini, Valehin Daşqınla gəlib özünü götürüb birlikdə Naxçıvan şəhərinə getdiklərini, 57 deyilən yerdə Valehlə avtomobildən düşdüklərini, Daşqının işi olduğu üçün getdiyini, Valehin içəri girə bilməyəcəyini dedikdə ondan nə üçün girmədiyini soruşduğunu, özünə qızıl mağazasına borcu olduğu üçün içəri girə bilmədiyini bildirdiyini, razılaşıb 1 ədəd üzüyü və 1 cüt sırğanı Valehdən götürüb mağazaya getdiyini, qızıl mağazasında həmin qızılları satıcıya göstərdikdən sonra satıcı həmin qızıllara 1160 manat pul verəcəyini bildirdiyini, mağazada Valehə zəng edib qızılları 700 manata aldıqlarını və razı olub-olmadığını soruşduğunu, Valeh isə razı olduğunu və satmağını istədiyini, satıcıdan 1160 manat alıb həmin puldan Valehin özünə olan borcuna görə 460 manatı götürüb cibinə qoyub mağazadan çıxıb Valehin yanına getdiyini, çöldə Valehə 700 manat verdiyini, ancaq qızılı 1160 manata satdığını ona demədiyini, bunu ona sonradan deməyi düşündüyünü, götürdüyü pulu ona olan 410 manat borcuna çıxdığını, yəni Məhəmməddən dəmir alıb ona verdiyini, onun isə dəmirləri satsa da pulunu vermədiyini, ona görə qızıl satanda ona yalan dediyini, 1160 manata satdığı qızılı 700 manata satdığını dediyini, daha sonra Daşqının maşını ilə kəndə qayıtdıqlarını, Valehin aparıb borclarını verdikdən sonra, şəhərə gəldiklərini, şəhərdən öz adına kirayə maşın götürdüklərini, oradan kafeyə getdiklərini, Valehin təqribən orda 100 manatdan artıq hesab verdiyini, evə gəldikdən sonra Valehin ona zəng edərək cibində qızıllar olduğunu, deyəsən onları itirdiyini bildirərək, onları görüb-görmədiyini ondan soruşduğunu, özünün isə qızılları görmədiyini ona bildirdiyini, sonra Valehin ona zəng edərək anasının qızılları tapdığını ona dediyini, 05 fevral 2023-cü il tarixdə saat təxminən 13 radələrində Valehlə görüşüb Cahan Ticarət Mərkəzinə gəldiklərini, Valehin cibindən 2 ədəd üzük və 2 ədəd boyunbağı çıxarıb ona verib aparıb satmağını istədiyini, özünün isə çöldə gözləyəcəyini dediyini, qızılları alıb qızıl satılan mağazaya getdiyini, satıcı həmin qızıllara baxdıqdan sonra boyunbağılardan birinin qızıl olmadığını, digər boyunbağı ilə 2 ədəd üzüyə isə 500 manat verəcəyini bildirdiyini, Valehə zəng edib satıcının dediklərini ona bildirdiyini, razı olub-olmadığını soruşduğunu, Valehin isə razı olduğunu bildirdiyini, qızılları satdıqdan sonra 500 manatı və qızıl olmayan prostoy boyunbağını gətirib Valehə verdiyini, Valehdən 120 manat borca pul istədiyini, Valeh pul verdikdən sonra işi olduğu üçün Valehlə sağollaşıb ayrıldığını, 06 fevral 2023-cü il tarixdə saat 13 radələrində Daşqının zəng vurub “Valeh niyə Cahana getdi?” dediyini, Daşqına “Valeh bazarın içərəsinə girmədi, mən içəri girdim çıxdım” dediyini, sonra onun telefonu söndürdüyünü, biraz keçəndən sonra Daşqına zəng vurub “nə məsələdir?” dediyini, Daşqının da “evdən qızıl oğurlanıb, evdə heç kimin olmadığını Valeh bilirdi” dediyini, daha sonra ona qızılların şəklini atdığını, özünün də həmin şəkillərə baxandan sonra qızılları tanıdığını, daha sonra polislərin gəldiyini və bildiklərini ona dediyini bildirmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində Cahan Ticarət Mərkəzində qızıl bölməsinin 7-ci mağazasında qardaşı ilə birlikdə qızıl alqı-satqısı ilə məşğul olduğunu, hər gün təqribən 20-30 nəfərdən qızıl aldığını və ya satdığını, qızıl alan zaman onu gətirən şəxsin kimliyinin surətini alıb çıxardığını, üzərinə alınan qızılın adını, qiymətini, alınma vaxtını yazdığını, həmçinin telefonla şəklini çəkdiyini, günün sonunda isə həmin kimliyin surətini bazara olan polisə verdiyini, vaxtını dəqiq xatırlamasa da hazırda baxılan cinayət işi ilə bağlı birinci gün bir komplet, yəni sırğa-üzük aldığını, onların dəyəri üçün Taleh adlı şəxsə 1160 manat pul verdiyini, həmin qızıl dəstinin dəyərini onu gətirən Taleh adlı şəxsə bildirdikdən sonra onun “qoy evlə danışım sizə deyim” dediyini, sonra Talehin telefonla kiməsə zəng etdiyini, lakin onun yanında danışmadığını, daha sonra isə ona yaxınlaşıb qızılları ona deyilən qiymətə verdiyini, səhv etmirsə Talehin ertəsi gün onun yanına gəlib iki ədəd üzük və bir ədəd kulonla birlikdə sep verdiyini, onların dəyərinin 500 manat etdiyini ona bildirdiyini, Talehin də həmin məbləğlə razılaşıb qızılları ona satdığını, təqribən bundan 1-2 gün sonra bazarda olan polis əməkdaşının “həmin qızıllar oğurluq qızıllardır, oğurlayıb gətirib satıblar” dediyini, ondan satılan qızıllarla bağlı olan sənədlərin ona verilməsini istədiyini, özünün də Talehdən aldığı kimlikləri və qızıların şəklini ona verdiyini, həmin oğurluq olan qızılları, bir dəst olmaqla bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı, iki ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağını kulonla birlikdə polis əməkdaşlarına təqdim etdiyini, ümumilikdə Talehə 1660 manat pul verdiyini, özündən polis tərəfindən götürülmüş qızlların dəyərinin ona ödənildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, həmin qəsəbədə özünə məxsus olan topraq sahəsinin yarısında qızı Ruhanəyə, digər yarısında isə oğlu Daşqına ev tikdiyini, oğlunun evi yarımçıq olsa da, qızının evinin hazır olduğunu, həmin evin hasarının olmadığını, qızının ailəsi ilə birlikdə orada təqribən 10 ildir ki, yaşadığını, evin bir salon, üç yataq otağı, mətbəx və hamam-tualetdən ibarət olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, eyni məhlədə yaşadığını, onun qardaşı ilə qonşu olduğunu, həmçinin qohumluqlarının da olduğunu, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2023-cü ilin yanvar ayında Ruhanənin həyat yoldaşı İlkinin qolu işləyən zaman aparata düşüb yaralandığını, onun qolunu müalicə etdirmək üçün Bakı şəhərinə getməli olduğunu, əvvəlcə İlkini Bakı şəhərinə apardıqlarını, sonra qızının da onun yanına yolladıqlarını, qızının yaşadığı evin boş qaldığını, İlkin qolunun müalicəsi üçün pul lazım olduğundan qızının qızıllarının satmaq qərarına gəldiklərini, elə buna görə də yoldaşı Gülbaharın qızının evinə qızıları götürmək üçün getdiyini, arvadı qızılların olduğu yerə baxanda onların yerində olmadığını və evin pəncərəsinin açıq olduğunu gördüyünü, həmin vaxt ona zəng vurduğunu, sonra oğlu Daşqın polisə məlumat verdiyini, oğlunun isə polisə xəbər verdiyini, ondan sonra polis əməkdaşlarının evə baxış keçirdiklərini, qızı Ruhanəyə məxsus üç ədəd qızıl üzüyün, bir cüt qızıl sırğanın, bir ədəd üzərində klonu olan qızıl boyunbağının oğurlandığını, həmin qızılları qızı ailə quran zaman ona qayınatası Elşənin aldığını, qızına hədiyyə elədiyini, lakin həmin qızılların o vaxt neçəyə alındığını xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 Muxtər oğlu ifadəsində Babək rayon Cəhri qəsəbəsində yaşadığını, zərərçəkmiş şəxsin onun bacısı olduğunu, Təqsirləndirilən şəxs ilə bir sinifdə oxuduğunu və dostu olduğunu, Cəhri qəsəbəsində özünün və bacısının evlərinin yan-yana olduğunu, bacısının ərinin qolu aparata düşdüyünü, bunu məhlədə hamının, həmçinin Valehin də bildiyini, Valehin ona tez-tez zəng edərək İlkinin vəziyyəti ilə maraqlandığını, hətta bir dəfə onun yanında Bakıya bacısıgilə pul göndərdiyini, onunla demək olar ki, birlikdə çox vaxt keçirdiyini, çöldə birlikdə işlədiyini, oğurluq hadisəsi ilə əlaqədar anası Gülbaharın ona zəng vurub bacısı Ruhanənin qızıllarının oğurlandığını bildirdiyini, özünün həmin vaxt Naxçıvan şəhərində olduğunu, zəng vurub bu barədə polisə məlumat verdiyini, evdən üç ədəd qızıl üzük, bir cüt sırğa və bir ədəd üzərində klonu olan boyunbağının oğurlanıb aparıldığının müəyyən olunduğunu, həmin evdən başqa heç nəyin oğurlanmadığını, daha sonra polis əməkdaşlarından evdən qızılları oğurlayanın Təqsirləndirilən şəxs olduğunu eşitdiyini, özünün oğurluq hadəsəsindən üç gün qabaq Valehlə bilirdə olduğunu, Valehin onun maşını ilə tez-tez Naxçıvan şəhərinə getdiyini, özünün həqiqətən də X7 şəhərində yerləşən Cahan bazarına apardığını, lakin onların ora nə məqsədlə getdiyini bilmədiyini və onlardan bu barədə heç soruşmadığını bildirmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, əvvəllər Babək rayonu, Gülşənabad kəndində yerləşən “Körpü” ailəvi restoranında kababçı işlədiyini, hazırda oranın bağlandığını, həmin restoranda işlədiyi vaxt ərzində həmkəndlisi Təqsirləndirilən şəxs ora gələrək yeyib- içdiyini, həmin vaxt ona 38 manat borcu qaldığını, ondan heç vaxt borcunu istəmədiyini, bununla bağlı onu narahat etmədiyini, daha sonra Cəhri qəsəbəsində univermaq deyilən yerdə olan zaman Valeh və Taleh adlı şəxslə orada qarşılaşdığını, özü Valehə borc barədə heç nə deməsə də Valehin həmin vaxt ona 50 manat pul verdiyini, özünün isə ona 12 manat pul qaytardığını, Valehi uşaqlıqdan tanıdığını, onun əvvəllər də gəlib icayərə götürdüyü kafedə çay içib, yemək yediyini, lakin ona borcunun olmadığını qeyd etmişdi. Şahid6 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, orada traktorla əkin sahələrində torpaqları şumladığını, 2022-ci ilin dekabr ayında Valehin 9 sot torpaq sahəsini şumladığını və Valehin ona bir həftəyə pulunu verəcəyini bildirdiyini, torpağı şumlasa da, Valehin pulu yubatdığını, ondan iki-üç dəfə borcunu istədiyini, Valehin isə ona “verəcəyəm” dediyini, oğurluq söhbəti çıxmamışdan bir gün öncə onunla univermağın yanında görüşdüyün və Valehin ona 50 manat pul verdiyini, özünün əvvəl də Valehin torpağını şumladığını, onun pulunun nağd da verdiyini, nisyə olaraq da iş gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama Azərbaycan Respublikası Cinayət Məcəllənin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibi yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 9 iyun tarixli Qərarında qeyd edilir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd edilir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmçinin sözü gedən qərarın 19 və 20-ci bəndlərində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarından Şahid2 06 fevral 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Babək rayonu, Cəhri qəsəbəsində kürəkəni İlkin Əhmədxanov və qızı Zərərçəkmiş şəxs yaşadıqları ona məxsus evdə 01 fevral 2023-cü ildən 06 fevral 2023-cü ilədək olmadıqlarını, həmin müddətdə evə naməlum şəxs və ya şəxslərin evə daxil olaraq evin yataq otağında yerləşən şifonerin üst gözündə təxminən dəyəri 1800 manat olan üç ədəd üzüyün, bir ədəd üzərində klon olan boyunbağının və bir cüt sırğanın gizlin olaraq oğurlanması ilə bağlı müraciət etməsi aydın olur (iş vərəqə 4). Cinayət işi materiallarında olan 06 fevral 2023-cü il baxış protokolundan və fotoşəkillərdən istitaq orqanının Babək rayonu, Cəhri qəsəbə sakini Şahid2 məxsus evə baxış keçirməsi və baxış zamanı hadisə yerində olan armatur parçasının iş üçün əhəmiyyətli olduğundan götürülməsi müəyyən edilir (iş vərəqə 7-12). İstintaq orqanının 06 fevral 2023-cü il tarixli, 5/748 nömrəli əməliyyat tapşırığında oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə Babək Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat tapşırığı verilməsi, Babək Rayon Polis İdarəsinin 06 fevral 2023-cü il tarixli, 5/852 nömrəli cavab məktubunda isə oğurluq hadisəsini törətdən şəxsin Təqsirləndirilən şəxs olması və onun oğurlağıdı qızılları tanışı Şahid1 vasitəsi ilə Naxçıvan şəhəri, Cahan Ticarət Mərkəzində satması göstərilir (iş vərəqə 25-26). Şahidlər Şahid3 və Şahid1, həmçinin təqsirləndirilən şəxsin ifadələrində sonuncunun Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzində satması üçün qızıl-zinət əşyalarını Şahid1 verməsi, sonuncunun isə həmin əşyaları 1660 (bir min altı yüz altmış) manat müqabilində realizə etməsi aydın olur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq olunan 06 fevral 2023-cü il tarixli, 70 qeydiyyat nömrəli götürmə protokolundan və ona əlavə edilmiş fotoşəkildən istintaq orqanı tərəfindən Şahid1 Şahid3 satdığı qızıl əşyaları və qızılları satan şəxsin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti Şahid3 götürülməsi aydın olur (iş vərəqə 18-22). 07 fevral 2023-cü il tarixli, 83 qeydiyat nömrəli şəxsi axtarış və götürülmə protokolundan və ona əlavə edilmiş fotoşəkilərdən Təqsirləndirilən şəxs tərəfindən üzərində “LOVE” yazılan bir ədəd boyunbağını və bir ədəd flaşkartın istintaq orqanına təhvil verilməsi müəyyən edilir (iş vərəqə 48-50). 07 fevral 2023-cü il tarixli, 86 qeydiyyat nömrəli və 06 mart 2023-cü il tarixli, 181 qeydiyyat nömrəli əşyanın tanınması protokolları və ona əlavə edilmiş fotoşəkillərdən və təqsirləndirilən şəxsin ifadəsindən istintaq orqanı tərəfindən hadisə yerindən götürülmüş onun evin uşaq otağının pəncərəsini sıxıb açdığı armatur parçasını və Şahid3 götürülmüş qızıl əşyalarını tanıması aydın olur (iş vərəqə 56-57, 118-125) Təqsirləndirilən şəxsin ifadəsindən, həmçinin yuxarıda qeyd edilən sübutların məcmusundan Təqsirləndirilən şəxs Babək rayonu, Cəhri qəsəbə sakini Şahid2 məxsus evə oğurluq etmək üçün daxil olması öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs Babək rayonu, Cəhri qəsəbə sakini Şahid2 məxsus evə daxil olaraq onun qızı Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talamasını təsdiq edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə hazırda şəxsə törədilməsi istinad edilən əməlin cinayət sayılması üçün talanmış əmlakın dəyəri 100 (bir yüz) manatdan artıq olmalıdır. Belə ki, həmin normaya əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilən halın yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Şahid3 və təqsirləndirilən şəxsin təqdim etdiyi əşyaların hansı metaldan hazırlanması, əgər qızıl metalıdırsa hansı əyarlı olmasını müəyyən etmək üçün götürülmüş əşyalar 09 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və X5 İdarəsinə təqdim edilmiş, həmin İdarənin eyni tarixli, 3-23-69-1/2-6/2023 nömrəli məktubuna əlavə edilmiş rəyində bir ədəd enli üzüyün 583 əyarlı qızıl, çəkisinin 5.29 qram, üstündəki qaşların şüşə olması, bir ədəd ulduzşəkilli üzüyün 585 əyarlı qızıl, çəkisinin 8.17 qram, üstündəki qaşların şüşə olması, bir ədəd nazik üzüyün 585 əyarlı qızıl, çəkisi 1.23 qram, üstündəki qaşların şüşə olması, bir cüt ulduzşəkilli sırğanın 585 əyarlı qızıl, çəkisinin 12.56 qram, üstündəki qaşların şüşə olması, bir ədəd kulonlu boyunbağının 585 əyarlı qızıl, çəkisinin 3.29 qram olması, bir ədəd boyunbağının tərkibinin misdən ibarət olması, bir ədəd flaşkartın tərkibinin misdən ibarət olması qeyd edilmişdi (iş vərəqə 78-80). Təqsirləndirilən şəxsin talama yolu ilə əldə etdiyi əşyalarının dəyərini müəyyənləşdirmək üçün ibtidai istintaq orqanı 13 mart 2023-cü il tarixdə cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdi (iş vərəqə 129-130). Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 302 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, çəkisi 5.29 qram olan 583 əyarlı, üzərindəki qaşları şüşə olan bir ədəd enli qızıl üzüyün dəyəri 449,65 manat, çəkisi 8.17 qram olan, 585 əyarlı, üzərindəki qaşları şüşə olan bir ədəd ulduzşəkilli qızıl üzüyün dəyəri 694,45 manat, çəkisi 1.23 qram olan 585 əyarlı üzərindəki qaşları şüşə olan bir ədəd nazik qızıl üzüyün dəyəri 86,10 manat, çəkisi 12,56 qram olan 585 əyarlı üzərindəki qaşları şüşə olan bir cüt ulduzşəkilli qızıl sırğanın dəyəri 1067,6 manat, çəkisi 3.29 qram olan 585 əyarlı bir ədəd kulonlu boyunbağının dəyəri 279,65 manat, bir ədəd sep və üzərində “LOVE” yazılan boyunbağının (mis tərkibli) dəyəri 1 manat, işlənmiş vəziyyətdə olan 16 GB yaddaş tutumlu flaşkartın dəyəri 3 manat olmaqla, ümumilikdə təqdim edilən tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 2581,45 (iki min beş yüz səksən bir manat, qırx beş qəpik) manat təşkil edir (iş vərəqə 169-171). Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv cə subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, oğurluq cinayətinin subyekti 14 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Bu qeyd edilənlərdən cinayətin subyekt tərkibinin olması da öz təsdiqni tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini mülkiyyət münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, cinayət nəticəsində vurulmuş ziyanın aradan qaldırması və zərərçəkmiş şəxsin hazırda ondan şikayətinin olmaması cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X2 03 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 134-135); -təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; - Şahid3 tərəfindən verilmiş ərizədən və onun məhkəmədə verdiyi ifadəsindən cinayət yolu əldə edilmiş və həmin şahiddən götürülmüş qızıl-zinət əşyalarının dəyərinin ona tam ödənilməsi (iş vəqərə 197); - zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verilmiş sübut sualına onun verdiyi cavabdan Təqsirləndirilən şəxs barəsində şikayətinin olmaması aydın olur. Yuxarıda qeyd edilən halla bağlı məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və vurulmuş ziyanın könüllü olaraq tamamı ilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12 və 59.1.13) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 il 9 aydan artıq ola bilməz. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir. Çünki yuxarıda göstərildiyi ki, cinayət qanunvericiliyinin əsas məqsədlərindən biri cinayət törətmiş şəxsin islah edilməsidir. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmir və əvvəllər də qəsəbədə etdiyi oğurluq əməlləri ilə bağlı Cəhri polis bölməsinə aparılmışdı. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə verilmiş sübut sualına onun verdiyi cavabda qeyd etmişdi əvvəllər bir dəfə həmin qəsəbədə nasos oğurlamışdı. Sonuncu qeyd edilən halla bağlı məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 140.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi məhkəmə hökmünün surəti müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddi hüquq normalarının tələblərindən görünür ki, şəxsin təqsiri ancaq məhkəmə hökmü və qərarı ilə müəyyən edilir. İbtidai istintaq oraqnı tərəfindən cinayət işi materiallarına isə Təqsirləndirilən şəxs əvvəlki oğurluq əməli ilə bağlı onun təqsirliliyyini müəyyən edən hər hansı bir məhkəmə aktı əlavə etməmişdi. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadəsində və Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli arayışda qeyd edilən onun əvvəllər oğurluq etməsini Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almalı olduğu qənaətinə gəlir. Qeyd edilən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyil, həmçinin ona təqsirləndirildiyi əməlin sanksiyasında qeyd edilən digər cəzanın təyin onun məqsədinə çatmağa imkan vermir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində cinayət əməlini başqa şəxslərə borcu olduğu üçün törətməsini qeyd etsə də, məhkəmə onun bu fikrini özünü müdafiə məqdəsi ilə bildirdiyi nəticəsinə gəlir. Çünki o, ifadəsində ümumilikdə 200 manat borcu olduğunu bildirsə də, onun cinayət nəticəsində əldə etdiyi əmlakın dəyərinin həmin məbləğdən, yəni ehtiyacından qat-qat çox olması, həmçinin əmlakı realizə etdikdən sonra onun bir hissəsini əyləncə məqsədi ilə xərcləməsi müəyyən edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 2 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 152.2.1 və 158.6-cı maddələrində şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətin həbsdə saxlama müddətinə aid edilməsi, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Babək Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 4(079)-04/2023 nömrəli tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan, yəni 07 fevral 2023-cü il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli, cəza çəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evindən götürdüyü 583 əyarlı, üzərindəki qaşları şüşə olan bir ədəd enli qızıl üzük, 585 əyarlı üzərindəki qaşları şüşə olan bir ədəd ulduzşəkilli qızıl üzük, 585 əyarlı üzərindəki qaşları şüşə olan bir ədəd nazik qızıl üzük, 585 əyarlı üzərindəki qaşları şüşə olan bir cüt ulduzşəkilli qızıl sırğa, 585 əyarlı bir ədəd kulonlu boyunbağı, tərkibi mis olan və üzərində “LOVE” yazılan aksesuar bir ədəd boyunbağı və işlənmiş vəziyyətdə olan bir ədəd 16 GB yaddaş tutumlu flaşkart saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinə, maddi sübut kimi götürülmüş bir ədəd armatur parçası isə məhkəməyə təhvil verilməsi müəyyən edilir (iş vərəqə 196). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.5-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İşin araşdırılmış hallarından aydın olur ki, Təqsirləndirilən şəxs cinayət törətməsi zamanı alət kimi istifadə etdiyi armatur parçasının sahibi müəyyən edilmir və o elə də dəyərli əşya deyil. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, o hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin cinayət nəticəsində əldə etdiyi və hazırda Azərbaycan Respublikası Mərkəzi X6 Respublikası İdarəsində saxlanınlan əşyalara gəldikdə isə, işin məhkəmə atraşdırılmasından görünür ki, onların qanuni sahibi Zərərçəkmiş şəxsdır və buna görə də həmin əşyalar hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 fevral 2023-cü ildən hesablansın. Naxçıvan Şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Mərkəzi X6 Respublikası İdarəsində saxlanılan çəkisi 5.29 qram, dəyəri 449,65 (dörd yüz qırx doqquz manat, altmış beş qəpik) manat olan 583 əyarlı bir ədəd enli qızıl üzük, çəkisi 8.17 qram, dəyəri 694,45 (altı yüz doxsan dörd manat, qırx beş qəpik) manat olan, 585 əyarlı bir ədəd ulduzşəkilli qızıl üzük, çəkisi 1.23 qram, dəyəri 86,10 (səksən altı manat, on qəpik) manat olan 585 əyarlı bir ədəd nazik qızıl üzük, çəkisi 12,56 qram, dəyəri 1067,6 (bir min altmış yeddi manat, altmış qəpik) manat olan 585 əyarlı bir cüt ulduzşəkilli qızıl sırğa, çəkisi 3.29 qram, dəyəri 279,65 (iki yüz yetmiş doqquz manat, altmış beş qəpik) manat olan 585 əyarlı bir ədəd kulonlu qızıl boyunbağı, dəyəri 1 (bir) manat olan, üzərində “LOVE” yazılan mis tərkibli bir ədəd boyunbağı və dəyəri 3 (üç) manat olan bir ədəd 16 GB yaddaş tutumlu flaşkart (yaddaş kartı) hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Babək rayonu, Cəhri qəsəbə sakini zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan bir ədəd armatur parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən onun elan olunduğu, Təqsirləndirilən şəxs isə surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-4/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-4/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver