Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-4/2025 18.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Şərur rayonu, Qışlaqabbas kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, işsiz, əlilliyi olmayan, heç bir dövlət mükafatı və təltifi almayan, məhkumluğu olmayan, 23 oktyabr 2024-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “16” noyabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, bir zərərçəkmiş şəxsin sağlamlığına ağır, bir zərərçəkmiş şəxsin sağlamlığına isə az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “Naz-Lifan” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Culfa rayonu Ərəzin kəndində yerləşən Əshabi-Kəhf ziyarətgah istiqamətində gedən zaman Babək rayonu Nehrəm qəsəbəsi ərazisində hərəkətdə olarkən “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin 3.24 (maksimum sürətin məhdudlaşdırılması) yol nişanının tələblərinə riayət etməyərək “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etmədən idarə etdiyi "Naz-Lifan" markalı **-BG-*** qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli yola keçərək avtomobili yolun sol hissəsindəki torpaq hissəyə aşırması nəticəsində ehtiyatsızlıqdan sərnişin X4 dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid "baş beynin yumşaq toxumasının əzilməsi və baş beyinə qansızma ilə müşayiət olunan sol alın, təpə və gicgah sümüklərinin çox qəlpəli sınığı və əzilmiş yarası, sol diz oynağı sümüyünün qapalı, yerini dəyişmiş sınığı, sol said, sol bazu, sol bud nahiyyələrinin sıyrıqları” xəsarətləri alaraq ölümünə, sərnişin Zərərçəkmiş şəxs2 Mirheydər qızının dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid “baş beynin əzilməsi və baş beyinə qansızma ilə müşayiət olunan baş beynin qapalı kəllə-beyin travması və beyin koması, sol tərəfli hemiparezi”, digər sərnişin Zərərçəkmiş şəxs1 isə dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid “sol bazu sümüyünün qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayiət olunan sol bazu nahiyyəsinin hematoması” xəsarətləri almalarına səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə CPM-in 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni CM-in 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin CM-in 263.2-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək Əshabi-Kəhf ziyarətinə gedərkən yoldaşı Qanuni nümayəndə1 qabaqda, qızı Gülşən, Mətanət, Nur və qardaşının qızı Pakizənin isə arxa oturacaqda əyləşdiyini, torpaq yola keçən kimi qarşıdan bir maşının gəldiyini və toz torpaq yaratdığını, həmin vaxt öz maşınının ön şüşələrinin açıq olduğunu, maşının onlara çatanda toz-torpağın maşının içinə dolduğunu və yolu görmədiyini, yolun bir tərəfinin çökək olduğunu və maşının bir tərəfinin çökək hissəyə düşdüyünü, həmin vaxt idarə etməni itirdiyini, sürətin həmin yolda 40 km saat olsa da daha az sürətlə hərəkət etdiyini, hadisə baş verməzdən bir dəqiqə əvvəl həyat yoldaşının uşaqların şəklini çəkdiyini və bu səbəbdən də sürətini azaltdığını, həmçinin həmin yolda sürətlə gedə bilməyəcəyini, torpaq yolda bunun mümkün olmadığını, əmisi oğlunun onların önündə getdiyini, lakin hadisə baş verəndə onun maşınının uzaqda olduğunu, Niva markalı maşın sürətlə keçib toz-torpaq yaratdığı üçün qəzanın baş verdiyini, hazırda isə həmin şəxsin şahid qismində çağırıldığını, qəzada azyaşlı qızı Nurun vəfat etdiyini, digər qızı Mətanətin isə ayağından xəsarət aldığını, qardaşı qızı Pakizənin də qəzada xəsarət aldığını, səbəbkarın isə Niva markalı avtomobilin sürücüsünün sürət hədd olduğunu, lakin onun yerinə bugün özünün ittiham olunduğunu, hadisənin 15 avqust 2024-cü ildə baş verdiyini, evdən çıxanda saat 4-ə işlədiyini, Naxçıvan şəhərinə saat neçədə çatdıqlarını dəqiq bilmədiyini, hadisə yerinə çatanda isə artıq axşamçağı olduğunu, görüş məsafəsinin aydın olduğunu, hadisə anından əvvəl göy rəngli Niva markalı maşınla qarşılaşdığını, onun nömrəsini görə bilmədiyini, Niva markalı avtomobilin sürətini dəqiq bilmədiyini, amma gəlişi ilə toz-torpaq yaratdığını, həmin an yanında əyləşən həyat yoldaşına dönüb maşının çox sürətli gəldiyini və toz-torpaq yaratdığını dediyini, yenidən qabağa dönəndə artıq maşının onlara çatdığını, aralarında məsafənin çox az olduğunu, hər ikisinin öz yolu ilə sürdüyünü, başqa fikrini yayındıran heç nəyin olmadığını, həmin maşına çatanda yolun bir hissəsinin 10- 15 metr olmaqla çökək olduğunu, buna görə maşının yolun sağ hissəsinə düşdüyünü, çökəkdən çıxdıqdan sonra isə maşının yırğalanmağa başladığını, yolun əshabi-kəhfə gedən istiqamətdə sağ tərəf ilə hərəkət etdiyi halda aşıb sol tərəfə düşüb ağaca söykənib dayandığını, həmin anda uzağı 40 km/s sürətlə idarə etdiyini, çökəyə düşdükdə maşının qabaq və arxa təkərlərinin boşluğa düşdüyün gördüyünü, maşında hər hansı bir nasazlığın olmadığını, maşın təkərləi boşluğa düşüb axmağa başladığına görə idarə etməni itirdiyini, maşının tiyaqasının qırıldığını, 2010-cu ildən maşın sürdüyünü, heç bir qanun pozuntusuna yol vermədiyini, Niva markalı maşının sürücüsünün bu məsələdə günahkar olduğunu, özünün təqsirli olmadığını, həmin yolda müşahidə kamerasının olmadığını, Niva markalı maşının onun maşınına dəyib toxunmadığını, yalnız onun yaratdığı toz-torpağın bu hadisəyə səbəb olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, maşını tam saxlasaydı həmin qəzanın da olmayacağını, lakin bunu etmədiyini, yolda heç bir xəbərdaredici nişanın olmadığını, yolun sulanmadığını, əgər qəzalı vəziyyətdə idisə yolun bağlanmalı olduğunu, Niva markalı maşının sürətini dəqiq bilməsə də çox sürətli olduğunu, çünki tozun maşının içinə dolduğunu və yolu görə bilmədiyindən qəzanın baş verdiyini, onun sürətinin 56 km saatdan çox olduğunu, tozun həm içəriyə dolduğunu, həm də çöldə duman yaratdığından idarəetməni itirdiyini, idarə etdiyi maşının Naz-Lifan 720 markalı maşın olduğunu, 4-5 ildir həmin avtomobili idarə etdiyini, vaxtında texniki baxışdan keçirildiyini, yararlılığına dair sənədlərinin də qaydasında olduğunu, avtomobilin öz mükiyyətində olduğunu, evdən çıxanda saatın 4-ə işlədiyini, işdən evə gəldiyini, işə səhər saat 10-da gedib günorta saat 1də evə gəldiyini, gəldikdən sonra da dincəldiyini, qızı Nurun təhlükəsiz oturması üçün heç bir tədbir görülmədiyini, Nurun 1 yaş 2 aylıq olduğunu, hərəkət etdiyi yolun 2 gedişli olduğunu, hadisə yerində artıq asfalt yolun bitdiyini, hadisənin torpaq yolda baş verdiyini, həmin vaxt artıq 100-150 metr olardı ki, torpaq yolla hərəkət etdiyini, avtomobildə heç bir nasazlıq hiss etmədiyini, sadəcə torpaq maşının içinə dolduqdan sonra maşının bir hissəsinin çökəyə düşdüyünü və idarəetməni itirdiyini, yolun bir tərəfinin uca, bir tərəfinin isə alçaq olduğunu, torpaq yolda olduğunu dərk edib maşını ehtiyatla sürdüyünü, hava çox isti olduğuna görə pəncərələri bağlamadığını, kondisionerin isə işləmədiyini, uşaqlar narahat olmasın deyə şüşələri açıq qoyduğunu, yalnız qabaq şüşələrin açıq olduğunu, Nivadan əvvəl yanından taksi və başqa bir maşının da keçdiyini, onların aşağı sürətlə sürdüklərini, çünki ondan əvvəl toz-torpağın qalxmadığını, onlarla Niva arasında 50-100 metr ara məsafəsi yaranandan sonra qəzanın olduğunu, qəza olduqdan sonra taksi və digər maşınların oraya gəldiyini, Niva markalı maşının isə gəlmədiyini, Nivanın sürətlə gəldiyini görüb əlini şüşələri qaldırmaq üçün şüşənin ruçkasına atdığını və yoldaşına ehtiyatlı olmalarını, avtomobilin sürətlə gəldiyini bildirdiyini, lakin çatdırıb şüşəni bağlaya bilmədiyini, həmin vaxt Nivanın artıq onlara çatdığını, toz-torpağın içəriyə dolduğunu və avtomobilin yoldan çıxdığını, avtomobilini tam dayanma həddinə gətirə biləcəyini, lakin qəzanın baş vermə ehtimalını düşünmədiyinə görə avtomobili saxlamadığını, buna görə özünü təqsirli bildiyini, saxlasaydı bəlkə də qəzanın olmayacağını, lakin avtomobilin sürətini azaltdığını, amma yoldaşına tərəf dönəndə sürəti azaldıb-azaltmadığını bilmədiyini, qarşıda heç bir maneənin olmadığını, Nivanın isə onun maşınına dəymədiyini, yolun iki tərəfində də materiallar olsa da, hələ tam təmir olunmadığını, sadəcə həmin hissələrin kürəndiyini, orada daşların da olduğunu, amma həmin daşların qəzaya səbəb olub-olmadığını bilmədiyini, çünki həmin anda özündə olmadığını, maşının isə sadəcə çökəyə düşüb çıxdığını və yırğalandığını bildiyini, hadisənin qarşısını almaq üçün başqa tədbir görmədiyini, yolda heç bir nişan görmədiyini, sonuncu nişanı isə hava limanının yolunda gördüyünü, qəzadan 10 gün əvvəl də o yolu getdiyini, həmin vaxt da yolun vəziyyətinin yararsız olduğunu, bunu 10 gün əvvəlcədən də bildiyini, həmin hissənin də yararsız olduğunu artıq bildiyini, lakin bu hadisə zamanı torpağın keçib gedəcəyini düşündüyünü, lakin elə olmadığını və torpağın maşının içinə dolduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə bir qızını bu qəzada itirdiyini və hazırda 3 qız övadının geridə qaldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs atası olduğunu, qəzadan əvvəl anası Bülbülün onların şəklini çəkmək üçün arxaya döndüyünü, həmin vaxt isə içəriyə torpaq dolduğunu və qəzanın baş verdiyini, ondan sonrasını xatırlamadığını, maşında bir tərəfində əmisi qızı Pakizənin, onun qucağında bacısı Nurun, o biri tərəfində bacısı Günəşin, qabaq oturacaqda isə anası Bülbülün əyləşdiyini, maşının sürət göstəricisinə baxmadığını, həmin vaxt maşında atasının fikrini yayındıran heç nəyin olmadığını, atasının anasına hansısa bir ifadə işlətməsini eşitmədiyini, sağa-sola baxmadığını, qarşıdan gələn maşını görmədiyini, sadəcə içəri tozun dolduğunu gördüyünü, maşında 6 nəfərin olduğunu, onları xəstəxanaya atasının əmisioğlu Məhəmmədin apardığını, xəstəxanada onlara yardım göstərildiyini, bacısının vəfat etdiyini xəstəxanada öyrəndiklərini, anasının hadisə anında yoxsa ondan əvvəl şəkillərini çəkdiyini bilmədiyini, arxa oturacaqda oturanların heç birində qoruyucu kəmərin olmadığını, həmin vaxt aralarında söhbət etmədilərini, bacısı Nura yemək verib su içirtdiyini, atasının diqqətini dağıdacaq şəkildə heç nəyin olmadığını, anidən maşının içinə torpaq girdiyini, sonrasını isə xatırlamadığını, Nuru əslində həmin vaxt möhkəm tutduğunu, onun necə baş verdiyini xatırlamadığını, özünü hazırda yaxşı hiss etdiyini, atasından heç bir şikayətinin olmadığını bildirmişdir. Məkhəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 Mirkənan qızı ibtidai istintaq orqanında ifadəsində bildirmişdir ki, Bakı şəhərində yaşayır və 9-cu sinif şagirdidir. 15 avqust 2024-cü il tarixdə əmisi Təqsirləndirilən şəxs idarə etdiyi “Naz-lifan 720” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobil ilə “Əshabi-kəhf” ziyarətgahına getmişdir. Həmin avtomobili əmisi idarə edirdi, əmisinin yoldaşı Qanuni nümayəndə1 ön sərnişin oturacağında, özü, əmisi qızları Zərərçəkmiş şəxs1, Günəş Seyidova və Nur Seyidova isə arxa sərnişin oturacağında əyləşmişdir. Əmisi “Əshabi-kəhf” yol ayrıcından sola dönərək ziyarətgah istiqamətində hərəkətə davam edərkən Nur Seyidova onun qucağında olmuşdur. Müəyyən bir məsafə asfalt yolla getdikdən sonra torpaq yola keçmişlər, avtomobilin içinə toz-torpaq dolmuşdur. O, nə baş verdiyini başa düşməmiş, lakin avtomobilin içində olan əmisi qızları onun üstünə düşmüşdürlər. Hadisə nəticəsində Nur Seyidova avtomobildən düşərək ölmüş və özü də müxtəlif bədən xəsarətləri almışdır. Hadisə zamanı fikri yolda olmadığı üçün necə baş verəməsi və əmisinn avtomobili neçə ilə idarə etməsi barədə məlumatı yoxdur. Hadisə vaxtı qorucu kəmərdən istifadə və Nur Seyidovanı qoruya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 yaxın qohumu olan hüquqi varis iQanuni nümayəndə1 verdiyi izahatında təqsirləndirilən şəxsin onun əri olduğunu, haidə baş verən günü onunla Əshabi-Kəhf ziyarətinə getdiklərini, yoldaşının əmisioğlunun isə onlardan qabaqda getdiklərini, yolda onun zəng edərək maşının xarab olduğunu bildirdiyini, Mirkənanın da əmisioğluna gözləmələrini və onlara çatacaqlarını bildirdiyini, Əshabi-Kəhf yolunu dönəndə yolun torpaq olduğunu, yanlarından 2 maşının keçib getdiyini, qarşıdan isə bir maşının gəldiyini, həmin maşın onlara çatanda içəriyə torpağın dolduğunu, Kənanın yolu görə bilmədiyini, onun da Kənana “bu nə torpaqdır” dediyini, ondan sonra azca getdikdən sonra qəzanın baş verdiyini, amma Mirkənanın həmin vaxt maşını yavaş sürdüyünü, Kənanın arxasında qızı Mətanətin, Pakizənin qucağında qızı Nurun, ortada qaynı qızı Pakizənin, sağda, yəni öz arxasında isə qızı Günəşin əyləşdiyini, Niva markalı maşını görəndə aralarında biraz məsafənin olduğunu, onun nömrəsini görə bilmədiyini, arxada qızı Mətanətin Nuru yedirtdiyi üçün yavaş hərəkət etdiklərini, hadisədən əvvəl Kənanın fikrini yayındıracaq nəsə olmadığını, şəkli isə qəzadan 20 dəqiqə əvvəl çəkdiyini, uşaqlardan heç kimin narahatlığının olmadığını, şüşələrin isə ozü və yoldaşı tərəfdə açıq, arxada isə bağlı olduğunu, torpağın qabaq tərəfdən içəri dolduğunu, Kənanın ona dönüb maşının torpaqlı gəldiyini dediyini, bundan sonra Kənan pəncərəni bağlayanda qəza baş verdiyini, öz yolları ilə getdiklərini, digər maşının isə hansı tərəfdən gəldiyini bilmədiyini, hadisə olandan sonra Kənan və özünün uşaqları çıxartdığını, xəstəxanaya isə yarı yola qədər əmisioğlunun onları apardığını, sonra isə təcili tibbi yardım maşının gəldikdə onlara təhvil verdiyini, içəriyə toz dolanda qarşını görməyin mümkün olmadığını, onlardan qabaqda maşın getmədiyini, sadəcə iki maşının gəlib əks istiqamətli yolda yanlarından keçdiyini, hadisə baş verən vaxt maşının sürətinə baxmadığını, yoldaşının maşını yüksək sürətlə idarə edən adam olmadığını, ona tərəf dönüb qarşıdan maşının sürətli gəldiyini deyib maşını yavaşlatdığını, yolun həmin vaxt pis vəziyyətdə olduğunu, yolda heç bir işarənin olmadığını, daşların isə çox olduğunu, dayandırması ilə bağlı Kənana heç nə demədiyini, maşının çökəyə düşdüyünü hiss etdiyini, sonra maşının yırğalandığını və ağaca dəyib böyrü üstə düşdüyünü, uşağı özü saxalasaydı bəlkə də heç nə olmayacağını, uşaqlar böyük olduğuna görə arxada onlarla birlikdə oturmadığını, öndə isə balaca uşağın oturmasına icazə vermədiklərini bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisi olaraq təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını, onunla hazırda da evli olmaqla bir ailədə yaşadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Mirkənan ilə əmioğlu olduqlarını, 2 maşın olmaqla birlikdə Əshabi-Kəhf ziyarətinə getdiklərini, şəhər içi arxa-arxaya getdiklərini, şəhərdən Əshabi-Kəhf yoluna dönən zaman 2 km sonra asfalt yolun bitdiyini və torpaq yolun başladığını, 1-2 km də torpaq yolun davam etdiyini, şəhərdə Bolmartın qarşısına kimi özünün qabaqda, Kənangilin isə arxada olmaqla gəldiklərini, sonra özününa arxaya baxanda Kənanı görmədiyini, ona zəng edəndə Kənanın marketdən su alacağını və getmələrini, özlərinin isə arxadan gələcəklərini dediyini, özünün bundan sonra sürüb getdiyini, asfalt yoldan torpaq yola keçərkən maşının qızdırdığını gördüyünü, Kənana zəng edib bunun səbəbinin soruşanda ona gözləməsini, çatıb baxacağını dediyini, özünün bundan sonra maşını kənarda saxlayıb düşüb radiatora su tökdüyünü və Kənanı gözlədiyini, bu vaxt göy niva markalı maşının gəldiyini gördüyünü, yolda çox toz-torpaq yaratdığını, torpaq olmasın deyə maşına mindikdən 3-4 dəqiqə sonra Kənanın ona zəng edib qəza törətdiyini dediyini, telefondan qışqırıq səslərinin gəldiyini, əmisinin yoldaşı Mətanətə “gedək nəsə olub” deyib hadisə yerinə sürdüyünü, orada maşının böyrü üstə çevrildiyini gördüyünü, Kənanla köməkləşib yaralı şəxsləri və Nuru öz maşınına qoyduğunu, yarı yola qədər gətirdiyini, yolda tibbi yardımın gəlib onları götürdüyünü, suallara cavabında hadisənin tarixini tam dəqiq xatırlamadığını, avqust ayı olduğunu, hadisə baş verdiyi yerdən sonra Əshabi-Kəhfə təxminən 3 km məsafənin qaldığını, havada külək olmadığını, Niva markalı maşının sürətini dəqiq deyə bilməyəcəyini, amma biraz sürətli gəldiyini, çox torpaq olduğuna görə özünün maşına mindiyini, hadisə yerinə çatanda maşının sola doğru aşdığını gördüyünü, maşının böyrü üstə dayandığını, Pakizənin özündən getdiyini, onun maşının yanında olduğunu, Mətanəti anası Bülbül ilə maşından çıxardıqlarını, Nurun isə vəfat etdiyini və kənara qoyulduğunu, Kənanın yoldaşı Bülbülü, qızı Mətanəti və Günəşi, vəfat edən Nuru, Mirheydərin qızı Pakizəni və yoldaşı İlahəni öz maşınına yerləşdirdiyini, onları xəstəxanaya apardığını, yolda təcili-tibbi yardım maşınını görüb saxladığını, yaralıları həmin maşınla xəstəxanaya apardıqlarını, Kənan və əmisinin yoldaşı Mətanətin isə hadisə yerində qaldığını, yolda heç bir nişan görmədiyini, yolun torpaq olduğunu, həmin yolda maşının sürətli getməsinin mümkün olmadığını, yolun vəziyyətinin çox pis olduğunu, yerdə kəskin daşların olduğunu, Niva markalı maşının isə torpaq yolda rahat hərəkət edə bildiyini, hadisə yerinə çatanda maşının aşdığını gördüyünü, acınacaqlı vəziyyət olduğu üçün nə deyildiyini tam xatırlamadığını, Kənanın “Allah köməyimiz olsun” dediyini, təmirlə bağlı yol nişanını görmədiyini bildirmşdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Babək Yol İdarəsinin müdiri işlədiyini, 30 metr məsafədə Kənanın maşınının gəldiyini gördüyünü, həmin vaxt siqaret qutusunu götürmək istədiyini, bu vaxt ağ markalı maşının gəlib onun yanından ötdüyünü, sadəcə maşının seriya nömrəsinin 68 olduğunu gördüyünü, səhərsi günü hadisənin olduğunu eşitdiyini, özünün Əshabi-Kəhfdən qayıtdığını, onların isə Əshabi-Kəhfə getdiklərini, suallara cavabında hadisənin təxminən saat günorta 4-dən sonra baş verdiyini, həmin vaxt oraya yola nəzarət və ziyarətə getdiyini və yolda iş getdiyini, Əshabi-Kəhfə dönən yolla hadisə baş verdiyi yer arasındakı məsafənin təxminən 6-7 km olduğunu, maşınla aralarında 30 metr məsafə olduğunu, maşını siqaret götürərkən tam saxlamadığını, Kənanın maşınının gəlibgəlməməsinə əhəmiyyət vermədiyini, həmin vaxt külək olmadığını, yolun torpaq olduğunu, hər gün yolun sulandığını, fikrinin qarşıdan gələn maşında olmadığını, 3-5 metr qalanda seriyasının 68 olduğunu, özünün 40 km saat sürətlə getdiyini, qarşı tərəfdən gələn maşının da təxminən 40 km sürətlə getdiyini, lakin bunu dəqiq bilmədiyini, bəlkə də az sürətlə getdiyini, rastlaşdıqları yerin torpaq səviyəsilə eyni olduğunu, orada mənfəc deyilən ən təhlükəli və hündür yerin hadisə baş verən yerdən yuxarıda olduğunu, həmin yolu bir neçə dəfə getdiyini, orada “diqqət yolda iş gedir” nişanı qoyulduğunu, onun da əldə yazıldığını və həmin nişanın özləri tərəfindən qoyulduğunu, həmin nişanın Picivar meşəsinə yaxın qoyulduğunu, amma başqa nişan qoyulub-qoyulmadığını görmədiyini, orada olan toztorpağın çox olmadığını, nə aşırı toz-torpaq olduğunu, nə də ümumiyyətlə toz-torpaq olmadığını deməyin düzgün olmadığını, oranın sulandıqdan sonra yük maşınlarının asfalt daşıdığını, sulanma işlərini onlara aidiyyatı olmadığını, sadəcə yolun onların ərazisində oluğuna görə mütəmadi olaraq oraya baş çəkdiklərini, yolun çəkilişini isə başqa təşkilat tərəfindən həyata keçirildiyini, buna onların səlahiyyətinin olmadığını, 33 ildir avtomobil idarə etdiyini, orada hadisənin ya texniki nasazlıq ya da diqqətsizlikdən baş verə biləciyini, suallara cavabında yolda qoyulan nişanda sürət həddinin yazılıb-yazılmadığına baxmadığını, sadəcə diqqət yolda iş gedir yazıldığını, çünki onu da əlyazma ilə özlərinin yazdıqlarını, orada əslində sürət həddinin yazılmalı olduğunu, təxminən 40 km saatla getdiyini, bunun da normal sürət olduğunu, hadisənin qarşılaşdıqları yerdən 2 km aralıda olduğunu, (Mirkənan Seydiov etiraz edərək yolun çökək olduğunu, çökəyə düşdüyünə görə maşnın yırğalanmağa başladığını, yolda sulanma olmadığını bildirdi), yolun hazırlanma ərəfəsində olduğunu, yolun yerdən eyni vəziyyətdə olduğunu, ama bir az aralıda çökəklik olmasının mümkün olduğunu, lakin çökəkliyə rastlaşmadığını, qarşılaşdıqları yerin hamar olduğunu, siqareti götürmək üçün sürəti sıfıra endirdiyini, təxminən 40 km saatla hərəkət etdiyini, ibtidai istintaqda ona sual verilən zaman oradakı sürət həddinin 40-50 ola biləcəyini dediyini, ifadəsinə qol çəkib getdiyini, lakin oxumadığını, Kənan sürətinin çox ola bilməyəciyini, orada deyilən dərəcədə torpaq olmasının mümkün olmadığını, əgər torpaq həqiqətən maşına dolmuşdusa hadisənin qısa məsafədə baş verməli olduğunu və özünün bunu görməli olduğunu, lakin hadisənin ondan uzaqda olduğunu, hadisəyə şahidlik etmədiyini, səhər saat 6-da hadisədən xəbərinin olduğunu, təhlükəli ərazinin yerdən 1,5 metr yüksəkdə olduğunu, lakin hadisənin oraya çatmamış baş verdiyini, istismar idarəsi olaraq tikinti gedən zaman oraya baş çəkməli olduqlarını, 1 il ərzində 8-9 dəfə oraya nəzarətə getdiklərini, lakin texiniki və keyfiyyət məsələlərinə müdaxilə edə bilmədiklərini, mənfəc adlanan yer barədə heç kiməsə məlumat verilmədiyini, maşınının **-BB-*** markalı Niva maşının olduğunu, Kənanın maşınınndan qabaq hər hansı bir taksi görmədiyini, amma əsas yola çıxarkən yük maşınlarının və taksilərin olduğunu gördüyünü, Kənanın maşınının ön şüşələrinin açıq olub-olmamasına baxmadığını, Kənanın heç üzünü belə görmədiyini, siqareti götürəndə Kənanın maşının yanından ötdüyünü, siqaret götürüb başını qaldıranda sadəcə maşının seriyasını gördüyünü bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolu və ona əlavə edilmiş müvafiq fotoşəkillərdən yol-nəqliyyat hadisəsinin Babək rayonunun inzibati ərazisində, “Əshabi-Kəhf” ziyarətgahı istiqamətində avtomobilin torpaq yolda sürüşərək yoldan çıxması nəticəsində ölümlə nəticələndiyi, “Əshabi-kəhf” istiqamətində baxdıqda avtomobilin yolun sol tərəfinə aşdığı, bir gediş bir gəliş olmaqla yolun iki hərəkət zolağından ibarət, eniş və yoxuşların, sola və sağa dönüşün olmadığı, torpaq yol olduğu, hadisə baş verən yerdən 800 metr əvvəl surət həddinin “30” olduğunu göstərən yol nişanının mövcud olduğu, yolun solu və sağının ağaclıq olduğu, avtomobilə məxsus 47 metr sürüşmə izinin olduğu müəyyən olunur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxs X4 ölümü arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 65 nömrəli meyitin məhkəmə tibbi ekspertizası üzrə rəydə göstərilmişdir ki, X4 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: baş beyinin yumşaq toxumasının əzilməsi və baş beyinə qansızma ilə müşayiət olunan sol alın, təpə və gicgah sümüklərinin çoxqəlpəli sınığı və əzilmiş yarası, sol diz oynağı sümüyünün qapalı, yerini dəyişmiş sınığı, sol said, sol bazu, sol bud nahiyələrinin sıyrıqları həyati olub, ölümündən az əvvəl bərk küt əşya təsirindən törənmişdir, ölüm ilə birbaşa səbəbli əlaqəlidir. X4 almış olduğu xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsasrətlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə sərnişini olduğu minik avtomaşınında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləndir və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər aid olduğundan AĞİR zəzər vurmanın əlamətlərinə malikdir. X4 ölümünə səbəb baş beyinin yumşaq toxumasının əzilib-dağılması və baş beyinə qansızma ilə müşayiət olunan sol alın-təpə-gicgah sümüklərinin çoxqəlpəli sınığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X4 ölümü, onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il tarixdə saata 19:30-da) 2-4 saat əvvəl baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs2 Mirheydər qızının sağlamlığına ağır zərər dəyməsi arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 117 nömrəli canlı şəxsin ekspertizası üzrə rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: baş beyinin əzilməsi və baş beyinə qansızma ilə müşayiət olunan baş beyinin qapalı kəllə beyin travması və beyin koması, sol tərəfli hemiparez bərk küt əşya təsirindən, eləcə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadissi nəticəsində törənmişdir, müddəti qərarın təsviri hissəsində gösətrilən və onun tibbi yardım məqsədi ilə Naxçıvan MR Xstəxanasına müraciət etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələməsi mümkündür və dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər dəyməsi arasında səbəbli əlaqənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 114 nömrəli canlı şəxsin ekspertizası üzrə rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol bazu sümüyünün qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayiət olunan sol bazu nahiyəsinin hematoması bərk küt əşya təsirindən, eləcə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım məqsədilə Naxçıvan MR Xstəxanasına müraciət etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələməsi mümkündür və dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2024-cü il tarixli, 1126 saylı məhkəmə yol-nəqliyyat ekspertizası rəyində göstərilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə NAZ-LİFAN LF7185-720 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X8” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəssinin 3-cü bəndinin, 64cü maddəsinin 1-ci hissəsinin 3.24 ( maksimum sürətin məhdudlaşdırılması) yol nişanını və sərxoş olduğu şəraitdə 37-ci maddəsinin 1-ci hissəsinn 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun “X8” Azərbaycan Respbulkikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Hadisə yerində NAZ-LİFAN LF7185-720 markalı avtomobilə məxsus tormoz izi olmadığından hadisə zamanı NAZ-LİFAN LF7185-720 markalı avtomobilin hansı sürətlə hərəkətdə olması hesabat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “X8” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə görə qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin qanunun 50-ci maddəsinin Vİİ hissəsinə görə yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. CPM-in 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun X4 ölümü, Zərərçəkmiş şəxs2 Mirheydər qızının sağlamlığına ağır, Zərərçəkmiş şəxs1 isə sağlamlığına az ağır zərər vurulması ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əməldə CPM-in 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası CPM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CPM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarının 17-ci bəndində gösətirilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Yol-nəqliyyat hadisəsi zamanı "NAZ-LİFAN LF7185-720" markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə o, müayinə edilmiş, Y.Budaqov adına X6 X1 15 avqust 2024-cü il tarixli, 388 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında təqsirləndirilən şəxsdə 0.03 promilli alkoqol sərxoşluğu vəziyyətinin mövcud olduğu nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sözügedən halda isə təqsirləndirilən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promildən aşağı olması qənaətinə gəlmişdir. Həmçinin cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsinin QİTBŞ tərəfindən verilmiş xx.xx.2018xx.xx.2028-ci il tarixədək sürücülük hüququ verən, AE seriyalı, 871294 nömrəli, “B” kateqoroyalı sürücülük vəsiqəsinin olduğu, sürücülük hüququndan məhrum edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 16 avqust 2024-cü il tarixli protokol” dan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi " NAZ-LİFAN LF7185-720" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16 avqust 2024-cü il tarixdə baxış keçirilməsi, onun texniki cəhətdən vəziyyətinin yoxlanılması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin tormoz sisteminin, səs siqnalının, qoruyucu kəmərlərin, şüşələrin və şüşə təmizləyicilərin, işıq cihazlarının, sükan idarəsinin, sürət ölçü rıçakının nasaz və təmir olunması imkan xaricində olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və şinlərinin (təkərlərinin) vəziyyətinin yoxlanılması haqqında 28 oktyabr 2024-cü il tarixli protokol” dan Təqsirləndirilən şəxs idarə etdiyi " NAZ-LİFAN LF7185-720" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 28 oktyabr 2024-cü il tarixdə baxış keçirilməsi, avtomobilin sağ ön və arxa təkərlərinin dolu vəziyyətdə olması, sol ön və arxa təkərlərinin boş olması, təkərlərdə yırtıq olmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, CPM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə CM-in 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən CM-in 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdur. Yəni, CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən CM-in 263.2-ci maddəsində qeyd edilən cinayət əməlinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini CPM-in 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin ehtiyatsızlıq formasında törədilmiş, maddi tərkibli olmaqla başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "CPM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, CPM-in 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdir ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin yaşını, himayəsində azyaşlı uşaqların olmasını və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirilir. Həmçinin, Şərur rayon Qışlaqabbas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Babək Rayon Polis İdarəsinə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs cəmiyyətdə yoldaşları arasında böyük hörmət qazandığı, ünsiyyətdə, nəzakətdə, məişətdə təvazökar, siyasi cəhətdən savadlı olduğu, ideya və mənəvi səviyyəsini yüksəltmək üzərində daim çalışdığı vurğulanmışdır. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 16 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat X2 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdir. Bunlardan əlavə iş materiallarında olan X4 hüquqi varisi və Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs2 Mirheydər qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 ərizə və izahatlarından aydın olur ki, onların təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbləri yoxdur, aralarında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxslə və onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi CM-in 59.1.12-ci maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Eyni zamanda CM-in 59.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsin əməlində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması ilə bağlı yüngülləşdirici hal mövcuddur. Belə ki, CM-in 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən cinayət əməlinə görə CM-in 263.2-ci maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 60.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 4 il 6 aydan artıq ola bilməz. Qeyd edilən halı digər yüngülləşdirici hallarla birlikdə nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu, cinayət əməli nəticəsində vəfat etmiş və sağlamlığına az ağır zərər dəymiş şəxslərin təqsirləndirilən şəxsin öz qızları, sağlamlığına ağır zərər dəymiş şəxsin isə qardaşının qızı olması nəzərə alınaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkünlüyünü əsas götürüb belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməli, CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməklə 03 (üç) il sınaq müddəti təyin edilməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-in 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə CM-in 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. CPM-in 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki vəziyyətdə təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-1.2.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin tətbiq edilməli olması, 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmurunun həyata keçirməli olması, Təqsirləndirilən şəxs hazırda Şərur rayonu Qışlaqabbas kəndində yaşaması nəzərə alınmaqla sınaq müddəti ərzində onun üzərinə nəzarəti Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. CPM-in 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müddətin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bundan əlavə CM-in 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü kimi təsbit edilmişdir. Məhkəmə işin hallarını və CM-in 45.1-ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CPM-in 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən sürücü Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı idarə etdiyi minik avtomobili maddi sübut hesab edilərək, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsinin duracağında saxlanca verilmişdir. Cinayət işi materiallarında olan AD nömrəli, 924485 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, "Naz-Lifan" markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahibi təqsirləndirilən şəxsdir və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. CPM-in 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə mülki iddia yoxdur. CM-in 198.1-ci maddəsi ilə müəyyən edilir ki, Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının ümumi dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq X7 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının ümumi dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq X7 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsinin duracağında saxlanca verilmiş "Naz-Lifan" markalı **-BG-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-4/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-4/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver