Məhkəmə qərarları › İş №1(079)-5/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-5/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-5/2023 23.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Cavidabad kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 17, mənzil 9 ünvanında qeydiyyatda olan, lakin Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 05 avqust 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxx 2002-ci ildə Şərur rayonu, Şəhriyar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə sааt 1005-də məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “24” may 2023-cü ildə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 fevral 2023-cü il tarixdə gecə saat təxminən 05 radələrində Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restoranında qəlyanların saxlanıldığı kabinetin pəncərəsini Təqsirləndirilən şəxs1 üzərində gətirdiyi dəmir parçası ilə pəncərəni sıxıb itələyərək açmış və qanunsuz olaraq həmin kabinetə daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 85 (səksən beş) manat dəyərində gümüşü rəngli misir qəlyanı, 01 ədəd 75 (yetmiş beş) manat dəyərində qırmızı rəngli misir qəlyanını pəncərənin yanında gözləyən gözləyən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vermiş, sonra Təqsirləndirilən şəxs1 restoranın banket zalının pəncərəsini eyni üsulla açaraq qanunsuz olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə içəri daxil olub oradan da 01 ədəd 320 (üç yüz iyirmi) manat dəyərində “LG” markalı, 82 ekran televizoru gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxslərə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində özünü tam təqsirli bildiyini, 600 manat borcu olduğu üçün “Nəqşicahan” restoranı oğurluq etməyi qərarlaşdırdığını, oğurluq etmək məqsədilə əvvəllər küçədən tapdığı dəmir parçasını götürüb gödəkçəsinin döş cibinə qoymuş və evdən çıxıb işlədiyi “Elsevər” restoranına getdiyini, restorana çatdığında cibindəki dəmir parçasını yolun kənarına divara taxdığını, restorana daxil olduğunu, işdən çıxanda isə onu götürdüyünü, 21 fevral 2023-cü il tarixdə təqribən saat 02 radələrində dostu Qabil və İbrahimlə işdən çıxıb “SV” adlanan restorana pivə içməyə getdiklərini, birlikdə restoranında 1-2 bakal pivə içdikdən sonra onlara borcunun çox olduğunu, borcunu ödəmədiyi üçün onu sıxdıqlarını, buna görə də “Nəqşicahan” restoranında olan kabinetə girib televizor oğurlayıb satıb borcunu verməyi düşündüyünü dediyini, İbrahimin ona “cavansan yanarsan” dediyini, bundan sonra Qabil də borcunun olduğunu bildirdiyini, həmin günü saat təxminən 05 radələrində “SV” restoranından Rauf adlı şəxsin idarə etdiyi taksi ilə “Əyləncə adası”nın qarşısına gedib avtomobildən düşdüklərini, “Görüş kafe”sinin qarşısı ilə pilləkənlərdən Naxçıvan çayına endiklərini, orada kamera olmadığı üçün həmin yerdən getdiklərini, çayı keçib beton hasarı aşıb “Nəqşicahan” restoranının dəmir barmaqlığından düşüb, qəlyanlar olan otağa tərəf getdiklərini, götürdüyü dəmir parçası ilə qəlyan otağının pəncərəsini açıb pəncərədən içəri daxil olduğunu, həmin vaxt Qabil və İbrahimin çöldə durduğunu, oradan iki ədəd qəlyanı götürüb çöldə gözləyən Qabil və İbrahimə verdiyini, qəlyan otağından çıxdıqdan sonra birlikdə banket zalının pəncərəsinin yanına gəldiklərini, həmin pəncərəni də dəmir parçası ilə açıb Qabillə birlikdə içəri girdiyini, İbrahimin isə eşikdə durduğunu, Qabil ilə birlikdə televizoru götürüb pəncərədən çölə çıxıb, qəlyanları da götürüb Hacıvar körpüsü tərəfə getdiklərini, həmin vaxt yolda avtomobil olmadığından “Nəqşicahan” restoranının qarşısında taksi fəaliyyəti ilə məşğul olan Şahid2 zəng edib onları evə aparmasını istədiyini, Sahilin avtomobili ilə körpünün altına gəldiyini, televizor və qəlyanları avtomobilə qoyub Qabilgilin evinə getdiklərini, Sahilin onlardan televizor və qəlyanları hardan aldıqlarını sorişduğunu, ona “Nəqşicahan” restoranından oğurladığını dediklərini, bir az içkili olduqlarından Sahilin onlara tam inanmadığını, onunla zarafat etdiyini düşündüyünü, Qabillə birlikdə televizoru və qəlyanları onların həyətində yerləşən əl damına qoyduğunu, sonra evinə getdiyini, 23 fevral 2023-cü il tarixdə gecə saat təxminən 02:30 radələrində işdən çıxdıqdan sonra, Qabillə “SV” restoranına getdiklərini, oranı işlədən Məhəmmədə yaxınlaşıb borcunun olduğu üçün televizor satdığını bildirdiyini, Məhəmməd isə televizorun harda olduğunu və kimin olduğunu soruşduğunu, ona televizorun özünə məxsus olduğunu, evdən gətirdiyini və borcu olduğu üçün satmaq istədiyini dediyini, 430 manata razılaşıb televizoru ona satdığını, lakin pulunu həmin gün almadığını, oğurluq edilməsi barədə təklifi Qabil və İbrahimə özünün verdiyini, lakin onları buna məcbur etmədiyini, sadəcə olaraq təklif etdiyini, “Nəqşicahan” restoranında oğurluq hadisəsindən 6 ay əvvəl orada işlədiyindən restorana yaxşı bələd olduğunu, bu səbəbdən oğurluq üçün oranı seçdiyini, aralarında olan razılığa əsasən oğurluqdan əldə edilən pulu aralarında bərabər şəkildə böləcəklərini, İbrahim və Qabilə oğurluq təklifini edəndə özünün içkili olduğunu, həmin günü içliki olmasa da belə, yenə də “Nəqşicahan” restoranından oğurluq edəcəyini, çünki borcunu ödəməli olduğunu, əvvəldən aralarında oğurluq barədə plan olmadığını, İbrahim və Qabilin ona oğurluq barədə təklifinin olmadığını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, onunla aralarında barışıq əldə etdiklərini, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində özünü tam təqsirli bildiyini, əvvəllər Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” restoranında kassir işlədiyini, həmin restoranda barmen işləyən Təbriz və ofisiant işləyən İbrahimlə əvvəlcədən “Nəqşicahan” restoranında birlikdə işlədiyi üçün dostluq münasibəti olduğunu, 21 fevral 2023cü il tarixdə təribən gecə saat 02-də işdən çıxdıqlarını, Təbriz, İbrahim, Fətulla və Esmira ilə “SV” adlanan restorana pivə içməyə getdiklərini, orada 4-5 bakal pivə içdikdən sonra Təbriz ona 670 manat borcunun olduğunu və “Nəqşicahan” restoranından oğurluq edib borcunu ödəmək istədiyini bildirdiyini, əvvəlcə özünün etiraz etdiyini, sonra özünün də 520 manat borcu olduğu üçün onunla razılaşdığını, gecə təxminən saat 5 radələrində “SV” restoranından “Əyləncə adası”nın qarşısına getdiklərini, ora çatdıqdan sonra özü, Təbriz və İbrahimin avtomobildən düşüb “Görüş” kafesinin qarşısından pilləkənlərlə Naxçıvan çayına tərəf getdiklərini, burada kamera olmadığından bu yolu seçdiklərini, çayı keçdikdən sonra beton hasarı adlayıb “Nəqşicahan” restoranında qəlyanların olduğu otağa tərəf getdiklərini, Təbriz özü ilə gətirdiyi dəmir parçası ilə qəlyan otağının pəncərəsini açdığını, hadisə yerə gedənə qədər dəmir parçasını görmədiyini, onun pəncərədən içəri daxil olduğunu, özü isə İbrahimlə birlikdə çöldə onu gözlədiyini, Təbriz içəridən iki ədəd qəlyanı götürüb pəncərədən onlara verdiyini, sonra banket zalına tərəf getdiklərini, həmin vaxt qəlyanın biri özündə, digərinin isə İbrahimdə olduğunu, Təbriz oranın da pəncərəsini dəmirlə açdığını, onunla birlikdə pəncərədən zalın içərisinə daxil olduğunu və zalın içərisində olan televizoru köməklik götürüb pəncərədən İbrahimə verdiklərini, çölə çıxdıqdan sonra Naxçıvan çayının kənarı ilə Hacıvar körpüsü istiqamətində getdiklərini, Təbrizin taksi işləyən Sahilə zəng etdiyini, onları evə aparmasını istədiyini, Sahil gəldikdən sonra iki ədəd qəlyanı və bir ədəd televizoru həyətlərindəki əl damına qoyduqdan sonra Təbriz və İbrahimin getdiyini, səhəri gün gecə saat 2 radələrində Təbriz ilə işdən çıxıb “SV” restoranına getdiklərini, Təbriz ona televizora müştəri tapdığını və gətirib satmaq istədiyini bildirdiyini, taksi ilə yaşadığı evə gedib televizoru qoyduqları yerdən götürdüklərini və “SV” restoranına qayıtdıqlarını, onu restoranda işləyən Məhəmmədə verdiklərini, Təbriz ona televizoru 430 manata satdığını və Məhəmmədin isə pulu səhəri gün verəcəyini bildirdiyini, əməlindən oeşman olduğunu, aralarında əvvəlcən oğurluqla bağlı hər hansı plan olmadığını, sadəcə olaraq həmin vaxt özü içkili olduğundan, həmçinin özünün də borcu olduğundan Təbrizə kömək etmək istədiyini, aralarında olan razılığa görə oğurluqdan əldə edilən pulu aralarında üç yerə bərabər böləcəklərini, oğurluq hadəsəsindən bir gün sonra İbrahimin ona zəng edərək əşyaları satıb-satmadığı soruşduğunu, əgər satıbsa onun da pulunu vermələrini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödədiklərini və aralarında barışıq əldə edildiyini bildirmişdi. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsində özünü tam təqsirli bildiyini Naxçıvan Dövlət Universitetinin Tarix və Filololgiya fakultəsinin muzeyşünaslıq ixtisası üzrə 4cü kurs tələbəsi olduğunu, bu il universiteti bitirəcəyini, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olsa da, təhsili ilə əlaqədar müvəqqəti olaraq bacısıgildə, yəni ünvan 3 ünvanında yaşadığını, hazırda isə Şəhriyar kəndində qaldığını, əvvəllər Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” və “Nəqşicahan” restoranlarında ofisiant işlədiyini, Qabil və Təbriz də iş yerindən tanıdığını və həmin vaxtdan onlarla münasibətlərinin yarandığını, oğurluq hadisəsindən təqribən 7-8 gün qabaq “Elsevər” restoranında işdə olduqları zaman Qabil və Təbrizin ona borclarının olduğunu, bunu qaytarmaq üçün “Nəqşicahan” restoranına girib oradan televizor oğulayıb borcunu ödəməyi təklif etdiklərini, həmin zaman pula ehtiyacı olmadığını və oğurluğa getməyəcəyini onlara dediyini, daha sonra Təbrizə köməklik olsun deyə onunla razılaşdığını, 21 fevral 2023-cü il tarixdə saat 02 radələrində iş yoldaşları Qabil, Təbriz, Fətulla və Esmira ilə birlikdə işdən çıxıb “SV” restoranına pivə içməyə getdiklərini, “SV” restoranına çatdıqları zaman oranın zalında oturub 1 bakal pivə içdikdən sonra qarson onları restoranın kupesinə dəvət etdiyini, həmin vaxt Fətulla, Esmira və özü, Təbrizlə Qabildən təxminən 4-5 addım irəlidə getdiyini, Təbriz ona az içməyini dediyini, “Nəqşicahan” restoranına oğurluğa gedəcəklərini bildirdiyini, Təbrizin də ona “qorxma biz üçümüz bir yerdəyik, heç kim bizə heç nə edə bilməz, mən dəlixanada yatmışam, nəsə olsa məni tutacaqlar” deyərək onu inandırdığını, həmçinin həmin vaxt içkili olduğundan, yəni 2-3 bakal pivə içdiyindən hərəkətinin mahiyyətini dərk etmədiyini, içkinin təsiri ilə hərəkət etdiyini, “SV” restoranında bir qədər oturduqdan sonra Qabil, Təbriz, Fətulla, Esmira və özü restorandan çıxıb restoranın qarşısında olan boz rəngli taksiyə əyləşdiklərini, Esmiranı aparıb Tumbul kəndinə düşürdükdən sonra, Fətullanı da 2-ci mikrarayona düşürüb “Əyləncə adası”nın qarşısına getdiklərini, oradan çayı keçdiklərini, sonra “Nəqşicahan” restoranının dəmir barmaqlığını aşıb qəlyan otağına tərəf getdiklərini, Təbrizin dəmirlə qəlyan otağının pəncərəsini açıb içəri daxil olduğunu, həmin vaxt özünün Qabil ilə birlikdə qəlyan otağının pəncərəsinin qarşısında dayandığını, Təbrizin içəridən qəlyanları götürüb onlara verdiyini, daha sonra banket zalına tərəf getdiklərini, Təbriz kupenin arxasındakı pəncərənin torunu əli ilə çıxardığını, Təbrizin dəmirlə oranın da pəncərəsini açdığını, Təbriz içəri daxil olduqdan sonra, arxasınca Qabil də içəri girdiyini, özünün isə çöldə gözlədiyini, hadisə yerinədək dəmiri görmədiyini, Qabil pəncərədən çölə çıxıb televizoru ona verdiyini, arxasınca Təbrizin çıxdığını, Təbrizin televizoru, Qabilin qəlyanın birini, o biri qəlyanı da özü götürüb beton hasarın dibi ilə Hacıvar körpüsü tərəfə getdiklərini, Təbrizin taksi sürücüsü işləyən Sahilə zəng edib onları avtomobili ilə evə aparmasını istədiyini, təxminən 10 dəqiqə sonra Sahil avtomobili ilə onların yanına gəldiyini, televizoru və qəlyanları maşına qoyaraq birlikdə Qabilin evinə getdiklərini, Qabilin avtomobildə qabaq sərnişin oturacağında, Təbrizl ilə özünün arxa sərnişin oturacağında oturduğunu, yolda olan zaman taksi sürücüsü onlardan televizor və qəlyanları hardan aldıqlarını soruşduğunu, Qabil də ona “Nəqşicahan” restoranından oğurladıqlarını bildirdiyini, sürücü Sahil “mənim başımı əngələ salmayın” dediyini, Qabilin yaşadğı ünvana çatdıqda özünün maşında oturduğunu, Qabil və Təbrizin televizor və qəlyanları avtomobildən götürdüyünü və Qabilin həyətinə qoyduqlarını, həmin gün tezdən yaşadığı kəndə getdiyini, əməlindən peşman olduğunu, bunların hamısının içkinin təsiri ilə etdiyini, aralarında olan razılığa görə pulu aralarında böləcərkələrini, əslində isə özünün heç bir marağı olmadığını bildirmişdi. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 son sözündə törətdiyi əməldən peşman olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsələr də, məhkəmə yalnız onların etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, omların əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restoranında olan kupe və banket zalına daxil olmaqla Zərərçəkmiş şəxs məxsus olan 480 (dörd yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talanmasının məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi təqsirləndirilən şəxslərin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində “Nəqşicahan” restoranında inzibatçı işlədiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıdığını, onların əvvəllər “Nəqşicahan” restoranında işlədiyini, hər üçünün də demək olar ki, eyni vaxtda işdən çıxdığını, özünün onları işdən çıxarmadığını, onları işə götürən dostları işdən çıxdığından Təbriz, Qabil və İbrahimin də işdən çıxdığını, hər üçün də yaşxı insan kimi tanıdığını, bundan başqa Qabilin atası Nadirlə də tanışçılığının olduğunu, 23 fevral 2023-cü ildə qəlyanların yerində olmadığını gördüyünü, lakin oğurluq olmasından şübhə etdədiyini, onları işçilərin götürdüyünü düşündüyünü, həmin günü banket zalını müştəriyə göstərəndə isə oranın pəncərəsinin açıq olduğunu, televizorun yerində olmadığını gördüyünü, bu barədə polisə məlumat verdiyini, bundan 1-2 gün sonra Qabilin atası Nadirin ona zəng etdiyini və oğurluğa girənin oğlu olduğu dediyini, bu zaman isə ona artıq polisə xəbər verdiyi dediyini, banket zalının qapısının çox vaxt bağlı olduğunu, müştəri gələndə sifariş əsasında açldığını, bu səbəbdən də hadisəni gec öyrəndiyini, hazırda ona dəymiş ziyanın ödənildiyini, yəni iki ədəd qəlyan və bir ədəd televizorun özünə qaytarıldığını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəllər birlikdə işləməsini, həmçinin Qabilin atası ilə tanışçılığının olmasını və ona dəymiş ziyanının ödənilməsi nəzərə alaraq şikayətçi olmadığını bildirmişdi. Şahid2 məhkəmədə verdiyi ifadəsində özünə məxsus “VAZ 21074” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, adətən “Nəqşicahan” restoranının qarşısında dayanıb müştəri gözlədiyini, 21 fevral 2023-cü il tarixdə təxminən 05 radələrində əvvəllər “Nəqşicahan” restoranında işləmiş Təqsirləndirilən şəxs1 mobil nömrəsinə zəng edərək onları “SV” restoranı tərəfdən onları götürməyi istədiyini, daha sonra Təbrizə zəng edib “SV”-nin yanında olub-olmadığını soruşduğunu, Təbrizin həmin vaxt Hacıvar körpüsünün yanında olduğunu və ora gəlməsini istədiyini, sonra həmin körpünün yanına çatdığını və Təbrizə zəng edib yerini soruşduğunu, Təbriz körpünün aşağısında olduğunu və həmin yerə gəlməyini istədiyini, Hacıvar körpüsünün sonunda sola ayrılan yoldan dönüb, körpünün alt hissəsinə, yəni yaşayış olan tərəfə getdiyini və Təqsirləndirilən şəxs1 əlavə iki nəfər maşına mindiyini, özünün maşında oturduğunu, Təbrizin avtomobilin baqajını açmağını istədiyini, avtomobildən düşmədiyini, pultla baqajı açdığını, ora nə qoymasından məlumatsız olduğunu, lakin əllərində arxa oturacağa televizor qoyduqlarını, onların üçü də içkili olduğunu, hər üçündən də televizoru hardan aldıqlarını soruşduğunu, Qabilin gülə-gülə onu oğurladıqlarını bildirdiyini, onlar içkili olduqlarından onun zarafat etdiyini düşündüyünü, bunu ciddiyə almadığını, sonra Qabili mirkorayona apardığını, əşyaları orada maşından götürüb Qabilin getdiyi evə qoyduqlarını, sonra Təbrizi və İbrahimi evlərinə apardığını bildirmişdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Hacıvar kəndi ərazisində yerləşən “SV” restoranında inzibatçı işlədiyini, hadisə baş verməmişdən bir gün öncə Təbriz, Qabil və İbrahimin gəlib restoranda yeyib-içdiyini, ertəsi gün Təbrizin ona yaxınlaşıb maşınının içəridə olduğunu, bu səbəbdən də ona pul lazım olduğunu, bildirdiyini və ona televizor satdığını dediyini, həmin şəxsdən televizorun kimə məxsus olduğunu soruşduqda öz evinə məxsus olduğunu, 4 ay bundan öncə Naxçıvan şəhərində yerləşən “Beko” mağazasından kreditə aldığını, pula ehtiyacı olduğu üçün satdığını, onunla 430-450 manata televizoru almağı razılaşdığını, təqrinən 30-40 dəqiqə sonra Təbrizin televizoru gətirdiyini, həmin şəxsdən televizorun qutusunun nə üçün olmadığını soruşduğunu, o, televizorun qutusunun evində olduğunu, səhər tezdən gətirəcəyini bildirdiyini, həmin vaxt televizorun dəyərini ödəməyə imkanı olsa da Təbrizə televizorun qutusunu gətirdikdən sonra pulunu verəcəyini bildirdiyini, ertəsi gün tezdən saat 11-12 radələrində telefonuna zəng gəlmiş və polis əməlkdaşı olduğunu bildirdikdən sonra ona televizor verilib-verilmədiyini soruşduqlarını, polislərə hər şeyi olduğu kimi dedikdən sonra, həmin televizorun oğurluq olduğunu bilmiş və sonra polis əməkdaşları televizoru ondan götürdüyünü qeyd etmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində Qabillə əvvəllər “Nəqşicahan” restoranında birlikdə işlədiyini, Təbrizlə qonşu olduğunu, İbrahimi isə “Dan yeri” restoranından tanıdığını, daha sonra onun “Nəqşicahan” restoranında ofisiant işlədiyini, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, Təbriz, Qabil və İbrahimin demək olar ki, həftənin beş günü onun maşının ilə işə gedib-gəldiklərini, hadisə günün dəqiq xarıtlamadığını, həmin gün Naxçıvan şəhərində olduğunu, təqribən gecə saat 11-12 radələrində ona zəng gəldiyini, özünün Qabil, Təbriz və İbrahimi “SV” restorarınına apardığını, onların yanında bir qadın və başqa bir şəxsin olduğunu, onlar restoranda düşən zaman təqribən bir saatdan sonra gəlib onları restorandan götürməsini istədiklərni, özünün isə təqribən bir saat yarım keçdikdən sonra “SV” restoranına qayıtdığını, onlarda bir az oturub su içdiyini, daha sonra onları evlərinə apardığını, onların yanında olan qadını Naxçıvan şəhəri Tumbul qəsəbəsinə, Fətullanı Naxçıvan şəhəri Azərbaycan məhəlləsinə, daha sonra isə Qabil, Təbriz və İbrahimi Naxçıvan şəhərində yerləşən “Əyləncə adası”na apardığını, həmin vaxt onlardan gecə vaxtı ora niyə getdiklərini soruşduğunu, onların da bir az hava almaq üçün getdiklərini bildirdiyini, əvvəllər özü də qarson işlədiyindən işdən gec çıxan vaxtlar bir az hava almaq üçün gəzdiyindən onların hərəkətlərindən şüübhələnmədiyini bildirmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək verdiyi ifadəsində ibtidai istintaq zamanı qeyd etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin dispozitiv şərtlərindən aydın olur ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama oğurluq etmə cinayəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 9 iyun tarixli Qərarında qeyd edilir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd edilir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmçinin sözü gedən qərarın 19 və 20-ci bəndlərində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 31-ci maddəsinə görə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; - 32.2-ci maddəsinin tələbinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; - 34.2-ci maddəsi ilə müəyyən edilir ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Şəxslərin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarından Zərərçəkmiş şəxs 23 fevral 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Babək rayonu, Şəkərabad kəndində yerləşən və icarəyə götürdüyü “Nəqşicahan” restoranın böyük banket zalından bir ədəd “LG” markalı televizor və qəlyan otağından iki ədəd misir qəlyanının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı müraciət etməsi aydın olur (Cinayət işi İ cild, iş vərəqə 4). Cinayət işi materiallarında olan 23 fevral 2023-cü il baxış protokolundan və fotoşəkillərdən istitaq orqanının Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restoranına baxış keçirməsi və baxış zamanı hadisə yerində olan 34,5 sm ölçüdə dəmir parçasının iş üçün əhəmiyyətli olduğundan götürülməsi qeyd edilir (Cinayət işi İ cild, iş vərəqə 8-12). İstintaq orqanının 23 fevral 2023-cü il tarixli, HK1/38 nömrəli əməliyyat tapşırığında oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə Babək Rayon Polis İdarəsinin CAŞ-yə əməliyyat tapşırığı verilməsi, Babək Rayon Polis İdarəsinin 23 və 24 fevral 2023-cü il tarixli cavab məktublarında isə oğurluq hadisəsini törətdən şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması və onların oğurladığı əşyaları fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid2 məxsus VAZ 2107 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı evə aparılması göstərilir (Cinayət işi İ cild, iş vərəqə 13-15, 98). Şahid2, Şahid4 və təqsirləndirilən şəxslərin ifadələrindən, həmçinin 23 fevral 2023-cü il tarixli baxış və axtarış protokolundan, ona əlavə edilmiş fotoşəkilərdən cinayət nəticəsində oğurlanmış əşyaların Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlanılması və iki ədəd misir qəlyanının Şahid4 məsxus evdən götürülməsi aydın olur (Cinayət işi İ cild, iş vərəqə 22-25). Şahid3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrindən, həmçinin 23 fevral 2023-cü il tarixli baxış və axtarış protokolundan, ona əlavə edilmiş fotoşəkillərdən cinayət nəticəsində oğurlanmış bir ədəd “LG” markalı, 82 ekran televizorun Təqsirləndirilən şəxs1 tərəfindən Şahid3 satılması, onun dəyərinin sonuncu tərəfindən Təqsirləndirilən şəxs1 ödənilməməsi və qeyd edilən əşyanın istintaq orqanı tərəfindən Şahid3 götürülməsi müəyyən edilir (Cinayət işi İ cild, iş vərəqə 28-32). 24 fevral 2023-cü il tarixli əşyanın tanınması protokolları və ona əlavə edilmiş fotoşəkillərdən Zərərçəkmiş şəxs ona məxsus olan və təqsirləndirilən şəxlər tərəfindən oğurlanmış əşyalarını tanıması aydın olur (Cinayət işi İ cild, iş vərəqə 84-90). Təqsirləndirilən şəxslərin ifadələrindən və iş materiallarında olan 19 aprel və 02 may 2023-cü il tarixli ifadələrin yerində yoxlanılması protokolları və onlara əlavə edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restoranında banket zalına və qəlyanların saxlanıldığı otağa daxil olması öz təsdiqini tapır (Cinayət işi İ cild, iş vərəqə 242-246, İİ cild iş vərəqə 25-30, 32-35 ). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 10 və 11-ci bəndələrində göstərilir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Yuxarıda qeyd edilən normanın tələbini baxılan cinayət işə əlaqəli tədqiq edən məhkəmə bildirir ki, təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrindən onların arasında qabacadan Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restorana oğurluğa girməsi barədə razılaşma olması müəyyən edir. Bu Təqsirləndirilən şəxs1 hadisə baş verən günü üzərində cinayət törədərkən istifadə etdiyi metal parçasını gəzdirməsi ilə də öz təsdiqini tapır. Həmçinin məhkəmə araşdırılmış sübutlardan görünür ki, onlar təqsirləndirildikləri cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri birgə törətmişlər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olaraq Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restoranına daxil olaraq onun Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talamalarını təsdiq edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə hazırda şəxsə törədilməsi istinad edilən əməlin cinayət sayılması üçün talanmış əmlakın dəyəri 100 (bir yüz) manatdan artıq olmalıdır. Belə ki, həmin normaya əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilən halın yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, şahidlər Şahid4 və Şahid3 götürülmüş, təqsirləndirilən şəxslərin talama yolu ilə əldə etdiyi əşyalarının dəyərini müəyyənləşdirmək üçün ibtidai istintaq orqanı 13 mart 2023-cü il tarixdə cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdi (Cinayət işi İ cild, iş vərəqə 200-201). Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 303 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd “LG” markalı, 82 ekran televizorun orta bazar qiyməti təxminən 320 (üç yüz iyirmi) manat, 01 ədəd gümüşü rəngli misir qəlyanının orta bazar qiyməti təxminən 85 (səksən beş) manat, 01 ədəd qırmızı rəngli misir qəlyanının orta bazar qiyməti təxminən 75 (yetmiş beş) manat dəyərində olmaqla, ümumilikdə onların dəyəri 480 (dörd yüz səksən) manatdır. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, oğurluq cinayətinin subyekti 14 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onların anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Bu qeyd edilənlərdən cinayətin subyekt tərkibinin olması da öz təsdiqni tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxslərin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə onların əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, onların barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onların əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini mülkiyyət münasibətlər təşkil edir. Təqsirləndirilən şəxslərin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini qabaqcadan əlbir olmaqla törədilməsi müəyyən edildiyindən və Azərbaycan Respublikası Cinayət Məcəllənin 61.1 və 61.1.3-cü maddələrində cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal olması qeyd edilsə də, məhkəmə qeyd edir ki, həmin Məcəllənin 61.3-cü maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Hazırki vəziyyətdə onların törədiyi əməl Cinayət Məcəlləsnin 177.2.1-ci maddəsində ayrıca cinayət tərkibi kimi müəyyən edidiyindən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olaraq cinayət törətməsi ayrılıqda ağırlaşdırıcı hal kimi hesab edilə bilməz. Bu, cinayət qanunvericiliyinə görə cəza təyininə təsir edən haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə görə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 04 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamələrdən təqsirləndirilən şəxslərin məhkumluğunun olmaması (Cinayət işi İ cild, vərəqə 209-212); -onların məhkəmədə verdiyi ifadələrindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən və onun məhkəmədə verdiyi ifadəsindən cinayət yolu ondan götürülmüş əşyalarının dəyərinin tam ödənilməsi (Cinayət işi İ cild, vərəqə 237); -həmçinin Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsindən və cinayət işi materiallarında olan qəbzdən bir ədəd “LG” markalı televizor və 02 (iki) ədəd misir qəlyanının işlək vəziyyətdə istintaq orqanı tərəfindən zərər çəkmiş şəxsə qaytarılması və sonuncunun şikayətinin olmaması (Cinayət işi İİ cild, vərəqə 85); - Naxçıvan şəhəri, Qaraçuq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tətəfindən verilmiş xəbərnamədən Təqsirləndirilən şəxs1, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs2 və Şərur Rayon Təhsil Şöbəsi Şəhriyar kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və vurulmuş ziyanın könüllü olaraq tamamı ilə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12 və 59.1.13) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, həmin Məcəllənin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında ciddi cəza növü kimi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda onun yuxarı həddi 3 il 9 aydan artıq ola bilməz. Lakin yuxarıda qeyd edilən yüngülləşdirici halları birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barələrində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəzanın müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə görə cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Qeyd edilən maddi hüquq normasının tələbindən yola çıxan məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxslərin ifadələrindən cinayətin törədilməsi barədə ilkin təklifin Təqsirləndirilən şəxs1 tərəfindən edilməsi, cinayət əməli törətməsi zamanı banket zalı və qəlyan otaqlarının kilitlərinin açmaq üçün metal paçrasının onun tərəfindən əldə edilməsi, üzərində daşınması, həmin alət vasitəsi ilə sonuncunun hər iki otağın pəncərəsini açması, Təqsirləndirilən şəxs3 da cinayət etməyə məhz onun inandırması, “LG” markalı televizorun satıması ilə bağlı Şahid3 ilə onun razılaşması, banket zalına Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 daxil olması, cinayət nəticəsində əldə edilmiş əşyaların Təqsirləndirilən şəxs2 evində saxlanması müəyyən edilir. Qeyd edilənlərdən törədilən cinayətdə Təqsirləndirilən şəxs1 ön plana çıxması aydın olur ki, məhkəmə də bunu cəza təyin edilməsi zamanı nəzərə alınmalı olmasını vacib hesab edir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) il, Təqsirləndirilən şəxs2 barəsində 01 (bir) il 08 (səkkiz) ay və Təqsirləndirilən şəxs3 barəsində isə 01 (bir) il 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Babək Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli, 4(079)-05/2023 və 4(079)-06/2023 nömrəli tarixli qərarlarından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onların tutulduğu vaxtdan, yəni 23 fevral 2023-cü il tarixdən hesablanması görünür (Cinayət işi İ cild, vərəqə 165-173, 175-181). Həmçinin iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs3 barəsində 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək tutuma prosessual məcburiyyət təbdiri tətbiq edilmişdi (Cinayət işi İ cild, vərəqə 108, 193,194). Bundan əlavə Babək Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 4(079)-07/2023 və 4(079)-08/2023 nömrəli tarixli qərarlarından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi də müəyyən edilir (Cinayət işi İİ cild, vərəqə 91-98,104-110). Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinin mahiyyətinə görə təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Bunlar isə onu deməyə imkan verir ki, hökm çıxan günə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət 04 (dörd) ay, Təqsirləndirilən şəxs3 isə 02 (iki) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı onun hazırkı iş üzrə 23 fevral 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 120 (bir yüz iyirmi) günlük, yəni 04 (dörd) aylıq müddət bir günə iki gün hesabı ilə hesablanmaqla onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 240 (iki yüz qırx) gün, yəni 08 (səkkiz) ay çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay, Təqsirləndirilən şəxs2 üzərində isə qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 münasibətdə isə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu ünvan Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 17, mənzil 9, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu ünvan Naxçıvan şəhəri, Azərbaycan küçəsi döngə 4, ev 14 və Təqsirləndirilən şəxs3 qeydiyyatda olduğu ünvan isə Şərur rayonu, Şəhriyar kəndidir. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması imperativ qaydada müəyyən edilmişdi. Qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2000-dan növbəti gün səhər saat 0700-dək faktiki yaşadığı evləri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrindən, həm də cinayət işi materiallarından görünür ki, Əliyev X4 şəhəri, Qaracuq kəndində yaşayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsinin tələbindən görünür ki, yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 17, mənzil 9, faktiki yaşayış yerinin isə Naxçıvan şəhəri, Qaracuq kəndi olması müəyyən edilir (Cinayət işi İ cild, vərəqə 206-208). Bu hal isə özlüyündə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının təqsirləndirilən şəxsdən birbaşa asılı olmayan səbəblərə görə çətinləşdirə bilər. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, ona təyin ediləcək azadlığın məhdudlaşdırması cəzası ilə bağlı üzərlərinə qoyulan vəzifələr faktiki yaşadığı yer üzrə icra edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər və Şərur rayon icra və probasiya şöbələrinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Sözü gedən Məcəllənin 163.4-cü maddəsində göstərilir ki, ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və onlar dərhal məhkəmə iclas zalında ev dustaqlığından azad edilməli, barələrində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” restoranından götürdüyü bir ədəd “LG” markalı, 82 ekran televizor və 02 (iki) ədəd qəlyan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılmışdı. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 131.1 və 131.1.2-ci maddələrinin mahiyyətinə görə məişətdə gündəlik tələbat əşyaları cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan tərəindən mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarılır. Məhkəməyə təqdim edilmiş və maddi sübut kimi götürülmüş bir ədəd metal parçasının hüquqi taletinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.5-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İşin araşdırılmış hallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 cinayət törətməsi zamanı alət kimi istifadə etdiyi metal parçasının küçədən tapdığını bildirir, yəni onun sahibi müəyyən edilmir və o elə də dəyərli əşya deyil. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, o hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq onlara məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 fevral 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 120 (bir yüz iyirmi) günlük, yəni 04 (dörd) aylıq müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 08 (səkkiz) aylıq müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Əliyev X4 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2000-dan növbəti gün səhər saat 0700-dək Naxçıvan şəhəri, Qaraçuq kəndində olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 fevral 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 120 (bir yüz iyirmi) günlük, yəni 04 (dörd) aylıq müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) aylıq müddət ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Musayev X5 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2000dan növbəti gün səhər saat 0700-dək ünvan 2-də olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) günlük müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Sadiqov X2 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2000dan növbəti gün səhər saat 0700-dək Şərur rayonu, Şəhriyar kəndində olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minanədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd metal parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar