Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-5/2024 05.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 31 avqust 1993-cü il tarixdə Şərur rayonu, Yuxarı Aralıq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı (Fin kod xxxxxxx), orta təhsilli, subay, bir uşaq atası, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ofis menecer işləyən, əvvəllər məhkum olunmuş, Şərur rayonu, Yuxarı Aralıq kəndində qeydiyyatda olan, lakin ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında sааt 1020-də açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “14” dekabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,355 qram olan ağ rəngli kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 02 sentyabr 2023-cü il tarixdə Babək Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Babək Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngdə balaca sellofana bağlanmış bükümdə təmiz çəkisi 0,355 qram olan ağ rəngli kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda 01(bir) ədəd bükümdə çəkisi 0,355 (sıfır tam, mində üç yüz əlli beş) qram olan ağ rəngli kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamış və 02 sentyabr 2023-cü il tarixdə Babək Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Babək rayonu, Şəkərabad kəndində saxlanıldıqdan sonra Babək Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngdə balaca sellofana bağlanmış bükümdə təmiz çəkisi 0,355 (sıfır tam, mində üç yüz əlli beş) qram olan ağ rəngli kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdü. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin demək olar ki, özündə həqiqəti əks etdirdiyini, Xətai Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, həmin hökm üzrə cəzasını Bakı şəhərində çəkməli olduğunu, özünün Naxçıvan şəhərində yaşadığını bildirərək buna etiraz etdiyini, həmin vaxt ona “20 gündən sonra müraciət et yoluna qoyulacaq” dediklərini, daha sonra cəzanın Naxçıvan şəhəri üzrə çəkilməsi barədə qərar qəbul edildiyini, özünün elə əvvəldən burada yaşadığını, əvvəlki cinayət işi ilə bağlı buradan Bakı şəhərinə gedib gəldiyini, 17 avqust 2023-cü ildə onu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə çağırdıqlarını və cəzasını burada çəkməli olduqları dediklərini, belə olan halda Naxçıvan Muxtar Respublikasının ərazisini tərk edə bilməyəcəyini düşünüb onlardan bir günlük icazə aldığını, həmin günü elə oradan hava limanına gedib bilet alaraq Bakı şəhərinə getdiyini, orada olan işini həll etdikdən sonra marixuana alıb Naxçıvana qayıtmağı düşündüyünü, Bakı şəhərində olanda İstaqramda olan ot-patı-kola adlı səhifə yazaraq marixuana istədiyini dediyini, cavabında isə “pulu at, malı verim” dediyini, həmin şəxslə aralarında olan vatsap yazımaları onda arxayınlıq yaratdığından telefonuna göndərilən kart hesabına 120 manat pul ödədiyini, daha sonra həmin səhifənin istifadəçisi tərəfindən ona malın Binə atıcılıqda avto yuma yerinin yanında təkərlərin içərisinə olması barədə mesaj gəldiyini, özünün həmin yerə getdiyi, deyilən yerdən iki ədəd siqaret qutusu götürdüyünü, lakin həmin yerdə onları açıb baxmadığını, hava limanında kamera olmayan yerdə siqaret qutularını açanda onun içərisində marixuana əvəzinə patı gördüyünü, bundan sonra satıcıya mesaj yazaraq ondan bu malı istəmədiyini və bunun istifadəçisi olmadığını dediyini, həmin şəxsin ona “əlimdə ancaq bu var, istəyirsən gözlə bir neçə gün sonra verərəm” dediyini, 18 avqust 2023-cü ildə birinci reyslə Naxçıvana qayıtdığını, bura gələndən sonra istintaq təcridxanasında qara çörəkdən hazırladığı təsbehin taksidə qaldığını xatırladığını, həmin şəxslə əlaqə saxladığını, taksi sürücüsünün ona “02 sentyabr 2023-cü ildə təsbehi göndərəcəyəm” cavabını verdiyini, həmin günü 6 nömrəli marşrutla Naxçıvan hava limanına getdiyini, taksi sürücüsünün ona zəng edərək təsbehi 1850 reysi ilə göndərəcəyini dediyini, həmin vaxt evdən tez çıxdığı üçün Şəkərabad kəndində olan parkda marşrutdan düşdüyünü, orada telefonla ucadan aqressiv şəkildə danışdığından polis nəfərinin ona yaxınladığını, daha sonra isə iki polis əməkdaşının gələrək onu şübhəli şəxs kimi polis idarəsinə dəvət etdiyini, bundan sonra Babək Rayon Polis İdarəsinə gedib orada hər şeyi olduğu kimi dediyini, özünün aldığı həmin maddəni heç vaxt istifadə etmədiyini və evinə aparmadığını, onu iş yerinə yaxın yerdə sahibsiz torpaq sahəsində gizlətdiyini, tutulduğu gün maddənin üstündə gəzdirməsinə səbəb Şərur rayonunda yaşadığı evə getmək istədiyindən ona aparıb ora qoymaq istədiyini, maddəyə pul verdiyi üçün onu atmadığını, özünün patı istifadəçi olmadığını, marixuana istifadə etdiyini, onu ilk dəfə Türkiyə Respublikasında istifadə etdiyini, narkotik vasitəni həmişə satıcılardan əldə etdiyini, amma onları tanımadığını, aldığı malları indiyədək kiminləsə paylaşmadığını, onu həzz üçün qəbul etmədiyini, özündə psixoloji olaraq narkotik vasitəyə bağlılıq olduğunu, onu qəbul etməyəndə sosiallaşmadığını, evin işiqlarını söndürərək tək oturduğunu, onu fıstıq əzməsi ilə qəbul etdiyini, elə vaxtlar olur ki, 6-7 ay qəbul etmədiyini, indiyədək narkomaniya ilə bağlı müalicə almadığını, bunun dərmanla aparıldığını və sağlamlığına ziyan olduğunu düşünərək təbii yola buna özünün həyata keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəməyə hər şeyi əvvəldən sona kimi səmimi şəkildə etiraf etdiyini, özünün belə bir əmələ meylli olmasına baxmayaraq indiyə kimi bu yola kimisə çəkmədiyini, kiməsə bunu təklif etmədiyini və satışı ilə məşğul olmadığını, atasının əvvəllər dövlət işçisi olduğunu, dövlət çörəyi ilə böyüdüyünü, buna görə də indiyədək dövlətə xələl gətirəcək hərəkət etmədiyini qeyd edərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib və üzərində saxlaması təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, məhkəmədə dindirilən şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində Babək Rayon Polis İdarəsində işlədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bunu məruzə etdikdən sonra 02 sentyabr 2023-cü ildə Babək rayonu, Şəkərabad kəndində dağ deyilən yerdə Məmmədov İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Babək Cavanşir oğlu ilə birlikdə ona yaxınlaşdıqlarını və təqsirləndirilən şəxsə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması əməli üzrə şübhəli bilindiyini dediklərini, onu idarəyə gətirdikdən sonra dövlət hesabına təyin edilən müdafiəçinin, müstəntiqin və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində baxış keçirdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bükülü çıxarıb onlara təqdim etdiyini, onun metamfetamin olduğunu, özünə məxsus olduğunu dediyini qeyd etmişdi. Digər Şahid2 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək, Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdiyi iş üçün əhəmiyyətli olan faktları bildirərək oxşar ifadə vermişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır. Yəni şəxsin sözü gedən əməli törətməkdə təqsirli bilinməsi üçün o: - narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hərəkətlərindən birini və bir neçəsini (və ya hamısını) etməli; - bu hərəkətlər qanunsuz olmalı və satış məqsədi olmadan həyata keçirilməli; - həmçinin narkotik vasitələri və ya psixotrop maddənin miqdarı xeyli miqdarda olmalıdır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində narkotik vasitələri və ya psixotrop maddələrin, həmçinin həmin vasitə və maddələrin əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hərəkətlərinin anlayışı verilmişdi. Həmin normaya əsasən: - narkotik vasitələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış narkotik xassəli bitkilər, xammallar, təbii və ya süni vasitələr, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır: - psixotrop maddələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır; -narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; -narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; -narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla təqsirkarın idarəçiliyində olan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən normaları iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş 02 sentyabr 2023-cü il tarixli, 520 qeydiyyat nömrəli şəxsi axtarış və götürmə aparılması protokolunda Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış aparılması, onun əyninə geyinmiş olduğu qara rəngli şalvarının sağ cibindən 1 (bir) ədəd şəffaf rəngdə balaca sellofana bükülmüş ağ kristallardan ibarət kütlə aşkar edilərək götürülməsi, müvafiq qaydada qablaşdırılması qeyd edilir (iş vərəqə 23-24). Bunu həmçinin cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində axtarış aparılması zamanı çəkilmiş video görüntülərdən də və məhkəmədə dindirilən şəxslərin izahatları ilə də müəyyən etmək olur. Belə ki, həmin video görüntüyə baxış zamanı onun ümumi müddətinin 12 dəqiqə 46 saniyə təşkil etməsi, kameranın müşahidəsində Təqsirləndirilən şəxs, Müdafiəçi və polis əməkdaşlarının olması, video-görüntünün Şahid2 tərəfindən çəkilməsi, onun 01 dəqiqə 33-cü saniyəsində Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ cibindən sellofan büküm çıxarması, təqsirləndirilən şəxsin əynində olan qara rəngli şalvarın sağ cibindən çıxardığı bükümün içərisində “patı” olduğunu və özünə məxsus olduğunu deməsi, həmin maddənin qablaşdıraraq götürülməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 866 nömrəli, 03 sentyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd zərfdəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,355 (sıfır tam, mində üç yüz əlli beş) qram olan ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Həmçinin rəydən o da aydın olur ki, həmin maddənin 0.05 (sıfır tam, yüzdə beş) qramı tədqiqata sərf edildikdən sonra 0,305 (sıfır tam, mində üç yüz beş) qram psixotrop maddə metamfetamin qalıq qalmışdı (iş vərəqə 33- 36). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, metamfetamin psixotrop maddədir (İİ Siyahı, sıra № 118). Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin üzərində psixotrop maddə aşkar edilməsi onun cinayət məsuliyyətinə cəlb edilməsi və ya onun əməlində cinayət tərkibinin olması üçün birbaşa əsas sayıla bilməz. Belə ki, onun təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən görünür ki, təqsirləndirilən şəxsin həmin maddədə qeyd edilən alternativ xarakterli hərəkətləri xeyli miqdarda və qanunsuz olaraq törətdikdə həmin əməl cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilir ki, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıya əsasən psixotrop maddə olan metamfetaminin 0,15 (sıfır tam, yüzdə on beş) qramdan 2 (iki) qramadək olan miqdarı xeyli miqdara aiddir (Siyahı İİ, bənd 118). Yuxarıda qeyd edilənləri və məhkəmədə araşdırılmış sübutları Təqsirləndirilən şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərdən psixotrop maddəni əldə etmək və saxlamaq əməlini törətməsi öz təsdiqini tapır. Məhkəmə bildirir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq əməlini törətməsini bildirsə də, onun sözü gedən hərəkətlərdən psixotrop maddəni daşımaq əməlini törətməsi yalnız təqsirləndirilən şəxsin ifadəsində öz əksini tapır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırda baxılan ittiham üzrə isə təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini daşıması, yəni onun yerinin dəyişdirilməsinə yönəldilmiş hərəkətlər etməsi- Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası ərazisinə gətirməsi təqsirləndirilən şəxsin özünün ifadəsindən başqa digər sübutlarla öz təsdiqini tapmadığından, məhkəmə ittihamı bu hissədə əsaslı hesab etmir. Təqsirləndirilən şəxsin psixotrop maddənin əldə edib və saxlamasının qanuni və qanunsuz olmasının yoxlamasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi və onların qanunsuz dövriyyəsinin anlayışı verilmişdi. Həmin maddəyə görə: - narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların saxlanılması, alınması, bölüşdürülməsi, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. - narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi dedikdə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla həyata keçirilən narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla bağlı törədilən hər hansı hərəkətlərdir. Həmçinin həmin Qanunun: -4-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi yalnız tibbi və ya elmi ehtiyacların ödənilməsi məqsədilə həyata keçirilir; -5-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən tibbi məqsədlərlə istifadə edilən narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi yalnız dövlət orqanları tərəfindən həyata keçirilir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsində iştirak edən qeyri-dövlət təşkilatlarının fəaliyyəti yalnız xüsusi razılıq əsasında həyata keçirilir. Xüsusi razılıq narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə bağlı hər bir fəaliyyət növünə ayrılıqda verilir; - 8-ci maddəsində qeyd edilir ki, tibbi müayinə istisna olmaqla, hər hansı şəxs barəsində bu fəsildə göstərilmiş tədbirlərin tətbiq edilməsinə yalnız onun barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tibbi yoxlama nəticəsində "narkomanlıq" xəstəliyinin diaqnozu müəyyən edildikdə yol verilir. Cinayət işi materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 04 dekabr 2023-cü il tarixli, 1800 saylı məktubunda Təqsirləndirilən şəxs həmin dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı qeyd edilmişdi (iş vərəqə 164). Yuxarıda qeyd edilən maddi hüquq normalarını cinayət işi materialları və məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq etdikdə təqsirləndirilən şəxsin psixotrop maddəni əldə etməsi və ya saxlaması əməlinin qanuni əsasının olması müəyyən edilmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 19-cu maddəsinin 1-ci bəndi ilə müəyyən edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsindən əldə edilmiş gəlirlərin leqallaşdırılması və istifadə edilməsi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların satılması, onların satış məqsədilə və ya belə məqsəd olmadan, şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi, habelə narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama və ya zorla alma, narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüquqi verən reseptlərin verilməsi, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin insanların kütləvi olduqları yerlərdə və ya açıq şəkildə istehlakı, narkotik vasitələrin və psixotrop maddələrin istehlakına cəlb etmə, təhrik etmə, yaxud yol vermə və ya köməklik etmə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsin iradəsinə zidd olaraq onun orqanizminə yeridilməsi və ya qidaya, ərzaq məhsullarına, içkilərə əlavə edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunvericiliklə müəyyən edilmiş dövriyyə qaydalarının, yaxud onlardan istifadə etməklə insan hüquqlarının pozulmasına yönəldilmiş digər hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Bütün bu yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş və saxlamış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətmişdi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilməsi göstərilsə də, hazırda qeyd edilən hallar mövcud deyil. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar da müəyyən edilmir. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını saxlama uzanan cinayətdir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini əhalinin sağlamlığını təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdi. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halın, yəni cinayətlərin residivinin olmasına hüquqi aydınlıq gətirən məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)- 237/2022 nömrəli hökmündən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərinə qəti olaraq 2 (iki) il 03 (üç) ay 2 (iki) gün müddətində azadlığın məhdudlaşdılması cəzasının saxlanılması müəyyən edilir (iş vərəqə 61-110). Həmin hökmdən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 40598/2023 və 09 fevral 2024cü il tarixli, 40598/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs hazırda Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasını çəkməkdədir. Yəni o, hələ sözü gedən hökm üzrə cəzasını çəkib qurtarmamışdı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbindən aydın olur ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Ancaq məhkəmə qeyd edir ki, şəxsin üzərindən məhkumluğunun götürülməməsi onun residiv sayılması üçün əsas ola bilməz. Çünki, Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin mahiyyətindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmündən də görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilib. Bu qeyd edilənlərdən isə aydın olur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu hazırki cinayət əməlinə baxılması zamanı residiv kimi qəbul edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, hazırda onun məhkumluğu ödənilməyib. Bu isə cəzanı ağırlaşdıran hal kimi deyil, onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 06 dekabr 2023-cü il tarixli, 407 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs “Konnobinoid narkomaniyası” aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Dispanserdə qeydiyyata alınması məsləhətdir (iş vərəqə 165-168). Məhkəmə təqsirləndirilən şəxsin narkomanlıq xəstəliyinə düçar olmasını, himayəsində bir uşağın olmasını, törətdiyi cinayəti etiraf etməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 06 dekabr 2023-cü il tarixli, 407 saylı rəyindən təqsirləndirilən şəxsin narkomanlıq xəstəliyinə düçar olması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Təqsirləndirilən şəxs 24 avqust 2015-ci il təvəllüdlü X1 adlı uşağının olması; -onun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi aydın olur. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli, 510/2023 qeydiyyat nömrəli şübhəli şəxsin tutulması haqqında protokoldan (iş vərəqə 15) və onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan (iş vərəqə 119-120) Təqsirləndirilən şəxs barəsində 02 sentyabr 2023-cü ildən 04 sentyabr 2023-cü il tarixədək tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməsi aydın olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun hazırkı iş üzrə 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) günlük müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmündən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 2 (iki) il 03 (üç) ay 2 (iki) gün müddətində azadlığın məhdudlaşdılması cəzasının təyin edilməsi aydın olur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra şöbəsinin 08 fevral 2024-cü il tarixli, 21-2/3-738 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan hökm 15 fevral 2023-cü ildə şöbəsinin icraatına daxil olmuş, məhkum həmin gün qeydiyyata alınmış, icra sənədi 22 iyun 2023-cü ildə icra olunması üçün Naxçıvan Şəhər İcra və probasiya şöbəsinə göndərilmiş, sonuncu göstərilən tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün, çəkilmiş hissəsi isə 04 (dörd) ay 07 (yeddi) gün təşkil edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və probasiya şöbəsinin 09 fevral 2024-cü il tarixli, 40598/2023 nömrəli məktubunda qeyd edilir ki, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü 18 iyul 2023-cü ildə şöbəyə daxil olmuş, 22 iyul 2023-cü ildə isə o, qeydiyyata götürülmüşdü. Bu isə o deməkdir ki, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)- 237/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasının hökm çıxdığı günə (05 mart 2024-cü il tarixə) çəkilmiş hissəsi 11 (on bir) ay 24 (iyirmi) gün ( 4 ay 7 gün + 7 ay 17 gün= 11 ay 24 gün), çəkilməmiş hissəsi isə 1 (bir) il 03 (üç) ay 8 (səkkiz) gün (2 il 3 ay 2 gün (=27 ay 2 gün) – 11 ay 24 gün= 1 il 03 ay 8 gün (=15 ay 8 gün)) təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (67.1, 67.2, 67.4-cü maddələr). Cinayət Məcəlləsinin 52-1.4-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxsə əvvəlki hökm üzrə azadlığın məhdudlaşdılması cəzası təyin edildiyindən və məhkəmə onun barəsində hazırki cinayəti törətməsi ilə bağlı eyni cəzanın təyin edilməsi nəticəsinə gəldiyindən, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasının hazırda çəkilməmiş 01 (bir) il 03 (üç) ay 8 (səkkiz) gün hissəsi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası tam birləşdirilərək, ona təyin edilmiş qəti cəzanın müddəti 2 (iki) il 11 (on bir) ay 04 (dörd) gün müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması imperativ qaydada müəyyən edilmişdi. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 7(012)-68/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırda ona Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasının ərazi məhdudiyyəti Naxçıvan Muxtar Respublikası müəyyən edilib. Qeyd edilən maddi hüquq normasının tələbini və işin faktiki hallarını nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2300-dan növbəti gün səhər saat 0700-dək ünvan 1 ünvanında olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd edilən vəzifələri Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin müddəti və yerini də nəzərə almaqla müəyyən etmişdi. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəlinə gəldikdə isə məhkəmə belə hesab edir ki, o Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan deyil, hökm çıxdığı vaxtdan hesablanmadır. Çünki iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasının icrası ilə bağlı olaraq artıq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və probasiya şöbəsində qeydiyyatdan keçərək cəzasını çəkməkdədir. Hazırki vəziyyətdə hər iki hökmlə təyin edilən cəza növü eynilik təşkil etdiyindən və onlar birləşdiyindən, onu icra edən orqan eyni olduğundan Təqsirləndirilən şəxs təyin edilmiş cəza hazırki cinayət işi üzrə hökmün çıxarıldığı vaxtdan hesablanmalıdır. Çünki başqa yanaşma cəzanın müddətinə münasibətdə bərabərlik və ədalət prinsipinin pozulması ilə nəticələnər. Təqsirləndirilən şəxs üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhəri icra və probasiya şöbəsi tərəfindən davam edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 175.2 və 175.5-ci maddələrinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, hazırda Təqsirləndirilən şəxs ona Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)-237/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdılması cəzasını çəkdiyindən, onun üzərində elektron nəzarət vasitəsi olduğundan və həmin cəzanın çəkilməsinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və probasiya şöbəsinin tərəfindən nəzarət edildiyindən, hazırda onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqinə zərurət yoxdur və bu səbəbdən də o ləğv edilməlidir. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarına əlavə edilmiş 02 dekabr 2023-cü il tarixli, 506 qeydiyyat nömrəli maddi sübutun saxlanca verilməsi haqqında qərardan Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparılarkən götürülmüş təmiz çəkisi 0,355 (sıfır tam, mində üç yüz əlli beş) qram olan psixotrop maddə metamfetaminin məhkəmə ekspertizasında 0,05 qram sərf edildikdən sonra qalıq olan 0,305 (sıfır tam, mində üç yüz beş) qram miqdarı Babək Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılır (iş vərəqə 124-125). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1-ci bəndinə görə qanunsuz dövriyyədə olan narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, eləcə də onların qanunsuz hazırlanması üçün istifadə edilən alət və avadanlıq, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində istifadə edilən, yaxud onların qanunsuz dövriyyəsi nəticəsində əldə edilən əmlak və maliyyə vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşkar edildikdən sonra müsadirə edilməli və müvafiq hallarda dövlət hesabına yönəldilməli və ya məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydasının 1-ci bəndinə görə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ekspert rəyi ilə qanunvericilikdə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməsi məqsədəmüvafiq hesab edilmədikdə, tam həcmdə məhv edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 866 nömrəli, 03 sentyabr 2023-cü il tarixli rəydə isə Təqsirləndirilən şəxs üzərinə götürülmüş psixotrop maddə olan metamfetaminin qanunvericilikdə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməsinin məqsədəmüvafiq hesab edilməsi qeyd edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Babək Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan çəkisi 0,305 (sıfır tam, mində üç yüz beş) qram olan psixotrop maddə metamfetamin müsadirə edilərək, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd kompakt diskə yazılmış təqsirləndirilən şəxsin üzərində axtarış aparılması və maddi sübutun götürmə anının video görüntülərinin hüquqi müqəddəratına gəldiksə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 135.1 və 136.1-ci maddələrinin tələbinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Qeyd edilən prosessual normanın tələbindən yola çıxan məhkəmə belə nəticəyə gəlir ki, 01 (bir) ədəd kompakt disk cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə bildirir ki, işin məhkəmədə araşdırılmış hallarından Təqsirləndirilən şəxs narkomanlıq xəstəliyinə düçar olması və məcburi müalicəyə ehtiyacının olması aydın olur. Bunu cinayət işi materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 06 dekabr 2023-cü il tarixli,407 saylı rəyi müəyyən etmək olur (iş vərəqə 165- 168). Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən; - narkomanlıq xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir; - narkoman narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və fiziki asılılıq vəziyyətinə düşən, barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji-tibb müəssisəsi tərəfindən "narkomanlıq" diaqnozu təyin edilmiş şəxsdir. Həmçinin həmin Qanunun 9-cu maddəsinin 1 və 2-ci bəndləri ilə müəyyən edilir ki, tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkolojitibb müəssisələrində həyata keçirilir. "Narkomanlıq" diaqnozu yalnız həkim-məsləhət komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilə bilər. Sözü gedən Qanunun 11-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə cinayət törətmiş narkomanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Narkoman barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri, yalnız həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir: - 93-1.2-ci maddəsinə görə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin: -15-1.2-ci və 15-1.2.3-cü maddələrinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir; -17-1.5-ci və 17-1.6-cı maddələrində qeyd edilir ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun icrasına nəzarət yaşayış yeri üzrə icra məmuruna həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı (barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edildiyi müddət) 02 (iki) günlük müddət bir günə iki gün hesabı ilə hesablanmaqla (04 gün), ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Azərbaycan Respublikası Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(011)- 237/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətində azadlığın məhdudlaşdılması cəzasının hazırda çəkilməmiş 1 (bir) il 03 (üç) ay 8 (səkkiz) gün müddətdə olan hissəsi hazırki hökm üzrə ona təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilərək, ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə hökm çıxdığı gündən, yəni 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 2300-dan növbəti gün səhər saat 0700-dək ünvan 2 ünvanında olan yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Babək Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan çəkisi 0,305 (sıfır tam, mində üç yüz beş) qram olan psixotrop maddə metamfetamin müsadirə edilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş və təqsirləndirilən şəxsin üzərində axtarış aparılması və maddi sübutun götürmə anının video görüntülərinin əks olunduğu 01 (bir) ədəd kompakt disk cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra məmuruna həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-5/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-5/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver