Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-5/2025 07.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məmmədova (Səfərova) Tamara Rafiq qızı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Naxçıvan rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, tikinti sahəsində usta işləyən, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan, 18 avqust 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 18 noyabr 2024-cü ildə Təqsirləndirilən şəxs CMin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 14 avqust 2024-cü il tarixdə saat 14 radələrində Babək rayonu Nehrəm qəsəbəsində X4 məxsus evdə usta işləyən zaman qəsdən tamah məqsədilə evin yataq otağına qanunsuz daxil olmaqla X3 məxsus iki ədəd qızıl üzüyü, iki ədəd dəmir üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı və bir cüt qızıl sırğanı gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya ümumilikdə 1760 (bir min yeddi yüz altmış) manat maddi ziyan vurmuş, bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 27 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Babək rayonu Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus təmirsiz evdə usta işləyən zaman qəsdən tamah məqsədilə evin divarından asılı vəziyyətdə olan sonuncuya məxsus göy rəngli cins şalvarın cibindən 1000 manat nağd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qızılları götürməyinə peşman olduğunu, evlərdə təmir-tikinti işləri ilə məşğul olduğunu, işi ilə bağlı bir çox rayonlarda olduğunu, əvvəllər belə bir əməl törətmədiyini, ilk dəfə oğurluq əməlini törətdiyini, dolanışığının olmadığını, həyat yoldaşının xəstə olması səbəbindən pul lazım olduğunu, ailədə özü, arvadı və oğlunun olduğunu, qızının ailə qurduğunu, oğlunun 2-ci kursda ali təhsil aldığını, onun illik təhsil haqqının 1600 manat olduğunu, Aslan Məmmədovun evində işləməmişdən əvvəl 3-4 ay işsiz qaldığından borca düşdüyünü, Aslan Məmmədova məxsus evin otağından 13 avqust 2024-cü ildə oğurluq etdiyini, evin yalnız həmin otağının təmirli olduğunu və digər otaqlarda işlədiyini, oğurluq etdiyi otağa girib orada iş görməsi ilə bağlı əvvəllər Aslan Məmmədov, onun oğlu və gəlini ilə aralarında hər hansı bir razılıq olmadığını, Aslan Məmmədovun evində cəmi 5-6 gün işlədiyini, həmin müddət ərzində oğurluq etdiyi otağın qapısının bağlı olduğunu, axırıncı gün isə qapının açıq olduğunu, bacısı oğlu Qənbərin saat 11 də işə gəlib, saat 15 radələrində çıxdığını, özu və oğlunun isə saat 18 radələrində işi bitirib evə getdiklərini, evin dəhlizini süpürərkən əlindəki süpürgənin qapıya dəydiyini və qapının açıldığını, sonra içəri girib oğurluq əməlini törətdiyini, həmin vaxt oğlunun isə getmək vaxtı olduğundan əşyaları çantaya yığdığını, əməli oğlunun yox, özünün törətdiyini, oğlunun bundan xəbərinin olmadığını, otağa daxil olduqdan sonra sürməni çəkib açıb qızılları götürdüyünü, oradan 2 üzük, 1 qolbaq və 1 boyunbağı oğurladığını, qızılların qırmızı rəngli və ürək formalı qabın içində olduğunu, otaqdan başqa heç nə götürmədiyini, ehtiyacı olduğu üçün oğurluq etdiyini, orada qızıl olmasını əvvəlcədən bilmədiyini, oğurluq etmək niyyətinin otağa daxil olduğu vaxt yarandığını, qızılları oğurladıqdan sonra 2 üzüyü Cahan Ticarət Mərkəzində Elnur adlı mağazanın sahibinə 240 manata satdığını, onu əvvəlcədən tanımadığını, qızılları təsadüfən ona satdığını, qalan qızılları isə öz evinin əl damında iş alətlərinin olduğu çantada gizlətdiyini, Aslan Məmmədovun hadisədən 1 gün sonra gəlib evdən qızılların oğurlandığını, qızılları onun oğurlayıb-oğurlamadığını soruşduğunu, əvvəl bunu təkzib etdiyini, oğlunun isə əksinə Aslan Məmmədova qızılları onun (Enurun) götürdüyünü dediyini, sonra evə çatanda polis əməkdaşlarının gəldiyini və ondan şikayət olduğunu bildirdiklərini, Aslan Məmmədovun evində oğlu və bacısının oğlu Qənbər ilə birlikdə işlədiklərini, onların onun oğurluq etməsi barədə bilmədiklərini, övladının təhsil haqqı ilə əlaqədar 2000 manat borcunun qaldığını, polisə 1 boyunbağı və 1 qolbaq verdiyini, üzüyün balaca qaşı və boyunbağının uzunsov klonu olduğunu, sırğanın formasına isə fikir vermədiyini, bilərziyin nazik olduğunu, qızılları qaytardığını və lakin bunun onun əməlinə haqq qazandırmadığını, oğurladığı qızıllarla bağlı barəsində istintaq gedən vaxt hadisədən təqribən 1 ay sonra Zərərçəkmiş şəxs2 evindən 2000 manat mağazaya borcu olduğu və iynə-dərmanlara görə yenidən oğurluq etdiyini, Zərərçəkmiş şəxs2lə həmkəndli olduğunu, onun evində tək işlədiyini və 1000 manat pul oğurladığını, oğurluq etdiyi tarixi xatırlamadığını, Zərərçəkmiş şəxs2 evindən boş otaqdan onun şalvarının sağ cibindən bükülmüş formada pulları götürdüyünü, pulların 100 manatlıq əskinaslardan ibarət olduğunu, həmin vaxt Zərərçəkmiş şəxs2 həyətdə olduğunu, əvvəlcədən onun cibində pul olduğunu bilmədiyini, paltarını dəyişən vaxt Ənvərin şalvarının sağ cibində pul olduğunu görüb götürdüyünü, sağ cibində pulun çox olduğunu, lakin 1000 manat pula ehtiyacı olduğu üçün həmin məbləği götürüb, pulun qalanına dəymədiyini, götürdüyü pullar ilə mağazaya olan borclarını verdiyini və evə yağ və s. aldığını, həmin puldan 250 manatını xərclədiyini, pul cibində olarkən çox xərclədiyi üçün pulları Sadıxın mağazasına aparıb oraya qoyduğunu, satıcıya pulları sellofana büküb verdiyini və “gedirəm bacımgilə, gəlib götürəcəyəm” dediyini, satıcının pulun oğurluq olduğunu bilmədiyini, ehtiyacı olduqca oradan götürüb xərclədiyini, Ənvərin sonradan gəlib cibindən pulların oğurlandığını ondan soruşduğunu, pulları oğurladığını qəbul etmədiyini, sonradan polis idarəsində əməlini etiraf etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Məmmədova (Səfərova) Tamara Rafiq qızı məhkəmə iclasında təqsirləndirilən şəxslə və digər zərəçəkmiş şəxslə heç bir qohumluğunun və ədavətinin olmadığını, 1 il olar ki, həmin evdə yaşadıqlarını, evin yeni tikildiyini və tam təmirli olmadığını, əvvəllər belə bir hadisənin baş vermədiyini, evin təmiri ilə bağlı hansı ustaları çağırmaqla bağlı qərarı qayınatasının verdiyini, həmin gün evdə Elnur, onun oğlu və bacısının oğlunun işlədiyini, səhər saat 8-də otağın qapısını bağlayıb evdən çıxaraq yoldaşının işə getdiyini və özünün isə aşağıda qayınanasıgilin yanında olduğunu, həmin otağın qapısını həmişə bağlı saxladıqlarını, həyat yoldaşının həmin gün saat 18:00-dan sonra hər zamankı kimi işdən gəldikdən sonra paltarlarını dəyişməsi üçün yuxarı qalxıb qapını açıb otağa daxil olduğunu, sonra isə dediyinə görə qapını bağlamadığını, həmin otağın əvvəlcədən təmirli olunduğunu, özü və ya həyat yoldaşının Elnura həmin otağa daxil olması barədə əvvəlcədən razılıq vermədiklərini, özünə məxsus oğurlanan qızılların yataq otağında termoda olduğunu, 1 ədəd üzüyün ayrıca qabın içində, digərlərinin isə qırmızı rəngli bir qabın içində və qızıl olmayan 2 ədəd üzüyün isə başqa qabın içində olduğunu, otaqda oğurlanmayan daha 3 ədəd qızıl üzüyün olduğunu, onların oğurlanan qabın altında ayrı-ayrı qablarda yerləşdiyini, qızılların qiymətini bilmədiyini, 1 ədəd tək qızıl üzüyü dayısı qızının toyda ona hədiyyə verdiyini, qalanını isə yoldaşıgilin aldığını, tək üzüyü bazar günü taxıb sonra gətirib həmin yerə qoyduğunu, sonra ərinin əmisi qızıgilə getdiyi vaxt tək üzüyü taxmaq istədikdə qabı açıb üzüyü görmədiyini, digər qabı açdıqda isə qızıl dəstinin yerində olmadığını, digər qızıllarına baxdıqda isə onların yerində olduğunu gördüyünü, yoldaşı başqa yerə qoyar deyə ona zəng etdiyini, onun isə qızılların yerini bilmədiyini dediyini, sonra otağı axtarıb tapa bilmədiyini, buna görə də evdəkilərə məlumat verdiyini, qızılların hamısının özünün olduğunu, ümumilikdə otaqdan 2 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa və 2 ədəd qızıl olmayan üzüyün oğurlandığını, bütün qızılların sürmənin eyni gözündə olduğunu, oğurlanmayan qızılların ürək formalı qabın altında olduğunu və onlara dəyilmədiyini, üzüklərdən birinin qaşının dördbucaq, digərinin qaşının isə yumru, boyunbağının klonunun isə uzunsov formada olduğunu, təqsirləndirilən şəxs barəsində hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqsirləndirilən şəxslə və digər zərəçəkmiş şəxslə heç bir qohumluğu və ədavətinin olmadığını, nəvəsinin toyu olduğu üçün 2024-cü ilin sentyabr ayının 15-də Naxçıvana gəldiyini, 30 ildir ki, Bakı şəhərində yaşadıqlarını, həmçinin pensiyaya çıxdığı üçün Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evini təmir etdirib qayıtmaq niyyətində olduqlarını, Elnurun usta işlədiyini bilmədiyini, kürəkəninin ona bu barədə dediyini, onun evin işini görə biləcəyini bildirdiyini, özünün də “gəlsin, işləsin” dediyini, 27 sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs gəlib evdə işə başladığını, hadisənin elə ilk gün Elnurun evdə işlədiyi vaxt törədildiyini, əvvəllər onun belə əməllər törətdiyindən xəbərsiz olduğunu, onun evdə tək işlədiyini, hadisə günü şalvarını dəyişib evə qoyduğunu, özü və yoldaşının təqaüdünü toplayıb evin təmiri üçün pul yığdıqlarını, cibində həmin 2500 manat pulun olduğunu, pulların 100 manatlıq əskinaslardan ibarət olduğunu və pulun hamısının şalvarının sağ cibində olduğunu, Elnurun da paltarlarını dəyişib evə qoyduğunu, gün ərzində Elnurun evdə, özünün isə həyətdə işlədiyini, naharda yemək yemək üçün şalvarını dəyişib cibində pul olan təzə şalvarını geyinib qızıgilə getdiyini, yolda tanıdığı şəxslərdən bir nəfərin evdə işləyən ustanın kim olduğunu soruşduqda ona Elnurun işlədiyini dediyini, onların isə “əliəyri uşaqdır, ehtiyatlı ol” dediklərini, özünün cavabında “dörd divardır da nə oğurlayacaq ki?” dediyini, sonra şalvarının cibində pul olduğunu xatırladığını və pulu götürüb saydığını, cibində cəmi 1500 manat pul qaldığını, 1000 manatın isə yerində olmadığını gördüyünü, sonra kürəkəni ilə evə qayıtdığını, Elnurdan şalvarını dəyişərkən pulun düşə biləcəyini və onun tamahına yenilib pulu götürə biləcəyini, ona əgər pulu qaytararsa bunun aralarında qalacağını dediyini, lakin Elnurun ailə üzvlərinin canına and içib pul görmədiyini dediyini, ona polis şöbəsinə müraciət edəcəyini dediyini, polisə müraciət etdikdə 15-20 dəqiqə sonra Elnurun Babək rayon Polis şöbəsinə gətirildiyini, polis əməkdaşının pulların tapıldığını dediyini, Elnurun pulları mağazaya qoyduğunu öyrəndiklərini, gedib pulu götürəndə pulun əskik olduğunu, Elnurdan soruşanda isə onun pulun müəyyən məbləğini bazarlıq edib xərclədiyini dediyini, polis əməkdaşları ilə birlikdə Elnurun pulu xərclədiyi mağazaya getdiklərini, mağazanın sahibinin Elnurun orada alış-veriş etmədiyini bildirdiyini, sonra Elnurun pulu restoranda xərclədiyini dediyini, Elnurun üstündə cəmi 745 manat pulun çıxdığını, qalan 155 manat pulun qarşılığında isə Elnurun gəlib onun evində işlədiyini, Elnurun evin işlərini qurtardıqdan sonra həmin pulu çıxıb zəhmət haqqı olaraq ona 170 manat da əlavə pul verdiyini, ona dəyən maddi ziyanın ödənildiyini, şikayətinin olmadığını, Elnurun evin işini səliqəli gördüyünü, lakin təqsirləndirilən şəxsin bu işləri yenə görə biləcəyini, bu səbəbdən də onun barəsində qanuna uyğun qərar verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 arvadı olduğunu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2lə heç bir qohumluğunun və ədavətinin olmadığını, işdə olarkən saat 15 radələrində arvadı Zərərçəkmiş şəxs1 ona mesaj yazaraq qızılların olmadığını bildirdiyini, özünün isə ona “harasa qoymusan yadından çıxıb, yenidən axtar” dediyini, Zərərçəkmiş şəxs1 yenidən qızlılları axtardığını, lakin tapa bilmədiyini, özünün isə ona “qoy qalsın, özüm işdən gələcəyəm, axtaracıyıq” dediyini, evə gedəndən sonra çarpayını axtardıqlarını, lakin tapa bilmədiklərini, sonra təqsirləndirilən şəxsə yaxınlaşıb qızılları onun götürüb-götürmədiyini soruşduğunu, onun isə qızılları götürmədiyini dediyini, bundan sonra polis idarəsinə müraciət etdiyini, evdən komplekt qızılların yəni, 1 sırğa, 1 sep, 1 bilərzik, 1 üzük, həmçinin əlavə 2 qızıl üzük və 2 dəmir üzük oğurlandığını, qızılların termonun gözündə olduğunu, evin 1 otağının təmirli olduğunu, digər otaqların isə təmirsiz olduğunu, qızılları təmirli otaqda saxladıqlarını, Təqsirləndirilən şəxslə aralarında əvvəlcədən həmin otaqda təmir işləri aparması ilə bağlı hər hansı razılıq olmadığını, hər gün işə gedərkən otağın qapısını bağladığını və açarı əvvəl yaşadığı evə qoyduğunu, xatırladığına görə hadisə günü otağın qapısının bağlı olduğunu, qapını həmişə özünün bağladığını, hadisənin nə vaxt baş verdiyini tam xatırlamadığını, 14 avqust 2024-cü il tarixdə isə arvadı Zərərçəkmiş şəxs1 qızılların olmadığını öyrədiyini, hadisə vaxtı Təqsirləndirilən şəxs saat 15 radələrinədək evdə işləyib getdiklərini, həmin vaxt qapını açıb içəri daxil olduğunu, həmin gün Zərərçəkmiş şəxs1 qapını açıb-açmadığını bilmədiyini, termoda həmin qızllardan başqa özünün nişan üzüyünün də olduğunu qeyd etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin atası olduğunu, zərərçəkmiş şəxslərlə heç bir qohumluğunun və ədavətinin olmadığını, oğurluq hadisəsindən xəbərinin olmadığını, atası Təqsirləndirilən şəxs axşam yeməyində yeməyində Aslan Qasımovun evindən oğurluq olduğunu ona dediyini, atası Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə axşam saat 20 radələrində evə gəldiyini və ailə üzvləri ilə birlikdə yemək yeyən vaxt atasının bundan 10-15 dəqiqə sonra polis əməkdaşlarının evə gəldiyini və şöbəyə getdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs Aslan Qasımovun evindən nələrin oğurlandığını və oğurluğun kim tərəfindən edildiyini demədiyini, bunu ona polis əməkdaşlarının dediyini, sonuncu dəfə 14 avqust 2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs və bibisinin oğlu Şahid3la birlikdə Aslan Məmmədova məxsus evdə işlədiklərini, polis əməkdaşlarının evdən nələrin oğurlandığını ona dediklərini, lakin xatırlamadığını, oğurluq hadisəsinin işlədikləri evin otaqlarının birindən olduğunu, həmin otağın təmirli olduğunu, evin mülkiyyətçiləri tərəfindən onlara həmin otağa girməyə icazə verilmədiyini, işlədikləri vaxt həmin otağın qapısının bağlı olduğunu, Kəramətin gündüzlər evdə olmadığını axşam saat 6-da evə gəldiyini və otağın qapısını açıb içəri girdiyini, hadisə günü otağın qapısının bağlı olub-olmadığını bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Aslan Məmmədova məxsus evdə atası ilə birlikdə 8-9 gün işlədiklərini, özünün orada fəhləlik etdiyini, xatırladığına görə hadisə günü atası ilə birlikdə işdən çıxdıqlarını, atası kolidoru təmizləyən vaxt özünün bibisinin oğlu ilə birlikdə evin salonunu təmizlədiyini, atasının otağa daxil olmasını görmədiyini, atasının otaqdan qızıl-zinyət əşyaları oğurladığını sonradan öyrəndiyini, atasının evə gələn vaxt Aslan Qasımovun evindən oğurluq olduğunu dediyini, özünün isə ona ”yəqin ki, bizlik nəsə yoxdur” dediyini, həmin qızıl-zinyət əşyalarının Zərərçəkmiş şəxs1 məxsus olduğunu, atasının qızılzinyət əşyalarının evə gətirməsini müşahidə etmədiyini, sonra polis əməkdaşlarının evə gəldiyini və polis idarəsinə getdiklərini, orada izahat verdikdən sonra nələrin olduğunu bilmədiyini, çünki universitetdə təhsil aldığını və ordan çıxdıqdan sonra işə getdiyini, Zərərçəkmiş şəxs2 məxsus evdə atası ilə birlikdə işləmədiyini qeyd etmişdir. Şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin dayısı olduğunu, zərərçəkmiş şəxslərlə isə heç bir qohumluğunun və ədavətinin olmadığını, Təqsirləndirilən şəxslə birgə işlədiklərini, özünün heç nədən xəbərinin olmadığını, işlədikdən sonra evə getdiyini, oğurluq hadisəsini Təqsirləndirilən şəxs ona Aslan Məmmədovun evindən oğurluq hadisəsi olmasını dedikdən sonra öyrəndiyini, evdən qızıl əşyalarının oğurlandığını, qızıl əşyalarını Təqsirləndirilən şəxs oğurladığını polis əməkdaşlarının ona dediyini, evdən hansı qızıl əşyalarının oğurlanmasını bilmədiyini, Təqsirləndirilən şəxs ona Aslan Məmmədovun evindən oğurluq hadisəsi olmasını soruşduğu vaxt ona heç nədən xəbəri olmadığını dediyini, Aslan Məmmədovun evində 8 gün işlədiyini, lakin işlədiyi vaxtı xatırlamadığını, Təqsirləndirilən şəxs qızılları hansı otaqdan oğurladığını bilmədiyini, Aslan Məmmədovun evində özünün, Təqsirləndirilən şəxs və oğlu Şahid2 işlədiyini, işlədikləri müddətdə ev sahibinin evdə olduğunu və onların yemək və çay verdiyini, hadisə vaxtını xatırlamadığını, iş vaxtı qurtardığı vaxt özünün evə getdiyini, Təqsirləndirilən şəxs isə orada qalıb-qalmadığını bilmədiyini, hadisənin hansı tarixdə baş verməsini bilmədiyini, təmizlik işlərini Elnur və Nurlanla birlikdə etdiklərini, təmizlik işləri görüləcək yerləri bölüşdürmədiklərini, təqsirləndirilən şəxsin bəzən təmizlik işləri gördüyünü, həmin otaqda özünün iş görmədiyini, otağın qapısının açıq olub-olmamasını yoxlamadığını, 11 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona 30 manat verdiyini, Təqsirləndirilən şəxs Aslan Məmmədovdan 100 manat aldığını, həmin pulun 30 manatını ona, 40 manatını oğluna verdiyini, qalan pulu isə Təqsirləndirilən şəxs götürdüyünü qeyd etmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə heç bir qohumluğunun və ədavətinin olmadığını, mağazada olarkən Təqsirləndirilən şəxs salafan gətirib özünün olduğunu və gəlib götürəcəyini dediyini, sonra salafanı vitrinə qoyduğunu, salafanın içində nə olduğunu bilmədiyini, özünün salafanın içərisinə baxmadığını, həm mağazaya, həm də çayçıya baxdığından salafanın mağazada nə qədər qalmasını xatırlamadığını, sonra polis əməkdaşlarının gəldiyini və salafanı götürdüklərini, Təqsirləndirilən şəxs çantanın içərisində nə olduğunu soruşduğunu və ona “sən düz adam deyilsən, salafanın içərisində başqa şey olar” dediyini, təqsirləndirilən şəxsin isə ona ”yox, yemək salafanımdır” dediyini, həmçinin salafanın içərisindən sosisqa çıxarıb “səhər səndən aldığım sosisqadır” dediyini, müştəri çox olduğundan salafanda başqa nəsə olmasına baxmadığını, sonra polis əməkdaşlarının gəldiyini və Təqsirləndirilən şəxs salafanı termoya qoyduğu vəziyyətdə oradan götürdüklərini, salafanın içərisində siqaret qutusunun olduğunu, siqaret qutusunun içərisində isə pul olduğunu, pulların 100 manatlıq əskinaslardan ibarət olduğunu, xatırladığına görə pulun məbləğinin 600 və ya 700 manat olduğunu, polis əməkdaşlarının mağazaya baxış keçirdiklərini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda bildirmişdir ki, təxminən 2 il müddətdir Naxçıvan şəhərində yerləşən “Cahan Ticarət Mərkəzi”ndə 49 nömrəli mağazada qızıl alqı-satqısı ilə məşğul olur. 15 avqust 2024-cü il tarixdə işdə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşıb əlində 2 ədəd qızıl üzük gətirib satmaq istədiyini demiş, ondan qızılları alıb baxdıqdan sonra kimə məxsus olduğunu soruşmuş, Elnur qızılların özünə məxsus olduğunu demiş, həmin qızıl üzüklərin çəkisinin 4.22 qram olduğunu müəyyən etdikdən sonra Elnura 245 manat pul vermiş, həmin vaxt qardaşı oğlu, həm də satıcısı olan X7 da yanında olmuş, onun tapşırığı ilə Elnur Cəfərov qızılların şəklini Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə çəkmiş, həmin gündən bir neçə gün sonra polis əməkdaşları ona qızılların oğurluq olduğunu bildirdiklərindən Təqsirləndirilən şəxs satdığı qızılları onlara təqdim etmişdir. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 18 sentyabr 2024-cü il tarixli 982 saylı ekspert rəyində bir ədəd üzərində sadə qaşlar olan, təmiz çəkisi 7.23 qram, 585 əyarlı, Türkiyə istehsalı qızıl boyunbağının 651 manat, bir ədəd üzərində sadə qaşlar olan, təmiz çəkisi 3.16 qram, 585 əyarlı, Türkiyə istehsalı qızıl qolbağın 284 manat, bir ədəd üzərində sadə qaşlar olan, təmiz çəkisi 4.88 qram, 585 əyarlı, Türkiyə istehsalı qızıl sırğanın 439 manat, bir ədəd üzərində sadə qaşlar olan, təmiz çəkisi 2.66 qram, 585 əyarlı, Türkiyə istehsalı qızıl üzüyün 239 manat, bir ədəd üzərində sadə qaşlar olan, təmiz çəkisi 1.55 qram, 585 əyarlı, Türkiyə istehsalı qızıl üzüyün 140 manat, bir ədəd üzərində yaşıl qaşlar olan, təmiz çəkisi 2.85 qram olan dəmir üzüyün 3 manat, bir ədəd üzərində tək qaş olan, təmiz çəkisi 3.95 qram, olan dəmir üzüyün 4 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının və dəmir üzüklərin orta bazar qiymətinin ümumilikdə təxminən 1760.00 (bir min yeddi yüz altmış manat) manat olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 alınmış 19 sentyabr 2024-cü il tarixli 365 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyinin olmadığı, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və idarə etmək qabiliyyətində olduğu və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və idarə etmək qabiliyyətində olduğu, həmçinin onun oğurluq cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətində olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində olan əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə daxil olmaqla təkrar talama ilə bağlı cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, o, özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 14 avqust 2024-cü il tarixdə saat 14 radələrində Babək rayonu Nehrəm qəsəbəsində X4 məxsus evdə usta işləyən zaman qəsdən tamah məqsədilə evin yataq otağına qanunsuz daxil olmaqla X3 məxsus iki ədəd qızıl üzüyü, iki ədəd dəmir üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı və bir cüt qızıl sırğanı gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya ümumilikdə 1760 (bir min yeddi yüz altmış) manat maddi ziyan vurmuş, bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə 27 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Babək rayonu Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus təmirsiz evdə usta işləyən zaman qəsdən tamah məqsədilə evin divarından asılı vəziyyətdə olan sonuncuya məxsus göy rəngli cins şalvarın cibindən 1000 manat nağd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 14 avqust 2024-cü il tarixdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla ümumi dəyəri 1760 (bir min yeddi yüz altmış) manat olan zərərəkmiş X3 məxsus iki ədəd qızıl üzüyü, iki ədəd dəmir üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı və bir cüt qızıl sırğanı gizli yolla əvəzsiz olaraq talamaqla oğurluq əməlini törətməsi, bundan sonra 27 sentyabr 2024-cü il tarixdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus göy rəngli cins şalvarın cibindən 1000 manat nağd pulu gizli yolla tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq götürüb özünün xeyrinə yönəltməsindən ibarət hərəkətləri təkrar törətməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsiinin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi və tanınmaya təqdim etmə haqqında protokollar və şahid ifadələri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Sözügedən əməli ibtidai istintaq orqanı CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar gizli yolla talama cinayət əməlinin tərkibi vardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 17ci bəndinə görə cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CMin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında bildirmişdir ki, davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: - müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; - əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; - cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və CM-in bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi əməllərin davam edən cinayət kimi xarakterizə olunması üçün əvvəlcədən formalaşmış vahid niyyətin mövcudluğu şərti tamamlanmış olmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 avqust tarixində Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən yaşayış evindən X3 məxsus qızıl-zinət əşyalarını və dəmir üzükləri həmin evə qanunsuz yolla daxil olmaqla gizli yolla talamış, 27 sentyabr 2024-cü il tarixdə onda yenidən Zərərçəkmiş şəxs2 məxsus göy rəngli cins şalvarın cibindən 1000 manat nağd pulu oğurlamaq niyyəti təkrar formalaşmışdır. Sözügedən Plenum qərarının 21-ci bəndində göstərilmişdir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Təqsirləndirilən şəxs yaşayış evinə hüquqa müvafiq qaydada daxil olsa da, yaşayış evinin müvafiq otağına mülkiyyətçinin icazəsi olmadan daxil olmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 18ci bəndinə görə əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Şəxsin təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə şəxsin əməlində CM-in 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Məmmədova (Səfərova) Tamara Rafiq qızı və Zərərçəkmiş şəxs2 izahatlarında dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və buna görə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Məhkəmə CM-in 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında CM-in 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Belə ki, CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləriini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixə qədər 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı təqdim edilmiş hesabat nəzərə alınmnaqla pul vəsaiti tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-5/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-5/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver