Məhkəmə qərarları › İş №1(079)-6/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-6/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-6/2022 27.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, iki uşaq atası, işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, 19 oktyabr 2022-ci ildə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “23” noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə 1400 (bir min dörd yüz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsini, Babək Rayon Məhkəməsinin 2(079)-476/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə 3300 (üç min üç yüz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsini, həmçinin Babək Rayon Məhkəməsinin 2(079)-555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə 750 (yeddi yüz əlli) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsini qərəzli olaraq icra etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Nəcib oğluna 1430 ( bir min dörd yüz otuz) manat, Zərərçəkmiş şəxs1 3330 (üç min üç yüz otuz) manat, Zərərçəkmiş şəxs3 780 (yeddi yüz səksən) manat olmaqla, ümumilikdə 5540 (beş min beş yüz qırx) manat maddi ziyan vurmaqla, Babək Rayon Məhkəməsinin qeyd edilən qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təsərrüfat ilə məşğul olduğunu, həmçinin bir çox kəndlərdən mal-heyvan alıb-satdığını, çox vaxt aldığı malheyvanın pulunu ödəməyə pulu olmadığından mal sahibləri ilə razılaşıb mal-heyvanları nisyə aldığını, Babək rayonu, Şıxmahmud kənd sakini Zərərçəkmiş şəxs2 təqribən bir il öncə bir baş camışı iki min beş yüz manata razılaşıb, pulun yeddi yüz manatını verib, min səkkiz yüz manatını isə 10-15 gün sonra Nehrəm qəsəbəsində əkdiyi bostandan əldə etdiyi gəlirdən ödəyəcəyini bildirdiyini, bostanı məhsul vermədiyi üçün gəlir əldə edə bilmədiyindən qalan pulu verə bilmədiyini, ona olan borcunun təqribən 7-8 ay öncə dörd yüz manatını qaytardığını, qalan min dörd yüz manat borcu və otuz manat dövlət rüsumunu verə bilmədiyini, Babək rayonu, Kültəpə kənd sakini Zərərçəkmiş şəxs1 Naxçıvan elanlarında satmaq üçün paylaşdığı malı görüb ona zəng edib onu almaq istədiyini, təqribən bir il bundan qabaq Kültəpə kəndinə gedib Namiqlə bir baş malı üç min üç yüz manata almağa razılaşdıqlarını, malın pulunun beş yüz manatını bir neçə günə, qalan iki min səkkiz yüz manatını isə bir-iki aya verəcəyini dediyini, əllərdə olan pullarını yığa bilmədiyi üçün pulu qaytara bilmədiyini, Namiqə hazırda üç min üç yüz manat borc və otuz manat dövlət rüsumu olmaqla cəmi üç min üç yüz otuz manat borcu olduğunu, Babək rayonu, Nəhəcir kənd sakini Zərərçəkmiş şəxs3 da iki illik danasını satmasından həmin kənddə qayınatasıgildə olanda xəbəri olduğunu, Saleh müəllimin evinə gedib dananı almaq istədiyini, onunla dananın qiymətini yeddi yüz əlli manata razılaşdıqlarını, ondan dananı nisyə verməsini, pulunu isə bir neçə gün sonra qaynının toyuna gələndə verəcəyini bildirdiyini, Saleh müəllimin onun qayınatasını tanıdığı üçün razılaşdığını, pulu qaynının toyuna gedəndə verəcəyinə söz versə də, Kapital Banka olan üç min manatlıq borcu ilə bağlı dananın satışından əldə etdiyi pulu Saleh müəllimə ödəyə bilmədiyini, hazırda Saleh müəllimə yedi yüz əlli manat borc və otuz manat dövlət rüsumu olmaqla cəmi yeddi yüz səksən manat borcu olduğunu, yuxarıda adları göstərilən şəxslərlə kəndlərdə qarpız satarkən tanış olduğunu, həmin şəxslərin onun barəsində Babək Rayon Polis İdarəsinə şikayət etdiklərini, zərərçəkmiş şəxslərə ərizə yazaraq borcunu ödəməsi üçün vaxt verilməsini xahiş etdiyini, ona vaxt verilsə də verilən müddət ərzində borclarını ödəyə bilmədiyini, borclu olduğu şəxslərin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Babək Rayon Məhkəməsində borcun ödənilməsi barədə iddia qaldırdıqlarını, həmin mülki işlər üzrə ancaq Zərərçəkmiş şəxs3 tələbi ilə bağlı olan məhkəmə iclasında iştirak etdiyini, digər mülki işlər barəsində məlumatlı olsa da iştirak etmədiyini, məhkəmənin iddiaları təmin edib qətnamələr qəbul etdiyini, Babək rayon icra və probasiya şöbəsindən yaşadığı ünvana icra vərəqələrinin icrası ilə bağlı məktublar gəldiyini, icra vərəqələrinin icra edilməsi ilə bağlı on gün könüllü icra müddəti verilsə də, alverlə bağlı ziyana düşdüyü üçün borclarını ödəyə bilmədiyini, sonra icra məmuru Anar müəllimin ona zəng edib icra şöbəsinə dəvət edərək icra vərəqələri üzrə olan borcları tezliklə ödəməsini tələb etdiyini, icra məmurundan da borclarını ödəmək üçün ona vaxt verməsini xahiş etdiyini, ona vaxt verilsə də icra vərəqələri üzrə ödəniş aparmağa imkanı olmadığını, bundan sonra ona bir neçə dəfə yazılı xəbərdarlıq edildiyini, həmçinin bununla bağlı Babək Rayon Məhkəməsi tərəfindən müxtəlif tarixlərdə iyirmi, iyirmi beş və otuz gün müddətinə inzibati qaydada həbs edildiyini, maddi imkanı olmadığı üçün yuxarıda göstərilən icra sənədləri üzrə ödənişlər apara bilmədiyini, ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırilması barədə icra məmuru tərəfindən ona məlumat verildiyini, Zərərçəkmiş şəxs2 hazırda borcu qalmadığını, əgər ona vaxt verilərsə borclarını ödəməyə çalışacağını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə borcları ödəmək üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etsə də, onun Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, 30 sentyabr 2021-ci il, 2(079)-476/2021 nömrəli, 26 oktyabr 2021-ci il və 2(079)-555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnamələrinin qərəzli olaraq icra etməməsi məhkəmədə tədqiq edilmiş digər sübutlarla, həmçinin onun öz ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Telmanın 3-4 nəfərlə birlikdə Şıxmahmud kənd ərazisində bostan əkdiyini, bu vasitə ilə onu tanıdığını, ona camışı saxlaya bilmədiyi üçün satmaq istədiyini, almaq istəyən olarsa ona deməsini, Telmanın ertəsi gün ona yaxınlaşıb camışı almaq istədiyini, camışın qiymətini iki min beş yüz manata razılaşdıqlarını, borclunun yeddi yüz manat verərək qalan min səkkiz yüz manatını isə 2021-ci ilin avqust ayının 1-dək Nehrəm qəsəbəsində əkdiyi bostandan əldə edəcəyi gəlirlə verəcəyini, bu barədə razılaşdıqlarını, borclunun həmin tarixdə pulu ödəmədiyini, soraqlaşdıqda borclunun Bakı şəhərinə getdiyini öyrəndiyini, ondan sonra Babək Rayon Prokurorluğuna və Babək Rayon Polis İdarəsinə bununla bağlı teleqram vurub şikayət etsə də nəticəsi olmadığını, daha sonra məhkəməyə müraciət etdiyini, iddiasının təmin edildiyini, məhkəmənin 30 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs min səkkiz yüz manat və iddia qaldırdığı zaman ödədiyi otuz manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxardığını, Babək Rayon İcra və Probasiya Şöbəsindən yaşadığı ünvana Babək Rayon Məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar qəbul edilməsi barədə məktub gəldiyini, borclu Təqsirləndirilən şəxs min səkkiz yüz otuz manat borcun ödənilməsi üçün 10 gün könüllü icra müddəti verildiyini, borclunun könüllü icra müddətində tələbi könüllü icra etmədiyini, icra vərəqəsinin icrası ilə bağlı Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət edildiyini, işin icra məmuru Anar müəllimin icraatında olduğunu, icra işinin icrası ilə əlaqədar olaraq dəfələrlə onun qəbulunda olduğunu, hər dəfə onu qəbul edərkən borclu barəsində icra tədbirlərinin görüldüyünü, icra məmuru tərəfindən ona bildirilməsinə görə Telman barəsində yazılı xəbərdarlıqlar verildiyini, lakin borclu barəsində bir neçə icra vərəqəsi olduğundan və borclunun daimi iş yeri olmadığı üçün icra vərəqəsinin icrasında çətinlik olduğunu, Telmanın 20 gün müddətinə inzibati qaydada həbs edilməsi barədə ona məlumat verildiyini, borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra borcu üzrə 22 iyul 2022-ci il tarixdə dörd yüz manat ödəniş etdiyini, ondan sonra borcu üzrə bir manat belə ödəniş etmədiyini, təqsirləndirilən şəxsin həbs olunmasından sonra ona dörd yüz manat miqdarında pul ödədiyini, hazırda isə Telmanın ona min dörd yüz otuz manat borcu qaldığını, bununla bağlı nə Telmanın, nə onun yaxınlarını təqsirləndirilən şəxsin bağışlanması üçün və ya ona olan borcunun ödənilməsi ilə bağlı vaxt verilməsi üçün ona müraciət etmədiyini, Telmanın cavan olmasını və himayəsində iki uşağın yaşamasını düşünərək borcundan imtina etdiyini və həmin pulu ondan tələb etmədiyini qeyd edərək şikayətinin olmadığını bildirmişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Kültəpə kəndində yaşadığını, təsərrüfatla məşğul olduğunu, 2021-ci ilin may ayında özünün iki azyaşlı uşağını müalicəsi ilə əlaqədar olaraq təsərrüfatında olan bir baş iri buynuzlu malı satmaq üçün internetdə elan yerləşdirdiyini, özünə və uşaqlarına qulaq üçün aparat lazım olduğunu, həmin gün Telman adlı şəxsin ona zəng edərək malı almaq istədiyini, Telmanın 13 may 2021-ci il tarixdə kəndə evlərinə gəldiyini, malı 3500 manata satsa da, onunla malın qiymətini üç min üç yüz manata razılaşdıqlarını, həmin inəyi Abbas adlı şəxsdən aldığını, aralarında olan razılığa əsasən Telmanın inəyin pulunu ona on gün ərzində verəcəyini, heyvanı Telmana verdikdən 1 saat sonra Abbas müəllimin ona zəng etdiyini və nehrəmli bir şəxsə inək satıb satmadığını ondan soruşduğunu, özünün isə ona nehrəmliyə inək satdığını dediyini, bundan sonra Abbas müəllim ona “tez get heyvanı al” dediyini, bundan sonra özünün Nehrəm qəsəbəsinin sahə müvəkkilinə müraciət etdiyini, sonuncun isə ona heyvanın pulunu alıb ona verəcəyini bildirdiyini, daha sonra iki üç gün keçsə də Telman tərəfindən ona pul verilmədiyindən yenidən sahə müvəkkilinə müraciət etdiyini, polisin ona maşın götür gəl heyvanı apar dediyini, maşın götürüb Nehrəm qəsəbəsinə getsə də heyvanı ala bilmədiyini, çünki polisin ona təqsirləndirilən şəxs Telmanı başqa şəxslə qarışıq saldığını dediyini, bundan sonra polisə və prokurorluğa şikayət etsə də nəticəsinin olmadığını, daha sonra Babək Rayon Məhkəməsində iddia qaldırdığını, məhkəmənin qətnaməsi ilə Təqsirləndirilən şəxs üç min üç yüz manat və iddia qaldırdığı zaman ödədiyi otuz manat dövlət rüsumunun tutularaq ona ödənilməsinin qərara alındığını, daha sonra Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qətnamənin icrası ilə bağlı şöbəyə dəvət edildiyini, icra işinin şöbənin icra məmuru Anar müəllimin icraatında olduğunu, icra işinin icrası ilə əlaqədar olaraq dəfələrlə onun qəbulunda olduğunu, hər dəfə onu qəbul edərkən borclu barəsində icra tədbirlərinin görüldüyünü, barəsində yazılı xəbərdarlıqlar verilməsinin ona deyildiyini, Telmanın iyirmi beş gün müddətinə inzibati qaydada həbs edilməsi barədə ona məlumat verildiyini, Telman inzibati məsuliyyətə cəlb edildikdən sonra da borcu üzrə bir manat belə ödəniş etmədiyini, Təqsirləndirilən şəxs ona üç min üç yüz otuz manat borcu olduğunu, pulunu tam şəkildə tələb etdiyini bildirmişdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Nəhəcir kəndində yaşadığını, Göynük kənd tam orta məktəbində müəllim işlədiyini, pula ehtiyacı olduğundan özünə məxsus dananı satmaq istədiyini, bununla bağlı kənddə bir neçə nəfərə danasını satmaq istədiyini, alan olarsa xəbər verməsini bildirməsini xahiş etdiyini, atasının ölümündən iki gün sonra, yəni 24 sentyabr 2021-ci il tarixdə Telmanın onun yaşadığı evə gələrək malı almaq istədiyini, malın qiymətini yeddi yüz əlli manata razılaşdıqlarını, Telmana kəndlisi Surxayın kürəkəni olduğu üçün inanıb malı nisyə verdiyini, Telmanın malın pulunu 09 oktyabr tarixdə kəndə qayınının toyuna gələndə verəcəyini bildirdiyini, onun 09 oktyabr tarixində kəndə toya gəldiyini, bu zaman ona yaxınlaşıb borcunu istədiyini, Telmanın isə ona axşam saat 5-də pulu verəcəyini bildirdirdiyini, lakin həmin gün ona pul vermədiyini, Telmanın telefonuna zəng etsə də ona zəng çatmadığını, bu barədə Telmanın qayınatası Surxaya xəbər verdiyini, Surxayın bu işdən xəbəri olmadığını bildirdiyini, sonuncu dəfə təqsirləndirilən şəxslə telefonda danışanda Telmanın ona telefonda artıq-əskik ifadələr işlətdiyini, bundan sonra onda olan yeddi yüz əlli manat pulunun alınıb verilməsi üçün polis və prokurorluq orqanlarına müraciət etdiyini, müraciət etdikdən sonra borclu Təqsirləndirilən şəxs ilə birlikdə Babək Rayon Məhkəməsinə getdiklərini, məhkəmədə onun verəcəyi yeddi yüz əlli manatı etiraf edərək noyabr ayının 3-də pulu tam ödəyəcəyi barədə ərizə yazdığını, Telman noyabr ayının 3-də pulu ödəyəcəyini bildirsə də pulu yenə ödəmədiyini, ondan sonra Təqsirləndirilən şəxs ona olan yeddi yüz əlli manat borcun alınıb verilməsi barədə Babək Rayon Məhkəməsində iddia qaldırdığını, məhkəmənin 27 dekabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yeddi yüz əlli manat və iddia qaldırdığı zaman ödədiyi otuz manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxardığını, qətnamə qanuni qüvvəyə mindikdən sonra Babək Rayon İcra və Probasiya Şöbəsindən icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar qəbul edildiyi barədə yaşadığı ünvana məktub gəldiyini, Təqsirləndirilən şəxs borcun ödənilməsi üçün 10 gün könüllü icra müddəti verildiyini, borclunun həmin müddətdə borcu ödəmədiyini, Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsinin icrası ilə bağlı şöbəyə dəvət edildiyini, icra işinin şöbənin böyük icra məmuru Anar müəllimin icraatında olduğunu, icra işinin icrası ilə əlaqədar olaraq dəfələrlə Anar müəllimin qəbulunda olduğunu, hər dəfə qəbul edilərkən borclu barəsində icra tədbirlərinin görüldüyünü, barəsində yazılı xəbərdarlıqlar verildiyinin ona deyildiyini, Telmanın inzibati qaydada həbs edilməsi barədə ona məlumat verildiyini, borclunun inzibati məsuliyyətə cəlb edildikdən sonra da borc üzrə bir manat belə ödəniş etmədiyini, görülən bütün məcburi icra tədbirlərinə baxmayaraq borclunun icra vərəqəsini qərəzli olaraq icra etmədiyini, Təqsirləndirilən şəxs ona yeddi yüz səksən manat borcu olduğunu, əgər təqsirləndirilən şəxsin ona nə vaxtsa yaxınlaşıb 350-400 manat versə idi qalan pulu ondan tələb etməyəcəyini, elə bir Telmana dananı satdıqdan sonra evinin bərəkətinin getdiyini qeyd edərək, borcunu tələb etdiyini və Təqsirləndirilən şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini bildirmişdi. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icraatına qəbul etmiş Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini bildirməklə yanaşı, hazırda şöbənin icraatında Təqsirləndirilən şəxs barəsində 13 icra sənədinin olduğunu, həmin icra vərəqələrindən biri üzrə, yəni Zərərçəkmiş şəxs2 borclunun cəmi dörd yüz manat ödəniş etdiyini, digər icra sənədləri üzrə ödəniş edilmədiyini, bu barədə dəfələrlə Telmana xəbərdarlıq edildiyini, inzibati qaydada məsuliyyətə cəlb edildiyini, lakin nəticəsi olmadığını, buna səbəb olaraq borclunun işsiz olması bildirdiyini qeyd etmişdi. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru Şahid2 məhkəmədə şahid qismində verdiyi ifadəsində 20 dekabr 2022-ci il tarixədək Babək Rayon İcra və Probasiya şöbəsində icra məmuru işlədiyini, həmin şöbədə işlədiyi dövr ərzində Təqsirləndirilən şəxs barəsində bir icra işinin olduğunu, həmin icra sənədi üzrə tələbkarın X8 olduğunu, digər icra sənədlərinin isə şöbənin böyük icra məmuru Şahid1 icraatında olduğunu, icra vərəqələrində əsasən rayonu, Nehrəm qəsəbəsində yaşayan borclu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 min səkkiz yüz otuz manat, Zərərçəkmiş şəxs1 üç min üç yüz otuz manat, Zərərçəkmiş şəxs3 isə yeddi yüz səksən manat borcu olduğunu, lakin borclunun müxtəlif bəhanələrlə borcunu ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etmədiyini, borclunun əmlakının, gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyəti dövlət orqanlarına sorğular verildiyini, borclunun adına heç bir əmlak və gəlirlər müəyyən edilmədiyini, borclunun dəfələrlə şöbəyə dəvət edildiyini, barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər tətbiq ediləcəyi barədə yazılı qaydada xəbərdarlıq edildiyini, bu icra hərəkətlərində şəxsən iştirak etdiyini, lakin borclunun edilən yazılı xəbərdarlıqlara baxmayaraq icra vərəqələrini icra etmədiyini, Babək Rayon Məhkəməsi tərəfindən borclu barəsində müxtəlif tarixlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edildiyini, Təqsirləndirilən şəxs cəmi dörd yüz manat ödədiyini, digər icra vərəqələri üzrə ödənişlər aparmadığını, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlmədiyini, ona görə də icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsinə təqdimat verildiyini, Babək Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul edildiyini qeyd etmişdi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hökmü, qərardadı, qərarı və ya əmri olmalı və o, bu məhkəmə aktını qərəzli olaraq icra etmədikdə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətdikdə cinayət tərkibi yaranır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş (iş vərəqə 12-14) Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, 30 sentyabr 2021-ci nömrəli qətnaməsindən Zərərçəkmiş şəxs2 25 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, onun tələbinin təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun və 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinin qət edilməsi, məhkəmənin 2(079)-476/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Zərərçəkmiş şəxs1 27 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, onun tələbinin təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs 3300 (üç min üç yüz) manat məbləğində pulun və 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs1 verilməsinin qət edilməsi (iş vərəqə 15-17), məhkəmənin 2(079)-555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnaməsindən Zərərçəkmiş şəxs3 17 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, onun tələbinin təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs 750 (yeddi yüz əlli) manat məbləğində pulun və 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3 verilməsinin qət edilməsi müəyyən edilir (iş vərəqə 18-20). Cinayət işində olan sənədlərdən görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)- 428/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 24 noyabr 2021ci il tarixli icra vərəqəsi (iş vərəqə 21), 2(079)-476/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 10 dekabr 2021-ci il tarixli icra vərəqəsi (iş vərəqə 22), 2(079)- 555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 07 fevral 2022-ci tarixli icra vərəqəsi (iş vərəqə 23) çıxarıldığı gün icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və həmin icra sənədləri üzrə icra məmuru Şahid1 müvafiq olaraq 24 noyabr 2021-ci ildə, 14 dekabr 2021-ci ildə və 08 fevral 2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul etmişdi (iş vərəqə 26, 29 və 32). İş materiallarında olan sənədlərdən aydın olur ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra o, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsindən irəli gələn hərəkətləri etmiş, yəni icraata başlamaq haqqında qərarı tələbin könüllü icra haqqında bildirişlə bərabər Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim etmişdi (iş vərəqə 22-24, 27-28, 30-31). İcraata başlamaq haqqında qərarların təsdiq edilmiş surətindən o da görünür ki, borcludan Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, 30 sentyabr 2021-ci il, 2(079)-476/2021 nömrəli, 26 oktyabr 2021-ci il və 2(079)-555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnamələrinin 10 gün müddətində könüllü icrası tələb edilmiş və tələbin könüllü icra barədə bildirişlə həmin qərarlar ona şəxsən 24 noyabr 2021-ci ildə, 14 dekabr 2021-ci ildə və 08 fevral 2022-ci ildə təqdim edilmişdi. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs barəsində icrası məcburi olan məhkəmə qərarlarının mövcud olması və onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəlməsini təsdiq edir. Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, 30 sentyabr 2021-ci il, 2(079)- 476/2021 nömrəli, 26 oktyabr 2021-ci il və 2(079)-555/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnamələrinin təqsirləndirilən şəxs tərəfindən icra edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İcra sənədlərinin icra edilməsinin təmin edilməsi üçün, həmçinin onların icra etməmənin nəticələri barədə icra məmurunun 24 noyabr 2021-ci il tarixli, 283708/7xx-xx/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli, 300188/7xx-xx/2021 nömrəli, 08 fevral 2022-ci il tarixli, 31061/xx-xx/2022 nömrəli bildirişləri, 06 dekabr 2021-ci il tarixli, 283708/7xx-xx/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli, 283708/7xx-xx/2021 nömrəli, 17 yanvar 2022-ci il tarixli, 300188/7xx-xx/2021 nömrəli, 02 mart 2022-ci il tarixli, 300188/7xx-xx/2021 nömrəli, 15 aprel 2022-ci il tarixli, 31061/xx-xx/2022 nömrəli xəbərdarlıq məktubları ilə Təqsirləndirilən şəxs rəsmi qaydada xəbərdar etməsi iş materialları ilə (iş vərəqə 25, 28, 31, 39-43), həmçinin məhkəmədə dindirilən şəxslərin ifadələri ilə sübuta yetirilir. Həmçinin Təqsirləndirilən şəxs icra sənədləri üzrə bu günədək 400 (dörd yüz ) manat ödəniş etməsi inkar edilmir. Lakin cinayət işinə məhkəmədə baxılması zamanı Təqsirləndirilən şəxs tərəfindən Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, 30 sentyabr 2021-ci nömrəli qətnaməsi müəyyən edilmiş borc Zərərçəkmiş şəxs2 tam ödənildiyindən məhkəmənin 27 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət təqibinə həmin hissədə xitam verilmişdi. Qeyd edilənlər isə özlüyündə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)-476/2021 nömrəli, 26 oktyabr 2021-ci il və 2(079)-555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnamələrini icra etmədiyini göstərir. Lakin cinayət qanunvericiliyinin tələbindən də görünür ki, məhkəmə qərarının icra edilməməsi yalnız qərəzli olduqda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İşin yuxarıda araşdırılmış hallarından məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinin mövcud olması öz təsdiqini tapır. Borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qeyd edilən halın tədqiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 3(079)-10/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli, 3(079)-20/2022 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il və 2(079)-555/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qətnamələri əsasında verilmiş icra vərəqələrinin icrası ilə bağlı olaraq dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətmiş və onun barəsində müvafiq olaraq 25 (iyirmi beş) gün və 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdi (iş vərəqə 47-52) Bunlardan başqa icra vərəqələrinin icrasına çətinlik törədəcəyinə şübhələrin olduğunu nəzərə alaraq icra məmuru Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsinə 16 sentyabr 2022-ci il tarixdə təqdimatla müraciət etmiş, onun təqdimatı məhkəmənin 26 sentyabr 2022-ci il tarixli, 8(079)- 25/2022 nömrəli il tarixli qərardadı ilə təmin edilərək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdı (iş vərəqə 56,58-61). Bu qeyd edilənlər isə Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)- 476/2021 nömrəli, 26 oktyabr 2021-ci il və 2(079)-555/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində borcu ödəməmə səbəbi kimi maddi imkanının olmasını qeyd etməsinə münasibət bildirən məhkəmə belə hesab edir ki, bu onun özünün məsuliyyətə cəlb edilməməsi və öz hərəkətinə əsas qazandırmaq üçün etdiyi müdafiə xarakterli hərəkətlərdir. Çünki onun şəxsiyyətini xarakterizə hallardan görünür ki, Təqsirləndirilən şəxs əmək qabiliyyətlidir, həmçinin fəaliyyət qabiliyyətsiz deyil. Həmçinin ona verilmiş suallardan aydın olur ki, zərərçəkmiş şəxslərdən aldığı heyvanları başqa şəxslərə satmışdı. Yəni o, ötən müddət ərzində müəyyən fəaliyyətlə məşğul olub, o cümlədən heyvanların satışından əldə etdiyi pulların bir qismini zərərçəkmiş şəxslərə qaytara bilərdi. Həmçinin təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində əgər ona vaxt verilərsə borclarını ödəməyə çalışacağını qeyd etsə də, işin məhkəmədə araşdırılmış hallarından görünür ki, zərərçəkmiş şəxslər məhkəmədə iddia qaldırmazdan öncə Təqsirləndirilən şəxs ilə borcun müəyyən müddət ərzində qaytarmağa razılaşmışlar. Bundan sonra müvafiq məhkəmə qətnamələri icraya yönəldikdən sonra isə ona tələbin könüllü icrasından başqa əlavə müddətlər də verilmiş, lakin keçən müddət ərzində təqsirləndirilən şəxs 400 (dörd yüz) manatdan başqa ödəniş etməmişdi. Bu səbəbdən də məhkəmə onun bu ifadəsi inandırıcı və səmimi qəbul etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli ədalət mühakiməsi əleyhinə olan təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Onun himayəsində azyaşlı uşaqlar olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, ailəli olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, AZ-İV seriyalı, 626232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan 16 yanvar 2021-ci ildə anadan olan Süleymanova Səmanın atasının Təqsirləndirilən şəxs olması (iş vərəqə 135); - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 633363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən, 26 iyun 2022-ci ildə anadan olan Süleymanova Bənövşənin atasının Təqsirləndirilən şəxs olması (iş vərəqə 136); - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 19 oktyabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 105-106); - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 aprel 2020-ci il tarixli, AZ-İİ seriyalı, 157493 nömrəli nikah haqqında şəhadətnamənin surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Təqsirləndirilən şəxs ilə X11 arasında nikah bağlanması (iş vərəqə 134) aydın olur. Babək rayonu, Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə isə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 13 dekabr 2022-ci il tarixli, 283708/xx-xx/2022 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs barəsində şöbənin icraatında Babək Rayon Məhkəməsinin 2(079)- 428/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(079)-476/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(079)-555/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(079)-69/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-97/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-175/2022 nömrəli, xx.xx.2022ci il tarixli, 2(079)-168/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-294/2022 nömrəli, xx.xx.2022-ci il tarixli; 2(079)-435/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-459/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri mövcuddur. Həmin icra sənədlərinə əsasən borclu Təqsirləndirilən şəxs 1830 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs2, 3330 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs1, 780 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3, 4033.10 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə, 3050 manat məbləğində pul alınaraq X9, 1030 manat məbləğində pul alınaraq X12, 1636 manat məbləğində pul alınaraq X2, 600 manat məbləğində pul alınaraq X7, 480 manat məbləğində pul alınaraq X4, 780 manat məbləğində pul alınaraq X3, 1535 manat məbləğində pul alınaraq X5, 880 manat məbləğində pul alınaraq X13, 1788 manat məbləğində pul alınaraq X14 ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə icraata daxil olmuş, həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə göndərilmişdir. İcra sənədi üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi üçün müvafiq orqanlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs Şöbəyə çağırılaraq, icra sənədləri üzrə ona rəsmi xəbərdarlıqlar verilmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, xx.xx.2021ci il tarixli, 2(079)- 476/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(079)-555/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs həmin məhkəmənin 3(079)-41/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən 20 gün müddətinə, 3(079)- 10/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 25 gün müddətinə, 3(079)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 30 gün müddətinə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2(079)-428/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə 400 manat pul vəsaiti ödəmiş, digər icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Qeyd edilən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyil, həminin ona təqsirləndirildiyi əməlin sanksiyasında qeyd edilən digər cəzanın təyin onun məqsədinə çatmağa imkan vermir. Bu ona üç dəfə inzibati qaydada təyin edilmiş həbs tənbeh tədbiri ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 1 (bir) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinin tələbinə əsasən hökmün icrasını təmin etmək məqsədi ilə təqsirləndirilən şəxsin barəsində 19 oktyabr 2022-ci ildə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanımalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanması hazırki iş üzrə hökmün çıxarıldığı vaxtdan, yəni 27 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəflərinə ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin isə məhkəməyə təqdim etdiyi hesabatda isə onun təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərilməsi müəyyən olunur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı hökmün çıxdığı gündən, yəni 27 dekabr 2022-ci il tarixdən hesablansın. Müdafiəçi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına 60 (altmış) saat göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqq ona Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu, Təqsirləndirilən şəxs isə surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar