Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-6/2023 02.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisləri X3, X14, X13 və X4, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1963-cü ildə Naxçıvan rayonu, Təzəkənd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Babək rayonu, Babək şəhəri, Azadlıq prospekti 59 ünvanında qeydiyyatda olmaqla yaşayan, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində evlərin tikintisi üzrə briqadir işləyən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış, dövlət mükafatı və təltifi almayan, əvvəllər məhkum olunmayan, 22 may 2023-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına “02” iyun 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Novruzov X11 Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu ilə bağlanmış 13 mart 2017-ci il tarixli əmək müqaviləsinə əsasən anbar müdiri vəzifəsinə təyin edilməklə həmin komitənin Babək rayon İdarəsinin rəisi Şahid1 tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 11 nömrəli əmrlə maddi məsul şəxs qismində olmaqla həmin tarixdən tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik işlərinin həvalə edildiyi, texniki təhlükəsizlik üzrə cavabdeh və üzərinə əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olaraq Babək rayonu, Nehrəm qəsəbəsində olan 3 nömrəli tam orta məktəb binasında aparılan yenidənqurma işləri zamanı tikilinin əsas istismar göstəricilərinin zamanla texniki tələblər səviyyəsindən tədricən azalması, yəni aşınmalara məruz qalması, həmçinin binanın tikintisi uzun müddət yarımçıq qaldığı üçün təbii amillərin təsirinə daha tez məruz qalması və tikinti materiallarının keyfiyyətini itirməsi ucbatından binanın texniki və bununla bağlı istismar göstəricilərinin tələblərə cavab verməməsi, binanın mənəvi və fiziki köhnəlməsi ilə əlaqədar qəza baş verməsi ehtimalının qaçılmaz olduğu yenidənqurma işləri aparılan binada “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndinə əsasən “tikinti-montaj (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı elə nəzərdə tutulmalıdır ki, əvvəlki əməliyyat, sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükə mənbəyi olmasın” və 12.23-cü bəndinə əsasən “bina, konstruksiya və tikilinin quraşdırma (sökmə) zamanı işçilər əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində olmalıdır” tələblərini pozaraq 06 yanvar 2014-cü il tarixdə komitənin Babək rayon İdarəsinin rəisi Şahid1 tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon İdarəsinin iş icraçısının vəzifə təlimatı”na əsasən sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etməklə, obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılışsazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etməli, tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji və əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etməli olduğu halda qeyd olunan tələblərə əməl etməyib Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəb binasında söküntü işlərinin aparılması zamanı həmin işlərin görülmə ardıcıllığını düzgün seçməmiş, əvvəlki əməliyyat yerinə yetirilərkən sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan, həmçinin tikilinin sökülməsi işlərinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlər görməmiş, konkret halda sökmə işinin aparılmasına cəlb edilmiş işçilərin həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparmalarını təmin etməmiş, bununla da öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş, cinayətkarcasına etinasızlıqla törətmiş olduğu qeyd olunan əməlləri ehtiyatsızlıqdan 31 mart 2022-ci il tarixdə məktəb binasının bir hissəsinin uçması nəticəsində dağıntılaraq altında qalaraq X5 dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan “başın tamamilə əzilib dağılması, sol bazu sümüyündə, aralıq nahiyəsində cırılmış, sağ budunda, sağ baldırında iki ədəd, sol baldırında, sağ sağrı nahiyəsində yaralar, kəllə və üz skeleti sümüklərinin tamamilə və beyin toxumasının əzilib dağılması, boynun yumşaq toxumalarının əzilməsi, qabırğaların sınıqları, qaraciyərin cırılması, döş qəfəsinin yumşaq toxumalarına və əzələlərinə geniş həcmdə qansızma, ağciyərlərə qansızma, bağırsaqlara qansızma və əzilmə, aşağı və yuxarı ətraf sümüklərinin sınıqları”, X1 dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan “başın təpə nəhiyyəsi üzərində yara, sağ çiyin qurşağı üzərində hematoma, sağ baldırında sıyrıq, başın dərialtı yumşaq toxuması altında, alın-təpə nahiyyəsində geniş həcmdə qansızma, ənsə və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyin toxumasının əzilməsi, ödemi və qansızma”, X6 dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan “sol baldırında yara, baldır əzələlərinin, baldır arteriya və venalarının cırılması, baldır sümüklərinin açıq sınığı”, X2 dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan “başın tamamilə əzilib dağılması, sağ saidində yara, döş qəfəsinin arxa səthində sıyrıq, sağ diz oynağında yara, kəllə qapağı, üz skeleti sümüklərinin və baş-beyin toxumasının tamamilə əzilib dağılması, ağciyərlərə qansızma, sol ağciyərin cırılması, döş qəfəsinin sağ yarısında dərialtı yumşaq toxumaya və əzələyə qansızma” xəsarələrini alaraq ölmələrinə və Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan “çənəaltı nahiyyədə yara, döş qəfəsinin sol yarısında sıyrıq, sağ diz oynağında yara, hər iki ağciyərdə pnevmotoraks, solda İİİ-İV-V qabırğaların qoltuqaltı xətt üzrə yerdəyişmə ilə sınıqları, sol ağ ciyərində pnevmatoz qansızma, sol baldır sümüyünün diafizinin qəlpəli sınığı, subarexnoidal şırımlarda mülayim sıxılma, beyin daxili hipertenziya, sağa doğru əyilmiş septunazal, sol okkiptial temporal nahiyədə dərialtı hematoma, sol okkiptal payda subarexnoidal qansızma” xəsarətlərini almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-ci maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 2007-ci ildən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon İdarəsində briqadir olaraq fəaliyyətə başladığını, 2012-ci ildə Komitənin əmrinə əsasən anbardar-xəzinədar vəzifəsinə təyin edildiyini, buna baxmayaraq həmin vaxtdan briqadir – iş icraçısı olaraq, daha sonra isə daxili əmrlə iş icraçısı vəzifəsində çalışdığını və iş icraçısının vəzifələrini yerinə yetirdiyini, iş icracısının vəzifələri və hüquqları barədə təlimatla tanış olduğunu, həmin təlimata əsasən vəzifəsinin tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasının, tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək, fəhlələri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış etmək, iş yerində onları təlimatlandırıb, bununla bağlı təlim keçmələrini təmin etmək, fəhlələrin əmək mühafizəsinin təlimatlarına əməl etməsinə nəzarət etmək olduğunu, idarənin müdiri Şahid1 01 mart 2022-ci il tarixdən rayonun Nehrəm qəsəbəsində 3 nömrəli orta məktəb binasında görüləcək yenidənqurma işlərinin yerinə yetirilməsi ilə əlaqədar iş şəraitinin qurulması ilə bağlı göstərişlər verdiyini, həmin məktəb binasında yenidənqurma işlərinin görülməsinin planlaşdırıldığını, ilk öncə şiferin söküldüyünü, pəncərələrin çıxarıldığını, taxta döşəmənin söküldüyünü, travertin daşların çıxarıldığını, sonra isə divarların çapılması işinin həyata keçirildiyini, həmçinin tavana torpaq verilməsi üçün orada təmizlik işinin aparıldığını, paralel olaraq verilən layihə əsasında söküntü işləri - hilti vasitəsilə divarların çapılması, köhnə gəcin sökülməsi işini apardıqlarını, söküntüyə ilk öncə üzləmənin sökülməsindən başladıqlarını, orada heç bir texnikanın işləmədiyini, 3 mərtəbəli binanın 1980-ci ildə tikildiyini, köhnə layihənin isə onların əlində olmadığını, binanın tamamilə keyfiyyətsiz olmaqla tikintisində qumdan istifadə olunduğunu, armaturların pis vəziyyətdə olduğunu, hadisəyə qədər binanın şiferinin tam söküldüyünü, Zərərçəkmiş şəxs, Süleymanov Qadir və Şahid8 damın üstündə təmizlik işləri apardıqlarını, Məhərrəmov İbrahimin isə 3-cü mərtəbədə işlədiyini, həmin gün birinci mərtəbədən üçüncü mərtəbəyədək yerə tökülən zibilin təmizlənməsi işinin həyata keçirildiyini, ümumiyyətlə hər səhər kimin hansı işi görəcəyini təyin etdikdən sonra təhükəsizliyə dair təlimatı hər səhər işə başlayanda şifahi şəkildə apardığını, özünün 31 mart səhəri iş başlamazdan əvvəl tikinti sahəsində olduğunu, tikinti sahəsində təhlükəsizlik plakatlarının mövcud olduğunu, tikintidə təhlükəsizlik üzrə yazılı məlumatlandırmanın mövcudluğunun Fövqəladə Hallar Nazirliyi tərəfindən iş başlanmamışdan qabaq yoxlanılıb aktlaşdırıldığını, tikintidə təhlükəsizliyə özünün nəzarət etdiyini və hər dəfə iş başlayanda fəhlələrin təhlükəsizliyə riayət etmələrini, ehtiyatlı davranmalarını şifahi şəkildə bildirdiyini, hadisə olmamışdan 2 dəqiqə əvvəl yük gətirən maşını boşaltmaq üçün yuxarı mərtəbədən aşağı endiyini, çölə çıxanda təxminən saat 12-ə qalmış binanın uçduğunu, binanın hansı səbəbdən uçmasını deyə bilməsə də binanın silkələnməsini qabaqcadan bildiyini, lakin onlar orada işə başlamamışdan əvvəl binaya müvafiq orqanlar tərəfindən baxış keçirildiyini və ona verilən layihə əsasında yalnız söküntü işlərini apardığını, layihədən kənar iş görmədiyini, heç bir qazıntı işi aparmadıqlarını, binanın keyfiyyətsiz olması, uça bilmə təhlükəsi barədə heç kimə məlumat vermədiyini, çünki buna səlahiyyətinin olmadığını, kiməsə göstəriş vermək hüququnun olmadığını, daha əvvəllər bu kimi hərəkətlərinə görə ona irad bildirildiyini, ona görə kiməsə nəsə deməmişəm. bina uçduqdan sonra bu barədə idarə müdirinə və digər orqanlara məlumat verdiyini, hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının oraya gəldiyini, Zərərçəkmiş şəxs söküntülər altından sağ çıxarılaraq xəstəxanaya çatdırıldığını, lakin digər şəxslərin həyatını itirdiyini, işçilərin hamısının iş zamanı istifadə etmələri üçün kaska, eynək, ayaqqabı və s. şeylərlə təmin olunduqlarını, hər birinin sayına uyğun təhlükəsizlik ləvazimatının olduğunu, işçilər işə qəbul olunarkən onların təhlükəsizlik təlimatı ilə tanış olmalarına dair kitaba imza etdiklərini, lakin işçilərin hər birinə iş zamanı həmin ləvazimatları taxıbtaxmadıqlarına nəzarət etməyin qeyri-mümkün olduğunu, belə ki, ağır olduğu üçün işçilərin kaskanı başında saxlamaq istəmədiyini, təhükəsizlik üçün ayaqaltılardan istifadə etmək üçün zərurət olmadığından istifadə olunmadığını, uçqunun binanın üçüncü mərtəbəsində sağ tərəfdə baş verdiyini, üçüncü mərtəbədən birinci mərtəbəyə doğru binanın bir anda uçub yerlə bir olduğunu, binanın uçacağını öncədən təhmin edə bilməyin mümkün olmadığını, binada sol tərəfdə qapı pəncərə yerlərinin açıldığını, uçqun olan tərəfdə isə qapı-pəncərə yerlərinin açılmadığını, arakəsmələrin sökülüb yenisi ilə əvəz olunması ilə bağlı heç bir iş görmədiklərini, təhlükəsizlik təlimatı ilə tanışlığa dair kitaba Süleymanov Qadir və Rüstəmov Asəfin yerinə kimin imza etdiyini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etdiyini, Şuşanın azad olunması uğrunda 05 noyabr 2020-ci il tarixdə şəhid olmuş Ümid Novruzlunun atası olmaqla şəhid ailəsi başçısı olmasını, özünün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı olduğunu qeyd edərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Tikinti Komitəsinin Babək rayon İdarəsində fəhlə işlədiyini, 02 mart tarixindən Nehrəm məktəbinin binasının tikintisində işlədiyini, həmin gündən hadisə gününə qədər çökən korpusda işlədiyini, iş bölgüsünü Bahadur müəllimin apardığını, işlədiyi vaxt iş geyimində olduğunu, başında kaskanın, həmçinin əlcəyinin olduğunu, hər gün işə başlamazdan əvvəl Təqsirləndirilən şəxs onları təlimatlandırdığını, həmçinin işə başlayanda təhlükəsizlik təlimatı ilə tanışlığa dair kitaba imza etdiyini, lakin imza etməzdən əvvəl onun məzmunu ilə tanış olmadığını, Rizvan Abbasov adlı şəxsi tanımadığını, elə bir şəxsin onlara təhlükəsizliklə bağlı təlim keçmədiyini, digər fəhlələrlə hadisədən əvvəl təhlükəsizlik barədə söhbətlərinin olmadığını, bu barədə narazılıq bildirilmədiyini, təlimatlandırılma ilə bağlı tabelalar mövcud olduğunu, amma tikinti sahəsində ayaqaltı və ya dəmir konstruksiyaların bərkidilmədiyini, belə ki, məktəb binasının çöl tərəfdən üzünün qaşınması zamanı əslində ayaqaltılara ehtiyac olduğunu, amma belə tədbirlərin görülmədiyini, hadisə günü Bahadur müəllimin binanın həm çölündə, həm də içərisində gəzib nəzarət etdiyini, kolonların üstünün qaşınmaması barədə onlara göstəriş verilmədiyini, həmin tarixədək orada söküntü işləri həyata keçiridiyini, yerin betonunun və daşların sökülməsi işinə 1-ci mərtəbədən başlandığını, divarların paralel olaraq həm çöldən, həm də içəridən hilti ilə sökülüb qaşındığını, ardıcıllığa riayət olunmamasının uçquna səbəb olması barədə heç bir fikri olmadığını, hadisə vaxtı məktəbin damında təmizlik işi gördüyünü, çay fasiləsindən yeni qayıtdıqlarını, Qadir Süleymanovla birlikdə məktəbin damının zibilini yığdıqlarını, aşağı mərtəbələrdə isə 5-6 nəfərin əsasən təmizlik işləri görüdüyünü, ondan əvvəl də tör-töküntülərin təmzilənməsi və arakəsmələrin üstünün çapılması işinə baxdığını, Qadirlə uçqundan əvvəl yanbayan işlədiklərini, uçqunun bir göz qırpımında baş verdiyini, hadisə olan ana qədər orada heç bir silkələnmə hiss etmədiyini, bütün torpağın onun üstünə töküldüyünü, ayağının sınıb, qabırğasının əzildiyini, hazırda da ayağında ağrı olduğundan işləyə bilmədiyini, ona hadisədən sonra maddi yardım olunduğunu, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində mərhum X5 onun qardaşı olduğunu, onun Naxçıvan MR Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin Babək rayon İdarəsində fəhlə işlədiyini, 2021-ci ilin avqust ayında işləmək üçün Turkiyə dövlətinin İstanbul şəhərinə getdiyini, orada işlədiyi vaxt qardaş Asəflə danışdığını, qardaşının ona 2022-ci ilin mart ayının 01-dən Naxçıvan MR Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin Babək rayon İdarəsi tərəfindən Nehrəm qəsəbə 3 nömrəli orta məktəbin binasında işlər aparıldığını, fəhlə və ustalarla birlikdə binanın çöl və içəri tərəfində işləyib binanın suvaq qatlarını təmizlədiklərini dediyini, orada olarkən məktəbin uçmasını və qardaşının dağıntılar altında qalaraq öldüyünü eşitdiyini, hadisənin əsl səbəbkarı olan insanların məsuliyyətdən kənarda qaldığını, tikinti sahəsindəki əmək şəraiti ilə bağlı özünün bir şey görmədiyini, hadisədən sonra insanlardan eşitdiklərindən ibarət olduğunu, ailəsinə maddi yardım olunduğunu, dəfnmərasim və qəbir götürülməsi ilə bağlı xərclərin ödənildiyini, Təqsirləndirilən şəxs isə heç bir şikayətinin olmadığını və onunla barışdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində mərhum Qadir Süleymanovun onun oğlu olduğunu, 2020-ci ildən Naxçıvan Şəhər Salma və Arxitektura Komitəsinin Babək rayon İdarəsində fəhlə işlədiyini, 20 mart 2022-ci il tarixdə oğlu Qadirin digər iş yoldaşları ilə birlikdə həmin işə cəlb olunduğunu, Qadirin bir müddət işlədikdən sonra orta məktəb binasında pilləkənlərin silkələndiyini, nə vaxtsa orada birinin bədbəxt olacağını dediyini, binada çapma işlərinin aparıldığı vaxt çat yerlərinin olduğunu dediyini, həmin görüntüləri telefonunda videoya çəkib ona göstərdiyini, lakin indi mərhumun telefonu şifrəli olduğundan o görüntülərə çata bilmədiyini, şifrənin qırılacağı halda isə bütün yaddaşın silinəcəyini bildirdiklərini, Qadirə vaxtında işdən çıx desə də ona qulaq asmadığını, həmin qəzalı vəziyyətdə olan binaya nəyə görə yenidən qurmaya yararlı olmasına dair rəy verildiyini anlamadığını, bu məsuliyyətsizliyin onun cavan oğlunun dünyadan vaxtsız getməsinə səbəb olduğunu, tikinti işi ilə bağlı üzərinə məsuliyyət düşən orqanların işini layiqincə yerinə yetirmədiyini, keçmiş komitə sədri Hicran Rüstəmovun rəhbərlik etdiyi qurumda memar qrupunun rəhbəri olan həmin şəxsin qayınatası Şahid6 məktəb binasına baxmadan verdiyi layihə əsasında belə bir işə başlanıldığını, hər birinin məsuliyyətsiz yanaşmasının bu hadisənin baş verməsinə gətirib çıxardığını, sıravi vətəndaşın tikilisi ilə bağlı sayısız problemlər çıxardığını, Təqsirləndirilən şəxs bu hadisədə təqsirinin olmadığını, hadisədə əsl məsuliyyətə cəlb olunmalı şəxslərin kənarda qaldığını, onlara maddi yardım olunduğunu, dəfn-mərasim və qəbir götürülməsi ilə bağlı xərclərin ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, onun da gənc övladını torpağa verdiyini, onunla barışdığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində X6 onun qardaşı olduğunu, onun 2022-ci ilin mart ayının əvəllərindən Naxçıvan MR Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin Babək rayon İdarəsində fəhlə işlədiyini, X21 rayon İdarəsində fəhlə kimi işə başladıqdan sonra Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin binasında işlədiyini, həmin müddətdə bildiyinə görə məktəb binasının çöl və içəri tərəflərinin suvaq qatlarını qaşıyıb təmizlədiklərini, həmçinin yerə tökülən zibilləri arabalarla daşıyıb çölə tökdüklərini, Həsənlə görüşüb söhbət etdiyi vaxt ona binada iş görülən zaman titrəmə olduğunu, binanın silkələdiyini dediyini, orada heç bir dəmir konstruksiya və ayaqaltının olmadığını, təhlükəsiz iş mühitinin yaradılmadığını, 31 mart 2023-cü il tarixdə saat 11 radələrində işdə olarkən məktəb binasının uçduğunu, dağıntılar altında qalanların olduğunu eşitdiyini, bundan sonra Həsənin də dağıntılar altından çıxarılıb Xəstəxaya aparılmasını eşitdiyini, sonradan elə Həsənin hadisə yerində də vəfat etdiyini öyrəndiyini bildirmiş, təqsirləndirilən şəxsin hadisənin baş verməsində təqsirinin olduğunu, belə ki, onun vaxtında məktəb binasının qəzalı vəziyyətdə olduğunu görüb biləcəyi halda hər hansısa səbəbdən məsul şəxslərə məlumat vermədiyini, orada işləyən fəhlələrə binanın hansı vəziyyətdə olduğunu və təhlükəsiz işləmək üçün nə edə biləcəklərini çatdırmadığını, oranın hansı vəziyyətdə olduğunu ən yaxşı Təqsirləndirilən şəxs bildiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs da gənc oğlunun şəhid olduğunu, bu səbəbdən də onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, mərhum qardaşının ailəsinə maddi yardım olunduğunu və dəfn-mərasim və qəbir götürülməsi ilə bağlı xərclərin ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində mərhum X1 onun qardaşı olduğunu, İbrahimin 20 ildən çoxdur ki, Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon İdarəsində fəhlə işlədiyini, İbrahimin 01 mart 2023-cü il tarixdən yenidənqurma işlərinə başlanıldığı Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin binasında fəhlə işlədiyini, həmin gün baş vermiş uçqunda vəfat edən şəxslərdən birinin də İbrahim olduğunu, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, mərhum qardaşının ailəsinə maddi yardım olunduğunu və dəfnmərasim və qəbir götürülməsi ilə bağlı xərclərin ödənildiyini, onunla barışdıqlarını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər müddəasını rəhbər tutaraq, məhkəmə təqsirləndirilən şəxsin əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdir. Şahid3 ifadəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Tikinti və Təhlükəsizliyə nəzarət idarəsinin rəisi vəzifəsində çalışdığını, məktəbin layihə sənədlərinin ekspertizadan keçirilməsi ilə bağlı onlara heç bir müraciət olunmadığını, sadəcə orada yeni məktəbin tikilməsi ilə bağlı geoloji işlər aparılıb nəticələrin sifarişçiyə təqdim edildiyini, hər hansı tikinti işinə başlamamışdan öncə həmin obyektin layihə sənədlərinin, dövlət büdcəsi ilə maliyyələşdirildiyi halda həmçinin smeta sənədləri ilə birlikdə ekspertizaya təqdim olunmalı olduğunu, mövcud binaların isə müayinəsi aparıldıqdan sonra layihələndirmə işlərinə başlanıla biləcəyini, həmin müayinə işlərinin aparılması üçün bu günədək Fövqəladə Hallar Nazirliyinin tərkibində səlahiyyətli institutların mövcud olmadığını, hadisədən sonra bu kimi institutların məlum dəyişikliklərdən sonra formalaşdırıldığını, uçan binada isə layihə sənədlərinin razılaşdırılmadığını, yeni məktəb binasının tikintisi ilə bağlı 2022-ci ilin yanvar ayında onlara məlumat verildiyini, yeni korpus tikiləcəyi üçün oradan nümunələrin götürülməsinin tapşırıldığını, nümunələrin yeni korpus tikilərkən onun konstruktiv sxeminin torpağın fiziki-mexaniki xüsusiyyətlərinə uyğun şəkildə layihələndirilməsi məqsədilə götürülüb müayinə olunduğunu, həmin ərazidən nümunələr götürüləndə məktəbdə tədrisin getdiyini, mövcud binanın arxa hissəsindən ekskovator vasitəsilə nümunələr götürülüb fiziki mexaniki xüsusiyyətləri araşdırılaraq geoloji işlərin hesabatının layihəçi təşkilata təqdim edildiyini, orada özünün şəxsən iştirak etdiyini, köhnə binanın təmiri və ya orada hansı dəyişikliklərin olacağı ilə bağlı Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə heç bir məlumatın verilmədiyini, lakin Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məlumat əsasında “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açıb həmin Komitəyə təsdiq olunması üçün göndərildiyini, belə ki, həmin jurnal olmadan tikintinin başlana bilməyəcəyini, bununla bağlı müraciət olunsaydı belə həmin işlərin müayinəsinin aparılması üçün institutların mövcud olmadığını, bu tədqiqatların aparılmasının Bakı şəhərində mövcud olan institutlarda mümkün olduğunu, lakin bununla bağlı belə bir təcrübə və tələb olmadığından indiyə qədər yenidən qurulan binaların mühəndis-axtarış işlərinin ekspertizalar keçirilməklə aparılmadığını, hazırda elmi-tədqiqat və müayinə işlərinin aparılması ilə bağlı institutlar yaradıldığını, tikinti materiallarının keyfiyyətinin yoxlanılması və layihənin ekpsertizadan keçirilməsinin mümkün olduğunu, Nehrəm məktəbinin tikiləcək yeni binasının layihə sənədlərinin idarəyə hadisədən sonra aprel ayının 7-də verildiyini, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yeni tikiləcək və yenidən qurulacaq binaların layihə sənədlərinin ekspertizasını aparmalı və həmin ərazidəki qruntun fiziki-müxaniki xüsusiyyətlərini araşdırmalı olduğunu, hadisədən sonra həmin ərizayə baxış keçirdiklərini, vizual olaraq baxdıqları üçün binanın tam olaraq niyə uçduğunu deyə bilmədiklərini, bunun layihənin ekspertizası nəticəsində mümkün ola biləcəyini, hadisədən əvvəl yeni binanın tikintisi ilə bağlı 2022-ci ilin yanvar ayının 21-də əraziyə baxış keçirdiklərini, lakin binanın yenidən qurulacağı barədə onlara məlumat verilmədiyini, nümunələri götürüb geoloji tədqiqat işinin nəticələrini təqdim etdiklərini, “Bina və qurğuların inşaat konstruksiyalarının müayinəsi qaydaları”na uyğun olaraq mövcud bina və qurğuların müayinəsinin 3 sahə üzrə dövlət lisenziyası almış və ixtisaslaşmış mütəxəssisləri olan tədqiqat instutları tərəfindən həyata keçirilməli olduğunu, buna nəzarəti isə sifarişçinin həyata keçirməli olduğunu, tədqiqat institutlarının isə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində olmadığını, yeni yaradılmağa başlanıldığını, sifarişçinin Şəhərsalma və Tikinti Məcəlləsində funksiyalarının müəyyən edildiyini, obyetkin layihələndirilməsi, mövcud obyetklərin tədqiq olunması, onun tikintisi ilə bağlı bütün sənədləşmə işlərinin hazırlanması və podratçının cəlb edilməsinin birbaşa sifarişçinin funksiyaları olduğunu, sifarişçinin isə Arxitektura Komitəsi olduğunu, bu məktəb binasının sifarişçi, layihəçi və podratçısının Şəhərsalma və Arxitektura komitəsi olduğunu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində 5 ədəd layihə institutunun olduğunu, Nehrəm məktəbinin tikintisinə başladıqdan sonra hadisə baş verən günə qədər oraya gedib tikinti ilə maraqlanmadıqlarını, məktəbin tikintisindən xəbərdar olsalar belə layihə verilmədiyindən yenidənqurma və tikinti prosesi ilə maraqlanmadıqlarını, əslində layihə təqdim olunduqdan sonra tikinti sahəsində tikintinin layihənin parametrinə uyğun aparılıb-aparılmamasını, betonun markası, armaturun keyfiyyəti və istifadə olunan bütün tikinti materiallarının keyfiyyətinə nəzarət etməli olduqlarını, layihənin gecikdirilməklə verilməsi səbəbindən ciddi bir tədbir görülmədiyini, sifarişçi və layihəçi tərəfindən layihə təqdim olunmasa belə yerli icra hakimiyyəti orqanlarının o tikililəri aşkar edib, bununla bağlı tədbir görülməsi üçün Nazirliyə mürciət etməli olduğunu, lakin belə bir müraciətin daxil olmadığını, məktəblə bağlı yazılı və şifahi heç bir müraciətin olmadığını, o dövrdə aparılan tikintilərin hamısının Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında aparıldığını, uçan tikilini vizual olaraq müayinə etdikdə tikintinin Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən layihəyə uyğun şəkildə aparıldığını müşahidə etdiklərini, təhlükəsizlik qaydalarının pozulması ilə bağlı məsələlərə isə əməyin mühafizəsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin cavabdehlik daşıdığını, bunu çökən binanın kürsü hissəsinin yerində qaldığına görə binanın parametrlərini yəni enini və uzunluğunu ölçməklə müəyyən etdiklərini, əsas yükdaşıyan kpnstruksiyalara fiziki müdaxilə müşahidə etmədiklərini, binanın özünün fiziki aşınmaya məruz qaldığını, layihələrin verilməsində silsiləvi gecikmələrlə, layihələr verilmədən tikinti işlərinin başlanılması ilə bağlı olaraq səlahiyyətli orqan kimi yerli ocra hakimiyyəti orqanlarına və sirafiçinin barəsində yoxlamaların aparılması və tədbirlərin görülməsi üçün müraciətlər edildiyini, çatışmayan sənədlərlə bağlı Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlərin göndərildiyini, lakin bunun hadisənin qarşısını almaq üçün kifayət etmədiyini, tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyini, halbuki bu icazənin layihə Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə təqdim olunduqdan sonra müvafiq ekspertizalar keçirilib ekspert rəyi təqdim olunduqdan sonra verilməli olduğunu bildirmişdir. Şahid1 ifadəsində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu ilə bağlanmış 13 mart 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs anbar müdiri vəzifəsinə təyin edildiyini, özünün verdiyi 02 fevral 2022-ci il tarixli, 11 nömrəli əmrlə isə onun maddi məsul şəxs qismində ona həmin tarixdən tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik işlərinin həvalə edildiyi, texniki təhlükəsizlik üzrə cavabdeh və üzərinə əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsinin qoyulduğunu, 2022-ci il fevral ayının 28-də Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hər il təşkil olunan kollegiya iclasının keçirildiyini, həmin iclasda iş bölgüsünün aparıldığını və komitənin yeri idarələrinin hansı obyektləri işləyəcəyi barədə tapşırıqlar verildiyini, həmin iclasda Babək rayon İdarəsinə Nehrəm məktəbinin əsaslı təmiri və Babək qəsəbəsində məktəbdənkənar müəssisələrin tikintisinin tapşırıldığını, 2022-ci ilin mart ayının 3-4-də Nehrəm qəsəbə məktəbinə gedib hazırlıq işlərinə başladıqlarını, çəpərləri çəkib çadırları qurduqlarını, santexniki qurğuları və butkaları gətirdiklərini, fəhlələrin geyinib-soyunması üçün şərait yaradıb işə başladıqlarını, sonradan rəhbərlik tərəfindən söküntünün bir hissəsinin hərbçilər tərəfindən aparılmasının təklif edildiyini, hərbçilərin dəvət edildiyini, onların orada döşəmələri, pəncərələri, qapıları və s. özlərinə lazım olan şeyləri sökdüklərini, onlara lazım olmayanları isə fəhlələrlə özlərinin söküb çıxardıqlarını, binanın daxilində çapma işlərinə başladıqlarını, bunu bitirdikdən sonra layihə əsasında sökülməli olan lazımsız arakəsmələri sökdüklərini, artıq olan materialların hamısını çölə çıxardıqlarını, divarların çapılıb suvaq qatına çıxarılıb təmizləndiyini, 10 gün içində bütün işlər yerinə yetirilib verilmiş lahiyə əsasında yenidənqurma işlərinə başladıqlarını, binanın əks tərəfindən başlamaq şərtilə orada yeni qapı və pəncərə yerləri açılıb və ara divarların hörülməli olduğunu, bu işləri məsuliyyətlə yerinə yetirməyə başladıqlarını, həmin hissədən bir daş belə çıxarmadıqlarını, ancaq divarların çapılıb və zibilin təmziləndiyini, şifer söküldüyündən damın üstünə torpaq verilməsi üçün orada təmizlik işləri görməyə başladıqlarını, binanın üstünü ortüb içəridə suvaq işlərinə başlamağı planladıqlarını, binanın yeni tikilən korpusunu isə bünövrəyə qədər hörüb sokolunu töküb həmin hissədə işi dayandırdıqlarını, binanı zədələyəcək heç bir iş görmədikləri halda binanın idman zalı olan hissəsində uçqun olduğunu, uçan hissədə əsas binadan idman zalına keçid rolunu oynayan idman zalı ilə uçan korpusun arasında əlavədən tikilmiş bir mərtəbəli tikili olduğunu, həmin birmərtəbəli binanı söküb götürdüklərini, orada yeni korpus tikiləcəyi üçün oranı da fundamentin səviyyəsinə endirib qəlib işlərinin görülməsinə başlandığını, mart ayının 31-i iş icraçısı Təqsirləndirilən şəxsla binaya gəzib baxdıqlarını, uçan tərəfdə əlavə məsuliyyət tələb edən ağır işlərin olduğunu, orada layihəyə əsasən 3 ədəd 4 metr enində, 3 metr uzunluğunda qarderob girişlərinin açılmalı olduğunu, lakin bunun çox təhlükəli olduğunu düşündüyümdən, həmin girişləri Təqsirləndirilən şəxs müstəqil aça bilməyəcəyindən ehtiyat etdiyindən, həmin gün oğlunun toyu olduğuna görə tikinti sahəsində olmayacağından iş icraçısına həmin işlərin hələ görülməməsini, oradan insanların hamısını çıxarımasını və orada heç kimin qalmamasını, heç kimin işləməməsini bildirdiyini, həmin işləri öz gəlişinə saxlamasını dediyini, xüsusi planla bu işi həyata keçirməyi düşündüyünü, əks halda binanın bu təsirlərdən uça biləcəyini, bundan sonra Sirab kənd orta məktəbinə gedib baş çəkdikdən sonra idarəyə qayıdanda Təqsirləndirilən şəxs ona zəng edib uçqun olduğunu bildirdiyini, xilasetmə işləri üçün əldən gələni etməyə çalışsalar da 4 nəfərin vəfat etməsinə, 1 nəfərin isə ağır yaralanmasına səbəb olduğunu, həmin məktəb binasının 1983-1984-cü illərdə tikildiyini, binanın əsaslı təmir olunması və əlavə korpusların artırılmalısının planlaşdırıldığını, layihə əsasında əlavə korpusların artırılmalı olduğunu, binanın özündə əlavə arakəsmələrin tikilib siniflərin düzəldilməli olduğunu, özünün 1984-cü ildən tikinti sahəsində işlədiyini, binanın dayanıqlı olub-olmamasına işə başlamazdan baxılıb qərar verildiyini, binaya üzdən baxanda da keyfiyyətli olmadığının, tikinti materialları düzgün işlənmədiyinin, kolonlar olmaqdığının, binada divarları bir-birinə bağlayan atmaların olmadığının göründüyünü, Təqsirləndirilən şəxs məktəbin daxilindəki silkələnmələr barədə ona heç nə demədiyini, belə ki, oradan da pis vəziyyətdə olan binaları düzəldib təhvil verdiklərini, uçmanın səbəbinin panellərin düşməsi olduğunu, panellərin 2-3 sm olmaqla bir birinin üzərində yerləşdiyini, bunun da ilkin tikinti aparılan zamankı nəzarətsizlikdən olduğunu, divarlar qaçırıldığı üçün panellərin tam oturmadığını, binanı lepkalar saxladığını, onları çapıb götürdükdən sonra panellərin altının boşaldığını və bir panelin düşməsi ilə hamısının ardıcıl birbirinin üzərinə düşüb ümumi uçquna səbəb olduğunu, lepkaların uçqundan 1 həftə qabaq qırıldığını, fəhlələrin isə oranı təmzilədiklərini, istifadə etdikləri hiltilərin balaca olduğunu, çöldə isə böyük hiltilərlə işlədiklərini, digər tərəfdə qapı və pəncərə yerlərinin açıldığını, uçan korpusda belə bir iş görülmədiyini, divarların 5 sm qaçırıldığını görməyin lepkalar sökülmədən mümkün olmadığını, işlərin qapalı siniflərdə getdiyini, oradan heç nə sökmədiklərini, buna görə də ayaqaltıların və ya möhkəm bağlanmış dəmir konstruksiyaların qurulmadığını, qapı-pəncərə açılan yerlərə əvvəlcədən dayaq verir, panelləri dayaqların üzərinə oturdub divardan ayırır, panelləri yerinə qoyub bərkidib dayaqları götürdüklərini, uçan tərəfdə isə heç nə sökülmədiyi üçün dayaqlardan istfadə olunmadığını, əgər bina uçmasaydı yerindən çıxan paneli suvaqla bərkitməyi planladıqlarını, panellərdən birinin düşüb digərlərinin də buna uyğun şaquli istiqamətdə üst-üstə düşüb qırıldıqlarını, orada təhlükəsizlik qaydalarına əməl edildiyini, fəhlələrin kaska və əlcəklərinin yerində olduğunu, binanın uçmasının onun keyfiyyətsiz olmasının səbəb olduğunu, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən binaya baxış keçirildikdən sonra layihə FHN-ə təqdim olunmadan hazırlanıb rəhbərliyə təqdim edilir və icra olunması üçün yerlərdəki idarələrə verildiyini və onun tikintini icra edən idarənin rəhbəri olaraq buna müdaxilə etmək səlahiyyətinin olmadığını, binanın üz suvaq qatı söküldükdən sonra Tikinti Komitəsinin üzvlərinin gəlib həmin binanın yaxşı vəziyyətdə olmadığını gördüklərini, bunun onlara xüsusi olaraq deyilməsinə gərək olmadığını, əvvəllər təhlükəsizlik barədə rəhbərliyə müraciət etdikdə ona cəza verildiyini, Təqsirləndirilən şəxs ona nəsə deməsinə ehtiyac olmadığını, binanın keyfiyyətsiz olduğunu gördüyünü, binanın panellərinin yan-yana qoyularaq inşa edildiyini, halbuki panellərin bir-birindən aralı qoyulmalı və arasına dəmir qoyulub beton tökülməli olduğunu, binanın uçacağını təxmin edə bilməyəcəyini, mühəndis axtarış işlərini sirafişçinin həyata keçirməli olduğunu, sifarişçinin layihəni hazırlayıb təsdiq edib onlara verdiyini və buna müdaxilə etmək səlahiyyətinin olmadığını, təhlükəsizlik məsələlərinə iş icraçısının nəzarət etdiyini, tikinti zamanı ayaqaltılardan istifadə olunmadığını, orada heç bir ayaqaltının quraşdırılmadığını, çünki ayaqaltının suvaq vurulması, daş qoyulması və hörgü üçün istifadə olunduğunu, təhlükəsizlik ləvazimatlarının hamısının yerində olduğunu, təhlükəsizlik təlimatı ilə tanış olmalarına dair kitaba Süleymanov Qadir və Rüstəmov Asəfin yerinə kimin imza etdiyini bilmədiyini, bu məsələlərlə müavin Rizvan Abbasovun maraqlandığını bildirmişdir. Şahid4 ifadəsində Babək Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin rəisi vəzifəsində çalışdığını, rayon ərazisində aparılan tikililərin layihələrinə nəzarət etdiyini, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsindən rayonda aparılan tikintisinə icazə tələb olunan tikililərlə bağlı müraciətin edilməsinə baxmayaraq Nehrəm qəsbəsində yeni məktəb binasının tikintisi ilə bağlı müraciətin daxil olmadığını, çünki Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifariş edilən tikililərin özlərinin nəzarətində olduğunu və rəyləri müvafiq qurumlardan özlərinin alıb sənədləşdirmə işlərini apardıqlarını, tikinti və yenidənqurmaya sifarişi verən də, razılaşdıran da Komitənin özünün olduğunu, Babək Rayon İcra Hakimiyyətinə müraciət olunmadığından Fövqəladə Hallar Nazirliyini tikiləcək və ya yenidən qurulacaq məktəb binası ilə bağlı müayinələrin aparılması üçün dəvət etmədiklərini, belə ki, onlara da tikintinin planlaşdırılması barədə məlumat verilmədiyini, ümumiyyətlə həmin binada tikinti, söküntü və ya yenidənqurma ilə bağlı hansı işin getdiyi barədə məlumatı olmadığını, tikinti sahəsinə hadisədən sonra baş çəkdiklərini, vizual olaraq həmin binanın dayanıqsız vəziyyətdə olmasının müşahidə edildiyini, istismar müddətinin başa çatdığını, hörgülər arasındakı suvaq qatından, armaturların quruluşundan, kolonlardan binanın istismar müddətinin bitdiyinin aydın göründüyünü, yenidənqurma işlərinin planlaşdırılmasının Şəhərsalma və Tikinti məcəlləsi ilə tənzimləndiyini, tiktintisinə icazə tələb olunan və olunmayan obyektlər olduğunu, icazə tələb olunan obyketlərin tikintisi üçün qanunverciliyin tələblərinə uyğun olaraq birinci növbədə Şəhərsalma və Arxitektura Komitəsinin razılaşdırılmış rəyinin olması, rəy verildikdən sonra qanuna uyğun olaraq ekologiya, gigiyena, fövqəladə hallar və yanğın təhlükəsizliyi ilə bağlı müvafiq rəylər alınmalı olduğunu, əgər ekspertiza tələb olunarsa ekspertizadan cavab gözlənilməli olduğunu, bunların hamısının sifarişçi tərəfindən həyata keçirilməli olduğunu, bütün rəylər toplandıqdan sonra sirafişçiyə xüsusi nişan və tikintiyə icazənin yeri icra hakimiyyəti orqanı tərəfindən verilməli olduğunu, yenidənqurma işlərinin də eyni qaydada həyata keçirildiyini, layihənin yükdaşıyıcı divarlara təsir, arakəsmələrlə görülməli işlər, qabarit ölçülərdə dəyişikliklər və s. məsələlər baxımından araşdırılmasının vacib olduğunu, bunların ancaq yenidən qurulan binalara yerində baxış keçirilməklə ekspertizalarının aparılması nəticəsində mümkün ola biləcəyini, Babək rayonu ərazisində Arxitektura Komitəsinin gördüyü işlərlə bağlı sözügedən qaydalardan kənaraçıxmaların ola biləcəyinə dair rəhbərlik arasında şifahi şəkildə razılaşma ehtimalının olduğunu, lakin bu barədə ona məlumat verilmədiyini, sıravi vətəndaşların tikinti ilə bağlı müraciətlərinə qanuna müvafiq baxıldığını, Nehrəmdə məktəb binasının tikintisi ilə bağlı həmin tikintiyə xüsusi nişan və ya icazə verilmədiyini, artıq bu ildən etibarən Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə sifarişçi olmadığını, tikintisinə icazə tələb olunan tikililərin podratçı şirkətlər tərəfindən qanuna müvafiq olaraq tikintisinin planlaşdırıldığını, uçan məktəb binasının layihəsinin Babək Rayon İcra Hakimiyyətinə təqdim olunmadığını, tikintilərin dayandırılması barədə qərarın FHN tərəfindən verildiyini və bu barədə yerli icra hakimiyyəti orqanlarına məlumat verildiyini bildirmişdir. Şahid6 Zeynalabdin oğlu ifadəsində hadisə baş verən vaxt Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihə smeta qrupunun rəisi vəzifəsində işlədiyini, 19 ildir layihə smeta qrupunun rəisi vəzifəsində çalışdığını, hər il dekabr ayında növbəti il tikiləcək olan binalarla bağlı verilən tapşırıqlar əsasında istər təzə tikilən, istərsə də yenidənqurma işləri aparılacaq binaların ölçülərini götürüb layihələr hazırladıqlarını, verilən göstəriş əsasında hərəkət etdiyini, 2021-ci ilin dekabr ayında Nehrəm məktəbinə Komitə sədrinin iştirakı ilə baxış keçirib daha sonra binaya işçilərlə birlikdə baxış keçirib ölçüləri götürdüklərini, binada heç bir qəza vəziyyətinin qeydə alınmadığını, təhlükəli vəziyyət görəndə binanın təmirə yararsız olduğuna dair məruzə hazırladıqlarını, lakin həmin binada heç bir problem aşkar etmədiklərini, buna görə də layihəni hazırlayıb Komitə sədrinə təqdim etdiklərini, tələbatı ödəmədiyinə görə məktəb binasının əlavə olaraq arxa hissəsində 2 ədəd korpus tikilməsinin planlaşdırıldığını, yenidən qurulmasına dair layihə tərtib etdikləri məktəb binasının 1987-ci ildə tikildiyini, bütün məktəblər üçün eyni standart layihənin verildiyini, keçmiş komitə sədri Hicran Rüstəmovun layihənin həyata keçirilməsini rəhbərlik etdiyi layihə qrupuna tapşırdığını, beləliklə məktəb binasının Sifarişçi və layihəçisinin Komitə olduğunu, həyətdə əlavə korpus tikiləcəyi üçün həm çölün, həm də binanın daxilində ölçüləri götürdüklərini, işə başlandıqdan sonra binaya gedib baxmadıqlarını, yenidən qurmanın mümkün olmasına dair layihənin verilməsi üçün binaya visual olaraq baxdıqlarını, növbəti illərin layihələri üçün baxış əksərən yanvar-fevral ayları aparılıb, martda isə işə başlandığını, məktəb binasının 80-ci illərin binası olmasını bina uçduqdan sonra öyrəndiklərini, baxış keçirərkən binanin üstü rənglənmiş vəziyyətdə olduğundan divarların və kolonların hansı vəziyyətdə olmasının araşdırılmadığını, montajı təmziləyib panel və divarların üstünə baxmadıqlarını, üzdən baxıb keçdiklərini, belə ki, layihə qrupunun tərkibində cəmi 3 nəfər olmaqla Muxtar Respublikanın bütün ərazisində olan tikililərə layihə verdiklərini, komitənin sədri Hicran Rüstəmovun isə layihəyə baxıb müsbət rəy verdiyini, hadisədən sonra oraya getmədiklərini, tikintinin layihəyə uyğun aparılıb-aparılmamasının müəyyən olunmasına komitə sədri icazə verdiyi hallarda gedib baxdıqlarını, layihə əvvəlcədən FHN-ə təqdim olunmalı olduğu halda layihəni aprel ayında hadisə baş verdikdən sonra onlara təqdim etdiyini, işlər çox olduğundan çatdırıb verə bilmədiklərini bildirmişdir. Şahid7 iş başladığı 02 mart 2022-ci il tarixindən məktəb binasının tikintisində fəhlə işlədiyini, hadisədən 10 dəq əvvəl Təqsirləndirilən şəxs onu çağırdığını, qapıdan çölə çıxanda binanın uçduğunu, hadisədən əvvəl 1-ci mərtəbədə Namiq adlı fəhlə ilə təmzilik işləri gördüklərini, üzlənmə və qaşıma işini görmədiyini, binanın necə uçmasını görmədiyini, həmin gün binada ancaq təmizləmə işi getdiyini, işə başlayanda təhlükəsizlik təlimatına imza etdiyini, lakin məzmunu ilə tanış olmadığını, hadisə gününə binada qapı-pəncərə yerlərinin hörülməsi, üzlüyün qaşınması və zibilin təmzilənməsi işinin həyata keçirildiyini, işləyərkən kaska, əlcək və s. olsa da hər kəsin öz istəyinə görə onlardan istifadə edib-etmədiyini, daha əvvəl binada silkələnmə və yırğalanma hiss etmədiyini, binada həmin günə qədər ayaqaltı və dəmir kontruksiyaların yığılmadığını bildirmişdir. Şahid9 ifadəsində 02 mart 2022-ci il tarixindən məktəb binasının tikintisində fəhlə işlədiyini, hadisə baş verməmişdən 2 gün qabaqdan paduqaları söküb divarları gəcə çıxardığını, hadisə baş verəndə 1-ci mərtəbədə olduğunu, 2-3 kubikin düşdüyünü görəndə uçqunu hiss edib qaçın deyə qışqırdığını, uçan tərəfdə kimlərin işlədiyini xatırlamadığını, toz çəkildikdən sonra axtarışa başlanıldığını, hamıya forma və kaska ayrılıdığını, lakin özünün istifadə etmədiyini, buna görə Təqsirləndirilən şəxs ona söz demədiyini, gəci böyük hilti ilə çıxardıqlarını, lakin heç bir dəmir konstruksiya və ya ayaqaltının bərkidilmədiyini, təhlükəsizliklə bağlı təlimatlandırmanın işə başlayanda kitaba imza etməklə yekunlaşdığını, onlara bununla bağlı heç bir təli keçilmədiyini, binada ayaqaltı və ya möhkəm bağlanmış dəmir konstruksiyaların quraşdırılmadığını bildirmişdir. Şahid8 ifadəsində binanın damının üstündə işləyib tor saldığını, orada 3 nəfər olduqlarını, onların mərhum Qadir Süleymanov və hadisə nəticəsində yaralanan Zərərçəkmiş şəxs olduqlarını, paneli təmziləyib zibili torbaya yığıb tor salıb üzərini qumladıqlarını, uçqun baş verdiyi hissə ilə onun arasında 20 metrə yaxın məsafə olduğunu, Zərərçəkmiş şəxs Qadir Süleymanovun isı uçan hissədə olduqlarını, binanı hilti ilə qaşıyanda divarlardan sement əvəzinə qum töküldüyünü, Təqsirləndirilən şəxs hadisə vaxt oralarda olduğunu, təlimatlandırma ilə bağlı Rizvan Abbasov adlı şəxsin onlara təlim keçmədiyini, binanın vəziyyəti ilə bağlı kiməsə nəsə demədiyini, hamı kimi işini gördüyünü, işə girəndə təhlükəsizliklə bağlı təlimatla tanış olduğuna dair kitaba imza atdığını, amma orada nə yazıldığını oxumadığını, hadisə vaxtı kaskanı çox az şəxsin könüllü taxdığını, Təqsirləndirilən şəxs da fəhlələri buna məcbur etmədiyini, ağır olmaqla işi ləngitidiyini, amma hamısının fəhlə geyimində olduğunu, binada ayaqaltı və ya möhkəm bağlanmış dəmir konstruksiyaların quraşdırılmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri H.Y.Rüstəmov tərəfindən verilmiş 13 mart 2017-ci il tarixli əmrdən belə məlum olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin iş icraçısı vəzifəsi yeni ştat cədvəlinə müvafiq olaraq ixtisar edildiyindən Təqsirləndirilən şəxs 13 mart 2017-ci il tarixdən həmin idarənin anbar müdiri vəzifəsinə keçirilmiş, onunla 22 fevral 2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin rəisi Şahid1 02 fevral 2022-ci il tarixli, 11 nömrəli əmri ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin Anbar müdiri Təqsirləndirilən şəxs iç icraçısı səlahiyyətləri verilməklə, maddi məsul şəxs qismində olmaqla həmin tarixdən tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik işləri ona həvalə edilmişdir. Cinayət işinin materiallarından belə məlum olur ki, 25 fevral 2022-ci il tarixdə X10, 15 fevral 2022-ci il tarixdə X7, 25 fevral 2022-ci il tarixdə X15, 02 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs, 15 mart 2022-ci il tarixdə X16 ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin rəisi Şahid1 arasında əmək müqavilələri bağlanmışdır. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon İdarəsinin rəisi tərəfindən 06 yanvar 2014-cü il tarixdə təsdiq edilmiş “İş icraçısının vəzifə təlimatın”da iş icraçısının sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək, tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlər, texnoloji və əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək, sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək, fəhlələri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış edilməsini, bilavasitə iş yerlərində onların təlimatlandırılması, texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltı, qoruyucu qurğu, bünövrə çalaları və xəndək divarları bərkitmələri, dayaq konduktor və digər qurğuların) və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadəsini təmin etmək, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazı və plakatlarla təmin etmək, hər gün işə başlamazdan əvvəl təhlükəsizlik texnikasının vəziyyətini yoxlayıb aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər gömək, əməyin mühafizəsi və təhlükəsizlik texnikasını bilmək kimi vəzifələrinin olduğu qeyd edilmiş və 02 fevral 2022-ci il tarixdə iş icraçısı təyin edilmiş Təqsirləndirilən şəxs həmin gün imza etməklə təlimatla tanış olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 167 nömrəli xətsünaslıq ekspertizasının rəyi ilə ekspertizaya təqdim olunmuş 05 yanvar 2022-ci il tarixli, 51 vərəqdən ibarət olan “İşçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmalarının qeydiyyatı və uçotu Jurnalı”nda təlimat alanın imzasının X7, Zərərçəkmiş şəxs, X16 tərəfindən icra olunduğu, lakin həmin jurnaldakı təlimat alanın imzasının X10 və X15 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu nəticəsinə gəlinmişdir. 02 mart 2023-cü il tarixdə iş üzrə kompleks məhkəmə-təhlükəsizlik texnikası ekspertizası və əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 08 may 2023cü il tarixli, 10/1521 nömrəli ekspert rəyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin 07 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Babək rayonu, Nehrəm qəsəbəsi 3 nömrəli tam orta məktəb binasının bir hissəsinin uçmasına səbəbin, onun əsas istismar göstəricilərinin zamanla texniki tələblər səviyyəsindən tədricən azalması (yəni aşınmalara məruz qalması), həmçinin binanın tikintisi uzun müddət yarımçıq qaldığı üçün təbii amillərin təsirinə daha tez məruz qalması və tikinti materiallarının öz keyfiyyətini itirməsi ucbatından binanın texniki və bununla bağlı istismar göstəricilərinin də tələblərə cavab verməməsi (binanın mənəvi və fiziki köhnəlməsi) olduğu, məktəb binasının təmiri və yenidənqurulması üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı söküntü işlərinin həyata keçirilməsinin ilkin olaraq X12 Ordusuna məxsus şəxsi heyət tərəfindən aparıldığı, şəxsi heyət tərəfindən binanın dam örtüyü, qapı və pəncərələri, travertin və taxta döşəməsi, eləcə də binanın daxili kommunikasiya xətlərinin sökülüb aparıldığı, ondan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Tikinti Quraşdırma İdarəsi tərəfindən Layihəçinin hazırladığı və Sifarişçinin ona təqdim etdiyi eskiz layihə əsasında binada yenidənqurma işlərinə başlanıldığı, məktəb binasına bitişik yeni korpusun tikintisinə Layihəçinin yəni Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə Smeta Qrupu tərəfindən işlənmiş eskiz layihəyə uyğun olaraq Podratçı yəni Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Tikinti Quraşdırma İdarəsi tərəfindən başlanılaraq həmin korpusun tikintisi üçün (bünövrənin qoyulması üçün taxta qəlib işləri) işlərinin aparıldığını, podratçı tərəfindən görülən işlərin eskiz layihə əsasında yerinə yetirildiyini, Naxçıvan Muxtar Respublikası Babək rayon, Nehrəm qəsəbəsində yerləşən 3 № li tam orta məktəb binasında söküntü işlərinin təhlükəsiz aparılması üçün, həmin işlərin görülmə ardıcıllığı düzgün seçilməklə əvvəlki əməliyyat yerinə yetirilərkən sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görülmədiyinə, həmçinin tikilinin sökülməsi işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsi, konkret halda sökmə işinin aparılmasına cəlb edilmiş işçilərin həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ- 4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 12.23 bəndlərinin və “İş İcraçısının Vəzifə Təlimatı”nın 1-ci, 2-ci abzaslarının tələbləri pozulduğunu, bunun da baş vermiş hadisənin texniki səbəbi olduğu, Naxçıvan Muxtar Respublikası Babək rayon, Nehrəm qəsəbəsində yerləşən 3 № li tam orta məktəb binasında söküntü işlərinin aparılması zamanı həmin işşlərin görülmə ardıcıllığı düzgün seçilməklə, əvvəlki əməliyyat yerinə yetirilərkən sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görmədiyinə, həmçinin tikilinin sökülməsi işlərinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsini konkret halda sökmə işinin aparılmasına cəlb edilmiş işçilərin həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 1-ci, 2-ci abzaslarının və “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 12.23cü bəndlərinin tələblərinin müvafiq əmrə əsasən həmin söküntü işlərinin görülməsi zamanı tikinti sahəsində əməyin mühafizəsi və texniki-təhlükəsizlik işləri həvalə edilmiş iş icraçısı vəzifəsini icra edən Təqsirləndirilən şəxs tərəfindən pozulduğu göstərilmişdir. Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda sözügedən maddə üzrə cinayət tərkibi yaranır. Obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: 1) Yuxarıda qeyd olunan xüsusi subyektlər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalı; 2) Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmasına və ya ölümünə səbəb olmalı; 3) Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nəticə - ölüm arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyasında əməlin obyektiv cəhətini müəyyənləşdirərkən, əməyin mühafizəsinin məhz hansı norma və qaydalarının pozulması aydınlaşdırılmalı, eyni zamanda əmək mühafizəsi qaydalarının pozulmasında və ictimai təhlükəli nəticələrin baş verməsində zərərçəkmiş şəxsin özünün rolu da aydınlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin qaydaların pozulması “kompleks məhkəmə-təhlükəsizlik texnikası ekspertizası və əlavə məhkəmə tikinti-texniki ekspertizası”nın rəyi ilə müəyyən edilmiş və rəydə göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Babək rayon, Nehrəm qəsəbəsində yerləşən 3 № li tam orta məktəb binasında söküntü işlərinin təhlükəsiz aparılması üçün, həmin işlərin görülmə ardıcıllığı düzgün seçilməklə əvvəlki əməliyyat yerinə yetirilərkən sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görülmədiyinə, həmçinin tikilinin sökülməsi işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsi, konkret halda sökmə işinin aparılmasına cəlb edilmiş işçilərin həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ- 4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 12.23 bəndlərinin və “İş İcraçısının Vəzifə Təlimatı”nın 1-ci, 2-ci abzaslarının tələbləri pozulduğunu, bunun da baş vermiş hadisənin texniki səbəbi olduğu, müvafiq əmrə əsasən həmin söküntü işlərinin görülməsi zamanı tikinti sahəsində əməyin mühafizəsi və texniki-təhlükəsizlik işləri həvalə edilmiş iş icraçısı vəzifəsini icra edən Təqsirləndirilən şəxs tərəfindən pozulduğu göstərilmişdir. Eyni zamanda məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 31 mart 2022-ci il tarixli, 15, 16, 17 və 18 saylı məhkəmə-tibbi ekspertizası rəylərində X15, X7, X10 və X6 bədənində əmələ gəkmiş xəsarətlərin uçqun nəticəsində əmələ gələn dağıntıların təsirindən yaranmağa xarakterik olduğu, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid olduğu və həmin şəxslərin ölümü ilə nəticələndiyi göstərilmişdir. 06 aprel 2022-ci il tarixli 41 saylı məhkəmə-tibbi ekspertizasının rəyində xəsarət almış Zərərçəkmiş şəxs bədən səthində əmələ gəlmiş xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də xəsarətlərin uçqun nəticəsində əmələ gələn dağıntıların təsirindən yaranmağa xarakterik olduğu, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid olduğu göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulmasının X15, X7, X16 və X2 ölümünə və Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olduğu öz təsdiqini tapmışdır. Şəxsin təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin hüquqi varisləri və şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Şəxsin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən şəxsin əməlində CM-in 59.1 və 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə aralarında barışıq əldə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri və zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi yazılı ərizədə və məhkəmə iclasında verdiyi izahatlarında təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını və aralarında barışıq əldə olunduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, şəxsin barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının (bundan sonra – “Plenum qərarı”) 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar yoxdur. Eyni zamanda məhkəmə CM-in 59.2-ci maddələrinə əsasən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olması, Vətən müharibəsi zamanı şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş X8 atası olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və şəxsiyyətini xarakterizə edən halları yüngülləşdirici hal kimi nəzərə alaraq belə hesab edir ki, şəxsin barəsində 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədini təmin edir. Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə təqsirləndirilən şəxsə 01 (bir) il müddətinə əlavə cəza – müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu və məhkumun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməklə onun barəsində 03 (üç) il sınaq müddəti müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Babək rayonu ərazisində yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına müdafiəçisi təyin olunmuş, məhkəmənin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə, ona təyin olunmuş 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti və əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya bölməsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan kompleks məhkəmə təhlükəsizlik texnikası ekspertizası və əlavə məhkəmə-tikinti texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 200 (iki) yüz manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 366 (üç yüz altmış altı) manat pul tutulub Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-6/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-6/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver