Məhkəmə qərarları › İş №1(079)-7/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-7/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-7/2023 12.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəis əvəzi kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Şərur rayonu, Qarabağlar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşaq atası, ota təhsilli, məhkumluğu olmayan, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmə haqqında itizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə sааt 1740-da məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “22” iyun 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək olan müddət ərzində icarə əsasında işlətdiyi Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” motel adı altında fəaliyyət göstərən obyektdə cinsi əlaqədə olmaları üçün obyektin həyətindəki kotejləri həmin məqsədlər üçün istifadəyə yararlı vəziyyətə gətirmiş və cinsi əlaqədə olmaqları üçün şərait yaratmış, 13 mart 2023-cü il tarixdə saat 12 radələrində Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədilə Naxçıvan şəhər sakinləri Şahid7 şəxsiyyəti istintaqa məlum olmayan qadınla, Şahid4 şəxsiyyəti istintaqa məlum olmayan qadınla, Şahid2 Şahid8 ilə kotejlərdən istifadə etdiklərinə görə hər birindən 50 manat pul alaraq fahişəliklə məşğul olmaqları üçün əxlaqsız yuva təşkil etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü tam təqsirli bildiyini, 2018-ci ildən ailə qurana kimi “Nəqşicahan” moteldə qeydiyyatçı işlədiyini, ailə qurduqdan sonra işdən çıxdığını, X2 təxminən 1 ildən artıqdır tanıdığını, onun Babək rayonu, Şəkərabad kəndində yerləşən “Nəqşicahan” əmlak kompleksinin mülkiyyətçi olduğunu, təqribən bir il yarım olar ki, oraya sahiblik etdiyini, Vüqar Səfərovun həmin okyekti almasından sonra ona zəng edərək əvvələr orada işlədiyini və hazırda işləyib-işləməmək istədiyini soruşduqlarını, yəni ona orada işləmək təklif etdiyini, işlədiyi yerdə bir gün üçün 13 manat aldığını, Vüqar Səfərovun isə ona günlük 20 manat təşkil etdiyindən həmin motelə qeydiyyatçı kimi işləməyə başladığını, daha sonra mülkiyyətçinin “Nəqşicahan” əmlak kompleksini icarəyə vermək qərarına gəldiyini və bunu ona dediyini, Vüqar Səfərova “Nəqşicahan” obyektini ona icarəyə verməsini xahiş etdiyini, X5 ilə bununla bağlı razılaşdığını, 01 fevral 2023-cü il tarixdə aralarında icarə müqaviləsi bağladıqlarını, icarə müqaviləsinə uyğun olaraq ona aylıq 2000 manat icarə haqqı ödədiyni, “Nəqşicahan” obyektində 9 otaq və həyətdə olan 6 ədəd kupeləri təmir etdirmiş vəziyyətdə olduğunu, “oranın motel kimi qeydiyyatdan keçməməsindən məlumatsız olduğunu, 01 fevral 2023-cü il tarixdən “Nəqşicahan” obyektinin 9 otağını və həyətində yerləşən 6 ədəd kupelərini 50-100 manat arasında icarəyə verməyə başladığını, obyektdə resepsion kimi dayısı oğlu Şahid3 Müşfiq oğlunu işə götürdüyünü, axşam sat yeddiyə qədər onun işlədiyini, gecələr isə özünün qeydiyyatçı kimi işlədiyini, Toğrula otaqlara və kupelərə hər gün gəlib istirahət edən şəxslərin qeydiyyatını verdiyi dəftərdə aparmasını, otaqlara və kupelərə sifariş olunduqda içki və yemək verilmsini tapşırdığını, Şahid3 da onun göstərişi əsasında işlədiyini, onun gününə 15 manat pul verdiyini, orada olan otaqlarda istirahət etmək üçün hər cür insan gəldiyini, yəni türk, iranlı, Bakı şəhərindən qonaqlar, ailələr, ayrıca qadın və kişinin gəldiyini, orada Sədaqət və Lamiyyə adlı iki xadimə işlədiyini və onların bir günü üçün 10-12 manat pul verdiyini, icarəyə götütüb işlətdiyi həmin obyektə olan otaqlarda və kupelərdə fahişələrlə kişilərin cinsi münasibətdə olması üçün pul qarşılığında görüşməsini təşkil etdiyini, yəni onlara otaq verib pul aldığını, hər görüş üçün görüşə gələn şəxslərdən kotej haqqı 50-100 manat arası görüş pulu aldığını, məbləğin otağın böyülküyünə və şəraitinə görə dəyişdiyini, çox vaxt birinci kişələrin gəldiyini, sonra isə onun ardınca qadınların kotejlərə gəldiyini, obyektin otaqlarına və kupelərinə gələn müştərilərə qoruyucu vasitələr təşkil etmədiyini, gələn müştərilər ola bilsin ki, özləri ilə prezervatif gətirdiklərini, icarə əsasında işlətdiyi otaqlara və kupelərə cinsi əlaqədə olmaq üçün gələn fahişələrdən ad olaraq həmin qadınlardan kimisə dəqiq tanımadığını, Gülnarı orada ilk dəfə gördüyünü, gələn müştərilərə qız təklif etmədiyini, iranlı müştərilərın əksəriyyətini culfalı taksi sürücülərinin gətirdiyini, gündəlik ***-**** manat arası qazanc əldə etdiklərini, buna xərclərin daxil olmadığını, otaqların həmişə cinsi əlaqədə olmaq üçün verilmədiyini, orada ailələrin və xarici qonaqların da qaldığını, istintaq orqanı tərəfindən maddi sübut kimi götürülmüş dəftərdə qeyd edilən məlumatların qarışıq olduğunu, yəni otaqların yalnız cinsi əlaqə ilə bağlı kirayə verilməsi zamanı qeyd aparılmadığını, bu qeydiyyatdın hər zaman aparıldığını, yəni ailələrə, xarici vətəndaşlara verilərkən də dəftərdə qeydiyyat aparıldığını, maddi sübut kimi götürülmüş qoruyucu rezinlərin kimə məxsus olduğunu bilmədiyini və etdiyi əməldən peşman olduğunu qeyd etmişdi. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu və bir də belə əməlin təkrar olunmayacağını bildirmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” əmlak kompleksində adlı əxlaqsızlıq yuvaları saxlama əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “Nəqşicahan” motelinə təqribən 2022-ci ildə də qanınla cinsi əlaqə olmaq üçün getdiyini, orada qadınla əlaqədə olduğunu, amma vaxtını dəqiq xatırlamadığını, bu səbəbdən də orada belə xidmətin olmasından məlumatlı olduğunu, bu ildə oraya qadınla cinsi əlaqə olmaq üçün getdiyini, 70 manat pul verib 3 nömrəli koteji istirahət etmək üçün götürdüyünü, təqribən 30 dəqiqə sonra pul qarşılığında fahişəlik edən Gülnar adlı şəxsin kotejə gəldiyini, Gülnarın ona bir dəfə cinsi əlaqədə olmaq üçün 50 manat pul alacağını dediyini, onunla razılaşıb 50 manat pulu verdiyini, cinsi əlaqədə olduqdan təxminən 5-10 dəqiqə sonra polislərin həmin yerə gəldiyini, həmin vaxt Gülnarın bayırda olduğunu, polislərin ondan kotejdə nə iş görməyini soruşduğunu, onlara cinsi əlaqədə olmaq üçün gəldiyini dediyini, ona kotejlərə girəndə prezervativlərdən və ya başqa qoruyucu vasitələrdən istifadə etmək üçün təklif olunmadığını, lakin kupələrə sifariş əsasında yemək və içki gəldiyini bildirmişdi. Şahid8 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hazırda boşandığını, beş uşaq anası olduğunu, işsiz olduğu üçün bir ilə yaxındır ki, fahişəliklə məşğul olduğunu, az yaşlı olduğunu üçün bu işlə çox məşğul olmadığını, ayda təqribən 2-3 dəfə bununla bağlı kişilərlə görüşdüyünü, “Nəqşicahan” obyektinə əvvəllər də getdiyini, buna görə oranı tanıdığını “Cahan Gənclər” şəhərciyində gözəllik salonunda olan zaman telefon nömrəsinə tanımadığı nömrədən zəng gəldiyini, bunun sonradan Hidayət olduğunu bildiyini, telefonda danışan şəxsin ona “danışan Gülnardır?” deyə soruşduğunu, ona təsdiq cavabı verdikdən sonra ona “Nəqşicahan” obyektinin 3 nömrəli kotejində olduğunu, onunla cinsi əlaqədə olmaq üçün görüşmək istədiyini dediyini, özünün isə ona “gəlirəm” cavabı verdiyini, taksiyə minib “Nəqşicahan” obyektinin 3 nömrəli kotejinə getdiyini, kotejin içərisinə çarpayı, divan və şkaf qoyulduğunu, içəri girəndən sonra Hidayətə “50 manata bir dəfə cinsi əlaqədə olacağam” dediyini, onun da “mən də bir dəfə görüşəcəm” dediyini, əvvəlcədən ondan 50 manatı aldığını, sonra onunla cinsi əlaqədə olduğunu, bu zaman polis əməkdaşları gəldiyini və ondan bura nə üçün gəldiyini soruşduğunu, özünü isə polislərə kotejdə oğlanla cinsi əlaqədə olmaq üçün gəldiyini bildirmişdi. Şahid7 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini bir daha bildirmişdi. Şahid3 Müşfiq oğlu məhkəmədə verdiyi ifadəsində qeyd etmişdi ki, əvvəllər Türkiyə Respublikasında yaşadığını, Naxçıvana son zamanlar gəldiyini, işsiz olduğu üçün bibisinin oğlu Təqsirləndirilən şəxs ona iş tapmasını xahiş etdiyini, Təbrizin də ona “Nəqşicahan” obyektini icarəyə götürəcəyini və ona orada günü 15 manata iş verə biləcəyini dediyini, 01 fevral 2023-cü ildə həmin obyektədə resepsionçu kimi işə başladığını və günlük olaraq 15 manat pul aldığını, iş vaxtının səhər saat 10-da başladığını, axşam saat 19-da bitdiyini, işinin motelə gələn qonaqları qəbul edib, onların şəxsiyyət vəsiqəsinin surətini alıb, onlara otaqlar verməkdən, həmçinin sifariş əsasında qonaqlara içki aparmasından ibarət olduğunu, obyetdə olan otaqları kirayə verdiyi zaman bunun vaxtını və alınacaq pulun məbləğini dəftərdə qeyd etdiklərini, motelə hər cür qonaq gəldiyini, yəni orada qalmaq üçün iranlı, türk, həmçinin yerli vətəndaşların gəldiyini, bunların içərisində ailə olanın da olduğunu, tək də qonaq gəldiyini, amma onların ora hansı niyyət və səbəblə gəldiyini bilmədiyini, “Nəqşicahan” obyektinin 9 otağı və 6 kupesi olduğunu, otaqlardan 7-sinin eyni ölçüdə, ikisinin isə öyük olduğunu, otaqları 12 saatlıq otaq üçün 40 manat, 24 saatlıq 50 manat, “Nəqşicahan” obyektinin həyətində yerləşən 6 ədəd kupelərin böyük olanlarının 3 saatını 80 manat, balaca olanların isə 3 saatını 50 manata müştərilərə verdiyini, Təbrizin tapşırığı ilə gələn müştəriləri kupelərdə yerləşdiyini, motellə gələn qonaqların onun yanından gəlib otaqlara keçdiyini, lakin kotejlərə aşağıda yerləşdiyi üçün ora gələn şəxsləri elə də çox görmədiyini, kupeləri qonaqlara 50-100 manat arasında pul qarşılığında icarəyə verdiklərini, Təbrizin göstərişi ilə dəftərdə gələn müştərilərin qeydiyyatını apardığını, həmin dəftərə moteldə olan otaqların və kuplərin verildiyi bütün vaxtların və alınan pulların qeydiyyatının aparıldığını, bu ilin əvvəlində polis əməkdaşları işlədiyi ünvana gəldiyini, kupelərə baxış keçirdiklərini, baxış zamanı kupelərdə kişi və qadınların cinsi münasibətdə olmasının müəyyən edildiyini, “Nəqşicahan” obyektinə cinsi münasibətdə olmaq üçün gəlmiş müştərilərin kimlər olduğunu bilmədiyini, özünün əvvəllər burada yaşamadığını, həmçinin “Nəqşicahan” obyektində elə də uzun müddət işləmədiyini, bu səbəbdən də burada yaşayan və fahişəlikə məşğul olan şəxlərdən də məlumatsız olduğunu, Təqsirləndirilən şəxs “Nəqşicahan” obyektini tək işlətdiyini, oradakı kupelərə gələn müştərilərə prezervatif və ya başqa qoruyucu vasitələr təşkil etmədiyini, maddi sübut kimi götürülmüş qoruyucu rezinlərin kimə aid olmadığını bilmədiyini qeyd etmişdi. Şahid6 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “Nəqşicahan” obyektində olan kotejlərdə pul qarşılığında əxlaqsız yuva təşkil etməsi barədə etibarlı mənbədən məlumat daxil olduğunu, müvafiq sənədləşdirmələr aparıldıqdan sonra günorta təxminən 12 radələrində Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” obyektində əməliyyat axtarış tədbiri həyata keçirdiklərini, həmin vaxt kotejlərdə şəxsləin cinsi əlaqə olma faktlarının müəyyən edildiyini, Elməddin adlı şəxsin qadınla orta kotejdə, Hidayət adlı şəxsin isə sonuncu kotejdə qadınla birlikdə olduğunu, həmin vaxt orada dəftər, qoruyucu rezin və paketlərdə pul aşkar edib götürdüklərini bildirmişdi. Şahid5 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilənləri bildirməklə yanaşı, əməliyyat axtarış tədbiri həyata keçirilən zaman Elmədinin olduğu kortejin qapısının bağlı olmadığını, onların cinsi əlaqə olması zamanı içəri daxil olduqlarını, orada olan qadının yarıçılpaq vəziyyətdə olduğunu, həmin qadın ailəli olduğundan milli dəyərlər nəzərə alınmaqla, həmçinin şəxsi və ailə sirrinin qorunması baxımından onun istintaqının cəlb edilmədiyini bildirmişdi. Şahid4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 1724 nömrəli arayışda qeyd edilir ki, o, hazırda Türkiyə Respublikasına getmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan onun həqiqətən də 07 iyul 2023-cü ildə Sədərək DSBM-də Azərbaycan Respublikası ərazisinə çıxması müəyyən edilir. Məhkəmə, prosesdə iştirak edən şəxslərin fikrini dinləməklə yuxarıda qeyd edilən şahidin məhkəmə iclasında iştirak etməmə səbəbini üzürlü hesab edərək onun məhkəməyədək icraat zamanı verdiyi izahatları elan və tədqiq etmişdi. Şahid4 ibtidai istintaqı zamanı verdiyi ifadəsində günəmuzd fəhlə işlədiyini, 13 mart 2023-cü il tarixdə saat 11 radələrində “Nəqşicahan” restoranında pivə içdiyini, həmin vaxt bir nəfər qızın da pivə içdiyini gördüyünü, onunla danışaraq münasibət qurduğunu, sonra qıza onunla cinsi əlaqədə olmaq istədiyini dediyini, qızın da ona 50 manat pul qarşılığında onunla cinsi münasibətdə ola biləcəyini dediyini, sonra “Nəqşicahan” obyektinin 2 nömrəli kotejini 50 manat pul qarşılığında götürdüyünü, həmin qızla kotejə gedib orada onunla cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olduqdan sonra qızın kotejdən çıxıb getdiyini, hazırlaşıb kotejdən çıxıb getmək istədiyini, təxminən 10 dəqiqədən sonra polislərin gəldiyini, ondan orada nə iş görməyini soruşduqlarını, onlara səmimi olaraq cinsi əlaqədə olmaq üçün 2 nömrəli koteji 50 manata kirayə götürdüyünü bildirdiyini, “Nəqşicahan” obyektinin kotejinə ehtiyacı olduğundan gedib orada qadınlarla görüşdüyünü, cinsi əlaqədə olduğunu, ora gedib görüşdüyü qadınları tanımadığını, ümumilikdə ora 4-5 dəfə getdiyini, görüşmək üçün getdiyi zaman kotejlərdə başqa şəxslərin də qadınlarla görüşdüyünü gördüyünü, “Nəqşicahan” obyektində tanımadığı qadınlarla cinsi əlaqədə olduğunu, hər dəfə kotejdə görüşmək üçün 40, 50, 60 manat arası pul verdiyini, cinsi əlaqədə olduğu qadınlara da özü ayrıca pul verdiyini, kotejlərə girəndə prezervativlərdən və ya başqa qoruyucu vasitələrdən istifadə etmək ona təklif olunmadığını, “Nəqşicahan” obyektində sonuncu dəfə cinsi əlaqədə olduğu qadının adı, soyadı və atasının adını bilmədiyini, həmin qızı orada birinci dəfə gördüyünü bildirmişdi. Məhkəmə qeyd edir ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə dindirilən Şahid5 bildirdikləri arasında bəzi ziddiyyətli məqamlar olduğundan məhkəmə Şahid4 ifadəsi sübut kimi qəbul etməmişdi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə Azərbaycan Respublikası Cinayət Məcəllənin 244.1-ci maddəsində qeyd edilən cinayət tərkibi yaradır. Məhkəmə ilk öncə onu qeyd edir ki, bu cinayət əməlinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin olması bağlıdır. Belə ki, Azərbaycan Respublikası 31 may 1996-cı ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 4-cü sessiyasında 2 dekabr 1949-cu ildə qəbul edilmiş «İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyanın 2-ci maddəsinə görə, tərəflər, yəni Konvensiyanın iştirakçısı olan dövlətlər fahişəxana saxlayan və ya onu idarə edən və ya fahişəxananın maliyyələşdirilməsində iştirak edən və ya onu şüurlu surətdə maliyyələşdirən, binanı və ya digər yeri və ya onun bir hissəsini bunlardan üçüncü şəxslərin fahişəlik məqsədləri ilə istifadə ediləcəyini bilə-bilə icarəyə verən və ya götürən hər bir kəsi cəzalandırmağı öhdələrinə götürürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd edilən əxlaqsızlıq yuvası dedikdə, fahişəliklə məşğul olmaq üçün istifadə edilən ev, bina, mənzil, otaq və ya digər yer başa düşülür. Bu cinayət əməlinin obyektiv cəhəti fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahəsi vermədə ifadə olunur. Fahişəlik dedikdə, mükafat müqabilində, qabaqcadan mükafat barəsində razılaşmaqla müxtəlif şəxslərlə mütəmadi olaraq, yəni dəfələrlə cinsi əlaqəyə girmə başa düşülür. Beləliklə, fahişəlik üçün səciyyəvi olan əlamətlər: -cinsi əlaqəyə mükafat (adətən, pula görə) müqabilində girmə; - mükafatın məbləği barədə qabaqcadan (cinsi əlaqəyə girməzdən öncə) razılıq əldə edilməsi; - cinsi əlaqəyə eyni bir şəxslə deyil, müxtəlif şəxslərlə (müştərilərlə) girmə; - cinsi əlaqəyə mükafat müqabilində mütəmadi olaraq, yəni dəfələrlə girmədir. Mükafat müqabilində olsa da, yalnız bir dəfə cinsi əlaqəyə girmə fahişəlik kimi qiymətləndirilmir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən normada fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır: - Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. - Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. - Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi fahişəliklə məşğul olmanı təşkil etməkdən, fahişəliyə sövq etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından və digər şəxsin fahişəliyini istismar etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, əxlaqsızlıq yuvalarını təşkil etmək, onları saxlamaq və ya bu məqsədlər üçün mənzil sahələrini vermək əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin fahişəliklə məşğul olmaq üçün təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, əxlaqsızlıq yuvaları dedikdə, fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsi nəzərdə tutulur. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır. Bununla belə, göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarından 13 mart 2023-cü il tarixdə saat 12 radələrində Babək Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” əmlak kompleksində əməliyyat tədbirlərinin keçirilməsi müəyyən edilir (iş vərəqə 2-6). Cinayət işi materiallarında olan 13 mart 2023-cü il baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” əmlak kompleksinə baxış keçirməsi aydın olur. Baxış zamanı müəyyən edilmişdi ki, fahişələrlə cinsi əlaqədə olmaq üçün istifadəyə yararlı vəziyyətə gətirilərək kotej formasında əxlaqsız yuva kimi təşkil olunan 6 ədəd kupe Babək rayonu, Şəkərabad kəndində yerləşən Nəqşicahan əmlak kompleksinin həyətində yerləşir. Nəqşicahan əmlak kompleksi hasarla örtülmüşdür. Həmin hasarın darvazası, yəni küçə qapısı birbaşa olaraq Nəqşicahan əmlak kompleksinin motelinə açılır. Nəqşicahan motelin 9 otağı var. Baxış zamanı Nəqşicahan motelin icarədarı Təqsirləndirilən şəxs bildirib ki, həmin obyekti icarə əsasında işlədir, motelin üstündə əlavə olaraq aşağıdakı kupelər yerləşir. Həmin kupelərə iş üçün əhəmiyyətli olduğundan baxış keçirilmiş və baxış zamanı orada 6 ədəd kupenin olduğu, kupelərin isə təyinatına uyğun deyil, cinsi əlaqədə olmaq üçün istifadə edildiyi müəyyən edilmişdi. Baxış zamanı müəyyən edildi ki, kupelərin hər birin içərisinə yataq-çarpayı qoyulmuşdur. Həmin çarpayılardan istifadə olunduğu müşahidə edilir. Həmin kotejlərə daxil olarkən girişdə qeydiyyat stolu var. Qeydiyyat stolun baxış keçirilərkən stolun üstündə əlavə olaraq 2 ədəd qeydiyyat jurnalının olduğu müəyyən edildi. Həmin jurnallara baxış keçirilərkən jurnalların içərisində aylıq və günlük siyahı tutulduğu, həmin siyahıya uyğun olaraq qiymətlərin yazıldığı müəyyən edilir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd etmişdi ki, kotejlərə gələn müştərilər 50-100 manat arası pul verib birbaşa kotejə keçir, ondan sonra müştərilər orada görüşürlər və istənilən istirahəti edirlər. Həmin jurnallar iş üçün əhəmiyyətli olduğundan prosessual qaydada götürülmüşdü. Həmçinin təqsirləndirilən şəxs bildirib ki, müştərilərdən pul alınır və kupelərdə istirahət olunması üçün içəri göndərilir. O, alınan pulların yerini göstərək jurnallarda qeydiyyat aparıldıqdan sonra alınan pulların jurnalların götürüldüyü yerdə şkafdakı siyirməsində olduğunu bildirmişdi. Həmin hissəyə baxış keçirilən zaman müəyyən olunur ki, jurnalların yerləşdiyi şkafın sağ tərəfdində aşağı tərəfdə siyirmə var. Həmin siyirmə hal şahidlərinin iştirakı ilə çəkildi və baxış zamanı orada 1 nömrəli kupedə xx.xx.2023-cü il tarixdə 12:00-14:00 aralığı üçün icarə haqqı olaraq bir ədəd 50 manatlıq əskinaz, 2 nömrəli kupedə xx.xx.2023-cü il tarixdə 12:00-17:00 aralığı üçün icarə haqqı olaraq iki ədəd 20 və bir ədəd 10 manatlıq əskinaz, 3 nömrəli kupedə xx.xx.2023cü il tarixdə 12:50-14:48 aralığı üçün icarə haqqı olaraq bir ədəd 50 və bir ədəd 5 manatlıq əskinaz, 4 nömrəli kupedə xx.xx.2023-cü il tarixdə 12:30- 14:00 aralığı üçün icarə haqqı olaraq iki ədəd 20 və bir ədəd 10 manatlıq əskinazlardan ibarət pul olduğu müəyyən edilmiş və iş üçün əhəmiyyətli olduğundan həmin pullar prosessual qaydada götürülüb qablaşdırılmışdı. Ondan sonra kupelərə bir-bir baxış keçirilmiş, baxış zamanı 6 ədəd kupeyə çarpayı qoyulduğu və cinsi əlaqədə olmaq üçün birbaşa düzəltdiyi və o məqsədlə istifadəyə verildiyi müşahidə edilmişdi. 1 nömrəli kupeyə baxış keçirilərkən 4 ədəd cinsi əlaqədə olan zaman istifadə edilən prezervativ aşkar edilmiş və həmin prezervativlər də iş üçün əhəmiyyətli olduğundan prosessual qaydada götürülüb qablaşdırılmışdı. Həmçinin baxış zamanı kupelərə daxil olanda kupelərdə müştərilərin olduğu müəyyən edilmişdi (iş vərəqə 8-14). Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” əmlak komkpeksində olan otaqların fahişəliklə məşğul olmaq üçün maddi qazanc müqabilində verilməsi məhkəmədə dindirilmiş şahidlər Şahid2, Şahid8, Şahid7 və Şahid5 ifadələrindən və məhkəməyə maddi sübut kimi verilmiş dəftərlərdən sübuta yetirilir. Təqsirləndirilən şəxsin ifadəsindən, həmçinin yuxarıda qeyd edilən sübutların məcmusundan Təqsirləndirilən şəxs Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” əmlak kompleksində əxlaqsızlıq yuvaları saxlaması, yəni orada olan otaqları bu məqsədlə verməsi öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, cinayətinin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Cinayət işi materiallarında olan 01 fevral 2023-cü il tarixli, 3M-50 qeydiyyat nömrəli icarə müqaviləsindən Babək rayonu, Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” əmlak kompleksinin aylıq 2000 (iki min) manat icarə haqqı müqabilində X5 tərəfindən 01 fevral 2024-cü il tarixədək Təqsirləndirilən şəxs icarəyə verilməsi müəyyən edilir. Bu qeyd edilənlərdən cinayətin subyekt tərkibinin olması da öz təsdiqini tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 244.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas bilavasitə obyekti ictimai mənəviyyatdır. Cinayətin predmeti qismində fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını və himayəsində azyaşlı uşağın yaşamasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 12 iyun 2023-cü il tarixli tələbnaməsindən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 104); - təqsirləndirilən şəxsin ibridai istintaq zamanı və məhkəmədə verdiyi ifadəsindən onun törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, həmçinin məhkəməyə təqdim edilmiş Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2020ci il tarixli, AZ-İİ seriyalı, 156891 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və Kəngərli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, AZ-İV seriyalı, 631776 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Təqsirləndirilən şəxs X3 ilə nikaha daxil olması və birgə nikahlarından 22 dekabr 2021-ci il təvəllüdlü Abdullazadə Tunar adlı uşağın olmaması aydın olur. Yuxarıda qeyd edilən yüngülləşdirici halları birlikdə nəzərə alan və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi, bununla əlaqədar ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsinin tövsiyyə edilməsinə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası tətbiq edilməlidir. Çünki yuxarıda göstərildiyi kimi cinayət qanunvericiliyi cəza təyin edərkən onun təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini də nəzərə alınmasını müəyyən edir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı, yəni bir yaş yeddi aylıq övladı var. Həmçinin Təqsirləndirilən şəxs gəncdir, ilk dəfə cinayət törədir və onun əməlində məsuliyyəti ağırlaşdıran hallar mövcud deyil, hazırda ona törədilməsi sübut edilən cinayət əməlinin törətməsinin müddəti də elə uzun dövrü əhatə etmir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin tələbinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur (44.1 və 44.2-ci maddələr). Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatdan görünür ki, o, törədilməsi istinad edilən cinayətkar fəaliyyətlə məşğul olması nəticəsində gündəlik ***-**** manat məbləğində qazanc əldə edirmiş. Bundan başqa cinayət qanunvericiliyindən də görünür ki, cəzanın əsas məqsədlərindən biri məhkumun islah edilməsidir. Qeyd edilən halları nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib və ona 3200 (üç min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cərimə cəzasının icra olunduğu yer və orqana gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə görə isə əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Cinayət işi materiallarında isə təqsirləndirilən şəxsin ünvan 1 ünvanında yaşaması müəyyən edilir. Bu səbəbdən də hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Sözü gedən Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından 4 ədəd zərfin içərisində olan 255 (iki yüz əlli beş) manat pulun saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsinə, maddi sübut kimi götürülmüş iki ədəd dəftər, bir ədəd zərfin içərisində olan 4 ədəd prezervatifin isə məhkəməyə təhvil verilməsi müəyyən edilir (iş vərəqə 119-120, 132). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.2 və 132.1.6cı maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir), maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İşin araşdırılmış hallarından aydın olur ki, cinayətin baş verdiyi yerə baxış zamanı götürülmüş dörd ədəd qoruyucunun (prezervatifin) sahibi müəyyən edilmir və onların dəyərli əşya olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməyib. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, onlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş iki ədəd dəftər isə cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərilmişdi. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin Məcəllənin 99-1.1 və 99-1.2-ci maddələrinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işinə baxılması zamanı Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsinə təhvil verilmiş 04 ədəd zərfdə saxlanılan 255 (iki yüz əlli beş) manat miqdarında pul məbləğinin Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlini törətməsi nəticəsində qazanc kimi əldə edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci və Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrinin tələblərini əsas götürməklə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsində saxlanılan 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilməli və əvəzsiz dövlət nəfinə alınmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3200 (üç min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Naxçıvan Şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd zərfdə qablaşdırılan dörd ədəd qoruyucu (prezervatif) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iki ədəd dəftər cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılsın. “22” iyun 2023-cü il tarixli, 01 nömrəli memorial order əsasında Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsində 04 (dörd) ədəd zərfdə qablaşdırılaraq saxlanılan 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar