Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-8/2023 08.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2007-ci ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, Babək rayonu, Yarımca kəndində qeydiyyatda olan və yaşayan, Babək rayon Yarımca kənd orta məktəbinin 10-cu sinif şagirdi, məhkumluğu olmayan, 10 iyun 2023-cü il tarixli qərarla barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinin icraatına 25 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 15:30-da qohumu Şahid5 Babək Rayon Yarımca kəndindəki evinə giriş qapısının açıq olmasından istifadə etməklə qanunsuz daxil olub yataq otağındakı sandığın içərisindən 3 ədəd çəkisi 8.05 qram olan 585 əyarlı, 684.25 (altı yüz səksən dörd manat iyirmi beş qəpik) manat dəyərində qızıl üzüyü gizli olaraq talamaqla oğurlamış, 23 mart 2023-cü il tarixdə Babək rayon Yarımca kəndində yerləşən Şahid5 məxsus həmin evə mülkiyyətçinin icazəsi ilə daxil olaraq həmin yataq otağındakı saxlanc yeri olan sandığa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə daxil olaraq içərisindən bir ədəd 3,68 qram çəkidə, 585 əyarlı, 312,80 (üç yüz on iki manat səksən qəpik) manat dəyərində olan qızıl üzük, bir cüt 6,84 qram çəkidə, 585 əyarlı, 581,40 (beş yüz səksən bir manat qırx qəpik) manat dəyərində olan qızıl sırğanı, bir ədəd 5,41 qram çəkidə, 585 əyarlı, 459,85 (dörd yüz əlli doqquz manat səksən beş qəpik) manat dəyərində olan qızıl biləkliyi, bir ədəd 6,37 qram çəkidə, 585 əyarlı, 541,45 (beş yüz qırx bir manat qırx beş qəpik) manat dəyərində olan qızıl boyunbağı və klonu, bir ədəd 4,80 qram çəkidə, 585 əyarlı, 408 (dörd yüz səkkiz) manat dəyərində olan qızıl biləkliyi, bir ədəd 0,98 qram çəkidə, 585 əyarlı, 83,30 (səksən üç manat otuz qəpik) manat dəyərində olan qızıl uşaq biləkliyini, bir ədəd 1,40 qram çəkidə, 585 əyarlı, 119 (yüz on doqquz) manat dəyərində olan üzərində göz muncuğu olan qızıl boyunbağını, bir ədəd 3,41 qram çəkidə, 585 əyarlı, 289,85 (iki yüz səksən doqquz manat səksən beş qəpik) manat dəyərində olan qızıl üzük, bir ədəd 3,62 qram çəkidə, 585 əyarlı, 307,70 (üç yüz yeddi manat yetmiş qəpik) manat dəyərində olan qızıl klonlu boyunbağını gizli olaraq talamaqla oğurlamış və zərərəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3787,60 manat (üç min yeddi yüz səksən yeddi manat altmış qəpik) maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək 2023-cü ilin 16 martında bibioğlusu Orxanın ona zəng edib harada olduğunu soruşduğunu, Orxanın ona Naxçıvan şəhərində olduğunu bildirdiyini, Orxanın ondan çöldə su suvardığını, işi yarımçıq qoya bilmədiyini, ona çörək alıb aparmağı xahiş etdiyini, çörək və sosisqanı mağazadan aldıqdan sonra 10 manat pul tutduğunu, Orxanın pulu nisyə yazdırmağını, özünün həll edəcəyini qabaqcadan ona dediyini, Orxangil, yəni bibisigilin evindən stəkan götürməyə getdiyini, evlə mağaza arasında təxminən 200 metr məsafə olduğunu, belə ki, Orxana həm də su aldığını, bibisigilin evinə gedib stəkan götürməyi düşündüyünü, evin boş olduğunu qabaqcadan bilmədiyini, səsləndikdən sonra evdə heç kimin olmadığından əmin olub evə daxil olduğunu, evə girişi olan mətbəx qapısının cəftəsini endirib itələdikdən sonra qapının açıldığını, sonra salonun qapısının açıq olduğunu görüb birbaşa evə, oradan da yataq otağına daxil olduğunu, bibisigilə tez-tez gedib gəldiyini, lakin həmin vaxt evdə qızıl olduğunu və ya harada saxlandığını bilmədiyini, evdə qızılın olması və onun yeri barədə əvvəlcədən məlumatının olmadığını, bu barədə ona kiminsə nəsə demədiyini, mətbəxdən evə daxil olduqdan sonra yataq otağının qapısının açıq olduğunu görüb birbaşa oraya daxil olduğunu, bundan əvvəl evi axtarmadığını, qızılların sandığın içindəki mücrünün içərisində olduğunu, oradan mücrünü götürdüyünü, nəyə görə birbaşa yataq otağına girdiyini və birbaşa sandığın içinə baxdığını bilmədiyini, otağa girib sandığı açdığını, sandığın içində boz rəngli mücrü olduğunu, mücrünün paltarın altında olduğunu və kənardan göründüyünü, sadəcə olaraq paltarın onun üzərinə düşdüyünü, mücrünün içində uşaq sepi, 1 ədəd komplekt dəst (sep, üzük, sırğa), 5 ədəd başqa qızıllar olduğunu, oradan sadəcə 3 ədəd qızıl üzük götürdüyünü, yanına gedəndə Orxan görməsin deyə bütün qızılları götürmədiyini, belə ki, şalvarının cibinin olmadığını, götürdüyü üzükləri pul qabının içinə qoyduğunu, pul qabını isə əlindəki salafanın içinə atdığını, mücrünü sandığın içinə qoyub qapağını örtdüyünü, Orxanın yanına gedib lazım olan şeyləri ona verdikdən sonra evlərinə qayıtdığını, oğurluq etməyinə səbəb ola biləcək heç nə olmadığını, sadəcə qızılları görüb götürdüyünü, ona heç kimin oğurluq etməyi təklif etmədiyini, daha sonra Ümidə “qızılım var, satmaq istəyirəm, gəl aparaq sataq” dediyini, Ümidin ona 3 gün işdən icazə ala bilməyəcəyini bildirdiyini, ondan sonrakı səhər Ümidə mesaj yazdığını, onun evdə olduğunu bildirdiyini, Ümidə qızılları aparıb satmağı təklif etdiyini, onunla Naxçıvan şəhərində qızılları aparıb satdıqlarını, 455 manat pul aldıqlarını, Ümidin qızılların oğurluq olduğunu bilmədiyini, ona qızılları anasının verdiyini, özünün də satmaq istədiyini bildirdiyini, 17 martda qızılları satdığını, həmin gün 3 ədəd qızıl üzük satdıqlarını, Ümidin qızılları onun yanında satdığını və ona qarşılığında 100 manat pul verdiyini, qalan pulu isə 2-3 gün özündə saxladığını, bundan əvvəl isə anasının ona hədiyyə verdiyi üzüyü əzildiyi üçün Ümidlə birlikdə Cahan Ticarət Mərkəzində qızıl mağazasında 300 manata satdıqlarını, üzüyü ona anasının hədiyyə verdiyini, əvvəlcədən həmin üzüyü satmaq niyyətinin olmadığını, Ümidi şəhərdə görəndə ona üzüyü satmağı təklif etdikdən sonra bu fikrə düşdüyünü, ondan sonra üzüyü aparıb satdıqlarını, Ümidə həmin puldan 50 azn verdiyini, qalan 250 manatı anasına verdiyini, özü yetkinlik yaşına çatmadığına görə qızılı Ümidin satdığını, 2-ci dəfə isə mart ayının 23-də bibisi İlhamənin ad günündə olarkən çay içdikdən sonra su gətirməyə getdiyini, anidən Səbinənin narahat olub yıxılan zaman onu tutduğunu, bibisinin onu yelləmək üçün dəftər gətirməyi xahiş etdiyini, götürmək üçün yataq otağına getdiyini, bibisinin nəvəsi də həmin otaqda qaldığı üçün dəftərin orada olacağını düşündüyünü, otağa girəndə qalan qızılların orada qaldığını xatırlayıb onları da götürmək istəyinin yarandığını, həmin vaxta qədər qalan qızılları götürmək kimi bir fikrinin olmadığını, bu fikrin otağa girdikdən sonra yarandığını, 16-23 mart tarixləri arasında qalan qızılları götürmək cəhdinin və ya belə bir düşüncəsinin olmadığını, mücrünü götürüb çölə çıxdıqdan sonra qızılları içindən götürüb mücrünü ağaca tulladığını, mücrünü atdıqdan sonra qayıdıb aynanın qabağından dəftəri götürüb aparsa da Səbinə özünə gəldiyindən vermədiyini, sandığın qıfılının üzərində olduğunu, lakin bağlı olmadığını, sadəcə üzərinə açıq ilişdirildiyini, hər iki hadisə zamanı sandığın qıfılının eyni vəziyyətdə olduğunu, mücrünün açarının isə üzərində olduğunu, onu açarla açdığını, axşam evə gəlib Sadiqə “həll etmişəm” yazdığını, onun nəyi həll etdiyini soruşduqda onda pul olduğunu və səhər konsertə gedəcəklərini bildirdiyini, Sadiqin qızılların oğurlanmasından xəbəri olmadığını, səhər Ümidə “hardasan” deyə yazdığını, onun evdə olduğunu bildirdiyini, ona yenə şəhərə getməyi və qızılları aparıb satmağı təklif etdiyini, Ümidin gəldiyini, onunla kənddə yolda gedərkən Sadiqlə qarşılaşdığını, qızılları Ümidə verdiyini Sadiqin gördüyünü, lakin Sadiqin qızılların kimin olduğunu soruşmadığını, daha sonra üçünün birlikdə şəhərə qızılları satmaq üçün Cahan Ticarət Mərkəzinə getdiklərini, Sadiqə qızıl mağazasına qalxan pilləkənlərin yanında gözləməsini bildirdiyini, ona gözləməsini və qızılları satıb gələcəklərini bildirdiyini, Sadiqin pilləkənlərin yanında gözlədiyini, qızılları Ümidlə birlikdə gedib 1000 manata satdıqlarını, onun 200 manatını Ümidə verdiyini, Ümidin qabaqcadan qızıllar satılandan sonra 200 manatını alacağını bildirdiyini, həmin qızılların “Səyavuş” yazısı olan uşaq qolbağı, sep, qolbaq, sırğa və üzükdən ibarət komplekt dəst olduğunu, Ümidin qızılların oğurluq olmasını bilmədiyini, ona qızılları anasının ona verdiyini dediyini, qızılları satdıqdan sonra qalan 800 manatın 153 manatına paltar aldığını, daha sonra Ümidin dostunun onu çağırdığını deyib çıxıb getdiyini, 1-ci və 2-ci dəfə qızıl satanda pulu Ümidə özünün verdiyini, 3-cü dəfə isə Ümidin özünün ondan 200 manat istədiyini, Sadiqlə biraz onu gözləyib daha sonra zəng etdikdə digər qızılları satmağa getdiyini bildirdiyini, daha sonra Sadiqlə maşına minərkən bibisinin Sadiqə zəng edərək qızılların itdiyini, polisə gedib izahat vermələrini dediyini, Sadiqin taksiyə minib evə getdiyini, özünün avtobusla qayıtdığını, evə gəldikdən sonra Ümidin zəng edərək harada olduğunu, yola çıxmağını, taksinin pulunun çatmadığını dediyini, ondan qalan qızılları satıb-satmamasını soruşduğunu, Ümidin qalan qızılları da satdığını lakin pulunun verilmədiyini bildirdiyini, yola çıxdığını, həmin vaxt Ümidin də gəldiyini, polislərin onları şöbəyə apardıqlarını, əməlindən peşman olduğunu, qızılların sahibinə qaytarıldığını, Ümidə verilən pulların da qaytarıldığını, hazırda 16 yaşı olduğunu, xx xxxxxx 2007-ci il tarixdə anadan olduğunu, hər il həmin tarixdə doğum gününü qeyd etdiklərini, Yarımca kənd orta məktəbinin 10-cu sinfinə keçəcəyini, hazırda ailədə 3 nəfər olduqlarını, valideynləri ilə birlikdə yaşadığını, atasının 3-cü qrup əlil olmaqla ailə təsərrüfatı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirmiş, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında 23 martda qayınanası İlhamənin ad günü olduğunu, Musa və valideynlərinin də orada iştirak etdiklərini, çay içdikdən bir müddət sonra özünün narahat olduğunu, başının gicəlləndiyini və huşunu itirdiyini, sonra gözünü xəstəxanada açdığını, həyat yoldaşı və qayınanasının orada olduğunu, həmin günün səhəri həyat yoldaşı həyətdə işləyərkən iydə ağacının üstündən mücrünü tapıb ona göstərdiyini, şübhələnib sandığı açıb mücrünün və qızılların olmadığını gördüyünü, ondan sonra polisə zəng etdiklərini, 13 martda qızıllarının yerində olduğunu, toya gedərkən üzərində olduğunu, lakin mücrü tapılmasa qızılların yerinə olmadığını bilməyəcəyini, belə ki, hər dəfə qızılların yerinə olub-olmadığını yoxlamadığını, sandıqdakı əşyaların hamısının yerində olduğunu, ancaq mücrününü götürüldüyünü, sandığın daima qıfıllı olduğunu, mücrünün açarının isə üzərində olduğunu, sandığın qıfılının dartılarkən açıldığını, polisə müraciət edəndə qızılı olmadığını dediyini, Musanın qızılları götürəcəyini təxmin edə bilmədiklərini, 16 mart tarixində evdə olmadıqlarını, qayınanasının qohumlarıgilə qayınanası ilə birlikdə getdikərini, qayınatası və qaynı isə çölçü olduqlarından evdə olmadıqlarını, yoldaşının 16 mart tarxində Musanın ona nəsə alıb aparması barədə heç nə demədiyini, çıxarkən evi bağladıqlarını, evin iki girişi olduğunu, mətbəx tərəfdən də evə giriş olduğunu, mətbəx qapısının cəftəsinin isə biraz boş olduğunu, Sadiqin qayınanasının əmisi nəvəsi olduğunu, anası işdə, bacıları isə evli olduqlarından tək qalmasın deyə onu da ad gününə dəvət etdiklərini, 16 martda götürülən üzüklərin qaytarılmadığını, onların yerinə eyni dəyərdə olan başqa üzüklər verildiyini, digər qızılların isə hazırda polisdə saxlandığını, polisdə saxlanan qızıllar istisna olmaqla qalan bütün qızılların pulunun artığı ilə qaytarıldığını, dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını bildirmişdir. Şahid5 23 mart 2023-cü il tarixdə səhər saat 9-da işə getdiyini, traktorun qoşqusunu qoşarkən ağacda mücrü olduğunu gördüyünü, həyat yoldaşı Səbinədən mücrünü onun atıb-atmadığını soruşduğunu, onun yox cavabını verdiyini, sandığa baxdıqda mücrü və qızılların yerində olmadığını görüb polisə müraciət etdiklərini, Musanın dayı oğlusu olmaqla yaxın münasibətləri olduğunu, mücrünün ilişdiyi ağac iydə ağacı olmaqla yerdən məsafəsinin qısa olduğunu, 16 mart tarixində işdə olduğunu, axşam saat 6-da evə gəldiyini, evin mətbəxdən salona keçən qapısının açıq olduğunu, evdə olmayanda isə örtdüklərini, lakin bağlamadıqlarını, mətbəx qapısının isə açıq olduğunu, həmin gün evdən ən erkən özü çıxmığına görə qapıların necə bağlandığını bilmədiyini, anasının ad günündə evdə olduğunu, dayısıgillə birlikdə Musanın da orada olduğunu, Səbinə narahat olanda evdə olmadığından baş verənlərə şahidlik etmədiyini bildirmişdir. Şahid1 ifadəsində Musanın dayı oğlusu olduğunu, traktor şoferi işlədiyini, 16 mart 2023-cü il tarixdə çöldə su suvardığını, günorta saatlarında Musaya zəng edib evdə heç kimin olmadığını, işi yarıda qoya bilmədiyini, mağazadan ona ərzaq alıbverməsini tapşırdığını, Musanın ona yemək yemədiyini dediyini, ona yeməyi alıb gətirməsini və birlikdə yeməyi təklif etdiyini, mağaza ilə suvardığı yer arasında 2 km məsafə olduğunu, 1 saat sonra Musanın yeməyi və suyu gətirib verdiyini, Musaya evdən qab gətirməsini xahiş etmədiyini, lakin Musanın ondan evdə kiminsə olubolmamasını soruşduğunu, Musadan evdən stəkan gətirməsini deyil, mağazadakı kağız stəkanlardan gətirməsini xahiş etdiyini, ona evə gedib-gəldiyini demədiyini, birlikdə yemək yedikdən sonra çıxıb getdiyini, həmin vaxt onda şübhələnəcək heç nə olmadığını, 23 mart 2023-cü il tarixdə isə anasının ad günü olduğunu, həmin gün atası ilə birlikdə çöldə su suvardıqlarını, gecə saat 1 radələrində evə gəldiyini, Musanın atası İlhamın ona Səbinənin narahat olduğunu və xəstəxanaya aparıldığını bildirdiyini, həmin vaxt Musa və valideynlərinin də orada olduqlarını, bundan sonra yenidən su suvarmağa getdiklərini, səhəri gün qardaşı Əlinin ağacdan mücrünü tapıb ona göstərdiyini və qızılların oğurlandığını bildiklərini bildirmişdir. Şahid Məmmədli X7 anasının əmisinin nəvəsi olduğunu, Musaya arada konsertə getməyi təklif etdiyini, onun da pul tapıb gedərik dediyini, 23 mart tarixində qohumları İlhamənin ad günü olduğunu, onu da ad gününə çağırdıqlarını, çay içdikdən sonra Səbinənin ürəyi getdiyini, biraz sonra evlərinə getdiyini, axşam Musanın ona “həll etmişəm sabah gedirik” deyə mesaj yazdığını, onunla razılaşıb sabah görüşərik dediyini, səhər Musanın zəng vurduğunu, kəndin içində Musa və Ümidlə görüşüb şəhərə getdiklərini, poçtda pul ödəməli olduğundan birlikdə poçta getdiklərini, Musanın boynunda sep və əlində üzük olduğunu, lakin həmin vaxt Musadan şübhələnmədiyindən ondan heç nə soruşmadığını, bazara Musa və Ümid ilə birlikdə getdiklərini, Musanın orada da əlində qızılı oynatdığını, daha sonra qızılları Ümidə verdiyini və birlikdə Cahan Ticarət Mərkəzindəki qızıl dükanına getdiklərini, onları pilləkənlərin yanında gözlədiyini, qızıl dükanına qalxanda Musanın ona “burada ol gəlirik” dediyini, onları gözlədiyini, Ümid və Musanın güləgülə aşağı enib paltar dükanına girdiklərini, Musanın ona şalvar və köynək aldığını, indiyə qədər Musanın ona paltar almadığına baxmayaraq ondan şübhələnmədiyini, zarafatyana şəkildə Musaya ona da paltar almasını xahiş etdiyini, Musanın da aldığını, sonra onun telefonuna zəng gəldiyini, zəng edənin İlhamə olduğunu, Səbinənin qızıllarının yerində olmadığını, polislərin izahat aldıqlarını bildirdiyini, aldığım paltarları dərzidə qoyub çıxdığını, Musaya bu barədə bildirəndə Musanın yaxşı dediyini, həmin vaxt Ümidin də yanlarında olduğunu bildirmişdir. Şahid3 ifadəsində 22 yaşı fəhlə işlədiyini, Musayla qohumluğu olmadığını, mart ayının 24-ü səhər saat 9-10 arası Musanın zəng edərək məktəbin yanına gəlməyini xahiş etdiyini, oraya getdiyini, qızılları çıxarıb ona göstərib sata bilibbilməyəcəklərini soruşduğunu, qızılların kimə məxsus olduğunu soruşanda özünə aid olduğunu bildirdiyini, daha sonra Sadiqi də götürüb poçta getdiklərini, ev telefonunu açdırdığını, həmin vaxt Sadiqin də nə isə ödədiyini, oradan çıxıb bazara getdiklərini, Cahanda 2-ci mərtəbənin yanında Musanın Sadiqə pilləkənin yanında gözləməsini dediyini, daha sonra Musa ilə qızıl dükanına getdiklərini, qızılları satdıqlarını və 455 manat tutduğunu, həmin vaxt Musanın qızılların hamısını ona vermədiyini, ondan sonra aşağı endiklərini, orada Musanın ona 200 manat verdiyini, ondan sonra paltar dükanına getdiklərini, özünə şalvar alıb onlardan ayrıldığını, sonra yenidən görüşdüklərini, Musanın qalan qızılları da ona verdiyini, onları da satmağa aparan zaman Musa və Sadiqin gəlmədiklərini, qızılları satmağa gedəndə polislərin onu tutduğunu, satılan qızılların kimə məxsus olduğunu soruşanda Musaya özünə məxsus olduğunu bildirdiyini, Musa ilə həmkəndli kimi münasibəti olduğunu, Musanın ona 3 dəfə qızıl verdiyini, birinci dəfə 250 manata qızıl üzük satıb 150 manatını Musaya verib, 50 manatını özünün götürdüyünü, 2-ci dəfə 3 ədəd qızıl üzüyü 455 manata satıb 70 manatını götürdüyünü, 3-cü dəfə 1000 manata qızılı satıb 200 manatını götürüb 800 manatını Musaya verdiyini, qızılların oğurluq olmasını bilmədiyini, soruşanda özünə aid olduğunu dediyini, fəhlə işlədiyini, pula ehtiyacı olmadığını, Musayla uşaqlıqdan eyni kənddə böyüdüklərini, onları imkanlı ailə kimi tanımadığını, o qədər qızılları olacağını da güman etmədiyini, ailəsinə bu barədə nəsə demədiyini, verilən pulların hamısını qaytardığını bildirmişdir. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 06 iyun 2023-cü il tarixli 552 saylı ekspert rəyində 585 əyarlı üç ədəd qızıl üzüyün 684.25 manat dəyərində olduğu, 585 əyarlı bir ədəd qızıl üzüyün 312,80 manat dəyərində olduğu, 585 əyarlı bir cüt qızıl sırğanın 581,40 manat dəyərində olduğu, 585 əyarlı bir ədəd qızıl biləkliyin 459,85 manat dəyərində olduğu, 585 əyarlı, ədəd qızıl klonu qızıl boyunbağının 541,45 manat dəyərində olduğu, 585 əyarlı, bir ədəd qızıl biləkliyin 408 manat dəyərində olduğu, 585 əyarlı bir ədəd qızıl uşaq biləkliyinin 83,30 manat dəyərində olduğu, 585 əyarlı bir ədəd göz muncuqlu qızıl boyunbağını 119 manat dəyərində olduğu, 585 əyarlı bir ədəd qızıl üzüyün 289,85 manat dəyərində olduğu, 585 əyarlı bir ədəd qızıl klonlu boyunbağının 307,70 manat dəyərində olduğu 10 adda təqdim edilən tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 3787,60 (üç min yeddi yüz səksən yeddi manat altmış qəpik) manat olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Cinayət işinin materiallarından belə məlum olur ki, istintaqla əlaqədar hadisə yerinə baxış keçirilərkən prosessual qaydada götürülmüş Təqsirləndirilən şəxs oğurladığı və istintaq zamanı Cahan Qızıl X1 tərəfindən təqdim edilən 585 əyarlı üç ədəd qızıl üzük, 585 əyarlı bir ədəd qızıl üzük, 585 əyarlı bir cüt qızıl sırğa, 585 əyarlı bir ədəd qızıl biləklik, 585 əyarlı bir ədəd klonu qızıl boyunbağı, 585 əyarlı, bir ədəd qızıl biləklik, 585 əyarlı bir ədəd qızıl uşaq biləkliyi, 585 əyarlı bir ədəd göz muncuqlu qızıl boyunbağı, 585 əyarlı bir ədəd qızıl üzük, 585 əyarlı bir ədəd qızıl klonlu boyunbağı cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinə verilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi tövsifedici əlamətlərlə oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə daxil olmaqla təkrar talama ilə bağlı cinayət tərkibinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 15:30-da həmkəndlisi Şahid5 Babək Rayon Yarımca kəndindəki evinə giriş qapısının açıq olmasından istifadə etməklə qanunsuz daxil olub yataq otağındakı sandığın içərisindən 3 ədəd çəkisi 8.05 qram olan 585 əyarlı, 684.25 (altı yüz səksən dörd manat iyirmi beş qəpik) manat dəyərində qızıl üzüyü gizli olaraq talamaqla oğurlamış, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 mart 2023-cü il tarixdə həmkəndlisi Şahid5 Babək rayon Yarımca kəndindəki evə daxil olub, yataq otağındakı sandığın içərisindən zərərəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3787,60 (üç min yeddi yüz səksən yeddi manat altmış qəpik) manat dəyərində olan qızıl-zinyət əşyalarını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin 16 mart 2023-cü il tarixdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla ümumi dəyəri 684.25 (altı yüz səksən dörd manat iyirmi beş qəpik) manat olan zərərəkmiş Zərərçəkmiş şəxs məxsus 3 ədəd qızıl üzüyü gizli yolla əvəzsiz olaraq talamaqla oğurluq əməlini törətməsi, bundan sonra 23 mart 2023-cü il tarixdə eyni mənbədən eyni zərərçəkmiş şəxsə məxsus ümumilikdə 3787,60 (üç min yeddi yüz səksən yeddi manat altmış qəpik) manat dəyərində olan müxtəlif qızıl-zinyət əşyalarını gizli yolla tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq götürüb özünün və başqa şəxsin xeyrinə yönəltməsindən ibarət hərəkətlərini təkrar törtəməsi ilə bağlı əməldə təqsirli olması məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollar və şahid ifadələri əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Sözügedən əməli ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etmiş, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar gizli yolla talama cinayət əməlinin tərkibi vardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 17-ci bəndinə görə cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında bildirmişdir ki, davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: - müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; - əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; - cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi əməllərin davam edən cinayət kimi xarakterizə olunması üçün əvvəlcədən formalaşmış vahid niyyətin mövcudluğu şərti tamamlanmış olmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16 mart tarixində Babək rayonu Yarımca kəndində yerləşən bibisi İlhamə Əlizadə və onun ailə üzvlərinin yaşadığı evin yataq otağından bibisinin gəlini Zərərçəkmiş şəxs məxsus sandığın içində olan qızıl-zinət əşyalarını həmin evə qanunsuz yolla daxil olmaqla gizli yolla talamış, bundan sonra onda qalan qızılları da götürmək kimi yekun nəticənin əldə olunma istəyi olmamış, 23 mart 2023-cü il tarixdə onda yenidən qalan qızılları da oğurlamaq niyyəti təkrar formalaşmışdır. Sözügedən Plenum qərarının 21-ci bəndində göstərilmişdir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Təqsirləndirilən şəxs yaşayış evinə hüquqa müvafiq qaydada daxil olsa da, mühafizə olunan saxlanc yeri olan maddi nemətlərin saxlanması üçün nəzərdə tutulmuş sandığa mülkiyyətçinin icazəsi olmadan daxil olmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 18-ci bəndinə görə əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmiş əməli ibtidai araşdırma orqanı tərəfindən tam sübuta yetirilmişdir. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, oğurluğa, soyğunçuluğa, quldurluğa və s. əməllərə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə doğulmuş və cinayət əməlini törədərkən 14 yaşına çatmaqla hazırda yetkinlik yaşına çatmayan şəxsdir. Şəxsin təqsirli bilindiyi 177.2.2 və 177.2.3-cü maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Belə ki, Plenum qərarının 3-cü bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 85.1 və 85.1.3-1-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzası təyin oluna bilər. CM-in 85.4-1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.2ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, 59.1 və 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmasını, 59.1 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi yazılı ərizədə və məhkəmə iclasında verdiyi ifadəsində vurulmuş zərərin tamamilə ödənildiyini və təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Əməlin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və şəxsin barəsində müəyyən edilmiş digər yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Cinayət məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, X3 üzərinə daimi yaşayış yeri olan Babək rayonu Yarımca kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, X3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə işdə iştirak etməyə buraxılmışlar. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 üzərinə daimi yaşayış yeri olan Babək rayonu Yarımca kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsində saxlanılan 585 əyarlı üç ədəd qızıl üzük, 585 əyarlı bir ədəd qızıl üzük, 585 əyarlı bir cüt qızıl sırğa, 585 əyarlı bir ədəd qızıl biləklik, 585 əyarlı bir ədəd klonu qızıl boyunbağı, 585 əyarlı, bir ədəd qızıl biləklik, 585 əyarlı bir ədəd qızıl uşaq biləkliyi, 585 əyarlı bir ədəd göz muncuqlu qızıl boyunbağı, 585 əyarlı bir ədəd qızıl üzük, 585 əyarlı bir ədəd qızıl klonlu boyunbağı Zərərçəkmiş şəxs qaytarılsın. Dövlət büdcəsinin hesabından Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X6 göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat pul tutulub Naxçıvan şəhər vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(079)-8/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-8/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver