Məhkəmə qərarları › İş №1(080)-1/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-1/2020

27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-1/2020 27.07.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X24 Haqverdiyevin sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı,Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 2020-ci il tarixdə, saat 11:00-da, Təqsirləndirilən şəxs:xx.xx.1983-cü ildə Ermənistan Əzizbəyov rayonu R.Qemur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, Ordubad rayonu Parağa Kəndində qeydiyyatda olmaqla yaşayan,barəsində həbs qətimkan tədbiri seçilməklə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Ordubad rayon Parağa kənd sakini Nümayəndə xx xxxxxxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girmək üçün sevgi münasibəti yaradaraq, dəfələrlə ona cinsi əlaqədə olmağı təklif etmiş və onu razı saldıqdan sonra, 16 yaşına çatmadığını bildiyi halda xx xxxxxx 2018-ci il tarixdə saat təqribən 14:30-da təhsil aldığı Parağa kənd tam orta məktəbindən evə qayıdan Zərərçəkmiş şəxs ilə kəndin "Soyuq bulaq" adlanan ərazisində görüşərək orada onunla cinsi əlaqədə olmuş və xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə yenidən görüşərək onunla təkrar cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməli tam etiraf edərək, ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bilir və 1989-cu ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Gömür kəndindən ailəlikcə Naxçıvanın Ordubad rayonun Parağa kəndinə köçmüşlər və orada yaşamışlar. Orta təhsilinin bir hissəsini Parağa kənd məktəbində, bir hissəsini isə Bakı şəhərində almışdır.Başında olan ağrılara görə hərbi xidmətdə olmamışdır. İnşaat ustası kimi təmir və tikinti işi ilə məşğul olmuş, tez-tez Türkiyə Respublikasının Ərdahan şəhərinə gedərək orada işləyirmiş. 2009-cu ildə Abbasova (Bayramova) Afət Qəzənfər qızı ilə evlənmiş və 6 il övladları olmamış, Afət həmin illər ərzində İranda, Türkiyədə müalicə aldıqdan sonra 2 övladları olmuş, qızı Məleykə 4, oğlu Hikmət 2 yaşındadırlar. 2018-ci ilin sentyabr ayında arvadı Afətlə münasibətlərində soyuqluq yaranmış və Afətlə ayrı yaşamağa başlamışlar. Afət gedib atası evində qalmış, özü isə evində tək qalmayıb gedib anası Səlbicahanın həmin vaxtlar nikahdan kənar birlikdə yaşadığı Nadirin evində onlarla qalmışdır. Həmin ev qohumu Şahid1 və bacanağı Nümayəndə evi ilə yanaşıdır. Şahid1 əri Şahid2lə Türkiyədə bir yerdə işlədiyindən yaxşı münasibətləri olmuşdur və ona görə də onun evinin həyətində tez-tez çay içib domino oynayırmışlar. Bacanağı Nümayəndə evi ilə Ələddinin evi yanaşı olduğundan, iki həyəti ayıran setkadan Xanların həyəti görünürmüş. Onun orta məktəbdə oxuyan qızı Sibel həyətdə olurmuş, o hərdən Ələddinin həyətinə gələndə, onun böyüdüyünü, yetkin qız olduğunu, baxışlarından Sibelin ona başqa hislərinin olduğunu başa düşmüş, Ələddingilin həyətində olanda Sibelin yenə ona baxdığını baxışlarından hiss etmiş və ondan "nə olub, mənə niyə elə baxırsan", soruşmuş, o "nə olar baxanda, baxmaq olmaz" deyə cavab vermişdir. 2-3 saat sonra hələ də Ələddingilin həyətində olarkən Sibelin evdə tək olduğunu bilmiş və mobil telefonu ilə bacanağı Xanların evinə zəng etdiyində telefonu Sibel götürmüş, yenə ondan "mənə niyə elə baxırdın" soruşmuş, o, "mamam gəlir" deyib telefonu üstünə qoymuşdur. Sabahısı gün Xanların ev telefonundan onun mobil telefonuna çağrış zəngi gəlmiş, zəng edənin Sibel olduğunu bilmiş və dərhal həmin nömrəyə zəng edərək ondan "nömrəmi hardan almısan" deyə soruşmuşdur. Sibel isə "dünən zəng etmişdin, telefonda qalmışdı" deyə cavab vermişdir. Yaşca təcrübəli bir insan kimi Sibelin ondan xoşlandığını hiss edərək bu xoşlanmanın necə bitəcəyini başa düşmüş, sabahısı gün yenə Ələddingilin həyətinə gedərək Sibeli həyətlərində görmüş və onların həyət setkasına yaxınlaşıb Sibelə "sənə bir söz deyəcəm heç kimə demə" deyərək, ondan xoşlandığını bildirmiş, Sibel cavab vermədən çıxıb getmiş, Sibellə qohumluqdan kənar münasibətləri davam etdirmiş, onların ev telefonuna zəng edərək Sibellə danışmış, fürsət olanda həyətlərində, əl damlarında Sibel ilə üz-üzə görüşmüşdür. Sibel ilə sərbəst danışmağı üçün ona Samsung J2 markalı mobil telefon və nömrə alıb vermiş, həmin nömrəyə kontur yükləmişdir. Sibel ona anası Fəzilənin telefonu əlində gördüyündən telefonu tualetə atdığını demiş və ona görə Sibelə başqa bir Samsung S4 mini markalı mobil telefon və nömrə alıb vermiş, bu telefonla danışıb yazışmışlar. Sibelin anası Fəzilə bir dəfə az qalırmış ki, onları həyətdə görsün, ona görə də, kənar bir yerdə görüşməyi razılaşmışlar və bundan sonra onların evindən təqribən 200 metr kənarda "soyuq bulaq" adlanan dərəlik yerdə görüşməyə başlamışlar və orada 5-6 dəfə görüşmüşlər, görüşlərində qucaqlaşıb öpüşüb-sevişmişlər, o, bu vaxt əllərini Sibelin bədənin müxtəlif nahiyələrinə sürtüb nəvaziş göstərmiş, Sibelin intim əlaqəyə girməyə hazır olduğunu hiss etmiş, onunla evlənəcəyini və özünə arvad edəcəyini demişdir. Sibel isə bu sözlərə inanaraq razılıq vermişdir. Son görüşlərində ona cinsi əlaqədə olmağı təklif etmiş və "onsuzda evlənəcəyik" demiş, Sibel isə "onda olsun, hələ tezdir" desə də, Sibelə "nə fərqi var, indi ya sonra" demişdir. Sibelin buna razılıq verəcəyini və 15 yaşda olan qızın intim əlaqə olmadan sevişmələrə davam gətirməyəcəyini, cinsi əlaqəyə girməyə razı olacağını başa düşmüşdür. 5-ci görüşlərindədə Sibel "indi xəstəyəm növbəti dəfəki görüşümüzdə, nə desən olsun", deyərək onunla cinsi əlaqəyə girməyə razılıq vermişdir. 3-4 gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə, həftənin dördüncü günü evdə olarkən Sibel ona "məktəbdən çıxmışam, gəlirəm" yazmış, o isə "gəlirəm" yazaraq "soyuq bulaq" deyilən yerə getmiş və tez çatdığından onu gözləmiş, 10-15 dəqiqə sonra Sibel gəlmiş, ayaq üstə söhbət edərkən Sibel başını onun sinəsinə qoymuş, sonra isə gətirib ora qoyduğu un kisəsinin üstünə oturub qucaqlaşıb-öpüşərkən Sibelə cinsi əlaqəyə girməyi yenə təklif etmiş, Sibel "istəyirsənsə olaq" deyib cavab vermişdir. 5-6 dəqiqə qucaqlaşıböpüşdükdən sonra Sibel özü kurtqasını çıxardıb altına açmış, yubkasını yuxarı qaldırıb ağ rəngli məktəbli kalkotqasını aşağı çəkərək ayağının birini çıxarmış, sonra isə alt paltarının bir ayağını çıxarmışdır. Sonra o öz kəmərini açıb şalvarını və alt paltarını aşağı çəkərək onun üstünə uzanmış və Sibellə ön tərəfdən cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olarkən Sibelin bakirəliyinin pozulduğunu və ondan qan gəldiyini bilmiş, spermasını onun uşaqlığına boşaltmış, Sibel öz dəsmalı ilə bakirəliyinin pozulmasına görə gəlmiş qanı silərək geyinmiş, Sibelə "sən bu gündən mənim ailəm sayılırsan, peşman olmamısan" demiş, Sibel isə "yox olmamışam" deyib cavab vermişdir. Sonra Sibel evlərinə getmiş, özü isə kəndə yenib siqaret alıb evə qayıtmışdır. xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında Sibel telefonda ona "nə edirsən" yazıb soruşmuş, "malı yemləyib təzə gəlmişəm, evdəyəm" yazıb cavab verdiyində, Sibel "mamamla atam bacımı aparıb xəstəxanaya, qardaşım da məktəbdədir, evdə təkəm, gəlirsənsə gəl bizə" yazmışdır. Bundan sonra gedib kənd içindəki mağazadan siqaret alıb, bacanağı Xanların evinə getmiş, Sibelin həmin vaxt balkonu süpürdüyünü, evə girdiyində yataqların yığılmadığını görmüş, Sibel gəlib onun yanında oturmuş və bir neçə dəqiqə söhbət edib sevişməyə başlamışlar və Sibel bu zaman tam soyunmuşdur. Yerdəki yataqda, Sibel ilə ikinci dəfə cinsi əlaqədə olmuş və bu dəfə spermasını onun daxilinə yox mələfənin üzərinə boşaltmışdır. Sonra 1 stəkan çay içib evə qayıtmışdır. Arvadı Afət həmin vaxtı evdə olmuş və ona bu barədə bir söz deməmişdir. Həmin gün qonşusu Qorxmazın vaz 2107 markalı avtomobili ilə Başdizə kəndinə gedib oradan evə bəzi ərzaq məsulları və çadır alıb gətirmişdir. Sibel onun bacanağının qızı olduğundan onunla cinsi əlaqədə olarkən onun 10-cu sinifdə oxuduğunu və 16 yaşının olmadığını bilmiş, Sibeli onunla cinsi əlaqəyə girməsinə məcbur etməmiş və ona qarşı heç bir zorakı hərəkəti olmamışdır. Sibelin cinsi orqanına öz cinsi orqanını yeritməklə iki dəfə cinsi əlaqədə olmuş, başqa formada cinsi əlaqədə olmamışdır. Whatsapp yazışmalarında Xanlardan qisas aldığı məzmunlu mesajlar yazsa da, qisas almaq niyyəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə, 4 ay sonra Ərdahan şəhərinə getmiş, 2019-ci ilin oktyabr ayının 15-də Bakı şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlləri özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs, şahid ifadələri, ifadənin yerində yoxlanılması, baxış üzləşmə, tanınmaya təqdim etmə, götürmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, hailədə böyük övladdır, hazırda Parağa kənd tam orta məktəbinin 11-ci sinifində oxuyur, Təqsirləndirilən şəxs onun doğma xalası Şahid3 əridir və onlar da Parağa kəndində yaşayır.2017-ci ilin dekabr ayında xalası onu yeni il üçün şirniyyat bişirməyinə kömək etmək üçün evlərinə çağırmış, anasından icazə alıb onlara getmiş, ev işlərində xalasına kömək etmiş, xalasının 2 yaşlı qızını ayağına qoyub yatırdayatırda xalasının əri İnqilabın mobil telefonunda youtubeda videolara baxmış, sonra İnqilab evə gələrək mobil telefonu onun əlindən alaraq ona bir şey göstərəcəyini demiş və mobil telefonun mesaj yerinə "axşam saat 9-da həyətə çıxarsan səninlə işim var" yazaraq telefonu ona qaytarmışdır.İnqilabdan bunun nə demək olduğunu soruşsa da, İnqilab cavab verməyərək evdən çıxıb getmiş, bir müddət sonra Afətlə İnqilab arasında münasibətlər pozulmuş, Afət atası Qəzənfərin evinə qayıtmışdır. 2018-ci ilin mart ayında məktəbə gedərkən İnqilabın biboğlusu Rasim ona İnqilabın onunla telefonda danışmaq istədiyini bildirmiş, bu barədə anası Fəziləyə, Fəzilə isə Xanlara bu barədə desə də, Rasim səhəri günü Türkiyəyə getdiyindən atası Xanlar Rasimi tapıb heç nə soruşa bilməmişdir.2018-ci ilin yay aylarında həyətdə qab yuyarkən qonşusu Şahid1 İnqilabın ondan xoşu gəldiyini demiş, həmin vaxtı İnqilab Nargilənin əri Ələddinlə evlərinin həyətində oturub çay içirmişlər.Sibel Nargiləyə "o nə deməli sözdü mənə deyirsən" demiş, Nargilə də "nə olacaq kişi adamdı, qəşəngdi, nə olsun xalanın əridir" demişdir. Həmin gün Nargilə çağırıb ona telefon uzadıb İnqilabın onunla danışmaq istədiyini demiş, danışmaq istəməsə də, israr etdiyindən telefonu alıb İnqilabla danışmış, İnqilab "xalan Afət uşaqlarını mənə göstərmir, Afətlə danış uşaqları göstərməyinə razı sal" demiş, Sibel isə Afətlə danışacağını deyib sağollaşmaq istəyərkən İnqilabın ona "səndən xoşum gəlir" dediyini eşidən kimi heç bir söz demədən telefonu söndürüb Nargiləyə vermişdir. 2-3 gün sonra Nargilə həmin Samsung markalı sensorlu mobil telefonu gətirib Sibelə verərək "bu telefonu götür qalsın səndə, İnqilab zəng vuracaq onunla danışarsan" deməsinə görə telefonu götürmüşdür. Səhəri gün həmin telefon vasitəsilə İnqilabla danışmış və bu zaman İnqilab ondan xoşunun gəldiyini, onu sevdiyini bildirirmiş, Sibel cavab verməsə də İnqilabın dediklərinə qulaq asmışdır. Təxminən telefon 2 həftə onda qalmış, bu müddətdə 6-7 dəfə həmin telefonla İnqilabla danışıqları olmuş, whatsapp proqramı ilə yazılı və səsli mesaj əlaqələri olmuşdur. Sonra həmin mobil telefonu Nargiləyə qaytarsa da, İnqilab Nargiləgilin ev telefonuna zəng vuraraq onu telefonla danışmağa çağırmışdır. 2018-ci ilin noyabr ayında X16 kəndinə qayıtmış, onun valdeyinləri evdə olmadığı vaxtda İnqilab Nargiləgildən onlara zəng vurduğundan İnqilabla danışmış, bu zaman İnqilab onu sevdiyini, alacağını, arvadı edəcəyini demişdir. Yaşı və həyat təcrübəsi az olduğundan onun dediyi sevgi sözlərinə inanmış, belə sözlər yavaş-yavaş onu yoldan çıxartmış, İnqilabla danışığı və əlaqəni davam etdirmişdir. Cinsi əlaqəyə kimi İnqilabla üz-üzə 2-3 dəfə görüşü olmuş və İnqilab onun əllərindən tutub nəvaziş göstərmiş, sevgi barədə dediyi sözlər onun xoşuna gəlirmiş, görüşlərində İnqilab cinsi əlaqəyə girməyi ona təklif edirmiş, o razılıq vermirmiş, doğrusu bunun nə olduğunu dəqiq bilmirmiş.Sibel isə İnqilaba "hələ 10-cu sinifdə oxuyuram, 15 yaşım var, bunun vaxtı deyil, məktəbi qurtarım, sənin söz verdiklərin həqiqət olarsa onda olar" kimi cavablar vermişdir. xx xxxxxx 2018-ci il tarixdə məktəbdən evə gedərkən "Soyuq bulaq" kimi tanınan yerdə İnqilabla qarşılaşmış və İnqilab ona gəl bura səninlə işim var demiş, getmək istəməmiş, İnqilab cibindən dərman çıxarıb ona verib, "bunu iç, demiş", dərmanı alıb içmiş, həmin dərmanın ona heç bir pis təsiri olmamış və onu bihuş etməmişdir. İnqilab onun paltarını zorla çıxarmış, qışqırmaq istəsə də ağzını tutmuş, həmin vaxtı meşokun (kisənin) üstünə uzanmağını istəmiş, o arxası üstə uzandıqdan sonra, İnqilab onun üstünə uzanmış və ön tərəfdən onunla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqələri 5-6 dəqiqə çəkmiş və cinsi əlaqədə olarkən özünün cinsi istəyi olmamış, ancaq İnqilabın cinsi istəyinin bitdiyini hiss edərək, spermasını onun daxilinə, yəni içəriyə boşaltdığını bilmiş, həmçinin bakirəliyinin pozulduğunu və qan gəldiyini bilmiş, cinsi əlaqədən sonra geyinib gedərkən İnqilab ona "qanımı aldım" demişdir. Evə gedib qana bulaşmış paltarını yumuş, maması gəlib ondan niyə narahat olduğunu soruşsada ona heç nə deməmiş, "başım ağrıyır", deyərək həqiqəti ondan gizlətmişdir. İnqilab ona cinsi əlaqədə olduqlarını heç kimə deməməyi tapşırdığından, bunu valideyinlərindən gizlətmiş, bir neçə gün sonra ailə üzvləri evdə olmadığı zaman İnqilab zəng edib onu Nargiləgilə çağırmış, ora getdiyində, Nargilənin evdə olmadığını, İnqilabın evdə tək olduğunu bilmiş, İnqilab onu yanına çağırmış və qolundan tutub otağa aparmış, onun paltarını çıxarıb yenə onunla cinsi əlaqədə olmuş, bu zaman İnqilab spermasını onun daxilinə deyil kənara boşaltdığını görmüş, sonra qayıdıb evə gəlmişdir. xx xxxxxx 2019-cu ildə Nargilənin danışığından onlar arasında olan məsələnin İnqilabın ona dediyini hiss etmiş və buna görə Nargiləyə həqiqət olduğunu bildirmiş, həmin gün İnqilab Türkiyəyə getmiş, 10-15 gündən sonra Türkiyədən Nargilənin ev telefonlarına zəng edib bir neçə dəfə Nargilənin vasitəsilə onu telefona çağırmış, danışıqlarında gəlib onu aparacağını vəd etmişdir. İnqilabla arasında olanları 2019-ci ilin mart ayında İnqilabın arvadı, yəni xalası Afət öyrənmişdir. Afət gəlib ona İnqilabla aranda olan hər şeydən xəbəri olduğunu demiş, o ağlayaraq xalasına "ərin başıma bu oyunları açıb" desə də, Afət isə ona "heç kimə bir söz demə səni həkimə aparacam və bakirəliliyini tikəcəklər səni ərə verəcəm" demişdir. Afət sonrakı gəlişində isə Rusiyaya çıxıb gedəcəklərini, onun ayrı yaşayacağını, İnqilabla onun bir yerdə yaşamağına icazə verəcəyini demişdir. Avqust ayının əvvəllərində İnqilab onunla danışmaq üçün onların ev telefonlarına tez-tez zeng edirmiş, bacısı Nərmin telefonun dəstəyini götürəndə cavab vermirmiş, ona görə anası Fəzilə ondan telefonun dəstəyini götürüb cavab verib dəstəyi qaytarmağı tələb etmiş, anası dəstəyi alıb İnqilabı söymüş, İnqilab zəng edib ona telefon aldığını və anası Səlbicahanda olduğunu dediyindən, sabahı günü gedib İnqilabın anası Səlbicahandan həmin telefonu götürmüşdür. Telefonun akkumlyatorunun enerji ilə dolması üçün Nargiləyə vermiş və bir gün sonra Nargilədən almış və İnqilabla yazışmalarını davam etdirmişdir. Həmin telefon təqribən 1 ay onda qalmış və xalası Afət Nargiləgilə gələrkən telefonu ona qaytarmış, sabahısı gün xalası telefonu birdə onun özünə qaytarıb vermişdir. Sonra həmin telefonu anasının xalası Gülnaz gəlib məktəbdə ondan alıb qaytarmamışdır. 2020-ci ilin yanvar ayının əvvəlində Nargilə gəlib onu İnqilabla telefonda danışmağa çağırmış, birinci Ələddin danışıb İnqilaba uşağı qorxudursan gəlib danışmır demiş, sonra İnqilabla o danışmış, fevral ayının 6-da axşam İnqilab həmin danışıqlarını atası Xanlara göndərmişdir. Məhkəmə iclasında zərərçəkmişin qanuni nümayəndəsi və şahid qismində dindirilən Nümayəndə ifadəsində bildirmişdir ki, Ordubad rayon Parağa kəndində yaşayır, 2002-ci ildə Abbasova Fəzilə ilə evlənmişdir, 2 qız, 1 oğlan övladı var, böyük övladı Sibel 17 yaşına keçmişdir. x xxxxxx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində ev telefonuna zəng gəlmiş, telefonun dəstəyini götürdüyündə, zəng vuranın bacanağı Təqsirləndirilən şəxs olduğunu bilmiş, onunla salamlaşıb, kef-hal etmiş, İnqilab ona “Nargiləyə de telefona cavab versin”, demiş, o İnqilaba Nargiləgilin telefonunun xarab olduğunu bildirib sağollaşmışdır. Sonra arvadı Fəzilə ona kənddə İnqilabın Sibeli istəməsi barədə söz-söhbət yayıldığını demiş və az sonra İnqilabdan onun mobil telefonunun +99***-***-**-** nömrəsinə Whatsappdan səsli mesaj gəldiyini görmüş, o, səsli mesaja qulaq asmış, bilmiş ki, mesaj qızı Sibel ilə bacanağı İnqilab arasında olan telefon danışığıdır, həmin danışıqlar bacanağı Təqsirləndirilən şəxs qızı Sibelə “necəsən, neyniyirsən, xəstələnmişdin necə oldun düzəlmisən, məktəbə gedirsən deyirmiş, qızı Sibel isə ona “yaxşıyam, düzəlmişəm, məktəbə gedirəm oxuyuram” cavab verirmişdir. İnqilab Sibelə “sənə demişəm oxuma, institutu yaddan çıxart”, Sibeldə “oxuyuram ki heç, özüm elə eliyirəm görsünlərki oxuyuram”, İnqilab “sən nə olur olsun mənim arxamdasan?” Sibeldə “hə” deyə cavab verirmiş və s. ibarət olmuşdur. Həmin səs yazısının sonunda qonşuları Nargilənin də səsi var imiş, Nargilə İnqilaba “atası gəldi, sonra danışdıraram” deyirmiş. Səsə qulaq asdıqdan sonra çox əsəbləşmiş, baldızı Afətə, yəni İnqilabın arvadına zəng vurub, əri İnqilabın əməlləri barədə ona demiş, sonra qonşuları Nargiləni və əri Şahid2 çağırıb, səs yazısında olanlar barədə onlarla danışmış, səs yazısında İnqilabın Sibelə “sən nə olur olsun mənim arxamdasan” sözünü deməsi onu şübhələndirmiş, arvadı X12 cinsi münasibətdə olub-olmadığını soruşmağı tapşırmış, Sibel anasına İnqilabla kəndin “soyuq bulaq” adlanan yerində cinsi münasibətdə olduğunu demişdir. Sibeli Naxçıvan şəhərindəki Doğum Mərkəzinə aparmış, orada müəyyən olunmuşdur ki, qızı Sibel bakirə deyil, sonra qızı Sibel ona demişdir ki, məktəbdən gələrkən İnqilab onun qoluna girib, bıçağı boğazına dayayaraq “soyuq bulağa” aparıb orada zorla paltarlarını soyundurub onunla cinsi əlaqədə olmuşdur. Bacanağı Təqsirləndirilən şəxs ilə münasibətləri həmişə çox yaxşı olmuş, hətta İnqilab onu oğluna kirvə tutmaq istəyirmiş, Türkiyə Respublikasında çox vaxt bir yerdə işləmişlər, aralarında ədavət, düşmənçilik olmamış, həmin məsələdən sonra İnqilaba dəfələrlə zəng vurmuş, İnqilab telefona cavab verməmiş, İnqilaba whatsappdan mesajlar yazmış, səsli mesajlar göndərmiş, ondan niyə bu hərəkəti etdiyini soruşmuş, İnqilab ona mesajlar göndərərək “qisasımı aldım, amma gərək səndən almazdım, mən qaçmıram, qızının arxasındayam, məni bağışla” kimi sözlər yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki,15 ildir Parağa kənd məktəbində süpürgəçi işləyir, Sibel bacısı nəvəsidir və onun gözü önündə böyüyübdür. Onun süpürgəçi işlədiyi məktəbdə oxuyur, məktəbin ən tərbiyəli və yaxşı oxuyan uşağıdır. Mobil telefon işlətməsini, gəzdirməsini atası Xanların qadağan etdiyini bilirmiş, 2019-cu ilin oktyabr ayında məktəbdə böyük tənəffüs vaxtı siniflərdə təmizlik işi aparmaq üçün Sibelin oxuduğu sinifə daxil olmuş və bu zaman görmüşdür ki, Sibel sinifdə tək oturub əlində mobil telefon var, telefonda kiməsə nəsə yazır, Sibeldən soz soruşmadan telefonu onun əlindən almış, Sibel isə imtina etmədən telefonu ona vermişdir. Həmin telefon qara rəngli, ekranı böyük, şəkil göndərilə bilən telefonlardan imiş, markasının nə olduğunu bilməmişdir. Günorta evə getməmişdən məktəbin yaxınlığındakı bağına cəviz yığmağa getmiş, orada telefonu açıb içərisinə baxmaq istəmiş, lakin bacarmadığından aça bilməmiş, telefonu aparıb evdə kiməsə göstərib Sibelin hörmətini aşağı salmamaq üçün heç kimə bir söz demədən telefonu bağının aşağı hissəsindən axan çaya atmışdır. Həmin mobil telefonu Sibeldən aldığı vaxtı Sibel və İnqilab arasında olmuş məsələdən xəbərsiz olmuş, onunla heç bir əlaqəsi olmamış, İnqilabla Sibel arasında olan məsələni bir neçə ay sonra yəni xx xxxxxx 2020-ci il tarixdə öyrənmiş, o, ağbirçək bir xala kimi ərk edərək məktəbli qızın telefon gəzdirməsinin düzgün olmadığını düşünmüş və ona görə də bu səbəbdən telefonu Sibeldən almışdır. Sibelin İnqilabla və ya başqa şəxslə münasibətinin, başqa bir hərəkətinin olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 ifadəsində bildirmişdir ki, Naxçıvan MR Babək rayon Çalxanqala kəndində anadan olmuşdur, Ordubad rayon Parağa kəndində yaşayır, Parağa kənd orta məktəbində bağban işləyir. Anası Şahid11 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun xalası Siddiqənin qızı Fəzilənin qızıdır. Sibel halhazırda onun işlədiyi Parağa kənd orta məktəbinin 11-ci sinifində oxuyur. xx xxxxxx 2020ci il tarixdə yaşadığı evdə olarkən xalası qızı Afətin əri Təqsirləndirilən şəxs Whatsapp proqramından ona mesaj yazmışdır. İnqilab birinci ona səsli mesaj göndərmişdir. Həmin səsdə İnqilabla Sibelin danışıqları varimiş. Sonra İnqilab ona mesajlar yazmağa başlamışdır. Həmin mesajlarda İnqilab Sibel ilə cinsi münasibətdə olduğunu, bunu hamıya yayacağını, Sibelin atası Xanlara göndərəcəyini yazmışdı. O İnqilabın yazdığı səs və mətin mesajlarının hamısının ekran görüntülərini çəkib saxlamış və İnqilabın yazdığı mesajları silmişdir. Həmin ekran görüntülərini istintaqa təqdim etmişdir. Biraz sonra qonşu Xanlargilin evində səs-küy olduğunu eşitmiş və anası Mənsurə oraya getmişdir. Anası ordan qayıtdıqdan sonra ona İnqilabın Xanlara səs göndərdiyini, həmin səsdə İnqilabla Sibelin sevgi məhəbbət barədə danışıqlar olduğunu demişdir. Həmin vaxtı bilmişdir ki, İnqilabın ona göndərdiyi səsi Xanlara da göndərmişdir. O anası Mənsurəyə həmin səs yazısını İnqilabın ona da göndərdiyini demişdir. Həmin günün sabahısı İnqilabla Sibel arasında cinsi əlaqə olduğunu eşitmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münasibət olması barədə məlumatı olmamışdır. Yaşadığı Parağa kəndində İnqilabla Sibel arasında münasibət olması barədə daha əvvəldən söz-söhbət olduğunu o sonradan öyrənmişdir. Sibelin onun qohumu olduğu üçün onun yanında bu barədə heç kim söz danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, Ordubad Rayon Parağa kəndində yaşayır. Zərərçəkmiş şəxs onun xalası Siddiqənin qızı Fəzilənin qızıdır. Onlarla qonşudur. Sibel orta məktəbdə 11-ci sinifdə oxuyur. Təqsirləndirilən şəxs onun xalası Siddiqənin qızı Afətin əridir, İnqilabla Sibel arasında olan münasibət barədə xx xxxxxx 2020-ci il tarixdə xalaqızısı Fəziləgildə səs-küy olduğunu eşidərək anası Şahid8 ilə birlikdə oraya getdiyində və ondan sonrakı günlərdə eşitmiş ki, Sibel 2018-ci ilin dekabr ayının 14-də məktəbdən evə gələrkən İnqilab onu yolda tutaraq “Soyuq bulaq” deyilən dərəyə aparmış və orada onunla cinsi əlaqədə olmuşdur. Bu zaman İnqilabın Sibelə qarşı zor göstərməsi barədə dəqiq məlumatı yoxdur, anası Gülnazın 2019-cu ilin sentyabr ayında məktəbdə Sibelin əlindən mobil telefon aldığını sonra bilmiş və bu barədə anasından soruşmuş və o, həqiqətən Sibeldən telefon alaraq çaya tulladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ordubad Rayon Parağa kəndində yaşayır və Nümayəndələ evləri bir-birinə yaxındır, qonşudurlar, qonşu kimi münasibətləri yaxşıdır, ədavət və düşmənçilikləri olmamışdır, İnqilabla isə uzaq qohumluqları var, İnqilabla onun əri Ələddin Türkiyədə eyni yerdə işlədiklərindən, münasibətləri yaranıb, hərdən onlara gəlib həyətdə Ələddinlə otururmuş, İnqilabla qonşusu Xanların məktəbli qızı arasında olan əlaqədən əvvəlcədən xəbəri olmayıb, çox sonra xəbəri olmuşdur. Keçən ilin fevral-mart aylarında tövlədə olarkən, Sibel yaxınlaşıb ondan heyvanlara vurulan "Kriyalin" dərmanı istəmiş, O Sibeldən soruşmuş ki, dərmanı nə edirsən, Sibel cavab vermiş ki, "İnqilab tez-tez bizim evimizə zəng vurur, bezmişəm özümü öldürəcəm", İnqilabla arasında nə olduğunu, özünü niyə öldürəcəyini soruşmuş və Sibel cavab vermiş ki, "məktəbdən evə gələndə, nənəmgilə gedib evə qayıdırdım İnqilab məni apardı "Soyuq bulağa" meşoku saldı altıma və məni gəlin etdi. Sibelin sözündən təccüblənmiş və nə danışırsan demiş, bunu kimin bildiyini soruşmuş, Sibel sinif yoldaşı Xədicəyə dediyini bildirmiş, olanlar barədə mamasına deməsini məsləhət görmüş, Sibel isə qorxduğundan ata-anasına bir söz demədiyini bildirmiş, yavaş-yavaş İnqilabla Sibelin arasında olanları Sibelin qohumları bilmiş, Sibel tövlədə ondan "kriyalin" dərmanı istədiyindən çox qabaq İnqilab ona telefonda Sibellə əlaqədə olduğunu bildirmiş və nə edəcəyini soruşmuş, onu qınayaraq, demiş ki, "o, qız sənə əmi deyirdi, sən utanmadın belə iş tutdun", İnqilab mənə heç kim heç nə edə bilməz, heç nədən qorxmuram deyərək cavab vermiş, İnqilab Türkiyədən tez-tez onların ev telefonuna zəng edib, Sibeli telefona çağırmasını istəyirmiş, bir neçə dəfə Sibeli çağırmış və onlardan telefonla İnqilabla danışmış, İnqilabın arvadı Afət onların əməlindən xəbardar imiş, Afət bir dəfə onlara zəng edib Ələddindən xahiş etmiş ki, "Sibeli çağırın İnqilabla bir-iki kəlmə danışsın, İnqilab zəng vurur evlərə bizi biabır edir", Ələddin də Sibelə "xalan deyir gəlsin İnqilabla danışsın" demişdir. Sibel gəlib onlardan İnqilabla danışmış, İnqilab isə Sibelin, onun, Ələddinin danışığını yazıb Ələddinə göndərərək və bu yolla onları qorxudub Sibeli telefona çağırmalarını istəyirmiş, Sibeli telefona çağırmağına baxmayaraq həmişə Sibelə başa salmış ki, bu işdən geri dön, bu qohumluq arasınada baş tutacaq iş deyil, Sibel isə həmin vaxtlar hesab edirmiş ki, sanki İnqilabla ər-arvaddır, İnqilaba arvad olacağını qarşısına məqsəd qoymuşumuş, xalasını və ya başqa səxsi nəzərə almırmış, 2019-cu ilin may ayında Xanların həyətində bir neçə arvad yığışıb onların dağdan yığdığı pencəri (dağ otunu) hörürmüş, Sibel həmin vaxtı xalası Afətin telefonu ilə İnqilabla yazışırmış, o Sibeldən İnqilabın nə yazdığını soruşmuş, Sibel İnqilabın "arvadlarım necəsiniz" yazdığını bildirmişdir. İnqilabın Sibellə əlaqədə olduğunu onlar cinsi əlaqədə olduqdan sonra, onların özündən öyrənmiş, bu məsələdə İnqilab üçün şərait yaratmamış və İnqilab və Sibel onların evində cinsi əlaqədə olmamışdır. Onların cinsi əlaqədə olduqlarından əvvəlcədən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, 15 il olar Parağa kəndində yaşayır və dövlətin verdiyi evdə ər-arvad münasibətində olduğu Şahid1 ilə yaşayır, Nümayəndə onun həm qohumu, həm də qonşusudur. 2019-cu ilin avqust ayında Xanlar ilə birlikdə işləmək üçün Türkiyə Respublikasının Ərdəhan şəhərinə getmiş, orada birlikdə fəhləlik edib, Xanlar ilə eyni evdə yaşamışlar, bir dəfə orada işləyən həmkəndlilərinin yanına getmiş və evdə həmkəndlisi Təqsirləndirilən şəxs əynindəki paltarların cırılmış, üst-başının qan içində olduğunu görmüş, İnqilabdan niyə bu vəziyyətdə olduğunu soruşmuş, İnqilab həmkəndliləri Əzizin oğlu Təbrizlə savaşdığını bildirmiş, səbəb kimi isə Təbrizin onun bacanağı Xanların qızı Sibeli istədiyini göstərdiyindən, İnqilaba Sibelin atası var özü bilər demişdir. Sonra İnqilabla birlikdə qaldıqları evin yanındakı parka tərəf çıxmışlar, həmin vaxtı İnqilab marketdən 2 ədəd pivə almış, pivənin birini İnqilab, birini o içməyə başlamış, həmin vaxtı İnqilab ona az yaşlı qızla cinsi əlaqədə olduğunu, həmin qızın bacanağı Xanların qızı Sibel olduğunu demişdir. 40 gün sonra Parağa kəndinə qayıtmış və arvadı X5 Sibel barəsində dedikləri haqqında danışmış, Nargilə isə İnqilabın alkaş olduğunu, keflənib yersiz danışdığını demiş, əlavə olaraq ona camaatın balasının adı çıxar, aman günüdü bu barədə heç harda danışmamasını tapşırmış, kənddə İnqilabın anası Səlbicahanı görmüş və oğlu İnqilabın içib keflənib Sibel haqqında danışdığını, qızın kənddə adının çıxdığını demiş, Səlbicahan xəbəri olduğunu, İnqilabın onları bezdirdiyini demiş, 2 gün sonra İnqilabın arvadı Afət onu evlərinə çağırıb, bir ağsaqqal kimi İnqilabın Bakı şəhərində yaşayan dayısı Nərmana zəng vurub, bu barədə danışmağını xahiş edərkən, Afətin də hər şeyi bildiyini başa düşmüş, bir müddət sonra Afət onların ev telefonuna zəng vurub ondan bu işin üstü açılmaması üçün Sibeli çağırıb, İnqilabla telefonda danışdırmağı istəmiş, Sibelin yaşı tamam olan kimi İnqilabın gəlib, Sibeli aparacağını demişdir. İnqilab hər yerdə Sibelin adını pis yerə yaymaması məqsədilə o, Sibeli çağırmış və İnqilab Türkiyədən telefonla Sibellə danışmış, həmin danışığı İnqilab yazmış və sonradan həmin səs yazısını Sibelin atası Xanlara göndərmişdir. Bundan sonra Xanlar bacanağı İnqilabın az yaşlı qızı Sibel ilə cinsi münasibətdə olduğunu öyrənmişdir. İnqilabın Sibellə ikinci dəfə onun evində cinsi əlaqədə olmalarının yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, əri Təqsirləndirilən şəxs haqqında könüllü olaraq ifadə verir, ifadə verməyə məcbur edilməmişdir. Təqsirləndirilən şəxs onun əridir, 2009-cu ildə ailə qurmuşlar, 2 övladları olmuşdur, qızı Məleykə 4, oğlu Hikmət 2 yaşındadır, əri İnqilab tikinti ustasıdır, ilin 9 ayını Türkiyə Respublikasında işləyir, 3 ayını isə kənddə olur. 2019-cu ilin iyun aylarının əvvəlində əri İnqilabın anası Səlbicahanın uzun illər qeyri-rəsmi bir yerdə yaşadığı həmkəndlisi Şahid4 ona "İnqilabla yeyib-içdiklərini, İnqilabın içib kefləndikdən sonra Xanların qızı Sibeli alıram, Sibel ilə soyuq bulağın dərəsində cinsi əlaqədə olmuşam demişdir. Nadirin dediyinə inanmamış, Nadirə İnqilab elə iş görməz, Sibel İnqilabın övladı sayılır desə də, Nadir "inanmırsan inanma səsi çıxanda görərsən" demişdir. Nadir bu söhbəti Sibelin ata babası Məcidə də dediyini eşitmiş, o, Nadirin dediklərini İnqilabın anası Səlbicahana demiş, Səlbicahan isə Nadirin yalan danışdığını, İnqilabı istəmədiyindən onun adını pisə çıxarmaq istədiyini bildirmişdir. 2019-cu ilin iyun ayında İnqilab Türkiyə Respublikasının İstanbul şəhərindən ona zəng vurarkən, İnqlaba Nadirin dediklərini demiş, İnqilab həmin vaxtı inkar etmiş, 3 gün sonra isə İnqilabla danışan vaxtı İnqilab Sibellə cinsi əlaqədə olduğunu, Sibelin 18 yaşı olan kimi gəlib onu aparacağını, arvadı edəcəyini demiş, əlavə olaraq İnqilab ona istəsə onu da saxlaya biləcəyini, yoxsa onu boşayıb Sibeli alacağını bildirmişdir. Bundan sonra o bacısı Fəziləgilə gedib, Sibelə İnqilabın onunla cinsi əlaqədə olub-olmadığını soruşmuş, Sibel birinci inkar etmiş, Sibelə yalan danışmağın mənasız olduğunu dedikdən sonra, Sibel ağlayaraq İnqilabın soyuq bulağın dərəsində onunla cinsi əlaqədə olduğunu demişdir. Bir müddət sonra İnqilab Türkiyədən zəng vurub ona Sibelin telefonda danışmadığını, əgər danışmasa atası Xanlara deyəcəyini, Sibeli rüsvay edəcəyini dediyindən, kənddə biyabırçılıq olmaması üçün Ələddinə zəng vurub, ağlayaraq İnqilabın dediklərini demiş və ondan Sibeli İnqilabla telefonda danışdırmağını xahiş etmişdir. Sibel ona İnqilabın bıçağı boğazına tutub soyuq bulağın dərəsinə aparıb paltarını çıxardıb zorla cinsi əlaqədə olduğunu desə də, İnqilab ona Sibelin istəyi ilə soyuq bulağın dərəsində cinsi əlaqədə olduqlarını demiş, zorla bağlı Sibelin dediklərinə inanmamış, çünki Sibelin könlü olmasa İnqilab onu soyuq bulağın dərəsinə apara bilməzmiş və gedib onunla ikinci dəfə cinsi əlaqəyə girməyərək bunu böyüklərinə deyərmiş, Sibelin İnqilabla könüllü cinsi əlaqədə olmuşdur. Əri Təqsirləndirilən şəxs bacısı qızı Zərərçəkmiş şəxslə cinsi əlaqədə olan vaxtı İnqilabla küsülü olduğundan atasının evində olmuş, İnqilabla yaşadığı evə dekabr ayının 18-i qayıtmış, İnqilabla Sibelin bir-biri ilə necə münasibət yaratdığını bilməmiş, telefonla danışıqlarını, yazışmalarını və ya İnqilabın Sibelə qarşı hər hansı bir hərəkətinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Parağa kəndində yaşayır, Təqsirləndirilən şəxs və Nümayəndə ilə həmkəndlidir, Ermənistan SSR-in Əzizbəyov rayonundan köçmüşlər, onlarla uzaq qohumluğu var, İnqilab onun dayı nəticəsi, Xanlar isə əmi nəticəsidir, Xanlarla onun evi arasında Ələddinin evi yerləşir, arvadı 1997-ci ildə xəstəlik səbəbindən öldüyündən İnqilabın anası Səlbicahanla nikahdan kənar ailə qurmuşdur, İnqilab arvadı və qaynanası ilə münaqişələri olduğundan, arvadı Afət ata evində, İnqilab isə onun evinə gələrək birlikdə yaşayırmışlar, 2018-ci ilin avqustun 24-də dağda mal sürüsünü otarmağa getməli imiş, yuyunmaq üçün hamama gedərkən, arxadan səs eşitmiş və qayıdıb baxanda İnqilabın aradakı setka çəpərdən Şahid2 həyətinə aşdığını görmüş, onun tələsik setkadan qonşunun həyətinə tullanması ona şübhəli gəlmiş, 2019-cu ilin setyabr ayının son günlərində kəndin örüşündə mal otararkən X1 öz mallarını ayırmağa gəlmiş və söhbət əsnasında Qorxmaz, ona Nargilənin satmaq üçün ona verdiyi telefonda Sibellə İnqilabın bir-birinə yazdığı mesajları gördüyünü demiş və o hiss etmiş ki, onlarla bağlı Qorxmaz nəsə bilir və açıq danışmağa utanır. Bir ay sonra sement almaq üçün Məcidlə Aza kəndinə getmişlər, Aza yol ayrımındakı yeməkxanada otrub çay içərkən, Məcidə "sənə bir söz demək istəyirəm, amma ehtiyat edirəm" demiş, Məcid ehtiyat eləmə dediyindən, Qorxmazdan eşitdiklərini ona danışmış və məsləhət etmiş ki, uşağınızı aparın həkimə yoxlatdırın. Məcidə bunları danışmaqda başqa məqsədi olmamış, belə bir şey olarsa düşmənçilik olmaması üçün demiş, bu məsələ tam aydınlığa çıxanda eşidib öyrənmiş ki, İnqilab Xanların 15 yaşlı qızı Sibel məktəbdən evə gələrkən kəndin "soyuq bulaq" deyilən dərə kimi bir yerdə onu yoldan çıxarıb və onunla əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid14 ifadəsində göstərmişdir ki, Parağa kəndində yaşayır və X3 Təbiət və İncəsənət Fakultəsinin İ kurs tələbəsidir, Təqsirləndirilən şəxsla həmkəndlidir və münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin sentyabr ayında Türkiyədən qayıdıb kənddə olduğu zaman İnqilabla həmkəndlisi Xanların orta məktəbdə oxuyan qızı Sibellə görüşdüklərinə dair sözlər eşitmiş, sentyabr ayının sonuncu həftəsində Parağa kəndində yaşayan dayısı Ələddinin evinə getmiş, onlarda olarkən pəncərədə "Samsung" markalı köhnə, ön kamerası olmayan, sensorlu mobil telefon görmüş və dayısının arvadı Nargilədən "bu nə telefondur" deyə soruşmuş, Nargilə xarab telefon olduğunu bildirmiş, telefonun arxa qapağını açıb baxdığında akkumlyatorun şişdiyini görmüş və Nargilədən telefonu almış, Naxçıvan şəhərində dərsə gedən vaxtı yeni akkumlyator alıb telefona taxmış və görmüş ki, telefon işləkdir. Telefonun menusuna girib mesaj bölümündə bir neçə mesaj olduğunu görmüş, istəmədən mesajları oxumuş, mesajlarda "səni sevirəm, cavabında "mən də səni sevirəm" "saat 12-də gələcəm çıxarsan", qarşı cavabda "çıxanda sənə xəbər edəcəm", "nə oldu harda qaldın" məzmunlu sözlər var imiş, mesajlaşan nömrələrdən qarşılıqlı zənglər edildiyini görmüş, qarşılıqlı sevgi mesajları olduğunu zənn etmiş, amma mesajların kimə məxsus olduğunu, kiminkimə yazdığını bilməmiş, telefonu satmaq fikri olduğundan, mesajları silmiş, mesajların kimə məxsus olması onda maraq yaratmış, zəng edərək daycanısı Nargilədən telefonda olan mesajların nə məsələ olduğunu soruşmuş, o, həmin telefonu bir neçə gün qonşuları Xanların qızı Sibel işlətdiyini demiş, amma mesajları İnqilabla Sibel arasında olduğuna dair heç nə deməmişdir. X18 istədiyinə görə Türkiyədə döydüyü bardə söz-söhbətlər eşitmiş, 2019-cu ilin oktyabr ayında onun ***-***-**-** mobil nömrəsində olan Whatsapp proqramına İnqilabın nömrəsindən Sibelin 5-6 ədəd şəkili gəlmiş və şəkillər məktəbin sinfində, məktəb yolunda, həyətlərində, evində çəkilməklə normal şəkillər olmuş, həmin vaxtı Türkiyədə olan X9 şəkillərini niyə ona göndərdiyini yazmış, o, isə "hafizə kartının yoldaşı Afətə məxsus olduğunu və təsadüfən sıxılaraq sənə gəldiyini" yazmışdır. İnqilabla Sibel barəsində olan söz-söbətlərin düz olduğu İnqilabın baldızının az yaşlı qızı ilə əlaqəsinin olduğu yəqin etmiş, bu məsələ onu narahat etdiyindən, Sibelin yaxınlarından birinə bu barədə danışmağı düşünmüşdür. 2019-cu ilin oktyabr ayında Nadirin kəndin örüşündə otardığı kənd mallarından öz mallarını ayırmağa getdiyində, Nadir ondan İnqilabla Sibel haqqında nəsə eşidib-eşitmədiyini soruşmuş və bildiklərini Nadirə danışmış və bu haqda Sibelin babası Məcidi xəbərdar etməyə qərar vermişlər, Nadir imkan tapıb bu barədə Məcidə danışacağını bildirmiş, sonra Nadir ona zəng edib Məcidlə danışdığını demiş, 3-4 ay sonra Məcid bunu arvadı Qətibəyə demiş, Qətibə isə nəvəsi Sibeli çağırıb sorğu-sual etdiyində, Sibel İnqilabla əlaqədə olduğunu etiraf etmişdir. İnqilab Sibellə olan əlaqəsini təsdiq edən faktları Xanlara göndərdiyindən, Xanların isə bu barədə polisə məlumat verdiyindən sonra İnqilabın Sibel 15 yaşında olarkən onunla intim münasibətlərdə olduğu aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Ordubad Rayon Parağa kəndində yaşayır, Xanlar Allahveriyev onun oğludur, qızı Sibel isə nəvəsidir. İnqilabla kök qohumluğu var. X2 bacanaqdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin oktyabr ayının son günlərində həmkəndlisi və əmi uşağı Nadir ondan xahiş etmiş ki, evin gediş-gəliş yolu dağılıb gedək Aza kəndinə oradan iki tay sement alım gələk, etiraz etməmiş və Vaz 2106 markalı maşını ilə Azaya gedərkən, Nadir yolda ona bir söz deyəcəyini bildirmiş, Aza yol ayrıcındakı çayxanada çay içərkən, Nadir ona demişdir ki, bir-iki ay əvvəl kəndin örüşündə mal otaran zaman Tofiq müəllimin oğlu Qorxmaz mal sürüsündən malları ayırmağa gəlmişdi, o danışdı ki, Ələddinin arvadı Nargilə ona satmaq üçün bir telefon vermişimiş və telofonu açıb mesaj yerinə baxarkən, İnqilabdan Sibelə mesaj gəldiyini görmüşdür, Nadirin dediklərinə inanmamış, düşünmüş ki, Nadir İnqilabın anası Səlbicahandan ayrıldığından, bizim əlimizlə ona pislik etmək istəyir, lakin bu məsələ yadından da, çıxmamış, Nadirlə danışığından 4-5 gün sonra 2019-cu ilin noyabr ayının 3-də yıxılıb ayağın sındığından, bunu Qorxmazdan ətraflı soruşa bilməmişdir ki, iki aydan artıq yataqda olduğundan durub gəzə bilməmiş, 2020-ci ilin fevral ayının əvvəlində, arvadı Qətibəyə bu məsələni danışmış, məsləhət etmiş ki, Sibeli çağır bunun nə məsələ olduğunu ondan öyrənsin. Qətibə Sibeli çağırıb danışmış və Sibel həmin vaxtı nənəsinə İnqilabla əlaqədə olduğunu etiraf etmiş və demiş ki, İnqilab məni 2018-ci ilin dekabır ayında zorla apardı "soyuq bulağa" və orada mənə təcavüz etdi. Bunu bildiklərində arvadı Qətibə Sibelin anası Fəziləni çağırıb ona bunu danışmış, Fəzilə bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. Lakin oğlu Xanlara bunu deyə bilməmişdir. 3-4 gün sonra X10 əlaqəsi barədə mesaj yazmış, oğlu Xanlar da bu məsələdən xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Nümayəndələ 2002-ci ildə ailə qurmuş, 3 övladı var, Sibel böyük övladıdır, o, xx xxxxxxxx 2003-cü ildə anadan olub və Parağa kənd tam orta məktəbin 11-ci sinfində oxuyur, Təqsirləndirilən şəxs isə bacısı Afətin əridir, 2018-ci ilin əvvəlində ailə münaqişəsinə görə bacısı Afətlə əri İnqilab küsülü imiş, ayrı yaşayırlarmış, lakin Xanlarla İnqilabın münasibətlərində buna görə soyuqluq yaranmamış, münaqişə dövründə İnqilab onlara gəlib getməsə də, arvadı Afətlə barışdıqdan sonra İnqilab onlara gəlib-gedirmiş, 2019-cu ilin 31 dekabrında yeni il günü İnqilab onlara gəlmiş orada Xanlara "səni oğlum Hikmətə kirvə tuturam" demiş, Xanlar isə ona "sənin çörəyin dizinin üstündədir, sənə kirvə ola bilmərəm" deyə cavab vermişdir. 2018-ci ilin dekabr ayının axırlarında bacısı Afətlə İnqilab barışmış, İnqilab isə 2019-cu ilin yanvar ayının 15-də Türkiyəyə işləməyə getmişdir, 2019-cu ilin fevral ayında balaca qızı Nərmin ona demiş ki, İnqilab əmi bizə zəng edir, mən götürürəm səs vermir, Sibel götürəndə danışır, bu səbəbdən Sibelə tapşırmışdır ki, İnqilab zəng vuranda telefonu sən götür alo deyib cavab ver, telefonu mənə qaytar, Sibel onun dediyi kimi etmiş, İnqilab telefonun Sibeldə olduğunu hesab etmiş və demiş ki, "elə etmə ki, hafizə kartını qoyum Etibarla Könülün məsələsi olsun", bu sözü eşidəndə istəmədən qışqırıb onu söyərək telefonu söndürmüşdür. Həmin vaxt əri Xanlar da Türkiyədə işləyirmiş, bu barədə qonşusu Nargiləyə danışmış və bildirmişdir ki, "zəng edib Xanlara deyəcəm getsin elə Türkiyədə onu öldürsün", Nargilə isə "uşağının başını böyütmə, düşmənçilik yaratma" demişdir. İnqilabın o sözü dediyinin səbəbini Sibeldən soruşmuş, Sibel isə " yox ay mama mənim İnqilabla nə işim var" dediyindən bu məsələdən əl çəkmiş və dərinə getməmiş, İnqilabla qızı arasında əlaqə olduğu ağlına gəlməmiş, çünki, İnqilab onlara gələndə Sibeli "qızım" deyə çağırırmış, 2020-ci ilin fevral ayının 6-da axşam saatlarında Xanlar Sibeli kənddə hazırlığa apardığı zaman, evə zəng gəlmiş, telefonu götürmüş və İnqilab olduğunu bildiyindən onu söymüş, söysədə, İnqilab "Nargiləyə denə telefonu açsın" demiş, bir neçə dəqiqə sonra Xanlar Sibellə evə gəldiyində, İnqilabdan yenə zəng gəlmiş, Xanlar telefonu götürmüş ona dediyi sözü Xanlara da demiş, Xanlar ona cavab vermiş ki, "deyəsən onların telefonun arxası xarabdır". Danışıqlarından elə sonra Xanların telefonuna İnqilabdan səsli mesaj gəlmiş, mesaj İnqilabla Sibelin qonşusu Ələddinin evində olan danışıqlarından ibarət olmuş, ondan sonra məsələnin üstü açılmışdır. Sabahısı Sibellə özü danışaraq bunun nə məsələ olduğunu soruşmuş, Sibel cavabında "2018-ci ilin dekabr ayının 14-də məktəbdən evə qayıdanda İnqilab bıçağı boğazıma dayayıb "soyuq bulağın" dərəsinə apardı mənə təcavüz etdi və tapşırdı ki, "heç kimə danışma" demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində bildirmişdir ki, təxminən 30 ildir ailəsi ilə birlikdə Ermənistan SSR Əzizbəyov rayonundan Ordubad rayon Parağa kəndinə köçmüşlər və orada yaşayırlar, Nümayəndə onun oğludur, Zərərçəkmiş şəxs isə Xanların övladıdır, yəni Sibel onun nəvəsidir. Xanlar ailəsi ilə onlardan ayrı yaşayır. Əri Şahid6 ona nəvələri Sibelin Xanların bacanağı İnqilabla münasibəti olduğu haqqında Nadirdən bir söz eşitdiyini demiş, Sibeli çağırıb bu haqda onunla danışmağı tapşırmış, ona görə nəvəsi Sibeli evlərinə çağırıb onun İnqilabla arasında münasibət olması barədə söz-söhbət olduğunu və Sibelə qız olub-olmadığına baxacağını demiş, Sibel bundan sonra danışmış ki, məktəbdən gələndə İnqilab onu yolda tutub, boğazına bıçaq dayayaraq zorla soyuq bulağın dərəsinə aparıb orada paltarlarını soyundurub onunla cinsi əlaqədə olmuşdur. O bu sözləri eşidən kimi huşunu itirmiş, inana bilmirmiş ki, az yaşlı nəvəsi Sibel xalasının əri İnqilabla cinsi əlaqədə olmuşdur. Bir neçə gün sonra İnqilab Xanlara mesaj yazmış və Xanlar qızı Sibel ilə İnqilabın münasibətlərinin olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun analığı Abbasova Gülayənin qardaşı Qəzənfərin nəvəsidir, bir dəfə analığı Gülayə təklif etmiş ki, gələcəkdə nə vaxt evlənmək istəsən, Sibellə evlən, qəşəng qızdır, tərbiyəli və ağıllıdır. Özünün də Sibeldən xoşu gəlirmiş və eşitdiyinə görə analığının təklifindən Sibel xəbərdar imiş, fikirləşirmiş ki, bu barədə nə vaxtsa Sibellə danışsın, ona görə də, 2019-cu ilin mart ayında Sibelgilin ev telefonuna zəng vurub, analığının təklifini ona demiş, gələcəkdə onunla evlənməyə razı olub olmadığını soruşmuşdur. Bir neçə ay sonra İnqilab ona mesaj yazmış ki, eşitmişəm Sibeli istəyirsən, ciddi bir şey olmadığından İnqilaba Sibel ilə arasında heç nə olmadığını yazsa da, İnqilab ona göndərdiyi səsli mesajlarda Sibeldən uzaq durmağı bildirməklə, təhqiramiz ifadələr işlətmiş, ondan Sibelin onunla nə əlaqəsi olduğunu soruşmuş, o gəl Ardahana söhbət edərik demişdir. İşləmək üçün Türkiyənin Ardahan vilayətinə getmiş, 2019-cu ilin may-iyun ayında, Ardahan şəhərində iş tapmaq üçün durduğu yerdən evə yemək yeməyə getdiyi zaman, İnqilab onu çağırıb, onunla işi olduğunu demiş, İnqilab ona yenə Sibeldən əl çəkməyi tələb edərək, hədə-qorxu gəlməyə başlamış, bu zaman aralarında dava olmuş, aralanıb gedərkən İnqilab onun gözünün altına yumruqla vurmuşdur.Bundan sonra İnqilabı görməmiş, danışmamış, İnqilabın hərəkətinin mənasını başa düşə bilməmişdir. 2020-ci ilin mart ayında Türkiyədə olduğu vaxt İnqilab ilə Sibel arasında cinsi münasibət olduğunu eşitmiş və İnqilabın Sibeldən uzaq durmağını ondan niyə tələb etdiyini başa düşmüşdür. Sibel məktəbli olduğundan və ailə qurmaq yaşına çatmadığından, qeyd etdiyi təklifidən başqa ona heç bir söz deməmiş, onunla görüşməmiş və sevgi münasibəti yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 ifadəsində bildirmişdir ki, 1988-ci ildən Ordubad rayon Parağa kəndində yaşayır, 1 övladı var, əri ölmüşdür, oğlu Şahid10 ilə bir yerdə yaşayır, Zərərçəkmiş şəxs onun bacısı Siddiqənin qızı Fəzilənin böyük qızıdır. Sibel məktəbi bitirdikdən sonra oğlu Vüsal ilə evləndirmək fikiri olmuşdur, amma bu barədə heç kimə hətta oğlu Vüsala belə bu haqda bildirməmişdir. 2020-ci ilin fevral ayının əvvəlində Xanların evindən səs-küy eşitdiyindən, nəsə olduğunu fikirləşib onlara getmiş və Xanların çox əsəbi halda olduğunu görmüş, ondan nə olduğunu soruşmuş, Xanlar ona bacanağı Təqsirləndirilən şəxs ona Sibellə arasında sevgi, məhəbbət olduğuna dair səsli mesaj göndərdiyini demişdir. O, Xanlara əsəbləşməməyi, hər şeyi tam aydınlaşdırmağı məsləhət vermiş, evə qayıtdıqdan sonra oğlu Vüsal İnqilabın ona İnqilabla Sibelin münasibəti barədə olan mesajlar göndərdiyini bildirmiş, səhəri gün İnqilabın 2018-ci ildə Sibelin 15 yaşında olarkən onunla cinsi əlaqədə oluduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, Ordubad rayonu Parağada kəndində yaşayır, Təqsirləndirilən şəxs qızı Afətin əridir, onlar 2009-cu ildə ailə qurublar, 2 övladları var, 2018-ci ilin əvvəllərində İnqilab Afəti döyüb evdən qovduğundan, Afət gəlib onlarda qalırmış, 2018-ci ilin dekabr ayının axırlarında isə Afət İnqilabın evinə qayıtmışdır. Zərərçəkmiş şəxs onun nəvəsidir və qızı Fəzilənin övladıdır. 2020-ci ilin yanvar ayının əvvəlində İnqilabın Sibelin atası Xanlara göndərdiyi səs mesajından məlum olmuş ki, qızı Afətin əri İnqilab ilə digər qızı Fəzillənin qızı Sibel arasında münasibət var. Bu məsələni eşidib qızı Fəziləgilə getmiş və orada öyrənmiş ki, 2018-ci ilin dekabr ayının 14-də İnqilab soyuq bulaq dərəsində, az yaşlı Sibel ilə cinsi əlaqədə olmuşdur, Sibeldən bu barədə soruşduqlarında, Sibel İnqilabin onu məktəbdən gələndə yolda tutub, boğazına bıçaq dayayaraq soyuq bulaq dərəsinə aparıb orada onunla zorla cinsi əlaqədə olduğunu deyirmiş, lakin Sibelin dedikləri ilə İnqilabın Xanlara göndərdiyi səs yazısı uyğun gəlmirmiş, onlardan başa düşmək olurdu ki, İnqilabla Sibel arasında sevgi münasibəti olub, az yaşlı nəvəsi Sibeli İnqilab aldadaraq, onu alıb arvad edəcəyini deyib, Sibel uşaq olduğu üçün ona inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid12 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısı Fəzilənin böyük qızıdır, Təqsirləndirilən şəxs isə digər bacısı Afətin əridir, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmamışdır, aralarında bir neçə dəfə münaqişə baş vermişdir, 2017-ci ilin fevral ayında İnqilab arvadı Afəti, yəni onun bacısını döydüyünə görə məhkəməyə müraciət etmişlər, 2018-ci ilin fevral ayında İnqilab Afəti incitdiyindən aralarında yenə münaqişə olmuş, bacısı qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan cinsi münasibətdən xəbərim olmamış, İnqilab Sibel ilə arasında olan danışığı Xanlara göndərdikdən və Xanlar prokurorluğa müraciət etdikdən sonra bu barədə bilmiş və öyrənmişdir ki, bacısı Afətin əri İnqilab, digər bacısı Fəzilənin 16 yaşına çatmayan qızı Sibel ilə "Soyuq bulaq" adlanan yerdə cinsi əlaqədə olmuşdur. Cinayət işinə əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2020-ci il tarixli 17 saylı ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət izləri aşkar edilməmiş, Zərərçəkmiş şəxs bakirəliyisi pozulmuşdur, müddəti köhnədir, yəni 2-3 həftədən artıqdır. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olunmamışdır. Zərərçəkmiş şəxs hamilə deyildir, doğuş keçirməmiş və abort edilməmişdir. Cinayət işinə əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2020-ci il tarixli 5 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixi xəstəlik yoxdur. O, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2020-ci il tarixli 6 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik yoxdur. O, anlaqlıdır. Hazırda öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətindədir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilən intim və digər hərəkətlərin mahiyyətini dərk etmişdir, həmin vaxtı o, öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Cinayət işinə əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 63/20 nömrəli rəyində göstərilir ki, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətlidir. Davranışında müvazinətliliyi üzə çıxır. Emosional cəhətdən labilliyi (dəyişkənliyi) müşahidə olunmur. O, öz «Mən»inə qarşı həssas olmaqla, münaqişədən uzaqlaşmağa meyillidir. Zərərçəkmiş şəxs göstərilən fərdi-psixi xüsusiyyətləri ona qarşı edilən hərəkətlər zamanı davranışında təzahür etmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdipsixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs müqavimət göstərməməsinə səbəb olan hallar rəyin sintez hissəsində açıqlanmışdır. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurma və təlqinə qapılmağa meyililik əlamətləri müşahidə olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2‑ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy A2 markalı mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş 3 ədəd səs yazısındakı danışıqlar Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş həmin danışıqlardakı kişi səsinin ona məxsus olduğunu və Zərərçəkmiş şəxs ilə danışdığını, həmin danışıqların özü tərəfindən proqram vasitəsilə telefonuna yazıldığını təsdiq etmişdir.Təqsirləndirilən şəxs məxsus Samsung galaxy A2 markalı mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş 3 ədəd səs yazısındakı danışıqlar Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş həmin danışıqlardakı incə qadın səsinin ona məxsus olduğunu və Təqsirləndirilən şəxs ilə danışdığını təsdiq etmişdir. Cinayət işinə əlavə olunmuş Şahid10 mobil telefonuna Təqsirləndirilən şəxs tərəfindən Whatsapp proqramı vasitəsilə göndərilən mesajların ekran görüntüləri kağız vərəqlərə köçürülmüş şəkildə V. Xıdırov istintaqa təqdim etmişdir. Həmin mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması təsdiq olunur. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Ermənistan SSR Əzizbəyov rayonu, Qemur kəndində anadan olması, AR vətəndaşı, azərbaycanlı, ailəli, 2 uşaq atası, orta təhsilli olması, əvvəllər məhkum olunmaması, Ordubad Rayon Parağa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşaması, Ordubad rayon Parağa kənd X23 Üzrə Nümayəndəliyinin verdiyi xasiyyətnamə ilə mənfi xarakterli şəxs kimi xarakterizə olunması onu səciyyələndirən hallardır. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs xx.xx.2003-cü Ordubad rayon Parağa kəndində anadan olması, AR vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli olması, əvvəllər məhkum olunmaması, Ordubad rayon Parağa kənd tam orta məktəbinin 11-ci sinifində oxuması, Ordubad rayon Parağa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşaması, Ordubad rayon Parağa kənd X23 Üzrə Nümayəndəliyinin və Ordubad rayon Parağa kənd tam orta məktəbinin verdiyi xasiyyətnamələrdə müsbət xarakterli şəxs kimi xarakterizə olunması onu səciyyələndirən hallardır. Məhkəməyədək icaat zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya - qara rəngli “Samsung Galaxy A2”” modelli mobil telefonun yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd qara rəngli “Samsung Galaxy A2” markalı mobil telefona baxış zamanı xx xxxxxx 2020-ci il tarixdə iş üçün əhəmiyyət kəsb edəcək “Audio” səs yazıları aşkar edilməmiş, mobil telefonla həmin qovluqda 3 ədəd səs yazıları Sibel ilə danışıqları, Sibel ilə cinsi əlaqəsindən sonrakı dövrdə baş tutduğu anlaşılmış, Sibelə ali məktəbə qəbul olmaq fikrindən daşındırdığı. Sibelin isə İnqilabın fikri ilə razılaşdığı, aralarında olan məsələ ilə bağlı axıracan onunla birlikdə olacağını, Sibelin isə həyat yoldaşı Afəti Bakıya çağırdığını soruşması Sibelin İnqilab ilə öz istəyi ilə, hər hansı zorakılğa məruz qalmadan cinsi əlaqədə olması aydın görünür. İş materillarında olan təqirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar və Naxçıvan şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat zamanı iş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1- ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə,məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ilə cinsi əlaqəyə girmək üçün sevgi münasibəti yaradaraq, dəfələrlə ona cinsi əlaqədə olmağı təklif etmiş və onu razı saldıqdan sonra, 16 yaşına çatmadığını bildiyi halda xx xxxxxx 2018-ci il tarixdə saat təqribən 14:30-da təhsil aldığı Parağa kənd tam orta məktəbindən evə qayıdan Zərərçəkmiş şəxs ilə kəndin "Soyuq bulaq" adlanan ərazisində görüşərək orada onunla cinsi əlaqədə olmuş və xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə yenidən görüşərək onunla təkrar cinsi əlaqədə olaraq cinayət əməlini törətmiş, həmin əməli törətməkdə, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmişin, onun qanuni nümayəndəsinin və şahid ifadələri, ifadənin yerində yoxlanılması, baxış, üzləşdirmə, tanınmaya təqdim etmə protokolları, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə zorla cinsi əlaqədə olması şahid ifadələri, sübutlar və cinayət işinin materiallarları ilə öz təstiqini tapmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmalarını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, cinayət əməli törətdiyinə görə peşiman olmasını, himayəsində yaşlı anasının olmasını, iki azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyil. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məhkəmə qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməli olmaması üçün heç bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi yerini müəyyən edərkən belə nəticəyə gəlir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzalarını çəkməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, səhv etdiyini, zərərçəkmiş şəxsdən üzr istədiyini, iki azyaşlı övladının olmasını, həmçinin məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmamasını, zərərçəkmiş şəxsin onu bağışlamamasını, təkrarən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslə cinsi əlaqədə olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. .Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduqdan sonra təkrarən xx xxxxxx 2019-cu il tarixdə qonşusu Şahid1 yaşayış evində təkrarən Sibel ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmamasını, zərərçəkmiş şəxsilə barışmamasını da nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın olmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət‑hüquqi tədbiri və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19‑cu maddələrinə əsasən iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilən bir ədəd qara rəngli “Samsung Galaxy A2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı və, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair bir ədəd diskin iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 344-349, 351-356‑cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində cinayət işində olan bir ədəd qara rəngli “Samsung Galaxy A2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair bir ədəd disk iş materiallarında saxlanılsın. Hökm elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar