Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-1/2023 13.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X16 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3n və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, X8 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan MR Ordubad şəhərində anadan olmuş olmuş, orta təhsilli, evli, 1 uşaq atası, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi təsərüffatla məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə; xx.xx.2001-ci il tarixdə Naxçıvan MR Ordubad şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi təsərüffatla məşğul olan, əvvəllər məhkum olmayan, Ordubad şəhər Şəhriyar qəsəbəsi ev 30 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3- 2, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə; xx.xx.1980-ci il tarixdə Ordubad rayonundan anadan olmuş, orta təhsilli, evli, 2 uşaq atası, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi təsərüffatçı, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29,177.2.3-2-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ordubad rayonunun Şəhriyar qəsəbəsində yaşayan Hüseynli X10 bələdiyyəsinin mülkiyyətindəki torpaq sahəsindən keçən, Zərərçəkmiş şəxs balansında olan, dövlət əhəmiyyətli “Ordubad-2” nasos stansiyasının təzyiqli su xəttindən metal borularını oğurlamaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə - qardaşı Təqsirləndirilən şəxs3 və Ordubad şəhər sakini Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, mərhum atası X7 məxsus olmuş, hazırda öz istifadəsində olan 85 T 911 dövlət qeydiyyat nişanlı “Hidromek” markalı traktorla 2023-cü il yanvar ayının 9-dan başlayaraq 22-dək olan müddətdə su xəttinin keçdiyi ərazidə torpağın üst qatını 80-90 sm dərinliyində və 90 metr uzunluğunda qazaraq, Zərərçəkmiş şəxs balansında olan, bazar qiyməti ilə ümumi dəyəri 2217.50 manat olan 88,70 metr uzunluğunda 273 mm diametrli metal su borusunu torpağın altından çıxarmaqla dəmir kəsən alətlə kəsmiş, onları traktora qoşub, oğurlamaq məqsədilə apararkən 22 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində Ordubad rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, Təqsirləndirilən şəxs2 oğurlanan əmlakın birgə satışından əldə olunacaq qazanca şərik olması müqabilində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan sövdələşməklə suvarma xəttinə aid metal boruların oğurlanması cinayətinin maneəsiz həyata keçirilməsi və aşkarlanmaması üçün Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi Niva markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən az aralıda yerləşən avtoyuma məntəqəsinin qarşısında duraraq gözətçilik etmiş, cinayət hadisəsinin başa çatdırılıbçatdırılmaması ilə əlaqədar olaraq mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 kiçik qardaşı, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs3 ilə dəfələrlə əlaqə saxlamış, qabaqcadan sövdələşdikləri kimi Təqsirləndirilən şəxs3 də mərhum atasına məxsus olmuş “Hyundai İX35 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Ordubad-Şəhriyar yolunda hərəkətdə olmaqla oğurluq cinayətinin aşkarlanmaması üçün gözətçilik etmiş, eləcə də bu cinayətə hazırlıq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 cinayətin aləti qismində istifadə etdiyi “Hidromek” markalı traktora yağ tökərək onu işlək vəziyyətə gətirməklə cinayətə cəhddə iştirak etmiş, lakin polis əməkdaşları tərəfindən hadisənin qarşısı alındığından oğurluq cinayəti həmin şəxslərin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır. Bundan əlavə həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin dekabr ayında qardaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girib Şəhriyar bələdiyyəsinin mülkiyyətindəki torpaq sahəsindən keçən, Zərərçəkmiş şəxs balansında olan, dövlət əhəmiyyətli “Ordubad-2” nasos stansiyasının təzyiqli su xəttindən metal borularını oğurlamaq niyyəti ilə mərhum atası X7 məxsus olmuş, hazırda öz istifadəsində olan 85 T 911 dövlət qeydiyyat nişanlı “Hidromek” markalı traktorla suvarma xəttinin keçdiyi ərazinin torpaq qatını qazaraq, bazar qiyməti ilə ümumi dəyəri 1815 manat olan 72 metr uzunluğunda 273 mm diametrli metal su borusunu torpağın altından çıxarmaqla dəmir kəsən alətlə kəsmiş, hissələrə bölmüş, qarşılıqlı razılıq əsasında Təqsirləndirilən şəxs3 həmin boruların 57 metrini Naxçıvan şəhəri Əliabad qəsəbəsinə aparıb Şərur rayonunun Diyadin kənd sakini Şahid2 sataraq ondan 800 ABŞ dolları və 40 Azərbaycan manatı pul almış, eləcə də boruların 15 metrini başqa metal tullantıları ilə birlikdə aparıb rayonun Aza kəndində yerləşən tikinti materiallarının satışı mağazasının sahibkarı, Culfa rayonunun Yaycı kənd sakini Şahid1 sataraq 400 manat pul almış və boruların satışından əldə olunan qazancı Təqsirləndirilən şəxs3 ilə birlikdə öz aralarında bölmüşlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Beləki Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, Ordubad şəhərində yerləşən və yaşadığı evin aşağı hissəsində olan badam bağını suvarmaq üçün ona boru lazım olduğunu, rayonun Şəhriyar qəsəbəsində yerləşən çöllük ərazidə torpağın altında olan metal su borularını oğurlamaq niyyəti ilə özünə məxsus “Hidromek” markalı kəpcəli traktor vasitəsilə torpağı qazıb, borunun üstünü açdıqdan sonra dəmir kəsən alətlə kəsib, sonra traktoruna qoşub çıxardaraq bağına su çəkmək üçün istifadə etməyi qərara aldığını, ona görə də 9 yanvar 2023-cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda həmin ərazidə torpağın altında olan metal su borularının kimə məxsus olduğunu, kimin mülkiyyətində olduğunu bilmədiyini, su borularının keçdiyi istiqamətdə torpağın üst qatını traktorla təxminən 80 santimetr dərinliyində qazaraq borunun üzərini açdığını, əsasən havanın qaranlıq vaxtlarında boruların üzərini açmaqla məşğul olduğunu, ətrafdan görünməsin deyə traktorun faralarını yandırmadan qaranlıqda qazıntı işlərini apardığını, traktorun kəpçəsinin dəmir boruya toxunduqda çıxardığı səsə müvafiq olaraq hansı istiqamətdə qazacağımı müəyyən etdiyini, 20 yanvar 2023-cü il tarixdə mərhum atasının tanışı, özünün də əvvəlcədən tanıdığı Ordubad şəhər sakini Təqsirləndirilən şəxs2 torpaq şöbəsinin əməkdaşları ilə qazdığı ərazinin yanında ölçü apardıqlarını gördüyünü, onun həmin ölçülən ərazidə olan torpağı bağ salmaq üçün icarəyə götürməsini bildirdiyini, bu ərazidə olan su borularının üzərini qazıb açmasını ona bildirdiyini, həmin boruları oradan çıxarıb hər ikisinin də torpağına su çəkmələri barədə razılığa gəldiklərini, boruları müəyyən ölçüdə kəsməyi, qazdığı çaladan çıxarmağı, traktorla sürüyüb aparmağı öz üzərinə götürdüyünü, Təqsirləndirilən şəxs2 isə metal su borularının kəsilməsində, sökülməsində və aparılmasında ona yardımçı olacağını vəd etməklə, onların polis əməkdaşları tərəfindən saxlanılmamaları üçün lazımi tədbirlər görəcəyini, hətta bununla bağlı rayon polis şöbəsinin rəhbərliyindən razılıq alacağını öhdəsinə götürsüyünü, 21 yanvar 2023-cü il tarixdə saat təxminən 21 radələrində özünə məxusus Hyundai avtomobili ilə Təqsirləndirilən şəxs2 götürüb X18 Kompleksinin yanına getdiklərini, Təqsirləndirilən şəxs2 enib harasa getdiyini, traktoru götürüb, qazıntı apardığı yerə getdiyini, təxminən 10 metr qazıntı işi apardığını, çıxaracağı boruların uzunluğunu 90 metrə çatdırmağı qərara aldığını, ertəsi gün səhər tezdən yuxudan oyanıb, özünə məxsus olan generatoru, dəmir kəsən aləti (laqondanı), dəmir trosu Hyundai markalı avtomobilin arxasına yükləyərək həmin əraziyə getdiyini, Alətləri traktorun kəpçəsinin içərisinə qoyub, qazıntı apardığı yerə getmişdir. Orada olarkən traktorunun qabaq sağ təkəri deşildiyindən R.Hüseyinli apardığı generatoru işə salıb dəmirkəsən aləti elektrik enerjisinə qoşub borunun şəhərə tərəf olan hissəsini laqonda ilə kəsdiyini, bu zaman traktorun təkəri deşildiyiyindən işini yarımçıq saxladığını, saat təxminən 12-13 arası Təqsirləndirilən şəxs2la Ordubad şəhərində yerləşən bazarın önündə görüşdüyü zaman Raminin boruları götürüb-götürə bilmədiyi ilə maraqlandığını, axşam saatlarında boruları götürəcəyini ona bildirdiyini, saat təxminən 20- 21 arası Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürərək onunla birlikdə qardaşı Rzaqulunun YDM-də saxladığı traktorun yanına getdiklərini, traktoru işə salıb qazıntı apardığı yerə getdiyini, yolda polis şöbəsinin rəisinin xidməti avtomobilini gördüyü üçün qazıntı apardığı yerin yaxınlığında traktoru saxlayıb piyada asfalt yola çıxdığını, yaşadığı evin yanına gəldiyini, həmin vaxt orada Təqsirləndirilən şəxs2 onlara məxsus olan Niva markalı avtomobillə onu gözlədiyini, təxminən 5-10 dəqiqəlik evə girib çıxdıqdan sonra Raminin idarə etdiyi onlara məxsus qara rəngli Niva markalı avtomobilə mindiyini, traktoru saxladığı yerə getdiklərini, avtomobildən enərkən Raminin onu “Vağzalın kruqu” deyilən yerdə moykanın yanında gözləməsini deyərək oradan uzaqlaşaraq getdiyini, təxminən 40 dəqiqə ərzində borunu özü ilə apardığı trosla bağlayıb, qazdığı yerdən çıxarmağa çalışdığını, tros borudan tez-tez sürüşüb çıxdığından borunu çıxarmaqda çətinlik yarandığını, borunu qazdığı yerdən təxminən 20-30 metr məsafədə çəkib çıxardığı vaxt əvvəlcədən tanıdığı polis əməkdaşları Kamran və Tural adlı şəxslərin oraya gələrək boruları çıxardığını gördüklərini, digər polis əməkdaşlarının da oraya dəvət etdiklərini, bu vaxt qardaşı Rzaqulunun da oraya gəldiyini, Təqsirləndirilən şəxs2 da oraya çağırdıqlarını, Raminin gələrək boruların ona məxsus olmasını polis əməkdaşlarına bildirdiyini, bundan sonra polis əməkdaşların onları polis şöbəsinə apardıqlarını, həmin vaxt ondan izahat alınarkən Təqsirləndirilən şəxs2 adını heç yerdə çəkməməyi ondan tələb etdiyini, bu cinayəti Təqsirləndirilən şəxs2 ilə birlikdə planlaşdırdıqlarını, bir yerdə törətməyə cəhd etdiklərini, metal su borularını onunla yarı yarıya böləcəkləri haqqında qabaqcadan razılığa gəldiklərini, Raminin bu işdə rolunun polis şöbəsinin rəisindən icazə almaq və “Vağzalın kruqu” adlanan yerdə, yəni moykanın yanında durub gözətçilik etməkdən ibarət olduğunu, bu məqsədlə də özünə məxsus olan Niva markalı avtomobilini də onun sərəncamına verdiyini, Təqsirləndirilən şəxs2 boruların oğurlanması üçün icazə alsa da, onların gecə götürülməsini təklif etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olduğunu, təxminən bir saat keçdikdən sonra qardaşı Rəhimin “whatsApp” messengeri vasitəsi ilə səsli mesaj göndərərək “Tural Azaya tərəf gedir, traktoru işə sal, gəlirəm gedək çıxaraq” sözlərini (Tural adlı şəxs Ordubad RPŞ-nin CAB əməkdaşıdır) dediyini, həmin vaxtı traktorun Ordubad şəhərində yerləşən yanacaq doldurma məntəqəsinin həyətində olduğunu, idarə etdiyi “Hyundai ix 35” markalı, ** BC *** nömrə nişanlı avtomobili işə salıb yanacaq doldurma məntəqəsinə yaxınlaşan zaman qardaşı Rəhimin ailə üzvləri ilə birlikdə özlərinə məxsus “Niva” markalı avtomobillə evə tərəf getməsini gördüyünü, yanacaq doldurma məntəqəsində traktoru işə saldığını, sürətlər qutusuna yağ əlavə etdiyini, təxminən 5 dəqiqə keçdikdən sonra qardaşının və Ordubad şəhər sakini Ramin adlı şəxsin ona məxsus olan “Niva” markalı avtomobillə həmin yerə gəldiklərini, Təqsirləndirilən şəxs2 metal su borularını sökəcəkləri əraziyə nəzarət etmək məqsədilə ona məxsus olan “Niva” markalı avtomobili işə salaraq həmin əraziyə getdiyini, daha sonra qardaşının ona “Ramin də nəzarət edir, sənin özün də nəzarət et, gələn olarsa xəbər edərsən” sözlərini dediyini, sonra Rəhimin traktora minərək Şəhriyar qəsəbəsində metal su borusu çıxardacaqları əraziyə getdiyini, “Hyundai ix 35” markalı avtomobili işə salıb nəzarət etmək məqsədilə Ordubad şəhərinə qalxdıqda yollarda polis əməkdaşlarını görmədiyini, şəhərin N.Rəfiyev küçəsi ilə N. Babayev küçəsinin kəsişdiyi yerdə mülki geyimdə olan polis əməkdaşı Kamranı və Tural müəllimi gördüyünü, onlarla hal-əhval tutub, gedəcəkləri yerə aparmağa hazır olmasını bildirdiyini, lakin onların yaxınlıqda yerləşən mağazaya getdiklərini demələrini, həmin vaxt Təqsirləndirilən şəxs2 “Niva” markalı avtomobillə Rasimin avtoyuma sexinin qarşısında durmasını müşahidə etdiyini, Rəhimə nəzarət etmək məqsədi ilə “Hyundai ix 35” markalı avtomobillə dəmir yolu istiqamətində hərəkətdə olduğu zaman Rəhimin traktorla metal su borusunu çıxarmaq üçün işlədiyini, dəmir yol dairəsindən dönərək yenidən qeyd etdiyi küçənin kəsişməsinə gəldiyini, Raminin hələ də avtomobildə oturmasını gördüyünü, Raminin “Nəzarət edirəm” dediyini, dəmir yolu istiqamətində “Hyundai ix 35” markalı avtomobillə gedərkən Rəhimin traktorla metal su borusunu çıxardığını, avtomobili saxlayan kimi Rəhimin traktorun işıqlarını söndürdüyünü, bu zaman Təqsirləndirilən şəxs2 070 *** ** ** mobil nömrə ilə onun 060 *** ** ** mobil nömrəsinə zəng vuraraq Rəhimin traktorun işıqlarının söndürüb-söndürmədiyini soruşduğunu, traktorun işıqlarının sönülü olduğunu bildirdikdə Raminin post patrul xidməti avtomobilinin İnternat məktəbi istiqamətinə hərəkətdə olmasını bildirdiyini, 10 dəqiqə keçdikdən sonra Rəhimin traktorun işıqlarını yandıraraq, söküntü işlərini davam etdirməyə başladığını, 7-8 dəqiqə keçdikdən sonra Raminin “Niva” markalı avtomobilimlə onun yanından sürətlə keçərək dəmir yolu istiqamətində getdiyini, bundan narahat olaraq Raminə zəng vurub nə olduğunu soruşduqda onun heç nə olmadığını bildirdiyini, həmin yerdə durmasını, nəsə olarsa ona məlumat verməsini tapşırdığını, bir neçə dəqiqə keçdikdən sonra Ramin həmin avtomobillə onun yanından ötərək Ordubad şəhər istiqamətində getdiyini, aradan bir müddət keçdikdən sonra bir avtomobilin Rəhimin traktorla işlədiyi əraziyə sürətlə getməsini gördüyünü, qardaşına zəng vuraraq nə olduğunu soruşduqda onun həmin avtomobili tanımadığını dediyini, avtomobili işə salaraq həmin sahə istiqamətində hərəkət etdiyini, bu zaman Raminə zəng vuraraq “Deyəsən qardaşımı tutublar” sözlərini dediyini, onu həmin yerə çağırdığını, Rəhimin traktorla işlədiyi sahəyə çatdıqda orada polis əməkdaşlarını gördüyünü, bir azdan Raminin də avtomobillə oraya gəldiyini, həmin vaxt qardaşının Raminə “İndi nə olacaq” sualını verdikdə onun “Gözlə, səbrli ol” deyə cavab verdiyini, bağıraraq polis əməkdaşlarına “Metal borular mənimdir, aparıb bağıma salacağam” dediyini, Rəhimin tapşırığına əsasən evinə getdiyini, təxminən 10 dəqiqə keçdikdən sonra qardaşına zəng vuraraq hadisə barədə maraqlandığını, onun polis əməkdaşları tərəfindən sorğu-suala tutulduğunu bildirərək telefonu söndürdüyünü, hadisə yerinə getdikdə polis əməkdaşları tərəfindən onun da polis şöbəsinə aparıldığını, müstəntiqin suallarını cavablandırarkən həmin metal su borusunu qazaraq gizlin yolla götürməyi qardaşı Rəhimlə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə planlaşdırdıqlarını, xx.xx.2023-cü il tarixdə qardaşı Rəhim Raminlə həmin ərazidə olan metal su borusunun üzərini qazaraq gizlin şəkildə götürəcəklərini və həmin işdə onun da köməklik etməsini istədiklərini, idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları ilə hal-əhval tutmaqda qardaşının traktorla işlədiyi ərazidən onların diqqətini kənarlaşdırmaq niyyəti güddüyünü, Rəhimin metal su borusunu Raminlə aralarında yarı-yarıya böləcəklərini bildirdiyini, qardaşının bu işdə qazanacağı puldan ona da pay verəcəyini, traktorun yanına Rəhimin Ramin ilə birlikdə gəldiyini, qardaşı Rəhimlə birgə həmin suvarma xəttindən metal su borularını torpağın altından çıxararaq oğurladıqlarını, boruları Naxçıvan şəhəri Əliabad qəsəbəsinə və Aza kəndinə satdıqlarını, onların satışından 2000 manat pul alıb qardaşı Rəhim ilə birlikdə böldüklərini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, 22 yanvar 2023-cü il tarixdə saat təxminən 20 radələrində oğlu Abbasın saçını bərbərdə kəsdirdikdən sonra yaşadığı evə gəldiyini, dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 zəng vuraraq şəxsi avtomobilini ona verməsini xahiş etdiyini, komputer məktəbinin yanında onunla görüşdüklərini, Rəhim avtomobillə onu Bakı yolu deyilən sahəyə apardığını, onun traktorunun olduğu yerdə Rəhimin Niva markalı avtomobildən enərək ona verdiyini, avtomobili idarə edərək Rasim ustanın moykasının yanında maşını saxlayıb telefon ilə dayısına mesaj yazdığını, təxminən 21-22 radələrində Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini işləyən Rəşad müəllimin piyada oradan keçməsini gördüyünü, ona gedəcəyi yerə avtomobillə aparmasını təklif etdiyini, lakin onun piyada gəzərək idman etməsini bildirdiyini, saat 22 radələrində Rəhimin qardaşı Rzaqulunun ona zəng vuraraq Bakı yoluna gəlməsini xahiş etdiyini, orada polis əməkdaşı kimi tanıdığı Kamranı, Tural müəllimi və Rəhimlə Rzaqulunu gördüyünü, Rzaqulunun ona yanaşaraq Rəhimin boru çıxardarkən polis əməkdaşları tərəfindən tutulmasını bildirdiyini, çıxarılacaq olan su borusunu Rəhim ilə aralarında yarı yarıya böləcəkləri barədə razılaşdıqlarını, bundan əvvəlki boru oğurluğundan xəbərinin olmadığını, onların polis şöbəsinə məxsus ”Fiat” markalı avtomobilə polis şöbəsinə gətirildiklərini, müstəntiqin suallarını cavablandırarkən işlərinin qaydasında olmadığı üçün adının bu cinayətdə çəkilməməsini Təqsirləndirilən şəxs1 xahiş etdiyini, onunla torpağın altından söküləcək su borularını satıb pulunu yarıyarıya böləcəkləri barədə razılıq verdiyini, hadisə baş verərkən Rəhim ilə aralarında bir dəfə telefon zəngi olduğunu, lakin onun qardaşı Rzaqulu ilə telefon vasitəsilə dəfələrlə əlaqə saxlayaraq Rəhimin işi başa çatdırıb-çatdırmaması ilə maraqlandığını, su borusunu çıxarmağı Rəhimlə 22 yanvar 2023-cü ildə planlaşdırdıqlarını, çıxacaq olan borunun bir hissəsi ilə öz bağlarına su çəkəcəklərini bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs “Zərərçəkmiş şəxs”-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında işdə olduğu zaman Ordubad rayonunun Şəhriyar qəsəbəsi sakini Təqsirləndirilən şəxs1 2023-cü il yanvar ayının 22-si axşam təxminən 23:30 radələrində Zərərçəkmiş şəxs balansında olan Ordubad rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən, rayonun 2 nömrəli nasos xəttinə aid olan, yəni Şəhriyar qəsəbə ərazisinin suvarılması üçün nəzərdə tutulmuş metal su borusunu xətdən kəsərək Ordubad şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamağa cəhd edərkən Ordubad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmasını eşitdiyini, hadisədən xəbər tutduqdan sonra həmin əraziyə getdiyini, Şəhriyar qəsəbəsi yolunun sağında bələdiyyəyə məxsus torpaq sahəsində traktor vasitəsilə qazıntı işləri aparıldığını, oradan idarənin balansında olan, təxminən 80-90 metr uzunluqda, diametri 273 mm olan metal su borusunun bütöv xətdən kəsilib, traktorla kəsildiyi yerdən 40-50 metr kənara dartıldığını müşahidə etdiyini, borudan 20-30 metr aralıda “Hidromek” markalı traktorun saxlanıldığını, həmin traktorun yaxınlığında qara rəngli Niva və Hyundai ix35 markalı avtomobillərin saxlanıldığını gördüyünü, “Hidromek” markalı traktordan Rəhimin atası Cəlal rəhmətə getdikdən sonra ya özü, ya da qardaşı Rzaqulunun istifadə etməsini bildiyini, hadisə yerində olan Niva və Hyundai markalı maşınların da Rəhimgilə məxsus olduğunu, bir neçə gün sonra həmin metal su borularının oğurlanmasına cəhd edilməsinə görə Təqsirləndirilən şəxs1yinin qardaşı Rzaqulunun da onlara köməklik göstərməsini eşitdiyini, onları əvvəlcədən tanıdığını, Rəhim və Rzaqulu qardaşlarının ataları mərhum Cəlal Hüseynova məxsus traktorla rayon ərazisində daş, qum yığmaqla məşğul olduqlarını, Ramini isə ting satmaqla məşğul olduğunu bildiyini, hadisə yerinə baxarkən metal su borularının qazılaraq çıxarıldığının şahidi olduğunu, oğurlanmağa cəhd edilən metal borudan əlavə olaraq həmin boruya bitişik qazıntı işləri aparılaraq əvvəllər təxminən 70-80 metr uzunluğunda borunun da çıxarıldığını müşahidə etmiş, əvvəllər bu barədə heç bir məlumatı olmadığını, həmin metal su boruları istifadəyə tam yararlı olduğunu, həmin su xətti təxminən 30 il bundan əvvəl quraşdırıldığını, su xəttinə Araz çayından su vurulduğunu, qəsəbə ərazisində yerləşən meyvə bağlarını növbəli şəkildə suvarmaq üçün nəzərdə tutulmuş xəttə qoşulu olmaqla həmin su xəttindən bağların suvarılmasında istifadə olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ipdidai istintaq dövründə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qardaşlarının anası Şahid3 və Təqsirləndirilən şəxs1 arvadı Şahid4 ifadə verməkdən imtina etdiklərini, iptidai istintaq zamanı verdiyi ifadələrini təsdiqlədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ordubad rayon icra hakimiyyəti başçısının müavini Şahid5 22 yanvar 2023-cü il tarixdə 22:20 radələrində yaşadığı binanın arxa tərəfində olan mağazaya ərzaq almaq üçün çıxdığını, hava şəraiti yaxşı olduğundan təmiz havada yürüyüş etmək qərarına gəldiyini, N.Rəfiyev küçəsi ilə N.Babayev küçəsinin kəsişməsindən üzü X12 stansiyasına tərəf yolun sol istiqamətində piyadalar üçün nəzərdə tutulan səki ilə hərəkət etdiyini,100-110 metr irəlilədikdən sonra geri qayıdaraq avtoyuma məntəqəsinin qarşısına çatan zaman Vağzal istiqamətindən üzü Ordubad şəhəri istiqamətində qara rəngli Niva markalı, **-BC-*** nömrə nişanlı avtomobil onun yanında dayandığını, avtomobili idarə edən şəxs Ordubad şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 oduğunu, Ramin avtomobilin qapısının şüşəsini endirərək avtomobillə onu gedəcəyi yerə aparmağı təklif etdiyini, onun Raminə piyada gəzmək istədiyini bildirdiyini, sağollaşdıqdan sonra üzü Kotam kəndi istiqamətində hərəkət edərək getdiyini, Rəhimin və Ramininin Şəhriyar qəsəbəsi ərazisindən oğurluğa cəhd etmələri barədə ertəsi gün yəni, 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında işdə olarkən məlumat aldığını bildirmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ordubad rayon polis şöbəsi X20 cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 ifadəsində 22 yanvar 2023-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinə Ordubad rayonunun Şəhriyar Qəsəbə sakini Təqsirləndirilən şəxs1 və Ordubad şəhər sakini Təqsirləndirilən şəxs2 rayonun Şəhriyar qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxsnə məxsus olan suvarma xəttinin metal su borusunu gizli yolla kəsərək oğurlayacaqları barədə əməliyyat məlumatının daxil olduğunu, əməliyyat məlumatının yoxlanılması məqsədilə Ordubad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin rəisi, Tural Hüseynov tərəfindən Ordubad RPŞ-nin rəhbərliyinə raportla məruzə olunub icazə alındıqdan sonra təxirəsalınmaz tədbirlər həyata keçirilən zaman Cinayət axtarışı bölməsinin rəisi tərəfindən əməliyyat qrupu yaradıldığını, o və digər əməliyyat müvəkkili Şahid7 də həmin əməliyyat qrupuna daxil edildiyini, saat 23:30 radələrində Ordubad rayonunun Şəhriyar qəsəbə sakini Təqsirləndirilən şəxs1 mərhum atası X7 məxsus olan 85 T 911 dövlət qeydiyyat nişanlı, “Hidromek” markalı traktorla Ordubad rayonunun Şəhriyar qəsəbəsində yerləşən Şəhriyar Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinindəki Zərərçəkmiş şəxs balansında olan suvarma xəttinin metal su borusunu gizli yolla oğurlayıb aparmaq istədikdə əməliyyat qrupu tərəfindən cinayət başında saxlanıldığını, o oğurlanacaq metal su borusunu gizli yolla aparmaq istədiyini, həmin borunu aparmaq üçün Ordubad şəhər sakini Təqsirləndirilən şəxs2 ilə sövdələşdiyini və həmin borunu öz aralarında yarı-yarıya böləcəklərini bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs3 “Hyundai ix35” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəldiyini, Rəhimin həmin borunu Ramin üçün sökməsini bildirdiyini, Raminin isə borunu bağına su çəkmək üçün istifadə edəcəyini təsdiq etdiyini, həmin metal borunun sökülməsi üçün Rəhimlə razılıq əldə etdiklərini, sökülən metal su borunu bağına aparacağını bildirməsini, əməliyyat qrupunun oğurluğa cəhd cinayətini sənədləşdirdiyini, təxirəsalınmaz tədbirin şöbənin cinayət axtarışı bölməsinin rəisi Tural Hüseynov, əməliyyat müvəkkili Şahid7 və onun həyata keçirirdiklərini, Rəhimin adı çəkilən sahədə “Hidromek” markalı traktor vasitəsi ilə metal su borusunun metal kəsən alətlə kəsdiyi yerdən metal boruya tros keçirərək Ordubad şəhər istiqamətində aparmaq istədiyini, lakin metal boru uzun olduğundan borunun üzərinə keçirilmiş trosun tez-tez borudan sürüşərək çıxdığını, həmin vaxt oraya yaxın ərazidə Təqsirləndirilən şəxs2 Rzaqulu Huseynova məxsus olan qara rəngli, “Niva” markalı, ** BC *** dövlət qeydiyyat nömrəli avtomobili ilə, Rzaqulunun isə özlərinə məxsus olan ağ rəngli, “Hyundai ix35” markalı avtomobillə Ordubad-Şəhriyar qəsəbə yolunda növbəli hərəkət edərək oğurluq cinayətinin aşkarlanmaması üçün gözətçilik etdiklərini, mobil telefon əlaqəsi ilə qəsəbə istiqamətində hərəkətdə olan digər nəqliyat vasitələri barədə Rəhimi məlumatlandıraraq aşkarlanmaması üçün məlumat verdiklərini, Rəhimin hərdən traktorun işıqlarını söndürərək qaranlıqda işlədiyini, metal borunu sürüşdürərək kəsildiyi yerdən 60 metr irəli apardığı məqamda cinayət başında saxlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ordubad rayon Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsini müvəqqəti icra edən Şahid7 ifadəsində 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Ordubad RPŞ-nin X20 əməliyyat müvəkkili Şahid6, o, evdə olarkən mobil telefonuma zəng edərək təcili Ordubad rayon Şəhriyar qəsəbəsi ərazisində Vağzal yolu adlanan əraziyə gəlməyini istədiyindən dərhal Kamranın yanına getmək üçün evdən çıxdığını, Kamran Cinayət Axtarış Şöbəsinin rəisi Tural Hüseynov ilə birlikdə Bakı yolu adlanan yerdə olduqları zaman Tural müəllim ona Şəhriyar qəsəbəsi sakini Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs3 və Ordubad şəhər sakini Abbasov X14 rayon Şəhriyar qəsəbəsi ərazisində Meliorasiya və Su Təsərrüfatı idarəsinə məxsus metal su borularını axşam saatlarında oğurlayaraq aparmaları barədə məlumat aldığını bildirmiş, həmin şəxsləri cinayət başında yaxalamaları üçün əməliyyat qrupu yaradıldığını və onun da həmin qrupda iştirak edəcəyini bildirmişdir. Tural müəllim onlara daima həmin ərazini müşahidə etmək və həmin şəxslərə nəzarət etmələrini tapşırmışdır. Turalın onların yanından getdikdən sonra Kamran və o piyada N.Rəfiyev və N.Babayev küçəsinin kəsişməsinə tərəf gedərək. Rasim adlı şəxsin avtoyuma məntəqəsinin qarşısında olarkən qara rəngli “Hyundai ix35” markalı ** BC *** mömrə nişanlı maşınla Təqsirləndirilən şəxs3 onların yaxınlaşaraq maşının ön sağ şüşəsini aşağı endirərək onlara kef-hal etdikdən sonra harasa gedirlərsə maşınla aparmasını dediyini, onlar isə yaxınlıqda olan mağazaya gedib alış-veriş edəcəklərini, yolundan qalmamasını, Rzaqulu onlarla sağollaşdıqdan sonra yolun sağında avto yuma məntəqəsinin qarşısında durduğunu,R.Hüseyinlinin şübhələnməsi səbəbindən marketə girib, 2-3 dəqiqə keçdikdən sonra çıxıb orada tanışı olan şəxsi yaşıl rəngli “Vaz 2106” markalı maşınına əyləşərək Şəhriyar qəsəbəsi istiqamətində getmişlər. Qəsəbə istiqamətində hərəkət edərkən yolun sağ tərəfində yerləşən Bakı yolu adlanan yerdə, traktorun işıqlarının sönülü vəziyyətdə işlədiyini gördüklərini, Kamran Tural müəllimə dərhal zəng edərək, traktorun orada işlədiyini dediyini, Kamran telefon ilə danışıb qurtardıqdam sonra Tural müəllimin nə dediyi barədə soruşduqda Turalın müəllimin Rəhimin metal su borularını qazaraq kənara çıxarmağa çalışarkən cəld şəkildə gedib Rəhimi dayandırarmaları barədə onlara deyəcəyini, onlar yolun kənarında gizlin şəkildə dayandıqlarını, hərəkətdə olan avtomobillər onların müşahidə etdiyini görməsini, orada dayandıqları müddətdə Təqsirləndirilən şəxs2 Rəhimgilə məxsus olan qara rəngli “Niva markalı” ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə N.Rəfiyev küçəsi ilə N.babayev küçəsinin kəsişməsindən Şəhriyar qəsəbəsi istiqamətində 3 dəfə aşağı-yuxarı hərəkət etdiyini, Rəhimin traktorla işləyən zaman həmin yolda avtomobil hərəkətini gördüyü zaman dərhal traktorun işıqlarını söndürdüyünü, Təqsirləndirilən şəxs3 isə “Hyundai ix35” markalı avtomobillə Təqsirləndirilən şəxs2 hərəkət etdiyi eyni istiqamətdə 2 dəfə hərəkət etdiyini, saat təxminən 23:30 radələrində X21 zəng vuraraq Rəhim traktor vasitəsi ilə metal su borusunu qazıb çıxararaq trosla dartıb aparmaq istədiyini dedikdə dərhal həmin yerə gedib traktoru saxlamalarını, o və Kamranla birlikdə “Vaz2106” markalı avtomobilə əyləşərək, traktorun yanına getdiklərini, Rəhim traktordan yerə endiyini, ona nə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs2 məxsus metal su borusunu çıxarmağa çalışdığını dediyini, əlavə olaraq Ramin təzə torpaq sahəsi alıb, bu metal su borusunu da həmin torpaq sahəsinə aparacağını, Raminin özünün də şəxsən bu məsələdən xəbəri olduğunu, Rəhimlə söhbət edərkən qardaşı Rzaqulu “Hyundai ix35” markalı avtomobillə onların yanına gəldiklərini, o, qardaşı Rəhimə burada nə baş veriməsini bildirdiyini, Rəhim də qardaşına Raminə məxsus metal su borularını çıxarmağa çalışırdı ki, aparıb ona versin dediyini, Rzaqulu qardaşına elədisə problem yaranırsa zəng vur Raminə de ki gəlsin borularına sahib çıxsın dediyini, Rəhim dərhal Raminə zəng vuraraq hadisə yerinə gəlməsini istədiyini, təxminən 5-10 dəqiqə keçdikdən sonra Ramin idarə etdiyi qara rəngli “Niva” markalı avtomobil ilə hadisə yerinə gəldiyini, Ramin ora çatıb avtomobildən düşərkən uca səslə metal su boruları mənimdir, aparıb bağıma salacağam, nə lazımdır sizə dediyini, həmin vaxt Rəhim Ramindən bəs indi necə olacaq soruşduğunu, Ramin isə cavabında Rəhimə tələsmə, səbirli ol həll edəcəm dediyini, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ordubad rayon Polis Şöbəsinə gətirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəhriyar bələdiyyəsinin sədri Şahid8 ifadəsində xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs balansında olan Ordubad rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən, rayonun 2 nömrəli nasos xəttinə aid olan, yəni Şəhriyar qəsəbə ərazisinin suvarılması üçün nəzərdə tutulmuş metal su borusunun xətdən kəsərək oğurlanmasına cəhd edilən əraziyə çağırıldığını, əraziyə polis əməkdaşları tərəfindən baxış keçirildiyini, bələdiyyəyə məxsus torpaq sahəsində Şəhriyar qəsəbə sakini Təqsirləndirilən şəxs1 tərəfindən traktor vasitəsilə qazıntı işləri aparılaraq oradan 88.7 metr uzunluğunda borunun oğurlanmağa cəhd olunmasını müşahidə etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Şərur rayonunun Diadin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, artezian quyusu qazmaqla məşğul olduğunu, təxminən 2020-ci ilin qış aylarında “İnstagram” sosial şəbəkəsində metal boru satılması ilə bağlı elan gördüyünü, elanda göstərilmiş mobil nömrəsi ilə əlaqə yaradaraq metal boru barədə maraqlandığını, əlaqə saxladığı şəxsin Ordubad şəhər sakini olduğunu, metal boruların da Ordubad ərazisində olduğunu öyrəndiyini, metal borunun qiyməti ilə razılaşmadığını bildirib, əlaqəni kəsdiyini, xx.xx.2022-ci il tarixdə həmin mobil telefondan onun “WhatsApp”ına mesaj gələrək onda diametri 273 mm və 500 mm-lik metal borular olması bildirildiyini, bu şəxsin adının Rəhim olduğunu, diametri 273 mm-lik borunun 1 metrəsini 30 manata, diametri 500 mm-lik borunun 1 metrəsini isə 50 manata olduğunu yazdığını, artezian quyusunda istifadə məqsədilə diametri 273 mm-lik borunun metrini 25 manata almağa razılaşdıqlarını, Rəhimdən boruların Naxçıvan şəhəri Əliabad qəsəbəsinə gətirilməsini xahiş etdiyini, onun xx.xx.2023-cü il tarixdə saat təxminən saat 16:30 radələrində zəng edərək metal boruları yük avtomobili ilə yola saldığınını, “Kamaz” markalı yük avtomobilinə yüklənmiş metal boruları Əliabad qəsəbəsində dostu Qabil adlı şəxsin həyətinə boşaltdıqlarını, 57 metr uzunluğunda borular üçün ümümilikdə 1425 manat pulu Rəhimin “Kamaz”in sürücüsü olan qardaşına verdiyini, həmin şəxsin pulun 25 manatını almadığını, Rəhimin xx.xx.2023-cü il tarixdə və ondan sonra bir necə dəfə mesaj yazaraq metal boru olduğunu, amma əvvəlki qiymətdən deyil, baha olacağını bildirdiyini, boruları baha qiymətə almağın sərfəli olmadığına görə bundan imtina etdiyini, xx.xx.2023-cü il tarixdə Ordubad rayon Polis Şöbəsinə çağırılaraq cinayət işi üzrə dindirildiyini, metal boruların oğurluq mal olmasını bu zaman bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Culfa Rayonu Yaycı kənd sakind sakinidir, Rəhim Hüseyinli, Təqsirləndirilən şəxs3 qardaşlarının 2022-ci ilin dekabr ayında eyni mənbədən - suvarma xəttindən oğurladıqları metal boruları pul müqabilində onlara satdıqlarını, onlar Ordubad rayonunun Aza kəndində yerləşən tikinti malları mağazasının sahibkarı olduğunu, metal alıb-satmaqla da məşğul olduğunu, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində iş yerində olarkən əvvəlcədən tanımadığı, sonradan adının Rzaqulu olduğu bir şəxsin yaxınlaşaraq onda satılacaq metal oduğunu ona bildirdiyini, metalları özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə gətirdiyini, metallara baxaraq Rzaqulu ilə metalın qiymətini razılaşdıqlarını, “Kamaz” markalı avtomobildə olan istifadəyə yararsız əzik metal boruları və digər qarışıq metalları tərəzidə çəkdiyini, onların ümumi çəkisinin 4 tona yaxın olduğunu, metalların qarşılığında Rzaqulu adlı şəxsə 400 manat pul ödədiyini, boruları digər metallarla birlikdə Bakı şəhərinə apararaq satdığını, su borularının oğurluq mal olmasını 2023-cü il mart ayının əvvəllərində Ordubad rayon polis şöbəsinə çağırıldıqda ona deyildiyində bildiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə oğurlanmasına cəhd olunan 88.70 metr uzunluğunda 273 mm diametrli metal su borusunun hər metrinin orta bazar qiyməti ilə 25 manat olmaqla ümumi dəyəri 2217.50 manat təşkil edir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixdə hadisə yerində aşkar edilən “Niva” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salon hissəsinin sağ ön tərəfində yerləşən əl yük yerindən İMEİ 1. **********02199/01, 2. **********02197 №-li, üzərində 051 455-75-56, ***-***-**-** nömrəsi olan “Samsung SM- G530H” markalı və İMEİ 1. 3569xx/xx/948961/9, 2. 3577xx/xx/948961/8 №-li olan “Samsung Galaxy A13” markalı mobil telefonlar aşkar olunaraq maddi sübut qismində işə əlavə edilmişdir. İş materiallarında olan hadisə yeri yaxınlığında olan ağ rəngli “Hyundai ix35” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salon hissəsinin ön sağ və sol oturacaqlarının orta hissəsində yerləşən əl-yük yerindən İMEİ 1. **********93084/01, 2. **********93082/01 №-li üzərində 060 ***-**-** nömrəsi olan “Samsung A71” markalı, İMEİ 1. **********88251, 2. **********11978 №-li üzərində 060 ***- **-** nömrəsi olan “İphone 13 Pro max” markalı və İMEİ 1. **********53502, 2. **********53510 №-li üzərində 050 425-35-15, 070 ***-**-** nömrəsi olan “İtel” markalı mobil telefonlar aşkar olunaraq maddi sübut qismində işə əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 Hyundai ix35 avtomobilindən maddi sübut qismində götürülən “İphone 13 Pro max” və “İtel” mobil telefonların özünə, “Samsung A71” mobil telefonunun qardaşı Rzaquluya, Niva avtomobilindən götürülən “Samsung SM-G530H” və “Samsung Galaxy A13” mobil telefonlarının isə Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 185 saylı rəyidən görünür ki, tədqiqata təqdim edilən “Android” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy A13” markalı “SM-A135F/DSN modelli, 3569xx/xx/948961/9, 3577xx/xx/948961/8 imei kodlu mobil smartfon, iOS 16.2 əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “İphone 13 Pro Max” markalı “A2484” modelli, **********88251, **********11978 imei kodlu mobil smartfon, “Android” əməliyyat sistemi ilə təchiz olunmuş 1 ədəd “X25 Prime” markalı “SM- G530H” modelli, **********02199, **********02197 imei kodlu mobil smartfon, “Android” əməliyyat sistemi ilə təchiz olunmuş 1 ədəd “Samsung Galaxy A71” markalı “SM- A715F/DS” modelli, **********93084. **********93082 imei kodlu mobil smartfon və 1 ədəd arxa markalanma göstəricisinə görə “itel” markalı “it2163R” modelli, **********53502, **********53510 imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 186 nömrəli rəyindən görünür ki, Naxçıvan şəhəri Əliabad qəsəbəsində saxlanılan 57 metr uzunluğunda, Təqsirləndirilən şəxs3 tərəfindən rayonun Aza kəndinə aparılaraq satılmış, lakin hazırda faktiki mövcud olmayan 15 metr uzunluğunda 273 mm diametrli metal su borusunun hər metrinin orta bazar qiyməti ilə 25 manat olmaqla ümumi dəyəri 1815 manat təşkil edir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəmənarkoloji еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 48 №-li rəyi ilə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəmənarkoloji еkspеrtizasının xx.xx.2023-cü il tarixli 43 №-li rəyi ilə Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəmənarkoloji еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 44 №-li rəyi ilə Təqsirləndirilən şəxs2 epizodik qəbul konnobinoid qrupu narkomaniyası aşkar olunmuş, lakin məcburi müalicəyə ehtiyacının olmadığı, xroniki alkoqolizmdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəməpsixatrik еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 47 №-li rəyi ilə Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olduğu, anlaqlılığı istisna etməyən hər hansı bir psixi pozuntunun aşkar edilmədiyi, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşən xəstəliyinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəməpsixatrik еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 42 №-li rəyi ilə Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən hər hansı bir psixi pozuntunun aşkar edilmədiyi, onun cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olduğu, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşən xəstəliyinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəməpsixatrik еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 45 №-li rəyi ilə Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən hər hansı bir psixi pozuntunun aşkar edilmədiyi, onun cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olduğu, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşən xəstəliyinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 315 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hal-hazırda əqli və psixi inkişaflarına, fərdi psixoloji xüsusiyyətlərinə görə öz hərəkətlərinin mahiyyətini anlamaq, dərk etmək və həmin hərəkətləri idarə etmək qabiliyyətinə malikdirlər. Onların fərdi psixi xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri üzə çıxmır. Təqsirləndirilən şəxs1 fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs3 fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Lakin onun hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunur. O özü ilə bağlı yaranmış şəraiti dərk edərək düşdüyü vəziyyətdən çıxmaq üçün informasiya və məlumatları təhrif etməyə meyillidir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yaşayış yeri üzrə - Ordubad rayon icra hakiyyəti başçısının Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə ilə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yaşayış yeri üzrə - Ordubad rayon icra hakiyyəti başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs3 subay olmaqla anası Şahid3 ilə birgə yaşadığı, qeydiyyatda olduğu yaşayış yeri üzrə - Ordubad rayon icra hakiyyəti başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Şahid4 ilə xx.xx.2018-ci il tarixdə Ordubad rayon qeydiyyat şöbəsində nigaha daxil olmuşlar və birgə nigahdan onların xx.xx.2019-cu ildə anadan olmuş Aylin adlı övladları doğulmuş, hazırda həmin uşaq Təqsirləndirilən şəxs1 himayəsində yaşayır. İş materiallarında olan şəhadətnamələrdə görünür ki, Abbasov X11 Günay Əkbər qızı ilə xx.xx.2008-ci il tarixdə Ordubad rayon qeydiyyat şöbəsində nigaha daxil olmuş və birgə nigahdan onların xx.xx.2007-ci ildə anadan olmuş Fatimə adlı, xx.xx.2014-cü ildə anadan olmuş Abbas adlı övladları doğulmuş, hazırda həmin uşaqlar Təqsirləndirilən şəxs2 himayəsində yaşayır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin psixoloq-ekspertinin xx.xx.2023-cü il tarixli 315 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunur. O özü ilə bağlı yaranmış şəraiti dərk edərək düşdüyü vəziyyətdən çıxmaq üçün informasiya və məlumatları təhrif etməyə meyillidir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardadlardan görünür ki, X9 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardaddan görünür ki, Təqsirləndirilən şəxs3 polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Tİİ-nin Baş Əməliyyat və X2 xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmayan şəxslərdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Tİİ-nin Baş Əməliyyat və X2 xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci il tarixdə Moskva şəhəri, Dimitrov Rayon Dİİ tərəfindən RF CM-nin 111 maddəsinin 1-ci hissəsinə əsasən həbs olunmuşdur. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən 1815 manat zərərçəkmiş hüquqi şəxs “Zərərçəkmiş şəxs hesabına Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan ödənilmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs “Zərərçəkmiş şəxs”-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış əmlaklar qaytarılmış, onlara dəymiş ziyan ödənilmiş, onlara qarşı heç bir mülki iddia yoxdur, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 səmimi etirafları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də cinayət işində olan olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 185 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20-dən 23:15 dəqiqəyədək Təqsirləndirilən şəxs2 istifadəsində olduğu ***-***- **-** mobil telefonla Təqsirləndirilən şəxs3 istifadəsində olduğu 060 ***-**-** mobil nömrəsinə 11 dəfə zəng etmiş, Təqsirləndirilən şəxs3 istifadəsində olduğu 060 ***-**-** mobil nömrəsindən də ona 9 dəfə zəng edilmiş, həmin şəxslərin üzləşməsi zamanı sonuncunun ifadəsində Təqsirləndirilən şəxs2 göndərdiyi və qəbul etdiyi telefon zənglərində bir məqsəd – Təqsirləndirilən şəxs1 qazıntı işləri necə gedir və Ordubad- Şəhriyar şosse yolu ilə hərəkətdə olan hər hansı avtomobil hadisə yerinə yaxın ərazidən keçəndə onun traktorun faralarını söndürüb-söndürməməsini dəqiqləşdirmək, ümumiyyətlə qazıntı yerlərindən çıxarılan metal boruların oğurluq niyyəti ilə traktorla kənara daşınması prosesinin başa çatdırılıb-çatdırılmaması olmuşdur.Eyni zamanda Təqsirləndirilən şəxs2 mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 20-dən 23:15 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 telefonuna 6 dəfə, əks istiqamətdə 4 dəfə telefon zəngi olmuş, bu şəxslərin üzləşməsi zamanı həmin zənglərin motivi bilavasitə qazıntı yerlərindən çıxarılan metal boruların oğurluq niyyəti ilə traktorla kənara daşınması prosesinin başa çatdırılıb-çatdırılmaması olmuşdur. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri və Təqsirləndirilən şəxs2 cinayət əməli CM-nin 29, 177.2.1-ci və 29, 177.2.3-2ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində 2 uşağın olması, , vurulmuş ziyanın tam ödənilməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-2-ci, 29, 177.2.1-ci, 29, 177.2.2-ci və 29, 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan MR ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-2-ci, 29, 177.2.1-ci, 29, 177.2.2-ci və 29, 177.2.3-2-ci maddəsinin sanksiyası həddində nisbətən aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X4 üzərinə Naxçıvan MR ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində 2 azyaşlı uşağının olmasını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci və 29, 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan MR ərazi hüdudlarını ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxsnə dəymiş ziyan ödənilməsi nəzərə alınmalı, oğurlanmasına cəhd edilən 273 mm-lik, uzunluğu isə 88.70 metr ölçülü metal su borusu hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk və yaddaş kartı iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlunun həbsdə saxlandığı 05 (beş) ay 20 (iyirmi ) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 23 yanvar 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, 11 (bir) ay 10 (on ) gün müddət çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “İphone” ilə “İtel”in markalı mobil telefon, SX-0186853 nömrəli hərbi bilet hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 oğluna qaytarılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki ) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs3 məxsus bir ədəd “Samsung A71” markalı mobil telefon, AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi və SX-0456823 nömrəli hərbi bileti hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs X5 qaytarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 05 (beş) ay 20 (iyirmi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 23 yanvar 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 20 (iyirmi ) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, 11 (bir) ay 10 (on ) gün müddət çıxılmaqla üzərində qəti olaraq 1(bir) il 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus iki ədəd “Samsung SM-G530H” və “Samsung Galaxy A13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxsnə dəymiş 1815 (bir min səkkiz yüz on beş) manat ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan –oğurlanmasına cəhd edilən 273 mm-lik, uzunluğu isə 88.70 metr ölçülü metal su borusu hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxsnə verilmiş hesab edilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-1/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-1/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver