Məhkəmə qərarları › İş №1(080)-1/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-1/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-1/2024 26.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X11 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, 26 fevral 2024-cü il tarixdə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1981-cı ildə Naxçıvan şəhərində anadan Azərbaycan Respublikası vətandaşı natamam orta təhsilli, evli, 2 uşaq atası əvvəllər məhkum olunmamış,Naxçıvan şəhər İstiqlal küçəsi,ev 94,mənzil 21 ünvanında qeydiyyatda olmaqla ünvan 2n barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan 5,815 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edərək saxlamış və Ordubad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 17:58-də Ordubad rayon Aza yol ayrıcında saxlanılmış, müdafiəçinin iştirakı ilə Ordubad rayon Polis Şönəsinin inzibati binasında saat 18:30-da üzərində şəxsi axtarış aparılarkən qeyd edilən narkotik vasitə 2 ədəd qara rəngli sellofana mavi rəngli kağıza bükülmüş büküm halında üzərindəki şalvarın ön sağ və sol yan cibindən aşkar edilərək sənədləşdirilib götürülməsisənədləşdirilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, 2002-ci il tarixdə X3 ilə ailə həyatı qurduğunu, həmin evlilikdən 1 qız, 1 oğlan övladı olduğunu, heç bir yerdə işləmədiyini, ailəsini dolandırmaq üçün meyvə-tərəvəz satmaqla məşğul olduğunu, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4lidə ilə birlikdə yaşadığını, şəkər, ağ ciyər astma xəstəliyindən əziyyət çəkdiyini, qızı Aysun Cəfərovanın BDU-nun İV kurs tələbəsi olduğunu, Aysu Cəfərovanın ad gününü qeyd etmək məqsədilə 06 oktyabr 2023-cü il tarixdə X10 Limanı vasitəsilə Bakı şəhərinə getdiyini, xx.xx.2023-cü il tarixdə qızı Aysunun ad gününü qeyd etdiyini, qızı Aysunu Bakı şəhəri Koroğlu rayonundan kirayədə yaşadığı evə apardığını, tanımadığı bir taksiyə əyləşərək Abşeron rayon Xırdalan qəsəbəsinə getdiyini, yolda adını bilmədiyi taksi sürücüsünün ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşduğunu, həmin şəxsə əvvəllər bir-iki dəfə narkotik vasitə qəbul etdiyi barədə məlumat verdiyini, sürücüsü tərəfindən avtomobilində narkotik vasitə olan marixuana olduğunu, ona “əgər istəsən sənə marixuana sata bilərəm” ifadələrini işlətdiyini, su almaq məqsədilə avtomobildən enərək marketə getdiyini, taksi sürücüsünün iki ön oturacağın aralığında yerləşən saxlanc yerindən 2 ədəd qara rəngli selefona bükülmüş büküm çıxararaq həmin bükümlərin narkotik vasitə olan marixuana olduğunu dediyini, həmin bükümlərin ümümi çəkisinin 5 qram olduğunu, həmin bükümlərə 130 manat ödəməklə aldığını, 16 oktyabr 2023-cü il tarixdə təyyarə vasitəsi ilə Naxçıvan şəhərinə qayıdarkən aldığı həmin iki büküm narkotik vasitə olan marixuananın hər bükümünü bir ayağında gizlədərək gətirdiyini, yaşadığı evinə apardığını, anasının narkotik vasitədən xəbəri olmasın deyə həmin vasitəni üzərində saxladığını, 17 oktyabr 2023-cü il tarixdə Ordubad rayonunda yaşayan dostu Həsən adlı şəxsin onunla telefon əlaqəsi yaradaraq onu Ordubad rayonunun Aza kəndində yerləşən yeməkxanaya dəvət etdiyini, qonşuluğunda sürücüsü kimi fəaliyyət göstərən Şahid3 avtomobilinə əyləşərək Ordubad rayon Aza kəndinə gəldiyini, orada avtomobildən enərək dostu Həsəni gözlədiyini, 2 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq polis əməkdaşları olduqları barədə məlumat verdiklərini, həmin polis əməkdaşları tərəfindən Ordubad rayon Polis Şöbəsinə dəvət edildiyini, ona təyin edilmiş vəkil və digər iştirakçıların iştirakı ilə üzərində qanunla qadağan olunmuş narkotik vasitələrin olub-olmadığı barədə sual edildiyini, yuxarıda qeyd etdiyi narkotik vasitəni polis əməkdaşına könüllü şəkildə təqdim etdiyini, həmin narkotik vasitəni öz istifadəsi üçün aldığını, hər hansı şəxsə satmadığını, satmaq niyyətində də olmadığını, Ordubad rayon Aza kəndinə gələrkən üzərində gətirdiyi narkotik vasitə barədə nə Həsənə nə də ki, başqa şəxslərə hər hansı məlumat vermədiyini, üzərində narkotik vasitə gəzdirməkdə başqa məqsədinin olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını, yetkinlik yaşına çatmayan bir oğlan övladının olduğunu, ailəsinin dağılmamasının, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza olaraq azadlığının məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ordubad rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıma, saxlama, istifadə etməsi ilə bağlı etimad doğuran qərəzsiz mənbədən məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün 17 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılaraq həmin bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 da həmin qrupun üzvü seçildiyini, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması, Ordubad rayon ərazisində olması ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, tədbirlər zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17 radələrində Aza yolayrıcında saxlanılaraq Ordubad rayon Polis Şöbəsinə gətirildiyini, Təqsirləndirilən şəxs İstintaq və təhqiqat qrupunun təhqiqatçısı Turab Rzayev tərəfindən növbətçi vəkillə təmin edildiyini, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edildiyini, videoçəkiliş vasitəsilə təhqiqatçı Turab Rzayev tərəfindən Təqsirləndirilən şəxs üzərinizdə qanunla qadağan olunmuş hər hansı narkotik vasitə olub-olmadığının soruşulduğunu, Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ-ön yan cibindən qara rəngli sellefonla birlikdə mavi rəngli kağız parçasına bükülmüş bir büküm çıxarıb masanın üzərinə qoyduğunu, daha sonra həmin şalvarın sol-ön yan cibindən qara rəngli sellefonla birlikdə mavi rəngli kağız parçasına bükülmüş bir büküm çıxararaq masanın üzərinə qoyduğunu, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olan marixuananın olduğunu, həmin vasitəni Bakı şəhərində tanımadığı bir şəxsdən özünün istifadəsi üçün 130 manat qarşılığında aldığını, həmin bükümlərdə olan yaşıl bitki kütləsindən hər hansı şəxsə pul qarşılığında satmadığını, Təqsirləndirilən şəxs üzərindən götürülmüş hər iki bükümün kağız zərfə qoyulmaqla qablaşdırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində heç bir yerdə işləmədiyini, Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, 17 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək Ordubad rayon Aza kəndinə getmək istədiyini, Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən Hərbi Hospitalın yanında olduğunu, həmin ünvana gedərək Rasimin ona məxsus olan avtomobilinin sağ ön öturacağına əyləşdiyini, daha sonra avtomobilini Ordubad rayon istiqamətində hərəkətə gətirdiyini, Aza kəndində yol ayrıcında yerləşən yeməkxanada Rasimin dostunun Rasimi gözlədiyini, Aza kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin önünə çatdıqlarını, Rasimin ondan avtomobili dayandırmağını istədiyini, avtomobilini dayandırdığını, Rasimin avtomobildən yerə endiyini, daha sonra Rasimin mobil telefon vasitəsi ilə adını bilmədiyi şəxslə əlaqə yaratdığını, tanımadığı mülki geyimli 2 nəfər şəxs Rasimə yaxınlaşdığını, avtomobilindən enərək həmin şəxslərə yaxınlaşdığını, həmin şəxslərin polis əməkdaşları olduqlarını, polis əməkdaşları tərəfindən Rasimlə birlikdə Ordubad rayon Polis Şöbəsinə dəvət etdildiklərini, polis şöbəsində Rasimin üzərində narkotik vasitə saxlaması ilə bağlı məlumat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ordubad rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıma, saxlama və istifadə etməyi ilə bağlı etimad doğuran, qərəzsiz mənbədən bölməyə məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onu cinayət törədərkən yaxud törətdikdən sonra yaxalanması narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə 17 oktyabr 2023-cü il tarixdə yaradılmış əməliyyat qrupunda onun da həmin qrupun üzvü seçildiyini, 17 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və Ordubad rayon ərazisində olması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildiyini, keçirilən tədbirlər zamanı Təqsirləndirilən şəxs ona və polis mayoru Şahid1 tərəfindən həmin gün saat təxminən 17 radələrində Aza yolayrıcında saxlanılaraq üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması ilə bağlı əsaslı şübhələr olduğundan Ordubad rayon Polis Şöbəsinə gətirilərək şöbənin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı Turab Rzayevə təhvil verildiyini, həmin dəqiqələrdə Turab Rzayev tərəfindən növbətçi vəkil dəvət olunaraq ona təqdim edildiyini, o, hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi etiraz etmədiyini, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildiyini, videoçəkiliş vasitəsilə təhqiqatçı Turab Rzayev tərəfindən Təqsirləndirilən şəxs “üzərinizdə qanunla qadağan olunmuş hər hansı narkotik vasitə varsa könüllü olaraq təqdim etməyiniz sizə bildirildi” ifadələri işlədildiyini, bu ifadələrdən sonra Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ-ön yan cibindən qara rəngli sellefonla birlikdə mavi rəngli kağız parçasına bükülmüş bir büküm çıxarıb masanın üzərinə qoyduğunu, ona əlavə olaraq üzərində qanunla qadağağan olunmuş hər hansı maddə varmı sualı verildikdə o, üzərində olan həmin şalvarın sol-ön yan cibindən qara rəngli sellefonla birlikdə mavi rəngli kağız parçasına bükülmüş bir büküm çıxarıb masanın üzərinə qoyduğunu,Turab Rzayev tərfindən ona təqdim etdiyiniz bükümlərin içərisində nə vardır sualı verildikdə, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə olan marixuananın olduğunu bildirdiyini, daha sonra o, hər iki bükümü açaraq bükümlərin içərisində olan yaşıl bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu qeyd etdiyini, həmin narkotik vasitə olan marixuananı Bakı şəhərində tanımadığı bir şəxsdən özünün istifadəsi üçün 130 manata aldığını, həmin bükümlərdə olan yaşıl bitki kütləsindən hər hansı şəxsə pul qarşılığında satmadığını, nə də ki pay vermədiyini, bundan sonra yuxarıda qeyd edilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən çıxararaq təqdim etdiyi hər iki büküm kağız zərfə qoyulmaqla qablaşdırıldığını, iştirakçılar tərəfindən kağız zərfin içərisinə yerləşdirilmiş bükümlər möhürlə möhürlənməklə, imzalarla təsadiq edildiyini bildirmişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa könüllü surətdə təqdim olunması təklif edilmiş, Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan olunmuş narkotik vasitə olan “marixuana” olduğunu, daha sonra üzərində olan tünd-boz rəngli şalvarın sağ-ön yan cibindən mavi rəngli kağız parçasına bükülmüş bir büküm çıxararaq təqdim etməklə masanın üzərinə qoymuş, həmin bükümün içərisində narkotik vasitə olan “marixuana”nın olduğunu demiş, əlavə olaraq üzərində olan həmin şalvarın sol-yan ön cibindən eyni rəngdə bir büküm çıxarıb, təqdim edərək masanın üzərinə qoymuş, həmin bükümün də içərisində marixuananın olduğunu bildirərək hər iki bükümü açaraq yaşıl rəngli bitki kütlələrinin narkotik vasitə olan marixuana olduğunu qeyd etmişdir. Qeyd etdiyi marixuananın özünün istifadəsi üçün Bakı şəhərindən 130 manata aldığını, həmin vasitədən hər hansı şəxsə vermədiyini, hər hansı şəxsə satmaq niyyətində olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 1 ədəd bağlı vəziyyətdə olan Want markalı, 1 ədəd açıq vəziyyətdə olan (içərisində 1 ədəd olmaqla) Want markalı siqaret, 1 ədəd alışqan və “Ventolin inhaler” süni oksigen balonu aşkar olunmuşdur. Şəxsi axtarış videogörüntü ilə qeydə alınaraq iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixdə həqiqətin müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükümdə olan kütlənin narkotik vasitə olub-olmamasını, hansı növə aid olması, xalis çəkisini və hazırlanma üsulunu müəyyənləşdirmək məqsədilə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, alınmış 18 oktyabr 2023-cü il tarixli, 1039 saylı ekspert rəyində ekspertiza tədqiqatına 01 ədəd kağız zərfdə təqdim edilmiş, 02 ədəd qara rəngli sellefona və üzərindən də mavi rəngli kağıza bükülmüş halda təmiz çəkiləri – 2,773 qram; - 3,042 qram; ümumilikdə təmiz çəkisi – 5, 815 qram olan tünd-yaşıl rəngli, xırdalanmış bitki mənşəli kütlələr, narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan “qurudulmuş marixuana”nın olduğu göstərilmişdir İş materiallarında olan Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2023-cü il tarixli 1544 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən narkomaniyaya görə Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində qeydiyyatında dayandığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan şəhər nikah evinin xx.xx.2023-cü il tarixli № 3-16- 5/8-14-584/2023 nömrəli məktubunda Təqsirləndirilən şəxs naxçıvan şəhər VVADQ şöbəsində xx.xx.2002-ci il tarixdə X2 ilə nikaha daxil olduğu, bu nikahdan xx.xx.2023-cü il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə isə X4 doğulduğu göstərilmişdir. X6 himayəsindədir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 5 saylı mənzilistismar idarəsinin xx.xx.2023-cü il tarixli, 1269 nömrəli arayışından görünür ki, Cəfərov X8 şəhər İstiqlal 94 küçəsi, 21 nömrləi evdə qeydiyyatdadır. Ailə tərkibi haqqında xx.xx.2023cü il tarixli 1270 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs - arvadı 1976-cı il təvəllüdlü X3 – 2003-cü il təvəllüdlü Aysun Cəfərova - 2012-ci il təvəllüdlü İbrahim Cəfərovdan ibarət ailə tərkibi vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixdədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2023-ci il tarixdən Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsində hərbi qeydiyyatda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 1-2540/2023 nömrəli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respyblikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1 ay 2 gün müddətinə inzibati qaydada həbs edildiyi göstərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxs və ya şəxsləri müəyyən etmək məqsədilə xx.xx.20213-cü il tarixdə rayon Polis Şöbəsinin CABnə əməliyyat tapşırığı verilmiş, alınmış xx.xx.2023-cü il tarixli № 3-13-43-8/2-5707/2023 nömrəli məktubda Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsin şəxsiyyətinin müəyyən edilmədiyi göstərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarət altına vermək” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən götürülən, 01 ədəd kağız zərfdə qablaşdırılmış - 5,775 ( Marixuana təmiz çəkisi-5,815 qram; tədqiqata sərf edilmiş - 0,04 qram; qalıq qalmışdır-5,775 qram) qram olan tünd-yaşıl rəngli, xırdalanmış bitki mənşəli kütlələr, narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan “qurudulmuş marixuana” maddi sübut növü kimi qiymətləndirilərək saxlanılması üçün saxlanca verilməsi nəzərə alınmaqla cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Ordubad Rayon Məhkəməsi tərəfindən 26 .12. 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin və xroniki alkoqolizmidən əziyyət çəkib-çəkməməsini və əziyyət çəkirsə məcburi müalicəyə ehtiyacı olması barədə Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində ekspertiza keçirilməsi barədə qərar çıxarılmışdır. Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrininin xx.xx.2024-cü il tarixli rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmadığı göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağın olmasını yaşayiş yeri üzrə verilmiş müsbət xarakterizə olunması haqqında arayışı nəzərə alaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Maddi sübut kimi tanınmış Ordubad Rayon Polis Şöbəsinin saxlancında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 5,775 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 230940016 saylı ittiham aktı köçürülmüş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 1 ( bir) il 11 (on bir ) ay 26 (iyirmi altı ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan MR ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Ordubad Rayon Polis Şöbəsinin saxlancında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,775 qram qurudulmuş marixuana narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ordubad Rayon məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və AO ******* nömrəli hərbi bilet hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. 230940016 saylı ittiham aktı köçürülmüş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar