Məhkəmə qərarları › İş №1(080)-1/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №1(080)-1/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 1(080)-1/2025 27.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəşisi Müdafiəçi, zərərçəkmiş şəxs X11, mütəxəssiz X2 iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Ordubad rayon Aşağı Əndəmic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, məhkum olunmamış, işsiz, tam fəaliyyət qabiliyyəti olmayan, xx.xx.2024-cü il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Ordubad rayon Aşağı Əndəmic kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Cinayət işinin başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ordubad rayon Aşağı Əndəmic kəndi mərkəzinin yaxınlığıda ictimai qaydanı pozmadan şəxsi münasibətlər zəmnində həmkəndlisi Mətin Əlizadə ilə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Mətin Əlizadənin sifətinin müxtəlif hissələrindən sillə, yumruq zərbələri vuraraq sonuncunun sol almacıq nahiyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yara, həmin nahiyənin qançır, üst dodaq nahiyyəsinin sol yarısının iç səthinin selikli qişasının üzərində cərrahi tikişləri olan əzilmiş yara, sol said nahiyəsinin sıyrıqları və burun əsasının qançır halında şişkinlik, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsi, eləcədə yumruq zərbələri nəticəsində əmələ gəlməsinin mümkünlüyü, xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurma faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə1 istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi tanınması üçün Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin tarixdə xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs atası, Qanuni nümayəndə1 onun qanuni nümayəndəsi kimi tanınması haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulacaq yetkinlik yaşına çatmayan şəxsin hüquqlarının izah edilməsi haqqında protokolda tərtib edilərək xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 432.4-cü maddəsi ilə nəzərdə tutulan yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində hüquqları izah olunmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində « yetkin yaşına çatmayanı nəzarəti altına vermə » növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, o, ifadəsində göstərdiyi xüsusatları ifadənin yerində yoxlanması istintaq hərəkətində təsdiq etmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ordubad rayon Aşağı Əndəmic kəndi mərkəzinin yaxınlığıda ictimai qaydanı pozmadan şəxsi münasibətlər zəmnində həmkəndlisi Mətin Əlizadə ilə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Mətin Əlizadənin sifətinin müxtəlif hissələrindən sillə, yumruq zərbələri vuraraq sonuncunun sol almacıq nahiyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yara, həmin nahiyənin qançır, üst dodaq nahiyyəsinin sol yarısının iç səthinin selikli qişasının üzərində cərrahi tikişləri olan əzilmiş yara, sol said nahiyəsinin sıyrıqları və burun əsasının qançır halında şişkinlik, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsi, eləcədə yumruq zərbələri nəticəsində əmələ gəlməsinin mümkünlüyü, xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurma olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ittihamda özünü təqsirli bildiyini deyərək göstərmişdir ki, Ordubad rayon Aşağı Əndəmic kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, 2021-ci il tarixdən X12 Kolecində təhsil almış, hazırda həmin kollecin 3-cü kursunda oxumuşdur. X1 və onun ailə üzvləri ilə heç bir ədavəti olmamış, Mətin Əlizadə nitq qüsurlu olmuş, o, Mətin Əlizadə tərəfindən bir neçə dəfə heç bir səbəb olmadan özü və ailə üzvlərini əl işarələri ilə söydüyü bildirmişdir. Muxtar hadisə baş verməzdən bir ay əvvəl Mətin Əlizadənin səbəbsiz yerə onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı Mətinin atası Malik Əlizadəyə məlumat vermiş, lakin, heç bir nəticə olmamışdır. Muxtar xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı kənddə təsərrüfatlarında olan otları atası Qanuni nümayəndə1la biçmiş, sonra yaşadıqları kənddə yerləşən mağazadan ərzaq alınması üçün atası tərəfindən ona pul verilərərək mağazaya göndərilmiş, Muxtar həmin gün saat 19 radələrində qeyd edilən ərzaq mağazasına gedərkən mağazadan bir neçə metr aralıda həmyaşıdları Şahid3, Şahid1, Şahid2 və X7 görüb onların yanına yaxınlaşaraq hal-əhval tutmuşdur. Daha sonra qeyd edilən ərzaq mağazası istiqamətində hərəkətə başlamış, həmin an Mətin Əlizadə onun ardınca gəlmiş, əl işarələri ilə onu söymüş, Muxtar bu səbəbdən Mətinə irad bildirmiş, həmin vaxt Mətin ağac parçası ilə Muxtarın ayqlarından vurmuşdur. Muxtar Mətindən qeyd edilən hərəkətinə son qoymasını istəmiş, buna baxmayaraq Mətin Muxtarın ayaqlarından ağac parçası ilə vurmağına davam etmiş, Muxtar həmin vaxt heç bir xəsarət almadığını qeyd etmişdir. Mətin daha sonra Muxtarın sifət nahiyyəsindən bir sillə vurmuş, Muxtar həmin vaxt əsəbiləşərək Mətinin sifət nahiyəsindən bir yumruq zərbəsi vuraraq Mətini yerə yıxmışdır. Muxtar yıxılmış vəziyyətdə olan Mətinin sifət nahiyəsindən əlavə olaraq 1-2 sillə vurmuş, bu zaman yuxarıda adları qeyd edilən şəxslər və onun atası Qanuni nümayəndə1 onları aralaşdırmışdır. Daha sonra Muxtar Mətinin sifətindən qan axdığını görmüş, Mətin onlardan aralanaraq yaşadığı ev istiqamətində getmiş, Muxtar Mətinlə dalaşarkən Mətinin qulağında hər hansı eşitmə cihazını görmədiyini,əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 anadan gəlmə orta-ağır dərəcəli İV-li neyrosensor tip karlıq və kəkələməsi müəyyən edildiyindən X3 Mərkəzinin təlimçi-surdoloqu X5 onun mütəxəssisi kimi təyin edilmişdir Zərərçəkmiş şəxsin mütəxəssisi kimi təyin edilmiş X3 Mərkəzinin təlimçi-surdoloqu X2 iştirakı ilə dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ordubad rayon Aşağı Əndəmic kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, nitq və qismən eşitmə qüsurlu olduğunu, buna baxmayaraq ətrafda baş verən bütün hadisələrin mahiyyətini dərk etdiyini bildirmiş, Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə heç bir ədavəti olmadığını, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı kənddə yerləşən mağazadan çıxaraq evləri istiqamətində gedərkən həmkəndliləri Şahid1, Şahid3 və Şahid2 görmüş, həmin vaxt digər həmkəndlisi Təqsirləndirilən şəxs qeyd edilən yerə gəlmiş, Muxtar adı çəkilən şəxslərin yanına çatdıqda özündən razı vəziyyətdə Mətinin üzərinə gedərək sinəsi ilə itələyərək onu söymüş, bu səbəbdən orada olan ağac parçasını götürərək Muxtarın ayaq nahiyəsindən bir zərbə vurmuşdur. Muxtar həmin vaxt qəsdən onun sifət nahiyəsindən bir neçə yumruq zərbəsi vuraraq onu yerə yıxmış, yıxılmış vəziyyətdə olarkən Muxtar əlavə olaraq onun sifət nahiyəsindən sillə-yumruq zərbələri vuraraq onu döymüşdür. Yuxarıda adları qeyd edilən həmkəndliləri Muxtarı aralaşdırmağa çalışmış, həmin vaxt yoldan keçən Muxtarın atası Qanuni nümayəndə1 həmin yerə gələrək onları aralaşdırmışdır. Mətin ayağa qalxdıqda ağız və sifət nahiyəsindən qan axdığını görmüş, qeyd edilən hadisə barədə mərhumə anası Bəyimə məlumat verərək Muxtar haqqında polisə şikayət etməsini istəmiş, həmin vaxt anasının danışıq səslərini eşidə bilməmiş, Mətin, əlini sağ qulağında yerləşdirilmiş eşitmə cihazına toxundurmaq istədikdə həmin cihazın qulağından düşdüyünü hiss etmiş, Muxtar tərəfindən döyülərkən qulağında olan eşitmə cihazının düşdüyü ona məlum olmuşdur. Mərhumə anası Bəyim qeyd edilən hadisə barədə əmisi Muxtar Hacıyevə zəng edərək məlumat vermiş, bir neçə dəqiqə keçdikdən sonra əmisi Muxtar onlara gələrək avtomobili ilə Mətini Ordubad rayon Mərkəzi Xəstəxanasına aparmış, orada adını bilmədiyi həkim, onun sifət və dodaq nahiyəsinə tikiş qoymuş, ertəsi gün Muxtar tərəfindən döyüldüyü yerə gedərək eşitmə cihazını axtardığını, lakin, tapa bilmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə1 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi və Azərbaycan Respublikası CPM-nin 328-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməklə ifadəsi alınmış, o, ifadəsində Ordubad rayon Aşağı Əndəmic kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, ailədə 3 övladı olduğunu, X1 və onun ailə üzvləri ilə heç bir ədavəti olmamış, Mətin Əlizadə bir neçə dəfə əsası olmadan onun oğlu Təqsirləndirilən şəxsı ailə üzvlərini nalayiq ifadələrlə narahat etmiş, Mətin Əlizadə bir il bundan əvvəl oğlu Təqsirləndirilən şəxs sağ ayaq nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq ona xəsarət yetirmiş, həmkəndli olduqları üçün qeyd edilən hadisə ilə bağlı Mətinlə barışmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oğlu Təqsirləndirilən şəxs ilə təsərrüfatlarında olan otları biçmiş, sonra Muxtardan kənd mağazasından evləri üçün ərzaq almasını istəmiş, Muxtar mağazaya getmiş, həmin gün Mətin mobil telefon vasitəsilə Muxtarı söymüş, Mətinlə Muxtarın savaşa biləcəyini düşünərək kənd meydanı istiqamətində hərəkətə başlamışdır. Kənd meydanına yaxınlaşarkən Mətin və oğlu Muxtar yerə yıxılmış vəziyyətdə olduqlarını görmüş, bu zaman o Muxtarı arxadan qucaqlayaraq kənara çəkmiş, adları qeyd edilən şəxslərin köməkliyi ilə onları aralaşdırmış, həmin vaxt Mətinin sifət nahiyəsindən qan axmış, Mətinlə Muxtar dalaşarkən nə Mətinin qulağında, nə də ki, hadisənin baş verdiyi yerdə hər hansı eşitmə cihazı görmədiyini bildirmişdir. İş üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yekinlik yaşına çatmayan şahid X9 ifadəsində Ordubad rayon Anabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını , Təqsirləndirilən şəxs və Mətin Əlizadə ilə heç bir ədavəti olmadığını bildirmişdir., xx.xx.2024-cü il tarixdə saat 19 radələrində rayonun Aşağı Əndəmic kənd mərkəzindən aralıda həmkəndliləri Mətin Əlizadə, Şahid2 ilə birlikdə söhbət etmişlər. Daha sonra digər həmkəndlisi Muxtar adı çəkilən şəxslərin yanına gələrək salamlaşmış, həmin vaxt Mətin əl işarələri ilə Muxtarı söyərək əlindəki ağac parçası ilə Muxtarın ayaq nahiyəsindən bir neçə zərbə vurmuşdur. Daha sonra Muxtar, Mətinin əlindəki ağac parçasını alaraq kənara atmış, həmin vaxt onlar dava etməyə başlamış, Mətin yenə də əl işarələri ilə Muxtarı söyməyə davam etmiş, Muxtar Mətinin sifət nahiyəsindən bir-iki dəfə yumruq-sillə zərbəsi vurmuş, Mətin zərbənin təsirindən yerə yıxılmış, Muxtar həmin vaxt əlavə olaraq Mətinin sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, Muxtarla Mətin dalaşarkən Mətinin qulağında hər hansı eşitmə cihazı görməmişdir. Sonra Muxtarın atası Ramin oraya gəlmiş, Ramin və adı çəkilən şəxslərin köməkliyi ilə Muxtarla Mətini bir-birlərindən aralaşdırmış, Muxtar və Mətin ayağa qalxdıqdan sonra onun sifət nahiyəsində qan ləkələrinin olduğunu görmüş, Mətin daha sonra oradan uzaqlaşaraq yaşadığı ev istiqamətində getdiyini bildirmişdir. İş üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş, yekinlik yaşına çatmayan Şahid1 Sərməst oğlu ifadəsində Ordubad rayonu Aşağı Əndəmic kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, həmkəndliləri Təqsirləndirilən şəxs və Mətin Əlizadə ilə heç bir ədavəti olmadığını bildirmiş, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində rayonun Aşağı Əndəmic kənd mərkəzindən aralıda həmkəndliləri Mətin Əlizadə, Şahid2 və rayonun Anabad kənd sakini Şahid3 ilə birlikdə söhbət etmişlər. Daha sonra digər həmkəndlisi Muxtar adı çəkilən şəxslərin yanına gələrək salamlaşmış, həmin vaxt Mətin əl işarələri ilə Muxtarı söyərək əlindəki ağac parçası ilə Muxtarın ayaq nahiyəsindən bir neçə zərbə vurmuşdur. Daha sonra Muxtar, Mətinin əlindəki ağac parçasını alaraq kənara atmış, həmin vaxt onlar dava etməyə başlamış, Mətin yenə də əl işarələri ilə Muxtarı söyməyə davam etmiş, Muxtar Mətinin sifət nahiyəsindən bir-iki dəfə yumruq-sillə zərbəsi vurmuş, Mətin zərbənin təsirindən yerə yıxılmış, Muxtar həmin vaxt əlavə olaraq Mətinin sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, Muxtarla Mətin dalaşarkən Mətinin qulağında hər hansı eşitmə cihazı görməmişdir. Sonra Muxtarın atası Ramin oraya gəlmiş, Ramin və adı çəkilən şəxslərin köməkliyi ilə Muxtarla Mətini bir-birlərindən aralaşdırmış, Osman, Mətin ayağa qalxdıqdan sonra onun sifət nahiyəsində qan ləkələrinin olduğunu görmüş, Mətin daha sonra oradan uzaqlaşaraq yaşadığı ev istiqamətində getdiyini bildirmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 44 saylı ekspert rəyində Mətin Əlizadənin sol almacıq nahiyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası, həmin nahiyənin qançırı, üst dodaq nahiyyəsinin sol yarısının iç səthinin selikli qişasının üzərində cərrahi tikişləri olan əzilmiş yarası , sol said nahiyəsinin sıyrıqları və burun əsasının qançır halında şişkinliyi, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsi, eləcədə yumruq zərbələri nəticəsində əmələ gəlməsinin mümkünlüyü, xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aid olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli, ambulator məhkəmə-psixiatrik ekspertizasının 410 nömrəli rəyində Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntunun olmadığı və onun xəstəliyinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının 1154 nömrəli rəyində 01 ədəd “Siemens markalı, batareyalı, ********* nömrəli eşitmə cihazı”nın (yeni nəsil olmadığı halda) orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada orta bazar qiymətinin təxminən 600 (altı yüz) manat müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Zərərçəkmiş şəxs X11 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını, ona dəymiş ziyan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi tərəfindən ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1, qanuni nümayəndəsi olduğu Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayəti olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun barəsində şikayəti olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1 zərərçəkmiş şəxslə barış əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkin yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən, vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 40 (qırx) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkin yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 40 (qırx) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi qərar qanuni quvvəsini aldıqdan özlərinə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar elan olunduğu vaxtdan, 20 (iyirmi) gün müddətinə Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün Qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar