Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-10/2023 20.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X4 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Ermənistan,Əzizbəyov rayon Gabud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı,fərdi təsərrüfatla məşğul olan, evli, 3 uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, Ordubad rayon Parağa kəndində qeydiyyatında olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs Parağa kənd mərkəzinə çağırmış, həyat yoldaşı Şahid3 Zərərçəkmiş şəxsla yaxın münasibətdə olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxsla birlikdə kənd mərkəzindən 200 metr aralıda, kəndin giriş yolu istiqamətində gedərək orada mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs çənə altı və baş nahiyyəsindən vurmuş, nəticədə Zərərçəkmiş şəxs başının tüklü hissəsində, ənsə nahiyyəsinin yuxarı hissəsində və çənəaltı nahiyyəsində yara, sol qulaqarxası nahiyyəsində qançır, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərər vurmuşdur. Bu hərəkətlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində « polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında Culfa şəhərində yerləşən 216 saylı Hərbi Hissədə MAHHXHQ vəzifəsində xidmətə başladığını, 2022-ci ilin yay aylarında ailə üzvləri ilə birlikdə Culfa şəhərində yaşadığını, xidməti zərurətlə əlaqədar olaraq “Soyuq” adlanan posta göndərildiyini, həmin vaxt ailə üzvlərinin Parağa kəndində yaşayan valideynləri ilə birlikdə yaşadığını, ayda 1 dəfədən az olmayaraq yaşadığı kəndə gəldiyini, 2023-cü ilin aprel ayının 23-dən həmin ilin may ayının 8-nə qədər məzuniyyətdə olduğunu, 2023-cü ilin iyun ayında həmkəndlisi Zərərçəkmiş şəxs ona məxsus evlərinin həyətyanı sahəsində yerləşən divardan həyətlərinə daxil olaraq həyat yoldaşı Şahid3 qarşı xoşagəlməz hərəkətlər etdiyi barədə Əfsanədən məlumat aldığını, həmin vaxt Azərin Bakı şəhərində olduğunu, xx.xx.2023-cü il tarixdə Azərin Bakı şəhərindən geri qayıtdığını, həmin gün saat 22 radələrində Azərin mobil telefon nömrəsinə zəng edərək Parağa kənd mərkəzindən 200 metr aralıda yerləşən sahəyə dəvət edərək onunla söhbət etmək istədiyini, 2022-ci il tarixdə həyat yoldaşı Əfsanə ilə aralarında baş vermiş hadisə ilə bağlı məsələyə aydınlıq gətirməli olduğunu, telefon danışığı zamanı Azərin ona qarşı nalayiq ifadələr işlədərək dəstəyi asdığını, 10 dəqiqə sonra Azərin kənd meydanına gəldiyini, ətrafdan başqa şəxslər görməsin deyə kənd mərkəzindən 200 metr aralıda, kəndin giriş istiqamətində getdiklərini, orada 2022-ci il tarixdə həyat yoldaşı Əfsanə ilə Azərin aralarında baş vermiş hadisə ilə bağlı Azərə sual etdiyini, Azərin onların həyətlərinə girərkən içkili olduğunu, Azərə “içkiliydinsə öz yaxınlarına nalayiq hərəkətlər edərdin” ifadəsini işlətdiyini, aralarında mübahisə yarandığını, bundan sonra mübahisənin daha da şiddətləndiyini, Azərlə görüş təyin etdiyi sahənin yarğan olmaqla 2 metr hündürlükdə olduğunu, mübahisə edərkən tutaqlaşdıqlarını, həmin vaxt hər ikisinin sürüşərək yıxıldıqlarını, yarğanın aşağı hissəsinə, daşlıq hissəyə yuvarlandıqlarını, həmin an sol qolunun əzilərək ağrıdığını, Azərin isə çənə və başının arxa hissəsinin siyrildiyini, Azərin səhvini başa düşərək ondan üzr istədiyini, daha sonra Azərlə birlikdə yaşadığı evə getdiklərini, həmin vaxt evlərində heç kimin olmadığını, ata və anasının tövlədə heyvanlarını yemlədiyini, yaşadığı evdə Azərin ondan təkrarən etdiyi hərəkətlərə görə üzr istəyərək onu bağışlamasını xahiş etdiyini, Azəri bağışladığını, daha sonra Azərin evləri istiqamətində getdiyini, Azərlə əvvəlcədən hər hansı ədavətlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə saat, 22 radələində Parağa kəndində həyat yoldaşı ilə birlikdə evlərində yemək yediyini, həyat yoldaşı Elnarə Xıdırovanın mobil telefon nömrəsinə tanımadığı mobil nömrədən zəng gəldiyini, həmin zəngə özünün cavab verdiyini, zəng edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu, Eminin ona qarşı nalayiq söyüşlər söyərək kənd meydanına dəvət etdiyini, 10 dəqiqə keçdikdən sonra Eminin dediyi yerə getdiyini, Eminlə kənd meydanında görüşdüklərini, Eminin kənd meydanından biraz uzağa getmələrini istədiyini, Eminin yaşadığı evin 30 metrliyinə qədər getdiklərini, Emin tərəfindən 2022-ci il tarixdə Şahid3 ilə onun arasında nə baş verdiyi barədə sual etdiyini, o, Eminə 2022-ci ilin avqust ayının sonlarında saat 19 radələrində bağlarından çıxıb Eminin evinin yaxınlığından keçərək evlərinə getdiyini, yolda Eminin həyat yoldaşı Əfsanə ilə qarşılaşdığını, o, həyat yoldaşından ayrıldığı üçün Əfsanənin onun ailəsi haqqında maraqlandığını, qohum olduğu üçün Əfsanədən bir stəkan çay istədiyini, Əfsanənin çay içmək üçün onu həyətlərinə dəvət etdiyini, həyətə daxil olduqdan 2 dəqiqə keçdikdən sonra Əfsanənin mobil telefonu vasitəsilə qayınanası Siddiqəyə zəng edərək onun Əfsanəyə qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verdiyini, Əfsanənin təcili olaraq qayınanasının evə gəlməsini istədiyini, Əfsanəyə bu hərəkətlərə ehtiyac olmadığını, ondan sadəcə olaraq bir stəkan çay istədiyini, Əfsanənin ona şər-böhtan atmaq istədiyini düşünərək onlardan çıxıb evlərinə getdiyi barədə Eminə məlumat verdiyini, həmin vaxt Eminlə qarşı-qarşıya durduğunu, havanın qaranlıq olduğunu, ətrafda heç kimin olmadığını, Eminin gözlənilmədən görmədiyi əşya parçası ilə onun çənə nahiyyəsindən qəsdən bir zərbə vurduğunu, həmin zərbənin təsirindən yerə yıxıldığını, yerə yıxılan an Emin tərəfindən başının arxa hissəsindən daşla vurduğunu hiss etdiyini, ayıldıqda isə Eminə məxsus olan evdə olduğunu, daha sonra Şahid2 və onun həyat yoldaşı Şahid1 Emin tərəfindən döyülərək qana bulaşdığı köynəyinin üzərindən çıxardıqlarını, Eminə məxsus köynəyin üzərinə geyindirildiyini, başının arxa hissəsinin cırılaraq qan axdığını, çənəaltı nahiyyəsinin kəsildiyini, alt damağının sağ arxa nahiyyəsindən 1 ədəd dişinin kökündən qopduğunu, bədəninin müxtəlif nahiyyələrində ağrıların olduğunu, yaralarından qan axdığını, özünə gəldikdən sonra evlərinə getdiyini, həmin gün Eminin tərəfindən döyülərək xəsarətlər almağı ilə bağlı X13 yazılı müraciət etdiyini, 01 avqust 2023-cü il tarixdə Eminin qonşusu Şahid5 onların yaşadığı evə gəldiyini, Yadigardan “31 iyul 2023-cü il tarixdə saat 22 radələrində qonşuları Qəzənfərin və onun oğlu Eminin tərəfindən huşsuz, baş nahiyyəsindən qan axa-axa Qəzənfərin evlərinə aparıldığı, Yadigarın Qəzənfərin həyətlərində tikilmiş olan hamama daxil olduğu, hamamda Eminin onun baş və bədən nahiyyələrində olan qan ləkələrinin su ilə yuyulduğu” barədə məlumat aldığını, Emini bağışladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ordubad rayon Üstüpü kəndində qeydiyyatda olmaqla rayonun Parağa kəndində ailə üzvləri ilə birlikdə yaşadığını, ailəsini dolandırmaq üçün heyvandarlıqla məşğul olduğunu, Təqsirləndirilən şəxs qonşusu olduğunu, Təqsirləndirilən şəxsla və onun ailə üzvləri ilə heç bir ədavətinin olmadığını, Zərərçəkmiş şəxs ilə həmkəndli olduğunu, onunla heç bir qohumluq əlaqəsinin olmadığını, Azəri kənd sakini kimi tanıdığını, 31 iyul 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı kənddə özünə məxsus olan tövlədə heyvanlarını sağdığını, Qəzənfərin yaşadığı evlə ona məxsun olan tövlənin aralığında 3 metrə yaxın məsafə olduğunu, tövlədən çölə çıxdıqda qonşuları Qəzənfərin, onun oğlu Eminin, tanımadığı kişi cinsindən olan bir nəfər şəxsin qollarından tutaraq üzü aşağı istiqamətdə yaşadıqları evin həyətyanı sahəsinə tərəf sürüdüklərini, həmin vaxt Qəzənfərin həyat yoldaşı Şahid1 da onların arxasınca getdiyini, Qəzənfərin həyətyanı qapısı ilə onların həyətyanı sahəsində yerləşən qapının üzbəüz olduğunu, sürütlənən şəxsin Qəzənfərə məxsus həyətyanı qapıdan içəri keçirildiyi zaman onun həyat yoldaşı Tübüzər Allahverdiyevanın uca səslə bağıraraq “özgənin uşağını niyə öldürmüsünüz”? ifadəsini Eminə, Qəzənfərə qarşı işlətdiyini, Qəzənfərin həyət qapısına yaxınlaşdığını, həyat yoldaşı Tübüzərə sürütlənən şəxsin kim olduğu barədə sual etdiyini, həyat yoldaşı X5 əllərindən tutaraq sürütlədikləri şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğu barədə məlumat aldığını, bu zaman qonşusu Siddiqənin uca səslə həyat yoldaşı Qəzənfərə, oğlu Eminə “Azərin qardaşı Saleh hadisə barədə məlumat alarsa sizi güllələyəcəkdir” ifadələrini işlədildiyini, bu sözdən sonra Qəzənfərin həyətinə daxil olduğunu, Siddiqənin həyətlərində oturduğunu, onların hamamlarından səslər gəldiyini, dərhal hamamlarına yaxınlaşdığını, Qəzənfərin hamamın dəhlizində yerləşən qapısının önündə durduğunu, daha sonra hamama daxil olduğunu, bu zaman Azərin hamamın döşəməsində üzü üstə yerə uzadılmış vəziyyətdə olduğunu, ağ rəngli qısaqol köynəyinin qana bulaşdığını, Eminin hamamda istifadə etdikləri su borusu ilə Azərin baş və bədən nahiyyələrində olan qan ləkələrini yuduğunu, həmin vaxt Azərin huşsuz vəziyyətdə olduğunu, Azərin hər hansı hərəkət etmədiyini, Azərin hərəkətsiz olduğunu gördükdən sonra Qəzənfərə və oğlu Eminə “qoyun Azəri bizim həyətə aparım, xəstəxanaya zəng edim gəlib aparsınlar” ifadələrini dediyini, Qəzənfərlə Emin tərəfindən qolundan tutularaq çölə çıxarıldığını, bir neçə dəqiqədən sonra yenidən Qəzənfərin həyətinə daxil olduğunu, Azərin huşsuz, yarı çılpaq vəziyyətdə yerə uzadıldığını, Azərin boyun nahiyyəsindən nəbzini yoxladığını, ürək döyüntüsünün olduğunu hiss etdiyini, həmin vaxt Emin tərəfindən çölə çıxarıldığını, sonra Azərə kömək etmək məqsədilə yenidən onların həyətlərinə daxil olmaq istədiyini, lakin Emin tərəfindən çölə çıxarıldığını, bir neçə dəqiqə keçdikdən sonra Qəzənfərin ona məxsus olan həyətə daxil olduğunu, həmin vaxt evində həyat yoldaşı Tübüzərində olduğunu, “biz qonşuyuq gəlin bu sirri batıraq” ifadələrinin Qəzənfər tərəfindən deyilərək yalvardığını, bu ifadələrə görə Qəzənfəri həyətlərindən qovduğunu, ertəsi gün Azərin əmicanısı X10 Emin tərəfindən döyüldüyü barədə məlumat aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ipdidai istintaq dövründə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid2, anası Şahid1 və həyat yoldaşı Şahid3 ifadə verməkdən imtina etdiklərini, iptidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, 31 iyul 2023-cü il tarixdə həyat yoldaşı Qadir Xıdırov, oğlu Saleh Xıdırov, digər oğlu Kənan Xıdırovla birlikdə Parağaçay qəsəbəsində yerləşən evlərində olduğunu, həmin gün saat 22 radələrində gəlini Elnarənin istifadəsində olan mobil telefon vasitəsi ilə zəng edərək həyat yoldaşı Azərin həmkəndliləri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü barədə məlumat verdiyini, həyat yoldaşı Qadirlə birlikdə Parağa kəndində yerləşən evlərinə gəldiklərini, oğlu Azərin baş, sifət, digər nahiyyələrində qan ləkələri olduğunu, Azərin Emin tərəfindən kənd mərkəzinə çağırıldığını, daha sonra onlara məxsus evin yaxınlığına söhbət edərək aparıldığını, Azərin Eminlə üzbə-üz söhbət etdiyini, Azərin Emin tərəfindən çənə nahiyyəsindən əşya ilə vurulduğunu, yerə yıxılarkən baş nahiyyəsindən vurulduğunu, bundan sonra huşunu itirdiyini, ayıldıqda isə Eminin evində olduğunu, üzərində olan köynəyin çıxarılaraq hər hansı şəxsə məxsus olan köynəyin geyindirildiyini, daha sonra Emin tərəfindən evlərinə gətirildiyini, 01 avqust 2023-cü il tarixdə saat təxminən 21 radələrində Azərin Emin tərəfindən döyülərək qana bulaşdığı köynəyini almaq məqsədi ilə əsəbi halda Eminin evlərinə yaxınlaşdığını, həyət qapılarını döyərək Eminin anası Siddiqəni səslədiyini, Azərin qana bulaşmış köynəyini ondan istədiyini dəfələrlə qapının açılmasını istəsə də Siddiqənin qapını açmadığını, ifadəsində bildirmişdir. Elan edilmiş ifadələr ziddiyət təşkil etməmiş və işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 07 avqust 2023-cü il tarixli, 1029 saylı ekspert rəyində Zərərçəkmiş şəxs başının tüklü hissəsində, ənsə nahiyyəsinin yuxarı hissəsində və çənə altı nahiyyəsində yaraların, sol qulaqarxası nahiyyəsində qançırın, göstərilən xəsarətlərin küt əşyanın təsirindən yaranması, ənsə nahiyyəsindəki yara və sol qulaqarxası nahiyyəsindəki qançırların, həmçinin bilavasitə bədənin fiziki güc tətbiq etmə və ya hər hansı zərbənin təsirindən geriyə hərəkəti (yıxılma) zamanı başın ənsə nahiyyəsinin yerə və ya hər hansı küt əşyaya çırpılması nəticəsində yarana biləcəyi, həmin xəsarətlərin müvafiq nahiyyələrə küt əşyanın çırpılması nəticəsində yarana bilmə ehtimalının da inkar edilmədiyi, xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 07 avqust 2023-cü il tarixli, 1030 saylı ekspert rəyində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs sol bilək nahiyyəsində qızartının, göstərilən xəsarətin küt əşyanın təsirindən yaranması, eləcə də həmçinin sol bilək nahiyyəsinin küt əşyaya və ya insan bədəninə çırpılması nəticəsində yarana bilməsi, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu və dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materiallarında olan Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2023-cü il tarixli 1275 nömrəli məktubundan görünür ki, Ordubad rayon Parağa kəndində qeydiyyatda olan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və SHXÇDX-nin Ordubad rayon şöbəsində hərbi qeydiyyatda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Ordubad rayon qeydiyyat şöbəsinin məktubundan görünür ki, Abbasov Təqsirləndirilən şəxs Əfsanə Qoşqar qızı ilə Ordubad rayon qeydiyyat şöbəsində nigaha daxil olmuşlar və birgə nigahdan onların xx.xx.2016-cı il tarixdə Kifayət Abbasova, xx.xx.2018-ci il tarixdə Damla Abbasova və xx.xx.2019-cu il tarixdə isə Yusif Abbasov doğulmuşdur. Hazırda həmin uşaqlar Təqsirləndirilən şəxs himayəsindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir, həmin qərardan verilmiş protest əsasında xx.xx.2023-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1000 manat cərimə cəzasi ilə cəzalandırılmışdır İş materiallarında olan X6 DİN-nin Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ordubad RİHB-nın Parağa kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 63 nömrəli arayışından görünür ki, Abbasov X8 rayon Parağa kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Ordubad RİHB-nın Parağa kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 64 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs - arvadı xx.xx.1995-ci il təvəllüdlü Şahid3 - xx.xx.2016-cı il təvəllüdlü X9 - xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2019-cü il təvəllüdlü X7 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Ordubad RİHB-nın Parağa kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə və Təqsirləndirilən şəxs 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət işinə əlavə edilmiş Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 1- 1(108)-8/2023 saylı xx.xx.2023-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023- cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş və Ordubad Rayon Məhkəməsin icraatında olan iş üzrə isə 31 iyul 2023-cü il tarixdə təkrar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətmişdir. Cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs 06 may 2023- cü il tarixdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət törətdikdən sonra 31 iyul 2023 –cü il tarixdə Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş və ona qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə bu səbəbdən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməsini məqbul sayır. Belə ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını, 3 övladının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür.Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzaları təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə onun üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınır. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzaları təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia və xüsusi müsadirə əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1400 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Naxçıvan MR Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 manat cərimə cəzası hazırkı hökmlə təyin olunacaq cərimə cəzası ilə tamamilə toplanılmaqla ona 2400 (iki min dörd yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Naxçıvan MR Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1000 manat cərimə cəzasının 09 oktyabr 2023-cü il tarixdə tamamilə ödənilməsi, hökmün icra edilməsi zamanı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş materiallarına əlavə edilmiş ********* saylı cinayət işi üzrə ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-10/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-10/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver