Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-10/2024 06.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, 2 uşaq atası, işsiz, Ordubad rayon məhkəməsinin 24 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli binilərək 1 il 4 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə, saat 14:30 radələrində, Ordubad rayon Dırnıs kəndində yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində sözlü mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir yumruq, daha sonra isə üzərində saxladığı bıçaqla sonuncunun sağ böyrək nahiyyəsindən qəsdən bir bıçaq zərbəsi vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ böyrəküstü nahiyyəsində aşkar edilmiş cərrahi tikilmiş yara, yara kəsici deşici əşyanın təsirindən, sol gicgah və sol almacıq nahiyyələrində qançırlar, qançırların bərk küt əşyanın təsirindən törənməsi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına “Yüngül” zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailədə 1 bacı, 1 qardaş olmuş, bacısı Ruhiyyə Məmmədova ailəli olmaqla Təqsirləndirilən şəxs ayrı yaşamışdır. Təqsirləndirilən şəxs 2009-cu il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Zərərçəkmiş şəxs ilə həyatı qurmuş, həmin evlilikdən 2 övladı olmuş, oğlu Amin Məmmədov Vİİİ sinif, qızı Əminə isə İV sinif şagirdi olmuşdur. O, 2019-cu il tarixdə məhkəmə qaydasında Zərərçəkmiş şəxs ilə boşanmış, heç bir yerdə işləməmiş, həyat yoldaşından boşandıqdan sonra övladlarının alimentini ödəmək məqsədilə gündəlik işlərə getmişdir. Onun 2010-cu il tarixdə atası Mircəmil Məmmədov, 2023-cü ilin yanvar ayı isə anası X4 vəfat etmişdir. Təqsirləndirilən şəxs 26 yanvar 2024-ci il tarixdə Ordubad şəhər sakini X5 yaşadığı evindən 580 manat pul oğurladığı üçün Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 24 may 2024-cü il tarixdə Ordubad rayon Məhkəməsinin hökmü ilə 16 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs adını bilmədiyi bir şəxslə yaxın münasibətdə olduğu barədə məlumat almış, Sürəyya zəng edərək bu barədə ona sual etmiş, Sürəyya ondan boşadığını bildirərək yaxşı edirəm cavabını vermişdir. O, Sürəyyanın bu sözündən əsəbiləşərək sabiq qayınanası Mahirəyə zəng edərək eyni mövzuda ona sual etmiş, Mahirədən eyni cavabı almış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Ordubad şəhərində 5 litrə yaxın spirtli içki olan pivə içmiş, sonra qeyd edilən məsələyə aydınlıq gətirmək qərarına gəlmişdir. O, həmin gün saat 14:30 radələrində rayonun Dırnıs kəndində yaşaya keçmiş həyat yoldaşı Sürəyyənin yaşadığı evin həyətinə getmiş,ilk olaraq oğlu Amin Məmmədlini səsləmiş, bu zaman qayınanası Rövşənə cavab vermiş, Amin Rövşənin yanına gəlmiş, o, Amindən Sürəyyanın harada olduğunu soruşmuşdur. Amin anası Sürəyyənin evdə olmadığını bildirmiş, X6 çağırmasını istəmiş, bu zaman Sürəyyanın səsi eşidilmiş, həyətə avtomobil qarajından daxil olmaq istədikdə qaraşın girişində 7-8 sm uzunluqlu, dəstəyi qara gəngli olan 1 ədəd mətbəx bıçağı gözünə sataşmış, Rövşən Sürəyyanı qorxutmaq məqsədi ilə həmin bıçağı götürərək üzərində olan şalvarın sağ böyrək hissəsində gizlətmişdir. Rövşən Sürəyyaya yaxınlaşaraq başqa şəxslə münasibətdə olub-olmadığı barədə yenidən sual etmiş, Sürəyyadan yaxşı edirəm ifadəsini eşitmiş, bu sözdən əsəbiləşərək Sürəyyanin başının sol nahiyyəsindən bir sillə vurmuş, həmin vaxt Sürəyyə Rövşənə qarşı nalayiq ifadələr işlətmiş, bu səbəbdən üzərində olan bıçağı çıxararaq Sürəyyanın sağ böyrək nahiyyəsindən qəsdən bir zərbə vuraraq həddini bildirmişdir. Daha sonra oradan çıxaraq Ordubad şəhərinə getmiş, bir neçə saat keçdikdən sonra polis əməkdaşı kimi tanıdığı Kamran müəllim qeyd edilən hadisə ilə bağlı onu Ordubad rayon Polis Şöbəsinə dəvət etmiş, cinayətin törədilməsində istifadə etdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs bıçaqlanması ilə bağlı başqa şəxslərin ona təsiri olmamış, Sürəyyə Quliyevanı qısqandığı üçün bıçaqla vuraraq həddini bildirmiş və başqa məqsədi olmamışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda durmaqla atası Şahid3 evində yaşamış, 2009-cu il tarixdə Ordubad şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı olmuş, oğlu Amin Məmmədov Vİİİ, qızı Əminə isə İV sinif şagirdi olmuş, 2019-cu il tarixdə məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs boşanmış, heç bir yerdə işləməmiş, X8 kollecinin bank işi ixtisasının İİ kurs tələbəsi olmuş, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Sürəyyanın istifadəsində olan mobil telefona zəng edərək boşandıqdan sonra adını qeyd etmədiyi şəxslərlə münasibətdə olduğu barədə məlumat vermiş, cavabında Rövşəndən boşandığı, onun diqqətinə çatdırmış və onu narahat etməməsini Rövşəndən istəmiş, lakin, Rövşən ona zəng edərək eyni mövzuda suallar etmiş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Rövşən Sürəyyaya zəng edərək qeyd edilən sualları təkrar olaraq vermiş, Sürəyya telefon danışığı zamanı Rövşənlə sözlü mübahisə edərək danışığı sonlandırmış, xx.xx.2024-cü il tarixdə saat 15:45 radələrində Dırnıs kəndində yerləşən atası Şahid3 məxsus evin həyətyanı sahəsində olarkən gözlənilmədən həyətdə yerləşən avtomobil qarajından keçmiş həyat yoldaşı Rövşən həyətə daxil olmuş, bu barədə polis şöbəsinə məlumat vermək istədikdə Rövşən Sürəyyanın üzərinə hücum çəkərək sifət nahiyyəsindən bir yumruq zərbəsi vurmuşdur. Sürəyya yumruğun təsirindən yerə yıxılmış, həmin vaxt Rövşən ardınca Sürəyyanın sağ böyrək nahiyyəsindən qəsdən Sürəyyanın bilmədiyi əşya ilə zərbə vurmuş, bu zaman Sürəyyanın anası Şahid1 Rövşənin önünə keçərək Rövşəni Sürəyyadan aralaşrdırmış, həmin vaxt Sürəyya Rövşənin əlində bıçaq olduğunu görmüşdür. Sürəyya ayağa qalxdıqda sağ böyrək nahiyyəsində qan ləkələri olduğunu görmüş, Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığı ona məlum olmuş, qeyd edilən hal barədə polis əməkdaşı olan həmkəndlisi Dəyanət Sabirliyə zəng edərək bu barədə məlumat vermiş, həmin vaxt Rövşən əlində bıçaq həyətdən çıxaraq qaçmışdır. Daha sonra Sürəyyanın atası Şahid3 səs-küyə evdən çıxmış, Sürəyya qeyd edilən halla bağlı atasını məlumatlandırmış, atası Sürəyyanı Ordubad rayon mərkəzi Xəstəxanasına aparmışdır. Rövşən hər dəfə müxtəlif bəhanələr gətirərək başqa şəxslərlə Sürəyyanın əlaqədə olduğunu bildirmiş, hadisə baş verən zaman Sürəyya əsəbiləşərək polis əməkdaşlarına zəng etmək istədikdə Rövşənin ona yumruq və bıçaq zərbəsi vuraraq xəsarət yetirərkən Sürəyyaya “səni öldürərəm” ifadəsini işlətdiyini ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir, 5 qız övladı olmuş, kiçik qızı Zərərçəkmiş şəxs 2009-cu il tarixdə Ordubad şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, Rövşən Sürəyya ilə yola getmədiyi üçün Sürəyya 2021-ci il tarixdə məhkəmə qaydasında Rövşəndən boşanmışdır. xx.xx.2024-cü il tarixdə saat 15:35 radələrində qızları Sona və Sürəyya ilə həyətyanı sahələrində mürəbbə bişirmiş, həmin vaxt həyətyanı sahələrində yerləşən avtomobil qarajından Şahid1 sabiq kürəkəni yəni, qızı Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs övladı Amini səsləmiş, daha sonra Rövşən avtomobil qarajından pillələr vasitəsilə həyətyanı sahələrində yerləşən açıq balkona Sürəyyanın olduğu yerə gəlmiş, Rövşən həmin vaxt Sürəyyaya başqa şəxslərlə yaxın münasibətdə olduğunu bildirərək ona irad tutmuş, Sürəyya cavabında Rövşənə həyətlərindən çölə çıxamasını istəmiş, Sürəyya ardınca Rövşənə “yaxşı edirəm başqa şəxslərlə görüşürəm, mən səndən boşanmışam, sən kimsən həyatıma qarışırsan” ifadələrini işlətmiş, Rövşən həmin vaxt “uşaqlarımızdan utan” ifadəsini Sürəyyaya qarşı işlədərək Sürəyyanın baş nahiyyəsindən bir yumruq zərbəsi vurmuşdur. Sürəyya zərbənin təsirindən səndələyərək oturacağın üzərinə yıxılmış, həmin vaxt Şahid1 uca səslə Rövşənə bağırmış, Rövşən geri dönərək Şahid1 baxmış, həmin vaxt Rövşənin əlində bıçaq olduğunu görmüş, Mahirə Rövşən tərəfindən bıçaqlanacağını düşünmüş, Rövşən Şahid1 yaxınlaşmadan qaraj istiqamətində qaçaraq çölə çıxmış, Şahid1 daha sonra Sürəyyaya yaxınlaşmışdır. Həmin vaxt Sürəyyanın sağ böyrək nahiyyəsində qan ləkələri olduğunu görmüş, Sürəyya Rövşən tərəfindən bıçaqla vurulduğunu Şahid1 diqqətinə çatdıraraq polisə bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1221 saylı ekspert rəyində Zərərçəkmiş şəxs sağ böyrəküstü nahiyyəsində aşkar edilmiş cərrahi tikilmiş yara, yara kəsici deşici əşyaının təsirindən, sol gicgah və sol almacıq nahiyyələrində qançırlar, qançırların bərk küt əşyanın təsirindən törənməsi, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun olduğu və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aid olan xəsarət olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli 261 saylı ekspert rəyində Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda öz əməlini, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmadığı və Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli 741-742 saylı ekspert rəylərində cinayətin törədilməsində istifadə edilmiş bıçağın zavod üsulu ilə istehsal edildiyi, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi və soyuq silah hesab edilməmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin səthindəki zədənin bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən əmələ gəlməsi, belə predmetlərə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələrinin də aid edildiyi göstərilmişdir. 15 iyul 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında keçmiş həyat yoldaşı Süreyyanın adını bilmədiyi bir şəxslə yaxın münasibətdə olduğu barədə məlumat almış, Süreyyaya zəng edərək bu barədə ona sual etmiş, Süreyya Rövşəndən boşandığını bildirərək “yaxşı edirəm” cavabını ona vermişdir. Rövşən Sürəyyanın bu ifadəsindən əsəbiləşərək xx.xx.2024-cü il tarixdə səhər saatlarında spirtli içkilər qəbul etmiş, həmin gün saat 14:30 radələrində Sürəyyənin yaşadığı evin həyətinə getmişdir. Həyətə daxil olarkən avtomobil qarajından 7-8 sm uzunluqlu, dəstəyi qara gəngli olan 1 ədəd mətbəx bıçağını götürmüş, həmin bıçaqla Sürəyyəni qorxutmaq qərarına gəlmiş, bıçağı üzərində olan şalvarın sağ böyrək hissəsində gizlətmişdir. Rövşən Sürəyyaya yaxınlaşaraq başqa şəxslə münasibətdə olub-olmadığı barədə sual etmiş, cavabında Sürəyyəndən yaxşı edirəm ifadəsini eşitmişdir. Rövşən bu sözdən sonra əsəbiləşərək Sürəyyanin başının sol nahiyyəsindən bir sillə vurmuş, Sürəyya Rövşənə qarşı nalayiq ifadələr işlətmiş, Rövşən üzərində olan bıçağı çıxararaq Sürəyyanın sağ böyrək nahiyyəsindən qəsdən bir zərbə vuraraq həddini bildirmiş, Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani göstərmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: xx.xx.1996-cı il tarixdə Şərur rayon Sahtaxtı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Natamam orta təhsillidir, evlidir, işsizdir, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə Ordubad rayon Məhkəməsinin 1(080)-4/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən ittihamedici hökm çıxarılaraq 1 il 4 ay müddətində azadlığı məhdudlaşdırılmışdır.ünvan 1 ünvanında qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 25 iyun 2024-cü il tarixli Ordubad rayon PŞ-nin istintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Coşqun Əmirov tərəfindən tərtib edilmiş protokoldan müəyyən edilmişdir ki, hadisə Ordubad Rayonu Dırnıs kəndində Şahid3aya məxsus evin həyətyanı sahəsində baş vermişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Naxcıvan MR Daxili İşlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən ittihamedici hökm çıxarılaraq 1 il 4 ay müddətində azadlığı məhdudlaşdırılmışdır. Ordubad Rayon Məhkəməsinin sorğusuna əsasən Ordubad Rayon İcra və Probasiya bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavabında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2024 saylı hökmü ilə barəsində təyin edilmiş 1 il 4 ay müddətində azadlığı məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 1(bir) ay 25 (günü ) çəkmiş və hal-hazırda məhkum Təqsirləndirilən şəxs 1(bir) il 2(iki) ay 5(beş) gün müddətində cəzasının çəkilməmiş hissəsi davam edir. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavaistə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamı ilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma protokolundan və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 4 ay müddətində azadlığı məhdudlaşdırılması cəzasının cəkilməmiş 1 il 2 ay 1 gün müddəti Cinayət Məcəlləsinin 68.1.1-1- ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulub 7 ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən saat 20:20-dən, xx.xx.2024-cü il tarixə saat 10:10-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti cəza təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus qısaqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılmalı, cinayətin törədilməsində istifadə edilmiş maddi sübut kimi tanınmış Ordubad Rayon Məhkəməsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X3 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ordubad Rayon Məhkəməsinin 24 may 2024-cü il il tarixli 1(080)-4/2024 nömrəli hökmü ilə təyin edilmiş 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 2 ay 1 gün müddəti Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulub hesablanmaqla 7 ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən, saat 20:20-dən xx.xx.2024-cü il tarixə, saat 10:10-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilərək o, məhkəmə iclası zalından həbs edilsin və saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus qısaqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış cinayətin törədilməsində istifadə edilmiş Ordubad Rayon Məhkəməsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X3 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-10/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-10/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver