Məhkəmə qərarları › İş №1(080)-11/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-11/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-11/2023 20.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X7 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Ordubad rayon Aza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evdar qadın, evli, 2 uşaq anası, natamam orta təhsilli, məhkum olmayan, Ordubad rayon Aza kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə, saat 15 radələrində, Naxçıvan- Ordubad avtomobil yolunun Aza kənd yolayrıcında həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vurmuş, nəticədə Zərərçəkmiş şəxs bel nahiyyəsinin sağ yarısında yara, yaranın hər hansı bir kəsici-deşici alətin təsirindən törənməsi, eləcə də bıçaq zərbəsindən törənə bilməsi, ağırlıq dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərər vurmuşdur. Bu hərəkətlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 3 il bundan öncə yaşadığı evdən ona məxsus olan qızıl-zinət əşyalarının içərisindən bir ədəd qızıl üzüyünün itdiyini, bu barədə həyat yoldaşı Raufa məlumat vermiş, Raufdan “üzüyünü evdə hara isə qoymusan və həmin yeri unutmusan” cavabını aldığından Raufun bu sözündən sonra qızıl üzüyünü bir neçə gün evində axtarmış, lakin tapa bilməmişdir.Həmin vaxt həmkəndlisi Şəfa adlı qadınla Raufun yaxın münasibətdə olduğu barədə məlumat aldığından bu barədə Raufdan soruşduqda Şəfa ilə hər hansı əlaqəsi olmadığı ona demişdir. Raufun Şəfanı yaşadığı evə gətirdiyindən Şəfa tərəfindən ona məxsus ola qızıl üzüyün götürüldüyünü düşünmüş, bu barədə dəfələrlə Raufa sual etdikdə belə bir halın olmadığını barədə Raufdan eşitsə də, Raufla aralarında narazıçılıq yaranmışdır.29 avqust 2023-cü il tarixdə saat 12 radələrində Raufla telefon əlaqəsi yaradaraq qeyd etdiyi hal barədə yenidən Raufa bu barədə sual etmiş, üzüyünün itən vaxtı onun Culfa şəhərində olduqda həmin vaxt Raufun Şəfa ilə onların evinə gəldiyini, həmin üzüyün Şəfa tərəfindən götürülə biləcəyi barədə Raufdan məlumat aldığını, bundan sonra Şəfanın yaşadığı evə getmişdir. Raufun dediyi sözləri Şəfaya çatdırmış, Şəfadan onların evinə getmədiyi və Raufun yalan danışdığı barədə Şəfadan məlumat almış, bu sözdən sonra nalayiq ifadələrlə bir-biribirini söymüşlər.Şəfanın yaşadığı evin həyətindən çıxarkən pəncərələrinin önündə bir bıçaq görmüş, həmin bıçağı götürərək evlərinə qayıtdıqdan sonra Şəfa ilə telefon əlaqəsi yaradaraq onun evinə hansı məqsədlə gəldiyi barədə sual edərək həmin məsələni aydınlaşdırmaq məqsədilə yenidən onlara getmək üçün yola düşmüşdür.Naxçıvan-Ordubad avtomobil yolunun Aza kənd yolayrıcında polis əməkdaşları tərəfindən saxlanılaraq haraya getiyi barədə sual ediklərində qeyd edilən hal barədə polislərə məlumat vermiş, Şəfanın onun barəsində şikayətçi olduğu barədə polislərdən məlumat almışdır.Bu zaman Şəfanın həyat yoldaşı Elsevər adlı şəxsin də həmin yerə gələrək nə baş verdiyi barədə ona sual etdiyini, həyat yoldaşı Şəfaya şər atıldığı barədə ona irad bildirdikdə o, “Gözlə Raufa zəng edim, o, desin sən də qulaq as” ifadəsini Elsevərə işlətdikdə, bu sözdən sonra Elsevər tərəfindən onun sağ sifət nahiyyəsindən bir yumruq zərbəsi vurulmuş, zərbənin təsirindən o, yerə yıxıldıqda bu an oğlu Məmmədin Elsevərin üzərinə hücum çəkmiş, həmin an Məmməd yerə yıxılmışdır.. Elsevər tərəfindən Məmmədin baş nahiyyəsindən bir təpik zərbəsi vurulduqda polis əməkdaşları tərəfindən Elsevərin kənara çəkilmiş, Elsevərin bu hərəkətinə dözə bilmədiyindən Elsevərin arxası ona tərəf olarkən üzərində olan bıçağı çıxararaq Elsevərin sağ böyür nahiyyəsindən qəsdən bir bıçaq zərbəsi vurmuş, polis əməkdaşları tərəfindən həmin bıçaq onun əlindən alınaraq kənara atılmış, daha sonra Məmmədlə birlikdə yaşadıqları evə getmişlər. Şahid6 öldürmək niyyəti ilə onun evinə getməmiş, Elsevər tərəfindən oğlu Məmmədin baş nahiyyəsindən təpiklə vurduğu üçün bıçaqla Elsevəri vuraraq həddini bildirmiş, Elsevəri bıçaqla vurarkən onu öldürmək niyyətində olmadığını bildirmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, 2023cü ilin avqust ayının 29-da evindən çıxaraq ot biçmək üçün rayonun Darkənd kəndində yerləşən torpaq sahəsinə getdiyini, həmin gün saat 15 radələrində yemək yemək üçün evinə qayıtdığını, həmkəndlisi Təqsirləndirilən şəxs onların evinə gəldiyini, Mərhəmətə məxsus olan bir ədəd qızıl üzüyün həyat yoldaşı Şəfa tərəfindən oğurlandığı, bu səbəbdən Şəfa ilə Mərhəmətin arasında narazılıq yarandığı və bir-birilərini söydükləri barədə Şəfadan məlumat aldığını, daha sonra Mərhəmətin ona məxsus olan evin pəncərəsinin önündə olan 1 ədəd bıçağı götürərək həyətlərindən getdiyini, onun yenidən qeyd edilən otlaq sahəsində işləmək üçün evindən çıxaraq getdiyini, evlərindən təxminən 150 metr aralıda 3 nəfər polis əməkdaşının Təqsirləndirilən şəxs və Mərhəmətin oğlu Şahid2 Naxçıvan-Ordubad avtomobil yolunun Aza yolayrıcında uca səslə onun ailəsi barəsində danışdıqlarını, oraya yaxınlaşaraq Mərhəmətə nə olduğu barədə sual etdiyini, cavabında həyat yoldaşı Şəfa ilə Mərhəmətin həyat yoldaşı Şahid1 yaxın münasibətdə olduqları barədə Mərhəmətdən məlumat aldığını, onun ailəsi haqqında Mərhəmətin yalan məlumat verdiyi üçün əsəbləşərək Təqsirləndirilən şəxs sifət nahiyyəsindən qəsdən bir sillə zərbəsi vurduğunu, sillənin təsirindən Təqsirləndirilən şəxs yerə yıxıldığını, Mərhəmətin oğlu Şahid2 hər hansı nahiyyəsindən təpiklə vurmadığını, polis əməkdaşlarının onun qollarından tutub kənara çəkdiyini, həmin an Təqsirləndirilən şəxs tərəfindən onun sağ bel nahiyyəsindən hər hansı əşya ilə vurulduğunu, geriyə dönüb baxdıqda Təqsirləndirilən şəxs əlində tiyəsinin uzunluğu 15-20 santimetr aralığında olan bıçaq olduğunu, Əli adlı polis əməkdaşının Təqsirləndirilən şəxs əlində olan həmin bıçağı alaraq kənara atdığını, daha sonra bel nahiyyəsindən qan axdığını, Mərhəmətin onu və həyat yoldaşı Şahid6 öldürməklə hədələmədiyini, Mərhəmətlə heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs bağışlamadığını, ona cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 29 avqust 2023cü il tarixdə xidməti ərazidə xidmət apardığını, Naxçıvan-Ordubad avtomobil yolunun Aza yolayrıcına getdiyini, həmin vaxt PPX əməkdaşları olan Şahid4 və Şahid5 orada gördüyünü, daha sonra Aza kənd sakini Təqsirləndirilən şəxs əsəbi halda Şahid6 məxsus ev istiqamətində getdiyini, özünü Təqsirləndirilən şəxs təqdim edərək yaxınlaşdığını, yuxarıda qeyd edilən halla bağlı Mərhəmətə sual etdiyini, Şahid1 ilə Şahid6 yaxın münasibətləri olduğu barədə və Mərhəmətə məxsus bir ədəd qızıl üzüyün Rauf tərəfindən Şəfaya verildiyi məlumatını Mərhəmətdən aldığını, həmin vaxt Təqsirləndirilən şəxs adını bilmədiyi iki azyaşlı oğlunun da oraya gəldiyini, daha sonra Zərərçəkmiş şəxsn da həmin yerə gəldiyini Zərərçəkmiş şəxs sərt şəkildə Təqsirləndirilən şəxs “bir daha bizə gəlib ailə üzvlərimi narahat etmə” ifadəsini işlətdiyini və bu zaman onların arasında münaqişə yarandığını Zərərçəkmiş şəxs həmin vaxt Mərhəmətin sifət nahiyyəsindən qəsdən bir sillə zərbəsi vurduğunu, zərbənin təsirindən Təqsirləndirilən şəxs yerə yıxıldığını, polis baş serjantı Şahid5la birlikdə Zərərçəkmiş şəxs qollarından tutduqlarını, gözlənilmədən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs sağ bel nahiyyəsindən qəsdən bir bıçaq zərbəsi vurduğunu, bıçağı Təqsirləndirilən şəxs əlindən alaraq kənara atdığını, Zərərçəkmiş şəxs isə Naxçıvan MR Xəstaxanasına aparıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 29 avqust 2023cü il tarixdə Naxçıvan-Ordubad avtomobil yolunun Aza yolayrıcına xidməti ərazidə xidmət apardığını, daha sonra Aza kənd sakini Təqsirləndirilən şəxs əsəbi halda Şahid6 məxsus ev istiqamətində getdiyini, Mərhəmətin Şəfanı söyərək təhqir etdiyini, Şəfanın Mərhəmətdən sikayətçi olduğunu, Təqsirləndirilən şəxs Şəfanın evlərinə getdiyini, özünü Mərhəmətə təqdim edərək yaxınlaşdığını, yuxarıda qeyd edilən halla bağlı Mərhəmətə sual etdiyini, Şahid1 ilə Şahid6 yaxın münasibətləri olduğu barədə və Mərhəmətə məxsus bir ədəd qızıl üzüyün Rauf tərəfindən Şəfaya verildiyi məlumatını Mərhəmətdən aldığını, həmin vaxt Mərhəmətin adını bilmədiyi iki azyaşlı oğlunun da oraya gəldiyini, daha sonra Zərərçəkmiş şəxsn da həmin yerə gəldiyini və bu zaman onların arasında münaqişə yarandığını və bu zaman gözlənilmədən Mərhəmətin bıçaqla Elsevərin sağ bel nahiyyəsindən qəsdən bir bıçaq zərbəsi vurduğunu, bıçağı Mərhəmətin əlindən Şahid3 alaraq kənara atdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2007-ci il tarixdə Ordubad rayon Aza kənd sakini X3 ilə ailə həyatı qurduğunu, həmin evlilikdən 2 övladı olduğunu, Mərhəmətin qısqanc olduğunu, bu səbəbdən onunla tez-tez mübahisə etdiklərini, 2 il bundan öncə həyat yoldaşı Mərhəmətin ona məxsus olan bir ədəd qızıl üzüyünün naməlum şəraitdə evlərindən itdiyini, üzüyünün onun tərəfindən götürülməsi barədə məlumatı Mərhəmətdən aldığını, əsasız yerə Mərhəmətin onunla bu mövzuda mübahisə etdiyini, qeyd edilən qızıl üzüyün onun tərəfindən götürülərək Şəfaya verilməsi ilə bağlı Mərhəmətdən məlumat aldığını, bu səbəbdən 2023-cü ilin iyun ayından Bakı şəhərinə gedərək orada yaşadığını, 29 avqust 2023-cü il tarixdə Mərhəmətin onun mobil telefonuna zəng edərək yuxarıda qeyd edilən mövzuda yenidən mübahisə etdiyini, Mərhəmət tərəfindən onunla Şəfanın münasibəti olub-olmadığını aydınlaşdıracağını bildirdiyini, Mərhəmətin ondan uzaqlaşması üçün Mərhəmətə “tutalım ki, bir dəfə Şəfa ilə yaxın münasibətdə olmuşam” ifadələrini işlədərək dəstəyi asdığını, 1 saat keçdikdən sonra Mərhəmətin ona yenidən zəng etdiyini, onun oğlu Məmmədin həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü, bu səbəbdən Mərhəmətin Elsevəri bıçaqladığı barədə məlumat aldıqda Bakıdan yaşadığı Aza kəndinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2013-ci il tarixdən Ordubad RPŞ-nin PPXT-nın polis nəfəri vəzifəsində işlədiyini, PPXT-nın xidməti avtomobili ilə təyin olunmuş marşrut üzrə Aza, Azadkənd, Sabirkənd, Kələntər kənd və digər yaxın kəndlərdə xidmət apardığını, Ordubad rayon Aza kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir ədavətinin olmadığını, 29 avqust 2023-cü il tarixdə səhər saatlarında xidməti avtomobillə qeyd edilən kəndlərdə həmin taqımın polis nəfəri, polis baş serjantı Şahid4 ilə xidmət apardığını, həmin gün saat təxminən 16 radələrində xidməti avtomobillə Naxçıvan-Ordubad avtomobil yolunun Aza və Kələntər kənd yolayrıcına gəldiklərini, həmin vaxt oraya X12 CAX üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da gəldiyini, Şahid3 Aza kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi Şahid6 məxsus həyətinə getdiyini, Şəfanı söyərək təhqir etdiyini, Şəfanın Mərhəmətdən şikayətçi olduğu barədə məlumat aldığını, həmin vaxt Mərhəmətin Şəfanın evi istiqamətində getdiyini, Şahid3 Mərəmətə yaxınlaşdığını, Elsevər adlı şəxsin oraya gələrək Mərhəmətlə söhbət etdiyini, daha sonra aralarında mübahisə yarandığını, Mərhəmətin sağ sifət nahiyyəsindən Elsevər tərəfindən bir sillə zərbəsi vurulduğunu, zərbənin təsirindən Mərhəmətin yerə yıxıldığını, bu zaman iki nəfər azyaşlı uşağın yerdən daş götürərək Elsevərə atan zaman Şahid3la Elsevərin qolundan tutaraq kənara çəkdiklərini, Mərhəmətin əlini sinə nahiyyəsinə atdığını, Elsevərin dartılaraq əllərindən çıxmaq istədiyini, gözlənilmədən Mərhəmətin bıçaqla Elsevərin sağ bel nahiyyəsindən qəsdən bir bıçaq zərbəsi vurduğunu, Şahid3 bıçağı Mərhəmətin əlindən alaraq kənara atdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı var. Həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid1 ilə heç bir ədavəti yoxdur. 29 avqust 2023cü il tarixdə saat 12 radələrində həmkəndlisi Mərhəmət onların həyətlərinə gələrək həyat yoldaşı Şahid1 ilə yaxın münasibətlərinin olduğu barədə ona dediyini, Mərhəmət tərəfindən nalayiq ifadələrlə söyüldüyünü, Raufla yaxın münasibətinin olmadığını, Raufun evinə getmədiyini, Rauf tərəfindən ona hər hansı qızıl-zinət əşyalarının verilmədiyi, Raufla hər hansı əlaqəsinin olmadığını barədə Mərhəmətə dediyini, həmin vaxt Mərhəmət tərəfindən ona oğru deyilərək nalayiq ifadələrlə təkrar söyüldüyünü, dəfələrlə həqiqəti Mərhəmətə bildirsə də Mərhəmətin ona inanmadığını, Mərhəmətlə aralarında yaranmış mübahisənin sonlanması üçün yaşadığı evə daxil olduğunu, Mərhəmətin onun evinin pəncərəsinin önündə olan bir ədəd bıçağı götürdüyünü, Mərhəmətin bıçaqla ona hər hansı xəsarət yetirmədiyini, Mərhəmətin bıçağı götürməklə onu qorxutmaq niyyətində olduğunu düşündüyünü, Mərhəmətin “çölə çıxma, çölə çıxsan səni öldürərəm“ ifadələrini işlətdiyini, Mərhəmətin ona belə deməsində Mərhəmət tərəfindən onun öldürülməsi və ya hər hansı xəsarət yetirmək niyyətində olduğunu düşündüyünü, həmin vaxt ətrafda hər hansı şəxsin olmadığını, Mərhəmətin həyətlərindən çıxaraq uzaqlaşdığını, 1 saat keçdikdən sonra Mərhəmətin onun mobil telefonuna zəng etdiyini, eyni mövzuda onunla sözlü mübahisə etdiyini, həqiqəti Mərhəmətə təkrar dediyini, lakin Mərhəmətin ona inanmadığını, onu nalayiq ifadələrlə yenidən söydüyünü, bu səbəbdən danışıqlarını sonlandırdığını, bir neçə saat keçdikdən sonra həyat yoldaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq xəsarət yetirilməsi məlumatını Elsevərdən aldığını bildirmişdir. Məhkəmə iclasında Yetkinlik yaşına çatmamış şahid qismində Ordubad rayonu Aza kənd tam orta məktəbin müəllimi X11 iştirakı ilə dindirilmiş Şahid2 izahatında, 29 avqust 2023-cü il tarixdə səhər saatlarında atası Rauf Nifttəlizadə və anası Təqsirləndirilən şəxs mobil telefon danışığı zamanı sözlü mübahisə etdiklərini, anası Mərhəmətin həmkəndliləri Şahid6 ilə atası Raufun yaxın münasibətdə olub-olmadıqları barədə suallar verdiyini, telefon danışığı zamanı “Şəfa bizim evə gəlibdir, evdən nə itibsə Şəfa götürə bilər” ifadələrini atası Raufdan eşitdiyini, daha sonra atası ilə anasının aralarından sözlü mübahisə olduğunu, bundan sonra tövlələrində olan xırdabuynuzlu heyvanlarını otarmağa getdiyini, 1 saat keçdikdən sonra anasının evlərinə qayıtdığını, anası Mərhəmətdən yuxarıda qeyd etdiyi halın aydınlaşdırması üçün Şəfa adlı həmkəndlisinin evinə getdiyini, Şəfa ilə mübahisə etdiyi barədə məlumat aldığını, bir neçə dəqiqə keçdikdən sonra qardaşı Turan və anası ilə birlikdə evlərinə getdiklərini, daha sonra qardaşı Turanla birlikdə xırdabuynuzlu heyvanlarını tövləyə qatdıqlarını, evə qayıtdıqda anasının evdə olmadığını, həmin an anası Mərhəmətin Şəfanın evinə getdiyi barədə düşündüyünü, qardaşı ilə birlikdə Naxçıvan-Ordubad avtomobil yolunun Aza kənd yolayrıcına gəldiklərini, orada anası ilə 3 nəfər polis əməkdaşının söhbət etdiklərini, onların yanına çatdıqda Şəfanın həyat yoldaşı Elsevərin oraya gəldiyini, atası Raufla Şəfanın yaxın münasibətlərinin olduğu barədə anası Mərhəmətin Elsevərə məlumat verdiyini, həmin an Elsevərin anası Mərhəmətin sağ sifət nahiyyəsindən bir yumruq zərbəsi vurduğunu, anasının zərbənin təsirindən yerə yıxıldığını, Elsevərin üzərinə bağıraraq anasını niyə vurduğu barədə sual etdiyini, anasını yerdən qaldırmaq istədikdə Elsevər tərəfindən onun baş nahiyyəsindən təpiklə vurulduğunu, zərbənin təsirindən yerə yıxıldığını, həmin an polis əməkdaşlarının Elsevərin qollarından tutaraq kənara çəkdilərini, anası Mərhəmətin yerdən qalxaraq Elsevərin üzərinə hücum çəkdiyini, daha sonra adını bilmədiyi polis əməkdaşının anası Mərhəməti aralaşdırdığını, Elsevərin anası Mərhəmət tərəfindən bıçaqla vurulduğu məlumatını anasından aldığını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi, zərər çəkmiş şəxs və şahidlərin tədqiq edilmiş ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 30 avqust 2023-cü il tarixli, 1202 saylı ekspert rəyində Zərərçəkmiş şəxs bel nahiyyəsinin sağ yarısında yara, yaranın hər hansı bir kəsici-deşici alətin təsirindən törənməsi, eləcə də bıçaq zərbəsindən törənə bilməsi, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun olduğu və ağırlıq dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aid olduğu aiddir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 29 avqust 2023-cü il tarixdə həqiqətin müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizasi təyin edilmiş, alınmış 30 avqust 2023-cü il tarixli, 1201 saylı ekspert rəyində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs sağ yanaq nahiyyəsində qançır, qançırın küt əşyanın təsirindən törəndiyi, eləcə də sağ təpə -gicgah nahiyyəsində təpik ilə çırpılma nəticəsində yarana biləcəyi , xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 30 avqust 2023-cü il tarixli, 1203 saylı ekspert rəyində Şahid2 sağ təpə-gicgah nahiyyəsində qançırın küt əşyanın təsirindən törənməsi, eləcə də sağ təpəgicgah nahiyyəsinə təpiklə çırpılma nəticəsində yarana bilməsi, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 12 sentyabr 2023-cü il tarixli, 876-877 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş bıçağın formasına, quruluşuna, qabarit ölçülərinə və əlamətlərinə görə bir tərəfinin kəsici, ucunun batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi və soyuq silah hesab edilmədiyi göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin səthindəki zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəldiyi, belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıcaq tiyələrinə aid edildiyi göstərilmişdir. İş materiallarında olan Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2023-cü il tarixli 1273 nömrəli məktubundan görünür ki, Ordubad rayon Aza kəndində qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində psixi və narkolji xəstə kimi dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan Ordubad rayon qeydiyyat şöbəsinin məktubuna əsasən Təqsirləndirilən şəxs Şahid1 ilə Ordubad rayon qeydiyyat şöbəsində nigaha daxil olmuşlar və birgə nigahdan onların xx.xx.2009-cu il tarixdə Şahid2 və xx.xx.2012-ci il tarixdə Turan Niftəlizadə adlı övladları doğulmuşdur doğulmuşdur. Hazırda həmin uşaqlar Təqsirləndirilən şəxs himayəsindədir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ordubad RİHB-nın Aza kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 164 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ordubad rayon Aza kəndində qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs əri xx.xx.1982-ci il təvəllüdlü Şahid1, oğlu xx.xx.2009-cu il təvəllüdlü Şahid2 və oğlu xx.xx.2012-ci il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə proseslərində zərər çəkmiş şəxslə barışmağa cəhd etmədiyinə, ondan üzr istəmədiyinə, lakin etdiyi əmələ görə peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir. Məhkəmə işin obyektiv və subyektiv hallarını, əməlin ictimai təhlükəliliyini qiymətləndirərək və təqsirkarın şəxsiyyətini, onun ilk dəfə cinayət törətməsini və cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olardı. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilməli, Ordubad rayon Məhkəməsində saxlanılan maddi sübut qismində tanınmış və cinayətin törədilməsində istifadə olunmuş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Ordubad Rayon Məhkəməsində saxlanılan maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus köynək hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalı, ********* saylı cinayət işi üzrə ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Ordubad Rayonu Aza kəndində olan evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. Ordubad rayon Məhkəməsində saxlanılan maddi sübut qismində tanınmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ordubad Rayon Məhkəməsində saxlanılan maddi sübut qismində tanınmış, Zərərçəkmiş şəxs məxsus köynək hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı cinayət işi üzrə ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar