Məhkəmə qərarları › İş №1(080)-11/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-11/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-11/2024 19.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ordubad rayon Bist kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş, xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci il tarixdə Ordubad rayon Bist kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş, xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Ordubad rayon Tivi kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 6 baş xırdabuynuzlu heyvanın Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 13 may 2024-cü il tarixdə saat 13 radələrində Bist kənd ərazisində yerləşən dağətəyi torpaq sahəsini suvarmağa getdiyi müəyyən edilmiş, o, həmin gün saat 16 radələrində qeyd edilən sahəyə yaxın dağda 6 baş xırdabuynuzlu ( 2 baş qoyun, 4 baş quzu) heyvanın olduğunu görmüş, həmin heyvanları oğurlayıb satmaq məqsədilə dostu Təqsirləndirilən şəxs1 zəng etmişdir. Təhməz orada Mürvətlə görüşmüş, xırdabuynuzlu heyvanların ayaqlarını bağlamış, hava qaraldıqdan sonra ikisi qoyun, ikisi quzu olmaqla dörd baş xırdabuynuzlu heyvanı Bist kəndinin girişində yerləşən körpünün yaxınına gətirmişlər. Həmin vaxt Mürvət tanışı Qızıl ləqəbli şəxslə telefon əlaqəsi yaradaraq həmin heyvanları ona satmaqla bağlı razılıq əldə etmiş, qeyd edilən heyvanları Aza kəndi ərazisinə aparılması üçün həmkəndlisi Şahsuvarı idarə etdiyi avtomobillə oraya çağırmışdır. Onlar heyvanları Aza kəndinə apararaq Qapıcıq kafesində Qızıl ləqəbli şəxsə 600 manata satmış, ertəsi gün oğurluq yolu ilə əldə edərək saxladıqları digər iki baş xırdabuynuzlu heyvanı (quzu) eyni üsulla həmkəndlisi Şahid3 avtomobili ilə Qapıcıq kafesinəd apararaq Şəmsəddin adlı şəxsə satmışlar. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 təsərrüfatından oğurlanaraq Şahid4 2 baş, Şahid1 isə satılmış 4 baş xırdabuynuzlu heyvanlar aktla Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə Ordubad rayon Bist kənd sakini Zərərçəkmiş şəxs1 1 baş xırdabuynuzlu (keçi) heyvanının rayonun Bist kəndi ərazisindən Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 təsərrüfatında olan xırdabuynuzlu heyvanları tövləsinə gətirərkən başqa şəxsə məxsus olan bir baş xırdabuynuzlu heyvan (keçi) naməlum şəraitdə heyvanlarına qoşularaq tövləsinə gəlmiş, Təqsirləndirilən şəxs1 həmin heyvanın başqa şəxsə məxsus olduğunu bilmiş, qeyd edilən heyvanlarını tək otarmışdır. Həmin heyvanı (keçi) özünə məxsus xırdabuynuzlu heyvanlara qataraq otarmış, bu barədə hər hansı şəxsə məlumat verməmiş, daha sonra həmin heyvanın həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olduğunu öyrənmiş, qeyd edilən heyvanı kəsərək ətindən istifadə etmiş, kəsilmiş heyvanın 9 kiloqram əti olmuşdur. xx.xx.2024-cü il tarixdə Ordubad rayon Biləv kənd sakini Zərərçəkmiş şəxs2 1 baş xırdabuynuzlu heyvanının rayonun Nürgüt kəndi ərazisindən Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı kənd ərazisində rayonun Biləv kənd sakini Zərərçəkmiş şəxs2lə qarşılaşmış, Rəsul, oğlu İlqara yemək və heyvanları üçün duzu Nürgüt kəndi ərazisində yerləşən Təndirli adlanan sahəyə göndərilməsini və qarşılığında Mürvətə 40 manat pul təklif etmişdir. Mürvət, Rəsulun bu təklifi ilə razılaşmış, həmin ərzaqları həmkəndlisi Təqsirləndirilən şəxs2lə birlikdə qeyd edilən sahəyə aparmışdır. Təhməzlə Mürvət həmin sahədə İlqarla görüşmüş, həmin ərzaqları İlqara təqdim etmiş, İlqar telefonla enerji blokunu gətirməsi üçün onlardan 300 metr aralıda yerləşən çardağa getmiş, İlqara məxsus heyvanların bir neçəsi sürüdən ayrılmış, Mürvət Təhməzdən 100 metr aralanmış, daha sonra Mürvət sürüdən geridə qalmış 1 baş xırdabuynuzlu heyvanı (quzu) görmüş, həmin heyvanın ayaqlarını iplə bağlayaraq orada gizlətmişdir. Mürvət oradan uzaqlaşarkən bu barədə Təhməzə məlumat vermiş, Mürvət Təhməzin köməkliyi ilə həmin xırdabuynuzlu heyvanı atının üzərinə yükləmiş, sonra yaşadıqları kənd istiqamətində hərəkətə başlamışlar. Yolun yarısında Mürvət atının üzərində olan quzunun öldüyü barədə Təhməzə məlumat vermiş, ölmüş quzunun 8 kiloqrama yaxın əti olmuş, Mürvət həmin əti itinə yem etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxslərin ifadələri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında, Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün gündəlik işlərə getmiş, 13 may 2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək Bist kəndinin dağlıq ərazisində 6 baş xırdabuynuzlu (2 baş qoyun, 4 baş quzu) heyvanın olduğu barədə məlumat vermiş, sonra o, Təhməzin qeyd etdiyi sahəyə getmiş, daha sonra Mürvət Təhməzlə birlikdə həmin heyvanları oğurlayaraq satmaq qərarına gəlmiş, başqa şəxslər görməsin deyə heyvanların ayaqlarını iplə bağlayaraq orada dərə yatağında gizlətmiş və havanın qaranlıqlaşmasını gözləmişlər. Bir neçə saat keçdikdən sonra 4 baş (2 baş qoyun, 2 baş quzu) heyvanın ayaqlarını açaraq Bist kəndinin girişində inşa edilmiş körpünün yaxınlığına gətirərək orada saxlamış, digər 2 baş xırdabuynuzlu heyvanı (quzunu) isə ayaqları bağlı vəziyyətə həmin yerdə saxlamışlar. O, əvvəllər tanıdığı Qızıl ləqəbli şəxsə zəng edərək 4 baş satılacaq (2 baş qoyun, 2 baş quzu) xırdabuynuzlu heyvanı olduğu barədə məlumat vermiş, Qızıl ləqəbli şəxs Mürvətə həmin heyvanları alabiləcəyini bildirmiş, sonra qeyd edilən heyvanların Aza kənd ərazisində yerləşən Qapıcıq kafesinin önünə gətirilməsini istəmiş, Mürvət həmin heyvanları qeyd edilən kafenin önünə aparmaq üçün həmkəndlisi Şahsuvar adlı şəxsə zəng edərək ona özünə məxsus olan 4 baş xırdabuynuzlu heyvanı satılması üçün Qapıcıq kafesinə avtomobili ilə aparmasını Şahsuvardan istəmiş, Şahsuvar oraya gəldikdən sonra Təhməzin köməkliyi ilə həmin 4 baş xırdabuynuzlu heyvanı Şahsuvarın avtomobilinə yükləmişlər. Daha sonra hər biri avtomobilə əyləşərək Qapıcıq kafesinə getmiş, Qızıl ləqəbli şəxs həmin yerə gəlmiş, Qızılla danışıq zamanı xırdabuynuzlu heyvanın diri çəkisinin 1 kiloqramını 6,5 manata olmaqla razılaşmışlar. Mürvət oğurluq yolu ilə əldə etdikləri heyvanları tərəzidə çəkmiş, iki baş qoyunun birlikdə diri çəkisi 62 kiloqram, iki baş quzunun birlikdə diri çəkisi isə 30 kiloqram olmaqla ümumilikdə 4 baş xırdabuynuzlu heyvanın 92 kiloqram çəkisi olmuş, həmin heyvanların qarşılığında Mürvət Qızıl adlı şəxsdən 600 manat pul almış, 600 manat puldan 30 manatını Şahsuvara yol haqqı vermiş, 40 manatını isə həmin kafedə yeməyə xərcləmiş, qalıq olan 530 manatını isə Təhməzlə yarı-yarıya bölmüşlər. Ertəsi gün səhər saatlarında o, Təhməzlə birlikdə yenidən heyvanları oğurladıqları sahəyə getmiş, eyni qaydada digər 2 baş xırdabuynuzlu heyvanı (quzunu) satmaq üçün Qapıcıq kafesinin müdiri Şəmsəddin adlı şəxslə telefon əlaqəsi yaratmış, qeyd edilən heyvanların Şəmsəddinə satılması ilə bağlı razılıq əldə etmiş, həmin gün saat 20 radələrində çöldə gizlətdikləri heyvanları Təhməzlə birlikdə rayonun Bist kəndinin girişində yerləşən körpünün yanına gətirmişlər. O, həmkəndlisi Rüfət adlı şəxsə zəng edərək 2 baş xırdabuynuzlu heyvanının satılması üçün Qapıcıq kafesinə aparılmsını Rüfətdən istəmiş, Rüfət onunla razılaşmış, bir neçə dəqiqə keçdikdən sonra Rüfət avtomobili ilə həmin yerə gəlmişdir. Sonra Rüfətin avtomobili ilə qeyd edilən heyvanları Təhməzlə birlikdə Qapıcıq kafesinə aparmış, orada hər 2 baş xırdabuynuzlu heyvanı tərəzidə çəkmiş, heyvanların diri halda ümumi çəkisi 37 kq olmaqla 1 kq-nı 6,50 manata Şəmsəddinlə razılaşmış, həmin heyvanların qarşılığında Şəmsəddinin onlara 240 manat pul borclu qaldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 10 aprel 2024-cü il tarixdə yaşadığı Bist kənd ərazisində rayonun Biləv kənd sakini Zərərçəkmiş şəxs2lə qarşılaşmış, Rəsul oğlu İlqarın Nürgüt kənd ərazisində xırdabuynuzlu heyvan otardığın demiş, İlqara yemək və heyvanları üçün duzu həmin kənd ərazisdə yerləşən Təndirli adlanan sahəyə göndərmək üçün Mürvətə 40 manat pul təklif etmiş, Mürvət Rəsulun bu təklifi ilə razılaşmış, qeyd edilən sahəyə Təqsirləndirilən şəxs2lə birlikdə getmiş, orada İlqarla görüşmüşdür. Mürvət həmin ərzaqları İlqara təqdim etmiş, İlqar telefonla enerji blokunu gətirməsi üçün 300 metr aralıda yerləşən çardağa getmiş, İlqara məxsus heyvanların bir neçəsinin sürüdən ayrılmış, Mürvət Təhməzdən 100 metr aralanmış, sürüdən geridə qalmış 1 baş xırdabuynuzlu heyvan (quzu) görmüşdür. Mürvət həmin heyvanın ayaqlarını iplə bağlayaraq orada gizlətmiş, oradan uzaqlaşarkən bu barədə Təhməzə məlumat vermiş, Təhməzin köməkliyi ilə həmin xırdabuynuzlu heyvanı atının üzərinə yükləmişlər. Daha sonra onlar yaşadıqları kənd istiqamətində hərəkətə başlamış, yolun yarısında Mürvət atının üzərində olan quzunun öldüyünü görmüş, bu barədə Təhməzə məlumat vermiş, ölmüş quzunun 8 kiloqrama yaxın əti olmuş, Mürvət həmin əti itinə yem etdiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs1 20 aprel 2024-cü il tarixdə təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını tövləsinə qatarkən başqa şəxsə məxsus olan bir baş xırdabuynuzlu heyvanın (keçi) naməlum şəraitdə heyvanlarına qoşularaq tövləsinə gəldiyini görmüş, həmin heyva diqqət yetirdikdə başqa şəxsə məxsus olduğu ona məlum olmuşdur. Qeyd edilən xırdabuynuzlu heyvanı (keçini) öz heyvanları ilə birlikdə 2 gün ərzində otarmış, bu barədə hər hansı şəxsə məlumat verməmiş, digər həmkəndlilərindən Zərərçəkmiş şəxs1 məxsus bir baş xırdabuynuzlu heyvanın itdiyi və həmin heyvanı axtardığı barədə məlumat almış, daha sonra qeyd edilən xırdabuynuzlu heyvanı kəsərək ətini istifadə etmiş, həmin heyvanın 9 kiloqram əti olduğunu, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödədiyini, onlarla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında, Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını bildirmiş, heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün gündəlik işlərə getmişdir. 13 may 2024-cü il tarixdə saat 13 radələrində Təhməz Bist kənd ərazisində yerləşən dağətəyi torpaq sahəsini suvarmağa getmiş, həmin gün saat 16 radələrində qeyd edilən sahəyə yaxın dağda 6 baş xırdabuynuzlu (2 baş qoyun, 4 baş quzu) heyvanın olduğunu görmüş, ətrafa nəzər saldıqda heyvanların sahibsiz olduğu ona məlum omuşdur. Təhməz həmin vaxt qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs1 zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqə keçdikdən sonra Mürvət həmin sahəyə gəlmiş, Təhməzlə Mürvət həmin heyvanları oğurlayaraq satmaq qərarına gəlmiş, başqa şəxslərin görməməsi üçün onlar heyvanların ayaqlarını iplə bağlayaraq orada gizlətmiş və havanın qaralmasını gözləmişlər. Bir neçə saat keçdikdən sonra hava qaralmış, Təhməzlə Mürvət 4 baş (2 baş qoyun, 2 baş quzu) heyvanın ayaqlarını açaraq kəndin girişində inşa edilmiş körpünün yaxınlığına gətirmiş, digər 2 baş heyvan isə ayaqları bağlı vəziyyətə həmin yerdə qalmışdır. Mürvət tanışı Qızıl ləqəbli şəxsə zəng edərək onda 4 baş (2 baş qoyun, 2 baş quzu) satılacaq xırdabuynuzlu hevanı olduğunu demiş, Qızıl ləqəbli şəxs həmin heyvanları albiləcəyini bildirərək heyvanları Aza kənd ərazisində yerləşən Qapıcıq kafesinə aparmalarını ondan istəmişdir. X11 ləqəbli şəxsin bu fikiri ilə razılaşmış, qeyd edilən heyvanları Qapıcıq kafesinə aparmaq üçün Mürvət həmkəndlisi Şahsuvar adlı şəxsə zəng edərək oraya çağırmış, bir neçə dəqiqə keçdikdən sonra Şahsuvar avtomobili ilə həmin yerə gəlmiş, onlar köməkli şəkildə heyvanları Şahsuvarın avtomobilinə yükləmişlər. Daha sonra Təhməzlə Mürvət avtomobilə əyləşərək Qapıcıq kafesinə getmiş, orada 25 dəqiqəyə yaxın Qızıl ləqəqbli şəxsi gözləmiş, daha sonra Qızıl ləqəbli şəxs həmin yerə adını bilmədikləri kişi cinsindən olan bir şəxslə gəlmişdir. Danışıq zamanı xırdabuynuzlu heyvanın diri çəkisinin 1 kiloqramını 6,5 manata olmaqla Qızıl ləqəbli şəxslə satılması ilə bağlı razılıq əldə etmiş, oğurluq yolu ilə əldə etdikləri heyvanları tərəzidə çəkmiş, iki qoyunun birlikdə diri çəkisi 62 kiloqram, iki quzunun birlikdə diri çəkisi isə 30 kiloqram olmaqla ümumilikdə 4 baş xırdabuynuzlu heyvanın diri çəkiləri 92 kiloqram olmuşdur. Mürvət həmin heyvanların qarşılığında Qızıl ləqəbli şəxsdən 600 manat pul almış, 600 manat puldan 30 manat Şahsuvara yol haqqı, 40 manatını isə həmin kafedə xərcləmişlər. Qalıq olan 530 manatı isə Mürvətlə Təhməz yarı-yarıya bölmüş, ertəsi gün səhər saatlarında Mürvətlə Təhməz yenidən heyvanları oğurladıqları sahəyə getmiş, qeyd edilən heyvanların orada olduğunu görmüşlər. Onlar eyni qaydada digər 2 baş xırdabuynuzlu heyvanı (quzu) satmaq üçün havanın qaralmasını gözləmək məqsədilə kəndə qayıtmış, Mürvət Qapıcıq kafesinin müdiri olan Şəmsəddin adlı şəxslə telefon əlaqəsi yaratmış, qeyd edilən heyvanların ona satılması ilə bağlı razılıq əldə etmişdir. Həmin gün saat 20 radələrində Təhməzlə Mürvət birlikdə çöldə gizlətdikləri heyvanlara yenidən yaxınlaşmış, onlar heyvanları birlikdə yaşadıqları kəndin girişində yerləşən körpünün yaxınlığıa gətirmiş, Mürvət həmkəndliləri Ülfət adlı şəxsə zəng edərək 2 baş xırdabuynuzlu heyvanı olduğunu və həmin heyvanları satmaq istədiyini bildirmiş, qeyd edilən heyvanların satılması üçün Qapıcıq kafesinə aparılmsını Ülfətdən istəmişdir. Mürvət kəndin girişində yerləşən körpünün yaxınlığında Ülfəti gözlədiklərini bildirmiş, bir neçə dəqiqə keçdikdən sonra Ülfət avtomobili ilə həmin yerə gələrək Mürvətlə Təhməzin köməkliyi ilə qeyd edilən heyvanları Qapıcıq kafesinə aparmışlar. Orada 2 baş xırdabuynuzlu heyvanı tərəzidə çəkmiş, heyvanların diri olmaqla ümumi çəkisi 37 kq olmuş, heyvanların 1 kq çəkisini 6,50 manata satılması ilə bağlı Şəmsəddin adlı şəxslə razılıq əldə etmiş, qeyd edilən heyvanların qarşılığında X6 240 manat borclu qalmışdır. Bundan başqa Təhməz 10 aprel 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı kənddə yerləşən körpünün yaxınlığında həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qarşılaşmış, Mürvət, rayonun Biləv kənd sakini Rəsul adlı şəxsin xırdabuynuzlu heyvanlarının Nürgüt kəndi ərazisində saxlanıldığını, həmin heyvanlara duz və Rəsulun oğlu İlqara ərzaq aparılması üçün Rəsulun Mürvətə 40 manat pul verdiyini bildirmişdir. Mürvət Təhməzdən qeyd edilən məhsulları birlikdə at vasitəsilə aparılmasını, Rəsuldan aldığı həmin 40 manat pulu yarı-yarıya böləcəyimizi bildirmişdir. Təhməz Mürvətin bu fikri ilə razılaşmış, Daha sonra Rəsul tərəfindən verilmiş ərzaqları özlərinə məxsus at vasitəsilə Nürgüt kənd ərazisində yerləşən Təndirli adlanan sahəyə apararaq İlqara vermiş, İlqar çadırda enerji bloku olduğu və mobil telefonun atası Rəsula verilməsi üçün çadıra yaxınlaşmış, həmin vaxt Mürvət təbii ehtiyacını ödəmək üçün çay kənarına getdiyini Təhməzə bildirmiş, 15 dəqiqə keçdikdən sonra Mürvət geri qayıtmış, bir neçə dəqiqə keçdikdən sonra İlqar atla onların yanına gələrək qeyd edilən əşyaları Mürvətlə Təhməzə vermişdir. Daha sonra Mürvətlə Təhməz atlarını minərək yaşadıqları kənd istiqamətində hərəkətə başlamış, həmin vaxt hava ala-qaranlıq olmuş, onlar İlqardan 150 metr aralandıqdan sonra dərəyə enmişlər. Mürvət həmin dərədə İlqara məxsus olan 1 baş xırdabuynuzlu heyvanın (quzu) ayaqlarını bağlayaraq gizlətdiyi barədə Təhməzə məlumat vermiş, həmin heyvanı yaşadıqları kəndə apardıqdan sonra Təhməzlə yarı-yarıya böləcəyini təklif etmiş, Təhməz Müvətin bu təklifini qəbul etmiş, daha sonra Mürvət həmin heyvanı atına yükləməsi üçün Təhməzdən köməklik istəmişdir. Mürvətlə köməkli şəkildə həmin heyvanı Mürvətin atı üzərinə yükləmiş, daha sonra yaşadıqları kənd istiqamətində hərəkətə başlamışlar. Yolun yarısında Mürvət həmin heyvanın ölməsi barədə Təhməzə məlumat vermiş, Mürvət ölmüş heyvanı təsərrüfatında olan itlərinə yem etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödədiyini, onlarla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslərin ifadələri: Zərərçəkmiş şəxs1 21 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında, ifadəsində və verilən suallara cavabında Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, rayon Nəsirvaz kənd tam orta məktəbində Fizika müəllimi vəzifəsində işləmiş, təsərrüfatında 55 baş xırdabuynuzlu heyvanı olmuş, heyvanları Bist kəndində kənd sakinləri ilə birlikdə sıra (növbə) ilə otarmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 təsərrüfatında olan xırdabuynuzlu heyvanlardan 21 başını (12 qoyun, 9 keçi) Bist kəndində dağlıq ərazidə otarmış, otardığı sahədə heyvanlarının tamamını saymış, axşam üzəri həmin heyvanlarını Bist kəndində yaşadığı evinin həyətyanı sahəsindəki tövləsinə Bist kəndi istiqamətində gətirmiş, heyvanlar Bist kənd ərazisinə daxil olarkən digər heyvanlara qarışmış, həmin vaxt heyvanlarını saymadan həyətindəki tövləsinə qatmışdır. Ertəsi gün tövləsinin qapısını açaraq həmin heyvanları Bist kəndində heyvan nöbəsinə ötürmək istərikdə bir baş heyvanımın (keçimin) olmadığını görmüş, bir neçə kənd sakininə bir baş heyvanının olmadığı barədə məlumat vermiş, lakin, həmin heyvanı tapa bilməmişdir. Bir ay bir baş xırdabuynuzlu heyvanını axtarmış, daha sonra bu barədə Ordubad rayon X12 Polis Bölməsinə məlumat vermiş, heyvanın ümumi dəyərinin 120-130 manat təşkil etdiyini, iptidai istintaq dövründə ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizəsində səhəti ilə bağlı müalicə alması üçün Bakı şəhərinə gedəcəyini, ona dəymiş zərər tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, 10 aprel 2024-cü il tarixdə Bist kənd ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs1 ilə qarşılaşmış. Rəsul oğlu İlqarın Nürgüt kəndi ərazisində heyvan otardığını bildirmiş, İlqara yemək və xırdabuynuzlu heyvanları üçün duz göndərmək istədiyini və İlqarda olan telefonu və enerji blokunu ondan alaraq yaşadığı kəndə gətirməsini Mürvətdən istəmişdir. Qeyd edilən ərzaqları İlqara aparmağı üçün Təqsirləndirilən şəxs1 40 manat pul təklif etmiş, Mürvət Rəsulun bu təklifi ilə razılaşmış, qeyd edilən ərzaqları özünə məxsus olan atla qeyd edilən yaylaya aparmaq üçün yola çıxmışdır. 12 may 2024-cü il tyarixdə Rəsul oğlu İlqarın yanına gedərək xırdabuynuzlu heyvanlarınısaymış və 1 baş xırdabuynuzlu heyvanın (qoyunun) olmadığını görmüşdür. 1 baş xırdabuynuzlu heyvanın oğurlandığı qənaətinə gəlmiş, heyvanlarını otardığı ərazidən həmin heyvanın qalıqlarını axtarmış, lakin heç bir qalıq izləri tapmamışdır. Daha sonra Ordubad rayon X12 Polis Bölməsinə bu barədə yazılı müraciət etmiş, qeyd edilən heyvanın rayonun Bist kənd sakinləri Mürvət və Təhməz adlı şəxslər tərəfindən oğurlandığı barədə polis şöbəsindən məlumat almışdır. Zərərçəkmiş şəxs3 21 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında, ifadəsində və verilən suallara cavabında Ordubad rayon Tivi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, ailəsini dolandırmaq üçün yaşadığı kənddə heyvandarlıqla məşğul olmuş, özünə məxsus olan xırdabuynuzlu heyvanlarını rayonun Tivi və Bist kəndləri ərazisində otarmışdır. 13 may 2024-cü il tarixdə qeyd etdiyi heyvanlarını Bist kənd ərazisində otarmış, hər gün qeyd edilən heyvanlarını tövləyə qatarkən nəzərdən keçirərək saymış, həmin gün yəni, 13 may 2024-cü il tarixdə saat 19 radələrində heyvanlarını tövləyə qatarkən 6 baş xırdabuynuzlu (2 qoyun, 4 quzu) heyvanının çatışmadığını görmüş, həmin 6 baş xırdabuynuzlu heyvanın qeyd edilən sahələrdə sürüdən ayrılaraq orada qaldığını düşünmüş, həmin gecə və ertəsi gün qeyd edilən sahələrdən çatışmayan 6 baş heyvanı axtarmış, lakin, tapa bilməmişdir. Qeyd edilən heyvanların vəhşi heyvanlar tərəfindən parçalandığını düşünmüş, bu səbəbdən bir neçə gün qeyd edilən ərazilərdə təkrar olaraq heyvanların qalıq hissələrini axtarmışdır. Lakin, həmin ərazilərdə hər hansı heyvan qalıntılarına rast gəlməmiş, qeyd edilən heyvanların naməlum şəxslər tərəfindən oğurlandığını düşünmüş, bu barədə X13 ərizə ilə müraciət etmiş, bir neçə gün keçdikdən sonra qeyd etdiyi xırdabuynuzlu heyvanların rayonun Bist kənd sakinləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması və həmin heyvanların rayonun Başdizə kənd sakini Şəmsəddin və Dırnıs kənd sakini Qızıl ləqəbli şəxsə satmaları ilə bağlı polis əməkdaşlarından məlumat almışdır. Daha sonra ona məxsus olan həmin heyvanlar polis əməkdaşları və digər şəxslərin iştirakı ilə aktla geri qaytarılmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbi olmadığını bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində və verilən suallara cavabında Ordubad rayon Dırnıs kəndinə qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə həmin ünvanda yaşamış, ailəsini dolandırmaq üçün heyvandarlıqla məşğul olmuş, yaşadığı kənddə ət mağazası işlətmiş, Ordubad rayon Bist kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir ədavəti olmamışdır. 13 may 2024-cü il tarixdə saat 19 radələrində vaxt əvvəllər tanıdığı rayonun Bist kənd sakini Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil telefonuna zəng etmiş və borclu olduğu üçün xırdabuynuzlu heyvanlarını satmaq istədiyini Rəsula bildirmişdir. Rəsul qeyd edilən heyvanların ona satılması üçün rayonun Bist kəndinə gedə bilmədiyini Mürvətə bildirmiş, Mürvət xırdabuynuzlu heyvanları rayonun Aza kənd ərazisinə gətirə biləcəyini Rəsulun diqqətinə çatdırmış və Rəsul heyvanların ona satılması üçün rayonun Aza kəndinə gedə biləcəyini bildirmişdir. Aradan bir müddət keçdikdən sonra Mürvət mobil telefon vasitəsi ilə xırdabuynuzlu heyvanları rayonun Aza kəndində yerləşən Qapıcıq kafesinin yanına gətirdiyi barədə Rəsula məlumat vermiş, həmin gün saat 20 radələrində Rəsul həmkəndlisi X4 ilə birlikdə idarə etdiyi Uaz markalı, **-BE-*** nömrə nişanli avtomobilinə əyləşərək Aza kənd ərazisində yerləşən Qapıcıq kafesinin önünə gəlmişdir. Orada Bist kənd sakini Şahid2 Vaz 2121 markalı avtomobilinin yanında durduğunu görmüş, daha sonra orada Bist kənd sakinləri Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1da orada görmüşdür. Orada adıçəkilən şəxslərlə hal-əhvəl tutmuş, Mürvət Vaz 2121 markalı avtomobilin arxa yük hissəsində olan 4 baş xırdabuynuzlu (2 qoyun 2 quzu) heyvanı Rəsula göstərərk həmin heyvanları satmaq istədiyini bildirmişdir. Rəsul qeyd edilən xırdabuynuzlu heyvanların oğurluq olub-olmadığını barədə Mürvətə sual etmiş, Mürvət təkrarən həmin heyvanların ona məxsus olduğunu Rəsula bildirmişdir. Danışıq zamanı Mürvətlə Rəsul xırdabuynuzlu heyvanın diri çəkisinin 1 kiloqramını 6,5 manata olmaqla satılmasında razılıq əldə etmişlər. Onlar Qeyd edilən heyvanları tərəzidə çəkmiş, iki baş qoyunun birlikdə diri çəkisi 62 kiloqram və iki baş quzunun birlikdə diri çəkisi isə 30 kiloqram olmaqla 4 baş xırdabuynuzlu heyvanın ümumilikdə diri çəkiləri 92 kiloqram olmuşdur. Rəsul həmin heyvanların qarşılığında Mürvətə 600 manat pul vermişdir. Daha sonra Rəsul qeyd edilən 4 baş xırdabuynuzlu heyvanı avtomobilimə yükləyərək oradan uzaqlaşmışdır. Xırdabuynuzlu heyvanları adı çəkilən şəxslərdən alarkən heyvanların oğurluq yolu ilə əldə etmələri ilə bağlı onda şübhə yaranmış, Rəsul bir neçə gün keçdikdən sonra polis əməkdaşlarından qeyd edilən heyvanların oğurluq yolu ilə əldə edilməsi barədə məlumat almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində və verilən suallara cavabında Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, ailəsini dolandırmaq üçün gündəlik işlərə getmiş, 14 may 2024-cü il tarixdə saat 20 radələrində Bist kəndində yaşadığı evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək 2 baş xırdabuynuzlu heyvanını satmaq istədiyini bildirmişdir. Mürvət, Ülfətdən həmin heyvanları istifadəsində olan Vaz 2121 markalı, **-BD-*** dövlət nömrə nişamlı avtomobili ilə rayonun Aza kəndinə aparmasını istəmiş, daha sonra rayonun Bist kəndindin girişində yerləşən körpünün yaxınılığında gözlədiyini Ülfətə bildirmişdir. Ülfət istifadəsində olan avtomobili işə salaraq Mürvətin dediyi yerə getmiş, orada həmkəndliləri Mürvətlə Təhməzin onu gözlədiklərini görmüşdür. Ülfət avtomobilini onların yanında saxlamış, Mürvətlə Təhməzin iki baş xırdabuynuzlu (quzunun) heyvanı ağ rəngli kisəyə qoyduqlarını görmüş, Təhməzlə Mürvət həmin heyvanları avtomobilə yükləmiş, daha sonra adı çəkilən şəxslər avtomobilə əyləşərək Aza kənd istiqamətində hərəkət etməyə başlamışdır. Mürvət Ülfətdən avtomobilini Qapıcıq adlanan kafeyə sürməyini istəmiş, X14 qeyd edilən heyvanları avtomobildən endirmişdir. Həmin vaxt Qapıcıq kafenin icraçısı Şəmsəddin adlı şəxs oraya gəlmiş. Mürvətlə Təhməz həmin 2 baş xırdabuynuzlu heyvanı tərəzidə çəkmiş, heyvanların diri olmaqla ümumi çəkisi 37 kq olmuşdur. Mürvətlə Şəmsəddin heyvanların 1 kq diri çəkisini 6,50 manata razılaşmış, həmin heyvanların qarşılığında Şəmsəddin onlara 240 borclu qalmış, Mürvət Şəmsəddindən heyvanların pulunu aldıqdan sonra Ülfətə 30 manat yol haqqı verəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində və verilən suallara cavabında Ordubad rayon Başdizə kəndidnə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamış, Ordubad rayon Aza kənd ərazisində yerləşən Qapıcıq kafesində icraçı vəzifəsində işləmiş, 14 may 2024-cü il tarixdə rayonun Bist kənd sakini Mürvət adlı şəxs istifadəsində olan mobil telefona zəng edərək pula ehtiyacı olduğunu bildirmişdir. Mürvət bu məqsədlə təsərrüfatında olan xırdabuynuzlu heyvanlarından 2 başını satacağı barədə Şəmsəddinə məlumat vermişdir. Şəmsəddin qeyd edilən heyvanları Mürvətdən alabiləcəyini bildirmiş, həmin gün saat 22 radələrində rayonun Bist kənd sakinləri X15 adlı şəxsin avtomobili ilə qeyd edilən kafeyə gəlmiş, Mürvət Ülfətin avtomobilində satması üçün təsərrüfatından iki baş xırdabuynuzlu heyvan (quzunun) gətirdiyini Şəmsəddinə bildirmişdir. Mürvət qeyd edilən heyvanların diri çəkisinin 1 kiloqramının 6,5 manata Şəmsəddinə sata biləcəyini bildirmiş, daha snra qeyd edilən avtomobilində olan 2 baş xırdabuynuzlu heyvanı endirərək tərəzidə çəkmişdir. Həmin heyvanların ümumi diri çəkisi 37 kiloqram olmaqla 240 manat təşkil etmiş, Şəmsəddin qeyd edilən heyvanları alaraq pulunu 1 həftə ərzində ödəyəcəyi ilə bağlı Mürvətlə razılıq əldə etmişdir. Şəmsəddin Bir neçə gün keçdikdən sonra qeyd edilən halla bağlı Ordubad rayon X8 əməkdaşından məlumat almış, qeyd edilən heyvanların oğurluq yolu ilə əldə edilməsində heç bir məlumatı olmamışdır. Mürvətlə Təhməzdən aldığı 2 baş xırdabuynuzlu heyvanın (quzunun) rayonun Tivi kənd sakini Elmar adlı şəxsə məxsus olduğu barədə məlumat almış, həmin heyvanları polis əməkdaşları və digər iştirakçıların yanında Elmara təhvil vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailəsini dolandırmaq üçün heyvandarlıqla məşğul olmuş, həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir ədavəti olmamışdır. Şahsuvar 13 may 2024-cü il tarixdə saat 21 radələrində rayonun Bist kəndində yaşadığı olmuş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng etmiş, 4 baş xırdabuynuzlu heyvanını satmaq istədiyini Şahsuvarın diqqətinə çatdırmış, qeyd edilən heyvanları satmaq üçün Şahsuvardan Vaz 2121 markalı, **-FL-*** dövlət nömrə nişamlı avtomobili ilə rayonun Aza kəndinə aparmaq istədiyini bildirmişdir. Şahsuvar Mürvətlə razılaşmış, Mürvətə məxsus olan 4 baş xırdabuynuzlu heyvanı Bist kənd ərazisində yerləşən körpünün yanında digər həmkəndlisi Təhməzlə birlikdə avtomobilinə yükləmişlər. Daha sonra adı çəkilən şəxslərlə birlikdə avtomobilə əyləşərək Aza kəndi istiqamətində hərəkətə başlamış, qeyd edilən heyvanları Aza kəndində yerləşən Qapıcıq kafesinin önünə gətirmişdir. Orada Mürvət və Təhməz avtomobilimin arxa yük hissəsinə yerləşdirdikləri 4 baş xırdabuynuzlu heyvanı avtomobilimdən yerə endib Qızıl adlı şəxsin gələsini gözləmiş, Qızıl adlı şəxs kişi cinsindən olan bir şəxslə oraya idarə etdiyi Uaz markalı avtomobillə gəlmiş, Mürvətlə Təhməz 4 baş xırdabuynuzlu heyvanı Qızıl adlı şəxsə satmışdır. Daha sonra Mürvət, Təhməz və Şahsuvar orada Qapıcıq kafesində yemək yemiş, adıçəkilən şəxslər Aza kəndində yerləşən yanacaq doldurma məntəqəsində Mürvət Şahsuvarın avtomobilimə 20 manatlıq yanacaq doldurmuşdur. Daha sonra adıçəkilən həmkəndlilər birlikdə Bist kəndinə getmişlər. Şahsuvar qeyd edilən xırdabuynuzlu heyvanların oğurluq yolu ilə əldə edilməsində heç bir məlumatı olmamıışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 580 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs3 məxsus oğurlanmış 6 baş xırdabuynuzlu (diri çəkisi təxminən 62 kq olan 2 baş qoyun, diri çəkisi təxminən 37 kq olan 2 baş quzu) heyvanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1800 (bir min səkkiz yüz) manat olduğu müəyyən edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 583 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs2 məxsus 1 baş 8 kq əti olan xırdabuynuzlu heyvanın (quzu) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 110 (bir yüz on) manat olduğu müəyyən edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 581 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs1 məxsus 1 baş 9 kq əti olan xırdabuynuzlu heyvanın (keçi) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 120 (bir yüz iyirmi) manat olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, Y.Budaqov adına Naxçıvan MR X2 1514 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs1 hazırda öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olduğu anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmadığı və xəstəliyinə görə Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli, Y.Budaqov adına Naxçıvan MR X2 1513 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs2 hazırda öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olduğu anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmadığı göstərilmişdir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış protokollarından görünür ki, baxış zamanı hadisənin baş verdiyi yer Ordubad rayon Bist kəndi ərazisində Dərələyəz- Zəngəzur dağ silsiləsinin ətəklərində baş vermişdir. Ətraf ərazi dağlıq və təpəlikdən ibarətdir. Qeyd edilən ərazi Bist kəndi ərazisində yerləşir. Təqsirləndirilən şəxs2 13 may 2024-cü il tarixdə saat 13 radələrində Bist kənd ərazisində yerləşən dağətəyi torpaq sahəsini suvarmağa getdiyini, həmin gün saat 16 radələrində qeyd edilən sahəyə yaxın dağda 6 baş xırdabuynuzlu ( 2 baş qoyun, 4 baş quzu) heyvanın olduğunu gördüyünü, həmin heyvanları oğurlayıb satmaq məqsədilə dostu Təqsirləndirilən şəxs1 zəng etdiyini, Mürvətlə orada görüşdüyünü, xırdabuynuzlu heyvanların ayaqlarını orada bağladıqlarını, hava qaraldıqdan sonra ikisi qoyun, ikisi quzu olmaqla dörd baş xırdabuynuzlu heyvanı Bist kəndinin girişində yerləşən körpünün yaxınına gətirdiklərini, həmin vaxt Mürvətin tanışı Qızıl ləqəbli şəxslə telefon əlaqəsi yaradaraq həmin heyvanları ona satmaqla bağlı razılıq əldə etdiklərini, qeyd edilən heyvanları Aza kəndi ərazisinə aparılması üçün həmkəndlisi Şahsuvarı idarə etdiyi avtomobillə oraya çağıraraq heyvanları Aza kəndinə apararaq Qapıcıq kafesində Qızıl ləqəbli şəxsə 600 manata satdıqlarını, ertəsi gün oğurluq yolu ilə əldə edərək saxladıqları digər iki xırdabuynuzlu heyvanı (quzu) eyni üsulla həmkəndlisi Şahid3 avtomobili ilə Qapıcıq kafesinə apararaq Şəmsəddin adlı şəxsə satdıqlarını qeyd etmişdir. İş materiallarında olan 06.09. 2024-cü il tarixli baxış protokollarından görünür ki, baxış zamanı hadisənin baş verdiyi yer Ordubad rayon Bist kəndi ərazisində Dərələyəz- Zəngəzur dağ silsiləsinin ətəklərində baş vermişdir. Ətraf ərazi dağlıq və təpəlikdən ibarətdir. Qeyd edilən ərazi Ələhi kəndi ərazisində yerləşir. Təqsirləndirilən şəxs1 rayonun Ələhi kənd sakini Bəhlul Qarayevin təklifi ilə 08 aprel 2024-cü il tarixdə 30 manat pul qarşılığında rayonun Ələhi kənd sakinlərəinə məxsus xırdabuynuzlu heyvanları otarmaq üçün həmin gün saat 06:30 radələrində özünə məxsus atla Ələhi kəndinə getmiş, o, Ələhi kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları otarmağa apardığını, həmin gün saat 17 radələrində Hacı dərəsi adlanan sahədə qeyd edilən xırdabuynuzlu heyvan sürüsündən 1 baş xırdabuynuzlu heyvanı (qoyunu) tutaraq ayaqlarını bağlayıb gizlətdiyini, bir neçə saat keçdikdən sonra heyvan sürüsünü kəndə geri gətirdiyini, Bəhlula heyvanları otararkən sürüyə canavar daxil olduğu barədə məlumat verdiyini, həmin vaxt sürüdən 1 baş xırdabuynuzlu heyvanın (qoyun) canavar tərəfindən tutularaq aparıldığını, həmin heyvanı özünə məxsus olan xırdabuynuzlu heyvanla əvəz edəbiləcəyimi bildirdiyini, cavabında Bəhlul buna ehtiyac yoxdur ifadələrini işlətdiyini, daha sonra ayaqlarını bağladığı heyvanın olduğu yerə getdiyini, hava qaraldıqdan sonra həmin xırdabuynuzlu heyvanı atına yükləyərək tövləsinə gətirdiyini, qeyd edilən heyvanı kəsərək ətini ailə üzvləri ilə yediklərini, həmin heyvanın 14 kiloqrama yaxın əti olduğunu, daha sonra həmin heyvanın Ələhi kənd sakini Piriş adlı şəxsə məxsus olduğunu bildiyini qeyd etmişdir. İş materiallarında olan 26.05. 2024-cü il tarixli baxış protokollarından görünür ki, baxış zamanı hadisənin baş verdiyi yer Ordubad rayon Bist kəndi ərazisində avtomobil yolunun yaxınlığında baş vermişdir. Təqsirləndirilən şəxs1 20 aprel 2024-cü il tarixdə təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını tövləyə qatarkən başqa şəxsə məxsus olan bir baş xırdabuynuzlu heyvanın (keçi) naməlum şəraitdə heyvanlarına qoşularaq tövləsinə gəldiyini, həmin heyvanın başqa şəxsə məxsus olduğunu, heyvanlarını tək otardığını, həmin heyvanı özünə məxsus xırdabuynuzlu heyvanlara qataraq otardığını, bu barədə hər hansı şəxsə məlumat vermədiyini, daha sonra həmin heyvanın həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olduğunu, qeyd edilən heyvanı kəsərək ətindən istifadə etdiyini, həmin heyvanın 9 kiloqram əti olduğunu bildirərək heyvanın kəsdiyi yeri göstərmişdir. İş materiallarında olan 01.06. 2024-cü il tarixli baxış protokollarından görünür ki, baxış zamanı hadisənin baş verdiyi yer Ordubad rayon Nürgüt kəndi ərazisində Dərələyəz-Zəngəzur dağ silsiləsinin ətəklərində baş vermişdir. Ətraf ərazi dağlıq və təpəlikdən ibarətdir. Təqsirləndirilən şəxs1 10 aprel 2024-cü il tarixdə yaşadığı kənd ərazisində rayonun Biləv kənd sakini Zərərçəkmiş şəxs2lə qarşılaşdıqlarını, Rəsul oğlu İlqara yemək və heyvanları üçün duzu Nürgüt kəndi ərazisində yerləşən Təndirli adlanan sahəyə göndərmək üçün ona 40 manat pul təklif etdiyini, Mürvət Rəsulun bu təklifi ilə razılaşdığını, qeyd edilən sahəyə həmkəndlisi Təqsirləndirilən şəxs2lə birlikdə getdiklərini, orada İlqarla qarşılaşdıqlarını, həmin ərzaqları İlqara təqdim etdiyini, İlqarın telefonla enerji blokunu gətirməsi üçün 300 metr aralıda yerləşən çardağa getdiyini, İlqara məxsus heyvanların bir neçəsinin sürüdən ayrıldığını, daha sonra Təhməzdən 100 metr aralandığını, sürüdən geridə qalmış 1 baş xırdabuynuzlu heyvanı (quzu) gördüyünü, həmin heyvanın ayaqlarını iplə bağlayaraq orada gizlətdiyini, oradan uzaqlaşarkən bu barədə Təhməzə məlumat verdiyini, Təhməzin köməkliyi ilə həmin xırdabuynuzlu heyvanı atının üzərinə yüklədiklərini, sonra yaşadıqları kənd istiqamətində hərəkətə başladıqlarını, yolun yarısında atının üzərində olan quzunun öldüyünü, bu barədə Təhməzə məlumat verdiyini, ölmüş quzunun 8 kiloqrama yaxın əti olduğunu, həmin əti itinə yem etdiyini bildirmişdir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək aqqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 səciyyələndirən hallar: xx.xx.1999-cu il tarixdə Ordubad rayon Bist kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Natamam orta təhsillidir. Subaydır. Məhkumluğu yoxdur. İşsizdir. Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilmir. Təqsirləndirilən şəxs2 səciyyələndirən hallar: xx.xx.1998-ci il tarixdə Ordubad rayon Bist kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Orta təhsillidir. Subaydır. Məhkumluğu yoxdur. İşsizdir. Ordubad rayon Bist kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilmir. Zərərçəkmiş şəxs1 səciyyələndirən hallar: xx.xx.1968-ci il tarixdə Ermənistan Qafan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Ali təhsillidir. Evlidir. Ordubad rayon Nəsirvaz kənd tam orta məktəbində fizika müəllimidir. Deməsinə görə əvvəllər məhkum edilməmişdir. Ordubad Bist kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs2 səciyyələndirən hallar: xx.xx.1961-ci il tarixdə Ordubad rayon Biləv kəndində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Orta təhsillidir. Evlidir. İşsizdir. Deməsinə görə əvvəllər məhkum edilməmişdir. Ordubad Biləv kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs3 səciyyələndirən hallar: xx.xx.1970-ci il tarixdə Ordubad rayon Tivi kəndində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Natamam orta təhsillidir. Evlidir. İşsizdir. Deməsinə görə əvvəllər məhkum edilməmişdir. Ordubad Tivi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materillarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs3 təsərrüfatından Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanaraq Şahid4 2 baş, Şahid1 isə satılmış 4 baş xırdabuynuzlu Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materillarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinayət tərkibi, onların ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri əsasında onlara ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxslərə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, Təqsirləndirilən şəxs1 üçüncü qrup əlillik dərəcəsinin olması, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayəti səmimi etiraf etməklə əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini - barələrində müsbət xasiyyətnamə verilməsini, özlərinə tənqidi yanaşmaqla əməllərindən peşman olmalarını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların isə olmamasını, gənc olmalarını, ilk dəfə cinayət törətmələrini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb təqsirləndirilən şəxslərin hər ikisinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunan cəzanın həddi onun, üçüncü qrup əlil olması nəzərə alınmaqla ona Təqsirləndirilən şəxs2 nisbətdə daha aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Buna görə dətəqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi2 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdikləri hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - Yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - Yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X5 və Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 vurulmuş 120 manat maddi ziyanın 120 manatı, Zərərçəkmiş şəxs2 vurulmuş 110 manat maddi ziyanın 110 manatı, digər Zərərçəkmiş şəxs3 vurulmuş 1800 manat maddi ziyanın (2 baş qoyun, 4 baş quzu aktla təhvil verilməklə) 1800 manatı, ümumilikdə isə 2210 manat maddi ziyan müəyyən edilmiş və istintaq dövründə tam ödənilməsi nəzər alınsın. Zərərçəkmiş şəxs3 məxsus heyvanları qaytarılması, digər Zərərçəkmiş şəxs2 dəymiş zərərin tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi hökm qanuni quvvəsini aldıqdan özlərinə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar