Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 1(080)-11/2025 19.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X7 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 01,05.1988-ci il tarixdə Ordubad rayon Gənzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində azyaşlı övladları olan), əvvəllər məhkum olunmamış, işsiz, İİ qrup əlil, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Məkrəzindən alınmış xx.xx.2025-ci il tarixli 119 saylı ekspert rəyinə əsasən cinayət əməlini törədərkən “paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkən, Ordubad rayon Gənzə kəndində qeydiyyatda olmaqla Ordubad şəhərində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 21 iyul 2025-ci il tarixdə saat 10:20 radələrində Ordubad rayon A.Əylis kənd ərazisində yerləşən yanacaq dolduram məntəqəsində istifadəsində olan Vaz 21021 markalı, 69-BC642 nömrə nişanlı avtomobili ilə Şahid1 məxsus durmuş vəziyyətdə olan Vaz 2107 markalı, **-BF-*** nömrə nişanlı avtomobilini vuraraq ona maddi ziyan yetirmiş, ardınca Təqsirləndirilən şəxs həmin gün qeyd edilən saatda, sözügedən YDM-də mülkiyyətində olan həmin avtomobili ilə Ordubad şəhər sakini Zərərçəkmiş şəxs durmuş vəziyyətdə olan 69-A-041 nömrəli motosikletini və Zərərçəkmiş şəxs vuraraq ona az ağır xəsarət yetirib, üzərindən keçməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək xuliqanlıq etmişdir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan törətdiyi hadisə zamanı zərərçəkmiş şəxslərə dəymiş maddi zərər ödənilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs xx.xx.1954-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşı, Orta təhsilli, evli ünvan 1 ünvanda yaşayan, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edərək bildirmişdir ki, Ceyhun Hüseynov küçəsi, ev N-1 ünvanda qeydiyyatda durmaqla həmin ünvanda yaşamış, evli, 2 övladı olmuş, heç bir yerdə işləməmiş, təqaüdçü olmuşdur. Zərərçəkmiş şəxs mülkiyyətində olan “Payız 74” markalı, 69-A-041 nömrəli motosikleti ilə yük daşımaqla məşğul olmuş, onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır. 21 iyul 2025-ci il tarixdə Zərərçəkmiş şəxs saat 10:20 radələrində mülkiyyətimdə olan motosikletlə Ordubad rayon Əylis kənd ərazisində yerləşən yanacad doldurma məntəqəsinə daxil olaraq istifadəsində olan nəqliyyat vasitəsinin yanacaq çəninə yanacaq doldurmuşdur. Həmin vaxt adını bilmədiyi 1 polis əməkdaşı istifadəsində olan Vaz 2107 markalı avtomobili ilə həmin yanacaq doldurma məntəqəsinə daxil olmuş, daha sonra həmin polis əməkdaşı avtomobilindən enərək kənara çəkilmişdir. Bu zaman Niva markalı bir avtomobil yanacaq doldurma məntəqəsinə daxil olaraq həmin polis əməkdaşının durmuş vəziyyətdə olan avtomobilinin önünə çırpılmış, həmin vaxt Rəşid Niva markalı avtomobilinin əyləcinin nasaz olduğunu düşünmüş, həmin Niva markalı avtomobil bir neçə metr geriyə hərəkət edərək Rəşidin üzərinə gəlmiş, Niva markalı avtomobil ilk olaraq durmuş vəziyyətdə olan Rəşidin durmuş vəziyyətə olan motosikletimin arxasına çırpılmış, Rəşidi vurmaqla onun üzərindən keçib getmiş, Rəşid yıxıldıqda isə özünü Naxçıvan MR Mərkəzi Xəstəxanasında gördüyünü bildirmidir. Eyni zamanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıdığını, ona qarşı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edərək bildirmişdir ki, Ordubad rayon Y.Əylis kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Ordubad Rayon Polis X4 məsul növbətçisi vəzifəsində işləmiş, Ordubad rayon Gənzə kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, 21 iyul 2025-ci il tarixdə saat 10:20 radələrində mülkiyyətində olan Vaz 2107 markalı, ** BF *** nömrəli avtomobili ilə yanacaq doldurmaq məqsədilə Ordubad rayon A.Əylis kəndində yerləşən yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Şahid1 avtomobilini orada saxlayaraq avtomobildən yerə enmiş, qeyd edilən avtomobilinə yanacaq doldurarkən Naxçıvan şəhər isitqamətində gələn Vaz 21021 markalı, **-BC-*** nömrəli avtomobilinin sürücüsü qəsdən avtomobilini onun durmuş vəziyyətdə olan avtomobilimin sağ ön hissəsinə vurmuş, daha sonra həmin şəxs avtomobilini bir neçə metr geriyə hərəkət etditilərək yenidən avtomobilini Şahid1 durmuş vəziyyətdə olan avtomobilimin sağ ön hissəsinə çırpmışdır. Bundan sonra həmin şəxs avtomobilini geriyə hərəkət edərək orada yanacaq doldurmaq istəyən Ordubad şəhər sakini Zərərçəkmiş şəxs istifadəsində olan Payız markalı, 69 A 041 nömrəli moteskleti və həmin moteskletin sürücüsü Rəhimi vurub onun üzərindən keçərək oradan uzaqlaşmışdır. Bundan sonra orada olan şəxslər həmin şəxsin Ordubad rayon Gənzə kənd sakini Təqsirləndirilən şəxs olduğu barədə Şahid1 məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edərək bildirmişdir ki, Ordubad rayon Başdizə kəndində qeydiyyatda durmaqla həmin kənddə yaşamış, Ordubad rayon A.Əylis kənd ərazisində yerləşən yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləmiş, 21 iyul 2025-ci il tarixdə səhər saatlarında qeyd etdiyi yanacaq doldurma məntəqəsində işə gəlmişdir. Həmin gün saat 10:20 radələrində polis əmkdaşı kimi tanıdığı Əli adlı şəxs Vaz 2107 markalı, ** BF *** nömrəli avtomobili ilə yanacaq doldurma məqəsdilə məntəqəsinə daxil olmuş, o, Əlinin istəyi ilə qeyd edilən avtomobilin yanacaq çəninə 11 manatlıq yanacaq doldurmuş, bu zaman Naxçıvan şəhər isitqamətində gələn Vaz 21021 markalı, **-BC-*** nömrəli avtomobil gözlənilmədən yanacaq doldurma məntəqəsinə daxil olaraq Əlinin durmuş vəziyyətdə olan avtomobilimin sağ ön hissəsinə çırpılmışdır. Daha sonra həmin şəxs avtomobilini bir neçə metr geriyə hərəkət etdirərək yenidən avtomobilini Əlinin durmuş vəziyyətdə olan avtomobilinin sağ ön hissəsinə vurmuş, ardınca həmin şəxs avtomobilini geriyə hərəkət edərək orada yanacaq doldurmaq istəyən Ordubad şəhər sakini Zərərçəkmiş şəxs durmuş vəziyyətə olan Payız markalı, 69 A 041 nömrəli motesikletini və həmin motesikletin sürücüsü Rəhimi vurmaqla onun üzərindən keçərək oradan uzaqlaşmışdır. Uğur yerdə yıxılmış vəziyyətdə qalan Rəhimə yaxınlaşaraq onun vəziyyəti ilə maraqlanmış, o, Rəşidin əlindən tutaraq qaldırmaq istədikdə Rəşidin başından qan axdığını ayaqlarının isə hərəkətsiz olduğunu görmüş, daha sonra hadisəni törədən şəxsin Ordubad rayon Gənzə kənd sakini Təqsirləndirilən şəxs olduğu barədə məlumat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən iş üzrə şahid qismində dindirilmiş Rzayev X6 Uğur Xəncan oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi, “Məhkəmə-tibbi Ekspertiza və X8”nin xx.xx.2025-ci il tarixli 172 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sol bud başın sol gicgah nahiyəsinin yarası, sol dirsək oynağı nahiyəssinin səthi yaraları, hər iki diz oynağının və baldır nahiyəsinin sıyrlıqlarınm, sol diz oynağı nahiyəsinin qançırı, bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, eləcə də piyada qismində olarkən baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilməsi, müddəti qərarın təsviri hissəsində göstərilən və onun Naxçıvan MR Xəstəxanasına mraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlməsinin mümkünlüyü və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa “Az ağır zərər vurma”ya aid olduğu göstərilmişdir.İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə AR CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutumuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və bu barədə ittiham ona elan edilməklə müdafiəçinin iştirakı ilə dindirlimşdir İş materiallarına əlavə olunmuş Ordubad Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 4 (080) -1/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 365 saylı rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmədiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizasının 366 saylı rəyində Təqsirləndirilən şəxs ambulator məhkəmə psixiatrik ekspertiza zamanı verilən suallara cavab verməsinin mümkün olmadığı, onun “Şizofreniya. Paranoid forma” psixi xəstəliyinin aşkar olunduğu, Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə psixiatrik ekspertizanın təyin olunmasının məsləhət olunduğu qeyd olunmuşdur 06 avqust 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə yerləşdirilməsi haqqında Ordubad rayon Məhkəməsi tərəfindən 4(080)-2/2025 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad rayon Məhkəməsi tərəfindən 4(080)- 3/2025 nömrəli qərarından görünür ki, 16 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 (iki) ay, 21 dekabr 2025-ci il tarixədək uzadılması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Məkrəzindən alınmış, xx.xx.2025-ci il tarixli 119 saylı ekspert rəyində Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyi kəskinləşmə (psixotik) mərhələsində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, həmin psixi xəstəlik nəticəsində hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, onun müəyyən edilən paranoid şizofreniya xəstəliyi xroniki gedişli psixi patalogiya olmaqla çox vaxt cavan yaşlarda meydana çıxan və bütün ömürü boyu psixotik əlamətlərlə gedərək xəstənin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən klinik mənzərə ilə xarakterizə olunduğu, onun hazırki psixi vəziyyətinə görə özü və ətrafdakilər üçün sosial təhlükə kəsb etdiyi göstərilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edildiyi, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyü, Təqsirləndirilən şəxs aşkar edilən psixi xəstəlik gedişinə görə xroniki olduğundan hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakterik olan psixotik vəziyyətinin, sayıqlama fikirlərinin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmnək və onları idarəı etmək iqtidarında olmadığı, onun stasionar müalicəyə ehtiyacının yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyinin müəyyənləşdiyi, onun hal-hazırki psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin məsləhət görüldüyü göstərilmişdir. İş materiallarına əlavə olunmuş X1 NQM 005-10/25 nömrəli arayışdan görünür ki, Vaz 21074 markalı avtomobilə 390 manat, Vaz 21021 markalı avtomobilə 420 manat, Motosiklet Payız markalı nəqliyyat vasitəsinə 235 manat olmaqla, qeyd edilən nəqliyyat vasitələrinin ehtiyyat hissələri və onların dəyişdirlməsi və təmir üçün ümumi orta bazar dəyəri 1045 manat təşkil etdiyi göstərilmişdir İş materiallarına əlavə olunmuş “ Ordubad rayon İH-nin Gənzə kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli 30,31 nömrəli arayışlarda Təqsirləndirilən şəxs rayonun Gənzə kəndində qeydiyyatda olduğu, xx.xx.1987-ci il təvəllüdlü X5 adlı arvadı, xx.xx.2016-cı il təvəllüdlü Rüqəyya İsgəndərova, xx.xx.2019-cu il təvəllüdlü Cavad İsgəndərli adlı övladlarının olduğu və yaşayış yeri üzrə xasiyyətnamədə müsbət xarakterizə edilmədiyi göstərilmişdir. İş materiallarına olan Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli N°3- 28-34-4-12-2022/2025 nömrəli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “Şizofreniya. Paranoid forma” diaqnozu ilə qeydiyyatda dayandığı göstərilmişdir. İş materiallarına olan Ordubad rayon Qeydiyyat şöbəsindin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8- 11-193/2025 nömrəli məktubunda Təqsirləndirilən şəxs xx.xx.1987-ci il təvəllüdlü X5 adlı arvadı, xx.xx.2019-cu il təvəllüdlü Cavad İsgəndərli adlı oğlu və xx.xx.2016-cı il təvəllüdlü Rüqeyyə İsgəndərova adlı qızının olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs həmin xroniki psixi xəstəliyə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda deyildir. Odur ki, Təqsirləndirilən şəxs stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İsgəndərov X2 xəstəliyinin paranoid formasından əziyyət çəkir. Şizofreniya gedişinə görə müvəqqəti xəstəlik hesab olunmur. Həmin xəstəliyin inkişafında psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti yaxşılaşma) mərhələləri ayırd edilir. Şizofreniya xroniki prosessual psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi xəstəlik gedişinə görə xroniki olduğundan o, hal-hazırda da qeyd edilən «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan Paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidannda deyildir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi Paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqssz hesab edilməlidir. Sualın sonuncu hissəsinə cavab olaraq bildiririk ki, «Anlaqlılıq» və «Anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi Paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hazırda da davam etdiyindən o, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə- istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs psixi-emosional sferasında biganəlik, öz gələcəyinə laqeyd yanaşması, əhval-ruhiyyəsinin dəyişkən olması, tez qıcıqlanması müəyyən edilir. İnadkarlıq, şübhəlilik, implusiv davranışlara meyllilik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektual imkanlarında müəyyən olunan dəyişiklik (diqqətində dağınıqlıq, gec mərkəzləşmə, təfəkkürünün ilişkən olması, bir prosesdən digərinə keçirilməsində sürətlilik, fikirlərinin korreksiya olunmaması, paralogiklik, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, tənqidi münasibətinin enməsi, mücərrəd anlayışları özünə məxsus tərzdə dərk edərək şərh etməsi, cümlələrində rabitəsizlik, mahiyyətdən kənarlaşma və s.) əqli inkişafı ilə deyil, sonradan düçar olduğu psixi xəstəliyi ilə şərtləşmişdir. Onun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və davranışlarını idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı yaddaşının yaddasaxlama və yadasalma xüsusiyyətlərinin normaya uyğun olduğu aşkar edilir. Təqsirləndirilən şəxs onda müəyyən edilmiş xəstəlik ilə əlaqədar həqiqətə uyğun olmayan fikirlər söyləyə, hadisələri təhrif olunmuş formada təqdim edə bilər. İş materiallarına əlavə olunmuş Ordubad rayon Məhkəməsi tərəfindən 4(080)- 3/2025 nömrəli qərarından görünür ki, 16 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 (iki) ay, 21 dekabr 2025-ci il tarixədək uzadılması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad rayon Polis Şöbəsinin VMAS-dan daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* saylı cinayət işi üzrə AR CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 4(080)-l/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad rayon Məhkəməsi tərəfindən 4(080)- 3/2025 nömrəli qərarından görünür ki, 16 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 (iki) ay, 21 dekabr 2025-ci il tarixədək uzadılması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Məkrəzindən alınmış, xx.xx.2025-ci il tarixli 119 saylı ekspert rəyindən görsənir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyi kəskinləşmə (psixotik) mərhələsində olduğundan onun hal-hazırki psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin məsləhət görüldüyü göstərilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 19 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, iddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Paranoid Şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkərkən anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətmişdir və hazırda da Təqsirləndirilən şəxs qeyd edilən psixi xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-in 95.0.2-cü maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcbur müalicə tədbirinin tətbiqinə ehtiyac vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edir. Həmin Məcəllənin 93.2 və 93.4-cü maddələrinin tələbinə görə, bu Məcəllənin 93.1- 1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.10-cu maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 100.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs cinayət prosesində fəaliyyət qabiliyyəti olmayanlar hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Həmin Məcəllənin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 474.1.2-ci maddəsinə əsasən cnayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstənin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməli,qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə yuxarda qeyd edilnlərə əsasən. QƏRARA ALDİ : Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, sağalanadək məcburi qaydada ümumi tipli psixiatriya stasionarında müalicə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Naxçıvan şəhər Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Haqvediyev
Məhkəmə qərarları › İş №1(080)-11/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №1(080)-11/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver