Məhkəmə qərarları › İş №1(080)-15/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №1(080)-15/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 1(080)-15/2024 18.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu xüsusi ittihamçı qismində tanımaqla şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq yalan olduğunu bilə-bilə şər-böhtan xarakterli məlumatları yaymış X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü onun haqqında xüsusi ittiham qaydasında cinayət təqibi uzrə icraat açılması və icraata qəbul edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsində Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Əndəmic kənd sakini X2 şəxsi maraqlarına görə qərəzli münasibətdə olduğuna görə ondan qisas almaq, onu nüfuzdan salmaq, ona qarşı qanunla qadağan olunmuş bir çox qeyri-qanuni hərəkətlər edərək onun şərəf və ləyaqətini alçaldmışdır, eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, onun barəsində hüquq mühafizə orqanlarına rəsmi şikayət etmiş bildirmişdir ki, guya N.Hüseynov, çəkdiyi filmlərlə bağlı Respublikada və Rusiyada yaşayan adamlardan qeyri qanuni pul vəsaiti toplamış, bununla bağlı o, bir neçə dəfə aidiyyəti qurumlara dəvət edilmiş, nəticədə bilinmişdir ki, onun barəsində deyilənlər hamısı yalandır. Aidiyyəti qurumlar da ona məhkəməyə şikayət etməyi tövsiyə ediblər. Təqsirkar şəxs X5 onun tanıdığı adamdır. Onu əhali arasında biabır edir, bundan başqa tərəfindən yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən onun ailəsi və yaşadığım ərazidə əhali arasında nüfuzdan salan məlumatları kütələvi çıxışlarda (kütləvi çıxış dedik hər hansı şəxsin şəraf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxslərin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür) yaydıqlarını, Masallı rayonu, kənd sakinləri və digər şəxslər təsdiq edə bilərlər. Proses zamanı bütün bunları və sübutları məhkəməyə təqdim edəcək.Bu səbəbdən də şərh olunanlara və CPM-nin 37, 45.4, 47.1, 293.3.5, 298.1-300.1.2, 302- ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət əməlini törətmiş şəxs X2 cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü onun haqqında xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat açılması və icraata qəbul edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyindən şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsində həmin əməlin X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini, cinayəti törətmiş şəxsin yaşayış yerini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir; - 293.3.4- cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd edilməlidir; - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; - 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X4 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar