Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-2/2023 14.06.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ordubad rayon Qoşadizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, Ordubad rayon Qoşadizə kəndində qeydiyyatda olmaqla yaşayan barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə ”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin (qaynatasının) əmlakını talayaraq oğurluq etmişdir. Belə ki, göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 22 fevral 2023-cü il tarixdə yaşadığı evdə çalışarkən gördüyü iş üçün lazım olacaq mismarların ona verilməsini Qoşadizə kəndində yaşayan qaynatası Zərərçəkmiş şəxs xahiş etmək məqsədilə həmin gün saat 15:30 radələrində Zərərçəkmiş şəxs yaşayış evinə gəlmiş, həyət qapısının açıq olmasını gördükdə evin sahibini səsləmiş, çağırışlarına cavab verilmədiyi üçün əvvəllər də hər hansı bir əşyanı götürüb qaytarmaq şərti ilə istifadə etməsi üçün sərbəst şəkildə girib-çıxdığı avtomobil qarajının həyətə açılan taxta qapısından qaraja daxil olmuş, mismar axtardığı zaman burada olan tünd yaşıl rəngdə taxta qutunun içərisində 12 ədəd 100-lük ABŞ dolları əskinasını görərək həmin 1200 ABŞ dolları məbləğində pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs 2040 manat maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1983cü ildə Ordubad Rayon Qoşadizə kəndində doğulmuş, Ordubad rayon Qoşadizə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2006-cı il tarixdə Qoşadizə kənd sakini Şahid1 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 3 övladı dünyaya gəlib. Övladlarının ikisi qız və biri oğlandır. Böyük qızı Cansel Babazadə 21 fevral 2008-ci il tarixdə Culfa şəhərində anadan olub. Hal-hazırda Sabirkənd tam orta məktəbində 9-cu sinif şagirdidir. Ortancıl qızı Aysel Babazadə 26 aprel 2012-ci il tarixdə Culfa şəhərində anadan olub və Sabirkənd tam orta məktəbində 5-ci sinif şagirdidir. X15 24 iyun 2014-cü il tarixdə Naxçıvan şəhərində anadan olub, hal-hazırda Sabirkənd tam orta məktəbində 3-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs ailəsini dolandırmaq üçün hərdən bir Türkiyə Respublikasına işləmək məqsədi ilə gedib-gəlir.Əvvəllər ailədə ailədaxili bir neçə dəfə söz söhbət olmuş, bu səbəbdən qaynatası Zərərçəkmiş şəxslə münasibətləri yaxşı deyildir. O, hərdən bir onlara gələrək həyat yoldaşı onun barəsində həqiqətə olmayan sözlər danışırdı. Dəfələrlə qaynatası Natiqə bildirmiş ki, onlar arasında olan söz-söhbətə qarışmasın. Bu məsələ ilə bağlı bir neçə dəfə Natiqlə mübahisə etmiş.22 fevral 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində mismar almaq məqsədil ilə qaynatası Zərərçəkmiş şəxs Qoşadizə kəndində yerləşən evinə gedərək onu səsləmiş, lakin onun səsinə cavab verən olmamış. Təqsirləndirilən şəxs evdə heç kimin olmadığın bilmiş, mismar lazım olduğu üçün qaraja girib əşyaların içərisindən mismar axtarmış. Divardan asılmış yük yerində hərbi rəngdə taxta materialdan hazırlanmış ağzı örtülü yeşik olduğunu görmüş, həmin yeşiyi götürərək yerə qoymuş, qapağını açaraq baxmış ki, yeşiyin içərisində 12 ədəd 100 ABŞ dolları vardır. Həmin pulları götürərək cibinə qoymuş, yeşiyin qapağını örtərək yerinə qoymuş. Sonra yaşadığı evə getmiş, 9 ədəd 100 ABŞ dolları yaşadığı evin zirzəmisində özünə məxsus olan ayaqqabının içərisində gizlətmişdir. 300 ABŞ dollarını cibinə qoyub,həmin puldan 100 ABŞ dollarını saat 16:20 radələrində Kələntər kəndində olan ərzaq mağazasına getmiş və oradan 3 ədəd 0.5 litirlik spirtli içki olan piyvə, “Watt” markalı 3 ədəd siqaret və 3 paçka balaca günəbaxan tumu almış və Natiqin qarajından götürdüyü 100 ABŞ dollarını satıcı Məhərləm adlı şəxsə verərək pulunu çıxmağını istəmişdir. Məhərrəm 100 ABŞ dollarını götürüb həmin əşyaların pulunu çıxdıqdan sonra Təqsirləndirilən şəxs 158 AZN manatı qaytarmışdır. Aldığı əşyaları götürərək yaşadığı kəndə getmişdir. Daha sonra evinin yaxınlığında olan çaya tərəf gedərək aldığı piyvələri içmiş, saat təxminən 19:00 radələrində evə getmiş və yatmış, 200 ABŞ dollarını isə cibindən salaraq itirdiyini bildirmişdir. 23 fevral 2023-cü il tarixdə saat 10 radələrində qaynatası Zərərçəkmiş şəxs ona zəng vuraraq qarajına oğru girdiyini, qarajda olan yeşiyin içərisindən 1200 ABŞ dollarının oğurlandığını demiş, sonra ona bildirmiş ki, bu məsələdən xəbərin vardırsa de bilim. Təqsirləndirilən şəxs ona bildirmiş ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Həmin gün saat təxminən 15-16 radələrində Natiqin həyətinə gəlmiş, orada polis əməkdaşlarının olduğunu görmüş. Polis əməkdaşları onu hadisə ilə əlaqədar sorğu-sual etdilər.Təqsirləndirilən şəxs hadisədən xəbərdar olmadığını bildirmiş. Polis əməkdaşları evə getməyini istədi. Daha sonra evə getmiş, 25 fevral 2023-cü il tarixdə polis əməkdaşları ona polis bölməsinə dəvət etmişlər. Yenidən həmin hadisə barədə sorğu-sual etmişlər.Təqsirləndirilən şəxs Natiqə məxsus olan qarajdan hərbi rəngli, taxta materialdan hazırlanmış yeşiyin içərisindən 12 ədəd 100 ABŞ dollarını götürdüyünü, həmin puldan 100 ABŞ dollarını xərclədiyini, 200 ABŞ dollarını itirdiyini, qalıq olan 9 ədəd 100 ABŞ dollarını isə yaşadığı evin zirzəmisində özünə məxsus olan ayaqqabının içərisində gizlətdiyini bildirmiş. Sonra həmin pulu polis əməkdaşlarına təhvil verəbiləcəyini bildirdi.Artıq etdiyi əməldən peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, eyni zamanda ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 1968-ci il tarixdə Ordubad rayonun Sabirkənd kəndində anadan olmuş, ailəli, 4 uşaq atası, hazırda həyat yoldaşı ilə birlikdə Qoşadizə kəndində yaşayır.Qızı Şahid1 1990-cı ildə Ordubad Sabirkənd kəndində anadan olub. O 2006-cı ildə həmkəndlisi olan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub. Onların iki qız və bir oğlan övladı vardır.Təqsirləndirilən şəxs istədiyi zaman onun yaşayış evinə, həyətyanı sahəsində yerləşən qaraja gələrək özünə lazım olan əşyaları götürüb istifadə etmiş, o onun kürəkəni olduğu üçün onlar bir evli kimidilər. O, 2022-ci ilin may ayından etibarən təxminən 800 ABŞ dolları pulu həyətyanı sahəsində olan qarajda gizlətmiş, həmin pulu Zərərçəkmiş şəxs ailəsini dolandırmaq üçün yaşadığı kənddə və yaxın kəndlərdə ustalıqla məşğul olaraq qazanıb yığmışdır. Manat ilə qazandığı pulları ABŞ dollarına dəyişmiş. 15 fevral 2023-cü il tarixədək ümumilikdə 13 ədəd 100 ABŞ dolları pul toplamış, sonuncu dəfə 15 fevral 2023-cü il tarixdə avtomobili xarab olduğundan təmir etmək üçün ona 100 ABŞ dolları lazım oldu və o, qaraja daxil olaraq taxta materialdan hazırlanmış yeşiyin içərisindən 1 ədəd 100 ABŞ dolları götürdü. Orada 1200 ABŞ dolları pul qaldı. 23 fevral 2023-cü il tarixdə səhər saat təxminən 09:15 radələrində qaraja girmiş, qarajda saxladığı yeşiyin içərisindən 100 ABŞ dollarını götürmək istəyirmiş. Zərərçəkmiş şəxs pulları taxta yeşiyin içərisində iki kardonun arasına, kağıza bükülü vəziyyətdə qoymuşdur. Həmin yeşiyin üzərində qoyduğu əşyaların onun düzdüyü şəkildə olmamalarından şübhələnmiş və cəld şəkildə pulları qoyduğu taxta yeşiyi götürmüş, kardonun arasına baxan zaman oraya qoyduğu pullar olmadığını görmüş. İlk olaraq Zərərçəkmiş şəxs evinə girib çıxan şəxs yalnızca qızı Esmiranın əri Təqsirləndirilən şəxs şübhələndiyindən Səmədə zəng vuraraq qarajda pul qoyduğunu, pullar yerində olmadığını, həmin pulları gətirib yerinə qoymağını, abrlarının getməməsini bildirmiş. Səməd isə ona mən oğru deyiləm, qarajdan pul götürməmişəm demişdir.Həyat yoldaşı qarajda pul saxladığını bilməsə də, o düşünmüm ki, ola bilsin o həmin pulları götürüb və evə qoyub. Ondan bu barədə soruşduqda arvadı ona demiş ki, mən 5-6 gündür ki, heç qaraja girməmişəm və orada pul saxladığını bilmədiyini demişdir. Daha sonra Səməd ona zəng vuraraq nə üçün ona bu cür sözlər dediyini soruşmuş, ona böhtan atdığı üçün ondan şikayət edəcəyini bildirmiş. Sonradan Səmədlə bir neçə dəfə üzbə-üzə görüşdükdə kaş oğru öz aralarından çıxmaya, abrımız gedəcək, hətta kimdirsə gətirib həmin oğurladığı pulları həyətə atmağını demişdir. Səməd isə hər dəfə pulları kimin götürdüyündən xəbəri olmadığını və oğrunun tapılmasını istədiyini bildirmiş. Daha sonra Zərərçəkmiş şəxs kəndin sahə müvəkkili olan Kənan adlı polis işçisinə həyətyanı sahəsində olan qarajdan ona məxsus 1200 ABŞ dolları miqdarında pulunun oğurlandığını və həmin pulların tapılması üçün ona köməklik etməsini istəmiş, bir neçə saat keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər.Zərərçəkmiş şəxs razılığı ilə qaraja baxış keçirib pulları gizlətdiyi qutunu polis əməkdaşlarına göstərərək polis əməkdaşlarına məlumat vermişdir. Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini belə ki oğurluğun predmeti olan 1200 ABŞ dollarından Təqsirləndirilən şəxs tərəfindən öz məsrəfləri üçün istifadə olunmuş 300 ABŞ dollarının Azərbaycan milli valyutasına nisbəti ilə 510 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini bildirmiş, yerdə qalan 900 ABŞ dollarının məhkəməyə təhvil verildiyini, Təqsirləndirilən şəxs onun kürəkəni olduğunu, onunla barışdığını ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid1 1990-cı ildə Ordubad rayon Sabirkənd kəndində anadan olmuş, 2006-ci ildə Ordubad Rayon Qoşadizə kənd sakini Təqsirləndirilən şəxslə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 2 qız, bir oğlan övladı var. Onlar evləndikdən təxminən 3-4 il sonra Səməd Türkiyəyə getmiş və orada işləməyə başlamışdır. Türkiyədə işləməyə başladığı vaxtdan Səməd tez-tez kəndə gəlib, Türkiyəyə gedirdi. 2022-ci ilin yay aylarında Səməd Türkiyədə işdən çıxmış və birdəfəlik kəndə qayıtmışdır. O, Sabirdizə kəndində çayxanada çayçı kimi işləyirdi. 2023-cü ilin yanvar ayında Səmədin çayçı kimi işlədiyi çayxananı başqa adam icarəyə götürdüyündən Səməd oradaki işdən çıxmışdır. Onlar Qoşadizə kəndində atasıgillə qonşuluqda yaşayır. Buna görə də bir evli kimi atası tez-tez uşaqları görmək üçün onlara gəlmiş, uşaqlar da babaları və nənələrini görmək üçün atasıgilə gedirmiş. Həyat yoldaşı Təqsirləndirilən şəxs də tez-tez atasıgilə gedirmiş. Səmədə hansısa təsərrüfatda istifadə olunan əşya lazım olanda o atası Zərərçəkmiş şəxs həyətlərində yerləşən qarajdan həmin əşyanı götürüb və daha sonra yenidən qaraja qoyarmış. 23 fevral 2023-cü ildə səhər saat 8 radələrində əri Təqsirləndirilən şəxs uşaqlarını məktəbə aparmış və Naxçıvan şəhərinə getmişdir. Onun Naxçıvana getməkdə məqsədi sosial yardım almaq və əgər iş tapa bilərsə işləmək imiş. Saat təxminən 13 radələrində Səməd Naxçıvandan qayıtmış, daha sonra atası Zərərçəkmiş şəxs ona zəng vuraraq onlara gəlməyini istəmiş.Şahid1 Səmədlə birlikdə atasıgilə getmiş, bu zaman atasıgilin həyətlərində polis əməkdaşları da orada olduqlarını, polis ondan soruşmuş ki, atasının qarajda pulunun olmasından xəbərinin olub-olmaması barədə sual cavab etdiyini, o da atasının qarajda pulunun olması barədə bilmədiyini dediyini, atasının 1200 ABŞ dolları pulunun oğurlanmasını orada öyrəndiyini, daha sonra o Səmədlə birlikdə öz evlərinə getdiyini, 25 fevral 2023-cü il tarixdə Səmədi polis bölməsinə çağırdıqlarını, o bu zaman atasının 1200 ABŞ dollarını Səmədi götürdüyündən şübhələndiyini, həmin gün Səmədin evə qayıtdığını və atasına məxsus olan 1200 ABŞ dollarını qarajdan gizlin şəkildə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o həqiqətən Ordubad rayon Sabirkənd kəndində anadan olmuş, 1989-cu il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş həmin evlilikdən 4 övladı var. Böyük qızı Şahid1 2006-ci il tarixdə Ordubad rayon Qoşadizə kənd sakini Təqsirləndirilən şəxslə ailə həyatı qurub. Hazırda ailəsi ilə birlikdə Qoşadizə kəndində yaşayır. Esmiranın iki qız və bir oğlan övladı var. İkinci qızı X11 rayon Başdizə kənd sakini X6 ilə ailə həyatı qurub, hazırda Başdizə kəndində yaşayır. Nuriyənin bir qız və bir oğlan övladı vardır. Digər qızı X12 şəhər sakini Arzu adlı şəxslə ailə həyatı qurub, 3 övladı var və hazırda Naxçıvan şəhərində yaşayır. X16 2004-cü il tarixdə Qoşadizə kəndində anadan olub, hazırda hərbi xitmətdədir. Həyat yoldaşı Natiqlə o hərdən bir qızlarının evinə gedərək onların güzaranı ilə maraqlanır. X17 kəndində yaşadığından onlarla biri-birinə gedib gəlirlər. Natiq hərdən bir onlara lazım olduğu qədər ərzaq alıb aparır. Səməd hərdən bir sərbəst şəkildə öz evi kimi onlara gəlib-gedirdilər.Özünün istifadəsi üçün evdən və ya qarajdan lazım olan məişət əşyalarını götürərək istifadə edirdilər.23 fevral 2023-cü il tarixdə səhər saatlarında işə getmiş, həmin gün təxminən 09:30 radələrində həyat yoldaşı Natiq mobil telefonuma zəng vuraraq bildirdi ki, qaraja pul qoymuşdum pulu sən götürməmisən. O Natiqə qarajda pul olduğu barədə məlumatı olmadığını və qarajdan pul götürmədiyini bildirmiş. Sonra Natiq telefonu söndürmüş, həmin gün saat 19 radələrində evə gəlmiş, Natiqdən hansı pulların götürüldüyünü soruşduqda usta kimi işlədiyi vaxtlarda hissə-hissə olmaqla 1200 ABŞ dolları pul yığdığını bildirmiş, həmin pulları qarajda taxta yeşiyin içərisində gizlətdiyini və pulların oradan oğurlandığını demiş.Şahid2 Natiqə qarajda taxta yeşiyin içərisində pulun gizlədilməsi barədə məlumatı olmadığını bildirmiş, Natiq usta kimi işlədiyi vaxtlardan pul yığdığını, lakin nə qədər pulu olduğunu və həmin pulu harada saxlamasından xəbəri olmadığını, işdən gəldikdən sonra adını bilmədiyi polis əməkdaşları hadisə barədə ondan şifahi məlumat aldılar. Oğurluq hadisəsi barədə heç bir məlumatı olmadığını onlara bildirmiş.26 fevral 2023-cü il tarixdə qızı Esmira ilə telefonda danışarkən Esmira polislər Səmədi izahat almaq üçün rayon polis şöbəsinə çağırdıqlarını bildirmiş, həmin gün axşam Natiq qarajda olan 1200 ABŞ dollarını kürəkəni Təqsirləndirilən şəxs tərəfindən oğurladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1987-ci il tarixdə Sabirkən sakini X4 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 4 övladı var. 13 ilə yaxındır ki, şəhərlar arası taksi fəaliyyəti ilə məşğul olur. Qoşadizə kənd sakini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir ədavəti yoxdur. Onları qonşu kənd sakinləri kimi tanıyır.23 fevral 2023-cü il tarixdə səhər saatlarında Naxçıvan şəhərinə gedərkən Qoşadizə kənd sakini Babayev X3 tam orta məktəbinin qarşısında idarə etdiyi taksiyə əyləşmiş, həmin vaxtı taksidə adlarını xarıtlamadığı digər həmkəndliləri də əyləşmişdir. Səməd taksiyə əyləşdikdən sonra avtomobili Naxçıvan şəhəri istiqamətində hərəkətə gətirmiş, bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonun təmirə etiyacı olduğunu və telefon təmiri üçün yaxşı usta olub-olmadığını ondan soruşmuş, o Naxçıvan şəhərində tanıdığı bir neçə telefon ustasının ünvanını ona bildirmiş. Səməd sonra maddi imkanının aşağı olduğunu bu səbəbdən sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə gedəcəyini bildirmiş, Səmədi Sosial Müdafiə Nazirliyinin yaxınlığına aparmış və orada taksidən enmiş, təxminən 2 saat keçdikdən sonra Səməd onun mobil telefonuma zəng edərək işlərini bitirdiyini və kəndə getmək istədiyini demiş, o Səmədə tələsirsənsə get, mən işlərimi hələ qurtarmamışam demiş, o başqa bir taksi çağırmaq istədiyini demiş, istəyirsənsə gəl səninlə gedək, sən olmasanda başqa bir taksi çağıracam demiş, o onunla razılaşmış, Səməd taksiyə əyləşmiş və Ordubad şəhər istiqamətində hərəkətə başlamışlar. Səməd Aza yolayrıcında taksidən enmiş, yol pulu nə qədər etdiyini soruşmuş. Səmədə 24 manat yol pulu ödəməli olduğunu bildirdikdə Səməd 25 manat yol pulu ödəmiş. Daha sonra haraya getdiyini görməmiş, bir neçə dəqiqə keçdikdən sonra Biləv polis bölməsinin əməkdaşları mobil telefonuna zəng edərək Səməd barəsinə maraqlanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1993-cü il tarixdə Kələntər kənd sakini X9 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 3 övladı var. Böyük qızı Türkan Hacıyeva ailə həyatı qurub, hal-hazırda Ordubad rayon Başdizə kəndinə yaşayır. X19 ailəlidir və birlikdə yaşayırlar. Digər qızı X13 Universitetinin 3-cü kurs tələbəsidir. 20 ilə yaxındır ki, yaşadığı kənddə yerləşən şəxsi mağazasında fəaliyyət göstərir. Kələntər və Qoşadizə kənd sakinləri ilə yaxşı münasibəti vardır. Həmin kənd sakinləri mütəmadi olaraq ondan ərzaq alırlar. Qoşadizə kənd sakini Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi tanıyır. 22 fevral 2023-cü il tarixdə saat təxminən 16 radələrində fəaliyyət göstərdiyi mağazaya Təqsirləndirilən şəxs gələrək 3 ədəd 0.5 litirlik spirtli içki olan piyvə, 3 ədəd “Watt” markalı siqaret və başqa əşyalar almış. 1 ədəd 100 ABŞ dollarını təqdim edərək aldığı əşyaların pulunun ödənilməsini istəmiş, o Səmədin işsiz olduğunu bildiyi üçün 100 ABŞ dollarını haradan aldığını soruşmuş. O, yaxın kəndlərdə ustalıq etdiyini yaxşı pul qazandığını bildirdiyindən onda hər hansı sübhə yaranmamiş. M.Haçıyev 100 ABŞ dollarını alaraq onun aldığı əşyalarının pulunu çıxmış, yerdə qalan pulu isə özünə qaytarmışdır. Səməd aldığı əşyaları götürərək mağazadan uzaqlaşmış,23 fevral 2023-cü il tarixdə mağazada olarkən kənd sakinlərindən Səmədin qaynatası Zərərçəkmiş şəxs qarajından 1200 ABŞ dollarını oğurladığını eşitmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan 27 fevral 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-cı vərəqində olan qəraradan görünür ki, təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” həbs qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin 144-147-ci vərəqələrində olan Təqsirləndirilən şəxs narkоman оlubоlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 03 aprel 2023-cü il tarixli 397 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və xroniki alkoholizm xəstəliyi aşkar olunmur. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 noyabr 2021ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 142-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, 9 ədəd 100-lük ABŞ dolları maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan 1200 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və bununla bağlı heç bir tələbi yoxdur. Cinayət işinin materiallarında olan Ordubad Rayonunun Qoşadizə kənd İƏDÜN-si tərəfindən verilmiş arayışdan görünür ki, Babayev X5 Rayonunun Qoşadizə kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə,toplanmış və məhkəmə istintaqında tədqiqedilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində, onun təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə və təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması ( CM-59.1.13.). səmimi peşman olmasını(59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli yaşadığı və qeydiyyatda olduğu Ordubad Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya bölməsinə tapşırılmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 521.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Ordubad rayonu, Qoşadizə kəndi üzrə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ordubad Rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 9 ədəd 100-lük ABŞ dolları (PB91453175F, PK87556589D, MF84289409C, LL13336746E, LE06423847F, PB71442416F, ME42368291B, ML79278378E, LK78633831D ) hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi, AO N ******* nömrəli hərbi bilet, hökm qanuni qüvvəsin aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-2/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-2/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver