Məhkəmə qərarları › İş №1(080)-2/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-2/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-2/2024 17.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X24 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, nümayəndəsi-vəkili Naxçıvan MR Vəkillər kollegiyasının üzvü, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2n iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Naxçıvan MR Ordubad rayon Vənənd kəndində anadan olmuş,azərbaycanlı, Azərbaycan Respublikasının vətandaşı, evli üç uşaq atası, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ordubad rayonunun Vənənd kəndində yaşamaqla həmin ünvanda qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə; xx.xx.1990-cı il tarixdə Naxçıvan MR Babək rayon Nehrəm kəndində anadan olmuş,azərbaycanlı Azərbaycan Respublikası vətandaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış,evli,üç uşaq atası ”Gəmiqaya” X13 Məhdud Məsuliyyətli Cəmiyyətində pompa avtomaşınında sürücü-operator işləyən,Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla faktiki Babək rayonunun Qoşadizə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 162.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinin tələbinə əsasən tikintiyə icazə almaq üçün Ordubad rayon İcra hakimiyyətinə ərizə ilə müraciət etmədən, 75.3.1 maddəsinə əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, 75.3.2. maddəsinə əsasən tikinti layihəsi və 75.3.4. maddəsinə əsasən tikintinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən ərazi planlaşdırılması layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və dövlət ekoloji ekspertizasının rəyini əldə etmədən 2023-cü ilin iyul ayının əvvəllərində Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının sol tərəfində, bələdiyyə mülkiyyətində olan ümumilikdə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Quliyev X28 rayonunun Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 sifarişi əsasında "xxxx" X13 MMC tərəfindən onun Vənənd kəndində apardığı tikintidə istifadə edilməsi üçün 26 avqust 2023-cü il tarixdə göndərilmiş beton məhlulunu Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının yanında aparılan tikintidə dəmir karkaslar quraşdırılmış qəliblərin arasına vermək üçün saat 14 radələrində idarə etdiyi "xxxx" X13 MMC-yə məxsus betonnasos qurğusunu daşıyan “Mercedes-Benz” Axor markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşını peşə təlimatına əməl etməyərək, nəzarət və tənzimləyici qurğusu nasaz (qeyri-işlək) vəziyyətdə olduğu halda işlətmiş, betonnasos maşınının duracağı yerdə təhlükəli amillərin olub-olmamasını əvvəlcədən müəyyənləşdirməmiş, bütün dayaqların altına etibarlı “başmaq”lar qoymamış və yerin bərkliyinə tam əmin olmadan DÜST 12.3.033-84-“Tikinti maşınları. İstismar zamanı ümumi təhlükəsizlik tələbləri”-nin 1.1 və 1.2 bəndlərinin tələblərini pozaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edildiyi halda həmin vəzifələri yerinə yetirməməklə betonnasos maşını ilə betonun verilməsi işinə başlamış, iş zamanı betonnasos avtomaşınının ön sol dayağı bərkidildiyi hissədə torpağa çökmüş, nəticədə betonnasos avtomaşınının betonötürücü borusu həmin tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs üzərinə düşmüş, sonuncu - alın nahiyyəsindən təpəyə qədər davam edən yara, sol bazu nahiyyəsinin aşağı 1/3 hisssində yara, sol bazu sümüyünün cisminin sınığı, sol bazunun ön qrup əzələlərinin əzilib-cırılması, sol çiyin nahiyyəsindən başlayıb çəp istiqamətdə onurğaya doğru davam edən sıyrıq, sağ bud və baldır sümüklərinin aşağı 1/3 hissəsinin sınığı, bel nahiyyəsinin sol yarısında qançır, başın dərialtı yumşaq toxuması altına geniş həcmli qansızma, hər iki gicgah əzələsinə qansızma, kəllə sümüklərinin sınığı kimi ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid açıq kəllə-beyin travması, beyin toxumasının ödemi və beyin toxumasına qansızma kimi xəsarətlər almış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ordubad rayonunun Vənənd kəndində yaşayır. Sahibkarlıqla məşğul olaraq ailəsini dolandırır. Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayı onundur. Belə ki, "Xan Çinar" şadlıq evi, kafe, istirahət kompleksi və avtotəmir sexlərinin yerləşdiyi JN-0001 nömrəli, 02 iyul 2002-ci il tarixli "Torpaqdan daimi istifadə hüququna dair" Dövlət Aktına əsasən bibisinin əri, Vənənd kənd sakini X11 verilmiş torpaq sahəsində 2010-cu ildən başlayaraq tikinti işləri aparıb 2016-cı ildə başa vurduqdan sonra istifadə etməyə başlamışdır. Həmin ərazinin onun daimi istifadəsində olması üçün 12.000 (on iki min) manat müqabilində İbrahim Əhmədov tərəfindən xx.xx.2021-ci il tarixdə ona notarial qaydada ümumi etibarnamə verilmişdir. Həmin ərazidə aparılmış tikinti ilə bağlı layihə 2010-cu ildə tərtib edilmişdir. Ancaq şadlıq evinin fasadında əlavə tikinti aparmaq istədiyinə görə layihədə 2016-cı ildə dəyişiklik edilmiş və yeni layihə verilmişdir. Həmin layihə 2010-cu ildə Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsində baş memar işləyən soyadını bilmədiyi Qadir adlı şəxs tərəfindən hazırlamışdır. 2016-cı ildə həmin layihəyə dəyişiklik edilmişdir. Şadlıq evinin ətrafında inşa etdirdiyi digər ticarət obyektlərinin layihələrini isə Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" Dizayn İnşaat MMC-nin memarları Orxan və Məhəmməd adlı memarlar hazırlamışlar. 2010-cu ildə tərtib edilmiş, sonradan 2016-cı ildə üzərində dəyişiklik aparılmış layihə üzrə inşa etdirdiyi “Xan Çinar” şadlıq sarayını 2010-2016-cı illər ərzində inşa etdirib fəaliyyətə başlamış, şadlıq sarayında şərait yaxşı olmadığından 2023-cü ilin iyul ayının əvvəllərində şadlıq sarayının sol tərəfində əlavə tikinti aparmaqla mətbəx inşa etdirmək qərarına gəlmış və bu məqsədlə inşaat işlərini icra etməsi üçün Ordubad rayonunun Unus kənd sakini Zərərçəkmiş şəxs ilə danışıb razılaşmışdır. İlham ona əlavə iki nəfər işçi də gətirəcəyini və işi əvvəldən axıradək özləri aparacaqlarını bildirmiş və ölçüb-biçdikdən sonra bir kvadrat metr ərazini 10 manat hesabı ilə inşa edəcəklərinə razılaşmışlar. Zərərçəkmiş şəxs və özü ilə birlikdə gətirdiyi qaynı Şahid2 və fəhlə Malik Quliyevlə birlikdə işə başlamışlar. İlhamla öz aralarında razılaşmalarına əsasən inşa etdirəcəyi mətbəxin aşağı hissəsinin hündürlüyü yerdən təxminən 2 metr təşkil etmişdir. 2023-cü ilin avqust ayının ortalarında İlham və onunla birlikdə işləyən fəhlələr işin bir hissəsini tamamladıqlarına görə onlara 1500 manat pul vermiş, yekun olaraq mətbəx üçün quraşdırdıqları taxtadan olan qəliblərdərin içərisini beton məmulatı ilə doldurmaq qalmışdır. Beton sifarişi üçün bir neçə dəfə X15 Kompleksinin Ordubad rayonunun Aza kəndindəki beton zavoduna telefonla zəng edib beton sifariş etmiş, lakin həmin ərəfədə betonu çatdıra bilməmişlər. Ona görə də İlham onlarla danışığına əsasən onlara verəcəyi zəhmət haqqını verməsini istəmiş və beton gələn zaman qayıdıb işlərini tamamlayacaqlarını bildirmişdir. O da həmin vaxt İlhama hesabladıqları kimi qalan məbləği, yəni 1200 manat pulu vermiş və onlar çıxıb getmişlər. Ümumilikdə İlhamgilə işləmələri üçün 2700 manat pul vermişdir. 25 avqust 2023-cü il tarixdə təxminən saat 17 radələrində beton zavoddan ona zəng edərək avqustun 26-da betonu göndərəcəklərini demişlər. Həmin gün axşam İlhama zəng edib başqa iş götürməmələrini, ertəsi gün beton gələcəyini və gəlib işlərini tamamlamalarını demişdir. 26 avqust 2023-cü il tarixdə saat 14 radələrində Gəmiqayaya X13 MMC-yə məxsus beton Mercedes-Benz markalı mikser avtomaşını beton ilə dolu vəziyyətdə onun tikinti apardığı, “Xan Çinar” şadlıq sarayının yanına gəlmiş, onun ardınca da Gəmiqaya X13 MMC-yə məxsus Mercedes-Benz Axor markalı betonnasos avtomobili gəlmişdir. Həmin vaxt İlham və onunla birlikdə işləyən iki nəfər də orada olmuşlar. O, kənarda başqa işlərlə məşğul olmuş, tikinti aparılan əraziyə gələndə onların yerdən təxminən 6 metr hündürlükdə quraşdırılmış taxta qəliblərin arasına beton ötürməyə başladıqlarını görmüşdür. İlham taxta qəliblərin üstündə betonnasos avtomobilinin betonötürücü borusunun uc hissəsinə bağlanmış rezin borudan tutaraq betonu qəliblərin arasına yaymaqla məşçğul olmuşdur. Birinci gələn mikser dolu 7 m3 beton qəliblərin arasına verilib qurtarmış və adını bilmədiyi sürücü mikser avtomobilini sürüb tikinti sahəsindən çıxıb getmişdir. Betonnasos avtomobilinin sürücüsü Ümid adlı şəxs orada ikinci mikser avtomobilin beton gətirməsini gözləmiş, sonra ikinci mikser də gəlmişdir. Həmin mikser də 7 m3 beton gətirmişdir. O, onlardan niyə gözlədiklərini soruşmuş, İlham ona əli ilə işarə edərək sürücüləri göstərmiş və onlar işə nə vaxt başlasalar onda işləyəcəklərini bildirmişdir. Boşluq olduğu üçün gedib yaxınlıqda özünə məxsus olan çayxanada oturmuş, təxminən 15 dəqiqə sonra yüksək gurultu səsi gəldiyini eşidib nə hadisə baş verdiyini bilmək üçün dərhal tikinti aparılan yerə getmişdir. Oraya gedənədək kənardan betonnasos avtomobilinin tarazlığının pozularaq əyri dayandığını, betonötürücü borunun isə taxta qəliblərin üstündə dayanaraq betonu yayan fəhlə İlhan Hüseynovun üzərinə düşdüyünü görmüşdür. Orada işləyən fəhlə Malik adlı şəxs dərhal nərdivanla taxta qəliblərin üstünə qalxmış və baxdıqdan sonra çığıraraq ambulans çağırmalarını demiş, daha sonra İlhamın öldüyünü bildirmişdir. O səsi eşidib hadisə baş verən yerə gedərkən betonötürücü borunun İlhamın üzərinə düşərək onu taxta qəliblərə sıxdığını görən zaman İlhamın öldüyünü hiss etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra “Xan Çinar” şadlıq sarayının sol tərəfində mətbəx inşa etdirmək üçün tikinti aparılmasına dair heç bir orqandan icazə almamış, bu barədə heç bir yerə müraciət etmədiyini və özbaşına tikinti aparmağına görə əməlindən peşman olduğunun bildirmişdir. İş üzrə şahid və təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Babək rayonunun Qoşadizə kəndində yaşamaqla 2020-ci ildən "xxxx" X13 MMC-də işləyir. 2021-ci ilə qədər həmin MMC-də beton qarışdıran avtomobilin sürücüsü işləmiş, 2021-ci ildən isə həmin MMC-də beton ötürücü qurğunu daşıyan avtomobildə sürücü-operator olaraq işləmişdir. Sürücü-operator kimi işi MMC-dən ona sifariş verilən obyektdə beton məhlulu tökmək üçün avtomobillə oraya gedib beton ötürücü borunu idarə etməklə beton verilməsini təmin etməkdən ibarətdir. Onunla birlikdə bir nəfər yağçı, Şahid4 və bir nəfər operator Şahid5 adlı işçilər də işləyir. 26 avqust 2023-cü il tarixdə gündüz saat 13 radələrində MMC-də satış müdiri işləyən Xəzər müəllim adlı şəxs ona Ordubad rayonunun Vənənd kəndində yerləşən "Xan Çinar" adlı restoranın həyətinə beton məhlulu veriləcəyini demiş, O da Rəşid və Hacı ilə birlikdə deyilən ünvana getmişlər. Onların ardınca restoranın həyətinə MMC-yə məxsus iki beton qarışdırıcı avtomobil də gəlmişdir. Onların hər birində 7 kubmetr beton məhlulu olmuşdur. Orada üç nəfər qəlibçi-fəhlə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs da onların arasında olmuşdur. Restoranın sahibi Elxan adlı şəxs də orada olmuşdur. Beton məhlulu verilməli yeri onlara göstərmişlər. Həmin yerdə taxta konstruksiyalardan qəliblər qurulmuşdur. Avtomobildən yerə düşdükdən sonra beton ötürücü borunu daşıyan maşının dayanacağı yerə baxmış, avtomobilin dayanacağı yeri beton veriləcək tikilinin qarşısında bir yerdə seçmişdir. Həmin yerin zəmini asfalt örtüklə örtülmüş, maşının dəmir ayaqlarının sabitlənəcəyi yerin üstünə 2 santimetr qalınlığında dördbucaq formasında hazırlanmış taxta parçaları qoymuş, təxminən təxminən 14:30 radələrində beton verilməsi işinə başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs beton məhlulunun qəliblərin içinə tökülməsini təmin etmək üçün qəliblərin üstünə çıxmış, beton ötürücü borunun ucundakı rezin şlankı tutaraq ona nəzarət etmişdir. O, beton ötürücü borunu idarə etmək üçün tikilinin içində beton zəminin üstündə dayanmışdır. Yanında qəliblərdən beton axmasın deyə nəzarət edən adını bilmədiyi bir fəhlə olmuşdur. Digər fəhlə isə tikilinin çöl tərəfində eyni məqsədlə nəzarət edirmişdir. İlk 7 kubmter beton təxminən 10-15 dəqiqə müddətində verilib qurtarmış, 15 dəqiqəlik fasilədən sonra ikinci 7 kubmetr betonu tökmək üçün hazırlaşıb işə başlamışlar. Zərərçəkmiş şəxs yenə borunun ucunu tutmaq üçün taxta qəliblərin üstünə çıxmış, təxminən 1 kubmetr beton tökülmüşdü ki, qəflətən beton ötürücü boru Zərərçəkmiş şəxs üzərinə düşüb dayanmışdır. Orada bir anlıq səs-küy və həyəcan yaranmış, dərhal xəstəxanaya xəbər vermişlər. Buna baxmayaraq Zərərçəkmiş şəxs elə oradaca ölmüşdür. Zərərçəkmiş şəxs beton ötürücü borunun ucundakı rezin borunu tutması barədə heç kim tapşırıq verməmiş, o özü öz təşəbbüsü ilə bu işi görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X3, vəkili və nümayəndəsi Müdafiəçi3 ifadəsində göstərmişlər ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X14 mərhum Zərərçəkmiş şəxs ilə 2002-ci ildə ailə qurmuşlar. Birgə nikahdan uşaqları olmadığı üçün qaynı X6 2019-ci il təvəllüdlü qızı Hüseynli Mələk llham qızını məhkəmə qərarı ilə övladlığa götürmüşlər. Mərhum Zərərçəkmiş şəxs əvvəllər Ordubad rayon Şəhərsalma və Arxitektura idarəsində 2022-ci ilin sonuna qədər qəlib-dəmir işləri görmüş, son vaxtlar isə rayon ərazisində ayrı-ayrı şəxslərin sifarişi ilə onların tikintiquraşdırma işlərində günəmuzd usta işləyib pul qazanmaqla məşğul olmuşdur. 2023-cü ilin iyul ayında İlham evlərinə gedərək X22 kəndində yerləşən “Xan Çinar” şadlıq evinin yanında artırma tikilidə işləyəcəyini demiş, təxminən 1 aya yaxın İlham, qardaşı Qərib və həmkəndliləri Malik ilə birlikdə Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 məxsus şadlıq evinin yanında tikintidə işləmişlər. 26 avqust 2023-cü ildə təxminən saat 14 radələrində İlham yemək yemiş, “Xan Çinar” şadlıq sarayının yanındakı tikintidə beton veriləcəkləri üçün oraya gedəcəklərini bildirmişdir. Həmin gün axşam saatlarında qohum-əqrəbaları yığışıb onlara gəlmiş, Qumru Hüseynova əvvəlcə heç nə anlamamış, daha sonra ona əri İlhamın “Xan Çinar” şadlıq evinin həyətində taxta qəliblərin üzərində işləyərkən xəsarət alaraq öldüyünü demişlər. Qumru Hüseynovanın deməsinə görə Zərərçəkmiş şəxs “Xan Çinar” şadlıq evinin həyətində işlədiyi müddət kimdənsə şikayətinin olmasını, narazılıq etməsini eşitməmişdir. İlhamın “Xan Çinar” şadlıq evinin yanındakı tikintidə gördüyü işə görə alacağı qalmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında öhdəliyin təminatı müqaviləsi bağlandığını, X7 yetkinlik yaşına çatanadək Təqsirləndirilən şəxs1 hər ay üçün 200 manat, Təqsirləndirilən şəxs2 isə 100 manat Q.Hüseynovanın adına açılmış hesablaşma hesabı vasitəsi ilə ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur. Hazırda ailəsi birlikdə Ordubad rayonunun Unus kəndində yaşayır. Heç bir idarə, təşkilat və ya özəl müəssisədə işləmir. Yaşadığı rayonda ayrı-ayrı şəxslərin müxtəlif tikinti işləri olduqda çağırılaraq həmin yerlərdə işləyən ustaların yanında fəhlə işləyir. Gördüyü işin qarşılığında günəmuzd pul alır. 2023-cü ilin iyul ayının ortalarında həmkəndlisi Zərərçəkmiş şəxs ona və həmkəndliləri Şahid2 Vənənd kəndində tikinti işi götürdüyünü, gedib orada onunla orada birlikdə işləməyərək pul qazanmalarını demiş, onlarda İlhamla razılaşmışlar. 24 iyul 2023-cü il tarixdə səhər tezdən birlikdə Ordubad rayonunun Vənənd kəndinə gedərək, həmin kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən “Xan Çinar” şadlıq sarayının yanında aparılan tikintidə işləməyə başlamışlar. Həmin tikinti "Xan Çinar" restoranın həyətində restoran binasına bitişik şəkildə artırma tikili olmuşdur. Həmin tikilidə 19 gün ərzində təməl qazmış, zirzəmi qatında zəminə beton vermiş, sonra sütunlar qaldırılması üçün armaturlardan düzəldib quraşdırdıqları karkasların ətrafına taxta qəliblər quraşdırmışlar. Həmin tikinti iki mərtəbəli olmaqla əsas iş beton-karkas işindən ibarət olmuşdur. Qəlibləri və karkasları tamamladıqdan sonra birinci mərtəbənin sütunlarını və mərtəbələr arası hissənin betonunu vermişlər. Həmin betonu "xxxx" X13 MMC-yə məxsus Mercedes-Benz markalı betonnasos avtomaşını ilə vermişlər. Betonu da həmin şirkətin mikser avtomobilləri gətirmişdir. Betonnasos avtomobilinin sürücüsü Ümid adlı şəxs olmuşdur. Daha sonra ikinci mərtəbənin hazırladıqları sütun və rigerlərinin karkas və qəliblərin də arasına beton ötürüləcəkmiş ki, hansısa səbəbdən betonun gəlməsi bir neçə gün təxirə salınmışdır. 25 avqust 2023-cü il tarixdə İlham ona və Qəribə 26 avqust 2023-cü il tarixdə “Xan Çinar” şadlıq sarayının yanındakı tikintiyə beton gətiriləcəyini, gedib birlikdə işlərini tamamlamalarını demişdir. Bu ərəfədə Təqsirləndirilən şəxs1 onların gördükləri işlərin dəyərini hesablayaraq qarşılıqlı razılaşmalarına əsasən pulun tamamını İlhama vermişdir. 26 avqust 2023-cü il tarixdə saat 14 radələrində beton tökmək üçün Təqsirləndirilən şəxs1 Naxçıvan şəhərindən, yenə də "xxxx" X13 MMC-dən hər birində 7m3 beton olan iki mikser avtomobili və bir betonnasos avtomobili gətirmişdir. İşə başlayan zaman orada həmin vaxt o, Qərib və İlhamdan başqa betonnasos avtomobilini idarə edən Ümid adlı şəxs, bir nəfər həmin betonötürücü borunun yağçısı, bir nəfər betonötürücü borunu idarə edən şəxslə gələn adam və restoran sahibi Təqsirləndirilən şəxs1 olmuşlar. O, tikilinin içində, Qərib isə binanın çölündən qəliblərə nəzarət etmişlər, operator avtomobilin yanında olmuş, yağçı və yanındakı şəxs də avtomobilin yanında olmuşlar. Elxan isə beton verilən tikilinin qarşısında təxminən 10 metrə yaxın restoranın həyətində yerləşən avtoyuma yerinin qarşısında söyüd ağacının yanında dayanıb onların işləməklərini müşahidə etmişdir. Zərərçəkmiş şəxs betonötürücü borunun ucundakı rezin borudan tutmaq üçün qəliblərin üzərinə, yerdən təxminən 6 metr hündrülüyə çıxmış, əvvəlcə 7m3 beton verilib qurtardıqdan sonra İlham onlara verilmiş betonun suyunun çəkilməsi üçün 15 dəqiqə gözləmələrini, sonra ikinci avtomobildən əlavə olaraq 7m3 betonu tökmələrini demişdir. Təxminən saat 16 radələrində ikinci avtomobil işə düşmüş, beton verilməyə başlamışdır. İlham yenə də hündürlükdə borunun ucundan tutub beton yayılmasını təmin etmiş, təxminən 1m3 beton tökülmüşdür ki, qəflətən tappıltı səsi gəlmiş, baxanda yuxarıdan aşağıya beton axdığını, İlhamın isə qəlibin üzərində yıxılmış vəziyyətdə hərəkətsiz qaldığını, betonötürücü borunun hərəkətinin dayandığını görüb dərhal İlhamın yıxıldığı yerə qalxmış və İlhamın ayağının, qolunun sındığını, başının isə əzildiyini görmüşdür. Əli ilə İlhamın nəbzini yoxladıqdan sonra onun öldüyünü bildişdir. Betonötürücü borunun ucuna rezin boru birləşdirilmiş uc hissəsi metaldan olmaqla betonnasos avtomobilinin sabitliyini saxlamaq üçün yerə endirilmiş dəmir dayağın qəflətən asfalt zəmini deşərək yerə çökməsi nəticəsində betonğtürücü boru nəzarətdən çıxaraq Zərərçəkmiş şəxs üstünə düşərək ona xəsarət yetirməsi səbəbindən Zərərçəkmiş şəxs aldığı xəsarətdən ölmüşdür. İlhama Hüseynova qəliblərin üzərinə çıxmağı heç kim tapşırmamış, beton qəliblərin arasına verilən zaman onu bir nəfər rezin borudan tutub yaymasa beton bir hissəyə toplanır deyə İlham özü qəliblərin üzərinə çıxaraq həmin işi icra etmişdir. İşə başlamamışdan əvvəl betonötürücünü idarə edən sürücü nə ona, nə də orada olan digər yoldaşlara betonötürücü borunun uc hissəsindən kənarda dayanmamaları barədə xəbərdrlıq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ordubad rayonunun Unus kəndində anadan olmuşdur. Hazırda ailəsi birlikdə Ordubad rayonunun Unus kəndində yaşayır. Heç bir idarə, təşkilat və ya özəl müəssisədə işləmir. Yaşadığı rayonda ayrı-ayrı şəxslərin müxtəlif tikinti işləri olduqda çağırılaraq həmin yerlərdə işləyən ustaların yanında fəhlə işləyir. Gördüyü işin qarşılığında günəmuzd pul alır. 2023-cü ilin iyul ayının ortalarında həmkəndlisi Zərərçəkmiş şəxs ona və həmkəndliləri Şahid1 Vənənd kəndində tikinti işi götürdüyünü, gedib orada onunla orada birlikdə işləməyərək pul qazanmalarını demiş, onlarda İlhamla razılaşmışlar. 24 iyul 2023-cü il tarixdə səhər tezdən birlikdə Ordubad rayonunun Vənənd kəndinə gedərək, həmin kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən “Xan Çinar” şadlıq sarayının yanında aparılan tikintidə işləməyə başlamışlar. Həmin tikinti "Xan Çinar" restoranın həyətində restoran binasına bitişik şəkildə artırma tikili olmuşdur. Həmin tikilidə 19 gün ərzində təməl qazmış, zirzəmi qatında zəminə beton vermiş, sonra sütunlar qaldırılması üçün armaturlardan düzəldib quraşdırdıqları karkasların ətrafına taxta qəliblər quraşdırmışlar. Həmin tikinti iki mərtəbəli olmaqla əsas iş beton-karkas işindən ibarət olmuşdur. Qəlibləri və karkasları tamamladıqdan sonra birinci mərtəbənin sütunlarını və mərtəbələr arası hissənin betonunu vermişlər. Həmin betonu "xxxx" X13 MMC-yə məxsus Mercedes-Benz markalı betonnasos avtomaşını ilə vermişlər. Betonu da həmin şirkətin mikser avtomobilləri gətirmişdir. Betonnasos avtomobilinin sürücüsü Ümid adlı şəxs olmuşdur. Daha sonra ikinci mərtəbənin hazırladıqları sütun və rigerlərinin karkas və qəliblərin də arasına beton ötürüləcəkmiş ki, hansısa səbəbdən betonun gəlməsi bir neçə gün təxirə salınmışdır. 25 avqust 2023-cü il tarixdə İlham ona və Qəribə 26 avqust 2023-cü il tarixdə “Xan Çinar” şadlıq sarayının yanındakı tikintiyə beton gətiriləcəyini, gedib birlikdə işlərini tamamlamalarını demişdir. Bu ərəfədə Təqsirləndirilən şəxs1 onların gördükləri işlərin dəyərini hesablayaraq qarşılıqlı razılaşmalarına əsasən pulun tamamını İlhama vermişdir. 26 avqust 2023-cü il tarixdə saat 14 radələrində beton tökmək üçün Təqsirləndirilən şəxs1 Naxçıvan şəhərindən, yenə də "xxxx" X13 MMC-dən hər birində 7m3 beton olan iki mikser avtomobili və bir betonnasos avtomobili gətirmişdir. İşə başlayan zaman orada həmin vaxt o, Qərib və İlhamdan başqa betonnasos avtomobilini idarə edən Ümid adlı şəxs, bir nəfər həmin betonötürücü borunun yağçısı, bir nəfər betonötürücü borunu idarə edən şəxslə gələn adam və restoran sahibi Təqsirləndirilən şəxs1 olmuşlar. O, tikilinin içində, Qərib isə binanın çölündən qəliblərə nəzarət etmişlər, operator avtomobilin yanında olmuş, yağçı və yanındakı şəxs də avtomobilin yanında olmuşlar. Elxan isə beton verilən tikilinin qarşısında təxminən 10 metrə yaxın restoranın həyətində yerləşən avtoyuma yerinin qarşısında söyüd ağacının yanında dayanıb onların işləməklərini müşahidə etmişdir. Zərərçəkmiş şəxs betonötürücü borunun ucundakı rezin borudan tutmaq üçün qəliblərin üzərinə, yerdən təxminən 6 metr hündrülüyə çıxmış, əvvəlcə 7m3 beton verilib qurtardıqdan sonra İlham onlara verilmiş betonun suyunun çəkilməsi üçün 15 dəqiqə gözləmələrini, sonra ikinci avtomobildən əlavə olaraq 7m3 betonu tökmələrini demişdir. Təxminən saat 16 radələrində ikinci avtomobil işə düşmüş, beton verilməyə başlamışdır. İlham yenə də hündürlükdə borunun ucundan tutub beton yayılmasını təmin etmiş, təxminən 1m3 beton tökülmüşdür ki, qəflətən tappıltı səsi gəlmiş, baxanda yuxarıdan aşağıya beton axdığını, İlhamın isə qəlibin üzərində yıxılmış vəziyyətdə hərəkətsiz qaldığını, betonötürücü borunun hərəkətinin dayandığını görüb dərhal İlhamın yıxıldığı yerə qalxmış və İlhamın ayağının, qolunun sındığını, başının isə əzildiyini görmüşdür. Əli ilə İlhamın nəbzini yoxladıqdan sonra onun öldüyünü bildişdir. Betonötürücü borunun ucuna rezin boru birləşdirilmiş uc hissəsi metaldan olmaqla betonnasos avtomobilinin sabitliyini saxlamaq üçün yerə endirilmiş dəmir dayağın qəflətən asfalt zəmini deşərək yerə çökməsi nəticəsində betonğtürücü boru nəzarətdən çıxaraq Zərərçəkmiş şəxs üstünə düşərək ona xəsarət yetirməsi səbəbindən Zərərçəkmiş şəxs aldığı xəsarətdən ölmüşdür. İlhama Hüseynova qəliblərin üzərinə çıxmağı heç kim tapşırmamış, beton qəliblərin arasına verilən zaman onu bir nəfər rezin borudan tutub yaymasa beton bir hissəyə toplanır deyə İlham özü qəliblərin üzərinə çıxaraq həmin işi icra etmişdir. İşə başlamamışdan əvvəl betonötürücünü idarə edən sürücü nə ona, nə də orada olan digər yoldaşlara betonötürücü borunun uc hissəsindən kənarda dayanmamaları barədə xəbərdrlıq etməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu o,ifadəsində göstərmişdir ki, "xxxx" X13 MMC-nin Ordubad rayonunun Aza kəndi ərazisində yerləşən beton sexində sürücü işləyir. Həmin işə 2012-ci ildə qəul edilmişdir. İşi Kompleksdə idarə etdiyi “Mercedes Benz” markalı beton qarışdırıcı qurğu quraşdırılmış yük avtomobilin idarə etməkdən ibarətdir. MMC-də olan bütün maşınların texniki cəhətdən sazlığına, baxışdan keçirilməsinə nəzarəti Ramil adlı şəxs həyata keçirir. O, iş tapşırılan zaman idarə etdiyi avtomobilə operatorlar tərəfindən doldurulmuş beton məhlulunu deyilən ünvanlara aparıb boşaldır. 26 avqust 2023-cü il tarixdə Aza kənindəki iş yerində olarkən sahə rəisi Məhərrəm adlı şəxs ona Ordubad rayonunun Vənənd kəndində tikinti yerinə beton məhlulu aparmasını demiş, həmin vaxt onun idarə etdiyi avtomobilə 7m3 beton məhlulu doldurulmuş və avtomobili idarə edərək Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq evinin həyətinə getmişdir. Oraya çatamda ondan əvvəl bir beton məhlulu qarşdırıb boşaldan avtomobilin də 7m3 beton məhlulu boşaldıb çıxdığını görmüş, sonra həyətə şadlıq evinin sol yan tərəfində tikilən və taxta materialdan qurulan qəliblərin olduğu tikilinin qarşısında avtomobili saxlamışdır. Ondan əvvəl beton zavodun betonötürücü nasosu orada maşının üzərində dayanıb işləmişdir. Həmin betonötürücü nasosu iş Ümid Qoliyev idarə etmişdir. Avtomobili saxladıqdan sonra gətirdiyi beton məhlulu taxta qəliblərin arasına boşaldılmağa başlamışdır. Taxta qəliblərin üstündə bir nəfər tanımadığı fəhlə olmuşdur. O, betonötürücü qurğunun ucundakı metal boruya birləşdirilmiş rezin borudan tutaraq betonun qəliblərin arasına tökülməsini təmin etmişdir. O isə həmin vaxt avtomobildən betonun boşaldılmasını təmin etmək üçün betonötürücünün arxa tərəfində dayanmışdır. Təxminən bir kubmetr məhlul boşaldılarkən qəfildən beton ötürücü pompanın arxasının havaya qalxdığını görmüşdür. Dərhal kənara çəkiləndə avtomobilin arxasının qalxdığını, ön sol tərəfinin isə çökmüş torpaq qatına keçdiyini görmüşdür. Haray qışqırıq düşəndə taxta qəliblərin üstündə işləyən həmin fəhlənin hərəkətsiz vəziyyəddə uzandığını görmüş və betonötürücü borunun ona dəyib xəsarət yetirməsi nəticəsində öldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Tahir oğlu ifadəsində göstərmişdir ki, "xxxx" X13 MMC-də köməkçi operator işləyir. 2008-ci ildən "xxxx" X13 MMC-də müxtəlif işlərdə çalışmışdır. Hazırda ehtiyat operator işində işləyir. İş vaxtımız həftənin bazar günündən başqa 09:00-da başlayır, həftənin beş günü 18:00-da bitir, şənbə günləri isə 13:00-da bitir. Onun işi betonötürücü nasosun işləməsini təmin etməkdən ibarətdir. 26 avqust 2023-cü ildə MMC-dən satış müdiri Xəzər adlı şəxs Təqsirləndirilən şəxs2 zəng edərək Vənənd kəndində yerləşən şadlıq evinin həyətində 14m3 kubmetr beton məhlulu verilməli olduğunu bildirmiş, həmin gün təxminən saat 14 radələrində o, Ümid və yağçı işləyən Şahid4 birlikdə Vənənd kəndinə yola düşmüşlər. Təxminən saat 15 radələrində “Xan Çinar” adlanan şadlıq evinin sol tərəfində quraşdırılan taxta qəliblərə ilk 7m3 betonu vermişlər. İkinci maşın növbəti 7m3 beton məhlulunu boşaltmaq üçün yaxınlaşmış, təxminən 1m3 beton boşaldılan zaman betonötürücü maşının arxası qəfildən havaya qalxmış və üstündə hərəkət edən betonötürücü qurğu nəzarətdən çıxaraq qəliblərin üstündə işləyən fəhlə Zərərçəkmiş şəxs xəsarət yetirib onun ölümünə səbəb olmuşdur. Zərərçəkmiş şəxs təxminən 3 il olar ki, tanıyır, onu Ordubad rayonu ərazisində müxtəlif yerlərdə fəhlə işləyərkən görüb-tanımışdır. İş ilə əlaqədar beton məhlulu vermək üçün getdiyi bəzi obyektlərdə İlham qəlibçi kimi işləyib, betonun verilməsinə kömək etmişdir. Zərərçəkmiş şəxs beton ötürücü borunun ucundakı rezin borunu tutmasını tapşırmamışdır, o, öz təşəbbüsü ilə bu işi görmüşdür. "Gəmiqaya Holdinq" şirkətlər ittifaqının "Tikintilərdə və müəssisələrdə texniki təhlükəsizlik təlimatları" ilə tanışdır, ayda bir dəfə olmaqla şirkətin texniki təhlükəsizlik üzrə məsul şəxsi Səfər müəllim onlara bu barədə məlumat verir. Betonötürücü nasosu daşıyan abtomobil işə başlamazdan əvvəl sağ və sol tərəflərinə endirilmiş dayaqların altına qoyulmalı olan lövhələrdən həmin vaxt arxa sol tərəfindəki ayağın altından başqa digər üç lövhəni Ümid qoymuş, arxa sol ayağın altına asfalt örtüklü zəmində olmasına görə lövhə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2008-ci ildən "xxxx" X13 MMC-də müxtəlif işlərdə çalışmışdır. Hazırda ehtiyat operator işində işləyir. İş vaxtımız həftənin bazar günündən başqa 09:00-da başlayır, həftənin beş günü 18:00-da bitir, şənbə günləri isə 13:00-da bitir. Onun işi betonötürücü nasosun işləməsini təmin etməkdən ibarətdir. 26 avqust 2023-cü ildə MMCdən satış müdiri Xəzər adlı şəxs Təqsirləndirilən şəxs2 zəng edərək Vənənd kəndində yerləşən şadlıq evinin həyətində 14m3 kubmetr beton məhlulu verilməli olduğunu bildirmiş, həmin gün təxminən saat 14 radələrində o, Ümid və yağçı işləyən Şahid4 birlikdə Vənənd kəndinə yola düşmüşlər. Təxminən saat 15 radələrində “Xan Çinar” adlanan şadlıq evinin sol tərəfində quraşdırılan taxta qəliblərə ilk 7m3 betonu vermişlər. İkinci maşın növbəti 7m3 beton məhlulunu boşaltmaq üçün yaxınlaşmış, təxminən 1m3 beton boşaldılan zaman betonötürücü maşının arxası qəfildən havaya qalxmış və üstündə hərəkət edən betonötürücü qurğu nəzarətdən çıxaraq qəliblərin üstündə işləyən fəhlə Zərərçəkmiş şəxs xəsarət yetirib onun ölümünə səbəb olmuşdur. Zərərçəkmiş şəxs təxminən 3 il olar ki, tanıyır, onu Ordubad rayonu ərazisində müxtəlif yerlərdə fəhlə işləyərkən görüb-tanımışdır. İş ilə əlaqədar beton məhlulu vermək üçün getdiyi bəzi obyektlərdə İlham qəlibçi kimi işləyib, betonun verilməsinə kömək etmişdir. Zərərçəkmiş şəxs beton ötürücü borunun ucundakı rezin borunu tutmasını tapşırmamışdır, o, öz təşəbbüsü ilə bu işi görmüşdür. "Gəmiqaya Holdinq" şirkətlər ittifaqının "Tikintilərdə və müəssisələrdə texniki təhlükəsizlik təlimatları" ilə tanışdır, ayda bir dəfə olmaqla şirkətin texniki təhlükəsizlik üzrə məsul şəxsi Səfər müəllim onlara bu barədə məlumat verir. Betonötürücü nasosu daşıyan abtomobil işə başlamazdan əvvəl sağ və sol tərəflərinə endirilmiş dayaqların altına qoyulmalı olan lövhələrdən həmin vaxt arxa sol tərəfindəki ayağın altından başqa digər üç lövhəni Ümid qoymuş, arxa sol ayağın altına asfalt örtüklü zəmində olmasına görə lövhə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ordubad rayonunun Vənənd kəndində yaşamaqla 2019-cu ilin fevral ayından bələdiyyə sədri vəzifəsində işləyir. Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. Bir kənd sakini kimi aralarında normal münasibət vardır. Vənənd kənd sakini X4 Ordubad rayon İcra Hakimiyyətinə ona su xətti verilməsi ilə bağlı müraciəti əsasında 26 avqust 2023-cü il tarixdə İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri Şahid8 Vənənd kəndinə gəlmişdir. Təxminən nahardan vaxtından sonra Mahirin Təqsirləndirilən şəxs1 məxsus çayxanada olmasını ehtimal edib onu çağırmaq üçün çayxanaya getmiş, çayxanaya çatan zaman orada işləyən bacısı oğlu X19 ona Elxanın çayxanaya yaxın “Xan Çinarı” adlı şadlıq sarayının yanında aparılan tikinti ərazisini göstərərək orada işçinin öldüyünü demiş, o, kənardan baxıb yerdən təxminən 6 metr hündürlükdə taxtadan quraşdırılmış qəliblərin üzərində bir nəfərin uzanıqlı vəziyyətdə qaldığını, ətrafa çoxlu qan sıçrayıb yayıldığını görmüşdür. Bacısı oğlu həmçinin ona qəliblərin arasına beton verən betonnasos avtomobilinin betonötürücü borusunun həmin adamın üzərinə düşdüyünə görə onun öldüyünü demiş, o, dərhal zəng edərək rayon İcra hakimiyyətinin başçısının müavini Elvin müəllimə bu barədə məlumat vermiş, sonra hadisə yerinə hüquq mühafizə orqanları da gəlmişdir. Sonradan həmin tikintidə işləyən zaman baş verən qəzada ölən şəxsin Unus kəndindən olan Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış və onun Təqsirləndirilən şəxs1 tərəfindən aparılan həmin tikintidə işlədiyini bilmişdir. “Xan Çinar” şadlıq sarayının və ona yaxın məsafədə inşa edilməkdə olan, qeyd edilən hadisə baş vermiş tikinti aparılan yerin yerləşdiyi torpaq sahəsi Vənənd bələdiyyəsinə aid olmaqla o, bələdiyyə sədri işləməzdən əvvəlki dövrdə Dövlət Aktına əsasən Vənənd kənd sakini X11 daimi istifadəyə verilmişdir. Vənənd bələdiyyəsi tərəfindən İbrahim Əhmədov, yaxud da başqa şəxslərlə qeyd olunan torpaq sahəsinə dair hər hansı bir müqavilə bağlanılmamış, həmin ərazidə tikinti aparılmasına dair Vənənd bələdiyyəsi tərəfindən heç bir qərar, razılıq verilməmişdir. Ordubad rayon İcra Hakimiyyəti tərəfindən də Təqsirləndirilən şəxs1 “Xan Çinar” şadlıq sarayının yanında əlavə tikinti aparılmasına dair icazə verilməmişdir. Təqsirləndirilən şəxs1 Xan Çinar şadlıq sarayının yanındaki həmin əlavə tikintini özbaşına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Ordubad rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şahid8 şahid qismində dindirilərkən ifadəsində Ordubad rayonunun Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının yanında əlavə tikinti aparılması üçün icazə verilməsinə dair rayon İcra Hakimiyyətinə müraciət etmədiyini, Ordubad rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə tikinti aparılmasına dair ona heç bir icazə verilmədiyini və Təqsirləndirilən şəxs1 qeyd edilən ərazidə tikintini özbaşına apardığını göstərərək X8 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2006-2020-ci illərdə Babək rayonunun Qoşadizə qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" X13 MMC-nin icraçı direktoru vəzifəsində işləmiş, daha sonra "xxxx" Toxumçuluq MMC-yə direktor müavini təyin edilərək 2022-ci ilin avqust ayınadək orada işləmiş, 2022-ci ilin avqust ayında yenidən "xxxx" X13 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi vəzifə səlahiyyətləri kompleksdə çalışan işçilərə və görülən işlərə rəhbərlik etməkdən, Kompleksin işi isə hazır beton, döşəmə daşları, qum-çınqıl və kərpic istehsalından, eləcə də həmin məmulatların satışının təşkil edilməsindən ibarətdir. Ordubad rayonunun Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 şəxsən tanımır. 2023-cü ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 Kompleksin Ordubad rayonunun Aza kəndində yerləşən filialından 14m3 beton sifariş vermiş, iş yükləri həddindən artıq çox olduğuna görə onun sifarişini verdiyi gündən 10 gün sonra, yəni 26 avqust 2023-cü ildə təmin edə bilmişlər. Həmin gün saat təxminən 11 radələrində mən kompleksdə maşın bölgüsü üzrə sahə rəisi işləyən Şahid10 göstəriş verdim ki, 1 ədəd beton ötürücü qurğu, 2 beton qarışdırıb daşıyan maşın müəyyən edib Aza kəndindəki filialdan gedib 14m3 beton məhlulu yükləmələrini və Vənənd kəndindəki şadlıq evinin həyətinə aparmalarını demişdir. Ramil sürücü-operator Təqsirləndirilən şəxs2, onunla birlikdə yağçı Şahid4 və operator köməkçisi Şahid5 Ordubada göndərmiş, onlar getdikdən sonra, təxminən saat 15 radələrində sürücü Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək bqəflətən torpaq çökməsi nəticəsində avtomobilin ayağının yerə keçməsini və üstündəki beton ötürücü borunun taxta qəliblərin üstündə işləyən fəhləyə xəsarət yetirib ölümünə səbəb olduğunu demiş, o da dərhal kompleksin işçiləri ilə birlikdə hadisə baş verdiyi yerə getmişlər. Həmin maşının sağ və sol tərəfindəki tarazlıq cihazlarının işlək vəziyyətdə olmamasından xəbəri olmamışdır. Ümumiyyətlə "xxxx" X13 MMC-də maşın-texnikaların sazlığı, texniki baxışı, təmiri ilə bağlı məsuliyyət əvvəllər MMC-nin tabe olduğu "xxxx" Holdinqin rəhbərliyinin üzərinə düşdüyündən hansısa bir nasazlıq aşkar edildikdə Holdinqə məlumat vermiş, onlar da maşınların təmir edilməsini təmin etmişlər. Hazırda isə nasazlıq yaranmış maşın-texnikaları Naxçıvan şəhərində yerləşən “TİR PARKİ” deyilən təmir yerinə göndərib orada təmir etdirirlər. Betonötürücü qurğunu daşıyan avtomobilin sabitliyini saxlamaq üçün yerə bərkidilmiş dəmir ayaqların altına qoyulması üçün hazırlanmış ebonit materialdan olan dördkünc lövhələrin üçü ayaqların altına qoyulmuş, yalnız arxa sol ayağın altına qoyulmamışdır. Arxa tərəfə iş vaxtı çox ağırlıq düşmədiyindən çox güman ki, sürücü Təqsirləndirilən şəxs2 lövhə qoymamışdır. "Gəmiqaya” X2 işçiləri texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırmaq vəzifəsi əmrlə kompleksin texniki təhlükəsizlik mühəndisi vəzifəsində işləyən Şahid11 həvalə edilmişdir. İşçilər ilkin işə təyin olunan zaman və hər ayda bir dəfə bütün işçilər, bəzi işçilər isə gündəlik texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılırlar. İstehsalatla əlaqədar olaraq tikinti obyektlərini beton məmulatları ilə təmin etmək məqsədilə 01 iyul 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək şənbə günləri beton sifarişi olduqca işləməyə icazə verilməsi barədə 01 iyul 2023-cü ildə 4k nömrəli əmr vermişdir. Həmin əmrə əsasən şənbə günləri əmək haqqı ödənilməklə işçilər əlavə əməyə cəlb edilirlər.26 avqust 2023-cü il tarixdə Ordubad rayonunun Vənənd kəndində iş zamanı betonötürücü kimi istifadə edilmiş "xxxx" X13 MMC-yə məxsus “Mercedes Benz” Axor markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı betonötürücü qurğunu daşıyan avtomobili həmin vaxt idarə edən sürücü-operator Təqsirləndirilən şəxs2 qeyd edilən tikintidən əvvəllər də həmin avtomobili idarə edərək "xxxx" X5 daxil olmuş başqa sifarişlər əsasınsda da bir çox obyektlərdə betonötürücü kimi fəaliyyət göstərmişdir. Həmin dövrlərdə də avtomobil texniki baxışdan keçirilməmişdir, avtomobilin üzərində olan tarazlıq müəyyən edən cihazlar isə o, həmin MMC-də direktor işlədiyi vaxtdan yararsız vəziyyətdədir. Həmin cihazlar yararsız olduğu üçün avtomobil işə başlamazdan əvvəl sürücü-operator tərəfindən vizual olaraq taraz vəziyyətə gətirildikdən sonra işə başlanılır. Hadisə yerinə baxış keçirilən zaman baxış istintaq hərəkətində iştirak etmişdir, baxış zamanı 26 avqust 2023-cü il tarixdə Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən aparılan tikintiyə betonötürülən zaman "xxxx" X13 MMC-yə məxsus “Mercedes Benz” Axor markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı betonötürücü qurğunu daşıyan avtomobilin dayaqlarından arxa sol dayağın altına dayağın etibarlılığı üçün sürücü-operator Təqsirləndirilən şəxs2 tərəfindən qoyulmalı olan “başmaq” faktiki avtomobilin üzərində mövcud olduğu halda qoyulmamışdır və iş zamanı avtomobilin ön sol dayağı yerə çökdüyündən qeyd edilən hadisə baş vermişdir. Betonötürücü qurğu işə salınmazdan əvvəl avtomobilin və dayaqların yerləşdirildiyi yerin bərkliyi həmin avtomobili və betonötürücü qurğunu idarə edən sürücü-operator tərəfindən yoxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, "xxxx" X13 MMC-də mexanik işləyən Şahid10 şahid qismində ifadə verərək göstərmişdir ki, 2006-cı ildən 2019-cu ilədək "xxxx" X13 MMC-də traktorçu, 2019cu ildən 07 sentyabr 2022-ci ilədək sahə rəisi işləmiş, "xxxx" X13 MMC-nin direktoru Şahid9 07 sentyabr 2022-ci il tarixli, 119 №-li əmrinə əsasən həmin tarixdən hal-hazıradək "xxxx" X13 MMC-də mexanizasiya sahəsində mexanik vəzifəsində işləyir. Bununla bağlı əmək müqaviləsi də vardır. İşlədiyi "xxxx" X13 MMC Babək rayonunun Qoşadizə kəndi ərazisində Naxçıvan çayının sol sahilində yerləşir. Mexanik kimi vəzifə səlahiyyətləri "xxxx" X13 MMC-yə məxsus olan nasaz olan avtomobillərin və digər texnikaların təmirini təşkil etməkdən, onların saz və işə yararlı vəziyyətdə saxlanılmasını təmin etməkdən ibarətdir. "xxxx" X13 MMC-yə məxsus beton mikser, betonnasos və digər avtomobillər sifarış əsasında Naxçıvan Muxtar Respublikası daxilində müxtəlif rayonlara iş üçün ezam olunurlar. İş zamanı avtomobillərdə texniki və sair nasazlıqlar baş verdiyi halda sürücülərin ona verdiyi məlumata əsasən bu barədə MMC-nin direktoru Şahid9 məlumatlandırdıqdan sonra həmin nasaz avtomobilləri təmir üçün Babək rayonunun Tumbul kəndinin yaxınlığında yerləşən avtotəmir servisinə göndərirlər. Avtomobillər servisdə təmir edildikdən sonra yenə də işlərinə davam edirlər. 26 avqust 2023-cü il tarixdə Ordubad rayonunun Vənənd kəndində iş zamanı baş vermiş hadisəyə səbəb sürücü operator Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" X13 MMC-yə məxsus “Mercedes Benz” Axor markalı betonnasos avtomaşınının beton ötürücüsü işə başlamazdan əvvəl avtomobil üçün düzgün yer seçilməklə həmin ərazidə torpağın bərkliyi yoxlanılmalı və avtomobilin hər iki yan tərəfə açılan bütün dayaqlarının altına etibarlı başmaqlar qoyulmalı olduğu halda Təqsirləndirilən şəxs2 tərəfindən bunlara əməl edilməmiş və nəticədə betonnasos avtomobilin ön sol dayağı torpağa çökərək avtomobil tarazlıq vəziyyətindən çıxmış və betonötürücü boru tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs üzərinə düşdüyündən o aldığı xəsarətdən hadisə yerində ölmüşdür. "xxxx" X13 MMC-yə məxsus “Mercedes Benz” Axor markalı **-AC-*** dövlət qeydiyyat nişanlı betonnasos avtomobilinin üzərində olan tarazlığı müəyyən edən cihazın nasaz vəziyyətdə olmasını o bilməmişdir, bu barədə məlumatı olmamışdır. 26 avqust 2023-cü il tarixdə Ordubad rayonunun Vənənd kəndində baş verən hadisədən əvvəlki dövrlərdə də "xxxx" X13 MMC-yə məxsus “Mercedes Benz” Axor markalı **-AC-*** dövlət qeydiyyat nişanlı betonnasos avtomobili bir çox obyektlərdə betonötürmə işlərini icra etmişdir. Avtomobilin tarazlıq müəyyən edən cihazlarının nasaz olması və avtomobilin texniki baxışdan keçirilməməsi qeyd edilən hadisənin səbəbi ola bilməz. Hadisənin baş verməsinə səbəb sürücü-operator Təqsirləndirilən şəxs2 işinə səhlənkar yanaşması nəticəsində avtomobilin yerinin düzgün seçilməməsi, dayaqların hər birinin altına etibarlı başmaqlar qoymaması və torpağın bərkliyini lazımı qaydada yoxlamaması olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid11 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, "xxxx" X13 MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik mühəndisi vəzifəsində işləyən Şahid11 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından hal-hazıradək "xxxx" X16 MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik mühəndisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətləri iş prosesində işçilərin təhlükəsizlik qaydalarına riayət etməkdən, ilkin işə təyin olunanları zaman və kompleksin digər işçilərini ayda bir dəfə texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırmaqdan ibarətdir. Bundan başqa müntəzəm olaraq işçilərə təhlükəsizlik qaydaları barədə gündəlik təlimat verir. İşçiləri təlimatlandırmağı "xxxx" X13 MMC-nin texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbədənkənar (plandankənar) təlimatların keçirilməsinin qeydiyyatı jurnalında müvafiq qeydlər aparılmaqla rəsmlədirilir. İşlədiyi X13 Babək rayonunun Qoşadizə kəndi ərazisində yerləşir. Bundan başqa kompleksin Şərur rayonunun Qarxun kəndi ərazisində və Ordubad rayonunun Aza kəndi ərazisində də filialları fəaliyyət göstərir. Həmin filiallarda texniki təhlükəsizlik qaydaları ilə işçilərin təlimatlandırılması filialların sahə rəislərinə həvalə edilmişdir. Aza filialında sahə rəisi Məhərrəm Məmmədov, Şərur filialında isə Ramiz Cəfərovdur. Aza filialının sahə rəisi Məhərrəm və Şərur filialının sahə rəisi Ramiz "xxxx" X13 MMC-nin direktoru Şahid9 tabeçilik qaydasında işləyirlər. Kompleksin fəaliyyəti qumçınqıl, beton, döşəmə daşı, hörgü daşı, beton boru, bardur istehsalı və satışından ibarətdir. 26 avqust 2023-cü il tarixdə işdə olan zaman, təxminən saat 16:30-da sahə rəisi Xəzər Məmmədov kompleksin həyətində ona yaxınlaşaraq Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayında aparılan tikintiyə beton ötürülən zaman betonnasos maşının ayağının çökməsi nəticəsində tarazlığının pozularaq borunun bir nəfər fəhlənin başına dəyməsini və həmin fəhlənin hadisə yerində ölməsini bildirdirmişdir. Ona görə də o, dərhal Xəzər ilə birlikdə Xəzərə məxsus avtomobillə Vənənd kəndinə getmiş, orada Xəzərin bu barədə söylədiklərinin doğru olduğunu görmüşdür. “Xan Çinar” şadlıq sarayının həyətinə daxil olanda betonnasos avtomobilinin ön sol ayağının bərkidildiyi yerdən çökərək təxminən 1 metr torpağın içərisinə daxil olduğunu və maşının tarazlığı pozulması nəticəsində sağ qol və sağ arxa təkərlərinin qalxaraq havada qaldığını görmüşdür. Təhlükəsizlik məqsədilə betonnasos maşınının düzgün seçilmiş yerdə qurulması sürücüoperatorun məsuliyyətinə daxildir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Ordubad rayonunun Vənənd kəndində yaşamaqla Ordubad rayon İcra Hakimiyyəti başçısının Vənəd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. Bir kənd sakini kimi aralarında normal münasibət vardır. Vənənd kənd sakini X4 Ordubad rayon İcra Hakimiyyətinə ona su xətti verilməsi ilə bağlı müraciəti əsasında 26 avqust 2023-cü il tarixdə İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri Şahid8 Vənənd kəndinə gəlmişdir. Təxminən nahardan vaxtından sonra Mahirin Təqsirləndirilən şəxs1 məxsus çayxanada olmasını ehtimal edib onu çağırmaq üçün çayxanaya getmiş, çayxanaya çatan zaman orada işləyən bacısı oğlu X19 ona Elxanın çayxanaya yaxın “Xan Çinarı” adlı şadlıq sarayının yanında aparılan tikinti ərazisini göstərərək orada işçinin öldüyünü demiş, o, kənardan baxıb yerdən təxminən 6 metr hündürlükdə taxtadan quraşdırılmış qəliblərin üzərində bir nəfərin uzanıqlı vəziyyətdə qaldığını, ətrafa çoxlu qan sıçrayıb yayıldığını görmüşdür. Bacısı oğlu həmçinin ona qəliblərin arasına beton verən betonnasos avtomobilinin betonötürücü borusunun həmin adamın üzərinə düşdüyünə görə onun öldüyünü demiş, o, dərhal zəng edərək rayon İcra hakimiyyətinin başçısının müavini Elvin müəllimə bu barədə məlumat vermiş, sonra hadisə yerinə hüquq mühafizə orqanları da gəlmişdir. Sonradan həmin tikintidə işləyən zaman baş verən qəzada ölən şəxsin Unus kəndindən olan Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış və onun Təqsirləndirilən şəxs1 tərəfindən aparılan həmin tikintidə işlədiyini bilmişdir. “Xan Çinar” şadlıq sarayının və ona yaxın məsafədə inşa edilməkdə olan, qeyd edilən hadisə baş vermiş tikinti aparılan yerin yerləşdiyi torpaq sahəsi Vənənd bələdiyyəsinə aid olmaqla o, bələdiyyə sədri işləməzdən əvvəlki dövrdə Dövlət Aktına əsasən Vənənd kənd sakini X11 daimi istifadəyə verilmişdir. Vənənd bələdiyyəsi tərəfindən İbrahim Əhmədov, yaxud da başqa şəxslərlə qeyd olunan torpaq sahəsinə dair hər hansı bir müqavilə bağlanılmamış, həmin ərazidə tikinti aparılmasına dair Vənənd bələdiyyəsi tərəfindən heç bir qərar, razılıq verilməmişdir. Ordubad rayon İcra Hakimiyyəti tərəfindən də Təqsirləndirilən şəxs1 “Xan Çinar” şadlıq sarayının yanında əlavə tikinti aparılmasına dair icazə verilməmişdir. Təqsirləndirilən şəxs1 Xan Çinar şadlıq sarayının yanındaki həmin əlavə tikintini özbaşına aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Cinayət işinə əlavə edilmiş JN 0001, KOD 10707018 nömrəli, 02 iyul 2002-ci il tarixli, qeydiyyat 02 nömrəli Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktından görünür ki, Ordubad rayonunun Vənənd kəndində yerləşən 1,14 ha torpaq sahəsi Ordubad rayon ZDS (zəhmətkeş deputatlar soveti) İcraiyyə Komitəsinin 08 aprel 1976-cı il tarixli, 74 nömrəli qərarı ilə Ordubad rayonunun Vənənd kənd sakini X11 daimi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətin 29 sentyabr 2023-cü il tarixli, 03/636 nömrəli məktubundan görünür ki, Ordubad rayonunun Vənənd kəndində X9 daimi istifadəsinə verilmiş 1,14 ha torpaq sahəsi Vənənd bələdiyyəsinin mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 1313,35 m2 olan əmlak kompleksi Naxçıvan Muxtar Respublikası DTİ və MHQ İdarəsinin verdiyi xx.xx.2000-ci il tarixli, 19 inventar nömrəli texniki pasport, 02/48 qeydiyyat nömrəli Qeydiyyat vəsiqəsi, Ordubad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 15 nömrəli sərəncamı, tikinti layihəsi və xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair hüquqları qeydiyyata alınan zaman istifadə olunan torpaq sahəsinin 10785,96 m2 olduğu müəyyənləşdirilmiş və hüquqların qeydiyyatı həmin ölçü əsasında aparılmışdır. Ərazidə əlavə tikililərin aparılması barədə Xidmətin informasiya bazasında məlumat mövcud deyil. Ordubad rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AR-İİ 373631 nömrəli etibarnamədən görünür ki, Ordubad rayonunun Vənənd kəndində qeydiyyatda olan X17 həmin etibarnaməyə əsasən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı üzərində sərəncam verməyi və ona məxsus bütün zəruri işləri görməyi, imza etməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Ordubad rayonunun Vənənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 etibar etmişdir. Ordubad rayon İcra Hakimiyyətindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixli, 5- 25/2-694/2023 nömrəli məktubda-Ordubad rayonunun Vənənd kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus “Xan Çinar” iaşə obyektində əlavə tikinti və quraşdırma işləri aparılmasına icazə alınması ilə əlaqədar Ordubad rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamış, həmin tikintinin aparılması ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən heç bir qərar qəbul edilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 02 noyabr 2023-cü il tarixli, **********178300 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hüquqi şəxs kimi Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin cinayət işinə əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli, 27/3-24/0185 nömrəli məktubundan göstərilmişdir ki, Ordubad rayonunun Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən etibarnamə əsasında istifadə etdiyi Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının sol tərəfində əlavə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən həmin obyektin layihə sənədlərinə və mövcud tikililərinə rəy verilməmişdir. Həmçinin qeyd olunan obyektin tikintisi ilə bağlı layihə sənədlərinə müvafiq rəyin alınması üçün Ordubad rayon İcra Hakimiyyəti tərəfindən, eləcə də tikintinin subyektləri tərəfindən Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə heç bir müraciət daxil olmamışdır. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X32 İdarəsindən daxil olmuş 08 sentyabr 2023-cü il tarixli 27/1-22/0139 nömrəli məktubdan görünür ki, Ordubad rayonunun Vənənd kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən etibarnamə əsasında istifadə etdiyi Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının sol tərəfində əlavə tikinti və quraşdırma işlərinin aparılması ilə əlaqədar bağlı X32 İdarəsinə müraciət olunmamışdır. Bu səbəbdən “Xan Çinar” şadlıq sarayıında aparılan tikinti və quraşdırma işlərinə baxış keçirilməmiş və tikintidə yanğın təhlükəsizliyi ilə bağlı hər hansı bir rəy verilməmişdir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli , 72 nömrəli məktubunda göstərilmişdir ki, Ordubad rayonunun Vənənd kəndində yerləşən, Təqsirləndirilən şəxs1 etibarnamə əsasında istifadə etdiyi “Xan Çinar” şadlıq sarayında əlavə tikinti və quraşdırma işləri aparılması üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən heç bir rəy verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 sentyabr 2023-cü il tarixli, 5/1479 nömrəli və 12 oktyabr 2023-cü il tarixli 5/1761 nömrəli məktublarında göstərilmişdir ki, “Xan Çinar” şadlıq sarayında əlavə tikinti və quraşdırma işlərinin aparılması ilə əlaqədar Şəhərsalma və Arxitektura Komitəsinə sifarişçi tərəfindən rəylə bağlı müraciət daxil olmamışdır. Ordubad rayon Qaz İstismar İdarəsindən daxil olmuş 12 sentyabr 2023-cü il tarixli, 190 nömrəli məktubda göstərilmişdir ki, Vənən kəndində yerləşən “Xan Çinar” şadlıq sarayında əlavə tikinti və quraşdırma işləri aparılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Ordubad rayon Qaz İstismar İdarəsi tərəfindən heç bir rəy verilməmişdir. Ordubad rayonunun Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının yanında aparılan tikinti zamanı hadisəyə səbəb olmaqla hadisə baş verən zaman olduğu yerdə saxlanılan "xxxx" X13 MMC-yə məxsus “Mercedes Benz” Axor markalı **-AC-*** dövlət qeydiyyat nişanlı betonötürücü qurğunu daşıyan avtomobil 26 avqust 2023-cü il tarixdə betonötürən zaman avtomobilin üzərində sağ və sol tərəflərdə yerləşən, betonötürücü qurğunun işə salınmazdan əvvəl avtomaşını torpaq üzərində taraz vəziyyətdə saxlanmasını müəyyən etmək üçün istifadə edilən hər iki cihazlar yarasız vəziyyətdədir və avtomobilin üzərində olduğu halda sol arxa dayağının altına etibarlı “başmaq” qoyulmamış, avtomobilin sol ön dayağının qoyulduğu hissədə torpaq sahəsi çökmüş, avtomobil sözügedən dayağı boşluğa keçərək tarazlığını itirib sol tərəfə əyilmiş vəziyyətdədir. Meyitə baxış keçirilməsi haqqında 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı mərhum Zərərçəkmiş şəxs meyitinin sağ bud və qamış sümüklərinin aşağı üçdə bir hissədə qırıldığı, bazu nahiyəsinin sol aşağı üçdə bir hissədə, çəp istiqamətdə yuxarıdan aşağı kəsilməsi, həmin yaranın dərin olması, bazu sümüyünün qırılaraq ön əzlələri kəsməsi, sol çiyin nahiyəsindən başlayıb çəp istiqamətdə onurğaya doğru davam edən, uzunluğu 47, eni isə 1 sm-ə bərabər olan sıyrığın olması, belin sol hissəsində 18 sm uzunluğunda, 4,7 sm enində qançırın olması, alın nahiyəsindən təpəyə qədər davam edən əzilmiş, kəsilmiş yaranın olması və meyitin göz yuvalarının dağılması aşkar edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 67 saylı rəyində göstərilmişdir ki,-Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: a) Alın nahiyyəsindən təpəyə qədər davam edən yara, sol bazu nahiyyəsinin aşağı 1/3 hisssində yara, sol bazu sümüyünün cisminin sınığı, sol bazunun ön qrup əzələlərinin əzilib-cırılması, sol çiyin nahiyyəsindən başlayıb çəp istiqamətdə onurğaya doğru davam edən sıyrıq, sağ bud və baldır sümükləri aşağı 1/3 hissəsinin sınığı, bel nahiyyəsinin sol yarısında qançır, b) başın dərialtı yumşaq toxuması altına genişhəcmli qansızma, hər iki gicgah əzələsinə qansızma, kəllə sümüklərinin sınığı-mərhum Zərərçəkmiş şəxs bədəninə beton tökən qurğunun başlıq hissəsinin dəyməsi nəticəsində yarana bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarət alarkən ayaq üstə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. Müddəti meyitin müayinə gününə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb, almış olduğu xəsarətlər hesabına yaranmış açıq kəllə-beyin travması, beyin toxumasının ödemi və beyin toxumasına qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində beton tökən qurğunun başlıq hissəsinin dəyməsi ilə əlaqədar olmayan başqa hər hansı bir xəsarətlər və xəsarət izləri, o cümlədən zorakılığa xarakterik xəsarətlər yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X45 İdarəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli 3-13-43-14/2-1905/2023 nömrəli məlumatda göstərilmişdir ki, Gəmiqaya LTD Şirkəti MMC Beton Zavod filialının balansında olan X44 markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X45 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsinin müayinə mərkəzində texniki baxışdan keçirilərək YF10937515 nömrəli elektron talon verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8595 nömrəli 30 noyabr 2023-cü il tarixli Məhkəmə-təhlükəsizlik texnikası ekspertizası rəyində göstərilmişdir ki, -Ordubad rayonunun Vənənd kəndində yerləşən “Xan Çinar” şadlıq sarayının ətrafında inşa edilən əlavə tikilidə dəmir karkaslar quraşdırılmış qəliblərə beton tökülməsi üçün istifadə edilən "xxxx" X13 MMC-yə məxsus 85-AC961 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” Axor markalı betonnasos avtomaşını müvafiq texniki baxışdan keçirilməmiş, dayaqlar üzərində avtomobilin tarazlığını müəyyən edən cihaz qeyri-işlək vəziyyətdə olmuş, betonnasos maşınının duracağı yerdə təhlükəli amillərin olub-olmaması müəyyənləşdirilməmiş, bütün dayaqların altına etibarlı “başmaq”lar qoyulmamış, yerin bərkliyi yoxlanılmadan (sınaq sıxılmaları aparılmadan) betonnasos maşını vasitəsilə betonun verilməsi işinə başlanılmışdır ki, bununlada baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 3.2-ci bəndinin və DÜST 12.3.033-84-“Tikintinti maşınları. İstismar zamanı ümumi təhlükəsizlik tələbləri”-nin 1.1 və 1.2 bəndlərinin tələbləri posulmuşdur. Qeyd edilən normativ aktların tələblərinin pozulması hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Betonnasos maşınının sürücüsünün peşə təlimatına əməl etməyərək, nəzarət və tənzimləyici qurğusu nasaz (qeyri-işlək) vəziyyətdə olan avtomaşını işlətdiyinə, betonnasos maşınının duracağı yerdə təhlükəli amillərin olub-olmamasını əvvəlcədən müəyyənləşdirmədiyinə və bütün dayaqların altına etibarlı “başmaq”lar qoyulmadan və yerin bərkliyinə tam əmin olmadan betonnasos maşını ilə betonun verilməsi işinə başlandığına görə DÜST 12.3.033-84-“Tikintinti maşınları. İstismar zamanı ümumi təhlükəsizlik tələbləri”-nin 1.1 və 1.2 bəndlərinin tələbləri **-AC-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” Axor markalı betonnasos avtomaşınının sürücüsü Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Hadisənin bilavasitə səbəbinin betonnasos avtomaşınının texniki vəziyyəti və tikinti sahəsində düzgün (təhlükəsiz) istifadə edilməməsi ilə bağlı olduğunu nəzərə aldıqda, bu məsələlərə cavabdehlik daşıyan şəxslərdən başqa, digər şəxslər, o cümlədən zərərçəkmiş tərəfindən normativ akt və təlimatların hadisənin baş verməsini şərtləndirə biləcək hər hansı bir tələbinin pozulması halı müəyyən edilmir. Ordubad rayon İcra Hakimiyyətinin Vənənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 26 sentyabr 2023-cü il tarixli, 341 nömrəli arayışda və xasiyyətnamədə Təqsirləndirilən şəxs1-xx.xx.1974-cü il təvəllüdlü arvadı X10, xx.xx.1994cü il təvəllüdlü qızı X18, xx.xx.1995-ci il təvəllüdlü oğlu X25 və xx.xx.2000-ci il təvəllüdlü qızı X20 ilə birlikdə yaşadığı və müsbət xarakterizə olunduğu göstərilmişdir. Babək rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli, 47981 nömrəli arayışda və xasiyyətnamədə Təqsirləndirilən şəxs2-1991-ci il təvəllüdlü arvadı X12, 2012-ci il təvəllüdlü oğlu X26, 2014-cü il təvəllüdlü oğlu X21 və 2022-ci il təvəllüdlü X27 ilə birlikdə yaşadığı və müsbət xarakterizə olunduğu göstərilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu, eləcə də cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 3-4-120/2-0008771/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri üzrə özlərini təqsirli bilmiş və müdafiə xarakterli dəlillər gətirməmişdirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmaq niyyəti ilə müvafiq bələdiyyə orqanına zəbt etdiyi torpağın rəsmiləşdirilməsi ilə əlaqədar müraciət etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmiş Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddəsinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. AR CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 162.1. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Gründüyü kimi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin nəzərdə tutulduğu maddənin sanksiyasında yalnız ağır cəza olan azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Lakin məhkəmənin fikrincə, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, o cümlədən 70-ci maddəsi Təqsirləndirilən şəxs2 həmin cəzanın şərti olaraq tətbiq edilməsinə imkan verir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə heç cür haqq qazandıra bilmədiyini qeyd etməklə yanaşı, həm də onu vurğulayır ki, onun baş vermiş hadisədən peşmançılıq hissləri keçirməsini səmimi olaraq biruzə verməsi məhkəmədən də qabaq onun özünü öz vicdanı qarşısında mühakimə etməsinə və deməli islah yoluna qədəm qoymasına dəlalət edir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini unutmayaraq, bu cinayət əməlinin az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş tərəfin mövqeyini, həmçinin Təqsirləndirilən şəxs2 bu əməldən sonrakı davranışını nəzərə alaraq onun cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə bir daha qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunma imkanları hələ tükənmədiyindən məhkəmə ona CM-in 70-ci maddəsinin müddəalarını tətbiq etməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinin tələbi, həmçinin yuxarıda göstərilənlər (Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri, təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə onun cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi) nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə barəsində CM-in 70.1-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş həmin cəzanın şərti hesab olunması və həmin Məcəllənin 70.3cü maddəsində göstərilən hədlər daxilində ona sınaq müddəti təyin edilməsi yolu ilə onun cəzaçəkmədən islah olunması mümkündür. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə görə, Təqsirləndirilən şəxs2 təqsirli bildindiyi Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nisbətən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, ona təyin olunan azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli və barəsində sınaq müddəti müəyyən olunmalı, onun davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 162.2-ci maddəsinin sanksiyasından göründüyü kimi orada əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmədən bəhs edən 46-cı maddəsində aşağıdakılar qeyd edilir: 46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Lakin təqsirləndirilən şəxsə əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etməyərək məhkəmə aşağıdakıları qeyd edir. Əlavə cəzalar müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Odur ki, məhkəmə hazırkı cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, əlavə cəza təyin olunmadan da Təqsirləndirilən şəxs2 islah olunması və bununla da cəzanın məqsədlərinin təmin edilməsi mümkündür. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə cəmi 102 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət xəzinədarlığı agentliyi kod 210005 VÖEN **********, müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşadığı və qeydiyyatda olduğu yer üzrə yaşayış yeri üzrə Babək Rayon İcra və Probasiya Şöbəəsinə həvalə edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344349, 351-353, 356, 358, 381-385-cü maddəsini rəhbər tutaraq, H Ö K M E T D İ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddəsi tətbiq edilməklə ona təyin edilmiş edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşadığı və qeydiyyatda olduğu yer üzrə yaşayış yeri üzrə Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə təhlükəsizlik texnikası ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 102 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi kod 210005 VÖEN **********, müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar