Məhkəmə qərarları › İş №1(080)-3/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-3/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-3/2024 14.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2n, onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Naxçıvan MR Ordubad rayon Dəstə kəndində anadan olmuş,natamam orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ordubad rayon Dəstə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə; xx.xx.2004-cü il tarixdə Naxçıvan MR Ordubad rayon Dəstə kəndində anadan olmuş,natamam orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ordubad rayon Düyülün kəndində qeydiyyatda olan və Ordubad Rayon Dəstə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ordubad rayon Dəstə kəndində yaşayan Təqsirləndirilən şəxs1 2023-cü ilin avqust ayının 8-i, saat 21 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə Dəstə kənd mərkəzində görüşmüş, Səidin qonşuluğunda yaşlı bir qadının yaşadığını, həmin qadının həyətyanı sahəsində yerləşən əl damında 1 ədəd böyük mis odun samovarı olduğunu, həmin samovarı oğurlayaraq satılması barədə Səiddən məlumat almış, Səidin bu fikiri ilə razılaşdığını, həmin gün qeyd edilən saatda Səidlə Firəngiz adlı şəxsin yaşadığı evin yaxınlığına getmiş, Firəngizin yaşadığı evinin işıqlarının sönülü olduğunu, Firəngizin evdə olmadığını, Səidlə birlikdə həmin evin həyətinə divardan aşaraq daxil olmuş, Firəngizin həyət qapısını bağladığını, sonra Firəngizin həyətyanı sahəsindən samovar axtarmış, Firəngizin evinə qayıtdığından xəbərdar olmaq üçün həyətyanı sahədə olan ağacın alt hissəsində Səidin durub həyət qapısına nəzarət etdiyini, həyətyanı sahədə tikilmiş əl damına qapıdan daxil olmuş, orada bir ədəd odun samovarı olduğunu, bu barədə Səidə məlumat verərək əl damına çağırmış, Səidlə birlikdə köməkli şəkildə həmin odun samovarını əl damından çıxararaq həyətin divarına yaxınlaşdırmış, samovarı divardan çölə keçirmiş, samovarı orada olan xarabalıqda gizlətmiş, sonra Səidlə məscid yanına getmiş, Təqsirləndirilən şəxs2 oradan həmkəndlisi Şahid1 mobil telefonuna zəng edərək məscidin yanına çağırmış, 15 dəqiqə keçdikdən sonra Mehrac həmin məscidin yanına gəlmiş, Mehracın nə olduğu barədə Səidə sual etdikdə, cavabında Səid babasına məxsus olan odun samovarını satmaq istədiyini, samovarın babası tərəfindən Səidə verildiyini, həmin samovarın xarabalıqda olduğunu, qeyd edilən samovarın satılması üçün Mehracdan köməklik istədiyi, Səidlə samovarı gizlətdikləri yerə yaxınlaşdırmış, sonra Mehrac avtomobillə həmin yerə gəlmiş, Səidlə həmin samovarı Mehracın avtomobilinə yükləmiş, samovar satdıqdan sonra Mehrac tərəfindən onlara məlumat veriləcəyini, daha sonra Səidlə məscid yanına getmiş, bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evlərinə getmişlər. Ertəsi gün Səidin Mehraca zəng etmiş, samovarın satıb-satmadığını soruşmuş, Mehrac samovarı sata bilmədiyini, bir neçə gün keçdikdən sonra Mehrac Səidə zəng etmiş, samovarın Mehracın istifadəsində olan qarajda olduğunu, Mehracın samovarın kimə məxsus olduğu barədə sual etdiyində Səid həmin samovarın babası tərəfindən ona verildiyini, oğurladıqları samovar barədə Mehraca hər hansı məlumat vermədiklərini, qeyd edilən samovarın Səid tərəfindən Mehracın istifadəsində olan qarajdan götürülməsini Mehracın istədiyini bildirmişdir. Bundan başqa, o, təkrar olaraq 2023-cü ilin iyun ayının 08də saat 16:40 radələrində yaşadığı Dəstə kənd ərazisini gəzərkən kəndin giriş hissəsində onlara məxsus olan otlaq sahəsindən aralıda 1 ədəd yer şumlamaq üçün nəzərdə tutulmuş üç bucaq şəkilli traktor kotanının olduğunu, həmin kotanın yer şumlamaq üçün nəzərdə tutulmuş korpuslarının üzərində olmadığını, kotanın bir hissəsinin üzərinin ottorpaqla örtüldüyünü, həmin metalın istifadəyə yararsız olduğunu düşünərək qeyd edilən metalı satmaq qərarına gəldiyini, həmin gün metal alqı-satqısı ilə məşğul olan Babək rayon Nehrəm kənd sakini Zamin adlı şəxsə zəng edərək onda satılacaq metal olması barədə ona məlumat verdiyini, 45 dəqiqə keçdikdən sonra Zamin həmin yerə gəldiyini, tapdığı həmin metalı 90 manata Zamin adlı şəxsə satmış, həmin pulu özü üçün xərcləmiş, qeyd edilən hal barədə hər hansı şəxsə məlumat vermədiyini, bir müddət keçdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus olan traktor kotanının oğurlandığı barədə məlumat almışdır. Əlavə olaraq, o, təkrarən 11 sentyabr 2023-cü tarixdə saat 17 radələrində mis əldə etmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus olan evin həyətyanı sahəsinə həmin həyətyanı sahəsinin giriş qapısının üzərindən aşaraq daxil olmuş, həmin həyətyanı sahədə yerləşən əl damına daxil olaraq mis axtarmağa başlamış, yardımçı tikilidən 2 ədəd mis materialdan hazırlanmış, 5 litrlik su tutumu olan odun samovarı olduğunu, hər iki samovarı götürərək oradan uzaqlaşmış, həmin gün yaşadığı kənddə qeyd edilən hər iki samovarı ağ rəngli, Vaz 2106 markalı avtomobillə gəzərək metal alan adını bilmədiyi şəxsə satmış, qarşılığında hər bir samovara 15 manat olmaqla ümumilikdə 30 manat pul əldə etmişdir. Bundan əlavə həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2, 08 avqust 2023-cü il tarixdə, saat 21 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə yaşadığı Dəstə kənd mərkəzinə görüşərək söhbət etmiş, söhbət zamanı qonşusu Zərərçəkmiş şəxs1 1 ədəd böyük mis odun samovarının olduğu barədə Bağırdan məlumat almış, həmin samovar barəsində əvvəlcədən məlumatının olduğunu Təqsirləndirilən şəxs1 bildirmiş, Təqsirləndirilən şəxs1la birlikdə həmin samovarı götürərək satmaları barədə razılıq əldə etmiş, daha sonra Bağırla qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına getmiş, Firəngizə məxsus olan evin işıqlarının sönülü olduğunu, bu səbəbdən Firəngizin evdə olmadığını düşünmüş, Təqsirləndirilən şəxs1la birlikdə həmin evin həyətinə divardan aşaraq daxil olmuş, Bağırın Zərərçəkmiş şəxs1 məxsus olan həyət qapısını bağladığını, Bağır daha sonra samovarı axtarmağa başlamış, Firəngizin evinə qayıtdığından xəbərdar olmaq üçün həyətyanı sahədə olan ağacın alt hissəsində durub həyət qapısını müşahidə etmiş, Təqsirləndirilən şəxs1 həyətyanı sahədə yerləşən əl damına daxil olmuş, bir neçə saniyə keçdikdən sonra orada bir ədəd odun samovarının olması barədə Bağırdan məlumat almış, sonra həmin əl damına daxil olmuş, Bağırla birlikdə odun samovarını əl damından çıxararaq həyətyanı sahənin divarına yaxınlaşdırmış, köməkli şəkildə həmin samovarı divardan çölə keçirmiş, daha sonra samovarı orada olan xarabalıqda gizlətmiş, sonra Bağırla birlikdə məscid yanına getmiş, oradan həmkəndlisi Şahid1 zəng edərək onun harada olduğu barədə soruşmuş, Mehracdan “Su səsi” istirahət mərkəzində olduğu barədə məlumat almış, Mehracı olduğu yerə dəvət etmiş, 20 dəqiqə keçdikdən sonra Mehracın onların olduqları yerə gəlmiş, hansı səbəbdən çağırıldığı barədə Mehrac sual etdikdə, Mehraca onda 1 ədəd odun samovarı olduğunu, həmin samovarın satılması üçün babası tərəfindən ona verildiyini, həmin samovarı xarabalığa qoyduğunu, samovarın satılmasında Mehracdan köməklik istədiyini, samovarın oğurluq yolu ilə əldə edilməsi barədə Mehraca hər hansı məlumat verməmiş, həmin samovarın satılaraq pulunun üçü aralığında bölünməsi ilə bağlı Mehracla razılıq əldə edilmiş, daha sonra Təqsirləndirilən şəxs1 ilə samovarı gizlətdikləri sahəyə getmiş,Şahid1 avtomobili ilə həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd edilən samovarı xarabalıqdan çıxararaq Şahid1 avtomobilinə yükləmiş, Mehracın avtomobili işə salaraq oradan uzaqlaşmış, yenidən məscid yanına yaxınlaşaraq oradan evlərinə getmiş, ertəsi gün Şahid1 zəng etmiş, qeyd edilən samovarın satıbsatmadığını soruşmuş, samovarın satılmadığı barədə Şahid1 məlumat almış, polis əməkdaşları tərəfindən tutulacağından qorxduğu üçün samovarı Şahid1 istifadəsində olan avtomobil qarajından götürə bilməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, Ordubad rayon Dəstə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşadığını, ailədə 2 bacı, 3 qardaş olduqlarını, 2020-ci tarixdən 2022-ci il tarixədək hərbi xidmətdə olduğunu, heç bir yerdə işləmədiyini, yaşadığı kənddə metal toplayıb satmaqla məşğul olduğunu, atası Sücəddin Abbasovun işləmək məqsədilə Türkiyə Respublikasına getdiyini, həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə heç bir ədavətinin olmadığını, Zərərçəkmiş şəxs1 ilə qonşu olduğunu, digər həmkənlisi Təqsirləndirilən şəxs2la dostluq münasibətində olduğunu, 2023-cü ilin avqust ayının 8-i, saat 21 radələrində dostu Səidlə Dəstə kənd mərkəzində görüşdüklərini, Səidin qonşuluğunda yaşlı bir qadının yaşadığını, həmin qadının həyətyanı sahəsində yerləşən əl damında 1 ədəd böyük mis odun samovarı olduğunu, həmin samavarı oğurlayaraq satılması barədə Səiddən məlumat aldığını, Səidin bu fikiri ilə razılaşdığını, həmin gün qeyd edilən saatda Səidlə Firəngiz adlı şəxsin yaşadığı evin yaxınlığına getdiklərini, Firəngizin yaşadığı evinin işıqlarının sönülü olduğunu, Firəngizin evdə olmadığını, Səidlə birlikdə həmin evin həyətinə divardan aşaraq daxil olduqlarını, Firəngizin həyət qapısını bağladığını, sonra Firəngizin həyətyanı sahəsindən samovar axtardığını, Firəngizin evinə qayıtdığından xəbərdar olmaq üçün həyətyanı sahədə olan ağacın alt hissəsində Səidin durub həyət qapısına nəzarət etdiyini, həyətyanı sahədə tikilmiş əl damına qapıdan daxil olduğunu, orada bir ədəd odun samovarı olduğunu, bu barədə Səidə məlumat verərək əl damına çağırdığını, Səidlə birlikdə köməkli şəkildə həmin odun samovarını əl damından çıxararaq həyətin divarına yaxınlaşdırdıqlarını, samovarı divardan çölə keçirdiklərini, samovarı orada olan xarabalıqda gizlətdiklərini, sonra Səidlə məscid yanına getdiklərini, Səyidin oradan həmkəndlisi Mehracın mobil telefonuna zəng edərək məscidin yanına çağrıldığını, 15 dəqiqə keçdikdən sonra Mehracın həmin məscidin yanına gəldiyini, Mehracın nə olduğu barədə Səidə sual etdiyini, cavabında Səid babasına məxsus olan odun samovarını satmaq istədiyini, samovarın babası tərəfindən Səidə verildiyini, həmin samovarın xarabalıqda olduğunu, qeyd edilən samovarın satılması üçün Mehracdan köməklik istədiyini, Səidlə samovarı gizlətdikləri yerə yaxınlaşdıqlarını, sonra Mehracın avtomobillə həmin yerə gəldiyini, Səidlə həmin samovarı Mehracın avtomobilə yüklədiklərini, samovar satdıqdan sonra Mehrac tərəfindən onlara məlumat veriləcəyini, daha sonra Səidlə məscid yanına getdiklərini, bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evlərinə getdiklərini, ertəsi gün Səidin Mehraca zəng etdiyini, samovarın satıb-satmadığını soruşduğunu, Mehracın samovarı sata bilmədiyini, bir neçə gün keçdikdən sonra Mehracın Səidə zəng etdiyini, samovarın Mehracın istifadəsində olan qarajda olduğunu, Mehracın samovarın kimə məxsus olduğu barədə sual etdiyində Səid həmin samovarın babası tərəfindən ona verildiyini, oğurladıqları samovar barədə Mehraca hər hansı məlumat vermədiklərini, qeyd edilən samovarın Səid tərəfindən Mehracın istifadəsində olan qaqrajdan götürülməsini Mehracın istədiyini bildirmişdir. Bundan başqa, o, təkrar olaraq 2023-cü ilin iyun ayının 08-də saat 16:40 radələrində yaşadığı Dəstə kənd ərazisini gəzərkən kəndin giriş hissəsində onlara məxsus olan otlaq sahəsindən aralıda 1 ədəd yer şumlamaq üçün nəzərdə tutulmuş üç bucaq şəkilli traktor kotanının olduğunu, həmin kotanın yer şumlamaq üçün nəzərdə tutulmuş korpuslarının üzərində olmadığını, kotanın bir hissəsinin üzərinin ot-torpaqla örtüldüyünü, həmin metalın istifadəyə yararsız olduğunu düşünərək qeyd edilən metalı satmaq qərarına gəldiyini, həmin gün metal alqı-satqısı ilə məşğul olan Babək rayon Nehrəm kənd sakini Zamin adlı şəxsə zəng edərək onda satılacaq metal olması barədə ona məlumat verdiyini, 45 dəqiqə keçdikdən sonra Zamin həmin yerə gəldiyini, tapdığı həmin metalı 90 manata Zamin adlı şəxsə satdığını, həmin pulu özü üçün xərclədiyini, qeyd edilən hal barədə hər hansı şəxsə məlumat vermədiyini, bir müddət keçdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus olan traktor kotanının oğurlandığı barədə məlumat aldığını bildirmişdir. Əlavə olaraq, o, təkrarən 11 sentyabr 2023-cü tarixdə saat 17 radələrində mis əldə etmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus olan evin həyətyanı sahəsinə həmin həyətyanı sahəsinin giriş qapısının üzərindən aşaraq daxil olduğunu, həmin həyətyanı sahədə yerləşən əl damına daxil olaraq mis axtarmağa başladığını, yardımçı tikilidən 2 ədəd mis materialdan hazırlanmış, 5 litrlik su tutumu olan odun samovarı olduğunu, hər iki samovarı götürərək oradan uzaqlaşdığını, həmin gün yaşadığı kənddə qeyd edilən hər iki samovarı ağ rəngli, Vaz 2106 markalı avtomobillə gəzərək metal alan adını bilmədiyi şəxsə satdığını, qarşılığında hər bir samovara 15 manat olmaqla ümumilikdə 30 manat pul əldə etdiyini, bu barədə hər hansı şəxsin məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, 08 avqust 2023-cü il tarixdə, saat 21 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə yaşadığı Dəstə kənd mərkəzinə görüşərək söhbət etdiklərini, söhbət zamanı qonşusu Zərərçəkmiş şəxs1 1 ədəd böyük mis odun samovarının olduğu barədə Bağırdan məlumat aldığını, həmin samovar barəsində əvvəlcədən məlumatının olduğunu Bağıra bildirdiyini, Bağırla birlikdə həmin samovarı götürərək satmaları barədə razılıq əldə etdiklərini, daha sonra Bağırla qonşuluğunda yaşayan Firəngizin yaşadığı evin yaxınlığına getdiklərini, Firəngizə məxsus olan evin işıqlarının sönülü olduğunu, bu səbəbdən Firəngizin evdə olmadığını düşündüyünü, Bağırla birlikdə həmin evin həyətinə divardan aşaraq daxil olduqlarını, Bağırın Firəngizə məxsus olan həyət qapısını bağladığını, Bağırın daha sonra samovarı axtarmağa başladığını, Firəngizin evinə qayıtdığından xəbərdar olmaq üçün həyətyanı sahədə olan ağacın alt hissəsində durub həyət qapısını müşahidə etdiyini, Bağırın həyətyanı sahədə yerləşən əl damına daxil olduğunu, bir neçə saniyə keçdikdən sonra orada bir ədəd odun samovarının olması barədə Bağırdan məlumat aldığını, sonra həmin əl damına daxil olduğunu, Bağırla birlikdə odun samovarını əl damından çıxararaq həyətyanı sahənin divarına yaxınlaşdırdıqlarını, köməkli şəkildə həmin samovarı divardan çölə keçirdiklərini, daha sonra samovarı orada olan xarabalıqda gizlətdiklərini, sonra Bağırla birlikdə məscid yanına getdiklərini, oradan həmkəndlisi Şahid1 zəng edərək onun harada olduğu barədə sual etdiyini, Mehracdan “Su səsi” istirahət mərkəzində olduğu barədə məlumat aldığını, Mehracı olduğu yerə dəvət etdiyini, 20 dəqiqə keçdikdən sonra Mehracın onların olduqları yerə gəldiyini, hansı səbəbdən çağırıldığı barədə Mehracın sual etdiyini, Mehraca onda 1 ədəd odun samovarı olduğunu, həmin samovarın satılması üçün babası tərəfindən ona verildiyini, həmin samovarı xarabalığa qoyduğunu, samovarın satılmasında Mehracdan köməklik istədiyini, samovarın oğurluq yolu ilə əldə edilməsi barədə Mehraca hər hansı məlumat vermədiyini, həmin samovarın satılaraq pulunun üçü aralığında bölünməsi ilə bağlı bağlı Mehracla razılıq əldə etdiyini, daha sonra Bağırla samovarı gizlətdikləri sahəyə getdiklərini, Mehracın avtomobili ilə həmin yerə gəldiyini, Bağırla birlikdə qeyd edilən samovarı xarabalıqdan çıxararaq Mehracın avtomobilinə yüklədiklərini, Mehracın avtomobili işə salaraq oradan uzaqlaşdığını, yenidən məscid yanına yaxınlaşaraq oradan evlərinə getdiklərini, ertəsi gün Mehraca zəng etdiyini, qeyd edilən samovarın satıb-satmadığını soruşduğunu, samovarın satılmadığı barədə Mehracdan məlumat aldığını, polis əməkdaşları tərəfindən tutulacağımdan qorxduğu üçün samovarı Mehracın istifadəsində olan avtomobil qarajından götürə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Ordubad rayon Dəstə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, yaşadığı kənddə əkin-biçinlə məşğul olduğunu, kənd təsərrüfat texnikası olan “DT 75” markalı traktorla yaz-payız aylarında yer şumlamaqla məşğul olduğunu, 2021-ci ilin qış aylarında həmin traktorun yer şumlamaq üçün nəzərdə tutulmuş kotanını yaşadığı evinin 400 metr aralıda yerləşən açıq sahədə traktordan ayıraraq yerə qoyduğunu, həmin vaxt torpağı şumlamaq üçün nəzərdə tutulmuş kotanın üzərində olan korpusları (başlıqları) digər kotanda istifadə etmək üçün qeyd edilən kotanın üzərindən açaraq götürdüyünü, xx.xx.2023-cü il tarixdə həmin sahəyə getdiyini, əvvəllər oraya qoyduğu kotanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, həmin ərazidə yaşayan şəxslərdən oğurlanmış olan kotan haqqında maraqlandığını, lakin, kotanın kim tərəfindən oğurlanmasını müəyyənləşdirə bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ona vurulmuş 160 manat maddi ziyanın ödənildiyini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayətinin və maddi tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində məhkəməyə çığırılmış lakin məhəkəmə istintaqında iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə Teleqram vaistəsi ilə müraciət etmiş, ona vurulmuş ziyanın ödənildiyini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir maddi tələbinin və mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində, Ordubad rayon Dəstə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, subay və təqaüdçü olduğunu, qeydiyyatda olduğu ünvanda tək yaşadığını, 20 il bundan öncə mərhum atası tərəfindən həmin odun samovarının alındığını, həmin samovardan toy və yas mərasimlərində məhəllə sakinlərinin istifadə etdiyini, qeyd edilən samovarı Dəstə kənd ərazisində yerləşən evinin həyətyanı sahəsində tikilmiş əl damında saxladığını, qeyd edilən samovardan gündəlik istifadə etmədiyini, 06 noyabr 2023-cü il tarixdə əl damına daxil olduğunu, odun samovarının orada olmadığını, bu barədə məhəllə sakinlərindən maraqlandığını, məhəllə sakinləri tərəfindən samovarının götürülmədiyini, həmin vaxt samovarının adını bilmədiyi şəxslər tərəfindən oğurlandığını düşündüyünü, qeyd edilən samovarın silindir formalı, 50 litr su tutumlu, istifadəyə yararlı odun samovarı olduğunu, əl damından samovardan başqa hər hansı əşyanın oğurlanmadığını bildirmiş və 1 ədəd silindir formalı, 50 litr su tutumu olan odun samovarının oğurlanmaqla ona vurulmuş 650 manat (həmin samovar aktla qaytarılmaqla) maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 o heç bir şikayət və maddi tələblərinin olmadığını, ifadəsində bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ordubad rayon Dəstə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşadığını, ailəli, bir övladı olduğunu, heç bir yerdə işləmədiyini, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə heç bir ədavətinin olmadığını, qardaşı Mustafanın və onun ailə üzvlərinin 10 il bundan öncə Bakı şəhərinə köçdüklərini, 16 noyabr 2023-cü il tarixdə Mustafanın istifadə olan mobil telefonuna zəng edərək Dəstə kəndində yerləşən həyətyanı torpaq sahəsində tikilmiş yardımçı tikilisindən 2 ədəd 5 litrlik tutumu olan odun samovarlarının olduğunu, həmin samovarların naməlum şəxslər tərəfindən oğurlandığını, polis əməkdaşları tərəfindən keçirilən baxışda onunda iştirak etməsini istədiyini, 17 noyabr 2023-cü il tarixdə saat 17 radələrində polis əməkdaşları ilə birlikdə qardaşı Mustafaya aid olan həyətyanı torpaq sahəsində tikilmiş yardımçı tikilisinə baxış keçirildiyini, yardımçı tikilinin qapısı üzərinə qıfıl asmaq üçün bərkidilmiş məftilin hər hansı üsulla açıldığını, həmin tikiliyə əvvəllər qardaşı Mustafa tərəfindən qoyulmuş iki ədəd 5 litr tutumu olan odun samovarının oradan oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Muxtar oğlu ifadəsində Babək rayon Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, ailəsini dolandırmaq məqsədilə Naxçıvan MR-nın rayon və kəndlərində alüminium, mis və dəmir metalların alqı-satqısı ilə məşğul olduğunu, Ordubad rayon Dəstə kənd sakini Təqsirləndirilən şəxs1 ilə heç bir ədavətinin olmadığını, metal alqı-satqı zamanı Ordubad rayon Dəstə kənd sakini Bağırla tanış olduğunu, Bağırdan bir neçə dəfə müxtəlif növdən olan metallar aldığını, 2023-cü ilin yay aylarında Ordubad rayon Vənənd kəndinə metal almaq məqsədilə gəldiyini, Bağırın onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək satılacaq metalı olduğunu, həmin metalı satmaq istədiyini, həmin gün saat 17 radələrində metal almaq məqsədilə Dəstə kəndinə gəldiyini, sonra Bağırın istəyi ilə Dəstə kəndində yerləşən tikinti materialları satılan mağazanın yaxınlığında yerləşən açıq sahəyə getdiklərini, orada üzəri ot və torpaqla örtülmüş 1 ədəd üçbucaq şəkilli metal olduğunu, Bağırla birlikdə həmin metalı otların arasından çıxardıqlarını, həmin metalın qarşılığında Bağıra 90 manat pul verdiyini, qeyd edilən metalı pul qarşılığında Culfa rayon Gülüstan kəndində yaşayan Xəlil adlı şəxsə satdığını, Xəlilin həmin metalı avtomobilində olan digər metallarla birlikdə yük avtomobilinə yükləyərək Bakı şəhərinə göndərdiyini, qeyd edilən metalın Bağırın atası tərəfindən həmin yerə gətirilərək atıldığı məlumatını Bağırdan aldığını, metalın oğurluq yolu ilə əldə edilməsində hər hansı məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu o, ifadəsində göstərmişdir ki, Ordubad rayon Dəstə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, ailədə 1 bacı, 1 qardaş olduqlarını, yaşadığı kənd ərazisində gündəlik işlərə getdiyini, həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs2 və onun ailə üzvlərini bir neçə dəfə idarə etdiyi avtomobili ilə lazım olan ünvanlara apardığını, 2023-cü ilin avqust ayının əvvəlləri, saat 19 radələrində əylənmək üçün “Su Səsi” ailəvi istirahət mərkəzinə getdiyini, orada bir neçə saat olduğunu, həmkəndlisi Səidin ona zəng edərək yükü olduğunu, yükünün avtomobili ilə aparıması üçün Səid tərəfindən yaşadığı kənd mərkəzində dəvət edildiyini, avtomobili ilə Səidin dediyi yerə getdiyini, orada digər həmkəndlisi Təqsirləndirilən şəxs1la Səidin onu gözlədiklərini, Səidin ona yaxınlaşdığını, Səidin babası tərəfindən satılması üçün Səidə 1 ədəd odun samovarı verdiyini, Səidin samovarın satılmasında ondan köməklik istədiyini, samovar satılarsa həmin puldan ona da veriləcəyi barədə Səiddən məlumat aldığını, Səid tərəfindən samovarın avtomobilinə yüklənərək onda saxlanılmasını, ertəsi gün qeyd edilən samovarın Səid tərəfindən götürəcəyini, Səid tərəfindən samovarın yol kənarına çıxarılacağını, yaşadığı kənd mərkəzindən 20 metr aralıda Səidlə Bağırın yol kənarına 1 ədəd samovar çıxardıqlarını, avtomobillə oraya getdiyini, samovarın kimə məxsus olduğu barədə onlara sual etdiyini, Səiddən eyni ilə həmin samovarın babası tərəfindən Səidə verildiyi cavabını aldığını, bu sözdən sonra Səidə inandığını, Səidlə Bağırın yol kənarında olan samovarı avtomobilinə yüklədiklərini, ertəsi gün istifadəsində olan avtomobil qarajından samovarın Səid tərəfindən götürüləcəyini, avtomobilini işə salaraq yaşadığı evinin yaxınlığında yerləşən qarajda saxladığını, ertəsi gün səhər saatlarında yenidən qaraja qayıtdığını, Səidə zəng edərək samovarın götürülməsini istədiyini, Səidin başqa yerdə olduğunu, Səidin samovarı onun istifadəsində olan qaraja yerləşdirilməsini istədiyini, işi bitdikdən sonra samovarın Səid tərəfindən götürüləcəyini, samovarı avtomobilinin yük yerindən götürərək qaraja qoyduğunu, bir neçə gün keçdikdən sonra yenidən Səidə zəng edərək qeyd edilən samovarın qarajdan götürülməsini istədiyini, Səiddən “narahat olma, samovar babamındır, gəlib aparacağam” cavabını aldığını, Səidin belə deməsinə inandığını, bundan sonra samovarın aparılması üçün Səidə zəng etmədiyini, 09 noyabr 2023-cü il tarixdə polis əməkdaşı kimi əvvəllər tanıdığı Tural müəllimin ona yaxınlaşdığını, Səid tərəfindən ona odun samovarı verildib-verilmədiyi barədə sual etdiyini, yuxarıda qeyd etiklərini eyni ilə Tural müəllimə danışdığını, samovarın oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatının olmadığını, samovar satıldıqdan sonra ona yol haqqı veriləcəyini, Səidlə Bağır tərəfindən samovarın oğurluq yolu ilə əldə edilməsində onda hər hansı şübhə yaranmadığını bildirmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2024-cü il tarixli 144 nömrəli ekspert rəyindən görünür ki oğurlanmış 01ədəd silindir formasında, 50 litr tutumu olan odun samovarının istifadə olunmsı nəzərə alınmaqla orta bazar qiymətinin 650 olduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin 11 dekabr 2023-cü il tarixli 1145 nömrəli ekspert rəyində görünür ki, oğurlanmiş, 01 ədəd DT 75 traktorun yer şumlamaq üçün nəzərdə tutulmuş, üzərindən korpusları (gövdəsi) açılmış kotanın (gövdəsi olmayan) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətinin təxminən 160 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 1149 nömrəli ekspert rəyindən görünür ki, oğurlanmış, 02 ədəd, hər birinin 5 litr su tutumu olan odun samovarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 220 (02 ədəd x110,00) manat müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 hərbi xidmətə münasibəti barədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə verilmiş, alınmış cavabdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2023-cü il tarixdən Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsində hərbi qeydiyyatda olduğu göstərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 hərbi xidmətə münasibəti barədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsi verilmiş, alınmış cavabdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2023-cü il tarixdən Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsində hərbi qeydiyyatda olduğu göstərilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X4 sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli 46 saylı məktubda Təqsirləndirilən şəxs2 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatdında dayanmadığı göstərilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X4 sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli 47 saylı məktubda Təqsirləndirilən şəxs1 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatdında dayanmadığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X3 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X2 daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Ordubad rayon Qeydiyyat şöbəsinnin 08 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 nikahı və övladları haqqında heç bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. İş materiallarında olan Ordubad rayon Qeydiyyat şöbəsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs2 Sücəddin oğlunun nikahı və övladları haqqında heç bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. İş materiallarında olan Ordubad rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 1- 67/2024/Q-38/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirici və mənfi cəhətdən səciyyələndirən materialın daxil olmadığı və baxılmadığı göstərilmişdir. İş materiallarında olan Ordubad rayon Məhkəməsindən sorğu əsasında daxil olmuş, 02 fevral 2024-cü il tarixli, 1-68/2024/Q-38/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində təqsirləndirici və mənfi cəhətdən səciyyələndirən materialın daxil olmadığı və baxılmadığı göstərilmişdir. İş materiallarında olan İstintaq zamanı toplanmış materialda Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin materialları üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İstintaq zamanı toplanmış materialda Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin materialları üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1144 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, 11 dekabr 2023-cü il tarixli, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1145 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir İş materiallarından görünür ki, 13 dekabr 2023-cü il tarixli, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1149 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarət altına vermək” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarət altına vermək” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 ifadələrində və Zərərçəkmiş şəxs2 isə məhkəməyə müraciətində, bildirmişlər ki, ki oğurlanmış əmlaklar qaytarılmış, onlara dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir mülki iddiaları yoxdur, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səmimi etirafları, zərərçəkmiş şəxslərin , şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, və 177.2.3 maddələri və Təqsirləndirilən şəxs2 cinayət əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, vurulmuş ziyanın tam ödənilməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddəsinin sanksiyası həddində nisbətən aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, , vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan MR ərazi hüdudlarını ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 30 (otuz) saat üçün nəzərdə tutulan 180 ( yüz səksən ) manat və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə isə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 30 (otuz) saat üçün nəzərdə tutulan 180 ( yüz səksən ) manat və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə isə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar