Məhkəmə qərarları › İş №1(080)-3/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-3/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-3/2025 14.05.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, Xüsusi ittihamçı X18 vəkil-Nümayəndə Təqsirləndirilən şəxs: X8, Müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Ordubad Rayonu Yuxarı Əylis kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış,faktiki olaraq ünvan 1 ünvanında yaşayan X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiam qaydasında şikayətə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X25 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayətində göstərmişdir ki, o, X25, 8 iyul 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmiş və həmin tarixdən vəzifələrinin icrasına başlamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 xx.xx.2024-cü il tarixdə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı hesab olunan "FACEBOOK” sosial şəbəkəsində, özünə məxsus "Beucejı Eüjiucjih” adlı səhifəsində "3 min manata alınan torpağın hasarını çəkmək üçün 12 min pul istəyirlər” başlığı ilə yerləşdirdiyi və paylaşdığı 5:46 dəqiqəlik videodakı çıxışında yalan olduğunu bilə-bilə ona böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yaymışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 xx.xx.2024-cü il tarixdə paylaşdığı 5:46 dəqiqəlik videodakı çıxışında "Adil Əliyev yığışdırın bu oyunları, yığışdırın bu dələduzluqları", "əvvəl deputat idin, Milli Məclisdə oturmuşdun maklerlər buraxmışdın ortaya, onun-bunun villasını ələ keçirdirdiz, satırdız geydirmə villaları, saldız camaatı küçələrə", "12000 manat pul təklif edirsən ki, gəl öz torpağında hasarını çəkmək üçün mənə 12000 pul ver", "digər maklerləri buraxmısan ortaya pul alırlar heç bir iş də görmürlər", "3 min manata alnan torpağın hasarını çəkmək üçün 12 min pul istəyir", "Adil Əliyevin maklerlərini, bu dələduzları yığışdırın ortalıaqdan", "bunlar harınlayıb", "üstlərində kilolarla qan var, qolları dirsəyə qədər qana batıb bunların" ifadələri işlətməklə və videoda həmin ifadələri Adil Əliyevin şəklini əks etdirməklə yaymaqla o, Adil Əliyevə, yalan olduğunu bilə-bilə böhtan məlumatları yaymışdır. Orada həmin təhqir və böhtan xarakterli video 10 nəfərin rəy bildirməsinə, 52 nəfərin videonu digər şəxslərə paylaşmalarına, 43 nəfər tərəfindən bəyənilməsinə səbəb olmuşdur (şikayət tərtib edilən tarixə). Həmin video, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 tərəfindən xx.xx.2024-cü il tarixdə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı hesab olunan "TİK-TOK” sosial şəbəkəsində, özünə məxsus "v_news” adlı səhifəsində yerləşdirilmiş və paylaşmışdır. Orada həmin təhqir və böhtan xarakterli video 488500 dəfə izlənilmişdir, video 361 nəfərin rəy bildirməsinə, 4080 nəfər tərəfindən bəyənilməsinə, 524 nəfər tərəfindən digər şəxslərə paylaşmasına səbəb olmuşdur (şikayət tərtib edilən tarixə). Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 xx.xx.2024-cü il tarixdə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı hesab olunan "FACEBOOK” sosial şəbəkəsində, özünə məxsus "Beйсeл Eйлисли” adlı səhifəsində yerləşdirdiyi və paylaşdığı 7:05 dəqiqəlik videodakı çıxışında "torpağın hasarını çəkmək üçün Adil Əliyev və onun qoçuları icazə vermirlər”, "bu adam buna 12000 manat pul tələb eləyib”, "sən deputat işləyirdin camaatın evini sökürdün başına”, "Əzizin dövründə kvadratı 50 manat idi oranın, indi sən 100 manat eləmisən”, "bu adam lotudu, deyir mən lotuyam”, "sən lotusan bəyəm” ifadələri işlətməklə və videoda həmin ifadələri Adil Əliyevin şəklini əks etdirməklə yaymaqla o, Adil Əliyevə, yalan olduğunu bilə-bilə böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yaymışdır. Orada həmin təhqir və böhtan xarakterli video 1 nəfərin rəy bildirməsinə, 20 nəfər tərəfindən bəyənilməsinə səbəb olmuşdur (şikayət tərtib edilən tarixə). Həmin video, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 tərəfindən xx.xx.2024-cü il tarixdə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı hesab olunan "TİK-TOK” sosial şəbəkəsində, özünə məxsus "vjnews” adlı səhifəsində yerləşdirilmiş və paylaşmışdır. Orada həmin təhqir və böhtan xarakterli video 11700 dəfə izlənilmişdir, video 14 nəfərin rəy bildirməsinə, 40 nəfər tərəfindən bəyənilməsinə, 62 nəfər tərəfindən digər şəxslərə paylaşmasına səbəb olmuşdur (şikayət tərtib edilən tarixə). Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 xx.xx.2024-cü il tarixdə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı hesab olunan "TİK-TOK” sosial şəbəkəsində, özünə məxsus "v_news” adlı səhifəsində yerləşdirdiyi və paylaşdığı 3:24 dəqiqəlik videodakı çıxışında "Suraxanının kəndxudası”, "12000 min verməyəcəm sənə”, "camaata hücum eleyirsiz, sənin adamların orda, maklerlərindi, avtoritetlərindi nəyindi", "orda bütün millətə qan uddurursan", "hərəni bir şərləmə adı ilə qorxudursan, qalanı da götüzdürürsən, oğurlatdırırsan”, "hardan sənə 12000 min verim Adil Əliyev" ifadələrini işlətməklə və videoda həmin ifadələri Adil Əliyevin şəklini əks etdirməklə yaymaqla o, Adil Əliyevə yalan olduğunu bilə-bilə böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yaymışdır. Orada həmin təhqir və böhtan xarakterli video 12100 dəfə izlənilmişdir, video 82 nəfərin rəy bildirməsinə, 439 nəfər tərəfindən bəyənilməsinə, 78 nəfər tərəfindən digər şəxslərə paylaşmasına səbəb olmuşdur (şikayət tərtib edilən tarixə). Barəsində xüsusi ittiham qayddsında şikayət verilən şəxs - X16 göstərilmiş hərəkətləri etməklə yalan olduğunu bilə-bilə Adil Əliyevin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1.-Cİ maddəsində müəyyən edilmiş cinayət əməlini törətmişdir. Eyni zamanda, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 göstərilmiş hərəkətləri etməklə Adil Əliyevi ağır cinayətdə ittiham etməklə böhtan atmış, yəni Adil Əliyevi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1.-ci maddəsində müəyyən edilmiş adam oğurluğu cinayətində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2.-ci maddəsində müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui istifadə cinayətində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3,-cü maddəsinndə müəyyən edilmiş külli miqdarda rüşvət alma cinayətində ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2.-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmişdir. Eyni zamanda, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X16 göstərilmiş hərəkətləri etməklə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Adil Əliyevin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X25 2005-ci ildən 20 saylı Nərimanov İİ seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi İİİ, İV, V və Vİ çağırış deputatı seçilmişdir. O, Milli Məclisin xarici ölkələrin parlamentləri ilə işçi qrupunun sədri və üzvü olub. 10 mart Gənclər və idman komitəsinin sədri seçilib. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin üzvüdür. Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Adil Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Azərbaycan Dövlət Neft X12 üzvü olub. Azərbaycan Prezidenti tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və "İgidliyə görə” medalı ilə təltif olunub. Ehtiyatda olan polkovnik hərbi rütbəsində olan Adil Əliyev, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, hazırda isə "Fəxri Prezidenti”dir. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X14 hərəkətləri ilə xüsusi ittiham qaydasında şikayət verən şəxs X21 ağır cinayətdə ittiham etməklə böhtan atmış, böhtan xarakterli, yəni heç bir fakta əsaslanmayan ifadələrlə müşayiət olunmuş məlumatları və ifadələri yaymaqla X18 şərəf və ləyaqətini alçaltmış, onun nüfuzuna xələl gətirmişdir. X25 xüsusi ittihamçı qismində tanınması, X9 təqsirləndirilən şəxs qismində AR Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyaları həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X18 vəkil-nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək X10 AR CM-nin 147.1, 147.2 və 148ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 özünü ona elan edilmiş ittihamlarda təqsirli bilərək göstərmişdir ki, özünü tam təqsirli bilərək bildirmişdir ki, o, Ordubad rayon Əylis kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə 32 ildir ki, Bakı şəhərində yaşayır. O ailəsini dolandırmaq məqsədi ilə 2016-cı ildən rəsmi şəkildə iş yeri olmasa da Bia.az sayıtında jurnalistika ilə məşğul olur. Keçən il avqust ayı 2 sot torpaq ona təklif etdilər və həmin torpaq sahəsini 3000 manata almış, həmin torpaq sahəsini hasara almaq istəmiş və torpaq sahəsini hasara almaq üçün isə ondan 12000 manat pul istəmişdilər. İmran adlı şəxslə danışaraq Adil müəllimlə əlaqə yaratmaq üçün nömrəsini almış, Adil müəllimə zəng etmiş, amma Adil müəllim zəngini açmamış və onu bloka atmışdır. O sosial şəbəkələrdə videolar paylaşır, onun başqa yerdən gəliri yoxdur. Paylaşdığı videolarda Adil müəllimin üzərinə şər və böhtan atmamış, təhqir edici ifadələr işlətməmişdir. Ondan Adil müəllim özü birbaşa pul istəməyib, ama pulu istəyənlər Adil müəllim adamlarıdır. Pul vermədikdə nə hasar tikməyə, nə də ki ev tikməyə icazə vermirlər, pulu verdikdən sonra isə hər şeyə icazə verilir. X29 xüsusi adamları toplayıb, aparıb ona verdiklərini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq onun jurnalistika sahəsində təhsili olmadığını, rəsmi şəkildə, əmək müqaviləsi ilə heç bir yerdə işləmədiyini, Adil Əliyevə pul vermədiyini, Adil Əliyevə pul verməyi ilə bağlı hər hansı sübutu olmadığını, Adil Əliyev onu bağışlaması üçün əlaqə yaratmaq üçün hərəkətlər etdiyini, lakin Adil Əliyevlə görüşə bilmədiyini, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş DVD-R sidisində olan video görüntüdən görünür ki, həqiqətən də X17 xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilmiş FACEBOOK” sosial şəbəkəsində, özünə məxsus "Beйсeл Eйлисли” adlı səhifəsində, TİK-TOK” sosial şəbəkəsində, özünə məxsus "v_news” adlı səhifəsində, "FACEBOOK” sosial şəbəkəsində, özünə məxsus "Beucejı Eüjiucjih” adlı səhifəsində xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd olunan şikayət təstiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-4/246/2025 saylı rəydən görünür ki, xüsusi ittiham qaydasında şikayət materiallarına əlavə edilmiş X1 çıxışlarda X8 X22 qarşı səsləndirdiyi ifadələrində” xüsusi ittihamçı X19 şəxsiyyətini mənfi qiymətləndirən ətrafdakıların yanında nüfuzdan salan məlumatlar mövcuddur, X18 işgüzar nüfuzuna xələl gətirən ifadələr və məlumatlar vardır, caamatı aldadır, evlərini başına tökürdü”, “sənin vicdanın necə qəbul edir?’, “niyə o günə qoyduz?”, “camaatın pulunu ver”, “icra hakimi işləyirsən, camaata meydan oxuyursan’, “yığışdır bu oyunları”, “yığışdır bu dələduzluqlan”, “saiırdız camaatı küçələrə”, “nə vaxta qədər malımıza, mülkümüzə, cibimizə girəcəklər?”, “saxtakar məmurlar”, “milyarder olmaq istəyirsən”, -“lotuluq edir”, “saxtakar məmurlar”, “dələduzluq edir”, “ləkə vurur” -xüsusi ittihamçı X18 şərəf və ləyaqətini alçaldan ifadələrdir, kəskin xarakterli sözlər-“lotu”, “dələduz”, “saxtakar” təhqiredici xarakterə malikdirlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi öz təsdiqini tapmaqla, onun əməlində Cinayət Məcəlləsinin 147.1, 147.2 və148-ci maddələrinin tərkibinin olması sübuta yetirilmişdir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayişetdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində,təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tik-Tok sosial şəbəkəsinə aid çıxarışlardan görünür ki, X16 adlı istifadəçi özünə məxsus "v_news” adlı səhifəsində xx.xx.2024-cü il tarixdə etdiyi paylaşımda “ "3 min manata alınan torpağın hasarını çəkmək üçün 12 min pul istəyirlər” başlığı ilə yerləşdirdiyi və paylaşdığı, "FACEBOOK” sosial şəbəkəsində, xx.xx.2024-cü il tarixdə etdiyi paylaşımda özünə məxsus "Beucejı Eüjiucjih” adlı səhifəsində buradan Azərbaycan Respublikasının Prezdenti X24 kömək istəyirik kimi fikirləri yaymışdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər "İnsan Hüquqlarının və X13 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eyni ilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir. Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir. Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs X11 tərəfindən xüsusi ittihamçı barəsində böhtan xarakterli söz və ifadələr, habelə zərərçəkmiş şəxsin külli miqdarda dövlət əmlakını mənimsəmə barədə ifadələri sosial şəbəkədə yaymışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini yaradır. Bundan əlavə məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da sosial şəbəkə hesabında X16 öz düşüncəsinə görə fikirləri, ehtimalları olub-olmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatlar yayılmışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X18 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, pedoqoji fəaliyyətlə məşğul olan şəxs kimi onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də yuxarıda göstərilən qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X18 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X8 onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, V.Qasımovun hərəkətlərinə haqq qazandırıla bilmir və onun bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Məhkəmə qeyd edir ki, X3 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir, vətəndaşların "İnsan Hüquqlarının və X13 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X18 öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X8 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X16 yuxarıda qeyd edilən kütləvi çıxışında və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən məlumatları, ifadələri işlədərək xüsusi ittihamçı X18 cəmiyyət qarşısında, yalan olduğunu bilə-bilə böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yaymışdır.Şikayət verən şəxs X21 ağır cinayətdə ittiham etməklə böhtan atmış, böhtan xarakterli, yəni heç bir fakta əsaslanmayan ifadələrlə müşayiət olunmuş məlumatları və ifadələri yaymaqla X18 şərəf və ləyaqətini alçaltmış, onun nüfuzuna xələl gətirmişdir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin sosial şəbəkə hesabında səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olmamışdır. Yəni, təqsirləndirilən şəxs X16 facebook və TikTok sosial şəbəkəsində xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxslərin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. X2 həmin söz və ifadələrlə onların aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, A.Əliyevin cəmiyyətdə tutduğu mövqelərini ləkələmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X16 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr kütləvi çıxşında yaymışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsi zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə göstərilən Tik-Tok və facebook sosial şəbəkəsindəki hesab və profilin ona məxsus olmamasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, iş üzrə xüsusi ittihamçı tərəfindən təqdim edilmiş Tik-Tok və facebook sosial şəbəkə hesabından çıxarışlar, DVD-R sididə olan vidyoları, ərizə və şikayətləri, habelə xüsusi ittihamçının vəkili-nümayəndəsinin ifadəsini hazırkı iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X16 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1; 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxs X15 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X15 CM-nin 147 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yarada bilər. CM-nin 52-1-ci maddəsinə əsasən X8 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı X8 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət X8 yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X8 CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X16 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzasına, CM-nin 147.2-ci maddəsi ilə 01 il (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 148- ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsində əsasən X15 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2000 (iki min) manat cərimə cəzası və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı X8 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X8 yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X8 hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. X7 200 (iki yüz) manat məbləğində məhkəmə linqivistik ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına köçürülsün. Hökm elan olunduğu vaxtdan, 20 (iyirmi) gün müddətinə Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökm apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar