Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-4/2024 24.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay (iki uşaq atası), əvvəllər məhkum olunmamış, Azərbaycanm Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdə Ordubad rayon Məhkəməsinin 4(080)-1/2024 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yaşayış evinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2024-cü il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs yaşadığı evində olmamasından istifadə edərək onun evinə qanunsuz daxil olmaqla orada olan şkafın içərisində yerləşən silindir formalı metal qabın içərisindən 580 manat pulu gizli yolla talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ifadəsində ünvan 7 qeydiyyatda olduğunu, atası, Mircəmil Məmmədovun 2010-cu il tarixdə, anası X7 isə 2023-cü il tarixdə vəfat etdiyini, ailədə 1 bacı, 1 qardaş olduqlarını, 2009-cu il tarixdə Ordubad rayon Dırnıs kənd sakini X8 ilə həyatı qurduğunu, həmin evlilikdən 2 övladı olduğunu, oğlu Amin Məmmədovun Vİİİ, qızı Əminənin isə İV sinifdə oxuduğunu, 2019-cu il tarixdə məhkəmənin qərarı ilə Sürəyya Quliyeva ilə boşandıqlarını, heç bir yerdə işləmədiyini, Ordubad şəhər sakini Zərərçəkmiş şəxs şəhər sakini kimi tanıdığını, əvvəllər Zərərçəkmiş şəxslə qonşu olduğunu, daha sonra Zərərçəkmiş şəxs şəhərin başqa ünvanında yaşadığını, 2 il bundan öncə Zərərçəkmiş şəxs tərəfindən onun yaşadığı evə qonaq kimi dəvət edildiyini, Zərərçəkmiş şəxs Ordubad şəhər bazarında ticarətlə məşğul olduğunu, 10 yanvar 2024-cü il tarixdə saat 14 radələrində spirtli içki qəbul etmək üçün Zərərçəkmiş şəxs evinə getdiyini, onu səslədiyini, lakin, Zərərçəkmiş şəxs evdə olmadığını, evin giriş qapısının tutacağından tutub aşağı endirdikdə qapının açıq olduğunu, ilk öncə qapıdan mətbəxə, daha sonra isə yataq otağına daxil olduğunu, onun evində pul olduğunu düşünərək evi axtarmağa başladığını, otağın divarının içərisində yığılmış 2 tağlı taxta qapılı rəfə yaxınlaşaraq açdığını, orada silindir formasında olan metal materialdan hazırlanmış bir qabın olduğunu, həmin qabın içərisinə baxdıqda orada 1 ədəd 50 manatlıq pul əsginası və çox sayda 50 qəpiklik metal pulların olduğunu, başqa şəxslər şübhələnməsin deyə qeyd edilən pulları özünə məxsus olan qara rəngli papağının içərisinə yerləşdirdiyini, həmin vaxt metal qabın içərisində 507 ədəd 50 qəpik, 1 ədəd 50 manatlıq kağız pul olmaqla ümumilikdə 303 manat 50 qəpik pul olduğunu, bundan başqa Zərərçəkmiş şəxs məxsus evdən hər hansı əşya oğurlamadığını, Zərərçəkmiş şəxs evindən qeyd edilən pulları oğurlayarkən hər hansı şəxsin ona köməklik etdmədiyini, sonra Culfa rayonu ərazisində yerləşən “Daş Arxı” adlanan kafeyə gedərək 10 manat dəyərində spirtli içki qəbul etdiyini, adı çəkilən kafeyə oğuqluq yolu ilə əldə etdiyi puldan 20 ədəd 50 qəpiklik metal pul verdiyini, daha sonra qalıq olan metal pulların bir hissəsini Culfa şəhərində yerləşən Rəşad adlı şəxsin əczaxanasında 100 ədəd 50 qəpiklik metal pul verərək qarşılığında 50 manat pul əsginası aldığını, digər pulları isə Naxçıvan şəhəri ərazisində yerləşən xatırlamadığı kafedə xərcləmişdir.Oğurluqda ona kömək edən olmamışdır, o, bu oğurluğu tək törətmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyəcəyinə söz verib onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşadığını, evli olduğunu, 1 qız övladının olduğunu, 4 il bundan öncə həyat yoldaşından ayrılaraq tək yaşadığını, Ordubad şəhər bazarında xırdavat əşyalar satmaqla məşğul olduğunu, Ordubad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, əvvəllər onun qonşuluğunda yaşadığını, 4 il bundan öncə əldə etdiyi 50 qəpiklik metal pulları yaşadığı evdə metal materialdan hazırlanmış, 3 litr tutumu olan silindir formalı qabda toplamağa başladığını, həmin metal pulları 2-3 aydan bir saydığını, sonuncu dəfə 2023-cü ilin dekabr ayının sonlarıda həmin metal qabda olan qəpikləri sayarkən orada 1060 ədəd 50 qəpik metal pul və 1 ədəd 50 manatlıq kağız pul olmaqla ümumilikdə 580 manat pul olduğunu, həmin pulları yataq otağında olan divarda yığılmış şkafda saxladığını, 12 yanvar 2024-cü il tarixdə səhər saatlarında pulların olduğu qaba baxdıqda qeyd edilən pulların oradan oğurlandığını, topladığı həmin pullar barədə hər hansı şəxsin məlumatının olmadığını, onun evindən başqa heç nə oğurlanmadığını, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödədiyini, onunla barışıq əldə etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbi olmadığını bildrimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Culfa rayon Yaycı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, ailədə 1 bacı, 1 qardaş olduqlarını, Culfa rayon Yaycı kəndi ərazisində yerləşən Daş Arxı adlı kafedə işlədiyini, Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, əvvəllər onu tanımadığını, 10 yanvar 2024-cü il tarixdə saat 14 radələrində yuxarıda qeyd edilən kafedə olarkən tanımadığı kişi cinsindən olan, hündürboy bir nəfər şəxsin kafeyə daxil olaraq spirtli içki olan pivə istədiyini, həmin şəxsin otağa keçərək orada 5 bakal spitli içki olan pivə içdiyini, həmin şəxsin özünü Ordubad şəhər sakini Rövşən adlı şəxs kimi tanıtdığını, Rövşən adlı şəxsin içdiyi pivələrin hesabını ondan soruşduğunu, 9 manatlıq hesabın Rövşən adlı şəxs tərəfindən 18 ədəd 50 qəpiklik metal pul verilərək ödəndiyini, daha sonra Rövşən adlı şəxsin oradan getdiyini, bir neçə gün keçdikdən sonra polis əməkdaşlarının qeyd edilən hal barədə ondan maraqlandıqlarını, Rövşəndən aldığı metal pulların oğurluq yolu ilə əldə edilməsi məlumatını həmin polis əməkdaşlarından aldığını bildrimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, ailədə 2 qardaş olduqlarını, evli, 3 övladının olduğunu, Culfa şəhəri ərazisində yerləşən əczaxanada əczaçı kimi işlədiyini, Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, onu əvvəllər tanımadığını, 2024-cü ilin yanvar ayının 10-u saat 14:30 radələrində yuxarıda qeyd edilən əczaxanaya kişi cinsindən olan hündürboy bir nəfər şəxsin daxil olduğunu, həmin şəxsdə 50 qəpiklik metal pulların olduğunu, həmin metal pulları kağız pulla əvəz etmək istədiyini, adını bilmədiyi həmin şəxsdən 100 ədəd 50 qəpiklik metal pul aldığını, qarşılığında 50 manatlıq pul əsginasını həmin şəxsə verdiyini, bir neçə gün keçdikdən sonra polis əməkdaşlarının ondan bu hal barədə maraqlandıqlarını, yuxarıda qeyd edilən hal barədə polis əməkdaşlarına məlumat verdiyini, qeyd edilən metal pulların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 12 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 4 fərdi yaşayış evində baş vermişdir. İş materiallarında olan Ordubad rayon Məhkəməsindən sorğu əsasında daxil olmuş, 02 fevral 2024-cü il tarixli, 1-67/2024/Q-38/2024 nömrəli məktubda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib Ordubad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(080)-73/2023 saylı qərarı ilə 300 manat məbləğində cərimə edildiyi, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyindən Ordubad rayon Məhkəməsinin 4(080)-1/2024 saylı qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X2 daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı göstərilmişdir. İş materiallarında olan Ordubad rayon Qeydiyyat şöbəsindən daxil olmuş 05 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə X8 ilə nikahının pozulması, xx.xx.2010-cu il təvəllüdlü Amin Məmmədli adlı oğlunun və xx.xx.2013-cü il təvəllüdlü Əminə Məmmədli adlı qızının olduğu göstərilmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X4 sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli 177 saylı məktubda Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi davranış pozuntusu, asılılıq sindiromu” diaqnozu ilə və xx.xx.2023-cü il tarixdən narkomaniyaya görə profilaktiki qeydiyyatda dayandığı göstərilmişdir. İş materiallarında olan Ordubad şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-25-1/2-9/2024 nömrəli məktubu ilə təqdim edilmiş 194 və 195 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda durur. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, Y.Budaqov adına Naxçıvan MR X3 73 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs hazırda öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olduğu anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmadığı və onun hərəkətlərini Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, Y.Budaqov adına Naxçıvan MR X3 73/1 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmədiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyi, onun məcburi müalicəyə ehtiyacının oilmadığı, xx.xx.2023-cü il tarixdə dispanserə sidik narkotest vasitəsilə yoxlanılması və nəticədə THC-nin müsbət olduğu göstərilmişdir. İş materiallarında olan Ordubad rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 4(080)-1/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma protokolundan, xx.xx.2024-cü il tarixli qərardan, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Ordubad Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə baxışı təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 24 yanvar 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) ay müddət nəzərə alınmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 8 (səkkiz) ay çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Naxçıvan şəhər Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın 01 bir gününə, 02 gün hesabı ilə hesablanır. Ona görə Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) ay müddət nəzərə alınmaqla,ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 8 (səkkiz) ay çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-4/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-4/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver