Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 1(080)-4/2025 03.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ordubad rayon Nüsnüs kəndində anadan olmuş Azərbaycan Respublikası vətandaşı, Azərbaycanlı, orta təhsilli,işsiz, subay, 2 uşaq anası əvvəllər məhkum olunmamış,Ordubad rayon Nüsnüs kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Quliyev X2 rayon Nüsnüs kəndində yerləşən evində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəmnində sözlü mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qoltuqaltı nahiyəsindən, sol bazuda və qarnından bıçaqla vuraraq sonuncunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Ordubad rayon Nüsnüs kəndində yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində sözlü mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döyərək fiziki ağrılar yetirmiş, həmin vaxt Gülnarə Vahidin sol qoltuqaltı, sol bazu və qarın nahiyələrindən bıçaqla vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında ərizə verərək hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol üzrə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında Ordubad rayon Polis Şöbəsinin UQSİQ-dan daxil olmuş tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı göstərilmişdir. Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2025-ci il tarixli 25 nömrəli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd edilən dispаnsеrdə psixi xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. İş üzrə təyin olunan məhkəmə-tibb ekspertizasının 01 yanvar 2025-ci il tarixli, 01 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obiyektv əlamətlərinin olmadığı göstərilmişdir. İş üzrə təyin olunan məhkəmə-tibb ekspertizasının 01 yanvar 2025-ci il tarixli 02 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər, sol qoltuqaltı nahiyədə, sol bazuda və qarnında yaralar, deşici-kəsici alətin təsirindən törənmişlər, eləcə də bıçaq təsirindən törənmələri istisna olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ordubad rayon Nüsnüs kənd İƏD-dən daxil olmuş arayışlarda Təqsirləndirilən şəxs Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla yaşadığı, həyat yoldaşı Zərərçəkmiş şəxs və Şahid adlı ailə tərkibinin olduğu göstərilmişdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Ordubad rayon Qeydiyyat şöbəsindən alınmış məktubda Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X3 (atalığı müəyyən etməklə), xx.xx.2006-cı il təvəllüdlü Şahid (atalığı müəyyən etməklə) övladlarının olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Ordubad rayon Məhkəməsindən daxil olmuş №5-89/1- 26/2025 nömrəli məktubda xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Ordubad rayon Məhkəməsində hər hansı təqsirləndirici və ya sair cəhərdən səciyyələndirən məlumat daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin materiallarında həmin epizod üzrə cinayət işinin başlanması rədd edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.639.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Əsgərova X1 şəhər Vəkil Bürosunun vəkili, fərdi fəaliyyət göstərən vəkil, Müdafiəçi ilə hüquqlarının müdafiəsi üçün xx.xx.2025-ci il tarixdə müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus uzunqol köynək və mayka hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan və cinayət törədilməsində istifadə edilmiş bir ədəd bıçaq Qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus uzunqol köynək və mayka qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və cinayət törədilməsində istifadə edilmiş bir ədəd bıçaq Qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılsın. Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-4/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №1(080)-4/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver