Məhkəmə qərarları › İş №1(080)-5/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-5/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-5/2023 04.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X12 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1989-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, 4 uşaq atası, fərdi təsərrüfatla məşğul olan, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 177.2.1, 177.2.2 177.2.3-cü maddələri ittiham elan olunmuş, 09 mart 2023-cü il cinayət işi üzrə barəsində məhkəmə tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3, və 177.2.1, 177.2.2,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etmişdir. Belə ki, göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 1 yanvar 2023-cü il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 ailə üzvlərinin evdə olmamasından istifadə edərək ona məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən evin həyətinə qanunsuz daxil olub, yaşayış evinin zirzəmisinin qapısını metal alətlə qıraraq zirzəmiyə daxil olmuş və oradan 180 manat dəyərində 1 ədəd 40 litrlik tutumu olan qapaqlı mis qazan, bir ədədi 50 manata olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd 40 litrlik tutumu olan qapaqlı alüminium qazan, 25 manat dəyərində 1 ədəd “Bocsh” markalı orta ölçülü elektrik dreli və 5 manat dəyərində 6 metr uzunluğunda alüminium elektrik kabeli, sonra evin otağının qapısını qıraraq, evin çardaq hissəsinə qalxmış və oradan 160 manat dəyərində 1 ədəd 6.5 kiloqramlıq mis məcməyi, 70 manat dəyərində 1 ədəd 2 kiloqramlıq mis məcməyi və 25 manat dəyərində 1 ədəd 500 qramlıq mis kasanı gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 565 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən həmkəndlisi X9 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə 7 fevral 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən yaşayış evinin zirzəmisinin qapısının qıfılını metal alətlə sındıraraq qanunsuz olaraq oraya daxil olmuş, zirzəmidən ümumilikdə 160 manat dəyərində 5 litrlik tutumu olan 2 ədəd odun samovarı, 160 manat dəyərində 1 ədəd 6 kiloqramlıq mis məcməyini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən həmkəndlisi X9 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə 7 fevral 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən yaşayış evinin zirzəmisinin pəncərə şüşəsini çıxarmaqla oraya qanunsuz daxil olmuş, lakin zirzəmidən mis və alüminium məmulatları olmamış, yəni öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən həmkəndlisi X9 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə 7 fevral 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən yaşayış evinin zirzəmisinin qapısını zor tətbiq etməklə sındırmış, zirzəmiyə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 140 manat dəyərində 1 ədəd 5 litrlik və 1 ədəd 3 litrlik tutumu olan odun samovarlarını, 160 manat dəyərində 1 ədəd 6 kiloqramlıq mis məcməyini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə evində ərzaq olmadığından oğurluq etmək qərarına gəlmiş, həmkəndlisi Zərərçəkmiş şəxs1 Cəfər oğlunun Bakı şəhərinə getdiyini bilmiş, mis və alüminium əşyaları oğurlayıb satmaq qərarına gəlmiş, 01 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Rzanın həyətyanı torpaq sahəsinə çəpərdən daxil olmuş, həyətdə və evdə hər hansı işığın yanmadığını görmüş, ilk öncə Rzanın zirzəmisinə yaxınlaşmış, zirzəminin qapısı üzərində qıfılı yol kənarından tapdığı dəmir armaturla açmış, zirzəmdən 1 ədəd 40 litrlik qapaqlı mis qazanı, 2 ədəd 40 litrlik qapaqlı alüminium qazanı, 1 ədəd elektriklə işləyən “Bosch” markalı orta ölçülü direlini və 6 metr alüminium kabeli götürmüş, yenidən mis axtarmaq məqsədi ilə evin yan tərəfinə yaxınlaşmış, aynəbəndin şüşəsini çıxarmaqla oraya daxil olmuş, oradan mis tapa bilməmiş, əvvəllər Rzanın evində fəhlə işlədiyi üçün dam örtüyünə çıxmaq üçün evin içində pillələrin olduğunu bilmiş, aynabənddən otağa daxil olmaq üçün bağlı qapını zor tətbiq etməklə açmış, dam örtüyünə qalxmış, oradan 1 ədəd 6,5 kq-lıq mis məcməyini, 1 ədəd 2 kq-lıq mis məcməyini və 1 ədəd 500 qramlıq mis kasanı götürmüş, həmin əşyalarla birlikdə zirzəmidən götürdüyü digər əşyaları da evinə yaxın bir yerdə gizlətmişdir. 02 yanvar 2023-cü il tarixdə həmin məmulatların çox hissəsini həmkəndlisi Əli adlı şəxsin avtomobili ilə Ordubad şəhər sakini Qulam adlı şəxsə satmış və qarşılığında 120 manat almış, həmin pulla evə ərzaq almış, Zərərçəkmiş şəxs1 dam örtüyünün altından götürdüyü 1 ədəd 6 kiloqramlıq mis məcməyini, 1 ədəd 2 kiloqramlıq məcməyini və 1 ədəd 500 qramlıq kasanı həyətyanı sahəsinə gizlətmişdir. Bundan başqa 07 fevral 2023-cü il tarixdə həmkəndlisi X9 ilə görüşmüş, o, Naxçıvan şəhərindən metal almaq üçün yük avtomobili gələcəyini, özündə olan metalları həmin avtomobilə yükləyəcəyini, bu iş üçün ondan kömək istədiyini, nömrəsini xatırlamadığı ”Qazel” markalı bir yük avtomobili gəldiyini, Röyala aid olan ümumi çəkisi 600 kq metalı və 5 kq alüminiumu həmin avtomobilə yüklədiklərini, qarşılığında Röyalın 130 manat aldığını, həmin gün saat 13 radələrində Röyalla Ordubad rayon Dizə kəndində yerləşən “Su səsi” restoranına gedərək spirtli içkilər qəbul etdiklərini, daha sonra yaşadıqları Dırnıs kəndinə qayıtdıqlarını, orada əlavə olaraq spirtli içki olan pivə içdiklərini, evlərinə gedərkən Mehriban adlı şəxsin evinin yaxınlığında keçdiklərini, Mehribanın Baki şəhərində olmsı barədə Röyalın məlumatı olduğunu, onun zirzəmisindən mis götürməyi təklif etdiyini, Röyalın təklifi ilə razılaşdığını, saat 19 radələrində Röyalla birlikdə setqadan keçməklə Mehribanın həyətinə daxil olduqlarını, onun həyətindən metal parçası tapdıqlarını, Röyalın həmin parça ilə zirzəminin qapısı üzərində olan qıfılı açdığını, zirzəmiyə daxil olduqlarını, oradan 2 ədəd 5 litrlik odun samovarını və 1 ədəd 6 kiloqramlıq mis məcməyini götürdüklərini, daha sonra həmin həyətə parelel olan Əhmədova (Cəfərova) Mahirə Cəbrayıl qızının həyətinə daxil olduqlarını, zirzəminin qapısı üzərində qıfıl olduğunu, zirzəminin pəncərəsi üzərində olan şüşəsini çıxardığını, oradan içəri daxil olduqlarını, zirzəmidən digər zirzəmiyə açılan qapı üzərində olan qıfılı zor tətbiq etmə üsuli ilə açdıqlarını, oradan mis tapa bilmədiklərini, hər hansı əşya götürmədiklərini, Mehribanın zirzəmisindən götürdükləri məmulatları Röyalın evinin arxasına yığdıqlarını, yenidən oğurluq etmək qərarına gəldiklərini, Röyalın “arxamca gəl, bir ev qalıbdır” dediyini, kimin evi olduğunu soruşduğunu, Röyalın arxasınca getdiyini, Zərərçəkmiş şəxs4 evinə yaxınlaşdıqlarını, “mən qorxuram bizi tutacaqlar” dediyini, cavabında “ev sahibi Bakı şəhərindən gələnə qədər iki ay keçəcək” ifadəsini Röyaldan eşitdiyini, bu sözdən sonra onunla razılaşdığını, Səlimə məxsus evin zirzəmisinə yaxınlaşaraq zirzəminin qapısını hər ikisi tərəfindən əl və çiyin vasitəsi ilə zor tətbiq etmə yolu ilə açdıqlarını, həmin zirzəmidən digər iki zirzəmiyə açılan qapını eyni üsulla açdıqlarını, oradan 1 ədəd 5 litrlik odun samovarını, 1 ədəd 3 litirlik odun samovarını və 1 ədəd 6 kiloqramlıq mis məcmeyini götürdüklərini, həmin əşyaları Röyalın evinin arxasına apardıqlarını, saat 23 radələrində evlərinə getdiklərini, ertəsi gün Röyalla görüşdüyünü, Röyal oğurluq edərkən telefonunu itirdiyini, həmin gecə telefonunu axtardığını və tapa bilmədiyini, getdikləri yerlərdən ona məxsus olan telefonu axtarmasını istədiyini, onun yaxın günlərdə Türkiyə Respublikasına işləməyə gedəcəyini bildirmişdir. O, 09 fevral 2023-cü il tarixdə Röyalla oğurluq yolu ilə əldə etdiyi 3 ədəd 5 litrlik odun samovarını, 1 ədəd 3 litirlik odun samovarını və 2 ədəd ümumi çəkisi 12 kq olan mis məcməyini həmkəndlisi Ramazanın avtomobilinə yükləmiş, Rzanın dam örtüyündən götürdüyü 1 ədəd 500 qramlıq mis kasanı və 1 ədəd 2 kiloqramlıq mis məcməyini və əzdiyi 6,5 kq-lıq mis məcməyini avtomobilə yükləyərək Ramazanla birlikdə Culfa rayonunun Gülüstan kəndinə aparmış, orada metal alan Xəlil adlı şəxslə görüşərək satılacaq metal və samovar olduğunu bildirmiş, Röyalla birlikdə oğurluq yolu ilə əldə etdikləri məmulatların qarşılığında Xəlil adlı şəxsdən 235 manat aldığını, Rza adlı şəxsin dam örtüyündən oğurluq yolu ilə əldə etdiyi məmulatların qarşılığında isə 85 manat əldə etdiyini bildirmiş, 235 manatdan 20 manat yol pulu vermiş, qalıq olan 215 manatı yarı-yarıya bölmüşlər, o, 2 gün keçdikdən sonra Mehriban və Mahirənin həyətlərinə yenidən daxil olaraq Röyalın telefonunu axtarmış, Lakin Röyalın telefonunu tapa bilməmiş, sonra Röyal whatsap proqram vasitəsi ilə zəng etmiş, Türkiyədə olduğunu bildirmiş, telefonunun tapıb-tapmadığımı soruşmuş, o, Röyalın telefonunu tapa bilmədiyini bildirmiş, Röyal onu işləmək məqsədilə Tükiyəyə dəvət etmişdir. Röyal ilə birlikdə qeyd etdiyi şəxslərdən başqa heç kəsin evindən və ya zirzəmisindən oğurluq etmədiyini, sonuncu dəfə 23 fevral 2023-cü il tarixdə Röyalın işlətdiyi Türk nömrəsinin whatsap proqramı vasitəsilə əlaqə saxladığını bildirmişdir.Artıq etdiyi əməldən peşman olduğunun, Zərərçəkmiş şəxslərlə barışdığnı, 4 qız övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər, eyni zamanda mülki iddiaçıların ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Daha sonra zərərçəkmiş şəxslər, eyni zamanda mülki iddiaçılar məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs şikayətlərinin olmadıqlarını bildirmişlər. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə müalicə almaq üçün həyat yoldaşı Xatirə Hüseynova ilə birlikdə Bakı şəhərində yaşayan övladı Yusifin evinə getdiklərini, 23 fevral 2023-cü il tarixdə onunla birlikdə yaşadığı Dırnıs kəndində qayıtdıqlarını, həyətə daxil olduqlarını, həyəti gəzərkən zirzəmi qapısının qarşısında qış azuqəsi olaraq saxladığı quru lobyaların yerə töküldüyünü, zirzəminin açarını götürmək oraya yaxınlaşdığını, zirzəmi qapısının çərçivədən qırılaraq aralandığını, zirzəmiyə daxil olduğunu, oradan 1 ədəd 40 litrlik tutumu olan qapaqlı mis qazanın, iki ədəd 40 litrlik tutumu olan qapaqlı alüminium qazanın, bir ədəd “Bosch” markalı orta ölçülü elektrik drelinin və 6 metrə yaxın alüminium elektrik naqilinin oğurlandığını, həmin əşyalaradan sonuncu dəfə yay aylarında istifadə etdiyini, qeyd olunan əşyaların oğurlandığını gördükdən sonra yenidən evə daxil olduğunu, oğurlanmış əşyalar barədə həyat yoldaşına məlumat verdiyini, Xatirənin Bakı şəhərinə gedərkən həmin əşyaları zirzəmidə gördüyünü, həyət yoldaşı ilə evin digər otaqlarını gəzərək nəzarət etdiklərini, aynabəndə açılan qapının zor tətbiq etmə üsulu ilə açıldığını, aynabəndin qapısı üzərində olan üç gözdən ibarət şüşənin birinin qırıldığını, aynabəndin şüşəsinin qırıldığını, dəhlizdən dam örtüyünə qalxmaq üçün bağlanmış pillərin önündə olan taxta materialdan hazırlanmış qapının açıq olduğunu, daha sonra polis əməkdaşlarına məlumat verdiyini, bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları həmin yerə gəldiyini, onların iştirakı ilə dam örtüyünə baxdıqlarını, oradan 1 ədəd 6.5 kiloqramlıq mis məcməyinin, 1 ədəd 2 kiloqramlıq mis məcməyinin və 1 ədəd 500 qramlıq mis kasanın naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını, 1 neçə gün keçdikdən sonra həmin əşyaların həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumat aldığını bildirmişdir. Bakı şəhərinə gedərkən evlərini heç kimə tapşırmadığını, həmin əşyaların oğurlanması ilə bağlı ona 500 manat maddi ziyan dəydiyini, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını, evindən əlavə olaraq hər hansı əşya götürülmədiyini, Təqsirləndirilən şəxs öhdəliyində 4 az yaşlı qız övladı olduğunu, pula ehtiyacı olduğu üçün oğurluq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə tək olduğu üçün Bakı şəhərində yaşayan övladlarının yanına getdiyini, 17 fevral 2023-cü il tarixdə qaynı Nəcəfin ona zəng edərək zirzəmi qapısı üzərində olan qıflın açıq olduğunu, Nəcəfdən zirzəmidə olan əşyaların oğurlanıb-oğurlanmadığını soruşduğunu, bir neçə gün keçdikdən sonra Dırnıs kəndinə gəldiyini, zirzəminin qapısına bağlanmış qıfıl üzərində zor tətbiq etmə izlərinin olduğunu, zirzəmiyə daxil olduğunu, hər hansı əşyanın yerinin dəyişilmədiyini, bir gün keçdikdən sonra yenidən zirzəmiyə daxil olduğunu, əvvəlİər şfanerin üzərinə qoyduğu iki ədəd 5 litrlik odun samovarının, digər şfanerin üzerindən isə bir ədəd 6 kiloqramlıq mis məcməyinin oğurlandığını, həyətyanı sahəsində olan digər yardımçı otaqlardan samovar və macməyini axtardığını, lakin tapa bilmədiyini, qeyd etdiyi əşyalar oğurlanmaqla 500 manat maddi ziyan vurulduğunu, bir gün keçdikdən sonra həyətlərinə gələn suyu kəsmək üçün qonşuluqda yerləşən Mahirə adlı şəxsin həyatinə getdiyini, Mahirənin Bakı şəhərində yaşadığını, onun həyətindən 1 ədəd ”Samsung Galaxy J4+” markalı smartfon telefon tapdığını, həmin telefonu kəndin icra nümayəndəsinin müavini Cabir müəllimə verdiyini, orada olan icra nümayəndəsi Asəf müəllimin həmin telefonun Röyala məxsus olduğunu, bir neçə saat keçdikdən sonra polis əməkdaşı kimi tanıdığı Tural müəllimlə Cabirin Mahirənin həyətinə gəldiyini, ona məxsus zirzəmidən və ya başqa sahədən əlavə olaraq hər hansı başqa əşya oğurlanmadığını, Təqsirləndirilən şəxs vurulmuş ziyanla bağlı heç bir tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə həyat yoldaşı Yazgülün səhhətində nasazlıq yarandığı üçün Bakı şəhərinə getdiklərini, 25 fevral 2023-cü il tarixdə onunla birlikdə yaşadığı Dırnıs kəndinə gəldiklərini, evinin birinci mərtəbəsində yerləşən zirzəmi qapısının açıq olduğunu, zirzəmi qapısının zorla açıldığını, zirzəmidən digər zirzəmiyə açılan qapının üzərində olan qıfılın zor tətbiq etməklə qapının açıldığını, zirzəminin sol tərəfində yerləşən digər zirzəminin qapısı üzərində olan qıfılın eyni üsülla açıldığı, həmin zirzəmidən 2 odun samovarının orada olmadığını, zirzəmidə samovarları axtaran zaman əlavə olaraq 1 ədəd 6 kiloqramlıq mis məcməyinin yox olduğunu, həmin əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bakı şəhərinə gedərkən evini başqa şəxslərə tapşırmadığını, Polis şöbəsinə müraciətindən sonra kənd camaatından həmkəndliləri Təqsirləndirilən şəxsla və Röyal Qulamovun bir neçə şəxsin zirzəmisindən mis və alüminium əşyalarını oğurlayaraq satdıqlarını, həmin əşyaların oğurlanması ilə bağlı ona 400 manat maddi ziyan dəydiyini lakin Təqsirləndirilən şəxs vurulmuş ziyanla bağlı heç bir tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 28 iyul 2023-cü il tarixdə məhkəməyə ünvanlandığı teleqramda göstərmişdir ki, o, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İptidai istintaq dövründə verdiyi ifadəsini müdafiə edir.Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, 1989-cu il tarixdən ailəsi ilə Bakı şəhərində yaşadığını, sonuncu dəfə 2022-ci il tarixdə anasının ölümü ilə bağlı ildönümünə gəlmişdir. O, evində törədlilmiş hadisə ilə bağlı məlumatı 23 fevral 2023-cü ilin tarixdə həyat yoldaşı Şəfidən aldığını, onun icra nümayəndəsinin müavini Cabir adlı şəxslə danışdığını, Cabirin evə baxmaq üçün açarların kimdə olduğunu, həmin kənddə yaşayan bacısı Səltənətə zəng vuraraq bu barədə məlumat verdiyini, daha sonra polis və digər şəxslərlə birlikdə bacısının evə baxdığını, birinci mərtəbədə yerləşən zirzəminin pəncərəsi üzərində olan şüşənin çıxarıldığını, digər zirzəmi qapısının üzərində olan qıfılın qırıldığını, zirzəmidən hansı əşyaların oğurlandığını, Bakı şəhərində olarkən evinin zirzəmisinə qanunsuz daxil olan şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs və X5 olduğu barədə məlumat aldığını, evinə baxmaq üçün Bakı şəhərindən gəldiyini, evimin birinci mərtəbəsində yerləşən zirzəminin pəncərəsi üzərində olan şüşənin çıxarılaraq yerə atıldığını, digər zirzəmi qapısının üzərində olan qıfılın qırılaraq qapının açıldığını, lakin zirzəmilərdən hər hansı əşya götürülmədiyini, bacısı Səltənətin ərizə ilə polisə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şəhərlərarası sərnişin daşımaqla məşğuldur, həmkəndliləri Təqsirləndirilən şəxs və X9 ilə heç bir ədavəti yoxdur. Onların Dırnıs kənd sakinləri Səlim Cəfərov, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zirzəmilərinə daxil olaraq oğurluq etmələri barədə məlumatı digər həmkəndlilərindən aldığını, fevral ayının sonlarında tanımadığı bir polis əməkdaşının istifadəsində olan 060 *** ** ** nömrəli mobil telefonuna zəng edərək 07 fevral 2023-cü il tarixdə, saat 10:29 radələrində 060 ***-**-** nömrəli abonentlə telefon əlaqəsi yaradıb-yaratmadığı barədə suallar verdiyini, polis əməkdaşına qeyd edilən tarixdə 060 ***-**-** nömrəli telefon vasitəsi ilə Röyal Qulamovla əlaqə yaratdığını, həmin nömrənin onun istifadəsində olduğunu, Röyalın yeni doğulmuş uşağı üçün yemək almaq məqsədi ilə ona zəng vurduğunu bildirmişdir. O, əvvəllərdə 060 ***-**- ** nömrəli telefon vasitəsi ilə X9 ilə əlaqə yaratdığını, onun yeni doğulmuş uşağı üçün lazım olan qidaları aldığını, qeyd edilən telefon nömrəsinin Röyalın istifadəsində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, yaşadığı kənddə taxta emalı sexində sahibkarlıqla məşğul olduğunu, X9 və Təqsirləndirilən şəxs ilə həmkəndli olduğunu, Röyalın fəaliyyət göstərdiyi sexin qonşuluğunda yaşadığını, Röyalla Elvinin kənd ərazisində fəhləlik etdiklərini, Elvini sakit təbiətli olduğunu, onun tez-tez spirtli içki qəbul etdiyini, Röyalın arasıra Türkiyə Respublikasına işləməyə getdiyini bildirmişdir. O, 05 fevral 2023-cü il tarixdə saat 08:40 dəqiqədə Röyalın istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə yaratdıqlarını, sexinə adam girdiyi barədə Röyaldan məlumat aldığını, həmin nömrənin həmkəndlisi Röyala aid olduğunu, 2023-cü ilin mart ayının əvvəllərində həmkəndliləri Elvinlə və Röyalın birlikdə Dırnıs kənd sakinləri Səlimin, Mehribanın və Mahirənin zirzəmilərinə qanunsuz daxil olaraq oradan samovar və məcmeyi oğurladıqları barədə məlumat aldığını, Röyalın Türkiyə Respublikasına getdiyini, əvvəllər də Röyalla ***-***-**-** mobil telefon nömrə vasitəsi ilə əlaqə yaratdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla ailə üzvlər ilə birlikdə həmin kənddə yaşayır.Dırnıs kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs və X9 ilə heç bir ədavəti olmadığını, X14 kənd sakinləri Səlim Cəfərov, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zirzəmilərinə daxil olaraq oradan oğurluq etmələri barədə məlumatı digər həmkəndlilərimdən aldığını, 2023cü ilin fevral ayının sonlarında Ordubad rayon Polis Şöbəsinin əvvəllər tanımadığı əməkdaşı tərəfindən istifadəsində olan 060 ***-**-** nömrəli mobil telefonuna zəng gəldiyini, 07 fevral 2023-cü il tarixdə, saat 08:59 və 10:33 radələrində 060 ***-**-** nömrəli abonentlə telefon əlaqəsi yaradıb-yaratmadığı barədə suallar verildiyini, özünə məxsus olan 060 ***-**-** nömrəli telefonumla Röyal Qulamovun istifadəsində olan 060 ***-**-** nömrəli telefon vasitəsi ilə əlaqə yaratdığını, 07 fevral 2023-cü il tarixdə saat 08:59 dəqiqədə Röyalın istifadəsində olan 060 ***-**-** nömrə ilə əlaqə yaratdıqlarını, həmi vaxt ona məxsus olan voleybol setqasının Röyal tərəfindən gətirdiyini, bir neçə dəqiqə keçdikdən sonra Röyalın istifadəsində olan 060 ***-**-** nömrəli telefonuna yenidən zəng edərək harada olduğu barədə sual verdiyini, daha sona Röyala əvvəllər verdiyi voleybol setqasını Dırnıs kənd tam orta məktəbinin qarşısına gətirdiyini, Röyalla Elvinin oğurluq etmələri barədə məlumatı digər həmkəndlilərindən aldığını, Qulamov Röyalın işləmək məqsədilə Türkiyə Respublikasına getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, həmin evlilikdən 4 qız övladı doğulduğunu, qızlarının azyaşlı olduğunu, əvvəllər Bakı şəhərində yaşadıqlarını, Elvinin orada dəmir zavodunda işlədiyini, 2022-ci ilin yay aylarında Dırnıs kəndinə qayıtdıqlarını, Elvinin gündəlik fəhləlik işi ilə məşğul olduğunu, həmin kənddə yerləşən evlərinin yarımtikili olduğundan atasının evində yaşadıqlarını, Elvinin zəhmətkeş ailə başçısı olduğunu, uşaqlarına baxmaq üçün halal zəhmətilə hər zaman fəhləlik etdiyini, 07 mart 2023-cü il tarixdə səhər saatlarında Ramiz adlı şəxsin taxta sexinə işləmək üçün getdiyini, axşam saatlarında onunla danışdığını, kəndlərində baş vermiş oğurluq hadisəsi ilə bağlı onun polis şöbəsində çağrıldığını, ertəsi gün həmkəndlilərindən Elvinlə Röyalın mis və alüminium məmulatlarını oğurluq yolu ilə etmələri barədə məlumat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Ordubad rayon Dırnıs kənd sakini X9 ilə ailə həyatı qurduğunu, evliliklərindən bir oğlan övladı doğulduğunu, Röyalın qonşu kəndlərdə ustalıq fəaliyyəti ilə məşğul olduğunu, onun işləmək məqsədi ilə hərdən bir Türkiyə Respublikasına gedib-gəldiyini, sonuncu dəfə Novruz bayramı münasibəti ilə 20 yanvar 2023-cü il tarixdə kəndə gəldiyini, 13 fevral 2023-cü il tarixdə müdiri tərəfindən işə çağrıldığı üçün Türkiyə Respublikasına getdiyini bildirmişdir. O, 2023-cü ilin mart ayının əvvəllərində Röyalla Elvinin oğurluq etməsi barədə məlumatı Zərərçəkmiş şəxs2 aldığını, Mehribana məxsus olan 2 ədəd odun samovarı və 1 ədəd mis məcməyinin Röyalla Elvin tərəfindən oğurluq yolu ilə götürdüklərini, Röyalın işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyi barədə Mehribana məlumat verdiyini, qeyd edilən oğurluq barədə heç bir məlumatı olmadığını, həmin gün həyat yoldaşı Röyalla telefon əlaqəsi yaradaraq bu barədə ona məlumat verdiyini, Röyalın oğurluq hadisəsi barədə heç bir məlumatı olmadığını, Mehribana məxsus evin zirzəmisinə girmədiyini, oradan hər hansı əşya götürmədiyini, Röyalın istifadəsində olan ***-***-**-** mobil nömrənin onun adıma rəsmiləşdirildiyini, həmin mobil nömrənin1 il bundan öncə alındığını, Röyalın Türkiyə Respublikasına getməzdən 3-4 gün öncə Dırnıs kəndində futbol oynayarkən “Samsung J4+” markalı mobil telefonunu itirdiyini, həmin telefonun Zərərçəkmiş şəxs3 həyətində tapılması barədə heç bir məlumatı olmadığını, Röyalın telefonunu itirdikdən sonra qar yağdığı üçün telefonunu tapa bilmədiyini, Röyalın dəmir alqı-satqısı ilə məşğul olduğu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 17 radələrində bacısı Zərərçəkmiş şəxs3 ona zəng vuraraq Dırnıs kəndində yerləşən evlərinə oğru girdiyini, onun evinə getdiyini, bacısının Bakı şəhərində yaşadığını, kənd icra nümayəndəsinin müavini Cabir müəllimin, Ordubad rayon Polis Şöbəsinin əməkdaşı Tural müəllimin, Mehriban və digər polis əməkdaşlarının iştirakı ilə bacısına məxsus evin zirzəmisinə baxdıqlarını , zirzəminin pəncərəsi üzərində olan şüşənin çıxarılaraq zirzəmi qapısının qırıldığını, orada olan sandığın qıfılının qırıldığını, hər hansı əşyanın götürülüb-götürülmədiyi barədə məlumatı olmadığını, Mehribanın həmin həyətindən bir ədəd mobil telefon tapdığını, həmin telefonu polis əməkdaşlarına təhvil verildiyini, bu barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini, Zərərçəkmiş şəxs3 Bakı şəhərindən gəldiyini, zirzəmisindən hər hansı əşya oğurlanmadığını, Elvinlə Röyalın birlikdə bir neçə evə oğurluğa girib mis məcmeyi və samovar oğurlayaraq satmaları barədə məlumat aldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Culfa rayon Gülüstan kəndində qeydiyyatda olmaqla orada yaşadığını, fermer təsərrüfatı ilə məşğul olmaqla metal alıb-satmaqla məşğul olduğunu, 2023-cü ilin yanvar ayının sonları tanımadığı bir nəfər şəxsin onun mobil telefonuna zəng vuraraq metal almağı ilə maraqlandığını, onun hansı növ metalı neçəyə aldığını, həmin şəxsə misin kiloqramını 10 manata, latunun kiloqramını isə 5 manata aldığını, həmin şəxsdə metal olduğunu, satmaq istədiyini, metalların satılması üçün razılıq əldə etdiyini, 09 fevral 2023-cü il tarixdə tanımadığı iki şəxsin ağ rəngli, Vaz 2107 markalı avtomobillə Culfa rayonunun Gülüstan kəndində yerləşən fermasına gəldiyini, həmin avtomobillə 3-4 kisə metal gətirdiklərini, metalları tərəzidə çəkərkən sürücünün avtomobilə yaxınlaşdığını, həmin şəxsin adının Elvin olduğunu, gətirilən mis və latun metalların qarşılığında Elvinə 240 manat pul verdiyini, daha sonra həmin şəxslərin oradan getdiklərini, 2023-cü ilin fevral ayının sonları Ordubad rayon polis şöbəsinin əməkdaşlarının və Elvin adlı şəxsin iş yerinə gəldiklkərini, polis əməkdaşları tərəfindən 09 fevral 2023-cü il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs aldığı metalların oğurluq yolu ilə əldə edilməsi barədə məlumat aldığını, Elvindən aldığı mis və latun metalların bir qismini satdığını, həmin əşyalardan bir ədəd 500 qramlıq mis kasanın və bir ədəd 2 kiloqramlıq mis məcməyinin onda qalığını, həmin əşyaları polis əməkdaşlarına təqdim etdiyini, X7 tanımadığını, əvvəllər xatırlamadığı zamanda bir dəfə Təqsirləndirilən şəxs metal aldığını, metal alarkən metalların oğurluq olub-olmaması barədə suallar verdiyini, həmin metalların Elvinə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşadığını, ailəsini dolandırmaq üçün metal alıb-satmaqla məşğul olduğunu, 02 yanvar 2023-cü il tarixdə tanımadığı iki şəxsin həyətinə gəldiyini, adını bilmədiyi şəxsdə satılacaq mis və alüminium metal olduğunu, mis və alüminium metallarını ayrı-ayrı ağ rəngli kisələrə yığdığını, həmin şəxslərdən birinin həyətdən çölə çıxdığını, həmin şəxsə kim olduğu, metalları haradan gətirdiyi barədə suallar verdiyini, həmin şəxsin Dırnıs kənd sakini olduğunu, 2 ədəd əzilmiş alüminium qazanın, 1 ədəd əzilmiş mis qazanın və bükülmüş vəziyyətdə olan alüminium məftili tərəzidə çəkdiyini, qarşılığında ona 120 manat pul verdiyini, əvvəllər Təqsirləndirilən şəxs metal almadığını, mis və alüminium metalını alarkən həmin metalların oğurluq yolu ilə əldə edilməsi barədə hər hansı sübhə yaranmadığını bildirmişdir. İş materiallarında olan- Baxış keçirilməsi barədə 15 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Ordubad rayon Dırnıs kəndində Zərərçəkmiş şəxs1 evində, Zərərçəkmiş şəxs2 evinin zirzəmisində, Zərərçəkmiş şəxs4 evinin zirzəmisində, Zərərçəkmiş şəxs3 evinin zirzəmisində baş vermişdir. 28 fevral 2023-cü il tarixdə Culfa rayon Gülüstan kənd sakini Şahid8 maddi sübut qismində götürülmüş, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə edərək satdığı bir ədəd 2 kiloqramlıq mis məcməyi və bir ədəd 500 qramlıq mis kasanın fotoşəkilləri çəkilərək tanınmaya təqdim etmə ilə əlaqədar olaraq eyni növdən olan məcməyilərin və kasaların fotoşəkilləri düzülüb şərti nömrələnməklə tanımaq üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş, o, təqdim edilən 6 ədəd fotoşəkildən 1 (bir) ədəd mis məcməyini və 1 (bir) ədəd mis kasanı nəzərdən keçirib 2 və 6 rəqəmi ilə şərti nömrələnmiş mis məcməyinin və mis kasanın foto şəkillərini göstərərək həmin foto şəkillərdə olan mis məcməyinin və mis kasanın mərhum atası Yusif tərəfindən əvvəllər alındığını, dəfələrlə həmin əşyalardan istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Yusig oğlunun Dırnıs kəndində yerləşən evinə baxış keçirilərkən yaşayış evinin qapısı üzərindən 3 ədəd əl-barmaq izi aşkar edilərək prosessual qaydada götürülərək Təqsirləndirilən şəxs əl-barmaq izləri ilə eyniləşdirmək üçün Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 3-13-43/2-788/2023 saylı məktubu ilə müqayisəli tədqiqat nəticəsində yuxarıda qeyd olunan əl-barmaq izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sol əlin adsız barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Digər eynilik aşkar olunmamışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli, 231 nömrəli ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilən əşyaların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 560 manat müəyyən olunması, həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmiş, satıldığı üçün hazırda ortada olmayan 1 ədəd 40 litrlik tutumu olan qapaqlı mis qazanın orta bazar qiyməti 180 manat dəyərində, 2 ədəd 40 litrlik tutumu olan qapaqlı alüminium qazanın ümumilikdə qiyməti 100 manat dəyərində, 1 ədəd “Bocsh” markalı orta ölçülü elektrik drelinin qiyməti 25 manat dəyərində, 1 ədəd 6.5 kiloqramlıq mis məcməyinin qiməti 160 manat dəyərində olduğu gösətilmiş, təqdim edilən 1 ədəd 2 kiloqramlıq mis məcməyinin 70 manat dəyərində, 1 ədəd 500 qramlıq mis kasanın və 25 manat dəyərində olduğu müəyyən edilmişdir. Hazırda ortada olmayan 6 metr uzunluqlu alüminium kabelin dəyəri müəyyən edilmədiyindən zərəçəkmiş Zərərçəkmiş şəxs1 həmin kabelin 5 manat dəyərində olduğunu qeyd etmişdir. Ümumilikdə zərərçəkmiş şəxsə 565 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləği məhkəməəmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli, 232 nömrəli ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilən əşyaların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 320 manat müəyyən olunması, həmin əşyaların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmiş, satıldığı üçün hazırda ortada olmayan 2 ədəd 5 litrlik tutumu olan odun samovarının hər birinin qiyməti 80 manat olmaqla ümumi dəyəri 160 manat, 1 ədəd 6 kiloqramlıq mis məcməyinin qiməti 160 manat dəyərində olduğu gösətilməklə zərərçəkmiş şəxsə ümumilikdə 320 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4na dəymiş maddi ziyanın məbləği məhkəməəmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli, 232 nömrəli ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilən əşyaların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 300 manat müəyyən olunması, həmin əşyaların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmiş, satıldığı üçün hazırda ortada olmayan 1 ədəd 5 litrlik tutumu olan odun samovarının qiyməti 80 manat, 1 ədəd 3 litrlik tutumu olan odun samovarının qiyməti 60 manat, 1 ədəd 6 kiloqramlıq mis məcməyinin qiməti 160 manat dəyərində olduğu gösətilməklə zərərçəkmiş şəxsə ümumilikdə 300 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəmə-psixatrik еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 95 №-li rəyi ilə Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olduğu, anlaqlılığı istisna etməyən hər hansı bir psixi pozuntunun aşkar edilmədiyi, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşən xəstəliyinin olmadığı müəyyən edilmişdir Y.Budaqov adına Naxçıvan MR X6 ambulator məhkəmə-narkoloji еkspеrtizasının xx.xx.2023-cü il tаrixli 96 №-li rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən əziyyət çəkmədiyi müəyyən edilmişdir Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertinin 15 may 2023-cü il tarixli 484 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafına görə hadisə zamanı və hazırda etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Onun əsas fərdi-psixi xüsusiyyətləri rəyin tədqiqi hissəsində açıqlanmışdır.Kazım Yusifov fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. 10 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-X1 tələbnaməsində əsasən Təqsirləndirilən şəxs məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin materiallarından X5 törətdiyi oğurluq cinayəti faktına tam, obyektiv və aydın hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* cinayət işindən qeyd olunan fakt üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. xx.xx.2023-cü il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Zərərçəkmiş şəxs3 həyətindən tapılmış “Samsung Galaxy J4+” markalı telefon ayrılan cinayət işinə əlavə edilmişdir. Zərər çəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri yoxdur. Cinayət işinin materiallarında olan Ordubad rayon Dırnıs kənd İƏDÜN-si tərəfindən verilmiş arayışdan görünür ki, Qafarov X10 rayonu Dırnıs kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahələrinə qanunsuz daxil olmaqla özgələrin əmlakını talayaraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, eyni zamanda mülki iddiaçının ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 4 azyaşlı övladlarının olması, ilk məhkumluğunu, zərərçəkmiş şəxslərin dəymiş ziyanla bağlı şikayətlərinin olmaması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi və 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlandığı 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı və onun üzərinə Naxçıvan Muxtar Respublikası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Ordubad Rayon Məhkəməsində saxlanılan 1 ədəd çəkisi 2 kq olan mis məcmeyi və 1 ədəd çəkisi 500 qr olan mis kasa hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə Zərərçəkmiş şəxs1 təhvil verilməlidir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 565 manat maddi ziyan, Zərərçəkmiş şəxs2 dəymiş 320 manat maddi ziyan və Zərərçəkmiş şəxs4 dəymiş 300 manat miqdarında maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququları izah olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə vəkil M.Seyidova dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlandığı 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət faktiki yaşadığı və qeydiyyatda olduğu yer üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Ordubad Rayon Məhkəməsində saxlanılan 1 ədəd çəkisi 2 kq olan mis məcmeyi və 1 ədəd çəkisi 500 qr olan mis kasa hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə Zərərçəkmiş şəxs1 təhvil verilsin. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 565 manat maddi ziyan, Zərərçəkmiş şəxs2 dəymiş 320 manat maddi ziyan və Zərərçəkmiş şəxs4 dəymiş 300 manat miqdarında maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququları izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar