Məhkəmə qərarları › İş №1(080)-5/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №1(080)-5/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 1(080)-5/2025 11.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ordubad rayon Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz,əvvəllər məhkum olunmuş, Ordubad rayon Vənənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində rayonun Vənənd kəndi ərazisində yerləşən “Su Səsi” adlanan restoranın qarşısında yaşıl rəngli VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin dayandığını görmüş, həmin vaxt o, avtomobilə yaxınlaşaraq avtomobilin salonuna nəzər salmış, qeyd olunan avtomobilin işə salmaq üçün açarlarının üzərində olduğunu görmüş, o, Zərərçəkmiş şəxs hər hansı razılıq almadan qeyd edilən avtomobili işə salmış və talama məqsədi olmadan həmin avtomobili qaçıraraq idarə etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş zərər tam olaraq ödənilmişdir və odur ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur və ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, özünü ittiham üzrə təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı ödədiyini bildirdi və barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Ordubad Rayon Polis Şöbəsinin Uçot qeydiyyat və statistika işləri qurupunun təqdim olunmuş 18 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73-1.1-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 185.1 ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 305 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Məcəlləsinin, 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi özünə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolun köçürüldüyü CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar