Məhkəmə qərarları › İş №1(080)-6/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-6/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-6/2024 01.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X10 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,2 uşaq atası işsiz, məhkumluğu olmayan, Azərbaycanm Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş, xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 11 fevral 2024-cü il tarixdə Ordubad şəhər sakini Zərərçəkmiş şəxs1 evinə qanunsuz daxil olunaraq oradan 1 ədəd “Sharp” markalı, 106 sm ekran ölçülü plazma televizorun, 1 ədəd “HiLook” markalı yaddaş qurğusunun, 1 ədəd “HiLook” markalı nəzarət kamerasının, 2 ədəd “Multistar” markalı nəzarət kamerasının, 2 ədəd 20 litrlik tutumu olan alüminium qazanın, 1 ədəd 15 litr tutumu olan mis qazanın, 1 ədəd 5 litr tutumu olan mis odun samovarının, 2 ədəd qadın qızıl üzüyünün və 1 ədəd tək taylı qızıl sırğanın oğurlanması, bundan başqa 08 fevral 2024-cü il tarixdə X4 Ordubad şəhər Mingis küçəsində yerləşən evinə qanunsuz daxil olunaraq oradan 1 ədəd “LG” markalı, 106 sm ekran ölçülü plazma televizorun və 1 ədəd “Technosat” markalı DVD qurğusunun oğurlayaraq oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş, ifadəsində 2012-ci il tarixdə Ordubad rayon Nüsnüs kənd sakini X14 ilə ailə həyatı qurduğunu, həmin evlilikdən iki övladının olduğunu, heç bir yerdə işləmədiyini, ailəsini dolandırmaq üçün gündəlik işlərə getdiyini, atası Murad Musayevin 1992-ci il tarixdə Ordubad rayon ərazisində yerləşən “Xor-xat” adlanan yüksəklikdə ermənilərlə vuruşaraq şəhid olduğunu, təsərrüfatında xırdabuynuzlu heyvanların olduğunu, 11 fevral 2024-cü il tarixdə səhər saatlarında mərhum atasına məxsus olan və Ordubad şəhəri, Əvəz Sadiq küçəsində yerləşən həyatyanı sahələrinə gedərək orada olan dovşanlara yem verdiyini, həmin gün saat 18 radələrində yenidən həmin küçəyə getdiyini, əvəllər Ordubad şəhər sakini kimi tanıdığı Fatimə adlı şəxsin Bakı şəhərində olduğunu, onun evindən oğurluq etmək qərarına gəldiyini, qeyd edilən evin həyətinə hasardan daxil olduğunu, ilk olaraq həmin evin balkonuna daxil olduğunu, sonra həmin evin giriş qapısı üzərində olan asma qıfılı zor tətbiq etmə yolu ilə açdığını, Fatiməyə məxsus olan evə daxil olduğunu, dəhlizin sol hissəsində taxta materialdan hazırlanmış masanın üzərində olan televizoru götürərək yerə qoyduğunu, dəhlizin sağ tərəfində yerləşən yataq otağına daxil olaraq orada olan metal seyfin qapısı üzərində olan zamoku çəkic vasitəsilə sındırdığını, seyfin içərisində parçaya bükülmüş 2 ədəd qadın qızıl üzüyünü və 1 ədəd tək taylı qızıl sırğanı götürərək cibinə qoyduğunu, “Sharp” markalı televizoru, həmin evin digər yataq otağında olan divara yığılmış taxta materialdan hazırlanmış şkafdan 2 ədəd 20 litr tutumu olan alüminium qazanı, 1 ədəd 15 litr tutumu olan mis qazanı, 1 ədəd 5 litr su tutumu olan mis odun samovarını, dəhlizdə yerləşən taxta masanın alt hissəsinə bərkidilmiş “HiLook” markalı nəzarət kameralarının yaddaş qurğusunu, həmin evin önündə olan taxta dirəklərə bərkidilmiş 1 ədəd “HiLook” markalı və 2 ədəd “Multistar” markalı nəzarət kameralarını sökərək oğurladığını, adları qeyd edilən əşyaları iki dəfəyə olmaqla yuxarıda qeyd etdiyi mərhum atasına məxsus olan və Ordubad şəhəri, Əvəz Sadiq küçəsində yerləşən evlərinə yığıdığını, ertəsi gün Fatimənin evindən oğurladığı qızıl-zinət əşyalarını Culfa şəhərində yerləşən qızıl mağazasında İlyas adlı şəxsə 680 manat qarşılığında satdığını, həmin pulu ailəsinin etiyacları üçün xərclədiyini, qeyd edilən qızılların ailə üzvlərinə məxsus olması barədə İlyasa məlumat verdiyini, bundan başqa Ordubad şəhəri ərazisində yerləşən Mingis adlanan məhəllədə xırdabuynuzlu heyvanlarını otararkən orada tanımadığı bir evdə yaşayış olmadığını gördüyünü, qeyd edilən evdən oğurluq etmək qərarına gəldiyini, həmin evin Bakı şəhərində yaşayan Səmayə adlı bir xanıma məxsus olduğunu, 08 fevral 2024-cü il tarixdə saat 18 radələrində Səmayənin həyətinə hasardan daxil olduğunu, daha sonra onun evinin giriş qapısına yaxınlaşaraq əli ilə qapını içəri istiqamətdə itələdiyini, qapının üzərində olan zamoku zor tətbiq etmə yolu ilə açaraq evə daxil olduğunu, həmin evin balkonundan 1 ədəd “LG” markalı televizor və onun yanında yerləşən “Technosat t-888 plus” markalı qurğunu oğurlayaraq oradan uzaqlaşdığını, oğurladığı məişət əşyalarını yuxarıda qeyd edilən ata evində saxladığını, 17 fevral 2024-cü il tarixdə Ordubad rayon Polis Şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq qeyd edilən hallar barədə sual etdiklərini, yuxarıda qeyd etdiklərini eyni ilə onlara danışdığını, Ordubad şəhər sakinləri Zərərçəkmiş şəxs1 və X9 ilə hər hansı ədavətinin olmadığını, həmin şəxslərin evindən qeyd edilən əşyalardan başqa hər hansı əşya oğurlamadığını, qeyd edilən oğurluq əməllərini törətdiyi barədə hər hansı şəxsə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəyərək onlarla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X7, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində 1973-cü il tarixdə Ordubad rayon Kotam kənd sakini X16 ilə ailə həyatı qurduğunu, həmin evlilikdən 3 övladı olduğunu, həyat yoldaşı İdris Cəfərovun 2006-cı il tarixdə vəfat etdiyini, 2002-ci il tarixdən övladları ilə birlikdə Bakı şəhərində yaşadığını, Bakı şəhərinə gedərkən Ordubad şəhər Mingis küçəsində yerləşən evinin nəzarətini rayonun Azadkənd sakini Rövşən Abbasova həvalə etdiyini, hərdən-bir Rövşənlə telefon əlaqəsi yaradaraq qeyd edilən evi barədə maraqlandığını, hər il yay aylarında Bakı şəhərindən ailə üzvləri ilə birlikdə qeyd edilən evinə gəldiklərini, 16 fevral 2024-cü il tarixdə Şahid1 onun istifadəsində olan mobil telefona zəng edərək qeyd edilən ünvanda yerləşən evinə naməlum şəxslərin qanunsuz daxil olaraq oradan 1 ədəd LG markalı, 106 diaqonallı plazma televizorun və 1 ədəd Technosat markalı qurğunun oğurlandığı barədə məlumat verdiyini, Rövşəndən bu barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsini istədiyini, bir neçə gün keçdikdən sonra Rövşənlə yenidən telefon əlaqəsi yaratdıqda qeyd edilən əşyaların Ordubad şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı barədə məlumat aldığını, evində hər hansı qızıl-zinət və ya pul əsginasının olmadığını, adı çəkilən əşyalardan başqa evindən hər hansı əşyanın oğurlanmadığını, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. 10 iyun 2024-cü il tarixdə keçrilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ünvan 2 ünvanında yaşadığını, 2005-ci il tarixdə həyat yoldaşı X2 vəfat etdiyini, evdə tək yaşadığını, 03 dekabr 2023-cu il tarixdə qış mövsümü ilə bağlı Bakı şəhərində yaşayan xalaqızısının evinə qonaq getdiyini, mövsümlə əlaqədar olaraq 2 aya yaxın onlarda qaldığını, 11 fevral 2024-cü il tarixdə Bakı şəhərindən Ordubad şəhərinə geri qayıtdığını, yaşadığı evə daxil olmaq istədikdə ilk öncə evin giriş hissəsinə əvvəllər quraşdırdığı 3 ədəd nəzarət kamerasının sökülərək oğurlandığını, daha sonra evinin giriş qapısı üzərinə asaraq bağladığı asma qıfılın açıq olduğunu, evə daxil olarkən evdən 1 ədəd “Sharp” markalı, 106 sm diaqonallı televizorun, həmin televizora quraşdırılmış 1 ədəd “Hilook” markalı yaddaş qurğusunun, 1 ədəd 5 litr su tutumu olan mis odun samovarının, dəhlizin sağ tərəfində yerləşən yataq otağında olan metal seyfin kilidinin qırılaraq oradan 1 ədəd tək tay qızıl sırğasının və 2 ədəd qızıl üzüyünün, daha sonra yataq otağının divarında olan şkafdan 2 ədəd 20 litr su tutumu olan alüminium qazanın, dəhlizin sol tərəfində olan yataq otağından 1 ədəd 15 litr su tutumu olan mis qazanın oğurlandığını, bu barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini, bir neçə gün keçdikdən sonra yuxarıda qeyd edilən əşyaların Ordubad şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı barədə məlumatını həmin polis şöbəsinin əməkdaşlarından aldığını, oğurlamış əşyaların ona qaytarıldığını və qızıl əşyalarının oğurlanması nəticəsində ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Ordubad rayon Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşadığını, X4 bacısı Minurə Abdullayeva ilə əvvəllər bir yerdə işlədiyini, Səmayə Abdullayeva ilə ailəvi münasibətlərinin olduğunu, Səmayə Abdullayevanın işi ilə əlaqədar Bakı şəhərinə gedərkən Ordubad şəhərində yerləşən evinin nəzarətini ona həvalə etdiyini, qeyd edilən evə nəzarət etmək üçün Səmayə Abdullayevanın ona aylıq olaraq 100 manat pul verdiyini, gündəlik olaraq həmin evə nəzarət etdiyini, 16 fevral 2024-cü il tarixdə saat 09 radələrində həmin evə nəzarət etmək üçün getdiyini, evə giriş üçün nəzərdə tutulmuş qapıya yaxınlaşdığını, həmin vaxt giriş qapısının yarı-açıq vəziyyətdə olduğunu, qapının zor tətbiq edilərək açıldığını, qapıdan dəhlizə daxil olduğunu, dəhlizdə yerləşən 1 ədəd “LG” markalı televizorun və 1 ədəd digital qurğunun oradan oğurlandığını, sonra mobil telefonu vasitəsi ilə həmin evin sahibəsi Səmayə Abdullayevaya bu barədə məlumat verdiyini, Səmayə Abdullayevanın qeyd edilən halla bağlı polisə müraciət etməyini ondan istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində ünvan 4 ünvanında yaşadığını, 2024-cü ilin fevral ayının 12-də Təqsirləndirilən şəxs onun fəaliyyət göstərdiyi qızıl mağazasına gəldiyini, Hüseynqulunun cibindən bir ədəd tək tay qızıl sırğa və 2 ədəd qadın qızıl üzüyünü ona təqdim etdiyini, qızılların Hüseynqulunun anasına məxsus olduğu barədə məlumatını ondan aldığını, qeyd edilən qızılları ona satmaq istədiyini, Hüseynqulunun ona təqdim etdiyi bir ədəd tək tay qızıl sırğanı və 2 ədəd qızıl qadın üzüyünü elektron tərəziyə qoyduğunu, qeyd edilən qızıl-zinət əşyalarının ümumi çəkisinin 11,46 qaram olduğunu, 585 əyyarlı qeyd edilən qızıl-zinət əşyaların qarşılığında Hüseynquluya 680 manat pul verdiyini, Hüseynqulunun ona təqdim etdiyi qızıl-zinət əşyalarını və Hüseynquluya məxsus olan şəxsiyyət vəsiqəsinin elektron tərəzinin üzərinə qoyularaq fotoşəlilini çəkdiyini, bir neçə gün keçdikdən sonra digər qızıllarla birlikdə həmin qızılları da əridərək satdığını, 17 fevral 2024-cü il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə əvvəllər tanımadığı kişi cinsindən olan bir nəfər şəxsin zəng edərək Ordubad rayon Polis Şöbəsinin əməkdaşı olduğu barədə məlumat verdiyini, Hüseynqulunun ona satdığı qızıl-zinət əşyaları barədə sual etdiyini, həmin vaxt yuxarıda qeyd edilən hal barədə polis əməkdaşına məlumat verdiyni, həmin polis əməkdaşından qeyd edilən qızılların Hüseynqulu tərəfindən oğurluq yolu ilə əldə edilməsi barədə məlumat aldığını, yuxarıda qeyd edilən çəkilmiş qızıl-zinət əşyalarının tərəzi üzərində çəkilmiş fotoşəkilini polis əməkdaşına təqdim etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: 18 aprel 2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edilmiş 1 ədəd dəyəri 200 manat olan “Sharp” markalı 106 sm ekran ölçülü led televizor, 1 ədəd dəyəri 50 manat olan “HiLook” markalı yaddaş qurğusu, 1 ədəd dəyəri 30 manat olan “HiLook” markalı nəzarət kamerası, 2 ədəd hər birinin dəyəri 40 manat olan “Multistar” markalı nəzarət kamerası, 2 ədəd hər birinin dəyəri 40 manat olan 20 litrlik tutumu olan alüminium qazan, 1 ədəd dəyəri 140 manat olan 15 litr tutumu olan mis qazan və 1 ədəd dəyəri 150 manat olan 5 litr su tutumlu mis odun samovar Zərərçəkmiş şəxs1 aktla təhvil verilmişdir 02 may 2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edilmiş 1 ədəd dəyəri 250 manat olan LG markalı, 106 sm ekran ölçülü led televizorun və 1 ədəd dəyəri 140 manat olan Technosat markalı qurğu zərərçəkmiş şəxs X8 aktla təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 yuxarıda adları qeyd edilən əşyalar oğurlanmaqla ona ümumilikdə vurulmuş 1686,40 manat, digər zərərçəkmiş şəxs X9 isə yuxarıda adları qeyd edilən əşyaların oğurlanması ilə ona ümumilikdə vurulmuş 390 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən (adı çəkilən əşyalar geri qaytarılmaqla) tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və maddi tələblərinin olmadığını, onun bağışlanması üçün Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda, ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilməsi, törədilən cinayətin başqa nisbətən ağır cinayətlər qrupuna aid olan cinayətlər qrupuna aid olduqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması onun cinayət məsuliyyətindən azad edilməsinə əsas ola bilmədiyi göstərildiyindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4 Təqsirləndirilən şəxs ilə barışmaları ilə bağlı ünvanladıqları ərizələri nəzərə alınmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024cü il tarixli 221 nömrəli ekspert rəyində oğurlanmış, 01 ədəd “Sharp” markalı 106 sm ekran ölçülü led televizorun, 01 ədəd “HiLook” markalı yaddaş qurğusunun, 01 ədəd “HiLook” markalı nəzarət kamerasının, 02 ədəd “Multistar” markalı nəzarət kameralarının, 02 ədəd 20 litrlik tutumu olan alüminium qazanların, 01 ədəd 15 litr tutumu olan mis qazanın, 01 ədəd 5 litr su tutumlu mis odun samovarının istifadə olunması nəzərə alınmaqla 01 ədəd 585 əyarlı tək taylı qızıl sırğanın, 02 ədəd 585 əyarlı xalqalı qızıl üzüklərin orta bazar qiymətinin ümumi dəyərinin 1686,40 manat olduğu müəyyən edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024cü il tarixli 222 nömrəli ekspert rəyində oğurlanmış, 01 ədəd LG markalı, 106 diaqonallı plazma televizorun və 01 ədəd Technosat markalı qurğunun istifadə olunması nəzərə alınmaqla ümumi dəyərinin 390 manat olduğu müəyyən edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə baş idarəsinin Ordubad rayon bölməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2010-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə baş idarəsinin Ordubad rayon şöbəsində hərbi qeydiyyatda olduğu göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2024-cü il tarixli 674 saylı məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatdında dayanmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X3 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ordubad rayon Qeydiyyat şöbəsinin 05 aprel 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs arvadı: xx.xx.1983-cü il təvəllüdlü X14, oğlu: xx.xx.2013-cü il təvəllüdlü Murad Musazadə, qızı: xx.xx.2016-cı il təvəllüdlü Tahirə Musazadə adlı ailə tərkibinin olduğu göstərilmişdir. Ordubad şəhər İƏDÜ nümayəndəliyinin 09 aprel 2024-cü il tarixli, 5-25-1/2-24/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığı, xx.xx.2024-cü il tarixli, 470 nömrəli arayışda arvadı: xx.xx.1983-cü il təvəllüdlü X14, oğlu: xx.xx.2013-cü il təvəllüdlü Murad Musazadə, qızı: xx.xx.2016-cı il təvəllüdlü Tahirə Musazadə adlı ailə tərkibinin olduğu, yaşayış yeri üzrə müsbət xarakterizə olduğu müəyyən edilmişdir. Ordubad rayon Məhkəməsindən sorğu əsasında daxil olmuş məktubda Təqsirləndirilən şəxs barəsində təqsirləndirici və mənfi cəhətdən səciyyələndirən materialın daxil olmadığı və baxılmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: xx.xx.1990-cı il tarixdə Ordubad şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, əvvəllər məhkum edilməmişdir, işsizdir, ünvan 7 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəyərək onlar ilə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X6 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirməməlidir. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 evindən oğurlanan 1 ədəd “Sharp” markalı, 106 sm ekran ölçülü plazma televizorun, 1 ədəd “HiLook” markalı yaddaş qurğusunun, 1 ədəd “HiLook” markalı nəzarət kamerasının, 2 ədəd “Multistar” markalı nəzarət kamerasının, 2 ədəd 20 litrlik tutumu olan alüminium qazanın, 1 ədəd 15 litr tutumu olan mis qazanın, 1 ədəd 5 litr tutumu olan mis odun samovarının, 2 ədəd qadın qızıl üzüyünün və 1 ədəd tək taylı qızıl sırğanın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1, X4 evindən oğurlanan 1 ədəd “LG” markalı, 106 sm ekran ölçülü plazma televizorun və 1 ədəd “Technosat” markalı DVD qurğusunun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X8 qaytarılması nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 manat (60x6) məbləğində əmək haqqı Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəsi aldıqdan sonra özünə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar