Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-6/2025 06.08.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, 4 uşaq atası, işsiz, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olan, Ordubad Rayon Məhkəməsinin 04 avqust 2023-cü il il tarixli 1(080)- 5/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Anaqut kənd sakini Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşamasından istifadə edərək onun evinin zirzəmisindən 2 ədəd hər birinin çəkisi 2.5 kiloqramlıq mis məcmeyi, 1 ədəd 5 kiloqramlıq mis məcmeyi, 1 ədəd tutumu 15 litr digərinin isə tutumu 20 litr olan mis qazanları gizli yolla talamaqal ümumilikdə ona 62( manat, eyni məqsədlə 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 evinin zirzəmisindən 01 ədəd tutumu ( litr olan mis odun samovarını gizli yolla talamaqal oan 140 manat, eyni məqsədlə 1 yanvar 2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi X1 Dırnıs kəndində yerləşən evinin birinci mərtəbəsində yerləşən zirzəmisinə qanunsuz daxil olaraq oradan 01 ədəd tutumu 10 litr olan mis qazan, digər zirzəmidən 01 ədəd tutumu olan 10 litr mis odun samovarı, 02 ədəd işlək vəziyyətdə ola ”Soma” markalı laqonda və 01 ədəd əşya itilətmək üçün çarxı gizli yolla talamaqla on 490 manat, eyni üsulla xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Dırnıs kən məscidindən dəyəri 470 manat olan 01 ədəd tutumu 40 litr olan mis odun samovarım və xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Qoruqlar kənd məscidindən dəyə 470 manat 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talama müəyyən edilmiş, qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs mis məmulatı olan məişət əşyalarını oğurlamaq niyyəti ilə xx.xx.2025-ci i tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs6 evdə olmamasından istifad edərək ona məxsus yaşayış evinin həyətyanı torpaq sahəsində titilmiş tikiliyə qanunsu daxil olaraq oradan 1 ədəd tutumu 10 litr olan mis odun samovarını, 1 ədəd tutumu 07 lil olan mis odun samovarını, 1 ədəd tutumu 7 litr olan mis qazanı, 1 ədəd tutumu 20 litr olan mis qazanı, 1 ədəd çəkisi 5 kq olan mis məcməyini, 1 ədəd çəkisi 500 qram olan mi kasanı, 1 ədəd çəkisi 3 kq olan mis su qabını və 10 metrə yaxın tək xətli mis məftillə gizli olaraq talamış, bununla da Zərərçəkmiş şəxs6 727,8 manat məbləğində maddi zər vurması olmuşdur. Bundan başqa o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Anaqut kənd sakini Zərərçəkmiş şəxs5 Bakı şəhətində yaşamasından istifadə edərək onun evin zirzəmisindən 2 ədəd hər birinin çəkisi 2.5 kiloqramlıq mis məcmeyi, 1 ədəd 5 kiloqramlıq mis məcmeyi, 1 ədəd tutumu 15 litr, digərinin isə tutumu 20 litr olan mis qazanları gizli yolla talamaqla ümumilikdə ona 620 manat məbləğində maddi zərər vurmuşdur. Əlavə olaraq o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 evinin zirzəmisindən 01 ədəd tutumu 6 litr olan mis odun samovarını gizli yolla talamaqla oan 140 manat məbləğində maddi zərər vurmuşdur. O, ardınca mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə 13 yanvar 2025ci il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs4 Dırnıs kəndində yerləşən evinin birinci mərtəbəsində yerləşən zirzəmisinə qanunsuz daxil olaraq oradan 01 ədəd tutumu 10 litr olan mis qazan, digər zirzəmidən 01 ədəd tutumu olan 10 litr mis odun samovarı, 02 ədəd işlək vəziyyətdə olan ”Soma” markalı laqonda və 01 ədəd əşya itilətmək üçün çarxı gizli yolla talamaqla ona 490 manat məbləğində maddi zərər vurmuşdur. Daha sonra o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Dırnıs kənd məscidindən dəyəri 470 manat olan 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talamışdır. Eyni məqsədlə o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Qoruqlar kənd məscidindən dəyəri 470 manat 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 2011-ci il tarixdə Dırnıs kənd sakini X10 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 4 övladı olmuşdur. O, ailəsini dolandırmaq üçün gündəlik işlərə getmiş, 2024-cü ilin fevral ayında həmkəndlilərinin evindən oğurluq etmiş, Ordubad rayon Məhkəməsinin hökmü ilə barəsində 1 il, 2 ay, 6 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. O, məhkəmə qaydasında həyat yoldaşı Zəhra Həsənovadan boşanaraq tək yaşamış, o, mövsümlə bağlı gündəlik işlər məhdudlaşdığından pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. O. xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs6 Bakı şəhərində yaşadığın bilmiş, Zərərçəkmiş şəxs6 evindən mis əşyaları oğurlayaraq satmaq qərarına gəlmiş həmin gün saat 20 radələrində eyni məqsədlə Zərərçəkmiş şəxs6 çay kənarında yerləşər evinin həyətinə giriş qapısının qıfılını qırma yolu ilə daxil olmuş, Zakirin həyətyan torpaq sahəsində olan tikilmiş tikilidə eyni üsulla daxil omuşdur. Təqsirləndirilən şəxs həmiı tikilidən 1 ədəd tutumu 10 litr olan mis odun samovarını, 1 ədəd tutumu 07 litr olan mi odun samovarını, 1 ədəd tutumu 7 litr olan mis qazanı, 1 ədəd tutumu 20 litr olan mi qazanı, 1 ədəd çəkisi 5 kq olan mis məcməyini, 1 ədəd çəkisi 500 qram olan mis kasanı, ədəd çəkisi 3 kq olan mis su qabını və 10 metrə yaxın tək xətli mis məftili gizli yoll götürərək məhəlləsində yerləşən “cin dərəsi” adlanan yerdə gizlətmişdir. Adlarını qeyd edilən mis məmulatlarını bir neçə gün keçdikdən sonra satacaq qazanc əldə edəcəyini bildirmiş, xx.xx.2025-ci il tarixdə Ordubad rayon Polis Şöbəsinin adlarını bilmədiyi polis əməkdaşı ona yaxınlaşaraq etmiş olduğu oğurluq hadisəsi ilə bağlı Elvinə sual vermişdir. Elvin hadisəni eyni ilə polis əməkdaşlarına bildirmiş, daha sonra Zərərçəkmiş şəxs6 həyətyanı sahəsində tikilmiş tikilidən oğurladığı mis məmulatları polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. O, bundan başqa xx.xx.2025-ci il tarixdə rayonun Anaqut kənd sakini Zərərçəkmiş şəxs5 Bakı şəhətində yaşadığını bilmiş, həmin gün saat 23 radələrində mis məmulatlarını oğurlayıb satmaq məqsədilə Zərərçəkmiş şəxs5 həyətinə hasardan daxil olmuş, sonra Mirvariyə məxsus olan evin zirzəmisinə qapısı üzərində olan asma qıfılı zor tətbiq etmə yolu ilə daxil olmuşdur. Elvin oradan 2 ədəd hər birinin çəkisi 2.5 kiloqramlıq mis məcmeyini, 1 ədəd 5 kiloqramlıq mis məcmeyini, 1 ədəd tutumu 15 litr, digərinin isə tutumu 20 litr olan mis qazanları gizli yolla talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən mis məmulatları əzərək yararsız hala salmış, əzilmiş əşyaları 2 kisəyə yerləşdirmiş, ertəsi gün həmin mis məmulatları həmkəndlisi Şahid2 avtomobili ilə Naxçıvan şəhərinə apararaq orada Afiq adlı şəxsə sataraq 276 manat gəlir əldə etmiş, Şahid2 30 manat yol haqqı vermiş, qalıq olan pulları isə özü üçün xərclədiyini bildirmişdir. O, ardınca 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhərində yaşayan digər həmkəndlisi Zərərçəkmiş şəxs3 zirzəmisindən mis məmulatları oğurlamaq qərarına gəlmiş, qeyd edilən saatda Məhəmmədin həyətinə hasardan daxil olmuş, eyni məqsədlə Məhəmmədin evinin birinci mərtəbəsində yerləşən zirzəmiyə pəncərədən daxil olmuş, oradan 01 ədəd tutumlu 6 litr olan mis odun samovarını gizli yolla taladığını bildirmişdir. O, ardınca həmin gün saat 21 radələrində mis məmulatları oğurlayıb satmaq məqsədilə Bakı şəhərində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs4 Dırnıs kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinə hasardan daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Mirheydərin evinin birinci mərtəbəsində yerləşən zirzəmiyə qapısını zor tətbiq etmə yolu ilə daxil olmuş, oradan 01 ədəd tutumu 10 litr olan mis qazan, digər zirzəmidən 01 ədəd tutumu 10 litr olan mis odun samovarı, 02 ədəd işlək vəziyyətdə olan laqonda və 01 ədəd əşya itilətmək üçün çarxı götürmüşdür. Qeyd edilən əşyaları eyni üsulla Fizuli ilə birlikdə Naxçıvan şəhərinə apararaq orada Afiq adlı şəxsə 100 manata satdığını, Fizuliyə 30 manat yol haqqı verdiyini bildirmişdir. O, daha sonra xx.xx.2025-ci il tarixdə mis məmulatları oğurlayıb satmaq məqsədilə həmin gün saat 23 radələrində Ordubad rayon Dırnıs kənd məscidindən tutumu 40 litr olan 01 ədəd mis odun samovarını gizli yolla talamış, ertəsi gün qeyd edilən samovarı Şahid2 avtomobili ilə Naxçıvan şəhərinə apararaq orada Afiq adlı şəxsə sataraq 250 manat pul əldə etdiyini, həmin puldan Fizuliyə 30 manat yol haqqı verdiyini bildirmişdir. O, əlavə olaraq xx.xx.2025-ci il tarixdə mis məmulatları oğurlamaq niyyəti ilə həmin gün saat 23 radələrində rayonun Qoruqlar kəndində yerləşən kənd məscidinin həyətinə hasardan daxil olmuş, ardınca qapısı açıq vəziyyətdə olan məscidə daxil olmaqla oradan 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talamışdır. Təqsirləndirilən şəxs həmin gün saat 19 radələrində qeyd edilən samovarı Fizulinin avtomobili ilə Naxçıvan şəhərində Afiq adlı şəxsə 250 manat pul qarşılığında satmışdır. Fizuliyə yol haqqı olaraq 30 manat vermiş, Afıq adlı şəxsə qeyd edilən əşyaları satarkən həmin əşyaların həmkəndlilərindən pul qarşılığında aldığı barədə Afiqə məlumat verdiyini, əməlindən peşman olmadığını, məhkəmədən heç bir xahişi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər, şahid ifadələri, eyni zamanda, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanda yaşamış, evli, 2 övladı olmuş, 40 ilə yaxındır ki, Naxçıvan şəhərində yaşamış, hər il yay aylarında ailə üzvləri ilə birlikdə doğulduğu Dırnıs kəndinə gələrək həmin kənddə mülkiyyətində olan evdə qalmış, onun, həmkəndlisi Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3 24 mart 2025-ci il tarixdə saat 11 radələrində ailə üzvləri ilə Naxçıvan şəhərindən Ordubad rayon Dırnıs kəndində yerləşən evinə gəlmiş, o, evə nəzər salarkən evin birinci mərtəbədə yerləşən zirzəminin pəncərəsi üzərində əvvəllər taxdığı setkanın açılaraq yerə atıldığını görmüş, daha sonra qeyd edilən zirzəmiyə daxil olmuş, oradan ümumi dəyəri 150 manata yaxın olan 01 ədəd 06 litr tutumlu mis odun samovarımın naməlum şəxslər tərəfindən oğurlandığını görərək bu hal barədə polisə məlumat verdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona vurulmuş 140 manat maddi ziyanın, Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini ona qarşı heç bir iddia və tələbinin olmadığını, digər məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Ordubad Rayon Dırnıs kənd Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Ordubad rayon Başkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 4 ay bundan əvvəl Ordubad rayon Dırnıs kənd Bələdiyyəsinin üzvü vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2025-ci il tarixdə rayonun Dırnıs kənd mərasim evindən 1 ədəd ümumi dəyəri 470 manat olan 40 litr tutumlu mis odun samovarının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı məlumat almış, bir neçə gün keçdikdən sonra qeyd edilən samovarın həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən Ordubad rayon X11 vurduğu 470 manat maddi ziyanın ödənilmədiyini bildirmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Naxçıvan Muxtar Respublikası X14 üzrə Dövlət Agentliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşamış, evli, 3 övladı olmuş, o, 15 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası X14 üzrə X9 rayon üzrə icma sədri vəzifəsinə təyin edilmişdir. O, Ordubad rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs tanımamış və Elvinlə heç bir ədavəti yoxdur. Nümayəndə2 xx.xx.2025-ci il tarixdə Ordubad rayon Qoruqlar kənd məscidindən 01 ədəd tutumu 40 litr olan mis odun samovarının oğurlanması ilə bağlı məlumat almış, daha sonra qeyd edilən məscidə gedərək bu hal barədə maraqlanmışdır. Bu zaman oradan 01 ədəd tutumu 40 litr olan mis odun samovarının naməlum şəxs tərəfindən oğurlandığı ona məlum olmuşdur. Bir neçə gün keçdikdən sonra qeyd edilən cinayət hadisəsinin Ordubad rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs tərəfində törədildiyini, həmin məscidindən əlavə olaraq hər hansı əşyanın oğurlanmadığını, Təqsirləndirilən şəxs tərəfindən Naxçıvan Muxtar Respublikası X14 üzrə Dövlət Ağentliyinə vurduğu 470 manat maddi ziyanın ödənilmədiyini bildirmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, evinin zirzəmisindən 03 ədəd ümumi çəkisi 10 kq olan mis məcmeyi və 02 ədəd mis qazan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını, özü həmin evdə yaşamadığından həmin evə nəzarət Şahid6 tapşırdığını 03 ədəd ümumi çəkisi 10 kq olan mis məcmeyi və 3 ədəd mis qazanın ona qaynanasından qaldığını, qədim məcmeyi olduğundan üzərində naxışlarla yazıldığını, dəymiş maddi ziyan olan 620 manatın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, onların qədim əşya və hədiyyə olduğundan əşyaların qaytarılmasını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, keçən illərdə Təqsirləndirilən şəxs onların həyətində fəhlə kimi işlədiyini, Təqsirləndirilən şəxs və onunla işləyən fəhləyə hər günlərinə ümumilikdə 70 manat pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 04 iyul 2025-ci il tarixdə məhkəməyə ünvanlandığı teleqramda göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda durmaqla 20 ildir həmin ünvanda yaşamış, hər il yay aylarında doğulduğu Dırnıs kəndində gəlmiş, o, Bakı şəhərində olduğu vaxtlar evinin nəzarətini həmkəndlisi Şahid5 həvalə etmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixdə rayonun Dırnıs kəndində yerləşən, ona məxsus olan evin 1-ci mərtəbəsindən 01 ədəd tutumu 10 litr olan mis qazanın, 02 ədəd laqonda aparatının, 01 ədəd çarx aparatının və 01 ədəd 10 litr tutumu olan mis odun samovarının naməlum şəxslər tərəfindən oğurlanması barədə Şahid5 məlumat almışdır. O, Maşallahdan bu hadisə ilə bağlı polisə məlumat verməsini xahiş etmiş, bir neçə gün keçdikdən sonra qeyd edilən cinayətin həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məlumat almış, o, Təqsirləndirilən şəxsla heç bir ədavətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 04 iyul 2025-ci il tarixdə məhkəməyə ünvanlandığı teleqramda göstərmişdir ki, səhhəti ilə əlaqədar hal-hazırda Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs, qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda durmaqla Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, hər il yay aylarında doğulduğu Dırnıs kəndində gəlmiş, həmkəndlisi Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, onun Bakı şəhərində olduğu vaxtlar rayonun Dırnıs kəndində yerləşən evinin nəzarətini kürəkəni Şahid3 həvalə etmişdir. xx.xx.2025-ci il tarixdə kürəkəni Şahid3 ona zəng edərək qeyd edilən evinin həyət qapısının zor tətbiq etmə yolu ilə açıldığı, evin həyətyanı torpaq sahəsində tikilmiş tikilidən 01 ədəd tutumu 10 litr olan mis odun samovarı, 01 ədəd tutumu 7 litr olan mis odun samovarı, 01 ədəd mis kasa, 01 ədəd mis məcmeyi, 01 ədəd mis qrafın və 2 ədəd sarı və qara rəngli izoliasiyah oval formada dəslənmiş mis kabelin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs6 Mənsurdan bu barədə polis şöbəsinə məlumat verməsini istəmiş, ertəsi gün qeyd edilən hadisənin həmkədlisi Təqsirləndirilən şəxs tərəfindən törədildiyi barədə məlumat almış, o, yuxarıda göstərilən tikilidən adı çəkilən əşyalardan başqa hər hansı əşyasının oğurlanmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşıyır. Ordubad rayon Dırnıs kənd tam orta məktəbində təşkilatçı vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs6 onun qayınatası olmuşdur. Zakir Bakı şəhərində yaşamış, Zərərçəkmiş şəxs6 evinin nəzarətini Mənsura həvalə etmişdir. 04 fevral 2025-ci il tarixdə Mənsur Zərərçəkmiş şəxs6 evinə nəzarət etmək üçün qeyd edilən mənzilə getmiş, bu zaman həyət qapısının və həmin həyətdə tikilmiş tikilinin də qapısının zor tətbiq etmə yolu ilə açıldığını görmüşdür. Qeyd edilən tikiliyə baxdıqda oradan əvvəllər qoyduğu 01 ədəd tutumu 10 litr olan mis odun samovarı, 01 ədəd tutumu 7 litr olan mis odun samovarı, 01 ədəd mis kasa, 01 ədəd mis məcmeyi, 01 ədəd mis qrafın və 2 ədəd sarı və qara rəngli izoliasiyalı oval formada dəslənmiş mis kabelin naməlum şəxslər tərəfindən oğurlandığını görmüşdür. Zərərçəkmiş şəxs6 məxsus tikilidən əlavə olaraq hər hansı əşyanın oğurlanmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ordubad rayon Qoruqlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşıyır. Yaşadığı kənddə yerləşən kənd məscidinə nəzarət etmiş, rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır. O, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində qeyd edilən məscidin həyətində ağac əkmiş, məscidin içərisinə daxil olduqda orada əvvəllər qoyduğu 01 ədəd tutumu 40 litr olan mis odun samovarının yerində olmadığını görmüşdür. Bu barədə kənd sakinlərindən maraqlanmış, samovarın müvəqqəti istifadəsi üçün kənd sakinləri tərəfindən götürülmədiyini bilmiş, daha sonra bu barədə polis şöbəsinə məlumat vermişdir. Bir neçə gün keçdikdən sonra qeyd edilən əməlin rayonun Dırnıs kənd sakini Təqsirləndirilən şəxs tərəfindən edildiyi barədə məlumat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Ordubad rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, qonşusu Zərərçəkmiş şəxs4 Bakı şəhərində yaşamış, bu səbəbdən Mirheydərin evinə nəzarət etmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs4 həyətinə daxil olmuş, bu zaman Mirheydərin evinin birinci mərtəbəsində yerləşən zirzəmisi üzərində olan qapı və pəncərə şüşəsinin çıxarıldığını görmüşdür. Qeyd edilən halla bağlı Mirheydərə məlumat vermiş, bundan sonra həmin zirzəmisində 01 ədəd tutumu 10 litr olan mis qazanın, 02 ədəd laqonda aparatının, 01 ədəd çarx aparatının və 01 ədəd 10 litr tutumu olan mis odun samovarının naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan başqa o, həmin gün Dırnıs kənd məscidinə getmiş, orada yəni, zalda əvvəllər döşəmənin üzərinə qoyduğu 01 ədəd tutumu 40 litı olan mis odun samovarının orada olmadığını görmüş, bu barədə kənd sakinlərindən maraqlanmış, lakin, həmin samovarın hər hansı kənd sakinləri tərəfindən götürülmədiyi bildirmişdir. Bundan sonra qeyd edilən hadisə ilə bağlı polis şöbəsinə məlumat verdiyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra həmin hadisələrin həməkədlisi Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məlumat aldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ordubad rayon Anaqut kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, evli 5 övladı olmuş qonşusu Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşamış, bu səbəbdən onun evinə nəzarət etmiş, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində qonşusu Zərərçəkmiş şəxs5 həyətinə daxil olmuş, bu zaman Mirvariyə məxsus olan evin zirzəmisi üzərində olan asma qıfılın istiqamətinin dəyişdirildiyini görmüş, zirzəmiyə yaxınlaşdıqda qapı üzərində olan qıfılın zor tətbiq etmə üsulu ilə qırıldığını görmüş, zirzəmiyə baxdıqda oradan olan 1 ədəd ümumi çəkisi 10 kq olan mis məcmeyi və 02 ədəd birinin tutumu 15, digərinin tutumu 20 litr olan mis qazanların oğurlandığını müəyyən etmişdir. Dərhal Zərərçəkmiş şəxs5 zəng edərək bu barədə məlumat vermiş, qeyd edilən zirzəmidən adları çəkilən əşyalardan başqa hər hansı əşya oğurlanmamış, hadisədən bir neçə gün keçdikdə sonra hadisəsnin rayonun Dırnıs kənd sakini Təqsirləndirilən şəxs tərəfində törədildiyi barədə məlumat aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yaşamış, metal alıb-satmaqla məşğul olmuş, Oradubad rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır. 2025-ci yanvar ayında onun istifadəsində olan mobil telefonuna əvvəllər xatırlamadığı mobil nömrədən zəng gəlmiş, zəng etmiş şəxs adının Elvin olduğunu bildirərək onda satılacaq metalı olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Elvin niva markalı, ** BB *** nömrə nişanlı avtomobilin sürücüsü ilə onun Naxçıvan şəhərində istifadəsində olan sexə getmiş, orada 3 ədəd hissələrə bölünmüş mis məcmeyi, 4 ədəd yarasız vəziyyətdə olan mis qazan, 2 ədəd işlək vəziyyətdə olmayan laqonda, 1 ədəd əşya itiləmək üçün çarx və 1 ədəd misodun samovarını Afiqə təqdim etmişdir. Afiq həmin əşyaların qarşılığında Elvinə 510 manat pul vermiş, aradan bir neçə gün keçmiş Elvin eyni qaydada 1 ədəd ümumi tutumu 40 litr olan mis odun samovarı 250 manat qarşılığında Afiqə satmış, Elvin həmin ilin yanvar ayının sonlarında əlavə olaraq Afiqə 1 ədəd ümumi tutumu 40 litr olan mis odun samovarını 250 manata satmlışdır. Afiq adı çəkilən əşyaları Elvindən alarkən həmin əşyaların oğurluq yolu ilə əldə edilməsindən hər hansı məlumatı olmamış, Elvin hər dəfə qeyd edilən əşyaları alıb-satdığını Afiqə bildirmiş, Afiq həmin əşyaları metal kimi yük avtomobili ilə Bakı şəhərinə göndərərək orada satmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Ordubad rayon Anaqut kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, evli 2 övladı olmuş, ailəsini məqsədilə gündəlik işlərə getmiş, rayonun Dırnıs kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır, xx.xx.2025-ci il tarixdə Qafarov X7 idarə etdiyi avtomobillə Naxçıvan şəhərinə getmək istədiyini, bunu qarşılığında Fizuliyə 30 manat pul verəcəyini bildirmiş, həmin gün saat 18 radələrində Elvin Fizulinin idarə etdiyi Niva markalı, **-BB-*** nömrə nişanlı avtomobilə 2 ədəd ağ rəngli kisə yükləyərək onunla birlikdə Naxçıvan şəhərinə getmiş, orada Elvin kisədə olan əşyaları sataraq Fizuliyə 30 manat yol haqqı vermişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs 2 ədəd kisəni Fizulinin qeyd edilən avtomobilinə yükləyərək onlar Naxçıvan şəhərinə getmiş, eyni qaydada Elvin kisədə olan əşyaları satmış, Fizuliyə 30 manat yol haqqı vermişdir. Aradan 3 gün keçmiş, Elvin Fizulinin avtomobilimin yük yerinə 1 ədəd böyük həcmli mis odun samovarını yerləşdirmiş, Elvin qeyd edilən samovarı əvvəllər oğurluq yolu ilə əldə edərək gizlətdiyini barədə Fizuliyə məlumat vermiş, Elvin ardınca “Fizuli narahat olma problem olsa mənlikdir” ifadələrini işlətmiş, bundan sonra qeyd edilən samovarı Elvin eyni üsulla Naxçıvan şəhərində sataraq Fizuliyə 30 manat yol haqqı vermişdir. Qeyd edilən hadisədən 4 gün keçdikdən sonra Elvin eyni qaydada 1 ədəd böyük həcmli mis odun samovarını Fizulinin avtomobilinə yükləyərək Naxçıvan şəhərində satmış, Fizuliyə yol haqqı olaraq 30 manat pul verdiyini bildirmişdir. İş materiallarında olan- Baxış keçirilməsi barədə 04 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Ordubad rayon Dırnıs kəndində Zərərçəkmiş şəxs6 evinin zirzəmisində, Zərərçəkmiş şəxs3 evinin zirzəmisində, Zərərçəkmiş şəxs4 evinin zirzəmisində, Zərərçəkmiş şəxs5 evinin zirzəmisində, Ordubad rayon Dırnıs kənd və Qoruqlar Məscidində baş vermişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzini xx.xx.2025-ci il tarixli 153 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs6 məxsus olan 01 ədəd 7 litr tutuma malik olan mis odun samovarının 20 manat, 01 ədəd 5 litr tutuma malik olan mis odun samovarının 150 manat, 01 ədəd çəki 7,3 kq olan mis qazanın 150 manat, 01 ədəd çəkisi 4,2 kq olan mis qazanın 80 manat, 1 ədəd çəkisi 0,7 kq olan mis kasanın 15 manat, 01 ədəd çəkisi 4,2 kq olan məcmeyinin 100 manat, 01 ədəd çəkisi 1,8 kq olan qrafinin 30 manat, 01 ədəd sarı rəngli, izolyasiyalı tək damarlı, ümumi çəkisi 0,6 kq olan mis kabelin 1,2 manat və ədəd qara rəngli, izolyasiyalı, tək damarlı, ümumi çəkisi 0,8 kq olan mis kabelin 1,6 manat olmaqla ümumilikdə 727,8 manat olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 361 nömrəli ekspert rəyində rayonun Qoruqlar kənd məscidinə məxsus olan 01 ədəd 40 litr tutuma malik olan mis odun samovarının istifadə olunması nəzərə alınmaqla 470 manat olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 362 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs4 məxsus olan 01 ədəd 10 litr tutuma malik olan mis qazanın 140 manat, 02 ədəd “SOMA” markalı kiçik ölçülü laqondanm 110 manat, 01 ədəd əşya itiləmək üçün elektrikli çarx aparatının 20 manat, 01 ədəd 10 litr tutumu olan mis odun samovarının 220 manat olmaqla ümumilikdə 490 manat olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 363 nömrəli ekspert rəyində rayonun Dırnıs kənd məscidinə məxsus olan 01 ədəd 40 litr tutuma malik olan mis odun samovarının istifadə olunması nəzərə alınmaqla 470 manat olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 364 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs5 məxsus olan 02 ədəd 2,5 kq mis məcmeyinin 160 manat, 01 ədəd çəkisi 5 kq olan mis məcməyinin 120 manat, 01 ədəd 15 litr tutumu olan mis qazanın 140 manat və 01 ədəd 20 litr tutumu olan mis qazanın 220 manat olmaqla ümumilikdə 620 manat olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 365 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd 6 litr tutumu olan mis odun samovarının 140 manat olduğu göstərilmişdir. xx.xx.2025-ci il tarixli, Y.Budaqov adına Naxçıvan MR Psixi XəstəliklərDispanserinin 159 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini dərk etmək, və ya onu idarə etmək iqtidarında olması, yəni anlaqlı olmuşdur. Onun hazırda öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olduğu anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmadığı və xəstəliyinə görə Azərbaycan Respublikası CM-nin 21-cimaddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Ordubad rayon Polis Şöbəsinin VMAS-dan daxil olmuş tələbnamədə Ordubad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1,29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 01 il 02 ay 6 gün müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunduğu göstərilmişdir. 08 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 mis məmulatlarının oğurlanması ilə bağlı ona vurulmuş 490 manat maddi ziyanın istintaq dövründə tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi, ondan heç bir şikayət və maddi tələbinin olmadığı barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 08 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs6 mis məmulatlarının oğurlanması ilə bağlı ona vurulmuş 727,8 manat maddi ziyan (əşyalar geri qaytarılmaqla) istintaq dövründə tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi, ondan heç bir şikayət və maddi tələbinin olmadığı barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 08 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 mis odun samovarının oğurlanması ilə bağlı ona vurulmuş 140 manat maddi ziyanın istintaq dövründə tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi, ondan heç bir şikayət və maddi tələbinin olmadığı barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus olan 02 ədəd mis odun samovarını, 02 ədəd mis qazanı, 01 ədəd mis kasam, 01 ədəd mis məcmeyini, 1 ədəd mis qrafini və 2 ədəd sarı və qara rəngli izoliasiyah oval formada dəstlənmiş mis kabel onun kürəkəni Şahid3 aktla təhvil verilməsi maddi sübut qismində qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Y.Budaqov adma Naxçıvan MR X4 159 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən halları araşdırarkən müəyyən olunun ki Təqsirləndirilən şəxs xx.xx.1989-cıı il tarixdə Ordubad rayon Dırnıs kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Natamam orta təhsillidir. Subaydır. 4 azyaşlı uşağı vardır. Əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İşsizdir. Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ordubad rayon İcra və Probasiya Bölməsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Ordubad rayon Dırnıs kənd qeydiyyatında olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 1(080)- 5/2023 saylı, xx.xx.2023-cü il tarixli Hökmünə əsasən 1 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək nəzarətin həyata keçirilməsi Ordubad rayon İcra və Probasiya Bölməsinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə Ordubad rayon İcra və Probasiya Bölməsinin nəzarətində Təqsirləndirilən şəxs 1 (bir) ıl 02 (iki) ay 06 (altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirmişdir. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq,soygunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, o, mis məmulatı olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə Ordubad rayon Qoruqlar kənd məscidinə qanunsuz daxil olaraq oradan 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talamaqla 470 manat məbləğində, o, eyni məqsədlə xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs6 evdə olmamasından istifadə edərək ona məxsus yaşayış evinin həyətyanı torpaq sahəsində tikilmiş tikiliyə qanunsuz daxil olaraq oradan 1 ədəd tutumu 10 litr olan mis odun samovarını, 1 ədəd tutumu 07 litr olan mis odun samovarını, 1 ədəd tutumu 7 litr olan mis qazanı, 1 ədəd tutumu 20 litr olan mis qazanı, 1 ədəd çəkisi 5 kq olan mis məcməyini, 1 ədəd çəkisi 500 qram olan mis kasanı, 1 ədəd çəkisi 3 kq olan mis su qabını və 10 metrə yaxın tək xətli mis məftilləri gizli olaraq talamış, bununla da Zərərçəkmiş şəxs6 727,80 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Anaqut kənd sakini Zərərçəkmiş şəxs5 Bakı şəhətində yaşamasından istifadə edərək onun evin zirzəmisindən 2 ədəd hər birinin çəkisi 2.5 kiloqramlıq mis məcmeyi, 1 ədəd 5 kiloqramlıq mis məcmeyi, 1 ədəd tutumu 15 litr, digərinin isə tutumu 20 litr olan mis qazanları gizli yolla talamaqla ümumilikdə ona 620 manat məbləğində maddi zərər vurmuşdur. Əlavə olaraq o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 evinin zirzəmisindən 01 ədəd tutumu 6 litr olan mis odun samovarını gizli yolla talamaqla 140 manat məbləğində maddi zərər vurmuşdur. O, ardınca mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə 13 yanvar 2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs4 Dırnıs kəndində yerləşən evinin birinci mərtəbəsində yerləşən zirzəmisinə qanunsuz daxil olaraq oradan 01 ədəd tutumu 10 litr olan mis qazan, digər zirzəmidən 01 ədəd tutumu olan 10 litr mis odun samovarı, 02 ədəd işlək vəziyyətdə olan ”Soma” markalı laqonda və 01 ədəd əşya itilətmək üçün çarxı gizli yolla talamaqla ona 490 manat məbləğində maddi zərər vurmuşdur. Daha sonra o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Dırnıs kənd məscidindən dəyəri 470 manat olan 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talamışdır. Eyni məqsədlə o, mis məmulatları olan məişət əşyalarını talama niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində rayonun Qoruqlar kənd məscidindən dəyəri 470 manat 01 ədəd tutumu 40 litr olan mis odun samovarını gizli yolla talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrinin tərkibini təşkil edir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər mülkiyyət əleyhinə olan cinayət (soyğunçuluq) törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğun ödənilmədiyini, cinayət əməlinin qəsdən törədilməsini cinayətin xarakterini, cinayətin təkrar törədilməsini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında verilmiş şərhə görə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərar). CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58-ci maddələrində açıqlanmışdır. CM-in 8-ci maddəsinin mahiyyətinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyini cəzanın məqsədlərinə xidmət etmədiyindən ona CMin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı, Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilməli, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Ordubad Rayon X11 vurulmuş 470 manat məbləğində maddi ziyanın, Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Naxçıvan Muxtar Respublikası X14 üzrə Dövlət Agentliyə vurulmuş 470 manat məbləğində maddi ziyanın və Zərərçəkmiş şəxs5 vurulmuş olan 620 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməli, Təqsirləndirilən şəxs 40 (qırx) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülməli, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilməli, ********* saylı ittiham aktı köçürülmüş CD disk Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, təyin olunmuş cəza şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir etməyəcəkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilərək o, məhkəmə iclası zalından həbs edilsin və saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təhvil verilsin. Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Ordubad Rayon X11 vurulmuş 470 manat məbləğində maddi ziyanın, Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Naxçıvan Muxtar Respublikası X14 üzrə Dövlət Agentliyə vurulmuş 470 manat məbləğində maddi ziyanın və Zərərçəkmiş şəxs5 vurulmuş olan 620 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin Təqsirləndirilən şəxs 40 (qırx) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-6/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-6/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver