Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-7/2023 04.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X12 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri X5, Zərərçəkmiş hüququ şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ordubad rayon Vələver kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ordubad rayon Vələver kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, о, meşə fonduna daxil olmayan ağacı qanunsuz olaraq kəsməklə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, 19 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində Ordubad rayon Vələver kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ordubad rayon Vələver kənd Bələdiyyəsinin mülkiyyətində olan çay yatağında yerləşən meşə fonduna daxil olmayan sahədən köküstə 1 ədəd diametri 44 sm, 2 ədəd diametri 40 sm, 1 ədəd diametri 39.9 sm, 1 ədəd diametri 29 sm və 1 ədəd diamerti 9 sm olan yaş “söyüd” cinsindən olan ağacları kəsərək təbiətə xeyli miqdarda yəni, 2.220 (iki min iki yüz iyirmi) manat ziyan vurması faktı, əsas isə həmin fakt əsasında toplanmış təhqiqat materialları olmuşdur. Aparılmış istintaqla müəyyən edilmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan, Ordubad rayon Vələver kənd Bələdiyyəsinin mülkiyyətində olan çay yatağında yerləşən 1 ədəd diametri 44 sm, 2 ədəd diametri 40 sm, 1 ədəd diametri 39.9 sm, 1 ədəd diametri 29 sm və 1 ədəd diamerti 9 sm olan olan yaş köküstə “söyüd” cinsindən olan ağaclarını qanunsuz kəsərək təbiətə xeyli miqdarda, yəni 2.220 (iki min iki yüz iyirmi) manat ziyan vurmuşdur. Bununlа dа, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 259.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, İİİ qrup əlildir, yaşadığı kənddə təsərrüfatla məşğul olur. 2022-ci il tarixdə Ordubad rayon Vələver kəndi ilə Başkənd aralığında, çay yatağında bir ədəd qurumuş vəziyyətdə olan söyüd ağacı görmüş, həmin ağacı kəsərək evinin isidilməsi üçün həyətyanı sahəsinə aparmışdır. 2023cü ilin yanvar ayının əvvəlləri Ordubad rayon Vələver kənd bələdiyyəsinin sədri Şahid2 yaxınlaşmış, evinin isidilməsi üçün Vələver çayının kənarında bitən yaş köküstə söyüd ağaclarını kəsib aparmaq üçün icazə istəmişdir. X13 kənd bələdiyyəsinin mülkiyyətində olan çay yatağında bitmiş yaş köküstə söyüd ağaclarının kəsilməsi üçün icazə vermədiyini bildirmiş, evini isitmək üçün həmin ərazidən 6-7 ədəd yaş köküstə söyüd ağacının budaqlarını yaşıl budama yəni, budaqlarını kəsib apara biləcəyi barədə Şahid2 icazə aldığını qeyd etmişdir. O, 2023-cü ilin yanvar ayının 19-zu saat 10:00 radələrində özünə məxsus olan sepli “Ural Mask” markalı odun kəsən alətini götürərək Vələver kənd bələdiyyəsinin mülkiyyətində olan çay yatağında yerləşən yaş köküstə söyüd ağaclarına yaxınlaşaraq 1 ədəd yaş söyüd ağacını 2 metr hündürlükdən, digərlərini isə yer səthindən 70-150 sm hündürlükdən kəsmiş, 6 ədədi yaş digərləri quru olmaqla ümumilikdə 34 ədəd söyüd ağaclarınıı kəsmiş, kəsdiyi söyüd ağaclarını hissələrə bölmüş, həmin gün Vənənd kənd sakini Şahid1 yük avtomobili ilə həmin odun parçalarını yaşadığı evin həyətyanı torpaq sahəsinə aparmışdır. Təqsirləndirilən şəxs tərəfindən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vurduğu ziyan 2.220 (iki min iki yüz iyirmi) manat tam şəkildə ödənildiyini bildirmiş bu barədə olan 02 avqust 2023-cü il tarixli arayışı, ödəniş tapşırığını və qəbzin surətini məhkəməyə təqdim etmiş, əməlindən səmimi peşman olmasını, ziyanı ödədiyini, 3-cü qrup əlil olmasını və evli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi qismində tanınmış Ordubad rayonu üzrə məsləhətçisi Nümayəndə ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ordubad rayonu üzrə məsləhətçisi vəzifəsində işləyir. 07 aprel 2023-cü il tarixdə Ordubad rayon Vələver kənd sakini Təqsirləndirilən şəxs Ordubad rayon Vələver kənd Bələdiyyəsinin mülkiyyətində olan və çay yatağında yerləşən sahədən yaş köküstə söyüd ağaclarının qanunsuz kəsməsi barədə məlumat aldığını, daha sonra həmin sahəyə getdiyini, oradan ümumilikdə 34 ədəd söyüd ağacının kəsildiyini, kəsilmiş söyüd ağaclarının 6 ədədinin yaş köküstə, kəsilmiş digər söyüd ağaclarının isə quru köküstə olduğunu, kəsilmiş yaş köküstə söyüd ağaclarının diametrinin 9-44 sm aralığında olduğunu, 6 ədəd yaş köküstü söyüd ağacının qanunsuz kəsilməsi ilə təbiətə 2.220 (iki min iki yüz iyirmi) manat ziyan vurulduğunu, vurulmuş ziyan tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, Ordubad rayon Vələver kənd bələdiyyə sədri vəzifəsində işlədiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində Qasımın ona yaxınlaşdığını, Vələver kənd bələdiyyəsinin mülkiyyətində olan çay kənarında bitmiş yaş söyüd ağaclarının kəsilməsi üçün ondan icazə istəmiş, qeyd edilən ağacların kəsilməsi üçün Təqsirləndirilən şəxs hər hansı icazə verməmiş, Qasımın evinin qızdırılması üçün həmin ərazidən 6-7 ədəd yaş söyüd ağaclarının budaqlarını budayaraq apara biləcəyinə icazə vermiş, daha sonra Qasımdan ayrılaraq evinə getmişdir. O, 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qeyd edilən sahədən 34 ədəd söyüd ağacı kəsdiyini, həmin ağacların 6 ədədinin yaş köküstə, digərlərinin isə quru köküstə olduğu barədə mütəxəssisdən məlumat aldığını, qeyd edilən sahədən yaş köküstə söyüd ağaclarının budanması ilə bağlı Qasımdan hər hansı tələbinin olmadığını, Qasımın anasının xəstə olduğunu, maddi vəziyyətinin pis olduğunu, bu səbəbdən yaş köküstə söyüd ağaclarının budayaraq evinin isidilməsi üçün icazə verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, 2023-cü ilin yanvar ayının 19-da Ordubad rayon Vələver kənd sakini Təqsirləndirilən şəxs ona zəng edərək özünə məxsus olan torpaq sahəsindən ağac kəsdiyini, həmin kəsdiyi ağacları Vələver kəndindəki yaşadığı evinin həyətyanı torpaq sahəsinə aparmaq istədiyini, o “Qaz- 53” markalı yük avtomobili ilə Qasımın dediyi sahəyə getdiyini, çay yatağında bir neçə söyüd ağacının kəsildiyinin şahidi olduğunu, kəsilmiş söyüd ağaclarının Qasım tərəfindən yük avtomobilinə yüklədiyini, Qasımla birlikdə həmin odun parçalarını ona məxsus olan həyətyanı sahəsinə apardığını və qarşılığında ondan yol haqqı olaraq 20 AZN pul aldığını bildirmişdir. İş materiallarında olan- Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 may 2023-cü il tarixli, 23/402 nömrəli məktubundan görünür ki, Ordubad rayon Vələver kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 6 ədəd (1 ədəd diametri 44 sm, 2 ədəd diametri 40 sm, 1 ədəd diametri 39.9 sm, 1 ədəd diametri 29 sm və 1 ədəd diamerti 9 sm olan) yaş köküstə söyüd ağaclarının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il arixli, 421 saylı qərarına əsasən hesablanaraq 2.220 (iki min iki yüz iyirmi) manat ziyan vurulduğu hesablanmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2023-cü il tarixli 412 saylı rəyi ilə müəyyən edilmişdir ki, qərarın təsviri hissəsində göstərilən 6 ədəd (1 ədəd diametri 44 sm, 2 ədəd diametri 40 sm, 1 ədəd diametri 39.9 sm, 1 ədəd diametri 29 sm və 1 ədəd diamerti 9 sm olan) yaş köküstə söyüd ağaclarının orta bazar qiyməti nəzəri qaydada təxminən 2.220 (iki min iki yüz iyirmi) manat müəyyən edilmişdir. Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2023-cü il tarixli 661 nömrəli məktubundan görünür ki, Ordubad rayon Vələver kəndində qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində psixi və narkolji xəstə kimi dispanser qeydiyyatında yoxdur. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ordubad RİHB-nın Vələver kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı-X9, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. Ordubad rayon X11 Bölməsinin müstəntiqi, polis kapitanı Coşqun Əmirovun 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.). Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu “Yаşıllıqlаrın Mühаfizəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 13-cü mаddəsinin, “Yаşıllıqlаrın götürülməsi qаydаsı” hаqqındа Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin 30 аvqust 2016-cı il tаriхli 321 nömrəli qərаrının İİ və İİİ bəndinin tələblərini pоzаrаq 2023-cü ilin yanvar ayının 19-da Ordubad rayonu Vələver Bələdiyyəsinin arayışına əsasən Ordubad rayonu Vələver Bələdiyyəsinin mülkiyyətində olan kənd torpaq sahəsində kənd Bələdiyyəsinin mülkiyyətində olan çay yatağında yerləşən 1 ədəd diametri 44 sm, 2 ədəd diametri 40 sm, 1 ədəd diametri 39.9 sm, 1 ədəd diametri 29 sm və 1 ədəd diamerti 9 sm olan olan yaş köküstə “söyüd” cinsindən olan ağaclarını qanunsuz olaraq kəsib, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xeyli miqdarda, yəni 2.220 (iki min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini və onun şərti sınaq müddəti ilə tətbiq edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 259.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını və həmin cəzanın təqsirləndirilən şəxsə tətbiq edilə bilməsini, lakin təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayır və buna görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin həmin cəzanın şərti olaraq tətbiq edilməsini cəzanın islah təsiri və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar baxımından hazırki işdə uyğun hesab edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq edib təqsirləndirilən şəxsi şərti məhkum etməklə də cəzanın məqsədlərinə çatmaq olar. CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hallara təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olması və ailənin yeganə qazanc gətirən şəxs olması daxildir. Məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ordubad rayon İcra və Probasiya böbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təbiətə 2.220 (iki min iki yüz iyirmi) manat maddi ziyan dəyməsi və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi, AO № ******* nömrəli hərbi bilet, hökm qanuni qüvvəsin aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ordubad rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 40 (qırx) saat üçün nəzərdə tutulan 240 ( iki yüz qırx) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış və Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi, AO № ******* nömrəli hərbi bilet, Təqsirləndirilən şəxs qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-7/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-7/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver